Formativ qiymətləndirmənin nəticələri şagirdin portfoliosunda, müəllimin
formativ qiymətləndirmə dəftərlərində və şagirdin məktəbli kitabçasında sözlə və ya
rəqəmlə qeyd olunur.
Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətləndirmədən
ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən
mərhəlyrə yekun vurmaqla müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə
standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək
məqsədilə aparılır.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya
bölmənin, yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri
nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti
şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar
etməkdən ibarətdir. Summativ qiymətləndirmə məzmun standartlarının
mənimsənilmə səviyyəsinin etibarlı göstəricisidir.
Məqsədlər:
Hər hansı mərhələ üzrə şagirdin nailiyyətinin səviyyəsini müəyyən edib qiymət
yazmaq;
Təlim və tədris prosesinin monitorinqini həyata keçirmək (irəliləmə və
geriləməni müəyyənləşdirmək);
Müəllimin tədris fəaliyyətini izləmək;
Məktəbdə təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirmək.
Summativ qiymətləndirmənin keçirilmə vaxtı:
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə
bəhs və ya bölmələrin sonunda, altı həftədən gec olmayaraq, müəllim
tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında
nəzərə alınır.
Böyük summativ qiymətləndirmə yarımillərin sonunda ümumi təhsil
müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın
nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
Yekun summativ qiymətləndirmə buraxılış siniflərində təhsil səviyyələrinin
sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır.
Summativ qiymətləndirmənin nəticələrinin qeyd olunduğu yer:
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd
olunur.
Qiymətləndirmənin komponentlər üzrə şərhi
Komponentlər
Ənənəvi qiymətləndirmə
Müasir qiymətləndirmə
Məqsədlər
Bilik,
bacarıq,
vərdişlərin
inkişafına yönəlmiş sayılırdı :
Reallıqda,
əsasən,
bilik
səviyyəsi qiymətləndirilirdi.
Bilik, bacarıq, vərdiş,
dəyər-lərin,
şəxsiyyətin
inkişafına
yönəlmişdir:
şagirdin
nailiyyəti
(qazanılan
dəyərlər)
qiymətləndirilir, inkişafı
sistemli şəkildə izlənilir.
Rol və vəzifələr
Qiymətləndirmə
şagirdə
qiymət yazmaq kimi qəbul
olunurdu; şagird yalnız qiymət
almaq naminə oxuyurdu; tədris
prosesinin yalnız müəyyən bir
hissəsində tətbiq edilirdi.
Qiymətləndirmə təhsilin
keyfiyyətinin
yüksəldilməsinə
yönəldilir
və
onu
idarəedən vacib amil kimi
meydana çıxır, tədris
prosesinin
bütün
mərhələlərində
tətbiq
edilir.
Növlər və
istiqamətlər
Məktəbdaxili cari və yekun
qiymətləndirmə
Beynəlxalq,
milli,
məktəbdaxili
qiymətləndirmə.
Diaqnostik,
formativ,
summativ qiymətləndirmə
Xüsusiyyətlər
Daha
formal,
qeyri-dəqiq,
müəllimin subyektiv rəyinə
əsaslanırdı, sistemsiz idi.
Standart əsasında qurulur.
Daha obyektiv, dəqiq,
adekvat, sistemlidir/.
Meyarlar,
göstəricilər
Mövzulara
əsaslanan
nailiyyətlərin
qiymətləndirilməsidir.Dahaçox
kəmiyyət göstəriciləri nəzərə
alınır.
Qiymətləndirmə
standartlarına
əsaslanır.Keyfiyyət
göstəriciləri nəzərə alınır.
Üsul və vasitələr
Məhdud və qeyri-çevik (şifahi
cavab, yoxlama işləri, testlər)
Daha müxtəlif və çevik
(müsahibə,
söhbət,
müşahidə,
rubriklər,
tapşırıqlar, valideyn-lərlə
və digər fənn müəllimləri
ilə əməkdaşlıq, şagirdlərin
şifahi
cavabları,
şagirdlərin yazı işlərinin
təhlili, test tapşırıqlarının
nəticələri).
Formalar
Sinifdaxili, məktəbdaxili
Sinifdaxili, məktəbdaxili,
mərkəzləşdirilmiş.
Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələri
Məlumatların toplanması üçün qiymətləndirmə üsulları və vasitələrindən istifadə
olunur.
Məlumatların
toplanması
Nə üçün
Məqsəd
Necə
Qiymətləndir-
mə vasitələri
1.
Qiymətləndirmə
üsulları şagirdlərin təlim fəaliyyəti haqqında
məlumatları toplamaq üçün istifadə olunan prosedurlardır.
2. Qiymətləndirmə vasitələri həmin üsulu həyata keçirmək üçün istifadə
olunan alətlərdir.
3. Qiymətləndirmənin növündən asılı olaraq üsul və vasitələr fərqli olur.
Məsələn, formativ qiymətləndirmə zamanı müəllimin məqsədi şagirdin riyazi məsələ
həll etmək bacarığının yoxlanılmasıdırsa, onun istifadə edəcəyi üsul tapşırıqvermə,
qiymətləndirmə vasitəsi isə riyazi çalışmalardır. Qiymətləndirmənin məqsədindən
asılı olaraq üsul və vasitələr fərqli olur.
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar
Vasitələr
Tapşırıqvermə
Çalışmalar
Müsahibə
Müəllimin qeydiyyat vərəqi
Valideynlərlə və digər fənn müəllimləri
ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi
Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar
Vasitələr
Şifahi və yazılı tədqimat
Müşahidə vərəqləri,
özünüqiymətləndirmə vərəqi
Tədqiqat layihəsi
Meyar cədvəli
Rubrik (sxem)
Meyarlar üzrə qiymətləndirmə şkalası
Test
Test tapşırıqları
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Oyunlar
Müşahidə vərəqləri
Summativ qiymətləndirmədə istifadə olunan üsullar və vasitələr
Üsullar
Vasitələr
Layihə
Təqdimat
Şifahi sorğu
Sual-cavab
Test
Test tapşırıqları
Tapşırıqvermə
Tapşırıq, çalışma, laboratoriya işləri
Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda papulyarlıq qazansa
da, fənni tədris edən müəllim diaqnostik, formativ və hətta summativ
qiymətləndirmədə test tapşırıqlarına aludəçilik göstərməməlidir.
Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi və təfəkkürünü, müstəqil
düşünmə qabiliyyətini inkişaf etdirən üsullardan-layihə (qiymətləndirmə
vasitəsi-şagirdlərin təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şifahi
sorğu (qiymətləndirmə vasitəsi- şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi),
yoxlama yazı işlərindən (məsələ və misal həlli) geniş istifadə etməlidir.
Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə , summativ
qiymətləndirmədə isə tərəddüdsüz istifadə etmək tövsiyə olunur.
Qiymətləndirmə standartları.
Qiymətləndirmə standartları qiymətləndirmə sxemləri (QS) şəklində hazırlanır.
QS xüsusi növ qiymətləndirmə şkalasıdır. QS qiymətləndirmənin daha ədalətli,
obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, müəllimləri tədrisin
səmərəliliyi ilə, faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim mü-
vafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. QS şagirdin işini qiy-
mətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır. Keyfiyyət səviyyələri
vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa
şərait yaradır. QS fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə olunan meyarlarla
bağlı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və
onlardan nələrin tələb olunacağını aydın şəkildə göstərməklə konkret məqsəd və
tələbləri (meyarları) müəyyən edir. QS şagird işlərinin keyfiyyətini daha yaxşı
qiymətləndirməklə təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə
təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir.
QS-in elementləri bunlardır:
- qiymətləndiriləcək əsas sahələr;
- nailiyyətin müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə
şkalası;
- səviyyə üzrə etiket: nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm;
- səviyyə deskriptoru: nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz
(ifadə);
- səviyyə indikatorları: hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetiriləcək
məsələyə aid konkret nümunələr;
- standart: nail olunması nəzərdə tutulan nəticə.
QS vasitəsilə qiymətləndirmə standartlarının hazırlanması aşağıdakı ardıcıllıqla
aparılır:
- təlim məqsədi təyin edilir (bilik, bacarıq, münasibət, nəticə), şagirdlərin nəyi
bilməsi və bacarması barədə mülahizələr dəqiqləşdirilir;
- qiymətləndirmə məqsədi seçilir (diaqnostik, formativ, summativ);
- hansı növ qiymətləndirmə sxemlərindən istifadə edilməsi barədə qərar verilir
(holistik, analitik);
- qiymətləndirmənin aspektləri (bilik, bacarıqlar, onların əldə olunması yolları,
tətbiqi və s.), yaxud əsas sahələri müəyyənləş-dirilir və təsvir edilir;
- müxtəlif nailiyyət səviyyələri keyfiyyət baxımından müəyyənləşdirilir və təsvir
edilir;
- nailiyyət səviyyələrinin qiymətləndirmə ballarına görə sayı dəqiqləşdirilir;
- səviyyə deskriptorlarının (təsviri indikatorlar) növləri (kəmiyyət, normativ,
deskriptiv) seçilir.
Deskriptiv növ seçilərsə, bütün nailiyyət səviyyələrinin sözlə təsviri verilir;
- hər bir səviyyə üzrə müxtəlif nümunəvi şagird tapşırıqları hazırlanır;
- zərurət yaranarsa, qiymətləndirmə sxemi nəzərdən keçirilir və lazımi
dəyişikliklər edilir.
Qiymətləndirmə standartlarının hazırlanmasında baza rolu oynayan və təlim
standartlarını, göstərilən təlim nəticələrini təyin edən hər bir fənn kurikulumu, adətən,
qiymətləndirmə standartları toplusundan daha əhatəli və geniş hazırlanır.
Bəzən də bir sıra qiymətləndirmə standartları kurikulumda aşkar əks olunmasa
da, müxtəlif qiymətləndirmə tədbirlərində onlardan istifadə edilir. Qiymətləndiriləcək
bacarıqların təyin olunması prosesində onların idraki xarakterdə olması xüsusilə
nəzərə alınır ki, bu da qiymətləndirmə tapşırıqlarının mürəkkəblik səviyyəsinin mü-
əyyən olunmasında vacib şərt hesab olunur, mənimsəmənin əsas xüsusiyyətlərini
(məntiqi düşünmə, prosedurların yerinə yetirilməsi, anlayışların dərk edilməsi,
problemlərin həlli) əhatə edir.
Nəzərə alınmalıdır ki, aşağı səviyyəli suallar yalnız sadə prosedurların yerinə
yetirilməsinə, elementar konsepsiyaların dərk edilməsinə, sadə problemlərin həllinə
yönəldilir. Yüksək səviyyəli suallardan isə şagirdlərdə məntiqi düşünmək, anlayışları
hərtərəfli dərk etmək, mürəkkəb prosedurları yerinə yetirmək və qeyri-standart prob-
lemləri həll etmək bacarıqlarının formalaşmasında istifadə olunur.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduğunu ölçmək və
qazanılmış bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün
qiymətləndirmə vasitələri (testləri) hazırlanır.
Rubriklər qiymətləndirmə (formativ) üsulu və vasitəsi kimi
Rubrik-meyar əsasında şagirdin nailiyyəti səviyyəsinin qiymətləndirmə
şkalasıdır. O, iki əsas suala cavab verir:
1. Mən nəyi qiymətləndirməliyəm (bacarıq meyarları)?
2. Bu meyar üzrə hansı nailiyyət səviyyələri ola bilər?
Rubrik bacarıq və ya nəticəni artan keyfiyyət kontinuumunda (aşağı
səviyyədən yuxarı səviyyəyə qədər) təsvir edir.
Rubrik qiymətləndirmənin həm üsulu, həm də vasitəsi kimi çıxış edə bilər.
Qiymətləndirmə şkalası nailiyyət səviyyəsinə qiymət (balla və ya sözlə)
verilməsi üçün mexanizmdir.
Rubrik-formativ qiymətləndirmənin ən faydalı üsullarından biridir.Ondan həm
də diaqnostik və summativ qiymətləndirmədə istifadə oluna bilər.
Rubriklərin əsas elementləri:
1. Rubrikin adı( hansı bacarıq və ya kompetensiya qiymətləndirilir).
2. Qiymətləndiriləcək bacarığın və ya kompetensiyanın hansı bacarıqlardan
ibarət olmasının təsviri (aspektlər, meyarlar).
3. Nailiyyətin müxtəlif səviyyələrini qiymətləndirmək üçün qiymətləndirmə
şkalası-keyfiyyət səviyyələri intervalı.Müəllimin istəyindən asılı olaraq -
səviyyələr üzrə qiymətləndirmə balları və ya qiymətin sözlə ifadələri.
4. Səviyyə üzrə göstəricilər- nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm.
5. Səviyyə deskriptor- nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən sözlü ifadə.
Rubrikdən istifadə zərurəti:
Rubriklər qiymətləndirmə zamanı şagirdlərdə hansı bacarıqların inkişaf
etdirilməsinin tələb edildiyini göstərir.
Rubriklərdən, əsasən, formativ qiymətləndirmə zamanı, həmçinin diaqnostik
və summativ qiymətləndirmədə də istifadə olunur.
Rubriklər nailiyyət səviyyələrini sözlə təsvir edir və iki əsas suala cavab verir:
Nə qiymətləndirilir? Nailiyyət səviyyələri necə ifadə olunur?
Rubriklərin üstün cəhətləri vardır:
Bunlar aşağıdakılardır:
1. Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl
olmasına imkan verir.
2. Rubrikləri hazırlamaq üçün müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını
müəyyənləşdirir və bununla təlim məqsədlərini daha yaxşı təsvir edir.
3. Rubriklər müəllimlərin şagirdin işini qiymətləndirməyə sərf etdiyi vaxtı
azaldır.
4. Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin
edir.
5. Rubriklər keyfiyyət səviyyələri intervalı vasitəsilə telerogen (müxtəlif
qabiliyyətə malik şagirdlərin olduğu) siniflərində qiymətləndirmə aparmağa
kömək edir.
Rubriklərin hazırlanması üçün addımlar:
Addım 1. Mən hansı bacarığı qiymətləndirməliyəm?
- təlim məqsədini təyin etməklə rubrikin adını müəyyənləşdirmək.
Addım 2. Bacarığın hansı əsas tərkib hissələri ( aspektləri, meyarları) ola bilər?-
aspektləri (meyarları) təsvir etmək (Təsviri sxem formasında ifadə etmək).
Addım 3. Nailiyyətin müxtəlif səviyyələrini qiymətləndirmək üçün hansı
qiymətləndirmə şkalasından istifadə ediləcəkdir?-nailiyyət səviyyələrinin sayını
(4-6 səviyyə) və ifadəsini (göstəriciləri) dəqiqləşdirmək.
Addım 4. Bu aspektlər üzrə hansı nailiyyət səviyyələri ola bilər ?-bütün nailiyyət
səviyyələrinin deskriptorlarının sözlü təsvirini yazmaq, bunun üçün əvvəl
şkalanın ən yüksək və ən aşağı səviyyəsini, sonra isə onların arasında olan
şkalaları müəyyənləşdirmək.
Rubriklər iki növə ayrılır:
- Holistik rubrik-şagirdin fəaliyyətinə verilən tələbləri meyar şəklində təsvir edir
və onların nailiyyət səviyyələrini göstərir.
- Analitik rubrik-şagirdin fəaliyyətinə verilən tələblərdən irəli gələn meyarları
bir neçə aspektə ayıraraq nailiyyət səviyyələrini müəyyən edir.
Şagirdlərin bacarıqlarının qiymətləndirilməsi üzrə holistik rubrik
Göstəricilər
(səviyyə)
Meyarlar
Qeyd
4.
3.
2.
1.
Təqdimat
yaxşı
təşkil olunub. Məzmun
bütünlüklə əhatə olunub və həqiqətən şagirdlərin
birgə əməyinin məhsuludur.
Təqdimatın
təşkili qənaətbəxşdir. Məzmun
müəyyən qədər əhatə olunub və şagirdlərin onun
üzərində birgə çalışdığı məlum olur.
Təqdimatın təşkilatçılığı zəifdir. Məzmun bir
qədər əhatə olunub və qrupun kollektiv işlədiyi az
hiss olunur.
Təqdimat qoyulmuş məzmunu əhatə etmir.
Təqdimatın kollektiv işin nəticəsi olduğu hiss
olunmur.
Holistik və analitik rubriklərin müqayisəsi
1. Holistik qiymətləndirmə şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
Analitik qiymətləndirmə isə şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə
qiymətlərini təyin edir, şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə,
onların nailiyyətləri haqqında daha ətraflı informasiya verir.
2. Holistik qiymətləndirmə sürətli, analitik qiymətləndirmə üçün daha çox vaxt
tələb olunur.
Holistik rubrik. Holistik rubrik qeyd olunduğu kimi, şagirdin işi ilə bağlı
ümumi təəsürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-6 ballıq
şkalaya əsaslanır.
Üstün cəhətləri: sürətli qiymətləndirmədir, şagird nailiyyəti haqda ümumi
mənzərəni təsvir edir.
Zəif cəhətləri: təfərrüatlı informasiya vermir, bir ümumi qiymətin verilməsi
çətin ola bilər.
Aşağıdakı hallarda holistik rubriklərdən istifadə etmək məsləhətdir:
1. Nailiyyətin ani mənzərəsini əldə etmək istəyəndə;
2. Keyfiyyətin müəyyən olunması üçün tək bir aspekt adekvatlıq təşkil edərsə.
Analitik rubrik.
Analitik rubrik qeyd olunduğu kimi, şagirdin işinin (fəaliyyətinin) çoxşaxəli
aspektləri üzrə ayrı-ayrı qiymətlər təyin edir. Hər bir aspektin qiymətləndirilməsi
üçün, əsasən, 4-6 ballıq şkaladan istifadə olunur.
Üstün cəhətləri: daha təfərrüatlı informasiya verir, hər bir şagird, sinif və illər
üzrə daha ardıcıl qiymətləndirmə aparılır.
Zəif cəhətləri: qiymətləndirmə üçün çox vaxt tələb olunur (vaxt aparır).
Aşağıdakı hallarda analitik rubrikdən istifadə olunması məsləhətdir:
a) Nisbi üstünlüyü və zəifliyi görmək istədikdə;
b) Təfərrüatlı məlumat (əks-əlaqə) əldə etmək istədikdə;
c) Mürəkkəb fəaliyyəti və ya nəticəni qiymətləndirmək istədikdə;
ç) Şagirdlərin öz qavramanlarını və ya fəaliyyətlərini qiymətləndirmələrini istədikdə.
Rubriklər əsasında qiymətləndirmə üçün tövsiyyələr:
1. Təlim məqsədini təyin edin (bilik, bacarıq, münasibət və s.). Şagirdlərin nəyi
bilməsini və bacarmasını müəyyənləşdirmək istədiyiniz barədə fikirləşin;
2. Qiymətləndirmə məqsədini seçin (diaqnostik, formativ, summativ);
3. Hansı növ rubrikdən istifadə edəcəyinizə qərar verin (holistik, analitik);
4. Sizin üçün maraqlı olan aspektləri (meyarları) müəyyənləşdirin və bu
aspektləri təsvir edin;
5. Müxtəlif nailiyyət səviyyələrinin necə ifadə olunmasını müəyyənləşdirin;
6. Nailiyyət səviyyələrinin sayını dəqiqləşdirin ( və ya qiymətləndirmə ballarıni);
7. Səviyyə deskriptorlarını ifadə edin;
8. Bütün nailiyyət səviyyələrinin deskriptorlarının sözlü təsvirini yazın.
Qeyd: Dərslik komplektinə daxil olan”Müəllim üçün metodik vəsait”lərdə
rubrik nümunələri verilmiş və onların tətbiqi məqamları göstəril mişdir.Həmin
rubriklərə aid nümunələri və onların real pedaqoji prosesə daxil edilməsi
texnologiyalarını nəzər-nöqtəsi seçməklə brada təqdim etdiyimiz nəzəri materialları
daha aydın şəkildə anlamaq mümkündür.Odur ki,rurik nümunələrinin təqdimatına
xüsusi yer ayırmağa lüzum görmürük. İnanırıq ki,bu dərs vəsaitindən faydalananlar
bizim mövqeyimizlə ortaq olacaq və sözügedən istiqamətdə “Müəllim üçün metodik
vəsait”ləri diqqətlə nəzədən kçirəcək və qiymətləndirmənin həm nəzəri,həm də
praktiki məsələlərini daha da dərindən öyrənə biləcəklər.
Qiymətləndirmənin “keyfiyyət” üsulları
Yalnız “kəmiyyətcə qiymətləndirmə” üsullarından istifadə etmək kifayət deyil.
Onunla yanaşı aşağıdakı “keyfiyyətcə qiymətləndirmə” üsullarından da istifadə
etmək məqsədəuyğundur:
Yazı və yoxlama işlərində konstruktiv qeydlər;
“Portfolio” sistemi;
Verbal (sözlə);
Qarşılıqlı qiymətləndirmə;
Özünüqiymətləndirmə;
Reytinqin çıxarılması;
Emosional münasibət yolu ilə qiymətləndirmə;
Meyar cədvəli.
Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan
asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır:
Şagird üçün dəftərində və ya digər iş vərəqlərində konstruktiv şərhlər (qeydlər)
yazılır və nəticələri təkmilləşdirmək üçün konkret göstərişlər və tapşırıqlar
verilir;
Şagirdlə əks-əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından
istifadə edərək yaradıla bilər;
Qiymətləndirmənin portfolio vasitəsi
Qiymətləndirmənin portfolio adlı vasitəsi və onun xarici ölkələrdə tətbiqi,
istifadə dairəsi olduqca fərqli və əlverişlidir. ABŞ-ın əksər ştatlarında geniş tətbiq
dairəsinə malik bu vasitə şagirdlrədə öz təhsillərinə qarşı məsuliyyət hissi aşılayır.
Rusiya Federasiyasında portfolio şagirdlərin müəyyən mövzu və fənn üzrə
bilmədikləri və bacarmadıqlarından bilik və bacarıqlarına, pedaqoji vurğunun qiy-
mətdən özünü qiymətləndirməyə keçidindən, kəmiyyət və keyfiyyət qiymətlərinin
inteqrasiyasından ibarətdir. Portfolio şagirdlərin fərdi təlim nailiyyətlərinin
sənədləşdirilmiş (sertifikatlaşdırılmış) məcmusudur.
Portfolionun funksiyaları aşağıdakılardır:
▪ diaqnostik – müəyyən edilmiş müddət ərzində dəyişiklikləri və inkişaf həddini
yoxlayır;
▪ məqsədəmüvafiq – təlim məqsədlərini təmin edir;
▪ təqdimat – görülən işlərin məzmununu açıqlayır;
▪ inkişafetdirici – ildən-ilə təlimin davamlılığını təmin edir;
▪ reytinqli – bilik və bacarıqların əhatə dairəsini göstərir.
Diaqnostik qiymətləndirmənin müşahidə sxemi
Əsas inkişaf sahələri:
1. İdraki (koqnitiv) inkişaf (bilmə, anlama, tətbiq, təhlil, dəyərləndirmə və sintez
bacarıqları);
2. Şəxsi inkişaf (özü və bacarıqları barədə danışmaq, özünə inamı nümayiş
etdirmək, müxtəlif situasiyalarda öz davranışını idarə etmək bacarıqları);
3. Sosial-emosional inkişaf (qrupda pozitiv münasibət qurmaq, ünsiyyətə girmək,
yaxşı-pis hərəkətləri seçmək, davranışının səbəblərini izah etmək və
məsuliyyətini anlamaq);
4. Hərəki (psixomotor) inkişaf ( təqlid etmək, tapşırıqları başa düşmək, yerinə
yetirmək, tətbiq etmək və uyğunlaşmaq).
|