177
XV FƏSİL. SABİT CƏRƏYAN ÜSULU VƏ ÇÖL
İŞLƏRİNİN
APARILMA QAYDALARI
Sabit cərəyan kəşfiyyatı üsulu
ilə geoelektrik sahələrini
öyrənirlər. Bu üsul müqavimət üsulu adlanır və iki böyük dəstəyə
ayrılır: elektrik profilləmə və zondlama. Profilləmə üsulu profil
uzunu cihazın yerini dəyişməklə süxurların profil boyu xususi müqa-
vimətinin dəyişməsini ölçməyə imkan verir.
Simmetrik qurğu ilə
qəbuledici elektrodların bir yerdə sabit qalması ilə qidalaycı
elektrodlar arasında məsafəni dəyişdirərək dərinliklərdə yerləşən
süxurların xüsusi müqavimətini öyrənməyə imkan verdiyindən bu
üsula zondlama üsulu deyilir.
Profilləmə üsulu süxurların elektrik
xassəsinə görə dəqiq
ayrıldığı yerdə istifadə olunur, süxurların yatım bucağı 10-20
0
artıq
olmamalıdır. Qurğunun əvvəldən təyin olunmuş istiqamətdə yerini
dəyişdirməklə ölçmə işləri aparılır. Profil üzrə müşahidə məntəqələri
arasında məsafəyə qurğunun addımı deyilir,
adətən bu məsafə MN
elektrodları arasındakı məsafəyə bərabər olur, nadir hallarda 2MN
olur.
Qurğunun həndəsi ölçülərindən asılı olaraq müqavimət üsulunu
aşağıdakı əsas növlərə ayırmaq olar.
§ 58. Elektrik profilləmələri
Elektrik profəlləmə üsulu süxurların xususi müqavimətinin təyin
olunmasına əsaslanır. Bu ölçmələrdə
qurğunun ölçüləri dəyişməz
qalır, yəni qidalayıcı və qəbulediçi elektrodlar arasındakı məsafələri
dəyişməz saxlamaqla profil boyu qurğunun yeri dəyişdirilərək ölçmə
işləri aparılır. Bu qurğu geoloji kəsilişi müşahidə xətti uzrə təxminən
eyni dərinlikdə işıqlandırmağa imkan verir.
Müxtəlif geoloji şəraitlərdə müxtəlif ölçülu qurğulardan istifadə
olunur ki, ərazi haqda daha dəqiq məlumat əldə etmək mümkün
olsun. Elektroprofilləmə üsulunun hamısından açıq
sahələrdə və
marşrutlarda istifadə olunur. Marşrut üzrə planalmada ölçmələr
downloaded from KitabYurdu.org
178
səciyyəvi istiqamətlər üzrə aparılır, yəni süxurların yatma istiqam-
ətinə perpendikulyar istiqamətdə. Açıq sahələrdə
planalma işlərində
sahə bərabər paylanan müşahidə şəbəkələrinə ayrılır (§18 bax).
Çöl işləri aparılanda işin aparılma xüsusiyyətindən asılı olaraq
profilləmə qurğularının növünün seçilməsi böyük əhəmiyyət kəsb
edir. İstifadə edilən qurğulardan asılı olaraq, çöl işlərinin aparılma
qaydası da fərqli olur: simmetrik, dipol, bir-biri ilə uyğunlaşdırılmış
bir neçə qurğu, orta qradient üsulu və s.
Şək.
58. Simmetrik profilləmə üsulunun qurğusu.
a-AB xətti üzrə
qidalanan; b-iki xətt üzrə qidalanan AB və A
B
Dostları ilə paylaş: