Dərsin mərhələləri- 7 mərhələsi var.
1.Motivasiya-fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir
"motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir. YOL GÖSTƏRƏN ULDUZDUR, məqsədə uyğun , dəqiq, lokonik,
araşdırma tələb edən olmalıdır
Motivasiyanın yaradılması yolları- rəmzi, suallar ( açıq suallar , açar sözlü suallar və naməlum məsələləri müəyyənləşdirmək üçün verilən
suallar) , problemin müxtəlif yollarla həlli
Motivasiya zamanı müəllimin səhvləri- qapalı suallardan istifadə, tədqiqat sualı vermədən digər mərhələyə keçmək, problem əvəzinə
maraqlı informasiyadan istifadə ,dərsin məqsədinin unudulması Motivasiyanın qiymətləndirilməsi meyarları- yığcamlığı, müəllimin az vaxt və qüvvə sərf etməsi, şagirdlər tərəfindən orta çətinlikdə dərk
edilməsi, məqsədəuyğunluğu
Motivasiyanın prinsipləri- məqsədyönlülük ,problemlilik
2. TƏDQİQAT APARILMASI-Fərziyyələri təsdiq və ya təksib edən, tədqiqat sualına cavab verməyə kömək edən faktları tapmaq zərurəti ortaya çıxır.
İŞ VƏRƏQİ-Şagirdin fəal tədqiqat işini təşkil edən vasitədir.
İş vərəqini hazırlayarkən nəzərə alınımalıdır:
Tapşırığın həcmini ( yaşa görə müəyyən olunur ) , sualların sayını ( çətinlik səviyyəsinə görə müəyyən olunur) , sualların növünü ( müxtəlif
tipli olur ) ,tapşırığın tərtibetmə qaydalarını
İş vərəqi - məhdud, formal rəsmi məlumatlar əks olunur , estetik, suallar konkret ifadə olunur , milli dəyərlərə əsaslanan , dövlət proqramına uyğun , suallar aydın olmalıdır, diferensial xarakter daşıyır, dərsin məqsədinə uyğun olmalıdır,şagirdin yaşına uyğun olmalıdır
Dostları ilə paylaş: |