Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   79   80   81   82   83   84   85   86   ...   168
geofiziki kesfiyyat usullari

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


177 
XV FƏSİL. SABİT CƏRƏYAN ÜSULU VƏ ÇÖL 
İŞLƏRİNİN 
APARILMA QAYDALARI 
 
Sabit cərəyan kəşfiyyatı üsulu ilə geoelektrik sahələrini 
öyrənirlər. Bu üsul müqavimət üsulu adlanır və iki böyük dəstəyə 
ayrılır: elektrik profilləmə və zondlama. Profilləmə üsulu profil 
uzunu cihazın yerini dəyişməklə süxurların profil boyu xususi müqa-
vimətinin dəyişməsini ölçməyə imkan verir. Simmetrik qurğu ilə 
qəbuledici elektrodların bir yerdə sabit qalması ilə qidalaycı 
elektrodlar arasında məsafəni dəyişdirərək dərinliklərdə yerləşən 
süxurların xüsusi müqavimətini öyrənməyə imkan verdiyindən bu 
üsula zondlama üsulu deyilir. 
Profilləmə üsulu süxurların elektrik xassəsinə görə dəqiq 
ayrıldığı yerdə istifadə olunur, süxurların yatım bucağı 10-20
0
artıq 
olmamalıdır. Qurğunun əvvəldən təyin olunmuş istiqamətdə yerini 
dəyişdirməklə ölçmə işləri aparılır. Profil üzrə müşahidə məntəqələri 
arasında məsafəyə qurğunun addımı deyilir, adətən bu məsafə MN 
elektrodları arasındakı məsafəyə bərabər olur, nadir hallarda 2MN 
olur. 
Qurğunun həndəsi ölçülərindən asılı olaraq müqavimət üsulunu 
aşağıdakı əsas növlərə ayırmaq olar.
 
§ 58. Elektrik profilləmələri 
Elektrik profəlləmə üsulu süxurların xususi müqavimətinin təyin 
olunmasına əsaslanır. Bu ölçmələrdə qurğunun ölçüləri dəyişməz 
qalır, yəni qidalayıcı və qəbulediçi elektrodlar arasındakı məsafələri 
dəyişməz saxlamaqla profil boyu qurğunun yeri dəyişdirilərək ölçmə 
işləri aparılır. Bu qurğu geoloji kəsilişi müşahidə xətti uzrə təxminən 
eyni dərinlikdə işıqlandırmağa imkan verir. 
Müxtəlif geoloji şəraitlərdə müxtəlif ölçülu qurğulardan istifadə 
olunur ki, ərazi haqda daha dəqiq məlumat əldə etmək mümkün 
olsun. Elektroprofilləmə üsulunun hamısından açıq sahələrdə və 
marşrutlarda istifadə olunur. Marşrut üzrə planalmada ölçmələr 
downloaded from KitabYurdu.org


178 
səciyyəvi istiqamətlər üzrə aparılır, yəni süxurların yatma istiqam-
ətinə perpendikulyar istiqamətdə. Açıq sahələrdə planalma işlərində 
sahə bərabər paylanan müşahidə şəbəkələrinə ayrılır (§18 bax). 
Çöl işləri aparılanda işin aparılma xüsusiyyətindən asılı olaraq 
profilləmə qurğularının növünün seçilməsi böyük əhəmiyyət kəsb 
edir. İstifadə edilən qurğulardan asılı olaraq, çöl işlərinin aparılma 
qaydası da fərqli olur: simmetrik, dipol, bir-biri ilə uyğunlaşdırılmış 
bir neçə qurğu, orta qradient üsulu və s. 
Şək.
58. Simmetrik profilləmə üsulunun qurğusu. a-AB xətti üzrə 
qidalanan; b-iki xətt üzrə qidalanan AB və A

B


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin