Debatlar (çarpaz müzakirə)
Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakını təmin edilməsi
ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir.
Məqsəd:
Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tərəflərin arasında
keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq,
debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü
tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu seçim
yalnız bir şeyə - “bu tərəf məni inandırdı!”- təsdiqinə əsaslanır. Beləliklə, debatlarda
iştirak edən tərəflərin əsas məqsədi öz dəlil və sübutlarının köməyi ilə üçüncü
tərəfi öz mövqeyinin düzgünlüyünə inandırmaqdır. Bu prosesin yekunları
əsasında ona həmçinin ,qərarların qəbulu kimi baxmaq olar.
Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola
bilərlər:
mövzunun araşdırılması;
əsas anlayışlarla iş;
dəlillərlə iş;
“çarpaz sualların” hazırlanması;
natiqlik məharəti;
hamilik və ya qərarları necə qəbul etməli.
Aiqoritm:
1. Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətndə qaldırılan
məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət
və ya mənfi cavab verilə bilər) hazırlanmasını tələb edir. “Debatlarda” mövzu sual
yox təsdiq formasında ifadə edilir.
2. Rolların müəyyənləşdirilməsi (“A” və “B” spiker komandaları, hakim,
“taym-kipper”). Debat iştirakçıları və ya debatçılar çıxış zamanı spiker adlanırlar.
Debatlar üçüncü tərəfi təmsil edən hakimlər qarşısında spiker komandaları (“A”
mövqeyi və “B” mövqeyi) arasında keçirilir.
a) Təsdiqedici “A” mövqeyinin spikerləri debatların mövzusunu onun ifadə
edildiyi kimi təsdiq edirlər
b) Təkzibedici “B” mövqeyinin spikerləri “A” mövqeyini təkzib etməyə
borcludurlar-bu onların başlıca vəzifəsidir. Həm də onlar təkzibetmədən sonra öz
meyar və dəlillərini təklif edirlər.
c) Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi
mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.
d) Debatlar prosesində çixişların vaxt rejimini təmin edən “taym-kipperlər”
iştirak edirlər.
3. Dəlillərin hazırlanması. Arqument (dəlil)- faktlar əsasında çıxarılan
nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-spikerlər (cütlər və ya kiçik
qruplar) sualın müzakirəsinə başlayır və əvvəlcə müsbət, sonra mənfi cavabları
əsaslandıran 4-5 dəlil göstərirlər. Tərəflər öz mövqelərinin müdafıəsi üçün ən güclü
arqumentləri toplamalıdırlar. Hər qrupa özlərinin ən yaxşı arqumentlərini müəyyən
etmək üçün 7-8 dəqiqə vaxt ayrılır.
Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir:
arqument irəli sürülür;
arqument izah edilir;
arqument sübut edilir;
nəticə çıxarılır.
Hər iki cavaba dair dəlillərin siyahıları tamamlandıqdan dərhal sonra qrupların
hər biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan dəlilləri
nəzərdən keçirirlər.
4. Debat və çarpaz suallar. Sonra iştirakçılardan öz mövqelərini müəyyən
etmək və iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika
(müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər
mövqeyin spikerlərinin cavablarından ibarət olan və xüsusi fərqləndirən raunddur.
Debatların spikerləri arqumentləri irəli sürərkən, sübut-dəlilləri-onların mövqeyini
təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin ekspert rəylərini də təqdim
etməlidirlər.
5. Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inandırıcı mövqelərdən
çıxış edən komandanı seçir. O yalnız eşitdikləri əsasında nəticə çıxarır və öz seçimini
edir. Çox vacibdir ki, o öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin. Verilən
sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların mövzusunu nə
dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu zaman həm də spikerin
alınmış cavabları nə dərəcədə ustalıqla opponentin mövqeyini zəiflətmək və öz
mövqeyini gücləndirmək üçün istifadə edə bilməsi qiymətləndirilir.
Şərtlər:
1.
Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.
2.
Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə riayət
olunmalıdır.
mövzu aktual olmalıdır;
mövzu maraqlı olmalıdır;
mövzu “münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi mövcuddursa, bu o
deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur;
mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin;
mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, “Evtanasiya xərçəng
xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırılmalıdır”-dar, “Təhsil rəsmi dövlət
dilində olmalıdır” isə geniş mövzudur.
3.
Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ünsürlərindən
olan sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər.
4.
Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların məntiqi,
mövzuya, problemə uyğun seçilməsi vacibdir.
Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müxtəlif məlumat
mənbələri.
Yarana biləcək problemlər:
Ünsiyyət ilə bağlı problemlər (bir –birini dinləmək, şəxsi rəqabətin işə təsiri və
s.)
Müzakirənin uzanması,
Artıq səs-küy, aqressivlik,
Tolerantlığın olması,
Mövzudan yayınmaq və yayındırmaq,
Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
Kimin qərar çıxarma bacarığının zəifliyi.
İnsert metodu
İnsert səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeydetmə
sistemidir. İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini
yoxlamaqla düzgün cavab axtarmaq üsulu.
Yeni dərsi oxumamışdan əvvəl müəllim şagirdləri cütlərə ayırır. Beş dəqiqə
ərzində onlardan xahiş edir ki, Hindistan haqqında nə bilirlərsə, təsəvvürlərinə
gələnləri qısa şəkildə yazsınlar. Müəllim bildirir ki, ola bilsin, sizin yazdıqlarınız
dəqiq olmasın, buna bir o qədər fikir verməyin, dərsin gedişi zamanı düzəliş
aparacağıq. Hindistan haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cütlərdə
iş qurtardıqdan sonra bütün sinif müzakirəyə başlayır. Hindistan haqqında
məlumatlar lövhədə qeyd edilir və ümumiləşdirilir. Bundan sonra mətn paylanılır və
oxutdurulur, şagirdlərə müraciət edərək müəllim deyir: “oxuduqca səhifələrin
kənarında işarələr qoyacaqsınız, işarələr aşağıdakı kimi olmalıdır”:
1. Əvvəl bildiyin məlumatı təsdiq edən informasiya varsa, qarşısında (V)
işarəsini qoy.
2. Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) işarəsi qoy.
3. Rast gəldiyin informasiya sənin üçün təzədirsə (+) işarəsi ilə göstər.
4. Haqqında əlavə məlumat almaq istədiyin məsələ varsa, qabağında (?) işarəsi
qoy.
Sonra qruplar işarələr qoyulmuş informasiyaları cədvəldə kateqoriyalara
aşağıdakı kimi ayırırlar.
V
+
-
?
1.Hindistan İngil-
tərənin müstəm-ləkəsi
olmuşdur.
2.Hindistan şahmatın
vətənidir.
1.Elmə “O” işa-
rəsini hindlilər
gətirib.
2.Tac mahalı
Təbrizli memar
inşa edib.
1. Avropada işlətdiyi-
miz rəqəmlərə ərəb
rəqəmləri deyirlər,
amma onları hindlilər
kəşf ediblər.
1.Hindistanda
olan dinlər haq-
qında.
2. Yoqa haqqın-
da.
Bu cədvəli müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını orada qeyd edir.
Bundan sonra sinif müzakirəyə başlayır. İlk məlumatla, yəni Hindistan haqqında
bildikləri ilə mətni oxuduqdan sonra bildiklərini müzakirə edirlər. Bu metod çox vaxt
tələb etdiyindən 2 dərsi bu strategiyaya həsr etmək olar.
BİBÖ cədvəli
Müəllim dərsə “beyin həmləsi” strategiyası ilə başlayır. Şagirdləri cütlərə
ayırandan sonra sinfə sual verilir.
Delfinlər haqqında nə bilirsiniz?
Cütlər bu sual ətrafında işləyirlər. Bildiklərini kağıza qeyd edirlər. Həmin vaxt
ərzində müəllim aşağıda verilmiş cədvəli yazı taxtasında çəkir. Cütlər verilən sualla
əlaqədar müəllimlə öz fikirlərini bölüşürlər. Ümumi razılığa gələrək fikirlər yazı
taxtasındakı cədvəldə “Biz nəyi bilirik?” sualı altında yazılır. Sonra müəllim yeni
sualla şagirdlərə müraciət edir. Delfinlər haqqında daha nələri bilmək istərdiniz?
Şagirdlər yenə də öz aralarında fikir mübadiləsi edir və hər qrup öz fikrini
söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər.
Bildiklərimiz
İstəyirik bilək
Öyrəndiklərimiz
1.Təlim
olunmağa
meyllidirlər.
2.Məməlilər
sinfinə aiddir.
3.Xəzər
dənizində
yaşamır.
1.Çoxalması
haqqında
2.Daha hansı
dənizlərdə
yaşayırlar?
Müəllim mətni şagirdlərə paylayır. Mətni oxuduqca şagirdlər Öyrəndiklərimiz?
sualına cavab axtarırlar və öz cədvəllərində qeyd edirlər.
Mətni oxuduqdan sonra qruplar yeni öyrəndiklərini yazı taxtasındakı cədvəldə
qeyd edirlər.
Bildiklərimiz
İstəyirik bilək
Öyrəndiklərimiz
1.Təlim olunmağa meyil-
lidirlər.
2.Məməlilər sinfinə aiddir.
3.Xəzər dənizində yaşamır.
1.Çoxalması haqqında
2.Daha hansı dənizlərdə
yaşayırlar?
1. Nisbətən şüurludur.
Sonra müəllim şagirdlərdən soruşur. Əvvəlcə sual vermədikləri daha hansı
informasiyaya rast gəldilər?. Cavabsız qalmış sualların cavablarını haradan tapmaq,
bunu necə etmək lazımdır və s. müzakirə edilir. Müəllim öz fikrini söyləyir və dərsi
yekunlaşdırır.
İstiqamətləndirilmiş mühazirə
Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn, mövzu “Avstraliyanın
kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır və şagirdlərə təklif edir ki, mövzu
üzrə bildiklərini yada salsınlar və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl
çəkilir, vərəqin bir tərəfində “Avropa Avstraliyaya nə verib”, o biri tərəfində “Avstra-
liya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ərzində qruplar bu
suallarla əlaqədar fikir mübadiləsi edir və öz vərəqlərində qeydiyyat aparırlar.
Avropa Avstraliyaya nə verib, hansı yeni
biliklər əldə ediləcək?
Avstraliya Avropaya nə verib?
1.
2.
1.
2.
Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə aparır, şagirdlərin
fikirlərini ümumiləşdirir və lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki,
mühazirənin məzmunu ilə siyahını müzakirə edəcəklər, diqqətli olsunlar.
Müəllim mətnin I hissəsini 10-15 dəqiqə ərzində mühazirə edir (mühazirə 15
dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır, müəllimi dinləmirlər). Mühazirənin I
hissəsi bitdikdən sonra müəllim şagirdlərdən xahiş edir ki, mövzu haqda öz fikirlərini
indicə mühazirədə eşitdikləri informasiya ilə müqayisə edib qeydlərində düzəliş
etsinlər və lövhədəki cədvəldə qruplar qeyd edir, fikirlərini söyləyirlər.
Yazdıqlarından hansı düz çıxdı, hansı səhvdir. Müəllim şagirdlərə çatdırmalıdır ki,
mühazirənin II hissəsində onları maraqlandıran, lakin I hissədə cavab tapmadıqları
suallara rast gələcəklər.
Müəllim mühazirənin II hissəsini oxuyur. Mühazirə bitdikdən sonra o şagirdlərə
müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə
5 dəqiqəlik esse (sərbəst yazı) yazmaq tapşırılır. Yəni şagirdlər Avropaya
Avstraliyanın təsiri haqqında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. Əgər vaxt
varsa, sinifdə yazırlar, vaxt yoxdursa, evdə yazıb gətirirlər, müəllim yazıları yığır və
onlarla tanış olur. Müəllim mütləq bu esselər haqqında öz fikrini bildirməlidir.
Klaster (şaxələndirmə)
Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər açılmasına, şagirdlərin bu
ətrafda geniş, sərbəst düşünməsinə şərait yaradan metoddur. Şaxələndirmə
strategiyasından həm düşünməyə yönəltmə, həm də düşünmə mərhələsində istifadə
etmək olar. Dərsin əvvəlində, mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin fikrini
cəmləşdirmək və əvvəlki biliklərini yada salmaq üçün istifadə oluna bilər. Bu metodun
tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu doğur, yeni assosiasiyaların yaranması
imkanı genişlənir. Klaster metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə
bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirməni həyata keçirmək üçün:
1.İri ağ kağız götürülür.
2.Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır.
3.Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır.
Düşünməyə yönəltmə zamanı şagirdlər mövzusu ilə əlaqədar bildiklərini
yadlarına salırlar. Yəni onlar klasteri işlədilər və hər qrup öz işini sinfə təqdim etdi.
Sonra isə konkret mövzu verilir, şagirdlər həmin mövzu ilə tanış olurlar.
Ola bilsin ki, müəllim tətbiq etmədə, yəni düşünmə mərhələsində də klaster
metodundan istifadə etsin. Mətndən aldığı yeni bilikləri klasterdə qeyd etsinlər. Bu
zaman onlar qeydlərini yaxşı olardı ki, başqa rəngli qələmlə etsinlər (Əvvəlki bilikləri
yeni aldığı bilikdən ayırmaq məqsədi ilə). Bu metoddan istənilən fənnin tədrisi za-
manı istifadə etmək əlverişlidir.
Ziq-zaq metodu
Əvvəlcə şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar müəyyənləşdirildikdən
sonra hər bir qrupdakı şagirdlərə təklif edin ki, hərəsi bir rəqəm söyləməklə 1-dən 4-ə
qədər saysınlar. Beləliklə, hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi olacaqdır.
Sonra şagirdlərə mətn verilir. İzah edilir ki, mətni araşdırmaq, məzmunu dərk
etmək və məğzinə varmaq lazımdır.
Şagirdlərin diqqətinə çatdırmaq lazımdır ki, mətn 4 hissəyə bölünmüşdür. Hər
bir qrupdakı 1 nömrəli iştirakçı birinci hissə, 2 nömrəli iştirakçı ikinci hissə, 3
nömrəli iştirakçı üçüncü, 4 nömrəli iştirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar.
Bu qaydanı izah etdikdən sonra şagirdlərdən xahiş edin ki, eyni nömrəli iştirakçılar
bir yerə toplansınlar. Eyni nömrəli iştirakçılardan təşkil olunmuş qruplar indi ekspert
qrupları adlanır, onların vəzifəsi, mətnin öhdələrinə düşən hissəsinin materialını
diqqətlə öyrənməkdən ibarətdir. Onlar həmin hissəni oxumalı, məzmununu müzakirə
etməli və materialı lazımınca qavramalıdırlar. Ekspert qrupunun hər bir üzvü öyrən-
diyi hissənin materialını dərsin əvvəlində yaranmış qrupun üzvlərinə izah etməlidir.
Şagirdlərə çatdırmaq lazımdır ki, sonradan onların bəzilərinə öyrəndikləri hissəni
bütün sinfə izah etmək təkilf olunacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra,
onlar öz əvvəlki qruplarına qayıdıb materialın məzmununu həmkarlarına izah edirlər.
Şagirdlər bilməlidirlər ki, yekunda bütün qrup üzvlərinin materialın məzmununu tam
mənimsəmələri zəruridir.
Bu metoddan istifadə zamanı müəllim əvvəlcədən mövzunu 4 hissəyə (hissəyə
ayırmaq qrupların sayından asılıdır) ayırır. Məsələn, mövzu: Azərbaycan. Bu zaman
onun coğrafi mövqeyi və təbii şəraiti – birinci; relyefi - ikinci; iqlimi və daxili suları -
üçüncü; əhalisi və nəqliyyatı - dördüncü ekspert qrupuna tapşırılır. Hər ekspert qrupu
ona düşən hissəni öyrənir, müzakirə edir, sonra əvvəlki qruplara qayıdır, orada
öyrəndikləri hissəni qrup üzvlərinə izah edirlər. Beləliklə, mövzunun hər bir hissəsi
haqqında qrupun hər bir üzvü bilik alır və o barədə qrup üzvlərinə məlumat verir.
İlkin qrup üzvləri qeydlər etməli, meydana çıxan sualları yazmalı, sonra bu
suallar hər bir hissə üçün məsul olan ekspertlərə ünvanlanmalıdır.
Müəllim informasiyanın dəqiq verildiyinə və qarşıya çıxan sualların düzgün
cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir.
Dəyirmi masa
Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və qrupun
şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster
ilə yazmalıdır.
Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qrupun daxilində dairə
üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim mövzuya aid hansısa bir
fikri yazır, sonra şagird öz fikirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna”
verir. O da öz növbəsində bu fikrə yeni mülahizələr əlavə edir və vərəqi başqasına
ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar.
Bu zahirən bütün şagirdlərin yoldaşlarından geri qalmamaq hissini gücləndirir və
müəllimə imkan verir ki, mövzunun hər bir şagird tərəfindən mənimsənilməsini və
hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin.
Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı mövzusunun tədrisi
zamanı müəllim vatmanda bir söz yazır: “Xəmsə”. Qrupun üzvlərinin hər biri sıra ilə
öz əlavələrini edirlər. Şagirdin biri yazır “Beşlik”, digəri “Sirlər xəzinəsi”, o biri
“Leyli və məcnun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə
qeyd edirlər. Qruplar işlərini bitirdikdən sonra hər qrup öz işini təqdim edir. Hansı
qrupun mövzunu nə dərəcədə mənimsəməsi aydın olur. Sonda müəllim ümumi nəticə
çıxarır.
Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar.
Qrafik göstəricilər
Tədris zamanı zehni prosesləri əyaniləşdirmək üçün qrafik göstəricilərdən
istifadə edilir. Konseptual cədvəllər, T-sxemlər və Venn diaqramı qrafik
göstəricilərin ən səmərəli formalarıdır.
Konseptual cədvəl
Bu üsul üç və ya daha çox obyekt, yaxud cəhətin müqayisəsi nəzərdə tutulan
zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün vərəqin sol tərəfində, şaquli qrafada
müqayisə ediləcək obyektlər, üfüqi qrafalarda isə onların müqayisə olunacaq
xüsusiyyətləri göstərilir. Konseptual cədvəldən ədəbiyyat dərslərində surətləri,
müxtəlif peşələri müqayisə edərkən istifadə etmək olar. Bu cədvəldən yazı işləri üçün
hazırlıq mərhələsində, ibtidai sinifdə və dil-ədəbiyyat dərslərində də istifadə etmək
olar.
Ədəbiyyat dərslərində müqayisə ediləcək cəhətlərə hansı aspektdən yanaşmağı
müəllim aydınlaşdırmalıdır. Cədvəldə mövzu ilə əlaqədar dəyişiklik edə bilər.
T-Sxemlər
Müzakirə zamanı müsbət-mənfi cavablar üçün (razıyam, etiraz edirəm), yaxud
müqayisəli fikirlərin qeyd edilməsi üçün T-sxemlər adlanan qrafik göstəricilərdən
istifadə olunur. Müəllim müəyyən bir mətni şagirdlərə verir, onlar razıyam və ya
etiraz edirəm prinsipi ilə oxuyurlar və aşağıdakı kimi cədvəl tərtib edirlər. (Yaxşı olar
ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun).
Yuxarı Qarabağı Azərbaycandan ayırmaq
olmaz (səbəblər)
Yuxarı Qarabağı Azərbaycandan ayırmaq
olar (səbəblər)
1. Azərbaycanın tarixi ərazisidir.
2. Ermənilər bura köçürülüblər.
(XIX əsrin I yarısında)
3.və s.
1.
2.
3.
Cədvəl tərtibindən sonra iş cütlərlə gedir. 10 dəqiqə vaxt verilir ki, səbəblər
yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan suala cavablar yazılır,
ikinci 5 dəqiqə ərzində isə cədvəlin sağ tərəfindəki sualla əlaqədar səbəblər yazılır.
Sonra hər cüt özünə yaxın olan cütlə fikir mübadiləsi edir. Axırda müəllim yazı löv-
həsində bütün sinif üçün T- sxemi tərtib edir, bütün cütlərin fikirlərini ümumiləşdirir
və nəticə çıxarır.
Semantik əlamətlərin təhlili
Semantika fransızca “semantiq”ue, yunanca semantikos – işarə edən, “sema”
işarə deməkdir, semantikanın tədqiqat obyekti işarənin (sözün) üçüncüsünün
(işarələyən, denotat, işarələnən) vəhdətidir. İşarələyən (zahiri ünsür, səslərin yaxud
qrafik işarələrin ardıcıllığı) denotat (adlandıran predmet və gerçəklik hadisələri) işa-
rələnənlə (predmet və hadisələrin insan şüurunda əksi) bağlıdır. Bu üç əlaqə
semantikanın məna kateqoriyasını təşkil edir.
Bu strategiyadan şagirdlərdə əsas biliklərin formalaşdırılması və inkişafı üçün
istifadə etmək olar. Semantik əlamətlərin təhlili metodu şagirdlər üçün tanış olmayan
mövzunun tədrisi zamanı daha əhəmiyyətlidir. Bu metodun tətbiqi zamanı keçilmiş
mövzu ilə yeni mövzu müqayisə edilir.
Bunun üçün müəllim yazı lövhəsində sxem çəkir. Sxemin sol tərəfində
yuxarıdan aşağıya üç müqayisə olunacaq obyektin adı yazılır. Kağızın yuxarı
hissəsində, soldan sağa müqayisə olunan xüsusiyyətlər yazılır. Şagirdlər də bunu
özləri üçün qeyd edirlər, uşaqlar iki və ya üç tanış obyekti müqayisə edərək, semantik
əlamətlərin altında hər bir obyektə müvafik işarə və qeydlər qoyurlar. (“Hə” üçün +,
“yox” üçün -, tam əmin olmadıqları üçün ? işarəsi qoyurlar). Məsələn, aşağıdakı
cədvəldə göstərildiyi kimi:
Ölkələr
Harada yerləşir
Sərvətləri
Konsorsu
ma
qoşulması
barədə
Avrop
a
Asiy
a
Afrik
a
nef
t
qızı
l
kömü
r
1.Azərbayc
an
2.Türkiyə
3.Norveç
_
+
+
+
+
_
_
_
_
+
_
+
+
?
?
_
?
?
+
+
+
Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə başlayırlar və
müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra lazım gəlsə öz sxemlərində düzəliş
aparırlar. Sonda müəllim özünün hazırladığı sxem üzərində şagirdlərin köməyi ilə
düzəliş edir və ya cavabları təsdiq edir.
Dostları ilə paylaş: |