Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş


Riy.II.10. Şagird fiqurların ölçülərini müqayisə edə və müəyyənləşdirə bilər



Yüklə 0,96 Mb.
səhifə3/14
tarix01.12.2016
ölçüsü0,96 Mb.
#550
1   2   3   4   5   6   7   8   9   ...   14

Riy.II.10. Şagird fiqurların ölçülərini müqayisə edə və müəyyənləşdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Qarşılıqlı tamamlama yolu ilə fiqurların dairəvi ölçülərini fərqləndirə bilirsə və müqayisənin nəticəsini müvafiq terminlə (məsələn, uzun, qısa, tən) əks etdirə bilirsə;

  • Bərabər fiqurların nümunələrini onun üçün adi mühitdə tapa bilirsə, bərabər fiqurların nümayiş etdirilməsini onların qarşılıqlı tamamlanması ilə həyata keçirə bilirsə;

  • Real obyektin (məsələn, sinif otağının, idman salonunun) dairəvi ölçüsünü qeyri-standart ölçü vahidindən (məsələn, addım) istifadə etməklə tapa bilirsə.

Göstəricilərin təhlili, ehtimal və statistika

Riy.II.11. Şagird onun bilavasitə əhatəsi barədə keyfiyyət göstəricilərini toplaya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Real obyektləri müşahidə etməklə əlaqədar göstəricilər toplaya bilirsə;

  • Eyni cür rəqəmlərin qısa siyahısından (ən azı on rəqəm) bir neçə rəqəmi toplaya bilirsə;

  • Çox sadə (iki sütunlu və ya iki sətirli) cədvəldən lazımi göstəriciləri seçə bilirsə.

Riy.II.12. Şagird keyfiyyət rəqəmlərini qaydaya sala bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmləri verilmiş ardıcıllıqla və ya verilmiş mövqelərdə (ardıcıllıqla ayrılmış mövqelər halında) yerləşdirə bilirsə;

  • Rəqəmlərin məcmusunun hər bir rəqəmini hər hansı bir verilmiş qrupda yerini göstərə bilirsə (rəqəmlərin miqdarı ondan artıq deyil, qrupların miqdarı isə - üçdən);

  • Bir sinfin obyektləri (məsələn, həndəsi fiqurları) barəsində rəqəmləri hər hansı bir qayda üzrə yerləşdirə/qruplaşdıra bilirsə; yerləşdirmə/qruplaşdırma qaydalarını izah edə bilirsə.

Riy.II.13. Şagird keyfiyyət rəqəmlərini interpretasiya edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Göstəricilər siyahısını (hansında ki, ən azı 10 rəqəm birləşmişdir) rəqəmlərin ümumi sayı, təkrar, mövqe, ardıcıllığa əsasən sözlərlə xarakterizə edə bilirsə;

  • Bir simvolun bir rəqəmə və yaxud rəqəmlər cütünə uyğun gəldiyi piktoqramı sözlə təsvir-izah edə bilirsə;

  • Rəqəmlərin ən sadə (iki sütunlu və ya iki sətirli) cədvəlini sözlə təsvir/izah edə bilirsə.

Proqramın məzmunu

  1. 100-dən az natural ədədlər.

  2. Onluqlarla mövqeli say sistemi və onun nümayiş etdirilməsi.

  3. Natural ədədlər üzərində hesab əməlləri və onların nümayiş etdirilməsi.

  4. Milli pulun nişanələri.

  5. Əşyaların, şəkillərin və yaxud fiqurların vasitəsi ilə təqdim olunmuş dövri ardıcıllıq.

  6. Toplamanı/çıxmanı (ən çoxu iki əməlin) əvəz edən çoxrəqəmli təsvirlər və onların ekvivalentliliyi.

  7. Toplanmanın kommutatuvliyi (yerdəyişməsi) və assosiativliyi (qruplaşması) (qeyri-formal və müvafiq terminlər xaricində).

  8. Bir naməlum komponentin və toplama/çıxmanın bir əməlini əvəz edən tam rəqəmli bərabərliklər.

  9. Müstəvi fiqurları: nöqtə, fəza, qırıq, əyri xətt.

  10. Fiqurun daxili və xarici sahələri, fiqurun sərhədi.

  11. Ümumi sərhədə malik fiqurlar, onların ümumi tərəfləri və ucları.

  12. Bərabər fiqurlar.

  13. Məsafə: fəzada additivlik, uzunluğun qeyri-standart ölçü vahidləri.

  14. Fəzada oriyentasiya və obyektlərin qarşılıqlı yerləşməsi.

  15. Keyfiyyət göstəricilərinin toplanılma vasitələri: müşahidə, göstəricilər siyahısından və cədvəlindən göstəricilərin toplanması.

  16. Keyfiyyət göstəricilərinin təşkili: göstəricilərin qruplaşdırılması.

  17. Göstəricilərin qaydaya salınmış məcmusunun miqdar və keyfiyyət əlamətləri: göstəricilərin ümumi miqdarı, təkrar, mövqe və məcmuda ardıcıllıq.

  18. Keyfiyyət göstəriciləri üçün göstəricilərin təqdim olunma vasitələri: siyahı, cədvəl, piktoqram (hansında ki, bir rəmz bir göstəriciyə və ya göstəricilər cütünə uyğun gəlir).



III sinif

Riyaziyyat

Standart

İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:

Ədədlər və əməllər

Qanunauyğunluqlar və cəbr

Həndəsə və məkanı dərketmə

Göstəricilərin təhlili, ehtimal və statistika

Riy.III.1. Şagird natural ədədləri əks etdirə, müqayisə edə və mövqe sistemindən istifadə etməklə yerləşdirə bilər.

Riy.III.2. Şagird toplanma-çıxmanın həllinin hər hansı bir üsulundan istifadə edə bilər.

Riy.III.3. Şagird vurma-bölmə əməllərini yerinə yetirə, onları toplama-çıxma əməlləri ilə və bir-birləri ilə əlaqələndirə bilər.

Riy.III.4. Şagird hesablamalarla, saymaqla və qiymətləndirilmələrlə əlaqədar problemləri həll edə bilər.


Riy.III.5. Şagird fənlərin və şəkillərin/fiqurların dövri yerləşdirilməsini (ardıcıllığını) təsəvvür edilməsi, fərqləndirə və tədqiq edə bilər.

Riy.III.6. Şagird əşyalar arasında və ya əşyalar və onların atributları arasında verilmiş uyğunluqları genişləndirə, əks etdirə və tədqiq edə bilər.

Riy.III.7. Şagird ədədi təsviri əvəz edən bərabərliyi tərtib edə və problemin həlli üçün ondan istifadə edə bilər.


Riy.III.8. Şagird həndəsi fiquru tanıya və təsvir edə bilər.

Riy.III.9. Şagird müstəvi fiqurların qrafik təsvirləri və modellərini yarada bilər.

Riy.III.10. Şagird əşyalar və fiqurların düzxətli ölçülərini və obyektlər arasında məsafələri tapa bilər.


Riy.III.11. Şagird verilmiş mövzu ilə və ya tədqiq olunası obyekt ilə əlaqədar keyfiyyət və kəmiyyət göstəricilərini toplaya bilər.

Riy.III.12. Şagird diskretiv miqdar və keyfiyyət göstəricilərini qaydaya sala və təsəvvür edə bilər.

Riy.III.13. Şagird keyfiyyət və kəmiyyət göstəricilərini interpretasiya edə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: ədədlər və əməllər

Riy.III.1. Şagird natural ədədləri əks etdirə, müqayisə edə və mövqe sistemindən istifadə etməklə yerləşdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmləri oxuya və əks etdirə bilirsə, rəqəmlərin ana dilində adlandırılmasını izah edə bilirsə; onluqlarla mövqeli say sisteminin müxtəlif modellərindən istifadə etməklə nümayişini həyata keçirə bilirsə;

  • Rəqəmin yazılışında müxtəlif dərəcələrdə olan rəqəmlərin müvafiq əhəmiyyətlərini sadalaya bilirsə, rəqəmin dərəcə toplanışları və ya başqa üsulda təsvirini bacarırsa;

  • Mövqeli say sistemi rəqəmlərini müqayisə edərkən rəqəmləri artma və ya azalma (rəqəmlərin miqdarı və ya beşə artma) ilə istifadə edə bilirsə;

  • Verilmiş rəqəmdən əvvəlki və sonrakı rəqəmləri sadalaya bilirsə; verilmiş rəqəmin ən yaxın onluğunu, yüzlüyünü sadalaya bilirsə;

  • Dərəcələrə müvafiq addımla irəlidə/geridə verilmiş rəqəmlərdən istifadə edə bilirsə.

Riy.III.2. Şagird toplama-çıxmanın həllinin hər hansı bir üsulundan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Konkret misal üçün şifahi hesablamanın (toplama-çıxma) müxtəlif üsullarını seçir və onlardan istifadə edirsə; istifadə olunmuş üsulu aydınlaşdıra bilir və ya onun modeldə nümayişini həyata keçirə bilirsə. (məsələn: mərtəbəni keçməklə, ayrı-ayrı mərtəbələrin toplanma/çıxılması, müəyyən edilmiş qanunauyğunluqları istifadə etməklə toplama-çıxma; toplama zamanı iki dəfə artırmadan istifadə etmək; mərtəbələri pozmaqla);

  • Konkret məsələ halında toplama-çıxma əməllərinin həllinin adekvat üsullarını seçə bilir və bunlardan istifadə edirsə;

  • Əməlləri yerinə yetirərkən mərtəbəyə qədər tamamlama/mərtəbənin pozulması üsulundan istifadə edirsə; əməllərin yerinə yetirilməsinin yazılı alqoritmini əsaslandıra bilirsə;

  • Əməllərin ardıcıllığının şifahi hesablanması və sadə ədədi təsvirlərin əhəmiyyətini taparkən əməllərin ardıcıllığından istifadə edirsə (bütün hesab əməlləri; məsələn, “əgər 3 yeddiliyə 7 yüzlüyü əlavə edəriksə, bunun nəticəsində nə alarıq?”).

Riy.III.3. Şagird vurma-bölmə əməllərini yerinə yetirə, onları toplama-çıxma əməlləri ilə və bir-birləri ilə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Vurma əməlinin çoxdəfəlik toplanılmasını nümayiş etdirərkən bölmə əməlinin isə nümayiş etdirilməsində toplamanın tən miqdarını qruplara bölünməsini həyata keçirə bilirsə;

  • Vurma-bölməni qarşılıqlı əməllər kimi bir-biri ilə əlaqələndirə və onların model üzərində nümayişini həyata keçirə bilirsə;

  • Sadə hallarda (məsələn, bir işarəli rəqəmlərin vurulması, bir və iki işarəli rəqəmlərin 10-a vurulması) vurma-bölməni şifahi yerinə yetirə bilirsə;

  • Verilmiş bölən və bölünənə əsasən məchul qismətin müəyyənləşdirilməsi üçün hər hansı bir üsulu və ya modeli seçə bilirsə; anoloji surətdə, verilmiş vuruqla və ya vuranla o biri vurulanı müəyyənləşdirə bilirsə; istifadə olunmuş üsulu (1000 dairələrində) izah edə bilirsə.

Riy.III.4. Şagird hesablamalarla, saymaqla və qiymətləndirilmələrlə əlaqədar problemləri həll edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Verilmiş ədəddə neçə cüt, 5-lik, 10-luq və s. olduğunu sadalayırsa və cavabı əsaslandıra bilirsə (məsələn, 412-də neçə 10-luq vardır, daha neçə təklik qalır?);

  • Əgər birinci toplama və cəm məlumdursa, ikinci toplananları tapır və bu zaman hər hansı bir üsuldan istifadə edirsə - naməlum azalanı, verilmiş azalanla və fərqlə (ən azı 1000 çərçivələrində) tapa bilirsə;

  • Ədədi təsvirlərin əhəmiyyətini müqayisə etmək üçün şifahi hesablama üsulundan istifadə edirsə;

  • Məsələləri variantların hesablanması/inkar edilməsi ilə həll edirsə (məsələn, yazılı alqoritmdən istifadə etməklə yerinə yetirilmiş toplama nümunəsində buraxılmış rəqəmləri doldura bilirsə və cavabları əsaslandırmağı bacarırsa);

  • Problemlərin həlli zamanı ədədlərdən və rəqəmlərdən hesablayıcı kimi istifadə edirsə; ədədləri və rəqəmləri, hesablayıcıdan istifadə etmək nümunəsi kimi sadalaya bilirsə (məsələn, evin, telefonun, maşının nömrəsi).

İstiqamət: qanunauyğunluqlar və cəbr

Riy.III.5. Şagird fənlərin və şəkillərin/fiqurların dövri yerləşdirilməsini (ardıcıllığını) təsəvvür edə, fərqləndirə və tədqiq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Ardıcıllığın mərhələsini ayıra bilirsə (mərhələnin uzunluğu 3 mövqedən artıq deyildir);

  • Verilmiş ardıcıllığa əsasən başqa obyektlərdən istifadə etməklə oxşar ardıcıllıq yarada bilirsə;

  • Bir neçə ardıcıllığı bir-biri ilə müqayisə edirsə və oxşar ardıcıllıqları ayıra bilirsə;

Riy.III.6. Şagird fənlər arasında və ya fənlər və onların atributları arasında verilmiş uyğunluqları genişləndirə, əks etdirə və tədqiq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Verilmiş sadə uyğunluğun fraqmentlərini (məsələn, onun ətrafında yerləşən əşyalar üçün verilmiş bu cür uyğunluqlar üçün: vərəq ağ, çanta  mavi, tava )?)) analogiya və ya əvvəlcədən verilmiş qaydaya əsasən genişləndirirsə;

  • Verilmiş cədvəli sözlə verilmiş uyğunluğa əsasən doldurursa;

  • Cədvəl vasitəsi ilə əks olunmuş uyğunluq üçün göstərilmiş elementin əvvəlki surətini tapırsa (məsələn, hansı şagirdin hansı qiyməti aldığını əks etdirən verilmiş cədvələ, yəni uyğunluğu əks etdirirsə: “şagird  qiymət”, bütün o şagirdi sadalayır, hansılar ki, 6 almışlar).

Riy.III.7. Şagird ədədi təsviri əvəz edən bərabərliyi tərtib edə və problemin həlli üçün ondan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Real şəraiti əks etdirən çoxədədli ekvivalent təsvirlər yaradırsa (məsələn, tərəzinin tarazlığı, pulun müvafiq qiymətlərinin verilən məbləğini göstərmək və xırdalamaq üçün seçə bilirsə);

  • Toplama/çıxmanın bir əməlini əhatə edən real vəziyyətlə əlaqədar məsələnin həlli üçün ədəd tərtib edir və ondan istifadə edir;

  • Toplamanı, çıxmanı əvəz edən bərabərliyin məchul komponentinin əhəmiyyətini tapa bilirsə (seçmənin və ya hər hansı bir başqa üsulla).

İstiqamət: həndəsə və məkanı dərk etmə

Riy.III.8. Şagird həndəsi fiquru tanıya və təsvir edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Memarlıq və incəsənət nümunələrində və ya onların illüstrasiyasında, məişət təyinatlı əşyalarda və fiqurların modellərinin toplanılmasında məkanın həndəsi fiqurlarını tanıya bilirsə;

  • Fiqurun elementlərini fərqləndirə və onları sadalayarkən həndəsi terminlərdən istifadə edə bilirsə (məsələn: uc, sərhəd, til,);

  • Fiqurun elementlərini (ucluqlar və yanlar) adlandırarkən həndəsi fiqurun təpə nöqtələrini hərflərlə qeyd olunmasından istifadə edirsə.

Riy.III.9. Şagird müstəvi fiqurlarının qrafiki təsvirləri və modellərini yarada bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Həndəsi fiqurun sözlə təsvirinə əsasən bu fiqurun qrafik təsvirini yarada bilirsə;

  • Müstəvidə həndəsi fiqurların modellərini verilmiş cəmlərdən seçə və göstərilən konfiqurasiyanı/fiquru yarada bilirsə;

  • Müstəvidə həndəsi fiqurun qrafik təsvirini və ya modelini göstərilən fiqurun/fiqurların alınması üçün üzvləşdirə bilirsə.

Riy.III.10. Şagird əşyalar və fiqurların düzxətli ölçülərini və obyektlər arasında məsafələri tapa bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Əşyanın düzxətli ölçülərini qeyri-standart vahidlərlə (məsələn, qarışla) tapa bilərsə, sonra onu standart vahidlərdən istifadə etməklə qiymətləndirə bilirsə; standart vahidlərdən istifadə etmənin zərurəti barədə mülahizə yürüdə bilirsə;

  • Obyektlərin düzxətli ölçülərini (o cümlədən qarşılıqlı tamamlama ilə) fərqləndirə və qiymətləndirə bilirsə və müqayisənin nəticəsini müvafiq terminlərlə (məsələn, uzun, qısa, tən) əks etdirə bilirsə;

  • Xətkeşdən istifadə etməklə fiqurların yanlarını ölçə bilirsə və ölçmənin nəticəsini hər hansı bir standart vahiddə (məsələn, 3sm və ya 30sm) qeyd edə bilirsə.

Göstəricilərin təhlili, ehtimal və statistika

Riy.III.11. Şagird verilmiş mövzu ilə və ya tədqiq olunası obyekt ilə əlaqədar keyfiyyət və kəmiyyət göstəricilərini toplaya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Kiçik mətni (iki-üç sadə cümlə) oxuya bilirsə və göstərilən obyekt barəsində mətndə mövcud olan rəqəmləri toplaya bilirsə;

  • Bəli-yox tipli sualları göstəricilərin tapılması üçün verilmiş mövzudan və ya tədqiq olunası obyektlə əlaqədar qoya bilir və ya cavabları qeyd edə bilirsə;

  • Göstəricilərin toplanmasının müvafiq vasitələrini seçə bilir (müşahidə, ölçmə) və ondan istifadə edə bilirsə.

Riy.III.12. Şagird diskretiv miqdar və keyfiyyət göstəricilərini qaydaya sala və təsəvvür edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Göstəriciləri ən çoxu iki qiymətlə qruplaşdırır və qruplaşdırmanı həyata keçirdiyinə əsasən qiymətləri sadalaya bilirsə;

  • Bir neçə miqdar rəqəmini artan, azalan ardıcıllıq üzrə yerləşdirə bilirsə;

  • Qarşılıqlı birmənalı uyğunluq qaydası ilə piktoqramı müəllim tərəfindən hazırlanmış cədvəldə (məsələn, sxematik olaraq hər bir obyekti cədvəlin müvafiq hücrəsində) yaradırsa.

Riy.III.13. Şagird keyfiyyət göstəricilərini interpretasiya edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Piktoqram və cədvəl şəklində təqdim olunmuş göstəriciləri sözlə və ya yazılı şəkildə təsvir/izah edirsə;

  • Qruplaşdırılmış keyfiyyət göstəricilərinin toplusunu ondakı göstəricilərin ümumi miqdarına, köməkçi qrupların miqdarına, hər bir köməkçi qrupda göstəricilərin miqdarına və ümumilikdə göstəricilərin təkrarına, mövqeyinə, ardıcıllığına əsasən xarakterizə edə bilirsə;

  • Piktoqramın və ya ən sadə (iki sütunlu və ya iki sətirli) cədvəl şəklində təqdim olunmuş göstəricilərə münasibətdə yekun sualları qoyursa.

Proqramın məzmunu

  1. Üçrəqəmli natural rəqəmlər.

  2. Onluq mövqeli say sisteminin nümayişi və ondan istifadə etmək.

  3. Natural ədədlər üzərində hesab əməlləri.

  4. Rəqəmlərdən istifadə etmək.

  5. Əşyaların, şəkillərin və yaxud fiqurların vasitəsi ilə təqdim olunmuş dövri ardıcıllıqları və onların dövrü.

  6. Əşyalar arasında, əşyalar və onların atributları arasında uyğunluqlar; uyğunluğun cədvəl vasitəsi ilə əks olunması; verilmiş uyğunluğun elementinin ilkin şəkli.

  7. Toplamanı/çıxmanı əvəz edən çoxrəqəmli təsvirlər və onların ekvivalentliliyi.

  8. Bir məchul komponentin və toplama/çıxmanın bir əməlini əvəz edən tam rəqəmli bərabərliklər.

  9. Fəzada fiqurlar: kub, itibucaqlı paralelepiped, piramida, sahə.

  10. Fəza fiqurlarının elementləri: təpə, til, sərhəd.

  11. Fiqurun düzxətli ölçüləri, ölçü alətləri və əşyanın ölçü vahidləri; metr, desimetr, santimetr.

  12. Kəmiyyət və keyfiyyət göstəricilərini toplamaq vasitələri: ölçmə, müşahidə, sorğu; oxunulmuş mətndən göstəricilərin toplanması.

  13. Keyfiyyət və kəmiyyət göstəricilərinin təşkili: göstəricilərin tipləri – keyfiyyət və kəmiyyət göstəriciləri; keyfiyyət göstəricilərinin qruplaşdırılması; kəmiyyət göstəricilərinin qruplaşdırılması (intervalların siniflərə ayrılmasından başqa); miqdar göstəricilərin artırma, azaldılma vasitəsi ilə yerləşdirilməsi.

  14. Göstəricilərin nizama salınmış məcmunun kəmiyyət və keyfiyyət əlamətləri: göstəricilərin toplamda ümumi miqdarı və köməkçi qrupda göstəricilərin miqdarı; göstəricilərin təkrarı, mövqe və toplam/köməkçi qrupda ardıcıllığı.

  15. Miqdar və kəmiyyət göstəriciləri üçün göstəricilərin təsəvvür vasitələri: cədvəl, piktoqram.

IV sinif

Riyaziyyat

Standart

İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:

Ədədlər və əməllər

Qanunauyğunluqlar və cəbr

Həndəsə və fəzanın dərki

Göstəricilərin təhlili, ehtimal və statistika


Riy.IV.1. Şagird mövqeli say sistemindən istifadə etməklə ədədləri əks etdirə, müqayisə edə və yerləşdirə bilər.

Riy.IV.2. Şagird natural ədədlər üzərində müxtəlif üsullar ilə toplama-çıxma əməllərini yerinə yetirə və əməllərin nəticəsini qiymətləndirə bilər.

Riy.IV.3. Şagird vurma-bölmə əməllərinin yerinə yetirilməsi zamanı hər hansı bir üsuldan istifadə edə bilər.

Riy.IV.4. Şagird tamın hissələrini (yarı, üçdə-bir, dörddə-bir) bir birindən fərqləndirə, adlandıra və müqayisə edə bilər.

Riy.IV.5. Şagird ölçünün müxtəlif vahidlərindən istifadə edə və onları bir-biri ilə əlaqələndirə bilər.

Riy.IV.6. Şagird uyğunluğu qurar, təsvir və tədqiq edə bilər.

Riy.IV.7. Şagird cəbri təsviri tərtib edə və sadə məsələnin həllində bundan istifadə edə bilər.


Riy.IV.8. Şagird həndəsi fiqurları təsvir və onları təsnif edə bilər.

Riy.IV.9. Şagird müstəvi və məkanı fiqurların qrafik təsvirləri və modellərini yarada bilər.

Riy.IV.10. Şagird əşyalar və fiqurların ölçülərini və obyektlər arasında məsafələrini tapa bilər.

Riy.IV.11. Şagird sxemə istiqamətlənə və marşrutu təsvir edən sadə sxem yarada bilər.


Riy.IV.12. Şagird verilmiş mövzu ilə və ya tədqiq olunası obyekt ilə əlaqədar keyfiyyət və miqdar saylarını toplaya bilər.

Riy.IV.13. Şagird miqdar və keyfiyyət göstəricilərini qaydaya sala bilər.

Riy.IV.14. Şagird keyfiyyət və kəmiyyət göstəricilərini interpretasiya və adi təhlil edə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: ədədlər və əməllər

Riy.IV.1. Şagird mövqeli say sistemindən istifadə etməklə ədədləri əks etdirə, müqayisə edə və yerləşdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmləri oxuyur, müxtəlif modeldən istifadə etməklə rəqəmləri əks etdirə bilirsə və mövqeli say sisteminin nümayişini həyata keçirə bilirsə (məsələn, strukturlaşdırılmış rəqəmlərin toplusu, ədəd oxu üzərində);

  • Rəqəmin yazılışında, mərtəbədə yerləşmiş rəqəmlərin müvafiq əhəmiyyətlərini, rəqəmi müvafiq toplananların cəmi şəklində təsəvvür edə bilirsə;

  • Rəqəmlərini müqayisəsi zamanı mövqeli say sistemindən istifadə edirsə, verilmiş dörd/beş rəqəmi artma və ya azalma şəklində yerləşdirə bilirsə;

  • Verilmiş rəqəmin ön və sonrakı rəqəmlərini sadalaya bilirsə, eləcə də yaxın onluğu, yüzlüyü, minliyi sadalaya bilirsə; istənilən dörd rəqəmli, beş rəqəmli ədəddən mərtəbələrə müvafiq verilmiş ədədlərdən addımla irəli/geri saya bilirsə;

Riy.IV.2. Şagird natural ədədlər üzərində müxtəlif üsullar ilə toplama-çıxma əməllərini yerinə yetirə və əməllərin nəticəsini qiymətləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Hər hansı bir üsuldan istifadə etməklə toplama-çıxma əməllərini şifahi yerinə yetirirsə və istifadə etdiyi üsulu izah edə bilirsə;

  • Müxtəlif üsullardan (qiymətləndirmə, şifahi hesablama, yazılı alqoritmlər) istifadə etməklə toplama-çıxmanı yerinə yetirirsə; konkret məsələ üçün onlardan daha əlverişlisini seçə bilirsə;

  • Hesablamaların nəticəsini elə özünün öncə qiymətləndirilməsi zamanı alınmış cavabla müqayisə edirsə və hesablamaların nəticəsinin sadəliyi barədə mülahizə yürüdə bilirsə;

  • Yazılı alqoritmdən istifadə etməklə yerinə yetirilmiş toplama-çıxma nümunəsindən buraxılmış rəqəmləri doldurursa və cavabı əsaslandıra bilirsə.

Riy.IV.3. Şagird vurma-bölmə əməllərinin yerinə yetirilməsi zamanı hər hansı bir üsuldan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İkinişanlı rəqəmi birnişanlıya şifahi bölə bilirsə, müvafiq halda bölünəni və qalığı deyə bilirsə; cavabı əsaslandırırsa;

  • Rəqəmin 100-ə və 1000-ə və s. vurulması və ya sıfırlarla sonlanmış ədədlərin vurulmasının qısaldılmış qaydalarını izah edə bilirsə; onlardan hesablama zamanı istifadə edə bilirsə;

  • Rəqəmlər üzərində vurma-bölmə əməliyyatları həyata keçirərkən yazılı alqoritmdən istifadə edirsə və istifadə olunmuş üsulu izah etməyi bacarırsa (bir rəqəmli ədəd üzrə bölmə zamanı) müvafiq halda qalığı göstərirsə;

  • Hesablamalar üzrə məsələlərin həlli zamanı, qalıqla bölmə halında, məsələnin kontekstinin nəzərə alınması ilə qalığı şərh edirsə.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin