Yazisi abiDƏLƏRİ I hiSSƏ Bakı «Elıü və təhsil»


Xristian  dini  məzmunlu  qədim  uyğur  yazısı  abidələri



Yüklə 19,67 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix28.01.2017
ölçüsü19,67 Mb.
#6556
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   36

Xristian  dini  məzmunlu  qədim  uyğur  yazısı  abidələri.
Qədim  uyğur əlifbası  ilə  yazılmış xristian  dini  məzmunlu abidələr 
sayca  azdır.  Güman  etm ək  olar  ki,  bu,  xristian  dininin  uyğurlar 
arasında  yayıla  bilməməsi,  daha  doğrusu,  zəif  yayılması  və 
tezliklə  aradan  çıxması  ilə  əlaqədardır.  Xristian  dini  məzmunlu 
abidələr  Orta  Asiyada,  m əsələn,  Qırğızıstanda  arami  əlifbasının 
bir qolu olan nestorian əlifbası ilə yaızılmışdır və mütəxəssislər bu 
abidələri  suriyalılarm  adı  ilə  əlaqələndirirlər.  Ola  bilər  ki,  qədim 
uyğur  əlifbası  ilə  yazılmış  xristian  dini  məzmunlu  qədim  uyğur
f 2
abidələri  də  islam  dini  Suriyada  yayıldıqdan  sonra  Uyğur 
xaqanlığına köçmüş  suriyalılar və ya onların  müridləri  (şagirdləri) 
tərəfindən  tərtib  edilsin.  Tarixdən  məlum olduğu kimi,  xristianlıq 
uyğur  qəbilələri  arasmda  yayıla  bilməmişdi.  Qərbi  Çində  -   Şərqi 
Türküstan və  Cunqariyada yaranmış uyğur dövlətlərinin rəhbərləri 
islam dinini  qəbul  etmiş,  ərəblərdən  daha çox müselmanlaşmış və 
islam  dinini  qəbul  etm əyənləri  ərəblərdən  daha  şiddətli  təqib 
etmişdilər.  M əhz  buna  görədir  ki,  qədim  uyğur  əlifbası  ilə 
yazılmış  xristian  dini  məzmunlu  uyğur  abidələri  sayca  bir  qədər 
azdır.  Həm  də  qeyd  etmək  lazımdır  ki,  elmə  bəlli  olan  bir  neçə 
xristian  dini  məzmunlu  qədim   uyğur  yazısı  abidəsi  orijinal  əsər 
deyil, tərcümədir.  Ümumiyyətlə,  qədim  uyğur dilində xristian dini 
məzmunlu orijinal  əsər yoxdur.
İndiyədək  Şərqi  Türküstanda  iki  nisbətən  iri  həcmli  və  bir 
neçə  kiçik  həcmli  xristian  dini  məzmunlu  qədim  uyğur  yazısı 
abidəsi  tapılmışdır.  Tapılmış  abidələrdən  bəzisi  parçalardan 
ibarətdir.  Xristian  dini  məzmunlu  uyğur  abidələrinin  hamısı 
monqolların  Uyğurustanı  istila  etməsindən  əvvəlki  dövrə  aiddir, 
deməli,  onlar  h ər  halda  XIII  yüzillikdən  əvvəlki  dövrdə  qələmə 
alınmışdır.
Xristian  dini  məzmunlu  qədim   uyğur  abidələrinin  hamısı 
Şərqi  Türküstanda,  daha  dəqiq  deyilsə,  təkcə  bir  kənddə  -  
Bulayık  kəndində  tapılmışdır;  hələ  ki,  başqa yerlərdə  xristian dini 
məzmunlu  qədim  uyğur  abidələrinə  təsadüf  edilməmişdir. 
Tapılmış  abidələrdən  ikisi  dilçilik  baxımından  əhəmiyyətə 
malikdir.  Bunlardan  biri  1908-ci  ildə  F.V.K.Müller  tərəfindən 
nəşr edilən  34 sətirlik  «Sehrkarların  sitayişi»  adlı abidədir.  Qədim 
uyğur  əlifbası  ilə  yazılmış  bu  kitabə  cəm i  3  səhifə  həcmindədir. 
34  sətrin  hərəsində  5-6  söz  vardır.  Abidənin  transkripsiyası  bir 
səhifəyə  sığır.  «Sehrkalarm  sitayişi»  abidəsi  İncildən  tərcümə 
edilmişdir.  Əsərdə  rahiblərin  yenicə  anadan  olmuş  İsaya  sitayiş 
etmələrindən  danışılır.  Əsərin  hansı  dildən  tərcümə  edildiyi  hələ 
müəyyənləşdirilməmişdir;  m ütəxəssislər  bu  fikirdədirlər  ki,  əsər 
ya  Suriya,  ya  da  soğd  dilindən  tərcüm ə  edilmişdir.  Xristian  dini 
məzmunlu  ikinci, nisbətən  iri  həcm li  qədim  uyğur yazısı abidəsini 
ilk dəfə  A.Lekok nəşr etdirmişdir.  Bu abidə həcm cə «Sehrkarların 
sitayişi»  adlı  abidədən  də  kiçikdir.  A bidədə  tamahkarlıq,  günah

işlətmək,  şirnikləndirmək kimi  mənfi  sifətlər  tənqid edilir,  onlara 
qarşı mübarizə aparmaq,  onlardan çəkinm ək nəsihət edilir.
Burhan  dini  məzmunlu  qədim  uyğur  yazısı  abidələri. 
Q ədim   uyğur  əlifbası  ilə  yazılmış  və  dövrümüzə  qədər  gəlib 
çatmış  dini  məzmunlu  qədim  uyğur  abidələrinin  əksəriyyəti 
burhan  dini  məzmunlu  kitabələrdir.  Bunun  da  səbəbi  aydındır: 
uyğur qəbilələri  islam dinini qəbul edənədək, yəni X yüzilliyədək 
burhan  dininə  tapınmışdır.  Burhan  dini  məzmunlu  qədim  uyğur 
abidələrinin,  demək  olar  ki,  hamısı  Çin,  hind,  toxar  və  Tibet 
dillərindən 
qədim   uyğur  dilinə 
tərcüm ə 
edilmişdir. 
Bu 
abidələrdən  bəziləri  tərcümədir.  M əsələn,  «Maytrısimit»  əsəri 
hind  dilindən  toxar  dilinə,  toxar  dilindən  isə  qədim  uyğur  dilinə 
tərcümə  edilmişdir.  Burhan  dini  məzmunlu  çoxlu  qədim  uyğur 
yazısı  abidəsi  ilə  yanaşı  bir  neçə  iri  əsərin  də  mövcud  olması 
qədim   uyğur  ədəbi  dilinin  leksik  xüsusiyyətləri  və  qrammatik 
quruluşu haqqında tam təsəvvür əldə etm əyə  imkan verir.  Təəssüf 
ki,  V.M.Nasilovun  kiçik  həcmli  əsərini  çıxsaq,  indiyədək  qədim 
uyğur  dilinin  leksikası  və  qrammatik  quruluşu  haqqında  az-çox 
gözə  çarpan  əsər  yazılmamışdır.  Əgər 
belə  əsər  yazılsa  idi, 
m əlum   olardı  ki,  qədim  uyğur  dili  göytürk  dilindən  o  qədər  də 
fərqlənmir,  gözəçarpan  fərqdər qanunauyğun  fonetik dəyişiklər və 
almma  sözlərdən  ibarətdir  və  qədim   uyğur  ədəbi  dili  istər 
fonologiya,  istər  lüğət  tərkibi,  istərsə  qrammatik  quruluşuna 
(morfologiya  və  sintaksisinə)  görə  göytürk  ədəbi  dilinin,  bir  növ, 
davamı,  inkişafıdır.
Burhan  dini  məzmunlu  qədim  uyğur  yazısı  abidələri 
içərisində  həm   həcminə,  həm  bədii  xüsusiyyətlərinə,  həm  də 
dilçilik 
baxımından 
üçü 
-  
«Maytrısimit», 
«Süan-Tszanm 
bioqrafiyası» və «Altun yaruk» əsərləri diqqəti xüsusilə cəlb edir.
«Maytrısimit»  əsəri.  Bu  əsər  ikinci  Turfan  arxeoloji 
ekspedisiyası  zamanı  (1904-1905-ci  illər)  tapılmışdır.  Birinci 
nüsxə  Sevgim  qəsəbəsi  yanmda  çay  qırağında  monastrda 
tapılmışdır.  A. fon  Lekoka  görə,  bu  monastr  VIII-Xl  əsrlərdə 
fəaliyyət  göstərmişdir.  İkinci  nüsxə  Sevgim  qəsəbəsindən  5  km 
şimalda  Murtak  çayı  sahilində  tapılmışdır.  Üçüncü  nısxə  isə 
Sevgim qəsəbəsində tapılmışdır.
«Maytrısimit»  əsəri  üzərində  ilk  elmi  araşdırmaları  1907-ci
ildə  F.B.K.M üller  aparmışdır.  1945-ci  ildə  A.fon  Lekok  əsəri 
bütövlükdə  nəşr  etmişdir,  Anna  fon  Qaben,  R.Rəhm əti  Arat, 
Brunhild,  Kom er  və  Şarlotta  Leyz  toplamış,  təsn if  edib 
düzəltmişlər.  A.fon  Lekok  əsər  üzərində  elmi  araşdırmalar 
aparmışdır. Əsərin faksimile ilə,  lakin tam olmayan ilk nəşri  1957- 
ci  ildə  A.fon  Qaben  (birinci  hissə)  tərəfindən  edilmişdir.  Əsərin 
ikinci  hissəsi  1961-ci  ildə  Berlində  nəşr  edilmişdir.  Türk 
tədqiqatçısı  Şinasi  Tekin  1976-cı  ildə  Ankarada  bu  əsəri  598 
səhifəlik  bir  kitab  şəklində  nəşr  etmişdir.  M üəllif  dərin  elmi 
araşdırmalar  aparmış,  əsərin  transkripsiya  və  tərcüməsini 
hazırlamış  onu  xüsusi  qeydlərlə  təchiz  etmiş,  əsərdə  işlənən  söz 
və  şəkilçilərin  qlossarisini  hazırlamışdır.  Şinasi  Tekin  əsərə  belə 
bir köm əkçi başlıq əlavə etmişdir: «Burhanlarm Mehdisi Maytreya 
ilə  görüş.  Uyğurca  ibtidai  bir  dram».  «Maytrısimit»  əsərinin 
birinci  hissəsi  filologiya  elmləri  namizədi  Əbülfəz  Quliyevin 
tərcüm əsində  Azərbaycan  dilində  nəşr  edilimşdir.  Lakin  qeyd 
etm ək  lazımdır  ki,  Ə.Quliyev  əsəri  qədim   uyğur  dilindən  deyil, 
müasir  türk  dilindən  tərcümə  etmişdir.  Buna  görə  də  tərcümə 
kifayət qədər dəqiq deyildir (ola da bilməzdi).
Ə sərin  əlyazmasının  kağızı  çox  köhnədir,  mürəkkəb 
üm um iyyətlə  çox  solğundur.  XX-XXI  bölmələrin mürəkkəbi tünd 
qara  rəngdədir.  Hər  səhifədə  30-33  sətir  vardır.  Uyğur  yazısı 
ənənəsindən  fərqli  olaraq,  sətirlər  yuxarıdan  aşağı  yox,  sağdan 
sola yazılmışdır.
«Maytrısimit»  əsəri  bir  səcdə  (giriş)  və  27  bölmədən 
(ümüş),  yəni  28  hissədən  ibarətdir.  Ə sər  Maytrmın  gələcəkdə 
tanrılar  ölkəsi  Tuyitdən  insanlar  aləm inə,  yer  üzünə  enəcəyindən 
sonrakı  (güman  edilən)  həyatı  və  fəaliyyətindən  bəhs  edir. 
A dətən, burhan dininə aid əsərlər qədim  uyğur dilinə Çin dilindən 
tərcüm ə  edilmişdir.  Lakin «Maytrısimit» əsəri qədim uyğur dilinə 
(əsərdə 
uyğur dili
  ifadəsinə  bir dəfə də olsun təsafüd edilmir,  hər 
yerdə 
türki  dilitıcə
  ifadəsindən  istifadə  edilir)  Çin  dilindən  deyil, 
toxar  dilindən  tərcümə  edilmişdir.  Əsərin  toxar  dilində  olan 
əlyazm ası  Sanskrit  (hind)  və  Çin  dillərində  olan  variantlarından 
xeyli  fərqlənir.  Toxar  dilinə  hind  dilindən  Kavya  üslubunda 
dəyişdirilərək  tərcümə  edilmişdir.  Toxar  dilindəki  130  hissə 
əsərin  uyğur  dilində  olan  variantı  ilə  birlikdə  Turfan  arxeoloqloji

ekspedisiyası  tərəfindən  tapılmışdır.  Belə  güman  etm ək  olar  ki, 
«Maytrısimit»  əsərinin  toxarca  tərcüm əsində  də  türklər  iştirak 
etmişlər.  Bunu  iddia  edərkən  iki  amilə  əsaslanmaq  olar:  1.  Uyğur 
dilinə  tərcüm ədə  bütün  fəsillərin  sonunda  türk  tərcüm əsi  toxar 
tərcüməçisinin  adım  qeyd edir.  2.  Toxar dilinə  tərcüm ədə  şəklini 
dəyişmiş bəzi türk sözlərinin işləndiyinə təsadüf edirik.
Əsəri  toxar  dilindən  qədim  uyğur  dilinə,  güman  ki,  burhan 
monastrmda  rahib  olan  Pratyarakşit  açari  yaradıcılıqla  tərcümə 
etmişdir.  Əsərin  qədim  uyğur  variantında  elə  ünsürlər  vardır  ki, 
onları  nə  hind,  nə  Çin,  nə  də  toxar  dillərində  olan  «Maytrısi- 
mit»lərdə  görm ək  mümkün  deyildir.  Pratyarakşit  açari  Tarım 
uyğurlarından  deyil,  qərb  uygurlarmdandır.  O,  İl-balık  şəhərində 
doğulmuşdur.  Bu  şəhər  İli  çayı  sahilində  Kulça  şəhəri 
yaxınlığında  yerləşmişdir.  Pratyarakşit  açari  sözlərin  məna 
incəliklərini  dərindən  bilir,  onları  yerində  işlədir.  Görünür,  o, 
dövrünün kamil  savad almış adamlarından biri olmuşdur.  O,  qədim 
uyğur dilinin daxili aləminə,  zəngin lüğət tərkibinə,  sözlərin məna 
çalarlarma  dərindən  bələd  olmuşdur.  Buna  görə  də  «Maytrısimit» 
əsəri tərcümədən daha çox orijinal əsər təsiri bağışlayır.
Əsərin  qədim  uyğur  mətni  Hinayana  məzhəbinin  Vaybiyiki 
təriqətinə aiddir.
Qədim Hindistanda ədəbi  əsərlər 29  hissədən  ibarət olurdu. 
«Maytrısimit»  əsərinin  qədim  uyğur  dilinə  tərcüməsində  bu 
quruluş  mühafizə  edilmişdir,  Çin  və toxar dillərinə  tərcümədə  isə 
pozulmuşdur.
Əsərin  hər  bölməsinin  əvvəlində  hadisələrin  baş  verdiyi 
yer,  şərait  təsvir  edilir,  iştirakçılar  haqqında  məlumat  verilir.  Bu 
da  müasir  dramlardakı  səhnəin  təsvirinə,  remarkaya  bənzəyir. 
Əsərdə  vəli  (arxant)  və  burhanlarm  surətlərinin  təsvirinə  də  rast 
gəlm ək olar. Bundan başqa,  əsərdə körk (rəsm,  heykəl) və görünc 
(müasir  dramlarda  pərdə,  şəkil,  səhnə)  məfhumlarından  da 
istifadə  edilməsi  onun  ibtidai  dram  olması  fikrinə  gətirir.  Bütün 
bunlar  göstərir  ki,  qədim  uyğurlar  hələ  IX,  yaxud  X  yüzillikdə 
Koçu  dövləti  zamammda  bəsit,  ibtidai  dram  janrım  dinə 
uyğunlaşdırmışlar.
Bu  əsər M aytn  bayramlarında ifa  edilərmiş.  Martrı  bayramı 
ilin ilk günündə keçirilirdi. Bu, yeni gün, yeni il bayramı idi.  Əsəri
S6
rahiblər  uca  səslə,  ahənglə  xalqa  oxuyardılar.  Bayramda 
güləşərdilər,  pyeslər  tamaşaya  qoyardılar.  Tamaşalan  pantomima 
ilə  göstərərdilər.  Tamaşalarda rəngli  və plastik  qablardan  istifadə 
edilərdi.
Əsərin  Sevgim  nüsxəsini  Boz  bay  Tirək  arvadı  Yidlək  ilə 
Sintar  Seliyə  yazdırmışdır.  Dinə  aid  əsəri  yazmaq,  yaxud 
yazdırmaq burhan dininə  görə savab  sayılır.
Əsər  sanskrit  dilindən  toxar  dilinə  bizim  eranın  П1 
yüzilliyində  tərcümə  edilmişdir.  Əsərin  qədim  uyğur  variantının 
bir  yerində  Koçu  dövləti  xatırladılır  (təbii  ki,  toxar  variantında 
belə  xatırlama  ola  bilməzdi).  Bu  onu  göstərir  ki,  əsər  Koçu 
dövlətinin  monastrlarından  birində  tərcümə  edilmişdir.  Deməi, 
əsər 
buraya 
kənardan 
gətirilm əm iş, 
Sevgim 
və 
Murtak 
monastrlarmda yazılmışdır.
«Maytrısimit»  əsərinin  toxar  dilindən  uyğur  dilinə  tərcümə 
edilməsi  tarixi  haqqında  da  bəzi  işarələr  vardır.  III  bölmədə 
darmavi  (Dharmavi)  adı  vardır.  X  bölmədə  bir-iki  qapalı  tarix 
vardır.  XV bölmənin sonunda (bir üçüncü) Vartsun (Fa-tsun) adma 
rast  gəlirik:  «Mən  Vartsun  adlı  yeni  öyrənən  hörm ət  ilə  təqvimi 
yazdım». 
Bütün  bunlardan  əsərin  tərcümə  edildiyi  tarixi 
aydınlaşdırmaq  olar.  Bütün  hallarda  «Maytrısimit»  əsərinin qədim 
uyğur  dilinə  tərcüməsi  tarixini  Koçuda  uyğur  dövlətinin 
yaradılmasından  əvvəlki  dövrə,  yəni  IX  yüzilliyin  ikinci 
yarısından əvvələ aparmaq olmaz.
«Süan-Tszanın  bioqrafiyası».  840-cı  ildə  M ərkəzi Asiyada 
uyğur  xaqanlığı  qırğızların  təzyiqi  nəticəsində  süquta  uğradı. 
Uyğurların  bir  hissəsi  Çin  imperiyasının  tərkibinə  daxil  oldu,  bir 
hissəsi  isə qərbə  miqrasiya edib  Turfanda yerləşdi.  Turfana köçən 
uyğur  qəbilələri  yerli  türk  qəbilələri  ilə  birləşib  özəyini  qədim 
uyğur  qəbilələrinin  təşkil  etdiyi  qədim   uyğur  dövlətini  -   Koçu 
bəyliyini  yaratdılar.  Yeni  dövlətdə  ilk  uyğur  xaqanlığının  rəsmi 
dövlət  dini  olan  manixey  (mani)  dilinin  əsaslan  sarsılır,  yeni 
şəraitlə,  yeni  siyasət  və  ideologiya  ilə  əlaqədar  olaraq  yeni  din 
yayılmağa  başlayır.  XI  əsrin  ikinci  yarısında  uyğurlar  arasmda 
burhan  (buddizm)  dini  geniş  yayılır.  Təbii  ki,  yeni  ideologiya  öz 
təbliğat  vasitələrini  yaratmalı  idi.  Buna  görə  də  Koçu  dövlətində 
burhan  dininin  təbliği  ilə  bağlı  olan  əsərlər  qədim  uyğur  dilinə
S 7

tərcümə  edilirdi.  Burhan  dini  ideyalarmı  təbliğ  edən  bu  q əd im  
uyğur  yazısı  abidələrinin  az  bir  qism i  bizim  zəm anəm izə  q ə d ə r 
gəlib  çıxmışdır.  Qədim  uyğur  yazısı  nüm unələrindən  biri  d ə  V II 
yüzilliyin  Çin  səyyahı  Süan-Tszanın  bioqrafiyasıdır.  B elə  güm an 
edirlər  ki,  bu  əsər  qədim   uyğur  dilinə  XI  əsrin  əvvəllərində 
tərcümə  edilmişdir.  Ə səri  qədim   uyğur  dilinə  dövrünün  görkəm li 
tərcüməçisi  və  şairi  Senqu  Seli  Tudun  tərcüm ə  etmişdir.  Senqu 
Seli  Tudun  Koçu dövlətinin inkişaf etmiş  m ədəni m ərkəzlərindən 
biri  olan  Beşbalık  şəhərində  yaşayırdı.  Onun,  bizə  çatm asa  da, 
şeirləri  də  olmuşdur.  Bu  əsər  Senqu  Seli  Tudunun  ilk  tərcüm əsi 
deyildir.
«Süan-Tszanın  bioqrafiyası  (səyahətnaməsi)»  Anna  fon 
Qaben,  Fen  Tzyaşcn,  L.Y.Tuquşeva  tərəfindən  tədqiq  edilmişdir. 
L.Y.Tuquşeva  bu  əsərin  tənqidi  mətnini  1991-ci  ildə  n ə şr 
etdirmişdir.
Başqa  tərcüm ələrində  olduğu  kimi,  Senqu  Seli  Tudun  bu 
əsəri  də  qədim  uyğur  dilinə  yaradıcı  şəkildə  tərcümə  etmiş,  ona 
əlavələr,  aydınlaşdırmalar,  haşiyələr,  m üəllif (tərcüməçi) ricətləri 
əlavə  etmişdir.  Orijinaldan  fərqli  olaraq  Senqu  Seli  Tudun  əsəri 
epos  (kavi  nom  bitig)  adlandırır.  Burada  bir  sıra  yer  adlarma,  o 
cüm lədən 
Koço 
(Koçu), 
Xatan 
(Udun), 
Kuça 
(K üsən) 
toponimlərinə  tez-tez  rast  gəlirik.  Üslub  baxımından  «Süan- 
Tszanın  bioqrafiyası»  göytürk əlifbası  ilə yazılmış  Orxon-Yenisey 
abidələrinin dilini xatırladır.
«Altun  Yaruk».  Uyğur  əlifbası  ilə  yazılmış  və  burhan  dini 
qanunlarına  həsr  edilmiş  qədim  uyğur abidələri  arasında  həcm inə 
görə  ən  böyüyü «Altun Yaruk»  («Qızıl  işıq»)  adlı əsərdir.  Burhan 
dininə  aid əsərlərin böyük əksəriyyəti kimi bu əsər hind (sanskrit) 
dilindən  deyil,  Çin  dilindən  qədim   uyğur  dilinə  tərcümə 
edilmişdir.  Əsəri qədim  uyğur dilinə  X yüzilliyin  birinci  yarısında 
Beşbalık  şəhərinin  sakini  Senqu  Seli  Tudun  tərcümə  etmişdir. 
Tərcüməçi  əsərə  yaradıcı  surətdə  yanaşmış,  onun  məzmununu 
saxlayaraq  formasında  xeyli  dəyişiklik  etmiş,  hətta  bəzi  yerlərini 
nəzm ə  çəkmişdir.  Buna  görə  də  bu  əsəri  Senqu  Seli  Tudunun 
yaradıcılıq  məhsulu,  iqtibas  adlandırmaq  səhv  olmazdı.  B u  əsər 
burhan dininin ideyalarmı təbliğ edən əsərdir.  Əsər fəlsəfi və dini 
hekayət və rəvayətlərdən ibarətdir.  Onun əsas xüsusiyyətlərindən
biri  d ə  budur ki,  Burhan  dininin terminləri burada türkləşdirilmiş, 
türk sözlərindən düzəldilmiş term inlərlə əvəz edilmidşir.
«Altun  Yaruk»  abidəsinin  elm  aləm inə  altı 
nüsxəsi 
m əlum dur.  Abidə  1908-1913-cü  illər  arasında  əvvəlcə  alman, 
sonra  rus  elmi  ekspedisiyaları  tərəfindən  Çində  hissə-hissə 
tapılm ışdır.  Sonuncu və ən son nüsxə  1687-ci ildə üzü köçürülmüş 
nüsxədir.  Bu  nüsxə  1910-cu  ildə  S.Y.Malov  tərəfindən  Şərqi 
Türküstanda  -   Çinin  Tansu  əyalətində  tapılmışdır.  Bu  nüsxə 
Sankt-Peterburq  şəhərində  saxlanır.  Həmin  nüsxə  təkcə  mətn 
şəklində  (tərcüməsiz)  1913-1918-ci  illərdə  Sankt-Peterburqda 
V .V .Radlov  və  S.Y.Malov  tərəfindən  nəşr  edilmişdir.  Sonralar  -  
1930-cu ildə əsər alman dilinə tərcüm ədə nəşr edilmişdir.  Təəssüf 
ki,  ə sərin   nəşri  bitməmişdir  (675  səhifədən  yalnız  466  səhifəsi 
n ə şr  edilmişdir).  «Altun  Yaruk»  əsərinin  digər  nüsxələri  həcmcə 
Sankt-Peterburq  nüsxəsindən  xeyli  kiçik  və  naqisdir.  Artıq  qeyd 
edildiyi  kimi,  əsər  1994-cü ildə Ceval  Kaya tərəfindən türk dilinə 
tərcü m əd ə nəşr edilmişdir.
«Altun  Yaruk»  abidəsi  iki  hissədən  ibarətdir.  Birinci 
h issə d ə   bir  hökmdarın  xəstələnm əsindən  bəhs  edilir.  Həmin 
hökm dar  «Altun  Yaruk»  əsərini  köçürərək  burhan  məbədinə 
verir.  B u xeyirxah işinə görə o,  sağalmaz hesab edilən xəstəlikdən 
qurtulur. 
İkinci  hissə  də  buna  bənzəyir:  Anku  kəndinin 
kəndxudasınm  
arvadı 
«Altun  Yaruk» 
abidəsini  oxumaqla 
x əstəlik d ən  qurtulur.
«Altun  Yaruk»  abidəsi  qədim   uyğur ədəbi  dilini  araşdırmaq 
baxım ından  böyük əhəm iyyətə  malikdir.  Bu abidənin dili  göytürk 
əlifbası  ilə  yazılmış  göytürk  və  qədim   uyğur  abidələrinin  dili  ilə 
sonrakı  dövr uyğur ədəbi dili  arasında sanki keçid m ərhələsi təşkil 
edir,  uyğur ədəbi  dilinin  göytürk yazısından qədim  uyğur yazısına 
inkişafının yolunu göstərir.  Abidənin dilində  həm   əvvəlki  dövrün 
ədəbi  dillərinin  -   göytürk  ədəbi  dilinin  və  göytürk  əlifbası  ilə 
yazılm ış  qədim  uyğur  m ətnləri  dilinin  xüsusiyyətləri  qorunub 
saxlanılır,  həm   də  yeni  qazanılmış  keyfiyyətlər  öz  əksini  tapır. 
«A ltun  Yaruk»  abidəsinin  dilində  göytürk  və  göytürk  əlifbası  ilə 
yazılm ış  qədim   uyğur abidələrində  işlənən 
-ğma,  -gmə
  və 
-taçı,
  - 
təçi
  şəkilçili  feli  sifət  formaları,  təsirlik  halm 
-ığ,  -ig
  şəkilçisi 
form ası  işlənir,  həm   də  yeni  qazanılmış  feli  sifət  və  feli  bağlama
S 9

formaları,  tərkibi  sayların  müasir  türk  dilləri  üçün  səciyyəvi  olan 
düzəldilmə  şəkli  (onluq  üstə  gəl  təklik),  müasir  türk  dillərində 
işlək olan sıra sayları düzəldən şəkilçilər işlənir.
Burhan  dini  məzm unlu  qədim   uyğur  yazısı  abidələrinin 
arasında çoxlu şeirlərə də rast gəlm ək olar.
Qədim  uyğur  islam  abidələri.  Qədim  uyğur  əlifbası  ilə 
yazılmış  islam  abidələri  dini  m əzm undan  daha  çox  didaktik 
məzmuna  malikdir.  İslam  m ühitində  yazılmış  qədim  uyğur  yazısı 
abidələri  Turfanda  tapılmış  və  Berlində  saxlanır.  Bu  abidələr, 
əsasən,  nəzm lə  yazılmışdır,  kiçik  şeirlərdir.  Bu  şeirlər  şəkli  və 
tərzinə  görə  sonrakı  türk  xalq  ədəbiyyatını  xatırladır.  Buna  görə 
də belə bir fikir  dem ək olar ki,  islam abidələri qədim türk şeiri  ilə 
yeni  türk  şeiri  arasında,  bir  növ,  körpüdür.  Aşağıdakı  «Bilig» 
başlıqlı iki bəndlik şeirə diqqət yetirin:
Bilig bilin, ya bəgim,
Bilig saya eş bolur.

Bilig bilgən ol ərkə,
Bir kün devlət tuş bolur.
Biliglig ər biliyə 
Taş kurşansa,  kaş bolur.
Biligsiziy yanıya 
Altun koysa,  taş bolur.
Tərcüməsi:
Bilik bilin,  ey bəyim,
Bilik sənə eş olur.
Bilik bilən insana,
Bir gün dövlət tuş olur.
Bilikli ər belinə 
Daş qurşansa,  qaş olur.
Biliksizin yanına 
Qızıl qoysan, daş olur.
6 0
İslam  mühitində  yazılmış  qədim   uyğur  yazısı  abidələrinin 
dilində 
dilin 
inkişafi 
ilə 
əlaqədar  olaraq  yeni  yaranan 
keyfiyyətlərlə  yanaşı,  göytürk  əlifbası  ilə  yazılmış  qədim  türk 
abidələrinin  dilində  işlənən  bir  sıra  qrammatik  formaların  da 
m ühafizə edildiyinin şahidi oluruq.
Dini  məzmun  daşım ayan  qədim  uyğur  yazısı  abidələri. 
Q ədim   uyğur  əlifbası  ilə  yazılan  və  dini  məzmun  daşımayan 
qədim   uyğur  abidələri  arasında,  heç  şübhəsiz,  ən   gərəklisi  Y usif 
Xas  Hacib  Balasaqunlunun  1069-cu  ildə  yazdığı  «Kutadgü  bilig» 
(«Xoşbəxtliyə  aparan bilik»)  adlı əsəridir.  Əsər  Kamil  Vəliyev və 
Ram iz  Əsgər  tərəfindən  Azərbaycan  dilinə  tərcümə  edilmiş  və 
təkcə  tərcümə  şəklində  (yəni  faksimilesiz  və  qədim  uyğur  mətni 
olmadan)  nəşr  edilmişdir.  «Kutadğu  bilig»  əsərinin  Azərbaycan 
dilində  bu  nəşrinin  dilçilik  baxımından  əhəm iyyəti  olmasa  da, 
filologiya  və  ədəbiyyatşünaslıq  baxımmdan  tərcüm ə  böyük 
əhəm iyyətə malikdir.
Bu  kitabda  «Kutadğu  bilig»  əsəri  oxucuya  təqdim   edilmir. 
Buna  görə  də  oxucu  üçün  maraqlı  olar  deyə  əsərin  Vyana 
nüsxəsindən bir neçə səhifənin foto surətini kitaba salmışam.
D ini m əzm un daşım ayan qədim  uyğur yazısı abidələri  ara­
sında hüquq  sənədləri  böyük əh əm iy y ətə m alikdir.  B elə  sənəd­
lərd ən   «N ökərin  ağadan  şikayəti»,  «Torpaq  satılm ası  haqqında 
sən əd » ,  «K üncüt  borcu»,  «Y ağ  borcu»,  «Torpaq  ‘  icarəsi», 
«B ezlə  m eynəliyin  dəyişdirilm əsi»,  «Bezlə  qadınm   dəyiş­
dirilm əsi»  və  s.  haqqında  olan  sənədləri  nüm unə  göstərm ək 
olar.
Q ədim   uyğurların 
hüquq 
sənədləri, 
əsasən, 
X-XIII 
yüzilliklərə  aiddir.  Bu  sənədlər  qədim  uyğur  qəbilələrinin  hüquq 
m ədəniyyəti,  təsərrüfat həyatı,  cəmiyyətdəki hüquqi münasibətlər 
haqqm da bizə  tam  məlumat verir.  K oçu dövlətində  uyğurlar,  əsas 
etibarilə, 
üzümçülük 
v ə 
pambıqçılıqla 
məşğul 
olmuşlar. 
M ənbələrin  verdiyi  m əlum ata  görə,K oçu  dövlətində  quldarlıq 
m övcud  olmuşdur.  Qədim uyğurlar qul  alıb satmış,  hətta valideyn 
öz övladm ı  qul  kimi  satmış,  yaxud müvəqqəti  işləm ək üçün,  necə 
deyərlər,  kirayəyə  vermiş,  əslində  müəyyən  müddətə  satmışdır. 
Turfandakı  K oçu  dövlətində  taxılçılıq,  qismən,  maldarlıq  da 
m övcud olmuşdur.
61

Qədim  uyğur  hüquq  sənədləri  arasında  çoxlu  borc 
qəbzləri,  alqı-satqı  sən əd ləri  m övcuddur.  Borc  qəbzləri  çaxır, 
pul,  pambıq  parça,  küncüt yağı borc  alınmasına aiddir,  alqı-satqı 
sənədləri  isə  m eynəlik  və  torpaq  sahələrinin  alm ıb-satılm ası 
haqqında  sənədlərdir.  Vergi  və  biyar  haqqında  da  xeyli  sənəd 
mövcuddur. 
İtirilm iş 
sənədlərin 
əvəzinə 
verilm iş 
yeni 
sənədlərə  də  rast  g əlm ək   olur.  D ini  və  mülki  vəsiyyətnam ələr, 
təsərrüfat  haqqında  qeydlər  və  s.  sənədlər  də  vardır.  Bir  sözlə, 
qədim   uyğur  hüquq  sən əd ləri  qədim   uyğurun  ictim ai  həyatını 
hərtərəfli  ə h atə   edir,  qədim  uyğur  cəm iyyətinin  hüquqi  əsasları 
haqqında  tam  təsəv v ü r  yaradır.  Bu  sənədlər,  digər  tərəfdən, 
qədim   uyğur  dilində  hüquq  term inlərinin  artıq  m üəyyən­
ləşdiyini,  təşəkkül  tapdığım   göstərir.  N əhayət,  bu  sənədlər 
qədim   uyğur  cəm iyyətində  artıq  m üəyyənləşdirilm iş  qiym ətlər 
sisteminin,  faizin,  sələm in,  borc  verilm ə  m üddəti  ilə  öhdəliyin, 
m üqavilənin  şərti  arasında  m üəyyən  sabit  əlaqənin  olmasına 
şahidlik  edir.  Q ısa  desək,  qədim   uyğur  hüquq  sənədləri  qədim  
uyğur  ədəbi  dilində  artıq  dəftərxana  üslubunun  təşəkkül 
tapdığını göstərir.
Hüquq 
sən əd ələrin i 
tərtib 
etm ək 
üçün 
qəlib 
də 
m üəyyənləşdirilm işdir.  Sənəddə  əvvəlcə  (on  iki  il  siklli  heyvan 
təqvim i  ilə)  tarix  (il,  ay,  gün)  göstərilir.  Sonra  öhdəlik,  yaxud 
müqavilə  gəlir.  Sənədin  sonunda  hüquq  aktını  tərtib  edərkən 
iştirak  edən  şahidlərin  siyahısı  verilir.  Şahidlər  öz  adlan 
qarşısında  öz  m öhürlərini  vurur,  yaxud  damğalarını  basırlar. 
Bundan  başqa,  dam ğadan  əlavə  və  damğanın  əvəzinə  hüquqi 
sənədlərə  m ürəkkəbə  batırılm ış  barmaq  da  basılır.  B əzi  hüquq 
sənədlərində  onları  tərtib   edən  şəxs  də  (katib)  göstərilir. 
Ə m əliyyat  aparanların  Çin  tərzi  hazırlanm ış  m öhürlərinə  də 
təsad ü f edilir.  M əsələn,  borc  qəbzində  borc  verən,  borc  alan, 
borcun  miqdarı,  sələm   faizi,  faizlə  birlikdə  borcun  verildiyi 
m üddət  (qaytarılm ası  vaxtı)  göstərilir,  bəzən  isə  borc  verənin, 
yaxud  borc  alanın  vəfat  edəcəyi  təqdirdə,  bəzi  əlavə  şərtlər  də 
qeyd  edilir.  Sənəddə  h ə r  şeyin  (qulun,  torpağın,  parçanın, 
yağın,  çaxırın,  pam bığın)  qiym əti dəqiq göstərilir.
62
63

Yüklə 19,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin