24
kibilər, Zabaykalyedə dolemanlar, uyğurlardan şimalda qırğızlar və
s.) öz müstəqilliklərini qoruyub saxlamışdılar və hərdən bu
qəbilələrdən bu və ya digəri ilə uyğurlar arasında hərbi
toqquşmalar baş verirdi.
Hunlar, türklər və qədim monqollar «Əbədi göyü» həyatın
mənbəyi, tanrı sayır, ona sitayiş edirdilər. Qədim uyğurlar da ilk
dövrlərdə öz sələfləri və qonşuları kimi «kök tanrıya» sitayiş
edirdilər, lakin İtigən xaqan dövründə onlar manixey dinini qəbul
etdilər. Uyğur xristianları vətəndaş müharibəsi dövründə xaqanın
əleyhdarları cəbhəsində olmaqda böyük səhv etmişdilər. Moyun
çor özü köhnə dinə biət edirdi. Manixeylik ondan sonra qəbul
edilmişdir. M ənbələrin verdiyi məlumata görə, uyğurlar manixey
(Mani) dinini qəbul etməzdən əvvəl buddizm (burhan) dininə biət
edirdilər. Görünür, uyğurlar buddizmlə VII əsrdə tanış olmuşlar.
M ənbələrdə bir uyğur bəyinin ləqəbinin Pu-sa olduğu göstərilir.
Pu-sa
bodisatv
sözünün türk variantıdır. Bodisatv buddizm dilində
nə isə bir dini rütbədir. Sonralar, manixey dini qəbul edildikdən sonra
832-ci ilə aid bir sənəddə deyilir: «Keçmişdə [uyğurlar] cahil
olduqlarından şeytanı burhan olaraq tanıyırdılar; indi isə həqiqəti
anladılar». Sənədin müəllifi keçmişdə deyəndə 732-ci ildən əvvəlki
dövrü, yəni uyğurlarm hələ buddizmə xidmət etdikləri dövrü nəzərdə
tutur. 762-ci ildə manixey dini uyğurlarm dövlət dini olur. Çin
mənbələrinin verdiyi məlumata görə, uyğurlar manixey dinin Şi Çao-
inin 763-cü il üsyanın yatırdıqdan sonra qəbul etmişdilər. Məlum
olduğu kimi, Moyun çor 759-cu ildə vəfat etmiş, taxta onun ikinci oğlu
İtigən (onun türk adı Bögü xaqandır, 759-780) keçmişdi. Güman
etmək olar ki, uyğurlar manixey dinini məhz onun hakimiyyəti
illərində 766-767-cı illərdə qəbul etmişlər. Bəzi mənbələrin yazdığına
görə, uyğurlar manixey dinini Bögü xaqanın dövründə 762-ci ildə
qəbul etmişdilər. Uyğur xanları öz həmdinlərini Çində, Orta Asiyada
və digər yerlərdə çox enerjili şəkildə müdafiə edirdilər. Manixey
dininin qəbul edilməsi uyğurlarla onların qonşuları - müsəlman Orta
Asiyası, buddist Tibeti, konfiıtsian Çini və şamanist Qırğız xaqanlığı -
arasında nifaq saldı.
Manixey dininin qəbul edilməsi yeni əlifbanın, tarixdə uyğur
əlifbası adı ilə tanınan əlifbanın qəbul edilməsinə səbəb oldu. Bu
əlifba yeni soğd əlifbasından törəmişdir, çox sadə və rahatdır. Sətirlər
2 f
yuxandan aşağı sağdan sola (Orxon-Yenisey əlitbası da belədir)
yazılır. Manixey, xristian və müsəlman mətnləri, habelə Tufan hüquq
sənədləri bu əlifba ilə yazılmışdır. Bunların içərisində ən qədimi
manixey mətnləridir, çünki onlar fonetik və qrammatik baxımdan
Orxon-Yenisey əlifbası ilə yazılmış abidələrə daha yaxındır.
Bunlardan ən qədimini 795-ci ilə aid edirlər.
Manixey dini qanunlan hətta yağ və süd işlətməyi qadağan edən
oruc günləri nəzərdə tutduğu üçün uyğur çoban və ovçuları acından
ölməmək üçün bostanlar salmağa məcbur olurlar. Beləliklə, uyğurlar
arasında əkinçilik yayılmağa başlayır. Çöldə yeni qaydaların
qoyulması ticarətin də inkişafına təkan verir.
Qeyd etmək lazımdır ki, manixey dini uyğurların təbiətinə o
qədər də uyğun deyildi. Buna görə də uyğurlar arasında manixey
dininin hökmranlığı uzun sürmür. 840-cı ildə Koçu dövlətində
uyğurlar yenidən buddizm dininə qayıdırlar. IX əsrdə uyğurların
oturaq həyata keçməsi də onların qəti şəkildə (islam dinini qəbul
edənədək) buddizm dininə keçməsinə şərait yaratdı.
Göytürklərin ordasından fərqli olaraq, uyğurların paytaxtı artıq
keçə alaçıqlardan qurulmuş düşərgəyə bənzəmirdi. Yenə də
göytürklərdən fərqli olaraq, uyğurlar geniş şəkildə şəhərlər salırlar,
həm də bunu bu işin ustası olan soğdalılara və çinlilərə tapşırırdılar.
Uyğurların paytaxtı Qaraqorum öz görkəmini dəyişmişdi. Hələ Moyun
çor abidəsində 758-ci ildə Selenqa çayı sahilində Baybalık
(Varlışəhər) şəhərinin salındığı xəbər verilirdi.
Uyğurustan sürətlə mədəni ölkəyə çevrilirdi.
Moyun çorun səfərləri sayəsində uyğurlar üçün çox əlverişli
şərait yaranmışdı. Şərqdə kıtaylar, şimalda qırğızlar uyğur xaqanma
tabe edilmişdi. Cənubda xarabazara çevrilmiş Çin yerləşirdi. Qərbdə
karluklar öz daxili işləri ilə məşğul idilər və uyğurları narahat
etmirdilər.
Manixey dininin fəallığına baxmayaraq, ilk uyğur xaqanlan
Kutluğ Bilgə Kül çor xaqan (744-747), Moyun çor (747-759) və İtigən
(onun türk-uyğur adı Bögü xaqandır, 759-780) öz qəbilələrinə
arxalanıb göytürkləri yamsılamağa çalışırdılar. 762-ci il müqaviləsinə
əsasən uyğurlar Çin imperiyasında bir sıra imtiyazlar almışdılar.
İmperator Dətszun yavaş-yavaş bu imtiyazları ləğv edir. Bu, uyğur
xaqanım qəzəbləndirir və 779-cu ildə Çinlə münasibətlər çox
26
kəskinləşir. Doqquz oğuzlar müharibə istəyirdilər, çünki onlar,
imtiyazlı qəbilə kimi, müharibədən çoxlu qazanc əldə edirdilər,
müttəfiq qəbüələr isə müharibə istəmirdilər, çünki müharibə onlara
tələfat və təhlükə gətirirdi.
Müharibə məsələsi müzakirə edildikdə xaqanla əksəriyyət
arasında ziddiyyət yaranır.
Əyanlardan Dunbağa tarkan üsyan qaldırıb Bögü xaqanı, onun
məsləhətçilərini və 2 min doqquz oğuz əsilzadəsini öldürür. 780-ci
ildə Dunbağa Kat Kutluğ Bilgə xaqan adı üə özünü xaqan elan edir.
Beləliklə, uyğurların ən böyük qəbiləsi olan Yağlakar soyunun, onunla
birlikdə doqquz oğuzların hakimiyyətinə son qoyulur.
Yeni xaqan müharibənin əleyhinə idi. Buna görə də o, 783-cü
ildə aşağıdakı şərtlərlə Çinlə sülh müqaviləsi bağlanır: 1.Xaqan özünü
Çinin vassalı adlandırır. 2.Çindəki uyğur səfirliyi 200 nəfərdən artıq
olmamalı idi. 3.Məcburi ticarət üçün Çinə mindən çox olmamaq şərti
ilə (ə w əl 6 min idi) at aparmaq olardı. 4.Çinliləri sərhəddən kənara
aparmaq qadağan edilirdi. Müqavilə 788-ci ildə nikah və Tibetə qarşı
ittifaqla möhkəmləndirildi. Ölkə daxilində Kat Kutluğ Bilgə xaqan
möhkəm qanunlar qoymuşdu və bu qanunlan pozanlan ağır
. cəzalandırırdı. Məsələn, əvvəlki sülalənin iki şahzadəsi onun əmri ilə
edam edilmişdi. Çin mənbəyi Kat Kutluğ Bilgə xaqanı mərd aə igid
adam kimi səciyyələndirir.
Kat Kutluğ Bilgə xaqan doqquz oğuz qəbiləsindən deyildi, buna
görə də hakimiyyəti ələ keçirdikdən sonra doqquz oğuz qəbiləsinin
imtiyazlı vəziyyətini ləğv etdi. Mübarizədə qalib çıxan altı qəbilənin
nümayəndələri
öz
sərbəsdiklərini
qorumaq
üçün
mərkəzi
hakimiyyətin güclənməsini istəmirdilər. Bu dövrdən başlayaraq,
Uyğur xaqanlığı əslində, monarxiya deyil, ömürlük seçilən xaqan
tərəfindən idarə edilən respublika olur; hakimiyyət vərəsəlik yolu ilə
atadan oğula keçmir. Hakimiyyət qəbilə rəhbərlərinin əlində olur;
onların qurultayı xaqan seçir. Bu, bir növ, seçkili monarxiyadır. Bu
dövrdə hakimiyyət başında olmuş xaqanlar o qədər zəifdir İd, tarix
onları səciyyələndirmək belə istəməmişdir. 789-cu ildə K at Kuduğ
Bilgə xaqan vəfat etdikdən sonra taxta onun oğlu Dolosı1 çıxmışdır,
1 L.N.Qumiley bir yerdə onu Panquan (bax: «Древние тюрки», səh.425; başqa
yerdə Doiosı (bax: yenə orada, səh. 409) adlandırır.
27
lakin o, xaqanlığa vərəsəlik yolu ilə gəlməmiş, əyanlar şurası
tərəfindən seçilmişdi. Şura ona Ay Tenri Uluğ Küç Minmiş Küçlüg
Bilgə xaqan adı verir. 794-cü ildə Küçlüg Bilgə xaqan arvadı
tərəfindən zəhərləndirilir. Onun yerinə onun kiçik qardaşı oturur, lakin
əyanlar işə qarışıb onu öldürür və taxta onun az yaşlı oğlunu çıxarırlar.
Bir ildən sonra xaqan ölür (tarix onun necə ölməsi haqqında susur),
əyanlardan birinin oğulluğa götürdüyü Kutluğ adlı bir nəfər xaqan
seçilir. Kutluğun hakimiyyəti illərində, indiki terminlə desək,
konstitusiya qəbul edilir. Bu konstitusiyaya görə, xaqan yalnız taxtda
oturmalı idi, dövlət işlərini isə onun köməkçisi - çinliləri çensyan,
ərəblərin vəzir adlandırdıqları şəxs idarə etməli idi. Konstitusiyanın
ikinci tələbi məhkəmə hakimiyyətinə aid idi: qanunların qəti təsbit
edilməsi özbaşınalığın qarşısını almalı idi. Nəhayət, konstitusiya qəti
şəkildə tələb edirdi ki,dövlət işləri ilə kilsə işləri uzlaşdırılsın, başqa
sözlə desək, dövlətin idarə edilməsində manixey icması başçılarının
fikri nəzərə alınsın. Əslində, xaqan təkcə hərbi işlərdə sərbəst idi, heç
də təsadüfi deyildir ki, qaynaqlar Kutluğ xaqanı həmişə ordu başında
təsvir edir. Lakin əyanlar burada da onu dinc qoymurlar. Onlar tələb
edirlər ki, Kutluğ xaqan öz dövlətində manixey dininə qulluq
etməyənləri təqib etsin. Belə siyasət isə çinlilərin və ərəblərin
etirazına səbəb olurdu. Məsələn, Xorasan əmiri biləndə ki, onun
torpağında bir neçə yüz zındıq, yəni manixey var, onları öldürmək
qərarına gəlir. O, hazırlaşana qədər doqquz oğuzların xaqanından elçi
gəlir və bunları əmirə yetirir: «Mənim torpaqlarındakı müsəlmanların
sayı sənin torpaqlarındakı zındıqlardan üç dəfə çoxdur; sən bir zindığa
belə toxunsan, mən bütün müsəlmanları qıraram».
Çölün köçəri qəbilələri türklərə nisbətən uyğurlara daha çox
nifrət edirdilər, çünki göytürklər köçəri qəbilələrdən itaət və xərac
tələb
edirdilər, uyğurlar isə məğlub edilmiş qəbilələrdən psixikasının
bütün quruluşunu və bütün həyat tərzini dəyişməyi tələb edirdilər.
Köçəri qəbilələr uyğurların tələb etdiyi təsəvvürləri nə başa düşür, nə
də qəbul edirdi. Buna görə də uyğurlarla onları əhatə edən qəbilələr
arasında münasibətlər kəskinləşir. Manixey dinini qəbul etməkdən
başqa, oturaq həyata keçmək də uyğurları narazı salırdı.
Qırğızların 815-ci ildə qaldırdığı üsyanı və 820-ei ildə tatar
qəbilələrinin Amurdan İnşana köçməsini nəzərə almasaq, 839-cu
ilədək Uyğur xaqanlığında elə bir az-çox diqqəti cəzb edən hadisə baş
2»
vermir. Lakin elə bunların özü də mərkəzi hakimiyyətin zəifliyini
göstərir. 832-ci ildə Qesa adlı xaqan öz adamları tərəfindən öldürülür
və taxta onun qardaşı oğlu Xu (türkcə: Kut tigin; çincə: Ku dələ;
farsca: Xutuqlan xaqan) çıxarılır. Bu xaqanın vaxtında Uyğur
dövlətinin tənəzzülü baş verir.
Hələ 794-cü ildə şato qəbiləsi Uyğur xaqanlığının tərkibindən
çıxmışdı, 835-ci ildə tatabı qəbiləsi də xaqanlıqdan ayrılır. 818-ci ildə
qırğız qəbilələri üsyan qaldırır və onların bəyi Ajo Özünü xaqan elan
edir.
839-cu ildə Külük bəy (çincə: Qyuylofu) adlı bir əyan şato
qəbiləsini köməyə çağırıb uyğurların paytaxtı Qaraqoruma hücum
edir. Kut tigin özünü öldürür. Üsyançılara rəğbət bəsləyən əyanlar
onun az yaşlı oğlu Kəsi tigini xaqan seçirlər. Lakin az sonra, 840-cı
ildə Külüg bəyin düşməni Külüg bağa qırğızlan köməyə çağırıb
Qaraqorumu tutur. Qaynaqların verdiyi məlumata görə, bu döyüşdə
yüz minlik qoşunu iştirak etmişdi. Xaqan Kəsi tigin və Külüg bəy
*
edam edilir, onların tərəfdarlarının yurtlan yandırılır. Əyanlardan Pan
Törə adlı bir nəfər 15 aymakla Cunqariyaya gedir və karluklara tabe
olur. Xaqan
aymakmm
13 tayfası isə 841-ci ilin mart ayında Ögə tigini
xaqan elan edib mübarizəni davam etdirmək qərarına gəlir. Qırğızlar
Qaraqorumu tutarken çoxlu qənimətlə yanaşı üç uyğur xaqanının
arvadı olan Çin şahzadəsini də ələ keçirmişdilər. Çinlə münasibətləri
pozmamaq üçün onlar şahzadəni təntənəli şəkildə karvanla yola
salırlar. Ögə karvana hücum edir, bütün qırğızlan qırır, şahzadəni azad
edir və onunla evlənir. Ögə başa düşür ki, Xalxada qala bilməz, ona
görə də böyük, ac və pozulmuş ordası ilə Qobunu keçib Xuanxe çayı
sahillərinə gəlir. Çin hökuməti bilirdi ki, Ögə müharibə axtarmır, ona
görə də uyğurlarla danışıq aparır. Lakin ac köçərilər danışıqların
sonunu gözləmədən xalqı soymağa başlayır. Əyanlar görürlər ki,
vəziyyət ağırdır və fəlakətlə nəticələnə bilər. Ögə tiginin qardaşı
Umus müttəfiq şato qəbiləsinin başçısı Çisini edam edir və soyğunu
onun üstünə yıxır. Şato qəbiləsinin digər başçısı Naseçur 7 min
çadırdan ibarət qəbiləni götürüb Mancuriyaya gedir. Çinlilər onu
məğlub etdikdə Naseçur Ögə tiginin yanma qaçır, xaqan isə onu edam
edir. Başqa uyğur əyanları Çin imperatoruna tabe olurlar.
2 9
Asiya IX yüzilliyin ortalararında
30
4«
тм
тмб«текие
с*
лы
841-ci ildə Ögə tigin Çinə hücum edir və həmhüdüd
ərazidəki Çin qoşununu məğlub edərək Şansi və Ordos
əyalətlərini talayır. Çin imperatoru qoşun toplayaraq 842-ci ildə
uyğurları məğlub edir. Elə həmin ili uyğurların müttəfiqi olan
kıtaylar üsyan edib Çinin tərəfinə keçirir. 843-cü ildə çinlilər
uyğurları qəti şəkildə məğlub edirlər. Ögə tigin öz tərəfdarları ilə
birlikdə «qara araba» qəbiləsinə qaçır, lakin onlar xaqanı çinlilərə
verirlər və Ögə tigin öldürülür. Ögə tiginin qardaşı Enən tigin
uyğurların qalıqlarını başına toplayıb tatabı qəbillələrinin yanında
yaşayır, lakin 847-ci ildə Çin qoşunu tatabıları m əğlub edir, Enən
tigin tatarların yanma qaçır. Çinlilər tatarlardan onun verilməsini
tələb etdikdə Enən tigin arvadı, oğlu Dusa tigin və doqquz nəfər
süvari ilə naməlum istiqamətdə haraya isə gedir.
Qırğız xaqanı uyğurların tatarların yanında yaşadığmı
eşitdikdə on minlik bir ordu ilə Mancuriyaya gəlir və qaçqınları
tutub edam edir. Tək-tük xilas olanlar dağlarda və meşələrdə
gizlənərək qərbə Pan Törənin yanına gedir.
Pan Törənin rəhbərliyi ilə qərbə gedən uyğurların taleyi
daha uğurlu olur. Karluklara sığman bu uyğurlar tezliklə iki yerə
parçalanır: bir hissə Kuçada məskunlaşır, qalanları Beşbalık
ətrafında yurd salır. Bu dövrdə uyğurlar qüvvə toplayırlar. Çinə
çatan qırıq-qırıq məlumatlardan belə nəticə çıxarmaq olur ki,
uyğurların təşkil etdiyi yeni xanlıq yaşayır. 856-cı ildə Kuçada
artıq yeni xan - Manlı xan taxta çıxmışdı. O, Çin dövləti ilə
münasibətləri qaydaya salır. Lakin bir ildən sonra Tibet qoşunları
hücum a keçib (bu vaxt Çinlə Tibet arasmda ikiyüzillik müharibə
gedirdi) Uyğurustandan Çinə gedən yolu kəsir. Onda cunqar
uyğurları işə qarışır. Cunqar uyğurlarının knyazı Buğu Tszun
Beşbalıkdan yürüş edir. Tibet sərkərdəsi Şan Kunjonu məğlub
edir. Buğu Tszun tibetlilərin Siçjou (Turfan vadisi), Beytin (güman
ki, Beşbalık yaxınlığında fort), Lantay (Urumçi yaxınlığında),
Tszinçəndə (Urumçidən 250 li qərbdə) qalalarını alır və bununla
da Tyanşan dağları civarında Tibet üstünlüyünə son qoyur.
Çinlə Tibet arasındakı ikiyüzillik müharibə Çinin qələbəsi
ilə bitir. Bundan uyğurlar da qazanır. Buğu Tszun Beşbalıq və
K uça vadilərindən əlavə, Lobnor gölünün şimalmı v ə Manas
31
çayınadək Cunqariyanı əhatə edən kiçik, lakin möhkəm bir dövlət
yaradır. Bu dövlət kiçik olduğu üçün xanlıq adlana bilməzdi, buna
görə də onun hakimi ıdıkut rütbəsi alır. Bu kiçik dövlətdən orta
əsrlər Uyğurustam yaranmışdır.
Uyğurların Tarım çayı hövzəsində yaradılan bu Kuça dövləti
(840-1206) Tyan-şan dağlarının cənub ətəklərində yerləşirdi.
Siyasi baxımdan regionun ictimai həyatında o qədər də
əhəm iyyətli rol oynamamasma baxmayaraq, Kuça dövləti
monqolların tarix səhnəsinə çıxdığı vaxtadək keçən dövrdə
m ədəniyyət baxımından regionda birinci dərəcəli rol oynamışdır.
Qədim uyğur qəbilələrinin tarixi haqqında azərbaycanca
geniş məlumat almaq üçün bu kitabın müəllifinin «Uyğurlar»
(Bakı, 1993) və «Ulu türklər» (Bakı, 2003) kitablarına baxmaq
olar.
Uyğur yazısı
XIX əsrin ortalarında Y.KJaprot belə bir fikir irəli sürmüşdür
ki, uyğur əlifbası Suriya əlifbasından - estrangelodan törəmişdir.
V.V.Radlov 1912-ci ildə nəşr edilən «Qədim türk araşdırmaları»
adlı əsərində uyğur əlifbasının m ənşəyinə toxunmuşdur. O,
M ərkəzi Asiyanın tarixində Suriya - nestorian mədəniyyətinin
əhəm iyyətini nəzərə alaraq belə hesab edirdi ki, uyğur əlifbası öz
mənşəyini Suriya əlifbası estrangelodan götürür.
Fransız alimi Qotye sübut etmişdir ki, uyğur əlifbası öz
mənşəyini soğda əlifbasından almışdır. Kaşğarlı Mahmudun «Divani-
lüğət-it-türk» əsərində bu barədə məlumat olmadığı üçün belə qənaətə
gəlmək olar ki, bu fakt ona məlum deyilmiş, lakin XIII əsrin
əvvəllərinin müəllifi Fəxrəddin Mübarəkşah Mərvərrudi uyğur
əlifbasının soğda əlifbası əsasında yaradıldığı haqda məlumat verir.
V.V.Bartold Qotyenin uyğur əlifbasının soğda əlifbasından
əm ələ gəlməsi haqqmdakı fikrini sübut etmək üçün belə bir faktı
da şahid çağırır: Süan-Tszyan (bax: «Süan-Tszyanın bioqrafiyası»)
məlumat verirdi ki, Suli ölkəsində, sonralar uyğurlarda və
monqollarda olduğu kimi, yuxarıdan aşağıya doğru yazır və
oxuyurdular.
S.Y.Malov da bu fikirdədir ki, uyğur əlifbası öz mənşəyini yeni
n
soğda əlifbasından götürür. Məncə, uyğur əlifbasının soğda mənşəli
olmasını belə bir fakt da sübut edir ki, bütün sami mənşəli əlifbalarda
olduğu kimi (soğda əlifbası da sami mənşəlidir), uyğur əlifbasında da
hərflər başda, ortada və sonda yazılmaq şərti ilə üç cür yazılır.
Sonralar uyğur əlifbası monqollara, onlardan isə mancurlara
keçmişdir.
Uyğur yazısı yuxandan aşağıya və soldan sağa doğru yazılır
və oxunur. Bu, uyğur yazısım Orxon-Yenisey yazısmdan
fərqləndirən xüsusiyyətlərdən biridir. İkinci fərqli xüsusiyyət
budur ki, Orxon-Yenisey əlifbasında bir sıra samitlər üçün iki
işarə vardır: incə saitlərlə işlənən samitlər üçün «incə», qalm
saitlərlə işlənən samitlər üçün «qalm» işarə qəbul edilmişdir. Bu
da çox vaxt yazıda sait səslərin işarələrinin işlədilməsinə ehtiyacı
aradan qaldırır. Uyğur əlifbasında isə samitlər üçün belə «incə» və
«qalm» işarələr mövcud deyildir. Bu iki əlifba arasında üçüncü
fərq budur ki, Orxon-Yenisey hərfləri sözün bütün mövqelərində
(başda, ortada, sonda) eyni cür yazılır, uyğur əlifbasında hər səs
üçün başda, ortada və sonda yazılmaq şərtilə üç işarə vardır.
Bundan başqa, Orxon-Yenisey əlifbasında hərflərin mətbəə və
əlyazısı şəkli olmadığı (bəlkə də olmuşdur, ancaq bizə məlum deyil)
halda, uyğur hərflərinin iki variantı - mətbəə və əlyazması şəkilləri
mövcuddur. Orxon-Yenisey əlifbasında olduğu kimi, uyğur əlifbasında
da ı və i, o və u, ö və ü səsləri üçün də bir işarə vardır, lakin Orxon-
Yenisey əlifbasında a və ə səsləri üçün də bir işarə olduğu halda uyğur
əlifbasında bu səslərin hərəsi üçün ayrıca işarə düzəldilmişdir.
Nəhayət, uyğur əlifbasında p və b, g və k, d və t səslərini göstərmək
üçün bir işarə mövcuddur. Belələiklə, uyğur əlifbası qədim uyğur
dilində mövcud olan 29 səsi işarə etmək üçün 22 hərfə malikdir. İşarə
- hərflərin bu qədər azlığı əlifbanı mənimsəməyi asanlaşdırsa da
mətni oxumağı çətinləşdirir. Məsələn, müasir oxucuya məlum olmur
ki, harada b və harada p, harada d və harada t, harada к və harada g
oxumaq (tələffüz etmək, transkripsiya etmək) lazımdır. Bu baxımdan
Orxon-Yenisey əlifbası xeyli əlverişlidir.
Qədim uyğur mətnlərini oxuyarkən bir məsələni nəzərə
almaq lazımdır: o, ö və e səsləri ikinci və sonrakı hecalarda
işlənmir. Buna görə də həmin hecalarda uyğur işarələri yalnız ə, u
və ü kimi oxumaq lazımdır.
Qedim u y ğ u r d ili
Qədim uyğur qəbilələri M ərkəzi Asiyada ən mədəni
xalqlardan biri olmuşdur. Sələfləri göytürklərdən fərqli olaraq
onlar oturaq həyat keçirmiş və şəhərlərdə yaşamışlar. Qədim
uyğurlar evlərini və m əbədlərini gözəl şəkillərlə bəzəmişlər.
Xristian, mani və burhan dinini qəbul etdikdən soma bu dinlərin
müqəddəs kitablarım, habelə müqəddəslərin həyatından bəhs
edən kitabları və başqa dini məzmunlu əsərləri öz dillərinə
tərcümə etmişlər. M əlum olduğu kimi, tərcümə sənəti yüksək
ustalıqla, yüksək mədəniyyətlə yanaşı dili (həm ana dilini, həm
də tərcümə edilən mənbənin dilini) mükəmməl bilməyi tələb edir.
Qədim uyğurlar özləri də bədii yaradıcılıqla məşğul olmuşlar.
Orxon-Yenisey və qədim uyğur abidələrinə əsaslanıb
(əlbəttə, bu tam şərtidir, çünki nə Orxon-Yenisey abidələrinin dili
göytürklərin dili, nə də qədim uyğur abidələrinin dili qədim
uyğurların dilini tam əhatə edir) mühakimə yürütsək, göytürklərin
dilinə nisbətən qədim uyğurların dili həm lüğət tərkibinə, həm də
üslub
çalarlarına
görə
daha
zəngin
olmuşdur.
Mənim
hesablamağıma görə, qədim uyğur abidələrinin lüğət tərkibi
Orxon-Yenisey abidələrinin lüğət tərkibindən təxminən beş dəfə
çoxdur. Orxon-Yenisey abidələrinin dilini qəbiristanlıq-memuyar
ədəbiyyatı dili kimi səciyyələndirsək, qədim uyğur dilində bədii,
elmi, dini-fəlsəfi və rəsmi dəftərxana üslublarını qeyd etmək olar.
Adətən, qədim uyğur ədəbi dilinin inkişafının iki dövrə
bölürlər: 1.Şərti olaraq, Orxon-Yenisey dövrü - Orxon-Yenisey
(run) əlifbası ilə yazılan qədim uyğur abidələrinin dili. 2.Mani,
uyğur və brahmi əlifbası ilə yazılan qədim uyğur abidələrinin dili.
Qədim
uyğur
ədəbi
dilinin
bu
iki
dövrünü
səciyyələndirməzdən əvvəl qeyd etm ək istərdim ki, «qədim uyğur
ədəbi dili» termini şərtidir və bu termin «qədim uyğur abidələrinin
dili» ifadəsinə bərabərdir, çünki qədim uyğur abidələrini yazıb
bəşəriyyətə bəxş etmiş xalq (xalqlar) bu abidələrin heç yerində
«uyğur» sözünü işlətmir. Mən hətta əmin deyiləm ki, bu
abidələrin hamısmı yekcins tərkibə malik bir xalq yazmışdır. Mən
belə güman edirəm ki, Qədim Türk Xaqanlığında olduğu kimi,
Uyğur Xaqanlığında da m üxtəlif xalqlar hamı tərəfindən qəbul
34
edilmiş bir konye dildən istifadə etmişlər. Bu dili süni dil
adlandırmaq olmaz, bu təbii olaraq bir qəbilənin, bir xalqm dili də
deyildir. Bu, necə deyirlər, ümumtürk dilidir, bir növ, ədəbi dildir,
dövlət dilidir. Türk tarixində «qədim uyğur ədəbi dili» timsah
yeganə hadisə deyildir; daha əvvəllər göytürk ədəbi dili də belə
olmuşdur, daha sonra cığatay ədəbi dili də belə olacaqdır.
Qədim uyğur ədəbi dilinin Orxon-Yenisey dövrü qədim
uyğur abidələrinin Orxon-Yenisey əlifbası ilə yazıldığı dövrdür.
Məlum olduğu kimi, əvvəllər qədim uyğur qəbilələri (və sonralar
Uyğur xaqanlığı yarandıqdan sonra bu dövlətə daxil olan başqa
türk qəbilələri də) Türk (türküt, göytürk) xaqanlığma daxil olmuş,
Orxon-Yenisey əlifbasında və bu əlifba ilə yazılan ədəbi dildən
istifadə etmişlər. Sonralar uyğur xaqanlığı yarandıqda belə, təbii
ki, birdən-birə bu ənənədən uzaqlaşmaq olmazdı. M ən elmi
ədəbiyyatda dərin kök salmış belə bir fikirlə heç cür razılaşa
bilmirəm ki, Orxon-Yenisey əlifbası ilə yazılmış qədim uyğur
abidələrinin dili öz spesifik xüsusiyyətləri ilə Orxon-Yenisey türk
(bəzən də oğuz deyirlər) ədəbi dilindən fərqlənmişdir. Şəxsən
mənim fikrimcə, Tonyukuk abidəsinin dili K ül tigin abidəsinin
. dilindən nə qədər fərqlənirsə, Moyun Çor abidəsinin dili də yenə
həm in K ül tigin abidəsinin dilindən bir o qədər fərqlənir. Kül
tigin və Tonyukuk abidələri türküt (göytürk yaxud oğuz) ədəbi
dilinin, M oyun Çor abidəsi isə qədim uyğur ədəbi dilinin
nümunəsi hesab edilir. Yeganə səbəb budur ki, birinci iki abidə
VIII
əsrin
birinci yarısının
sonunda
göytürk sülaləsinin
nüm ayəndələrinə, sonuncu abidə həm in əsrin ikinci yarısının
əvvəlində uyğur sülaləsinin ilk xaqanına qoyulmuşdur. Üslub
çalarlarına görə o dövrün «ədəbi dillərini» fərqləndirməli olsa
idik, onda Kül tigin, Tonyukuk və Moyun Çor abidələrinin hər
birini ayrıca bir ədəbi dilin nümunəsi kimi götürməli idik. Buna
görə də m ən VI-XI əsrlərin ədəbi dilini göytürk ədəbi dili və
qədim uyğur ədəbi dili, qədim uyğur ədəbi dilini isə öz
növbəsində Orxon-Yenisey ədifbası ilə yazılmış abidələr dövrü və
mani, uyğur, brahmi əlifbası ilə yazılmış abidələr dövrü deyə
dövrləm əyi tamamilə şərti hesab edirəm. Hətta oxucuya təqdim
etdiyim bu əsərin quruluşuna diqqət verilsə, aydın görünür ki,
göytürk əlifbası ilə yazılmış abidələr əsərin birinci iki cildində,
33
qədim uyğur əlifbası ilə yazılmış abidələr ikinci iki cildində
toplanmışdır.
Adətən, tədqiqatçılar qədim uyğur ədəbi dilinin Orxon-
Yenisey dövrünə Orxon-Yenisey əlifbası ilə daş üzərində yazılmış
abidələrin və Turfanda tapılmış yenə həmin əlifba ilə kağız
üzərində yazılmış abidələrin dilini daxil edirlər. Bu abidələr
türklərin uyğur sülaləsi dövründə yazılsa da göytürk sülaləsi
dövrimdə yazılmış abidələrin, bir növ, davamı təsiri bağışlayır.
Daş üzərində yazılmış abidələr göytürklərin daş üzərində yazılmış
abidələri ilə həm leksika, həm qrammatika, həm də məzmun -
üslub baxımından eyniyyət təşkil edir. N əzərə çarpan bəzi cüzi
fərqlər abidələrin qəbilə mənsubiyyətindən irəli gəlir. Orxon-
Yenisey əlifbası ilə kağız üzərində yazılan abidələr isə daş
üzərində yazılan istər göytürk abidələrindən, istərsə uyğur
abidələrindən kəskin surətdə fərqlənir - burada artıq qəbiristan -
memuar üslubu yoxdur, mövzu genişdir, dini v ə dünyəvi mövzular
qələm ə alınmışdır. Bu da öz növbəsində abidələrin dilinin leksik
tərkibinə təsir göstərir - trafaret ifadələrdən çəkinilir, m ətnlərdə
daha çox yeni söz işlədilir. İstər daş, istərsə kağız üzərində Orxon-
Yenisey əlifbası ilə yazılmış qədim uyğur abidələrini göytürk
abidələri ilə bağlayan budur ki, əvvələn, həm göytürk, həm də
qədim uyğur abidələrində alınma sözlər yox dərəcəsindədir,
ikincisi, qrammatik qanunlar ciddi gözlənilir, dilin məntiqi
qrammatikasından kənara çıxma halları, demək olar ki, müşahidə
edilmir. Burada dilin inkişafının belə bir qanunauyğunluğu
müşahidə edilir: daş üzərində yazılmış uyğur abidələri göytürk
abidələrinin xələfi, kağız üzərində yazılmış uyğur abidələrinin isə
sələfidir. Bunlar bir ədəbi dilin - ümumtürk ədəbi dilinin davamı
və yalnız zamanca inkişafıdır. Başqa cür də ola bilməzdi. Uzun
zaman bir ittifaqda yaşayan, eyni dildə yazan (az qala,
dartışan
yazmaq istəyirdim, sonra fikirləşdim ki, h ər halda qəbilə
dillərində müəyyən fərqlər olmalı idi) iki qəbilə arasındakı siyasi
vəziyyət dəyişdikdə bu, dilə inqilabi təsir göstərə bilməzdi;
uyğurların
asılı
vəziyyətdən
hakim
sülaləyə
çevrilməsi
göytürklərlə müştərək olan köhnə
dil
qaydalarını,
artıq
möhkəmlənmiş və bütiuı türk qəbilələri tərəfindən qəbul edilmiş
qrammatik qayda və qanunları, hələ m ən deyərdim ki, trafaret
ədəbi dil üslubunu birdən-birə dağıdıb yeni əsaslara söykənən
«yeni dil», daha doğrusu, yeni ədəbi dil yaratmağa gətirib çıxara
bilməzdi. Yeni ədəbi dilin, qədim uyğur ədəbi dilinin yaranması
üçün, daha dəqiq, göytürk ədəbi dilinin başqalaşıb qədim uyğur
dilinə çevrilməsi üçün real zəmin - zaman, məkan, yaşayış tərzi,
ətraf mühit (xalqı əhatə edən və onunla daim təmasda olan başqa
xalqlar) faktorlarının mövcudluğu lazım idi. Bütün bu faktorlar
özünü 840-cı ildə Uyğur xaqanlığının qırğızlar tərəfindən məğlub
edilməsi və uyğurların qərbə köçüb Koçu dövlətini yaratmasından
sonra təzahür edir.
Koçu dövləti yaradıldıqdan sonra belə bu dövlətdə yaşayan
xalqlar (onlara ümumi adla
uyğur
deyirdilər, lakin onlar sözün
məxsusi mənasında uyğur deyildilər, müxtəlif qəbilələrdən ibarət
idilər) ilk vaxtlar hələ Orxon-Yenisey əlifbasından istifadə
edirdilər. Yaranmaqda olan yeni ədəbi dilin ilk nümunələrindən
biri şaman dini məzmunu daşıyan «Irk bitig» («Falnamə») adlı
əsərdir. Bu əsərdə artıq yeniləşm iş ədəbi dilin ünsürləri özünü
göstərir. Əlifbanın dəyişdirilməsi, Orxon-Yenisey əlifbasından
uyğur əlifbasına keçilməsi ədəbi dildə baş verən yeniləşməni
sürətləndirdi. Qonşu xalqlarla təmas, həyat tərzində dəyişikliklər,
elmin və mədəniyyətin inkişafı dildə fikri ifadə etmək üçün
çatmayan sözləri ya başqa dillərdən almaq, ya da dilin öz daxili
imkanları hesabma yeni sözlər yaratmaq zərurətini irəli sürdü.
Lakin Şərqi Türküstanda yaranan uyğur dövlətində yaşayan türk
qəbilələri əsasım oğuz dili təşkil edən əvvəlki ədəbi dilin
qrammatik quruluşunda - fonetikasında, morfologiyasında və
qismən sintaksisində elə bir dəyişiklik etmədilər. Lüğət tərkibində
bir qədər dəyişiklik oldu - dildəki sözlərin sayı xeyli artdı. Bu
artım qismən qonşu xalqlardan sözalma yolu ilə, qismən tərcümə
edilmiş ədəbiyyatdan söz və terminlər götürmə yolu ilə, qismən
də türk dilinin öz daxili vəsaiti hesabma sözlər yaradılması
hesabma baş verdi. Burada m ən mütləq daha bir məsələni də qeyd
etm əliyəm . Nə vaxtsa mən Orxon-Yenisey abidələrinin dilinə
həsr etdiyim bir əsərdə yazmışam ki, Orxon-Yenisey abidələrinin
lüğət tərkibi qədim göytürk qəbilələrinin dilində olan sözlərin
hamısını əks etdirmir. M əlum səbəblərə görə abidələrin lüğəti
dilin lüğətinin cüzi bir hissəsini bizə çatdırmışdır. Heç şübhəsiz,
37
qədim uyğur abidələri Orxon-Yenisey abidələri dövründə mövcud
olan, lakin həm in abidələrin dilində öz əksini tapmayan sözlərin
bir qismini (əlbətdə, yenə də hamısını əhatə edə bilməzdi)
zəmanəmizə gətirib çıxarmışdır. Əgər bu faktı da nəzərə alsaq,
onda istər - istəməz belə bir nəticəyə gəlməliyik ki, qədim uyğur
ədəbi dilinin lüğət tərkibində də Orxon-Yenisey (göytürk) ədəbi
dilinə nisbətən elə bir əsaslı dəyişiklik olmamışdır. O dilin də, bu
dilin də lüğət tərkibinin özəyini oğuz əsası təşkil edir, lakin indi
biz qədim uyğur ədəbi dili üçün
uyğur-oğuz əsası
terminini
işlədirik. Orxon-Yenisey (göytürk) ədəbi dili ilə müqayisədə
qədim uyğur ədəbi dilinin fonetikasmda da müəyyən qədər
dəyişm ə olduğu görünür: burunda tələffüz edilən у səsi yavaş-
yavaş istifadədən çıxır, yeni səslər v, j və x səsləri dildə təzahür
edir, alınma sözlərdə hətta q səsi də işlənir; yazıda öz əksini
tapmasa da, m ən əm inəm ki, şifahi dildə hətta h səsi də
işlənməyə
başlayır.
Morfologiyadakı
dəyişikliklər,
əsasən,
sözyaradıcı şəkilçilərə aiddir - bir neçə sözyaradıcı şəkilçi
meydana gəlir ki, bu da, təbii olaraq, dilin inkişafı ilə əlaqədardır.
Sözdəyişdirici şəkilçilər sahəsində elə bir ciddi dəyişiklik gözə
çarpmır; Orxon-Yenisey ədəbi dilinə nisbətən qədim uyğur ədəbi
dilində
qrammatik
(sözdəyişdirici)
şəkilçilər
sahəsində
əhəm iyyətsiz, lakin qanuni fonetik dəyişm ələr n ə zə rə çarpır.
Bu sahədə diqqəti cəzb edən dəyişiklik budur ki, m ən və sən
əvəzlikləri ilə yanaşı (bu əvəzliklər göytürk dilində də xəbərlik
şəkilçiləri kimi işlənirdi), ol əvəzliyi də qədim uyğur ədəbi
dilində xəbərlik şəkilçisi kimi işlənir. Mən burada da təəccüblü
bir şey görmürəm. Hələ Orxon-Yenisey əlifbası ilə yazılmış və
mənim fikrimcə, göytürk ədəbi dili ilə qədim uyğur ədəbi dili
arasında keçid təşkil edən «Irk bitig» abidəsində də ol şəxs
əvəzliyi xəbərlik şəkilçisi funksiyasında çıxış edir. Bu iki ədəbi
dili müqayisə etsək, O rxon-Y enisey ədəbi dilinə nisbətən
qədim uyğur ədəbi dilinin sintaksisində m üəyyən dəyişikliklər
m üşahidə edilir. M ən təfərrüfatm a varmadan təkcə bunu
gösterm ək istəyirəm ki, Orxon-Yenisey ədəbi dilində cümlə
quruluşu, cüm lədə sözlərin sırası çox ciddidir, qədim uyğur
ədəbi dilində isə bu ciddilik pozulur. M ən bu faktı cüm lədə söz
sırası m əsələsində ciddi nizam gözləm əyən hind - Avropa
3»
(toxar, hind) dillərinin təsiri kim i izah edərdim.
Beləliklə, qədim uyğur ədəbi dili, mənim fikrimcə, nə isə
tam yeni bir ədəbi dil deyil, Orxon-Yenisey (göytürk) ədəbi
dilinin yeniləşmiş, qanunauyğun inkişaf etmiş yeni şəklidir və
təbii ki, bu yeni şəkildə köhnələr qorunub saxlandığı kimi,
yenilərə də geniş yer verilmişdir. Mən belə hesab edirəm ki,
sonralar yaranan cığatay ədəbi dili də tamamilə yeni bir hadisə
deyil, qədim uyğur ədəbi dilinin inkişaf edib yeniləşmiş şəklidir.
Əgər Nəvai dili cığatay dilinin, Füzuli dili Nəvai dilinin, müasir
Azərbaycan dili Füzuli dilinin inkişaf edib yeniləşmiş şəklidirsə,
onda belə bir inkişaf prosesi qanunauyğundur: Orxon-Yenisey
(göytürk) ədəbi dili-»qədim uyğur ədəbi dili—^cığatay ədəbi
dili—>qədim özbək ədəbi dili (Nəvainin dili)-»qədim Azərbaycan
ədəbi dili (Füzulinin dili)-»m üasir Azərbaycan ədəbi dili.
Artıq dediyim kimi, qədim uyğur abidələrinin dili, qədim
uyğur ədəbi dili nə uyğur qəbilələrinin dili, nə də uyğurların
ədəbi dili idi. Bu, uyğur dövlətinin m ənafeyinə - dövlətdə
yaşayan m üxtəlif türkdilli qəbilələrin birləşdirilm əsinə xidmət
edən, az qala, süni (bütün ədəbi d illər süni dildir) yaradılmış dil
idi. Q ədim uyğur yazılı abidələrində bu dil, haqlı olaraq, uyğur
dili, uyğurca yox, türkcə adlandırılır. Qədim uyğur ədəbi dilinin
Orxon-Yenisey (göytürk) ədəbi dilindən üstünlüyü təkcə lüğət
tərkibinin genişliyində deyildi, h əm də bu dildə m üxtəlif
üslubların yaranmasında idi. M əlum olduğu kimi, h ər üslubun öz
«dili» vardır. Çin, toxar və hind dillərindən edilən bədii
tərcüm ələr, türkcə yazılan bədii əsərlər (şeir və hekayələr)
qədim uyğur ədəbi dilində bədii üslubun yaranıb formalaşmasına
səbəb oldu. Bu üslub O rxon-Y enisey (göytürk) ədəbi dilindəki
m emuar - çağırış üslubunun bilavasitə davamı olsa da öz
bədiiliyi və rəngarəngliyinə görə onda xeyli fərqlənir. Orxon-
Yenisey nəsrinin davamı kimi yeni nəsr janrı yaranır, lakin bu
nəsr «qəbiristan poeziyası» əsasında deyil, dini və dünyəvi
mövzular əsasında inkişaf edir. Y eni mövzular janrın «dilinə» də
təsir göstərir: göytürk nəsrindən fərqli olaraq qədim uyğur
nəsrinin dilində artıq qəlib, şablon ifadə v ə cüm lələr yox
dərəcəsindədir. Düzdür, bəzi tədqiqatçılar (m əsələn, Stebleva)
39
Orxon-Yenisey abidələrində də poeziya nüm unələri görürlər,
lakin əsl türk poeziyası, türk şeiri qədim uyğur ədəbi dilində
yaranmışdır. Türk şeiri əvvəlcə ön (baş) qafiyəyə əsaslanırdı,
tədricən ön və son, daha sonra isə son qafiyə meydana çıxır,
əvvəlcə misralarda
hecaların
sayı
tənasübü
və
təktilər
gözlənilmirdi, tədricən heca janrı (misralarda hecaların tənasübü)
v ə misraların təktilənm əsindəki tənasüb də türk şeirinin əsas
xüsusiyyətlərindən biri oldu. Qədim uyğur ədəbi dilində ibtidai
səviyyədə olsa da, tərcüm ədə olsa da dram janrı (öz dil
xüsusiyyətləri ilə birlikdə) yarandı. «Maytrısimit» əsəri buna
nümunə ola bilər.
Təbabətə və astranomiyaya aid əsərlərin yazılması qədim
uyğur ədəbi dilində elmi üslubun yaranmasına səbəb oldu. A. fon
Qaben və R.R.Arat qədim uyğur dilində təbabətə aid yazılmış
xeyli əsəri nəşr etmişlər. Bədii üsluba nisbətən elmi üslub
yığcamlığı,
təkmənalığı, konkretliyi
əsas
götürür.
Burada
təmtaraqlı cümlələr, sinonimlər, omonimlər, antonimlər, məcazi
məna, uzun təsvirlər işlədilm əsinə yol verilmir. Bu da əsərin
quruluşuna
və
dilinə
öz
təsirini
göstərir.
Bu
üslubu
səciyyələndirmək üçün bir nüsxəsi (resepti) sxematik təsvir edək:
nüsxənin əvvəlində xəstəliyin adı yazılır yaxud əlam ətlərinə görə
xəstəlik təsvir edilir; nüsxənin ortasında dərman təyin edilməsi-
dərmanın hazırlanması qaydaları və dərmanın qəbul edilməsi
dozası göstərilir; nüsxənin sonunda xeyir-dua verilir və xoş arzular
dillənir. Elmi üslubda terminlər sıx-sıx işlənir. Bu terminlər həm
dilin öz sözlərindən, həm də alınma sözlərdən yaradılmışdır.
Qədim uyğur ədəbi dilində xüsusən tərcümə ədəbiyyatı
vasitəsi ilə dini-fəlsəfi üslub da yaranıb formalaşır. Bu üslubun
işlədilməsinə nümunə olaraq «Kuanşi-im-pusar», «Maytrısimit»,
«Altun yarub> əsərlərini göstərmək olar. Dini-fəlsəfi üslubda istər
dilin öz vəsaiti hesabına düzəldilmiş terminlərdən, istərsə alınma
terminlərdən geniş istifadə edilir, kalka terminlərə də rast gəlirik.
Bundan başqa, bu üslubda ana dili materiallarından da istifadə
edilir,
kirgünç, kirtkünç
- inam, etiqad,
kılınç
- iş, əməl, hərəkət,
sakıtı
- fikir, düşüncə, ideya,
təginmək
- duyğu, hiss,
ayağa
təgim lik-
səcdə,
kut bulmuş tüzünlər
- kamillər və s.
Çoxlu miqdarda hüquq sənədlərinin, fərdi yazışmaların,
4 0
yarlıkların, kolofonlarm mövcudluğu göstərir ki, qədim uyğur
ədəbi dilində rəsmi-dəftərxana, kargüzarlıq üslubu da təşəkkül
tapmış imiş. Bu üslubun da özünəməxsus «dili» vardır. Burada
şablon ifadələr, qəliblər əsas yer tutur, bu üslubun dili yığcam və
standartdır. M əsələn, rəsm i sənəddə əvvəlcə onun tərtib edildiyi
tarix, sonra sənədi bağlayan şəxslər və şahidlər göstərilir, daha
sonra sənədin məzmunu verilir, şərtlər göstərilir, şahidlərin və
sənədi bağlayan şəxsin (şəxslərin) təsdiqi qeyd edilir.
Qədim uyğur ədəbi dili, «Altun yaruk» (XVII əsr) və onunla
birlikdə tapılmış bir sənəd (XVIII əsrin əvvəli) əsasmda
m ühakim ə yürütsək, XVIII əsrədək qüvvədə olmuşdur. Bu dil
geniş sosial dairədə işlənsə də, qədim Çin və yapon ədəbi dilləri
kimi, yalnız yazı ünsiyyətinə xidmət etmişdir. Geniş xalq kütləsi
şifahi ünsiyyət üçün canlı danışıq dilindən istifadə etmişdir. Canlı
danışıq dili (dilləri) isə qədim uyğur ədəbi dilindən fərqlənmişdir.
Qədim uyğur ədəbi dili bir sıra türk dillərinin materialları
əsasmda formalaşsa da onun əsasmı oğuz dilləri təşkil edirdi. Bu
dilə uyğur dili ünsürləri də əlavə edildiyi üçün elmi ədəbiyyatda bu
dildən danışıldıqda onun uyğur-oğuz əsaslı olduğu göstərüir. M əhz
m üxtəlif türk dillərinin materiallarından yaradılıb konye dil
səciyyəsi daşıdığı üçün qədim uyğur ədəbi dili geniş əhatə
dairəsinə malik olmuş və türk dünyasında yayılmışdır. Bu ədəbi dil
əsasmda sonralar yeni ədəbi dillər, xüsusən cığatay ədəbi dili
yaranmışdır. Azərbaycan ədəbi dilinin formalaşmasmda da qədim
uyğur ədəbi dilinin müəyyən qədər rolu olmuşdur.
Sonda onu da qeyd etməliyəm ki, qədim uyğur ədəbi dilinin nə
qədim uyğur xalq danışıq dili ilə, nə də müasir uyğur (ədəbi və şifahi)
dili ilə birbaşa əlaqəsi vardır; bu üç dili eyniləşdirmək olmaz. Qədim
uyğur ədəbi dili və müasir uyğur dili ayn-ayn məfhumlardır.
Qədim uyğur yazısı abidələri
Qədim uyğur dilində yazılmış abidələr müxtəlif qrafikalı
əlifbalarla yazılmışdır. Uyğur qəbilələri uzun müddət göytürklərin
siyasi və mədəni təsiri altında olmuşdur. Buna görə də əvvəllər -
uyğur qəbilələri Göytürk xaqanlığının tərkibinə daxil olduğu illərdə
və 745-ci ildən öz müstəqil dövlətini qurduqdan sonra iyirmi (bəlkə
41
də daha çox) il onlar göytürk əlifbasından istifadə etmişlər. Hər
halda 759-cu ildən (yəni uyğur dövlətinin yaranmasından 14 il
sonra) sonra yazıldığı güman edilən Moyun çor abidəsi göytürk
əlifbası ilə yazılmışdır.
Göytürk dilindən fərqli olaraq, qədim uyğur dilində yazılmış
abidələr müxtəlif qrafikalı əlifbalar ilə yazılmışdır. Uyğur
qəbilələri uzun müddət göytürklərin siyasi və mədəni təsiri altında
olmuşdur. Buna görə də əvvəllər - uyğur qəbilələri Göytürk
xaqanlığının tərkibinə daxil olduğu illərdə və 745-ci ildə öz
müstəqil dövlətlərini qurduqdan sonra iyirmi (bəlkə də daha çox) il
onlar göytürk əlifbasından istifadə etmişlər. H ər halda 759-cu ildən
sonra yazıldığı güman edilən Moyun çor abidəsi göytürk əlifbası ilə
yazılmışdır. Göytürk əlifbası ilə yazılmış
Dostları ilə paylaş: |