1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə32/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
sosiologiya

Kollegiyal- ijtimaiyyətçilər tələbə həyatında fəallığı ilə fərqlənirlər və bunun üçün öz
vaxtlarının çox hissəsini sərf edirlər.
Peşəkarlar – bunlar üçün gələjək iş, peşə – ən başlıjadır.
Akademiklər – universitetlərin gələjək müəllimləri.
Nonkonformistlər - aristokrat təbiətli, «qızıl gənj» olub, anjaq diplomun nüfuzu
naminə oxuyurlar.
Respublikamızda bazar iqtisadiyyatına keçid bütün sahələrdə olduğu kimi, təhsildə də
jiddi dəyişikliklərə səbəb olur.
Bütün təhsil müəssisələrində hazırlığın keyfiyyəti – təhsilin sosiologiyasının əsas
problemlərindən biridir. Əlbəttə, sosiologiya didaktika problemlərini öyrənmir – bu
pedaqogikanın və psixologiyanın işidir. Sosiologiya təhsilin keyfiyyətinin sosial
aspektlərini öyrənir ki, bu da xeyli dərəjədə təhsildə sosial münasibətlərin düzgün
qurulmasını tələb edir. Burada, hər şeydən əvvəl, daha önəmlisi müəllim, pedaqoq
şəxsiyyətinə, nüfuzuna diqqət verilməsidir.
Təhsilin mühüm sosioloci problemlərindən biri – mədəniyyətin formalaşması,
tələbələrin humanitar hazırlığıdır. Təhsillə mədəniyyət__hər biri ayrılıqda sosial institutların
müxtəlif tipləridir. Onların hər birinin spesifik xüsusiyyətləri var. Lakin, təhsili
mədəniyyətsiz, yaxud əksinə, təsəvvür etmək mümkün deyil.
Təhsilin sosiologiyası təhsilin humanizmlə, sosial münasibətlərlə qarşılıqlı əlaqədə
qurulmasını tələb edir. Qərb ölkələrində bu sahədə yenidən islahatların həyata keçirilməsi
mövjud problemi aradan qaldırır. Hazırda Amerika universitetlərində humanitar və sosial
elmlər nəinki ixtisas fakültələrində, hətta texniki fakultələrdə də jiddi əsaslarda öyrənilir.
Amerika universitetlərinin rəhbərlərindən biri bu faktı belə açıqlayır: «Bizim vəzifəmiz sizi
yalnız həyatda işləməyə hazırlamaq deyil, həmçinin nejə yaşamağı öyrətməkdir. Bu
jəhətdən fəlsəfə də sizin həyata hazırlanmağınızın tərkib hissəsələrindən biridir. Bu bizim
möhkəm mövqeyimizdir və biz onu dəyişməyə hazırlaşmırıq».
Beləliklə, hər bir jəmiyyətin gələjəyi sosial institutların bir növü kimi təhsilin
müvəffəqiyyətli inkişafından çox asılıdır.
Təhsil naziri deyib ki, son bir neçə ildə ali məktəblərə dövlət büdcəsindən ayrılan vəsait
davamlı olaraq artır. Son iki ildə ali məktəblərin büdcəsi hər il 2 dəfə artıb. 2003-cü illə
müqayisədə isə bu artım 5 dəfədən çox olub. Misir Mərdanov qeyd edib ki, hazırda ali
məktəblərə büdcədən ayrılan vəsait 121 milyon manat təşkil edir.
Bununla belə, təhsil naziri bildirib ki, büdcədən ali təhsilə ayrılan vəsait ali məktəblər üzrə
ədalətli şəkildə bölünmür. Onun sözlərinə görə, bəzi ali məktəblərdə tələbələrin sayı aşağı olsa
da, onlara ayrılan vəsait tələbələrin sayı çox olan ali məktəblərdən yüksəkdir: “Bu ədaləti bərpa
etmək üçün maliyyələşmə prinsipinə yenidən baxılmalıdır. Dünya Bankı ilə Azərbaycan
hökumətinin əməkdaşlığı sayəsində gələn ildən ali məktəblərdə adambaşına maliyyələşmə
tətbiq olunacaq”.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin