Yazisi abiDƏLƏRİ I hiSSƏ Bakı «Elıü və təhsil»



Yüklə 19,67 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix28.01.2017
ölçüsü19,67 Mb.
#6556
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   36

Qədim  türk  poeziyası.  Q ədim   türkün  dünyagörüşü  inkişaf 
etdiyi kimi, onun bədii təfəkkürü də inkişaf etmişdir. Bu baxımdan 
türk poeziyasının qədim  dövrlərdən bu günə qədər keçdiyi inkişaf 
yolunu  izləm ək üçün  qədim türk uyğur poeziyasına nəzər  salmaq 
çox faydalı olardı.
Şübhəsiz  ki,  qədim  türk  poeziyası  qədim  türkim  bədii 
təfəkkürünün  məhsuludur.  Lakin  heç  bir  xalq  vakuumda,  boşluqda 
yaşayıb  inkişaf etmir,  onu  əhatə  edən  xalqlarla  daim  siyasi,  ictimai, 
iqtisadi və mədəni təmasda, əlaqədə olur. Bu baxımdan qədim türklər 
istisna  təşkil  edə  bilməzdi.  M əsələyə  bu  cür  yanaşsaq,  türk 
mədəniyyətinin inkişafında qədim türk qəbilələrini əhatə edən, onlarla 
təmasda  olan  qəbilələrin  də  müəyyən  qədər  payı  vardır.  Öz 
növbəsində,  türk  mədəniyyətinin  də  onunla  tomasda  olan  xalqların 
mədəniyyətinə, şübhəsiz, müəyyən qədər təsiri olmuşdur. Xalqların, o 
cümlədən türklərin mədəni irslərindən biri də ədəbiyyatdır.
Adətən,  türk  şeirindən  danışarkən  Y usuf  Balasaqunlunun  XI 
(1069)  əsrdə  qələm ə  aldığı  «Kutadğu  bilig»  poemasına və  Mahmud 
Kaşğarlının yenə də həmin əsrdə (1073-1074) yazılmış «Divani lüğət- 
it-türk»  əsərindəki  şeirlərə  əsaslanırlar.  Hər  iki  əsər  türklərin  islam 
dinini qəbul etməsindən sonra, islam mədəniyyətinin, islam mühitinin 
təsiri altında yazılmışdır və türk mədəniyyətinin son dövrlərinə aiddir. 
Lakin  türk  mədəniyyəti  islam  mədəniyyətindən  xeyli  əvvəl  də 
özünəməxsus  inkişafa  malik  idi.  Türk mədəniyyəti,  o  cümlədən  türk 
poeziyası  haqqında  az-çox  tam  təsəvvür  əldə  etmək  üçün  islam 
mühitində yazılmış əsərlərə, tarix baxımından daha əvvələ aid olan və 
islam  mühitindən  kənarda  Mani  (manixey)  və  Burhan  (buddizm) 
mühitində  yazılmış  əsərləri  də  əlavə  etmək  lazımdır.  Daha  qədimə 
getsək,  türklərin  şamanizm  dövründə  də  gözəl  əsərlər  yazdıqlarını 
qeyd  etmək  lazımdır.  Lakin  həmin  dövrün  türk  poeziyası  hələ 
öyrənilmişdir.  Mahmud Kaşğarlının əsərində nümunə gətirilən poetik
8 4
parçaların bəziləri bəlkə də həmin dövrün məhsuludur.
Türk  şeirinin  inkişafını  araşdırmaq  üçün  faydalı  olacağını 
n əzərə  alıb  V III-ХШ  əsrlərdə  yazılmış  bir  sıra  şeir nümunələrini 
bu  ə sə rə   saldıq.  Bu  şeirlər,  əsasən,  Mani  və  Burhan  mühitində 
yazılmışdır.  Ə sərin sonunda islam mühitində yaradılmış poeziyaya 
nüm unə  olmaq  üçün  altı  şeir  də  verilmişdir.  M ən   həm in  əsərləri 
ədəbiyyatşünaslıq 
baxımından 
təhlil 
etməmişəm; 
bu, 
ədəbiyyatşünasların  işidir.  H əm in  əsərlər  m əni  türk  dillərinin 
m üəyyən  bir  dövrünün  abidələri  kimi  maraqlandırmış  və  mən bu 
dövr  türk  dili,  türk  ədəbiyyatı  nüm unələri  ilə  öz  xalqımı  tanış 
etm ək  m əqsədini  qarşıma  qoymuşam.  Türk  şeirinin  ən  qədim 
nüm unələri  ilə  tanış  olmaq  oxucu  üçün  bir  də  ona  görə,  maraqlı 
olar  ki,  bu  poeziya  həm  xarici  forma,  həm   də  məzmununa  görə 
hələ  ərəb   və  fars  poeziyasının  təsirinə  məruz  qalmamışdır.  Türk 
şeirinin  inkişafını  bu  iki  dövrün  nüm unələrinin  müqayisəsində 
aydm görm ək olar.
Q ədim   türk  şeiri  ilə  əlaqədar  olan  b əzi  terminləri  izah 
etməyi lazım bilirəm.
1. 
K oşuğ.  Termin 
koş
  «qoşmaq»  və 
-uğ
  hissələrindən 
ibarətdir,  hərfi  m ənası  qoşulmuş,  qoşulan  deməkdir;  termin kimi 
şeir,  nəzm ,  m ənzum ə  anlayışlarını  ifadə  edir.  B u  terminin  ən 
qədim   işlənm ə  nümunəsinə  uyğur  ədəbiyyatında  rast  gəlirik. 
Həmin term inin işlənm əsinə qədim uyğur şairi K alım  Keysinin bu 
kitabda  təqdim   edilmiş  şeirində  də  təsadüf  edilir:  «Müqəddəs 
Samandabadan  badisatavm  yürüyən  səadəti  yalvarışına  dayanıb 
xahiş  edən  Atsan  K alım   Keysinin  nəzm ə  çəkdiyi  (koşuğka 
ınğurmış)  şeir (şlok takşut) qayda bitdi».
M .K aşğarlı 
koşuğ
 sözünü  «şeir,  qəsidə» kimi  izah edir və bu 
beyti nüm unə gətirir:
Tərkən K atun kutııja təgür mindin koşuğ 
Ayğıl sizig tapuğçı ötnür yaga tapığ.
«Tarxan  X atun  səadətinə  çatır  m əndən  koşuğ  (qoşma),  de 
ki,  sizin  xidm ətçi  xahiş  edir  yeni  xidmət».  B u  termin  Yusuf 
Balasaqunlunun  «Kutadğu  bilig»  əsərində  yoxdur,  onun  əvəzinə 
şeir,  beyt  (h ər  ikisi  ərəb  sözüdür)  terminləri  işlənir,  lakin  əsərə
8$

daha sonralar edilmiş bir əlavədə oxuyuruq:
Bu türkcə koşuğlar tüzəttim saqa,
Okırda unıtma,  dua kil maqa.
«Bu türkcə koşuğları düzdüm sənin üçün,  oxuduqda unutma, 
dua et m ənə».
Şərq  türkcəsində,  m əsələn,  Tarançı  dialektində  bu  terminin 
m üxtəlif  variantları indi də işlənir.
2. K oyan. Altay dilində 
koyon
 sözü «şərqi, türki» deməkdir.
3.  K oşm a.  Bu termin də, 
koşuğ
 terminində  olduğu kimi, 
koş 
«qoşmaq»  felindən  yaranmışdır: 
koş+ma.  Koşma
  termini 
koşuğ 
termininə  nisbətən  yenidir. 
Koşma
  «oyun  havası, 
05
am  türküsü» 
deməkdir. 
Koş
  felindən yaranmış bu termin əvvəllər nəzmetmə və 
nəzm  mənaları ifadə  etmiş,  sonralar şeir növü mənası  almışdır.  M. 
Kaşğarlı 
koş
  felinin «türki düzmək» mənasını qeyd edir.
4.  T ak şu t.  Bu  termin  qədim   türk  şeirində,  xüsusən  burhan 
uyğur 
şeirində 
sıx-sıx 
işlənir, 
lakin 
sonrakı 
dövr 
türk 
ədəbiyyatında  bu  terminin  işlədilm əsinə  təsadüf edilir.  Terminin 
türk  m ənşəli  olması  şübhəsizdir.  M ənasma  görə 
tak-
  feli  ilə 
əlaqədardır.  M .Kaşğarlmın  yazdığına  görə, 
tak-
  feli  «taxmaq, 
düzmək», 
takıl-
 
feli 
«taxılmaq, 
düzülmək», 
taktur-
 
feli 
«düzdürmək»  mənalarını  ifadə  edir.  K oşuğ  termini  kimi,  bu  söz 
də 
şeir,  nəzm,  beyt,  mənzumə
  anlayışlarını  ifadə  edir.  Bu  terminə 
qədim  türk  şeirində  tez-tez rast  gəlirik.  Yuxarıda  Kalım Keysinin 
şeirindən  verdiyim  parçada bu  söz  vardır.  Daha  bir neçə  nümunə 
verirəm:
Bir-bir üntə  uz taşutluğ taluylar öntürün
 «bir-bir  səsdə  gözəl 
şeirli  dənizlər  qaldırıb»; 
Aryasaıj  üzə yaratılmış  takşutın  sözləyü 
«Aryasan  ilə  yaradılmış  şeir  söyləyərək», 
Takşutka  intürü 
təgindim
  «nəzm ə  endirməyə  cürət  etdim», 
Nırvıkalpa  atlığ ödlig 
Bıratyaşiri  takşut  koşdım
  «Nırvıkalpa  adlı  mədhiyyəni  Bratyaşiri 
nəzm ə  çəkdim», 
Buyan  küsüş  üzə  koşmış  takşut  başladı
  «Savab 
arzusu ilə qoşduğu takşutu başladı».
Qədim  türk  şeirində 
takşut
  termini  tez-tez 
şlok
  (sanskrit 
dilində 
şloka
  «şeir,  nəzm»  deməkdir)  termini  ilə  yanaşı  işlənir. 
M üqayisə et:  K alım  Keysinin şeirində «şlok takşut».
Takşurmak
  feli  qədim  uyğur  dilində,  məsələn,  «Altun
8 6
Yaruk»  əsərinin  dilində  tez-tez  işlənir  və  «şeir  söyləmək» 
m ənasını ifadə edir.
5.  T akm ak.  Bu  term in 
takşut
  termini  ilə  eyni  kökdən 
düzəlmişdir.  V.V.Radlov  görə,  «tapmaca,  atalar  sözü,  türki» 
m ənalarım   bildirir  (birinci  iki  m əna  Tobol  tatarlarının,  sonuncu 
m əna Kazan tatarlarının dilində işlənir).
6
.  Ir,  yır.  Bu  söz  indi  də  şərqi  türk  dillərində  «şeir,  şərqi, 
m ahnı»  mənalarında  işlənir.  M .Kaşğarlı  da  onun  hər  iki  şəklinin 
türk  dillərinində  işləndiyini  göstərir: 
yır  koş
  «qoşma,  türki 
düzmək», 
yır koşul
 «m ənzum ə yaradılmaq,  şeir düzülmək», 
bu yır 
nə  küg üzə  ol
  «bu  şeir  hansı  ölçü  ilədir», 
yır
  «qəzəl,  ır», 
yır yırla 
«ır,  şərqi söyləmək», 
yırla
  «ır ırlamak».
«Altun Yaruk» əsərində də ır termininə rast gəlirik:
Biş yüz kızlar kuvrağm 
Təgirm iləyü kavşatm 
Aşayur erkən birgərü 
Məqi,  ilinçü,  ır oyun
«Beş  yüz  qız  kütləsi  dövrələyərək  çevirip  hörm ət  edərkən 
bəridə nəşə, əyləncə,  şeir,  oyun».
«Kodeks  kumanikus»  əsərində  də  bu  terminin  işlənməsinə 
rast  gəlirik:  ırın,  oyunın  ırlayu  büdiyü  «şərqisini,  oyununu 
oxuyaraq,  oynayaraq»:  «K utadğu bilig»  əsərində  bir məqamda bu 
sözün fel  mənasında işləndiyini görürük:
B an boldı şəksiz maqa belgülüg,
Köqül bütti yırlar tilim  ülgülüg.
«G edər  oldu  şəksiz  m ən ə  nişanə,  Könül  inandı,  mahnı 
oxuyar dilim hesabsız».
7.  K üg. Tarix etibarilə qədim  türk şeirinin ən  qədim şəklidir. 
Aprm  çor  tiginin  şeirlərindən  birində  oxuyuruq: 
tükədi Aprın  çor 
tigin  kügi
  «bitdi  Aprm  çor  tigin  şeiri».  Bu  şairin  şeirlərində  bu 
termin 
takşut
 termini  ilə  birlikdə  işlənir.  Mani  abidələrində  də bu 
terminin  işlənm əsinə rast gəlirik: 
tükədi Kül Tarkan kügi
 «tükəndi 
Kül  Tarkan  şeiri».  Bu  termin  nəzm,  şeir,  türkü,  şərqi,  nəğmə, 
himn  v ə   s.  m əfhum larına  uyğun  gəlir. 
Küg
  sözünün  izahı
8 7

Mahmud  K aşğarlıda da təxm inən belədir: 
küg
 «şeirin vəzni,  əruz, 
ırm ölçüsü», 
bu yır nə  küg ol
 «bu şeir  hansı vəzndədir», 
bu yıl bu 
küg kəldi
 «bu il bu gülməçə gəldi».
Şeirin  başqa  növləri  kimi,  kügün  də  öz  vəzni,  ölçüsü 
olmuşdur.  Buna  görə  də  M ahm ud  Kaşğarlı  əbəs  yerə  «şeirin 
vəzni,  ırm  ölçüsü  ırlamakta  səsin  yüksəlip  -   alçalması»  sözlərini 
işlətmir.  M.Kaşğarlı 
küg
  sözünün  işləndiyi  belə  bir  dördlük  də 
nümunə verir:
K üglər kamuğ tüzüldi,
Ivrık, idşi tizildi.
Sənsiz özüm özəndi,
K əlgil amul oynanım.
«K üglər  bütün  düzüldi,  sürahi,  qədəh  düzüldi,  ruhum 
soluxdu, gəl ki, sakit oynayaq».
Qədim uyğur  abidələrində  tez-tez belə  ifadələrə  rast gəlirik: 
ırın,  oyunın  ırlayu,  büdiləyü  ayaların  kavşurup
  «şərqisini, 
oyununu  oxuyaraq,  oynayaraq  əllərinin  içini  qovuşdurub», 
oyun 
küg  arasında  aya  yapınıp
  «oyun,  küg  arasında  əllərinin  içini 
qoşalayıb».  M üasir  türk  dillərində 
küg
  sözü  səs,  musiqi,  məqam, 
ahəng anlayışlarında işlənir.
M ahmud  Kaşğarlı  bu sözdən yaranan 
kiiglə
  felinin «ırlamak, 
teqanni  etmək,  şərqi  söyləmək,  səsi  yüksəldərək-alçaldaraq  şərqi 
söyləmək»  mənalarını  ifadə  etdiyini  göstərir.  Müasir  türk 
dillərində  bu  fel,  m üxtəlif fonetik tərkiblərdə,  eyni  mənaları  ifadə 
edir.
8

Şlok.  Termin  Sanskrit  dilindəki 
şloka
  sözündən  götürül­
müşdür.  Sanskrit  dilində  otuz  iki  hecaya 
şloka
  deyilir.  Otuz  iki 
heca  hər  biri  16  hecadan  ibarət  olan  iki  misra,  yaxud  hər  biri 
8 
hecadan  ibarət  olan  dörd  misraya  bölünə  bilər.  Adətən,  şloka 
böyük  epik  poemalarda  istifadə  edilir.  Hind  ədəbiyyatında  şloka 
metrik  şeir  ölçüsüdür. 
Şlok
  termini  qədim   türk  ədəbiyyatında, 
xüsusən  burhan  m ühitində  yaranmış  şeirlərdə  tez-tez  işlədilir, 
lakin  türk  dilində  hind  dilindəki  kimi  m üəyyən  bir  şeir  ölçüsünü 
bildirmir, daha ümumi mənada işlənir.
Kalım  Keysinin  «Samandabarı»  şeirində  bu  terminin 
işlənməsinə rast gəlirik: 
Kalım Keysi koşuğka ınğurmış şlok takşut
88
nom  tükədi
  «Kalım  K eysinin  nəzm ə  çəkdiyi  şeir  takşut  qayda 
bitdi».  Müəllifi  məlum  olmayan  «On  cür  yaxşılığın  tərifi»  adlı 
şeirdə  (altıncı misra)  belə bir ifadə  vardır: 
buluncsuzyig edgülərin 
ögmiş  şlokda
  «misilsiz  üstün  yaxşılıqlarını  tərifləyən  mənzumə». 
B ratya  Şirinin  «Müdrik  bilik»  adlı  şeirinin  səksən  birinci  misrası 
belədir: 
Munçaha  ögdi şlok ödünür mən
  «beləcə  mədh  edən  şeir 
söyləyirəm».  Yenə  də  həmin  şeirin  doxsan  ikinci  misrasında 
oxuyuruq: 
Iduk kirdü  kuruğuğ  ohtdaçı  bu şlobtı
  «müqəddəs,  həqiqi 
boşluğu  öyrədək bu  şeiri».  Ümumiyyətlə,  qədim  türk  ədəbiyyatında 
tez-tez belə ifadələrə təsadüf  edilir: 
ögə,  alkayu inçə tit şlok sözlətilər 
«öyərək, alqışlayaraq belə deyib şeir söylədilər», 
tört şlokluğ nom üzə 
«dörd  bəndli  qayda  üə», 
sevintürkəlir  üçün  bir nom  şlokın sözlədim 
«sevindirmək  üçün  bir  qayda  mənzumə  söylədim», 
örəld  burkanlar 
sözləmiş şlok nom
 «əvvəlki burhanlann söylədiyi şeir qaydası».
Qədim 
türk 
şeirində 
şlok
  termininin 
mənası 
hələ 
sabitləşməmişdir;
O,  şeir, mənzumə, bənd və s mənalara uyğun gəlir.
9.  P adak.  Bu  termin  Sanskrit  dilindəki 
padaka
  sözündən 
yaranmışdır,  həm in  dildə  şeir,  bir  şeirin  (dördlüyün)  dörddə  biri» 
m ənasm ı ifadə edir.
Bıratya  Şirinin  «M üdrik  bilik»  şeirində  bu  terminin 
işlənm əsinə rast gəlirik:
Munçulayu təg  yılayu savlar üzə,
Mundağ yanlığ uşik ekşər, padak üzə,
Murjadıncığ öggülüg siz anaçıma 
Munçakıa ögdi şlok ödünür mən.
«Bunun  kimi  sözlər  ilə  bu  cür  səhv  hərf,  heca,  misra  ilə 
fövqəladə  m ədh  edilməyə  siz,  ey  anacığım,  beləcə  m ədh  şeir 
söyləyirəm ».
10.  Kavi.  Bu termin də  sanskrit dilindən alınmışdır.  Sanskrit 
dilində 
kavya
  şeirin  m üəyyən  bir  üslubunu  bildirir.  Sınku  Seli 
Suan  Tsanın Çin dilindən tərcüm ə etdiyi bioqrafiyasını «kavi nom 
bitig»  adlandırır  ki,  bu  da  «kavi  üslubunda  yazılmış  din  kitabı» 
m ənasm a  uyğun  gəlir.  K avi  üslubu  n əsr  dilindən  fərqlənir,  lakin 
h ələ  şeir  dili  də  deyildir;  kavi  üslubu  şeir  dili  d ə  deyildir,  ancaq
8 9

nəzmin  bəzi  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Bu  kitabda 
təqdim   edilən  «Fal  kitabı»  kavi  üslubuna  yaxın  şəkildə 
yazılmışdır.  Əsər  başdan-başa  kavi  üslubunda  yazılmamışdır, 
ancaq  mühüm   hissələri  bu  üslubda  yazılmışdır.  K avi  üslubu 
haqqmda  m üəyyən  təsəvvürə  m alik  almaq  üçün  həm in  əsərin 
119-134,  147-150 və  159-162-ci misralarına nəzər salmaq olar.
11. 
B aş  başik.  Bu  termin  soğd  dilindən  alınmışdır.  Soğd 
dilindən  b ä şä ,  bäbäh,  bäşik,  päşik  sözləri  «ilahi»  mənasını  verir. 
B u  terminə  yalnız  mani  m ühitində  yaradılmış  əsərlərdə  rast 
gəlirik.  M üəllifi  məlum  olmayan  «Böyük  ilahi»  adlı  bir  şeirdə 
(şeir  bu  kitabda  təqdim   edilir) 
başik
  termininin  işlənməsinə 
təsadüf edilir:
Alkış başik sözləgüg,
Ayığ kılınçığ öyüqüg,
Avardmş kılıp yığınğuğ,
Ayu yarlıkadırjız olarka.
«Alqış,  şərqi  söyləməyi,  pis  əm əldən  peşman  olmağı,  icma 
düzəldib toplamağı deyərək buyurdunuz onlara».
•к  ic
  *
Qədim  türk  şairlərinin  əsərlərinin,  güman  ki,  cüzi  bir  qismi 
bizə  qədər  gəlib  çatmışdır.  Əsərlərin  bizə  çatmaması  bir  yana 
qalsın,  hətta  bəzi  şairlərin  adları  da  tarixin  yaddaşında 
qalmamışdır.  Adları  yaxud  əsərləri  bizə  qədər  gəlib  çatan  şairlər 
də,  məlum  səbəblərə  görə,  nəinki  xalqa,  hətta  elm  aləminə 
məlum  deyildir.  Bunu  nəzərə  alıb  bir  neə  qədim  türk  şairi 
haqqmda məlumat verməyi lazım bilirəm.
1. 
A p rm   çor Tigin.  VII-VIII əsrlərdə yaşadığı güman edilən 
bu  şair  türkdilli  poeziyanın  ən  qədim   nümayəndəsi  hesab  edilə 
bilər.  Qədim  türk  abidələrində,  A. fon  Lekokun  verdiyi  məlumata 
görə,  bir  yerdə 
başladı  Aprm  çor  Tigin  kügi,  takşutları
  «başlandı 
Aprm  çor  Tiginin  nəğm ələri,  şeirləri»  və  iki  yerdə 
tükədi  Aprm 
çor  Tigin  kügi
  «tükəndi  (bitdi)  A pnn  çor  Tiginin  şərqiləri» 
ifadələrinə  rast gəlirik.  Türk poeziyasmm bəlkə  də bu  ilk şairinin 
iki  şeiri  bizə  qədər  gəlib  çatmışdır  (hər  iki  şeir  bu  kitaba
90
salınmışdır),  lakin şeirlərin heç birində m üəllif öz admı göstərmir. 
Şeirlərdən  biri  3  bənddən  ibarətdir,  bəndlər  dördlükdür;  digəri  7 
bənddir, 
h ər  bənddə 
üç  m isra  vardır. 
Şeirlərin  dilinin 
axıcılığından,  ifadələrin  gözəlliyindən,  canlılığndan  belə  bir 
nəticəyə  gəlm ək  olar  ki,  Aprm   çor  Tigin  qüdrətli  qələm   sahibi 
olmuşdur.
2.  K ü l  T a rk a n .  K ül  Tarkanın  şeirləri  bizə  qədər  gəlib 
çatmamışdır. 
A. fon 
Lekok 
1922-ci 
ildə 
nəşr 
etdirdiyi 
«Manixenço»  əsərinin  üçüncü  cildində  (səh.  45,  nömrə  33,  T.M 
288)  bir yerdə  göstərir: 
tükədi Kül  Tarkan kügi
  «bitdi  K ül  Tarkan 
şeiri». Bu ada həm in əsərin başqa bir yerində də rast gəlirik.
3.  Sınku  Seli  T utun.  X   əsrin  birinci  yarısında  Suan  Tsanın 
m əşhur səyahətnam əsini,  habelə «Altun yaruk» əsərini  türk dilinə 
çevirmiş  qədim  türk  şairidir.  Səyahətnamə  kavi  üslubu  ilə  tərcümə 
edilmişdir.  Sınku  Seli  Tutunun  orijinal  əsərləri  olmasa  da 
tərcümələrinə görə onu da qədim türk şairlərində hesab etmək olar.
4.  Ki  Kİ.  Təqdim  edilən  bu  kitaba  K i  Kinin  7  şeiri 
salınmışdır;  şeirlərdən  altısı  «Xəyal»  başlığı  altında  verilmişdir, 
yeddinci  şeir «X ətm  duası»  adlanır.  Əsasən,  dini  mövzuda  yazılan 
bu  şeirlər çox  oxunaqlı,  axıcı  bir dildə  yazılmışdır.  Misraların  8-9 
hecalı olması şeirləri oynaq edir.  Şeirlərdə şair öz adını qeyd edir:
Talulap, yığıp m ən  K i  Ki,
Takşutka intürü təgintim.
«Toplayıb yığıb m ən K i K i nəzm ə çəkm əyə cürət etdim».
5.  B ra ty a   Şiri.  Bu  kitabda  Bratya  Şirinin  10  şeirini  təqdim 
edirəm.  Adından  məlum  olur ki,  şair  ruhanidir,  rahibdir  və  bu  ad 
onun  əsl  türk  adı  deyil,  ruhani  xadim   kimi  qəbul  etdiyi  addır. 
Onun  əsərlərinin  bir  qismini  sərbəst  tərcüm ə  hesab  edənlər  də 
vardır.  Şeirlərindən  belə  bir  nəticəyə  gəlm ək  olar  ki,  Bratya  Şiri 
qüdrətli  bir  sənətkar  olmuşdur.  Ə sərlərində  iki  yerdə  özünü 
təqdim edir:
Alku ödtə sözlər üçün kəntü özüm 
Atmlarka kərgək bolğay sakmç üzə.
Ança munça yığıp koşdum Bıratya Şiri 
Asığ bolup tmlığlarka burkan bolsunlar.
91

«Bütün zamanlarda söyləm ək üçün m ənim  özüm Başqalarına 
gərək  olacaq  düşüncə  ilə  Elə-belə  toplayıb  qoşdum  Bıratya  Şiri 
Faydalı olub canlılara burhan olsunlar».
Adruk təriq bilgə bilig karamıtka 
Ayağuluğ Naqarçum bakşı üzə 
Aryabasça yaradılmış nırvıkalpa 
Atlıq ögdig Bıratya Şiri takşut koşdum.
«Çox  dərin  müdrik  bilik  mükəmməlliyinə  Hörmətli 
Naqarçuni  m üəllim   ilə  Aryabasça  yaradılmış  nırvakalpa  adlı 
m ədhiyəni (mən) Bıratya şiri takşut qoşdum».
6
.  Asığ  T utuq.  Əslində  əsərlərin  üzünü  köçürən  bir  şəxs 
kimi,  katib  kimi tanınır.  Lakin üzünü  köçürdüyü əsərlərin  sonunda 
bir  bənd  (dördlük)  yazıb  öz  adını  qeyd  edir.  M əsələn,  «Müdrik 
bilik» şeirinin son bəndinə diqqət yetirək:
İnçgə,  təriıj bilgə biligig bəgimiznin 

İniş ödtəkilərkə ulalzun tip sakınçın koşmış
Iduk kirdü kuruğuğ okıtdaçı bu şlokm 
İlip tardın kiə bitimiş boldum Asığ Tudur).
«İncə, 
dərin 
müdrik 
biliyi 
bəyim izin'  Gələcək 
zamanlardakılara bağlansın deyib  fikir qoşmuş.  Müqəddəs,  həqiqi 
boşluğu  öyrədən  bu  şeiri  İlişdirib,  dartıb  bir  təhər  bitirmiş  oldum 
Asığ Tudun».
Bəzi  tədqiqatçıların  yazdıqlarına  görə,  özünün  də 
125 
misralıq  m ənzum əsi  vardır.  Lakin  həm in  əsər  m ənə  məlum 
deyildir.  Buna  baxmayaraq,  katibliyinə  və  üzünü  köçürdüyü 
şeirlərə  etdiyi  əlavələrə  görə  onu  da  qədim   türk  şairləri  sırasına 
saldım.
7.  Ç ısuya  T utun.  Bu  şairin  bir  şeirini  -   «Boşboğazlıq»  adlı 
şeirini bu kitaba salmışam.  Sənətkarcasma yazılmış  şeirdir.  Qədim 
türk  şeiri  üçün  adi  olan  misrabaşı  qafiyədən  başqa  bu  şeirdə  hər 
bənd (dördlük)  son qafiyəyə  də  malikdir.  Həm də  necə  qafiyələr: 
dörd  misra  öz  arasında  müasir  türk  şeırindəki  qafiyələnmənin 
bütün  tələblərinə  cavab  verən  şəkildə,  mükəmməl  surətdə 
qafiyələnir.  Belə  şeiri  yalnız  kamil  sənətkar  yaza bilər.  Mən  qəti
92
bu  fikirdəyəm  ki,  belə  sənətkarın  əsərləri  bu  bir  şeirlə 
m əhdudlaşa  bilməz.  Şeirin  sonuncu  bəndində  (qeyd  edim  ki,  bu 
bənd,  əvvələn,  son qafiyəyə  m alik deyil,  ikincisi,  şeirə  bənzəmir, 
üçüncüsü,  əvvəlki  bəndlərdən  kəskin  şəkildə  fərqlənir)  m üəllif 
özü haqqmda məlumat verir:
Küskü yılın toxuzunç aynıq on yaqıta 
Körklə taqsuk taydu kidini kav lınxuata 
K öp yaqşam aklığ boduğın kök kalıkığ 
K üçəyü b əd izəg əli umunmışm körgü üçün bitidim.
Çısuya Tutuq.
«Siçan  ilinin  doqquzuncu  ayının  onuncu  günündə  Gözəl, 
nadir  taydu  sonu  kiçik  lotosda  Çox  goplama  boyası  ilə  mavi 
səm anı  Güclə  bəzəm əyi  um uduğunu  göstərmək  üçün  yazdım. 
Ç ısuya Tutun».
8

K alım  
Keysi. 
K alım  
Keysinin 
bizə 
qədər 
«Samandabadarı»  adlı  uzun  bir  şeiri  gəlib  çatmışdır.  Şeirdən  belə 
bir  nəticə  çıxarmaq  olar  ki,  şair  ruhani  olmuşdur.  Şeirin  ümumi 
ah ən g i  ilə  bağlı  olmayan  otuzuncu  bənddə  (əgər  onu  şeir 
adlandırmaq mümkünsə) şair özünü təqdim edir:
Iduk  Samandabadarı 
bodisatavnıq  yorır  kut  Kolumakma 
tayanıp  kolutı  Atsaq  K alım   K eysi  koşuğka  mğurmuş  şlok  Takşut 
nom   tükədi  «M üqəddəs  Samandabadarı  bodisatavım  yürüyən 
səadəti  Yalvarışına  dayanıb  xahiş  edən  Atsan  Kalım  Keysinin 
n əzm ə çəkdiyi şeir Takşut qayda bitdi».
9.  Ç uçu.  Çuçunun  əsərləri  bizə  qədər  gəlib  çatmamışdır. 
M ahm ud  Kaşğarlı  onu  «bir  türk  şairinin  adıdır»  kimi  təqdim  edir 
və  yaradıcılığından  nüm unələr  gətirir.  Lakin  onun  adma  çıxarılan 
şeirlərin bəzilərinin ona aid olmadığmı ehtimal etmək olar.
10.  Y u su f Xas  H acib  (Y u su f Balasağunlu).  Türklər  islamı 
qəbul  etdikdən  sonra  yazılan  və  bizə  qədər  gəlib  çatan  ilk 
poem anan  (XI  əsr)  -   «K utadğu  bilig»  əsərinin  müəllifi,  şair  və 
m ütəfəkkir  bir  şəxsdir. 
Türk  ədəbiyyatı  tarixində  Yusuf 
Balasağunlu kimi  də tanınan bu   şair türk ədəbiyyatında,  sözün əsl 
m ənas mda,  yeni  dövr  açmışdır.  Y u su f  Xas  Hacib  haqqmda 
yuxarıda  adlarını  çəkdiyimiz  şairlərdən  qat-qat  çox  məlumat 
olduğu üçün burada onun haqqm da geniş danışmaq istəmirəm.
93

11.  Sılığ  Tigin.  Oxucuya  təqdim   edilən  bu  kitaba  Sılığ 
Tiginin  iki  xətm   duası  daxil  edilmişdir.  Şeirlərdən  biri  altı  bənd 
(beş  bənd  dördlükdür,  arada  beşinci  bənd  altılıqdır,  həm   d ə  bu 
bəndin  nə  misrabaşı,  nə  də  misrasonu  qafiyəsi  vardır;  m ən  bu 
bəndin  ümumiyyətlə  şeir olmasma şübhə  edirəm),  digəri bir  bənd 
(dördlük)  təşkil  edir.  Birinci  şeirdə  m üəllif  iki  yerdə  -   beşinci 
bəndin  birinci,  altıncı  bəndin  ikinci  misralarında  özünü  təqdim 
edir: 
yana yimə mən Sılığ Tigin
  (beşinci bənd birinci misra)  «yenə 
də mən Sılığ Tigin».
12.  K u n çü k  Id u k  K ut.  Oxuculara bu  şairin iki xətm  duasını 
təqdim  edirəm.  Hər  iki  şeir  bəndlərə  bölünmür  və  h ər  iki  şeir 
yarımçıqdır  -   şeirlərin  sonu  yoxdur,  h ər  ikisinin  əvvəllindən  də 
çatmır.  Birinci  şeir 21,  ikinci  şeir  11  misradır.  Birinci  şeirin e  səsi 
ilə  başlanan  son  iki  misrasını  çıxsaq,  h ər  iki  şeir  misrabaşı  a  səsi 
ilə qafiyələnir.
13.  B uyan  K aya  Kal.  Bu  kitabda  Buyan  K aya  Kalın  bir 
xətm  duası təqdim  edilir.  Onu da deyim ki,  mən bu parçanın hətta 
nəzm  olmasma  şübhə  edirəm:  parçada nə  misrabaşı,  nə murasonu 
qafiyə, nə də ölçü vardır.
14.  K am ala  A nanta  Şiri.  Bu  şairin  4  bəndlik  (dördlük)  bir 
şeirini  təqdim  edirəm.  Şair  özünü  şeirin  dördüncü  bəndinin  ikinci 
misrasanda  belə  təqdim  edir: 
burkan  kutın  bulup-mən  Kamala 
Anantaşiri
 «burhan səadəti tapıb m ən K am ala Ananta şiri».
Q ədim   tü rk   dram ı.  Əslində  qədim   türk  dram  janrından 
danışmaq  hələ  tezdir.  Lakin  hind  dilindən  toxar  dilinə,  toxar 
dilindən  türk  dilinə  çevrilmiş  «Maytrısimit»  əsərində  dram 
janrının  ünsürləri  müşahidə  edilməkdədir.  Əsərin  orijinalı  (hind 
dilində) dram janrında yazılmışdır,  tərcüm ədə isə bu pozulmuşdur. 
Əsər «ülüş»lərə,  yəni  fəsillərə bölünür,  lakin  hər iilüş pərdə  təsiri 
bağışlayır,  çünki  hər  ülüşün  əvvəlində  dram  janrında  pərdənin 
əvvəlində verilən remarkanı xatırlandan təsvirlər vardır.  M əsələn, 
bu  hadisəni  filan  yerdə  təsəvvür  etməli,  ətrafda  filan-filan  şeylər 
var  (sadalanır),  göydə  firiştələr  (m ələklər)  uçur,  filan-filan 
adamlar  Maytrıya  tə rə f gəlir,  Maytrmm  ətrafında  filankəslər  var, 
filankəs  deyir  və  s.  Göründüyü  kimi,  bu,  səhnə  remarkasından 
başqa bir şey deyildir.  Əsərin özü də türkcədə «körünc» adlanır ki, 
bu  termin  Azərbaycan  dilinin 
pyes
 
(körünç
  «görülən  şey»
94
dem əkdir) termininə uyğun gəlir.
Ə sərdə  Maytrı  burhanm   göydən  yerə  enməsindən  sonra 
n ə lə r  baş  verəcəyindən,  onun  ikinci  həyatmm  necə  olacağından 
b ə h s  olunur.  Belə bir  əfsanə  islam  dinində  də  vardır  və  ön  ikinci 
inam   Sahib  əz  Zamannm  -   M ehdinin  adı  ilə  bağlıdır.  Maytrı 
burhana  buddistlərin  M ehdisi  kimi  baxmaq  olar.  Burhan  dininə 
görə,  n ə   vaxtsa,  Maytrı  burhan  göydən  yerə  enməli  və  insanları 
əb əd i nirvana (dincliyə,  sakitliyə) çatdırılmalıdır.
9 f

MANİ  ABİDƏLƏRİ
Qədim türk,  o  cümlədən  qədim   uyğur qəbilələri  arasmda bu 
və  ya  digər  dinin  yayılmasının  dəqiq  tarixini  m üəyyənləşdirm ək 
çətindir.  Bu  sözlər  eyni  dərəcədə  Mani  (manixey)  dininin  qədim  
uyğur  qəbilələri  arasında  yayılması  tarixinə  də  aiddir.  V.V. 
Radlov  və  S.Y.Malova  görə,  Mani  dini  uyğurlar  arasmda  VII 
əsrdən  yayılmağa  başlamışdır.  L.N.Qumilev  və  L.V.Dmitriyeva 
belə  hesab  edirlər  ki,  Mani  dini  sonralar,  ərəblər  İranı  işğal 
etdikdən,  islam  dininin  atəşpərəstliyi  təqib  etməyə  başlamasmdan 
sonra,  yəni  h ər  halda  VII  əsrin  sonlarında,  hətta  ola bilər  ki,  VIII 
əsrdən  başlamışdır  və  güman  ki,  bunun  səbəbi  də  bir  sıra 
atəşpərəst  qəbilələrin  islam  dininin  təqibindən  yayınmaq  üçün 
İran  və  Orta  Asiyadan  qaçıb  uyğurlara pənah  gətirməsidir.  Mani 
dini  uyğurlar  arasmda  geniş  yayılmamışdı  və  köçəri  və  cəngavər 
olan  qədim  uyğurlar  arasmda  bu  din  geniş  yayıla  da  bilməzdi, 
çünki,  bu  dinin  ehkamları  qədim   türklərin  milli  xarakteri  ilə 
ziddiyyət  təşkil  edirdi.  Lakin  hər  halda  Mani  dini  müəyyən 
zamanda  və  müəyyən  kəm iyyətdə  uyğurlar  arasmda  yayıldığı 
üçün bu  dinin  ehkamlarını  xalq  arasmda  təbliğ  etmək üçün  qədim 
uyğur  dilində,  azacıq  da  olsa,  Mani  məzmunlu  yazılı  abidələr 
dövrümüzə  qədər  gəlib  çıxmışdır.  Bu  abidələr  Mani  və  uyğur 
əlifbası ilə yazılmışdır.
Bu  kitabda  həm in  dövr  uyğur  ədəbiyyatına  aid  səkkiz  şeir 
və böyüklü-kiçikli  24 nəsr nüm unəsi təqdim  edirəm.
9 6
NƏZM
Yüklə 19,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin