Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.

  .  Burada  iki  istiqamətin  fərqləndirilməsini  məntiqi  hesab  edirik:  1. 

Pedaqoji  təmayüllü  məktəblərdə  təhsil  almaqda  olan  pedaqoji    istedadlı  tələbələrlə 

aparılan işlər; 2. İstedadlı uşaqların təlimi ilə bağlı müəllim hazırlığı.   

         Pedaqoji  istedad  bəzi  mütəxəssislər  tərəfindən  istedadın  ayrıca  bir  növü  kimi 

fərqləndirilir.Qeyd  edək  ki,  pedaqoji  istedadın  da  strukturu    digər  növlər  kimi 

mürəkkəb və çoxcəhətlidir.Pedaqoji təfəkkür, pedaqoji təxəyyül, didaktik, perseptiv, 

ekspressiv,  kommunikativ,  təşkilatçılıq  qabiliyyətləri  onun  zəruri  tərkiblərini  təşkil 

edir.Professor  Ə.Əlizadə  mürəkkəb  və  çoxcəhətli  qabiliyyətlər  məkanının  kreativ 

episentrinin  yenə  də  pedaqoji  təfəkkür  və  pedaqoji  təxəyyül  sahəsində  olduğunu 

xüsusilə vurğulayır. 

         Ə.Əlizadə  yazır:”Pedaqoji  qabiliyyət,  bir  qayda  olaraq,  pedaqoji  məktəblərdə 

formalaşır və inkişaf edir. Məktəbli yaşı dövründə isə onlar, necə deyərlər, “anadan 

müəllim  doğulmuş”  şagirdlərin  uşaqlarla,  ilk    növbədə  kiçik  uşaqlarla  ünsiyyətdə 

özlərini göstərirlər. Belə uşaqlarda ünsiyyət tələbatı güclü olur və onlar həvəslə rollu 

oyunlarda  iştirak  edir.  Belə  uşaqlar  şəxsiyyətlərarası  münasibətlərdə  problemli 


vəziyyətlə  rastlaşanda  onu  asanlıqla  həll  edə  bilirlər.  Məktəbli    yaşı  dövründə 

pedaqoji  təfəkkür  və  pedaqoji  təxəyyül  şagirdlərdə  məhz  kommunikativ  sahədə 

pöhrələnməyə və inkişaf etməyə başlayır”. 

      Pedaqoji  istedadlı  tələbələrlə  iş  baxımından  tədqiqat  qruplarının  ,  birliklərinin 

yaradılmasının  böyük  imkanları  var.Tələbələr  tədqiqat  istiqamətlərini  və    üsullarını  

fərdi  qaydada  seçə  bilərlər.  Pedaqoji    sahədə  tələbənin  istedadının  sonrakı  inkişafı 

onun  tədqiqat  işlərinə  cəlb  olunması  ilə  şərtlənir.  Çünki  şəxsiyyətin  yaracılıq 

qabiliyyətləri  məhz  tədqiqatçılıqda  formalaşır.Tədqiqatçılıq  fəaliyyəti  biliyin    daha 

yüksək  səviyyədə  sistemləşməsini  təmin  edir.Tədqiqatçılıq  fəaliyyətinə  cəlb 

olunmanın  geniş  yayılmış  forması  layihə  metodudur.Tələbəyə  maraq  dairəsi  və 

istedad səviyyəsi nəzərə alınaraq layihə tapşırılır. O işini tədqiqat yönümündə quraraq 

praktik tapşırığın həllini tapır və işini  məruzə və təqdimatla bitirərək öz mövqeyini 

müdafiə edir. Layihələr fərdi və qrup halında yerinə yetirilə bilər və hər bir formanın  

tələbənin  sonrakı  inkişafı  üçün  öz  üstünlükləri  var.  Xüsusi  elmi  seminarlarda 

yaradıcılıq  işlərinin  aparılması,  kafedra  və  laboratoriyalarda    elmi  rəhbərlərlə  fərdi 

işlərin  həyata  keçirilməsi,  elmi  məktəblərin  fəaliyyətinə  qoşulmaq    və  sair  bu  kimi 

formaların  qabaqcıl  təcrübədə  xüsusi  yeri  vardır.  Pedaqoji    məktəblərdə  istedadlı 

uşaqlarla işin təşkili məsələsində təhsil prosesinin müxtəlif mərhələlərində tələbələrin 

müxtəlif  yanaşmalarla  qruplaşdırılmasının  geniş  imkanları  var.  Bu  yanaşmalardan 

məktəbin    geniş  mənada  imkanlarından,  oradakı  istedadlı  tələbələrin  sayından  və  s. 

asılı olaraq müxtəlif formalardan istifadə edilə bilər. 

          İstedadlı uşaqların  təlimi ilə bağlı müəllim hazırlığıIstedadlı uşaqlarla işləyən 

müəllimlərin  hazırlanmasının  strategiyası,  məzmunu,  forma  və  metqdları  bu 

müəllimlərin peşəkarlığının həm baza, həm də spesifik tərkibinin formalaşmasını və 

inkişafını  təmin  etməlidir.  Bu  hazırlıq  zamanı  həm  də  istedadlı  uşaqlarla  işləmək 

üçün  tələb  olunan  şəxsiyyət  keyfiyyətlərinin  də  cilalanmasına  xüsusi  diqqət 

yetirilməlidir.  Elmi  mənbələrdə  göstərilir  ki,  sözügedən  hazırlıq  bir  sıra  tələblərə 

cavab  verməlidir:  1.Müəllim    istedadlı  uşaqlarla  işləyərkən  öz-özünə  refleksiv 

mövqedə  durmağı  bacarmalıdır(müəllim  şagirdi    bir  şəxsiyyət  kimi    artıq  bərqərar 

olmuş xüsusiyyətləri ilə qəbul etməlidir); 2.Müəllimlərin təhsili kompleks xarakterli 

(psixo-pedaqoji,  peşə  və  şəxsiyyətyönümlü  )  olmalıdır;  3.Konsultasiya  və  treninqlər 

sistemi yaradılmalıdır.Təcrübə göstərir ki, məhz bu formada təşkil edilmiş fəaliyyətdə 

müəllimlər işlərinə mane olan şəxsiyyətyönümlü problemlərini asanlıqla dərk edirlər. 

Bu forma həm də müəllim üçün zəruri olan özünüdərk, özünənəzarət, inkişafa meyil 

kimi  zəruri  vərdişlərə  yiyələnməsində  səmərəlidir;  4.Müəllimlərin  peşəkarlıq 

səviyyələrinin  yüksəldilməsi  üçün  zəruri  psixo-pedaqoji  şərait  yaradılmalıdır 

(fakültativlər,metodbirləşmələr,dərnəklər  sistemi  və  s.);  5.  Bütün  təlim  prosedurları 

demokratikləşdirilməli  və  humanistləşdirilməli,  azad  və  yaradıcı  təlim  şəraiti  təmin 

edilməlidir;                 6. Müəllimlərin təhsil səviyyəsi yüksək, fəaliyyət sahəsi geniş 

olmalıdır;  7. Şagird (müdavim) heyətinin xüsusiyyətləri (yaş, sağlamlıq vəziyyəti və 

s.  )  nəzərə  alınmalıdır;    8.Müəllimlərin  peşə  və  peşəsonrakı  hazırlığı  və  peşə 

təcrübəsində aşağıdakılar mühüm əhəmiyyət kəsb edir: uşaqlarla təlim-tərbiyə üzrə iş 

təcrübəsi  (pedaqogika  və  psixologiya  ixtisaslarında  təhsil  alan  tələbələr;  kütləvi 

ümumtəhsil  məktəblərində  iş  təcrübəsi  olan  pedaqoq  və  psixoloqlar;istedadlı 

uşaqlarla  iş  üzrə  ixtisaslaşmış  müəssisələrdə  iş  təcrübəsi  olan  pedaqoq  və 



psixoloqlar);  istedadlı  uşaqlarla  işləmək  üçün  əldə  olunan  əvvəlki  xüsusi  hazırlığın 

səviyyəsi  (aldığı  biliklər,  təcrübə,  iştirak  etdiyi  tədbirlər  və  s.);  9.Təlim 

infrastrukturunun  səciyyəsi.  İstedadlı  uşaqlarla  aparılan  iş  üçün  müvafiq  şəraitin 

xarakterik  xüsusiyyətləri  nəzərə  alınmalıdır(  təlim  sistemində  istedadlı  uşaqların 

təlimi  və  inkişafı  üçün  əhəmiyyətli  olan  müəyyən  komponentlərin  olub-olmaması, 

məsələn,  təlim-metodik  materialların,  laboratoriyaların,  kitabxanaların,  muzeylərin, 

psixoloqların, əlavə təhsil  mütəxəssislərinin və s.). 

         İstedadlı uşaqlarla iş istiqamətində müəllim hazırlığında  bir sıra  prinsiplərdən 

bəhs etmək olar. Bunların sırasında aşağıdakılar da vardır: ümumi və xüsusi təhsilin 

birliyi  və  diferensasiyası  prinsipi;  təlimin  mərhələlik  prinsipi  (hazırlıq  təlimin 

müxtəlif  mərhələlərində-bakalavr  və  magistratura  mərhələlərində  və  sonrakı  peşə 

fəaliyyəti  dövründə(  ixtisasartırma  kurslarında)  aparılmalıdır);  nəzəri  və  praktik 

hazırlığın birliyi(vəhdəti) prinsipi(İstedadlı uşaqlarla işləyən mütəxəssislərin hazırlığı 

zamanı nəzəri və praktik yönüm adekvat əlaqələndirilməlidir). 

         Təbii  olaraq  qarşıya  belə  bir  sual  çıxır:  İstedadlı  uşaqlarla  işləməli  müəllimlər 

üçün  zəruri  keyfiyyətlər  hansılardır?  Istedadlı    uşaqların  təlimi  ilə  bağlı    muəllim 

hazırlığı  prosesində  hansı  pedaqoji  prşəkarlıq  və  şəxsiyyət  keyfiyyətləri  diqqət 

mərkəzinə  çəkilməlidir?  Psixoloqlar  bu  cür  sualları    cavablandırmışlar.  Onlar 

istedadlı  uşaqlarla  bağlı  müəllim  fəaliyyətinin  zəruri  peşəkarlıq  tərkibini  

müəyyənləşdirə  bilmişlər.  Sözügedən  tərkibə  aid  olunur:    istedad  təzahürünün 

pedaqogikasının  və  psixologiyasının  mənimsənilməsi  əsasında    qazanılmış  psixo-

pedaqoji biliklər, bacarıqlar və vərdişlər                ( istedad, onun növləri, psixoloji 

əsasları, kriteriyaları, aşkarlanma prinsipləri və s. haqda biliklər) - istedadlı uşaqların 

psixoloji  xüsusiyyətləri,  onların  yaş  və  fərdi  inkişafı  barədə  bilgilər;  istedadlı 

uşaqlarla  işləyənlərin  peşəkarlıq  kvalifikasiyalarının  xüsusiyyətləri  barədə  bilgilər; 

istedadlı  uşaqlarla  işin  istiqamət  və  formaları  barədə,  onların  təliminin  proqram  və 

texnologiyalarının  hazırlanmasının  prinsip  və  strategiyaları  barədə  bilgilər, 

istedadlılıq əlamətləri əsasında istedadlı uşaqların müəyyənləşdirilməsi metodlarının 

hazırlanması  və  tətbiqi  sahəsində  bacarıq  və  vərdişlər;  istedadin  növü,  xüsusiyyəti, 

şagird kontingenti və  konkret təlim  şəraiti  nəzərə alınmaqla, istedadlıların təliminin 

didaktikası və metodikası sahəsində bacarıq və vərdişlər; istedadlı uşaqlarşn, onların 

valideynlərinin  və  digər  ailə  üzvlərinin  psixo-pedaqoji  konsultasiyası  sahəsində 

bacarıq və vərdişlər  .  Istedadlı   uşaqlarla işləyən  müəllimin  şəxsiyyət  və  peşəkarlıq  

mövqeyi  ənənəvi  təlim  prosesinin  uğurlu  icrasından  daha  çox  uşaq  istedadının 

fəallaşdırılmasına  və  inkişaf  etdirilməsinə,  təlim  prosesində  nəzarət  və  idarəçilikdən 

daha çox şagirdlərə təlim müstəqilliyin verilməsinə yönəlməlidir.  

           İstedadlı  uşaqlarla  işləməli  olan  müəllimlərin  peşə  əhəmiyyətli  şəxsiyyət 

keyfiyyətlərinə  aid  edilir:  idraki  və  daxili  peşəkarlıq  motivasiyasının  və 

empatiyasının  yüksək  inkişaf  səviyyəsi;  daxili  mərkəzləşmiş  nəzarət;  yüksək  və 

adekvat özünəqiymət; şəxsiyyət kimi  inkişafa meyillilik və s. 

       ABŞ-ın  “Astor”  proqramında  istedadlı  uşaqlarla  işləyən  müəllimlər  üçün 

aşağıdakı  keyfiyyətlərin  zəruriliyi  qeyd  olunur:  xeyrxahlıq  və  həssaslıq;  istedadlı 

uşaqların  psixologiyasının  xüsusiyyətlərinə  bələd  olmaq,  onların  tələbatlarını  və 

maraqlarını duymağı bacarmaq; yüksək intellektual inkişaf səviyyəsinə malik olmaq; 

geniş  maraq  və  bacarıq  dairəsinə  malik  olmaq;  pedaqoji  təhsildən  başqa,  daha  bir 


sahədə  təhsilli  olmaq;  istedadlı  uşaqların  təhsili  ilə  bağlı  çox  müxtəlif  öhdəliklərin 

yerinə yetirilməsinə hazır olmaq; canlı və fəal xarakterli olmaq; yumor hissinə malik 

olmaq  (istehzasız);  mütəhərriklik(  çeviklik)  nümayiş  etdirməli,  öz  baxışlarını 

nəzərdən keçirməyə və davamlı olaraq özünü kamilləşdirməyə hazır olmaq; yaradıcı, 

bəlkə  də  qeyri-  ənənəvi  fərdi  dünyagörüşünə  malik  olmaq;  yaxşı  sağlamlığa  və 

möhkəm  dəyanətə  malik  olmaq;  ali  təhsildən  sonra  istedadlı  uşaqlarla  iş  sahəsində 

xüsusi hazırlıq keçmək və bu sahədə yeni xüsusi bilgilərin mənimsənilməsinə hazır 

olmaq. 


         K.Tekeks  istedadlı  uşaqlarla  işləyən  müəllim  və  tərbiyəçilərə  aşağıdakıları 

məsləhət  görür:  1.Müəllim  təlimdə  aydın  ifadə  olunmuş  yarış  elementli  oyunlardan 

çox istifadə etməməlidir. Belə oyunlarda istedadlı uşaqlar əksər hallarda qalib çıxırlar 

ki,  bu  da  oyun  iştirakçılarında  onlara  nifrət  hissi  yarada  bilər.  2.Müəllim  istedadlı 

uşağı  ən  yaxşı  və  səliqəli  işinə  görə  ağız  dolusu  tərifləməyə,  onda  perfektsionist 

meyllərin  möhkəmlənməsinə  çalışmamalıdır.Önəmli  fərdi  uğurlarına  görə  istedadlı 

uşağı  xüsusi  ayırd  etmək  məsləhət  deyil,  onun  digər  uşaqlarla  birgə  fəaliyyətini 

rəğbətləndirmək  daha  yaxşı  olar.  3.  İstedadlı  uşağı  qələbə  pedestalına  yüksəltmək, 

başqa  şagirdlərin  gözündə  onu  vunderkində  döndərmək  məsləhət  deyil.  Onun 

uğurlarının  yerli-yersiz  təriflənməsi  sinifdə  qısqanclıq  ovqatı  yaradır,  uşaqları 

qıcıqlandırıb  bir-birindən  uzaqlaşdırır.  Başqa  ifrat  hal-  uşağın  qeyri-adi 

qabiliyyətlərinin  kütləvi  şəkildə,  həm  də  niyyətli  surətdə  kiçildilməsi  də 

yolverilməzdir.    4.Müəllim  nəzərə  almalıdır  ki,  istedadlı  uşaqların  əksəriyyəti  sərt 

reqlamentləşdirilmiş,  təkrarlanan  məşğələləri  pis  qavrayırlar.  Bu  məsləhətləri  

müəllifin  öz  sözləri  ilə  dəqiqləşdirərək  professor  Ə.Əlizadə  belə  yazır:”Uşağa  bir 

fərdiyyət kimi yanaşılmalıdır.Onun şəxsiyyət kimi hərtərəfli inkişafına xüsusi diqqət 

yetirilməlidir”. 

        İstedadlı və  talantlı uşaqlarla işləməyə hazırlanan müəllim təlim proqramlarının 

ixtisaslaşdırılmasında    əsas  götürülən  prinsiplərə  yaxından  bələd  olmalıdır.  Passov 

tərəfindən irəli sürülən həmin prinsiplər aşağıdakılardır: istedadlı uşaqlar üçün tədris 

proqramının məzmunu vacib problemlərin, ideyaların və mövzuların uzunmüddətli və 

dərindən  öyrənilməsini  nəzərdə  tutmalıdır;  istedadlı  uşaqlar  üçün  təhsil  proqramı 

produktiv  təfəkkürün  inkişafına  və  onun  praktik  tətbiqi  vərdişlərinin  qazanılmasına 

istiqamətlənməlidir  (bu,  şağirdlərin  əldə  etdikləri  bilikləri  dərindən  dərk  etmələrini 

təmin  edərək,  onları  yeni  biliklərə  sövq  edəcəkdir);  istedadlı  və  talantlı  uşaqların 

tədris  proqramı  onlara    mütəzəm  dəyişməkdə,  inkişafetməkdə  olan  bilgilərlə,  yeni 

informasiyalarla  əlaqədə  olmağa  şərait  yarqtmalı  (imkan  verməli)  ,  onlara  yeni 

biliklər  əldə  etmək  istəyini  aşılamalıdır;  istedadlı  və  talantlı  uşaqlar  üçün  tədris 

proqramı  müxtəlif  bilik  və  informasiya  mənbələrinin  olmasını  və  bu  uşaqların 

onlardan müstəqil istifadəsini nəzərdə tutmalıdır; istadadlı və talantlı uşaqların tədris 

proqramı  təhsildə  və  inkişafda  onların  təşəbbüskarlığını  və  müstəqilliyini 

rəğbətləndirməlidir;  istedadlı  və  talantlı  uşaqların  tədris  proqramı  onlarda  mənlik 

şüurunun,  özünüdərkin  inkişafını  təmin  etməli,  başqa  insanlarla,  təbiətlə,  digər 

mədəniyyətlərlə  və  s.  ilə  əlaqələrin  mahiyyətini  başa  düşməyə  yardım  etməlidir; 

istedadlı  uşaqlar  üçün  tədris  proqramı  qabaqcadan  müəyyən  olunmuş  prinsiplərlə 

qiymətlədirilməlidir,burada  əsas  diqqət  uşaqların  təfəkkür  proseslərinə,  onların 

yaradıcılıq bacarıqlarına, ifaçılıq məharətlərinə yönəlməlidir. 


        İstedadlı  uşaqlarla  işləməyə  hazırlanan  müəllimlərin    sözügedən  təhsil 

proqramlarında    hansı  mühüm  xüsusiyyətlərin  olduğunu  bilməsi  onun  səmərəli 

fəaliyyəti  baxımından  önəmlidir.  Karne,  Şvedel  və  Uilyams  istedadlı  uşaqlar  üçün 

təhsil proqramında aşağıdakı xüsusiyyətlərin olmasını vacib hesab edirlər: bir qayda 

olaraq  standart  tədris  planında  olmayan  materialların  daxil  edilməsi;  seçilmiş 

mövzunun  dərindən  araşdırılmasının  təqdir  olunması;  tədris  planının  icrasının 

qabaqcadan  tərtib  olunmuş  sərt  qrafik  əsasında  deyil,  istedadlı  uşaqların  idraki 

tələbatlarına  və  imkanlarına  uyğun  aparılması;  mücərrəd  anlayışlarla  işləməyi  tələb 

edən  və  yüksək  səviyyəli  təfəkkür  prosesləri  ilə  aparılan  mürəkkəb  fəaliyyətlərə 

üstünlük verilməsi; istifadə edilən zaman, material və vəsaitlərlə bağlı böyük təfəkkür 

çevikliyinin  tələb  edilməsi;  məsələlərin  həllində  müstəqilliyə,  məqsədyönlülüyə 

yüksək tələblərin verilməsi; liderlik xüsusiyyətlərinin mənimsənilməsinə və nümayiş 

etdirilməsinə  geniş  imkanların  yaradılması;  yaradıcı  və  produktiv  təfəkkürün  təqdir 

edilməsi;  özünün  və  eləcə  də  başqalarının  hiss  və  davranışlarının  təhlil  edilməsi 

bacarığının  tərbiyə  edilməsi;  bilik  bazasının  genişləndirilməsi  və  nitq 

qabiliyyətlərinin inkişaf etdirilməsi üçün səmərəli başlanğıcların yaradılması. 

         Elmi mənbələrdən  məlum olur ki, Qərb təhsilində  istedadlı uşaqlarla aparılan 

işlərə dair  proqram  və  konseptual  modellər    sırasında  “S.Kaplanın  proqramı”,  əsası  

C.Kerrol  və  B.Blum  tərəfindən  qoyulmuş    nəzəri    yanaşmaya    uyğun    ərsiyə  

gətirilmiş    C.Blok  və  L.Andersonun”Tam  mənimsəməyə  əsaslanan  təlim 

metodu”(C.Blok  və  L.Anderson),  C.Gilfordun”Sərbəst  sinif”,  Renzullinin”Tədris 

proqramının  zənginləşdirilməsinin  üç  növü”,    B.Blumun”Təlim  məqsədlərinin 

taksonomiyası” özünə üstün yer almışdır.  İstedadlı uşaqların təlimi ilə bağlı müəllim 

hazırlığı  prosesində  bu  proqramların  mahiyyətinin  mənimsənilməsi  ümumi  işin 

xeyrinə  olar.  Çünki  sözügedən  proqram  və  modellər  təcrübə  sınağında  özünü 

doğrultmuşdur. 

         S.Kaplanın  istedadlı  uşaqların  təlimi  üçün  proqramı  əsasən  iki  metoda  istinad 

edir:  deduktiv  və  problemli  tədqiqatlar.  Birinci  metod  şərhlərdən  başlamağı  nəzərdə 

tutur.  Onun  məqsədi  uşaqların  öyrəndiklərini  yada  salmaq,  onların  maraqlarını  yeni 

informasiyanı  öyrənməyə,  ümumi  hipotezlə  tanış    olmağa  yönəltmək  və 

stimullaşdırmaqdır.  Sonrakı  mərhələdə  müəllim  əvvəlcə  şagirdləri  öyrənməli  olan 

ümumi ideya-problemlə tanış edir. Bundan sonra şagirdlər öz hipotez və ideyalarını 

irəli  sürürlər.  Sonra  bu  hipotezlərin  isbatı  və  ya  inkarı  üçün  informasiya  toplayaraq 

tədqiqatlar  aparırlar.  Əldə  etdikləri  məlumatları  sistemləşdirərək  onu  bəyan  edirlər. 

Nəticədə  hipotezləri  ya  təsdiq  olunur,  ya  da  rədd  edilir  və  onlar  bu  tədqiqatın 

nəticələrini yekunlaşdıraraq növbəti fəaliyyətlərini planlaşdırırlar. 

         Tam  mənimsəməyə  əsaslanan  təlim  metodunun  praktiki  tətbiqi  aşağıdakı 

addımlar  ardıcıllığını  nəzərdə  tutur:  1.Giriş  hissə-  şagirdlərin  tam  mənimsəmə 

metodu  əsasında  işləməyə  təlimatlandırılması;  2.Hər  bir  tədris  vahidi  üzrə  tam 

mənimsəmə  istiqamətində  təlim;  3.Ümumiyyətlə  hər  bir  şagird  üşün  materialın  tam 

mənimsənilməsinin qiymətləndirilməsi; 4.Aldığı qiymətin mahiyyətinin hər bir şagird 

üçün  izah  edilməsi.  Metodun  vacib  amili  tam  mənimsənilmə  etalonunun  aydın 

formulə edilməsidir. 

         Gilfordun  “Sərbəst  sinif”  modeli  sərt  vaxt  qrafiki  olmayan,  sərbəst  dərs 

sistemləri,  təlim  vaxtının,  tədris  proqramının,  dərs  otaqlarının  səmərəli  istifadəsini 


nəzərdə tutur. Bu yanaşmada təlim prosesi müəllim və şagirdlər tərəfindən birgə idarə 

olunur.  Renzulli  modelinə  uyğun  tədris  proqramı  şagirdlərə  imkan  verir    ki, 

vaxtlarının çox hissəsini özləri üçün daha  maraqlı olan fəaliyyət növlərinə həsr edə 

bilsinlər.Burada  müəllimin  vəzifəsi  ondan  ibarətdir  ki,  hər  bir  şagirdə  aşağıdakı 

məsələlərdə  köməklik  etsin:  şagird  maraqlarına  cavab  verən  və  gücü  çatacaq 

məsələlərin  həllini  öhdəsinə  götürsün;  şagird  bu  məsələlərin  həlli  üçün  zəruri  olan 

metodlara və tədqiqat vərdişlərinə yiyələnsin. 

                B.Blumun  təlim  məqsədlərinin  taksonomiyası  istedadlı  uşaqların  idraki 

funksiyalarının  inkişafına  istiqamətlənmişdir.  Təlim  planlarında  nəzərdə  tutulmuş 

məqsədləri  prinsipcə  mümkün  olan  nəticələrlə  müqayisə  etməklə,  müəllimlər  öz 

tədris  planlarına  daxil  edə  biləcəkləri  tapşırıqların  növlərini  və  əlavə  məqsədləri 

müəyyənləşdirə  bilərlər.Taksonomiya  uşaqların  yaddasaxlama,  dərketmə  və  məsələ 

həlletmə  qabiliyyətlərinə  təlimin  təsirini  təhlil  etmək  üçüçn  səmərəli  alətdir. 

B.Blumun,  C.Gilfordun  və  b.  taksonomiyaları  üç  sahəni-idrak,  emosional  və 

psixomotor sahələri əhatə edir. Lakin müasir təlim nəzəriyyələri təlimin məqsədlərini 

həmin  sahələrə  görə  deyil,  təlimin  təhsilləndirici,  inkişafetdirici  və  tərbiyəedici 

tərkibinə  -  komponentlərinə  əsasən  müəyyən  edir.  Azərbaycan  psixoloqu  professor 

Ə.Əlizadə  təlim  məqsədlərinə  görə,  əsas  taksonomik  kateqoriyaları  üç  bölümdə 

qruplaşdırılmışdır: təhsilləndirici, inkişafetdirici və tərbiyələndirici.    

       Ümumtəhsil  məktəblərində  təhsil-tərbiyənin  sinif-dərs  sistemində  həyata 

keçirilməsi  layihələri  sırasında”Fəal(interaktiv)  təlim”in  bizə  məlum  olan 

proqram,model və layihələrlə müqayisədə daha böyük üstünlükləri vardır. Bu sistem 

bütün  şagirdlərə  öz  imkanlarını  reallaşdırmaq  nöqteyi-nəzərdən  bərabər  şərait 

yaradır.Fəal(interaktiv) yanaşmada geridəqalmaın qaçılmazlığı ilə bağlı mülahizələrin 

yanlışlığı  təsdiqlənir,  istedadlılaın  inkişafına  meydan  verilmiş  olur.Bu  sistemin 

tətbiqində  bir  sıra  prinsip  və  mexanizmlər  diqqət  mərkəzinə  çəkilir.Sözügedən 

prinsiplər barədə bu fəslin əvvəlki 15.2. yarımbaşlığıda bəhs etmişik. 

        Bu  sistemin    tətbiqi  mexanizmlərinə  aşağıdakılar  aid  edilir:  Mexanizm  №1. 

Problem  situasiyanın  yaradılması.  Şagirdin  qarşısına  problem  qoyulur  və  onun 

problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır. Mexanizm №2. 

Şagird-tədqiqatçı,  müəllim  faslitator.  Fəal(interaktiv)  təlim  zamanı  şagird  subyekt 

mövqeyini  tutmalı,  bu  prosesin  bərabər  iştirakçısı  olmalıdır.  Şagird  tədqiqatçı, 

müəllim  isə  bələdçi  funksiyasını  həyata  keçirməlidir.  Şagirdlər  bilikləri  müstəqil 

şəkildə tədqiqat zamanı əldə etməlidirlər. Mexanizm №3. Dialoqun və əməkdaşlığın 

zəruriliyi.  Fəal(interaktiv)  təlim  dialoji  şəkildə  əməkdaşlıq  şəraitində  keçirilir. 

Mexanizm  №.Psixoloji  dəstək:  hörmət  və  etibar.  Şagirdlərin  idrak  fəallıqlarını 

saxlamaq vasitəsi-onların psixoloji dəstəklənməsidir: müəllimin xeyirxah münasibəti, 

şagirdlərə  hörmət  və  etibarı,  onların  bacarığına  inamı.  Fəal(interaktiv)təlim 

texnalogiyaların tətbiqi üçün açıqdır.        

        Vurğulamaq  yerinə  düşər  ki,    təhsil  proqramlarının  ,  koseptual  modellərin, 

layihələrin  uğuru  onu  tətbiq  edən  müəllimin,  tərbiyəçinin  pedaqoji  qabiliyyətləri  ilə 

şərtlənir.  Müəllimlərdə  pedaqoji  qabiliyyətlərin  formalaşması  bu  gün  aktual  məsələ 

kimi  meydana  çıxır.  Ənənəvi  didaktik  sistemdə  müəllimin  didaktik  və  təşkilatçılıq  

qabiliyyətlərinə  daha  çox  diqqət  yetirilib.  Müasir  təhsil  konsepsiyası  didaktik  və 

təşkilatçılıq  qabiliyyətlərinin  əhəmiyyətini  qətiyyən  azaltmadan  bu  gün,  təhsilin 


humanistləşdirilməsi    şəraitində  kommunikativ  və  perseptiv,  ekspressiv  və 

konstruktiv qabiliyyətlərin əhəmiyyətini xüsusi vurğu ilə dəyərləndirir. Müəllimlərin 

pedaqoji  ustalığının  artırılmasının  başlıca  yolu  məktəb  şəraitində  pedaqoji 

qabiliyyətlərin  psixoloji  ölçülərlə  inkişaf  etdirilməsindən  ibarətdir.  Bundan  başqa, 

pedaqoji  universitet  və  institutlarda  tələbələrdə,  gələcək  müəllimlərdə  bu 

qabiliyyətlər  xüsusi  metodika  ilə  inkişaf  və  tərbiyə  olunmalıdır.Təkmilləşdirmə 

kurslarında  müəllimlərlə  elmi-metodik  iş  məhz  pedaqoji  qabiliyyətlərin  inkişaf 

etdirilməsi  yönumündə  aparılmalıdır.  Sosial-psixoloji  treninq  üsullarından  sistemli 

istifadə olunmalıdır.Müəllimlərə  autotreninqin sirlərini öyrətmək lazımdır. Professor 

Ə.Əlizadənin  vurğuladığı  kimi  müəllimlərin  pedaqoji  ustalığının  artırılmasına 

respublikanın  görkəmli  rejissorlarının  və  aktyorlarının  yaxından  köməyi  ilə  müasir 

teatr pedaqogikasının uğurlarından da faydalanmanın vaxtı artıq çatmışdır. 



 

 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin