Cədvəl
3
-də adambaşına real ümumi daxili məhsulun (y), (
8
) reqresiya
tənliyi ilə tapılmış qiymətlərinin (ABRUDMF) və onların standart səhvlərlə sola
(ABRUDMF-2*SEABRUDM)
və
sağa
kənarlaşmaların
(ABRUDMF+2*SEABRUDM) bir sıra xarakteristikaları orta qiyməti (Mean),
medianı (Median), ən böyük qiyməti (Maximum), ən kiçik qiyməti (Minimum), və
s. göstərilmişdir.
Cədvəl
3
y
yF
yF-2*SEy
yF+2*Sy
Mean
0.053728
0.051586
0.043650
0.050093
Median
0.049054
0.046564
0.041094
0.047156
Maximum
0.085716
0.081007
0.063208
0.073187
0.033648
0.032417
0.029969
0.034865
Std. Dev.
0.017417
0.015694
0.011330
0.013062
Skewness
0.539341
0.603709
0.465824
0.523716
Kurtosis
2.006217
2.180918
1.937235
2.007115
Jarque-Bera
1.434105
1.330471
0.832266
0.867888
Probability
0.488189
0.514152
0.659593
0.647948
Observations
16
15
10
10
(
8
)-i (
7
) kimi ilkin verilmiş şəkilə yazaq.
t
e
L
K
e
Y
0738
.
0
5708
.
0
4292
.
0
8582203
.
149
(
9
)
Qeyd edək ki burada,
175
LOG(C) -149.858203
858203
.
149
e
c
kimi tapılmışdır.
(
9
) modeli göstərir ki, əsas fondların bir faiz artımı ölkənin real ümumi
daxili məhsulunun həcmini təxminən 0.43 faiz, iqtisadiyyatda məşğul olan əhalinin
bir faiz artması isə real ümumi daxili məhsulun həcmini 0.57 faiz artırır. Zamanla
əlaqədar olaraq eimi-texniki yeniliklərin, informasiya texnologiyalarşnın
iqtisadiyyata tətbiqi hər il real ümumi daxili məhsulun həcminə 7.4 faiz əlavə
artım verir.
Qeyd edək ki, çoxlu sayda digər ölkələr uçün qiymətləndirilmiş ishehsal
funksiyalarının tədqiqi göstərmişdir ki, iqtisadiyyat inkişaf etdikcə hər yeni
yaranan məhsulda fiziki kapitalın (əsas fondların) payı azalaraq işçi qüvvəsinin
(mürəkkəb əməyin) payı artır. Məhz ona görə də inkişaf etmiş ölkələrdə bir qayda
olaraq işçi qüvvəsinin elastiklik əmsalı 0.75 faizdən yüxarı olur. Bu əsasən
mürəkkəb əməklə silahlanmış insan kapitalının inkişafı ilə baş verir.
Alınmış nəticələr göstərir ki, ölkəyə xarici investisiyaların güclü axını
kadırların ixtisaslı peşə hazırlığınin inkişaf sürətini ötmüşdür.
Optimal iqtisadi artımın Solou modelində “ylğımın qızıl qaydası”na görə
yığm norması gəlirin kapitala görə ekastiklik əmsalına bərabər olduqa
iqtisadiyyatın dayanıqlı tarazlı vəziyyəti təmin edilir. İqtisadi nəzəriyyədən
məlumdur ki, investisiyalar nəticə etibarı ilə əsas fondların yığımına çevrilir.
Solou modelinin Azərbaycan iqtisadiyyatı timsalında əvvəlki illərin statistik
rəqəmləri ilə realizasiyası göstərmiıdir ki, ölkə iqtisadiyyatının dayanıqlı tarazlı
vəziyyətini təmin edən yığım norması 0.34 alınmışdır[
10
]. İndi isə son illərin
rəqəmləri əsasında bu rəqəm qalxaraq 0.43 -ə bərabər olmuşdur.
ƏDƏBIYYAT
1. Г.Б. Клейнер
Производетвенные функции
, М, 1986.
2. А. Клас, К. Гергели и ур.
Введение в экономитрические моделирование
,
М , 1978 (пер. с словацкого)
176
3. Р. Винн , К. Холдин
Введение в прикладной экономитрический анализ
,
М, 1981 (пер. с анг )
4. М . Кубанива , М . Табата , С . Табата , Ю. Хасэбэ
Математическая
эканомика на персональном компютере
,М, 1991 (пер.с япон.)
5. Основы теории оптимаьного упровления. Под.ред. В .Ф.Кротова, М,
1990.
6. Q.C.İmanov, Y.H.Həsənli “Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri.
Makroiqtisadi təhlil”,Bakı, Elm, 2001, 248 səh.
7. Y.H.Həsənli, R.T.Həsənov “İqtisadi tədqiqatlarda riyazi üsulların tətbiqi”, Bakı,
2002, 303 səh.
8. С.А.Ашманов “Введение в математическую экономику”, М, Наука,1984
9. EViews 4 Command and Proqramming reference, Quantitative Micro Software
10. Кристофер Доугерти «Введение в эконометрику», М., 1999 (ingilis
dilindən tərcümə)
10. Y.H.Həsənli, F.Həsənov “İqtisadi artımın neoklassik Solou modeli və onun
ölkə iqtisadiyyatı timsalında realizasiyası”, Sumqayıt Dövlət Unversitetinin “ELMİ
XƏBƏRLƏR” curnalı, Cild 2 N 1, 2006, səh., 60-66
11. Канторович Г.Г. «Анализ временных рядов», Экономических журнал
ВШЭ, №1 2002, ст. 85-116
177
3.3. Ġnflyasiya səviyyəsinin ümumi daxili məhsulun artımına təsirinin
qiymətləndirilməsi
GiriĢ: İnflyasiya–iqtisadi artım əlaqəsi makroiqtisadi səviyyənin həm nəzəri,
həm də empirik tədqiqatlarında ən mühüm problem olmaqla illərdən bəri öz
aktuallığını qoruyub saxlamaqdadır. İqtisadi artım və inflyasiya arasındakı
əlaqənin xarakteri və mövcudluğu üzrə xeyli debatlar olmuşdur. Lakin belə bir
razılıq vardır ki, inflyasiyanın iqtisadi artım ilə müəyyən əlaqəsi vardır və bu əlaqə
makroiqtisadi stabillikdə mühüm rol oynayır
[1].
Nəzəri aspektlər: Əvvəlcə iqtisadi artım və inflyasiya münasibətlərinin
nəzəri aspektlərinə nəzər yetirək.
Klassik iqtisadi məktəbə (A. Smit) görə, qənaət edərək kapital qoymaqla milli
iqtisadiyyatın artımına nail olmaq olar. Bu nəzəriyyə inflyasiyanın iqtisadi artıma
təsirini onun qənaətə təsiri nöqteyi-nəzərindən izah etməyə çalışır. A.Smit qənaətə
investisiyanın yaradıcısı və beləliklə də, iqtisadi artımın mənbəyi kimi baxırdı. O,
habelə mənfəətin azalmasını məhsuldarlığın azalmasının nəticəsi hesab edirdi.
Qiymət səviyyəsinin yüksəlməsinin mənfəət və ya buraxılan məhsul üzərindəki
«vergi» effektləri iqtisadi artımın klassik nəzəriyyəsində dəqiq müəyyən
olunmamışdı. Lakin bu iki dəyişən arasındakı əlaqə mənfi əlaqə kimi verilmişdir.
Çünki firmaların mənfəət səviyyəsinin azalması daha yüksək əmək haqqı ödəməklə
balğıdır
[2, s. 5-6].
Keynsin ənənəvi modeli məcmu tələb ilə məcmu təklif
əyrilərindən ibarət olub, inflyasiya iqtisadi artım münasibətini qısamüddətli dövrdə
izahını verir. Məcmu təklif əyrisi yuxarıya doğru hərəkət edir, lakin şaquli vəziyyət
almır. Əgər məcmu təklif əyrisi şaqulidirsə, iqtisadiyyatda tələbin dəyişməsi yalnız
qiymətlərə təsir edir, əks halda məcmu tələbdəki dəyişiklik həm qiymətə, həm də
məhsula təsir göstərir. Bu fakt onunla təsdiqlənir ki, bir sıra amillər qısa müddət
ərzində həm məhsul istehsalının səviyyəsinin, həm də inflyasiya səviyyəsinin
artmasına səbəb olur. Bu amillərə inflyasiya gözləmələri, iş qüvvəsi, digər istehsal
amillərinin qiymətlərindəki dəyişiklik, maliyyə və valyuta siyasəti sahəsindəki
dəyişiklik aiddir. Qısamüddətli dövrdən hipotetik uzunmüddətli dövrədək
178
yerdəyişmə zamanı yuxarıda göstərilən amillər və bu amillərin «dayanıqlı
vəziyyət»dəki «şok»u iqtisadiyyatdakı tarazlığı pozur. Bu «dayanıqlı vəziyyət»də
«heç nə dəyişmir». Qısamüddətli dövrdə «dinamik tənzimləmə» məcmu tələb və
məcmu təklif əyrilərinin tənzimləmə yoluna gətirib çıxarır ki, bu da inflyasiya ilə
iqtisadi artım arasındakı ilkin müsbət əlaqəni göstərir. Lakin sonuncu hissədə
(klassik hissədə) inflyasiya ilə iqtisadi artım arasındakı müsbət əlaqə pozulur.
Beləliklə, Keyns və onun ardıcılları belə hesab edirlər ki, zəif inflyasiya iqtisadi
artımı stimullaşdırır. Qiymətlərin ləng, daimi artımı firmalara əlavə mənfəət əldə
etməyə imkan verir, onlar investisiya qoymaqda və istehsalın genişləndirilməsində
maraqlı olurlar. Bu proses resursların tam məşğulluğu təmin olunanadək davam
edir
[3], [2, səh. 6-8].
Monetarçılar pul-kredit münasibətlərinin inflyasiyadakı kəskin rolunu təkrarən
qeyd edirlər. Onlar inflyasiya iqtisadi artım əlaqəsinə uzunmüddətli təklif nöqteyi-
nəzərindən yanaşaraq, problemi pulun kəmiyyət nəzəriyyəsi və pulun netrallığı
nəzəriyyəsi əsasında izah edirlər. M.Fridman təklif edir ki, cəmiyyətdə inflyasiya o
vaxt yüksəlir ki, məcmu pul kütləsi məhsulun həcmindən çox olur. İnflyasiyanın
kapital yığımına, investisiyaya, ixraca təsiri ölkənin artım normasına pis təsir
göstərə bilər. Beləliklə, monetarçılar elə hesab edirlər ki, uzunmüddətli dövrdə
qiymətlər pul kütləsinin artımına təsir edir, lakin iqtisadi artıma heç bir real təsir
etmir. Əgər pul kütləsinin artımı iqtisadi artımdan çoxdursa, deməli «lazımlı
inflyasiya» (yəni təhlükəsiz inflyasiya) dövrü başa çatmışdır və bundan sonrakı
inflyasiya iqtisadi artım üçün təhlükəlidir
[2, səh. 9-10].
Neoklassiklər və artımın endogen nəzəriyyəsinin tərəfdarları isə inflyasiyanın
iqtisadi artım üzərindəki təsirini onun investisiya və kapitala təsiri nöqteyi-
nəzərindən təhlil edirlər. Keynisin ardıcıllarından fərqli olaraq, neoklassik
nəzəriyyənin nümayəndələri belə hesab edirlər ki, hətta zəif inflyasiya belə iqtisadi
artıma mənfi təsir edir. Birincisi, qiymətlərin artımı ona gətirib çıxarır ki, əvvəlcə
əmanətçilər əmanətlərin artım tempini ləngidir, sonra isə onları istehlak sferasına
yönəldərək azaldırlar. İkincisi, qiymətlərin artımı investisiya prosesini ləngidir.
179
Qiymətlərin artımı şəraitində məhsulun satışı prespektivi qeyri-müəyyən olur və
belə şəraitdə istehsalın genişləndirilməsi riskli və hətta mənasız olur.
Neokeynsçi konsepsiyaya görə, inflyasiya səviyyəsi yalnız faktiki ÜDM-in
səviyyəsindən və təbii işsizlik normasından asılıdır. Burada üç hal ola bilər: 1)
Əgər ÜDM-in faktiki səviyyəsi onun potensial səviyyəsini ötüb keçirsə və işsizlik
səviyyəsi təbii işsizlik səviyyəsindən aşağıdırsa, onda digər şərtlər sabiq qaldıqda
təchizatçıların öz qiymətlərini artırmaları fonunda inflyasiya səviyyəsi yüksələcək.
Bu hal Fillips əyrisinin staqflyasiya istiqamətinə doğru yerini dəyişməsinə səbəb
olur-artan inflyasiya səviyyəsi işsizliyin artması ilə müşahidə olunur. 2) Əgər
ÜDM-in faktiki səviyyəsi onun potensial səviyyəsindən aşağıdırsa və işsizlik
səviyyəsi təbii işsizlik səviyyəsindən yuxarıdırsa, onda başqa şərtlər sabiq
qaldıqda, təchizatçıların qiymətləri endirmələri fonunda inflyasiya səviyyəsi aşağı
düşməyə başlayacaq. Bu hal zamanı Fillips əyrisi azruolunan istiqaməyə doğru
yerini dəyişəcəkdir-aşağı inflyasiya səviyyəsi ilə müşayət olunan aşağı işsizlik
səviyyəsi. 3) Əgər faktiki ÜDM potensial ÜDM-ə və faktiki işsizlik təbii işsizlik
səviyyəsinə bərabərdirsə, onda nə qədər ki, şok təklif baş vermir inflyasiya
səviyyəsində dəyişiklik olmayacaq. Neokeynsçilər inanırlar ki, uzunmüddətli
dövrdə Fillips əyrisi təbii işsizlik səviyyəsindən yüksələn şaquli düz xəttdir. İstər
iqtisadi artım–inflyasiya, istərsə də inflyasiya–işsizlik prizmasından yanaşdıqda bu
nəzəriyyəsinin əsas nöqsanlarından biri odur ki, potensial ÜDM və təbii işsizliyin
dəqiq müəyyənləşdirilmiş səviyyələri məlum deyil və bu səviyyələr zaman
keçdikcə dəyişməyə meyillidir. Digər tərəfdən inflyasiya qiymətlərin sabitliyinin
azalması səbəbindən assimetrik yolla da hərəkət edə bilər: daha cəld artar, daha
asta aşağı düşər
[2, s.14-16].
Artımın endogen nəzəriyyəsi iqtisadi artımı istehsal prosesi hüdudundakı
amillərin təsiri ilə izah edir. Bu nəzəriyyəyə görə, iqtisadi artım yalnız bir
dəyişəndən: kapitalın məhsuldarlığından asılıdır. Qeyd edək ki, neoklassiklərin
əksinə olaraq, artımın endogen nəzəriyyəsinin nümayəndələri kaptialın
məhsuldarlığının getdikcə artdığını qeyd edirlər. İnflyasiya kimi eqzogen dəyişən
180
kapitalın məhsuldarlıq normasını azaldır və beləliklə də, kapital yığımını və
nəticədə iqtisadi artım aşağı düşür
[2, s. 16-18].
Göründüyi kimi İnflyasiyanın iqtisadi artıma təsiri heç də birqiymətli deyildir.
Müxtəlif iqtisadi məktəb və konsepsiyalarda bu məsələdə fikir ayrılıqları
mövcuddur. İnflyasiya-iqtisadi artım münasibətlərinin müxtəlif yanaşmalarını tələb
və təkif əyriləri konteksində izah edək. Belə ki, klassik nəzəriyyədə qiymətlərin
artımının heç bir iqtisadi artım yaratmadığı iddia edilir. Bu onunla izah edilir ki,
iqtisadiyyat həmişə tarazlıqda olur və tarazlıq tam məşğulluq şəraitində baş verir.
Başqa sözlə, məcmu tələb və təklifin tarazlığında əsas istehsal faktorları əmək və
kapital tam məşğul olur.
Tələbin artması (
Şəkil 1
-də tələbin
/
KL
D
səviyyəsindən
//
KL
D
səviyyəsinə
keçməsi) tam məşğulluq olduğundan, təklifin artımına imkan vermir və tarazlığın
yaranması üçün ancaq qiymətlər artır (
Şəkil 1
-də qiymətlərin
/
KL
P
səviyyəsindən
//
KL
P
səviyyəsinə qalxması).
Keyns nəzəriyyəsində isə iddia edilir ki, tarazlıq adətən tam məşğulluq
şəraitində olmur. Ona görə də tələbin stimullaşdırılması (
Şəkil 1
-də tələbin
/
KE
D
səviyyəsindən
//
KE
D
səviyyəsinə keçməsi) heç bir qiymət dəyişikliyi yaratmır,
əksinə iqtisadi artım baş verir (
Şəkil 1-
də ÜDM-in
/
KE
Y
səviyyəsindən
//
KE
Y
səviyyəsinə keçməsi). Belə ki, iqtisadi subyektlər gördükdə ki, onların
məhsullarına tələb artıb, məşğul olmayan işçi qüvvəsi və əsas fondları (kapitalı)
hərəkətə gətirərək, artan tələbi artan təklif ilə qarşılayırlar və qiymətlərin səviyyəsi
əvvəlki kimi qalmış olur.
Monetarist konsepsiyada qiymətlərin səviyyəsi ilə məhsul həcmi arasındakı
münasibət klassik nəzəriyyədəki baxışlar ilə oxşar olaraq, pulun kəmiyyət
münasibətlərinə əsaslanır və hesab edilir ki, məhsul həcminin artımına müvafiq
pulun emissiya edilməsi qiymət dəyişkənliyinə (inflyasiyaya) səbəb olmur.
Məsələnin qoyuluĢu: Hazırda iqtisadi sistemlərdə inflyasiya prosesinin
yaranmasına müxtəlif faktorların təsiri ilə mürəkkəb əlaqələrin nəticəsi kimi
baxılır. Ona görə də probleminə yanaşmalarda müəyyən dəyişikliklər baş
181
vermişdir. Real proseslərin tədqiqində «aralıq» mövqeyin öyrənilməsi daha etibarlı
nəticələrin əldə edilməsinə imkan verər (bax,
Şəkil 1
). Bu zaman «aralıq»
mövqeyin müxtəlif variantları ola bilər (bax ,
Şəkil 2).
Müasir dövrdə belə bir
konsensus vardır ki, inflyasiya pul-kredit fenomenidir və güman edilir ki, pul
təklifində əhəmiyyətli artım olmasa, inflyasiya səviyyəsi yüksələ bilməz. Bu fikir
belə bir qənaətə gəlməyə Müasir dövrdə belə bir konsensus vardır ki, inflyasiya
pul-kredit fenomenidir və güman edilir ki, pul təklifində əhəmiyyətli artım olmasa,
inflyasiya səviyyəsi yüksələ bilməz. Bu fikir belə bir qənaətə gəlməyə imkan verir
ki, uzunmüddətli dövrdə qiymətlərin sabitliyini təmin etmək üçün pulun artım
tempini real iqtisadi artım tempinə bərabər ölçüdə saxlamaq lazımdır. Lakin
monetarçılar pul kütləsinin artım tempinin real iqtisadi artım tempini üstələməsinə
normal baxırlar.
Şəkil 1.
Классик С
Аралыг
С
Кейнс С
KL
Y
//
A
Y
/
A
Y
//
KE
Y
/
KE
Y
KE
P
/
A
P
//
A
P
/
KL
P
//
KL
P
//
KL
D
/
KL
D
//
A
D
/
A
D
//
KE
D
/
KE
D
Гиймят,
П
ЦДМ, Й
0
С
/
P
//
P
Гиймят,
П
//
D
/
P
//
P
/
D
Гиймят,
П
182
a)
b)
Şəkil 2
Axarıncı iki onillikdə monetar siyasətin nəzəriyyəsi və praktikasında əsas
meyl bu siyasətin qiymət stabilliyi probleminə həsr olunmasıdır. Monetar siyasətin
qiymət stabilliyinə həsr edilməsinin makroiqtisadi nəticələri özünü işsizlik, real
ÜDM kimi göstəricilərdə əks etdirir. Belə hesab edilir ki, mərkəzi bank xüsusilə
qısamüddətli dövrdə real iqtisadi proseslərə təsir etmək gücünə malikdir. Mərkəzi
banklar ilə taktiklər arasında belə bir razılıq vardır ki, inflyasiya iqtisadi artım üçün
zərərlidir. Mərkəzi banklar öz fəaliyyətlərində belə bir hala şəffaf yanaşırlar ki,
onlar qiymət stabilliyini yerinə yetirməlidirlər. Belə bir qənaətə gəlməyə səbəb
«qiymət stabilliyi və ya aşağı inflyasiya səviyyəsi yüksək iqtisadi artım üçün
mühümdür» baxışıdır. Bildiyimiz kimi, mərkəzi banklar əsasən üç alətdən (açıq
bazar əməliyyatları, uçot faizinin dəyişdirilməsi, ehtiyat normasının dəyişdirilməsi)
məqsədəuyğun şəkildə istifadə edərək ölkədəki inflyasiya səviyyəsini tənzimləyə
və beləliklə də iqtisadi artım üçün münbit şərait yarada bilər
[2], [5].
Müasir dövrdə inflyasiya və iqtisadi artım arasında hansı əlaqənin olmasını
aydınlaşdırmaq üçün dövrdən-dövrə iqtisadi ədəbiyyatlarda bu mövzunun necə
dəyişdiyini, bu barədə hansı iqtisadi görüşlərin formalaşdığını nəzərdən keçirmək
lazımdır. Bu baxımdan, müasir dövrdə Alan Stockman, Robert Mundell
[2],
Ceyms Tobin
[1], [2], [8],
Stenli Fişer
[5],
Robert Lukas
[1], [2],
Xavier Salai-
Martinin, Robert Barro
[5],
Abdulhak Sənhacı, Mak Gilmann, Əmrə Alper
[6], [7]
kimi alimlər tərəfindən aparılan tədqiqatlar və onların nəticələri olduqca
əhəmiyyətlidir. Beləliklə, inflyasiya–iqtisadi artım əlaqələrinin nəzərəri
183
aspektlərinin təhlilindən aşağıdakı ümumiləşmiş nəticələri qeyd etmək olar:
1) ümumi olaraq iqtisadi artım–inflyasiya əlaqəsi belədir: aşağı səviyyəli
inflyasiya iqtisadi artım üçün zərərli deyil və çox vaxt ona stimul verir, bu hal
müəyyən bir həddə qədər davam edir, bu həddi keçən inflyasiya iqtisadi artıma
mənfi təsir edir;
2) əvvəllər Fillips əyrisinə istinadən belə bir görüş hakim idi ki, inflyasiya ilə
iqtisadi artım müsbət əlaqədədir. Əslində isə bu fikri deməyə əsas verən o dövrün
iqtisadi şərait idi;
3) müasir dövrdə aparılan çoxlu sayda tədqiqatlar deməyə əsas verir ki,
inflyasiya ilə iqtisadi artım əsasən tərs və qeyri-xətti asılılıqdadır. Ola bilsin ki, bu
hal müasir dövrün iqtisadi xüsusiyyətlərindən və şəraitindən qaynaqlanır;
4) fərqli inflyasiya səviyyələrində və fəqli iqtisadi şəraitlərdə inflyasiya–
iqtisadi artım əlaqələri də fərqli məcrada olur;
6) inflyasiyanı azaltmaq yolu ilə əldə edilən iqtisadi artım payı inflyasiya
səviyyəsi azaldıqca böyüyür;
7) iqtisadi artım inflyasiya əlaqələri qısamüddətli dövrdə əsasən əks asılılıq
xarakterlidir və uzunmüddətli dövrdə statistik əhəmiyyətli əlaqə mövcud deyil.
Bizim burada qarşıya qoyduğumuz problem mövcud situasiyadan çıxış edərək
inflyasiyanın iqtisadi artımı əngəlləməyən səviyyəsinin ən aşağı və ən yuxarı
həddinin müəyyənləşdirməkdən ibarətdir. Bu , inflyasiyanın xarakterinin
müəyyənləşdirilməsi ilə yanaşı, aparılmış monitar siyasətin effektivliyinin
qiymətləndirilməsinə də imkan verir.
Həll metodu: Yuxarıda qoyulmuş məsələlərin ekonometrik modelləşdirmə
üsulları ilə həllinə baxaq. Ekonometrik modelləşdirmənin mahiyyətinə müvafiq
olaraq hesab edək ki, ümumi daxili məhsulun artımına (ÜDMART) təsir edən
amillər iki qrupa bölünür: birinci qrup amillər sabit qalır, ikinci qrup amillər isə
dəyişir. Dəyişən amillər kimi inflyasiya səviyyəsini, yerdə qalan amillərin isə sabit
olma fərziyyəsini irəli sürək.
ÜDMART=f(c, inflyasiya)
184
Burada c – sabit amillərin ÜDMART-ə təsirini xarakterizə edir. f – ÜDMART-
in inflyasiyadan asılılığını xarakterizə edir. Asılılığın konkret şəkli statistik
rəqəmlər əsasında qiymətləndirmədən müəyyən edilir. Qeyd edək ki, əgər biz
inflyasiyanın iqtisadi artıma təsirini yuxarıda göstərildiyi kimi birqiymətli qəbul
etmiriksə, onda qeyri-xətti funksiyaya baxılmalıdır. Lakin alınan ekonometrik
model parametrlərə görə xətti olduğundan, o xətti reqresiya tənliyi kimi
qiymətləndiriləcəkdir:
LOG(RÜDMART) = C1 + C2*(İNFLYASİYA+ İNFLYASİYA
2
) + C3* İNFLYASİYA +
+ C4* LOG(İNFLYASİYA)
Dostları ilə paylaş: |