Sinif otağının təşkili formaları
“Sinif”
“Kafe”
“U” forması ”Dairə”
Yazı taxtası
Yazı taxtası
Yazı taxtası
Yazı taxtası
Yeni təlim texnologiyaları ilə keçirilən dərslərin üstün cəhətlərindən biri
şagirdləri sosial cəhətdən inkişaf etdirməkdir. Belə dərslərdə təşkil edilən
kooperativlər (qruplar) şagirdlərin sosial formalaşmasında mühüm rol oynayırlar.
Qrupu təşkil edən şagirdlər arasında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış
qaydaları ilə tənzimlənir. Belə qaydalar şagirdlərin əxlaqi-mənəvi cəhətdən for-
malaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşağıdakı kimidir:
- Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyənləşdirmək;
-
Qrup liderini seçmək;
- Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək;
- Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq;
- Problemin həlli üçün birgə yollar axtarmaq;
-
Qrup işində fəallıq göstərmək;
-
Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu ətrafında
müzakirələrdə iştirak etmək;
-
Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;
- Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək.
5. İnteraktiv təlim metodu ilə keçilən dərslərin
mərhələləri və səciyyəvi xüsusisiyyətləri
İnteraktiv təlim metodu ilə keçilən dərs bir neçə bir-birilə üzvi şəkildə bağlı olan
mərhələlərdən ibarətdir. Həmin mərhələləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Dərsin I mərhələsi - “Motivasiya, probleminin qoyulması” adlanır.
Hər bir dərsin əvvəlində tədqiqatı başlamaq üçün problem müəyyənləşdirmək
lazımdır. Yəni mövzu ətrafında problem qoyulmalıdır. Əsl problem həmişə çoxsaylı
fərziyyələr, ehtimallar doğurur və bunları da yoxlamaq üçün ilk növbədə tədqiqat
sualları formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparan
bələdçi, “yolgöstərən ulduz” rolunu oynayır. İnteraktiv təlimin ilk mexanizminə
əsasən məhz problemin olması şagirdlərin idrak fəallığının yaranmasının başlıca
addımı olur.
Bəs nə üçün biz dərsin bu mərhələsini motivasiya adlandırırıq? Psixoloji amil
kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici, təhrikedici
qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal
dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran
amil kimi çıxış edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və
müstəqilliyidir: Uşaq öz fikrini "Zənnimcə…", "Mənə belə gəlir ki,…", "Mən belə
hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir.
Motivasiya mərhələsi aşağıdakı hissələrdən ibarətdir:
Problemi qoymaq üçün sual və ya tapşırıq verilir;
Yönəldici suallar təklif olunur;
Fərziyyələr irəli sürülür;
Motivasiyanı yaradan amillər sırasında aşağıdakılar da vardır:
Müxtəlif fərziyyələri yaradan problem situasiya;
Obyektin xüsusiyyətləri (qeyri-adilik, sərbəst düşüncə və maraq yaradan
xüsusiyyət);
Tədqiqat imkanının olması;
Yaradıcılıq imkanının olması.
Motivasiya əsasən iki prinsip əsasında qurulur: 1) problemlilik
2) məqsədyönlülük.
Motivasiya dərsin təlim nəticələri ilə uzlaşmalıdır. Motivasiyanı qurmamışdan
əvvəl “Alt standartlar”, sonra isə “Dərsin təlim nəticələri” müəyyən olunmalıdır.
Tədqiqat sualı motivasiyanın nəticəsində yaranır. Motivasiya qısa və mərhələli ola
bilər. Qısa motivasiya yalnız bir tədqiqat sualından ibarət olur. Mərhələli motivasiya
ən azı iki mərhələni özündə ehtiva edir.
Bir daha vurğulayaq ki,yönəldici suallar, tapşırıqlar təlim nəticələrinə
yönəldilir,şagidlərin dərsin aktiv imkandaşıyıcılarına çevrilməsi üçün təsiredici
amillər daha da gücləndirilmiş olur. Tədqiqat sualını tərtib etmək üçün müəllim
öncə, dərsin sonunda olan ümumiləşdirməni müəyyən etməlidir. Motivasiya
mərhələsi tədqiqat sualına uyğun irəli sürülən fərziyyələr ilə bitir. Dərsin sonunda
ona qayıtmaq vacibdir. Motivasiyanın nəticəsi olan tədqiqat sualı təlim nəticələrinə
xidmət etməlidir. Bu prosesdə dərsin mövzusu yalnız vasitə rolunu oynayır. Mövzu
vasitə olsa da, müəyyən hallarda motivasiyanın məzmununa təsir edə bilir.
Motivasiyanın yaradılması üçün iş planı belədir:
1. Dərsin mövzusunu müəyyənləşdirmək;
2. Dərsin gözlənilən təlim nəticələrini diqqət mərkəzinə çəkmək;
3. Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini
dürüstləşdirmək (müəyyənləşdirmək);
4. Dərsin nəticələrinə uyğun olaraq tədqiqat sualını düzgün (şagirdlərin anlaq
səviyyələrini nəzərə almaqla)müəyyənləşdirmək, ifadə etmək;
5. Problem
situasiyasının
yaradılması
üçün
tapşırıqları
–
sualları,məsələləri,çalışmaları və s. hazırlamaq.
Motivasiyanın yaradılmasının bütün mümkün yollarını üç əsas qrupa
bölmək olar:
1. Rəmzi (simvolik) materialın şərhi (müəllim bu materialı təqdim edərkən
şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir?”,
“Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”).
2. Sual verməyə həvəsləndirmə. Təfəkkürü aktuallaşdıran sualların 3
növündən istifadə etmək faydalıdır:
Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar – “....
haqqında biz nəyi bilirik və nəyi bilmirik?....”. Sualvermə zamanı müəllim
fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir.
Suallar verilib qurtarıldıqdan sonra onların arasından aparılan tədqiqata uyğun
olanları seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını
dəqiqləşdirmək üçün şagirdləri sözügedən sualı daha dürüst ifadə etməyə
yönəltsin.
Açıq suallardan (iki və daha çox cavab variantı olan suallardan) istifadə olunur.
Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (açar sözlər –
xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə,
əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.).
3. Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif
edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli və s.).
Motivasiyanı qiymətləndirmək üçün aşağıdakı meyarlara istinad olunur:
Motivasiyanın məqsədəuyğunluğu;
Motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması;
Motivasiyanın yığcamlığı, qısa vaxt ərzində həyata keçirilməsi;
Onun hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi;
Uşaqlar tərəfindən orta çətinliklə dərk edilməsi (onların yaş və bilik
səviyyəsinin nəzərə alınması).
Dərsin II mərhələsi – “Tədqiqatın aparılması” adlanır.
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə
qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti
ortaya çıxır. Buna – şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə
aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kö-
mək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması
gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Bunun üçün problem fərziyyələrlə həll edilməyə başlayır.
Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlük
şəklində və ya fərdi şəkildə aparıla bilər. Lakin, interaktiv təlim anlayışının özü
ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş
formalarının mövcudluğunu özündə ehtiva edir. Təlimin interaktiv xarakteri kiçik
qruplarda və ya cütlük şəklində aparılan işlərdə daha qabarıq formada təzahür edir.
Dərsin III mərhələsi: “İnformasiya mübadiləsi” adlanır. Bu mərhələdə
iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın
mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün
iştrakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni
biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq,
sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq
zərurəti yaranır.
Bu mərhələnin əsas məqsədi bütün şagirdləri yeni faktlar və tapıntılarla tanış
etməkdir. İnformasiya mübadiləsi yalnız o zaman səmərəli ola bilər ki, sinif fəal
dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun.
Bunun üçün müəllim:
PROBLEM
Fərziyyə 1
Fərziyyə 2
Fərziyyə 3
Tədqiqat sualı
FƏRZİYYƏNİN YOXLANILMASI
İrəli sürülmüş fərziyyələri təsdiq və ya təkzib
edən faktların tapılması
Sinifdə nizam-intizam yaradılmasına nail olur,işgüzarlıq mühitini tənzimləmək
yönümlü işlər görür;
İnformasiya olunan material qrup işidirsə, bütün iştirakçılardan xahiş edir ki,
üzlərini təqdimatın keçirildiyi yerə yöəltsinlər;
Onları təqdimata öz münasibətlərini, razılıqlarını və ya razı olmadıqlarını
bildirməyə sövq edir;
Ardıcıllığı müəyyən edir və təqdimatın keçirilməsi, rəylər mübadiləsi və
informasiyanın təsdiqlənməsi qaydalarını bəyan edir.
Əgər bu, qrup təqdimatıdırsa, o zaman qrupun bütün üzvlərinin (tərkibində 5
şagirddən çox olan böyük qruplar istisna edilməklə) iştirakı yerinə düşər. Bunun üçün
hələ təqdimatın başlanğıc mərhələsində şagirdlərə təqdimat mərasimindəki vəzifə
bölgüsü barədə təlimat verilməlidir.
Daha çox şagirdin sözügedən prosesdə fəal iştirakını təmin etmək üçün onlara
(şagirdlərə) təqdimatı keçirən öyrəcilərə sual vermələrini təklif etmək olar. Ən yaxşı
sualı verən şagirdi hansısa şəkildə mükafatlandırmaq da olar.
Təqdimatın
nəticələrinin qeydedilmə formalarını müəllim öncədən
planlaşdırmalıdır. Əgər təqdimat zamanı iş vərəqlərindən istifadə edilirsə, bunlar
lövhədən asılmalıdır. Mövcud mərhələnin sonunda təqdimatların əks olunduğu bütün
iş vərəqləri lövhədən asılmalı və tapılmış əsas faktlar lövhədə(və ya digər yerdə
məqsədəuyğun şəkildə) qeyd edilməlidir. Bu sonrakı mərhələnin – informasiyanın
müzakirə və təşkilinin ilkin məcburi şərtidir. Təqdimatın keçirilməsi zamanı müəllim
tərəfindən bir sıra səhvlərə yol verilə bilər, belə səhvlər işin səmərəliliyinə mənfi təsir
göstərir.
Sözügedən səhvlər bunlardır.
Səhv 1. Təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur.
Halbuki müəllim bütün sinfi diqqət mərkəzində saxlamalı, çıxış edənlərin
fikirlərini, eləcə də digər şagirdlərin dinləmə prosesini izləməyə çalışmalıdır. Bu
müəllimə işini səmərəli qurmağa,ən azı sinifdə nizam-intizamı qorumağa kömək
edər.
Səhv 2. Müəllim vaxta qənaət etmək məqsədilə bütün təqdimatlara ardıcıl
qulaq asır, fikir mübadiləsi üçün vaxt və imkan vermir.
Yadda saxlamaq lazımdır ki, hər bir təqdimat şagirdlərin şüurunda iz
buraxmalı və sonrakı təhlil üçün material olmalıdır. Bütün şagirdləri fəal dinləməyə
sövq etmək, onlara öz fikirlərini sözlə deyil, jestlərin köməyilə ifadə etməyi təklif
etmək, bir-iki nəfərə isə təqdim edilmiş informasiyaya əlavələr və düzəlişlər etmək
imkanı vermək gərəkdir.
Səhv 3. Təqdimat zamanı qrup üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin
önündə toplaşaraq arxaları sinfə tərəf öz qeydlərini ucadan oxuyurlar. Bu halda
müəllim də arxasını sinfə(şagirdlər çoxluğuna) çevirməyə məcburdur ki, iş vərəqi ilə
tanış olsun. Bunun nəticəsində təqdimatı izləməli olan şagirdlərin(əslində prosesin
həmin məqamı üçün daha maraqlı tərəfin) diqqəti və informasiyanı qavraması
pozulur.
Təqdimat zamanı iş vərəqlərini şagird və müəllim, eləcə də bütün sinif aydın
görə bilməlidir. Buna görə də vərəqləri əldə tutmaq (iri plakat vərəqləri istisna
edilməklə) və təqdimat başa çatdıqdan sonra lövhədən asmaq lazımdır.
Səhv 4. Müəllim təqdimata bir növ rəsmiyyət xatirinə qulaq asır, ifadələrin
yığcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışmır, yəni təqdimat mədəniyyətini
formalaşdırmağa səy göstərmir.
Yadda saxlamaq lazımdır ki, həm şagirdin təfəkkür və nitqinin fərdi inkişafı,
həm də informasiyanın daha yaxşı qavranılması, mənimsənilməsi və tərtibi üçün
təqdimat mədəniyyəti ən vacib şərtlərdən biridir.
Səhv 5. Hər bir təqdimatdan sonra müəllimin özü onu şərh edir, qiymətləndirir
və ya tapılmış cavablara öz münasibətini bildirir.
Öyrəncilərə digər şagirdlərin ( təqdimat edənlərin) işləri barədə öz fikir və
münasibətlərini bildirmək imkanı verilməlidir. Fikir mübadiləsi prosesində müəllimin
rolu aparılmış tədqiqat haqqında öünəməxsus fikrini söyləmək deyil, informasiyanın
şagirdlər tərəfindən daha yaxşı qavranılması və başa düşülməsi üçün optimal şəraiti
təmin etməkdən ibarətdir. Bu zaman müəllim keçirilən təqdimatın keyfiyyəti barədə
öz qiymətverici rəyini söyləyə bilər (əks-əlaqə yaradar).
Dərsin IV mərhələsi –“ İnformasiyanın müzakirəsi və təşkili” adlanır.
Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün
müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
Mövcud mərhələnin məqsədi yeni faktlar əsasında bilikləri sistemləşdirmək və
tədqiqat sualına cavab tapmaq üçün başlıca əlaqəni üzə çıxarmaqdır. Müəllimin
işləməli olduğu material pərakəndədir. O, əsas birləşdirici ideyanı və
qanunauyğunluğu aşkar etmək üçün bu dağınıq faktlar arasında əlaqə yaratmağa
çalışmalıdır. Həmin zaman kəsiyində müqayisə, təhlil və sintezdən istifadə olunur.
“Bütün bu faktları necə qruplaşdırmaq olar?” – sualına şagirdlərin cavab verə
bilməsi üçün müəllim öncədən təsəvvür edə bilməlidir ki, informasiyanın müqayisəsi,
təşkili və yenidən qurulmasını hansı üsulla, hansı meyarın köməyi ilə həyata
keçirmək olar. Xüsusi olaraq vurğulayaq ki,burada seçim materialın məzmunundan
və tədqiqatın məqsədindən asılıdır.
Təsnifatın aparılması zamanı şagirdlərə təklif edilir ki, bütün fkatları müqayisə
etsinlər, oxşarlıqları və fərqləri tapsınlar, oxşar məlumatları müəyyən(adekvat)
əlamətlər üzrə qruplar şəklində birləşdirsinlər və bu qruplara müvafiq adlar versinlər.
Müzakirənin gedişi və nəticələri müəllimin fasilitasiyanı həyata keçirmək və
şagirdlərin düşüncəsini lazımi məcraya yönəltmək bacarığından birbaşa asılıdır.
Müzakirə prosesində müəllim şagirdləri diskussiyaya təhrik edir, onların ideyalarını
dinləyir və şagirdlərin köməyilə əsas tezisləri qısa və dürüst ifadə edir. Sözügedən
prosesdə müəllim öz nöqteyi-nəzərini şagirdlərə zorla qəbul etdirməməlidir.
Müzakirənin sonunda müəyyən olunmuş əsas üzrə qruplaşdırılmış informasiya
lövhədə qeyd edilir. Müəllim informasiyanın təşkili üsulundan asılı olaraq vcib
sayılan söz və məqamları xüsusi nəzərə çapdırmaqla, strukturlaşdırılmış tezisləri
ucadan oxuya bilər. Bu sonradan məlumatları əlaqələndirməkdə və ümumiləşdirməni
yığcam ifadə etməkdə şagirdlərə kömək edə bilər.
İnformasiyanın müzakirəsi və təşkili zamanı müəllim tərəfindən bir sıra
səhvlərə yol verilə bilər, belə səhvlər işin səmərəliliyinə öz mənfi təsirini
göstərir.Odur ki,həmin səhvlərdən sığortalanmaq lazımdır. Sözügedən səhvlərə
aşağıdakıları aid etmək olar:
Səhv 1. Müəllim informasiyanın təşkili üçün öz şəxsi mülahizəsini zorla
şagirdlərə qəbul etdirir, onlarin təklif və ideyalarını isə diqqətdən kənarda qoyur.
Səhv 2. Müəllim yönəldici suallardan ifrata varmaqla istifadə edir və bununla
da şagirdlərin müstəqilliyini məhdudlaşdırır,problemin həlli yolunu tapmalarına
imkan vermir.
Mövcud mərhələnin uğuru bilavasitə müəllimin düzgün fasilitasiyasından və
xüsusilə onun pedaqoji təsiri ilə əhatə olnan şagirdlərin təfəkkürünü şövqləndirmə
qaydalarına riayət etməsindən asılıdır.
Səhv 3. Müəllim diskussiyanın axarını başlı-başına buraxır, onu lazımi
məcraya yönəltməyə çalışmır.
Nəticədə vaxt itkisinə yol verilir, müzakirə ahəngini itirilir və bu prosesdə
maraqlı tərəflər öz başlıca məqsədlərindən yayınır.
Fasilitasiyanın mənası yalnız təfəkkürü şövqləndirmək deyil, həm də onu
ümumiləşdirməyə yönəltməkdir. Buna görə də müəllim müzakirənin gedişini daim
nəzarətdə
saxlamalı
və
çalışmalıdır
ki,
diskussiya
verilmiş
sual
məcrasında(çərçivəsində) aparılsın.
Səhv 4. Uşaqların irəli sürdükləri ideyalar müzakirə zamanı müəllim
tərəfindən fərqləndirilmir və heç bir şəkildə qeyd edilmir.
Halbuki şagirdlərin əsas fikirlərini xülasə etmək yolu ilə sonrakı
ümumiləşdirmə üçün vacib olan əsas ideyaların tam mənzərəsini yaratmaq
mümkündür.
Dərsin V mərhələsi –“ Nəticə, ümumiləşdirmə” adlnır.
Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret
nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird nəinki
əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu
nəticə həmin suala cavab verirmi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında
düzgün olanı varmı?) müstəqil olaraq tutuşdurmalıdır. Bu çox mühüm məqamdır.
Dərsin kuliminasiyasını bilikləri məhz uşaqların özləri axtarıb tapdıqları, kəşf
etdikləri üçün onların duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
Bu mərhələdə müəllimin buraxa biləcəyi səhvlər aşağıdakılardır, bunlardan
yan keçməyi bacarmaq lazımdır,əks halda ümumi işə ziyan gətirilmiş olar:
Səhv 1. Müəllim problem qoyur və özü də onu həll edir və ya şagirdlərin
əvəzinə özü nəticə çıxarır.
Belə olan halda fəal təlimin başlıca mexanizmlərindən biri pozulur: müəllim
şagirdi müstəqil şəkildə həqiqəti kəşf etmək – tədqiqatçı olmaq imkanı və
sevincindən məhrum etmiş olur.
Səhv 2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələrlə və
apardıqları ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə
yaratmağa çalışmır.
Xüsusi olaraq vurğulayaq ki,dərsin məntiqi strukturunu qoruyub saxlamaq
şagirdlərə kəşf sevincini duymağa imkan vermək, habelə axıra qədər tədqiq
edilməmiş və ya bundan sonra baxılması zəruri olan məsələləri aşkara çıxarmaq
baxımdan arzuolunan dərəcədə faydalıdır.
Dərsin VI mərhələsi – “Yaradıcı tətbiqetmə” adlanır.
Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb
göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar
müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suallara cavab tapmaq üçün,
qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar. Əgər yaradıcı tətbiqetmə dərhal
mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu sona qədər (model
üzrə tətbiqdən başlamış yeni şəraitdə tətbiqə qədər), keçmək tələb olunursa, deməli,
bu yolu keçmək lazımdır. Lakin son nəticədə yaxşı olar ki, şagirdlərə, onların kəşf
etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin, bu halda həmin
bilgi həmişəlik onların şüurunda həkk olunar. Bu mərhələ vaxt etibarilə yalnız bir
akademik dərslə məhdudlaşdırılmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı
dərslərdə də mümkündür.
Dərsin VII mərhələsi- “Qiymətləndirmə” və ya “Refleksiya” adlanır.
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir
mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar
etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini
müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və
refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin
refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və
dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Refleksiyanı
həyata keçirmək üçün şagirdlərə onları yeni bilginin kəşfinə gətirib çıxarmış təlim
hərəkətlərinin alqoritmini (addımları) izləməyə kömək edə biləcək bir neçə sual
vermək kifayətdir (məsələn: Biz kəşfə necə gəlib çıxdıq? Biz nə edirdik? Qarşıya
qoyulmuş problemin həllində Sizə nə kömək etdi? və s). Nəticədə şagird öz tədqiqat
fəaliyyətinin əsas mərhələlərini və komponentlərini, nailiyyət qazanmaq üçün
amilləri dərk etmiş olur.
Yuxarıda göstərildiyi kimi, interaktiv təlimin mühüm xüsusiyyətlərindən biri
şagirdlərin müstəqil təlim (öyrənməyi öyrənmək), müstəqil özünüinkişaf, müstəqil
düşünmə bacarıq və vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. Dərs başa
çatdıqdan sonra göstərilmiş fəaliyyətlərdən birini - qiymətləndirmə və ya refleksiyanı
həyata keçirərkən müstəqil öyrənmə proseslərinin nəzərdən keçirilməsi və bunun
nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı. Bəzən
qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun
özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.
Şagirdlərin işi effektivlik dərəcəsinə görə həm kəmiyyət, həm də keyfiyyətcə
qiymətləndirilə bilər və bu müxtəlif metodlarla və müxtəlif formalarla həyata keçirilə
bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün
özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır.
Özünüqiymətləndirmə vərdişlərini formalaşdırmaq məqsədilə bütün sinfin və
müəllimin qarşısında şagirdlərin özlərinə qiymət verməsi təcrübəsindən, habelə
qarşılıqlı qiymətləndirmədən istifadə etmək olar. Bundan əlavə, qiymətləndirmə
meyarlar üzrə aparılmalıdır, yəni konkret meyarlara əsaslanmalıdır. Müəllim
şagirdləri öncədən bu meyarlarla tanış edə və ya qiymət verməklə onu əsaslandıra
bilər.
İnteraktiv dərsin mərhələlərinə müvafiq nəticələrin dəyərləndirilməsi:
İnteraktiv metodla aparılan dərsin quruluşunu ümumi, sistemli şəkildə qavramaq
üçün və dərsi apararkən onun məqsədə uyğun olub-olmadığını müəyyən etmək üçün
müəyyən pedaqoji meyarlar da lazımdır. «Hər mərhələdə əsas hadisələr hansılardır?»
və «Hər mərhələnin nəticəsində nə alınmalıdır?» sualları məhz bu meyarlar kimi çıxış
edə bilər.
Təlim prosesində fasilitasiya qaydalarına əməl olunmalıdır ki, o qaydaları
ümumi şəkildə aşağıdakı kimi ümumiləşdirmək olar:
Fikri təhriketmə qaydaları:
Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə
cəlb etməli.
Dərsə məntiqi, tənqidi və yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini
inkişaf etdirən tapşırıqları daxil etməli.
Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edilməlidir.
İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışmaq və öyrəndiyiniz,
oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirmək olmaz.
Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşılaşdırma, analogiya
üsullarından istifadə etmək, istiqamət verməyən “kar” sualları az sayda verməyə
çalışmaq lazımdır.
Mənaca yaxın olan yönəldici suallardan istifadə etməli, lakin bilavasitə
yönəldici suallardan istifadə edilməməlidir.
İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməməli, mətndə
əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadəsi, ümumiləşdirmə, öz fikrini
ifadə və yenidənifadəetmə bacarığı üzərində işlənməlidir. Öz fikirlərini daha dəqiq
ifadə etməyə iştirakçıları təhrik etmək və onlara köməklik göstərmək lazımdır. Bunun
üçün sərf edilən vaxta təəssüflənmək lazım deyil! Bu prosesi nümayiş etdirmək və
iştirakçıların diqqətini buna cəlb etmək lazımdır.
İştirakçıların əvəzinə onların məhsulunu izah etməməli, digər iştirakçıların
işinə öz fikir və münasibətlərini ifadə etməyə hər bir iştirakçıya imkan yaradılmalıdır.
İştirakçıların cavablarının formal dinlənilməsinə yol verilməməli, iştirakçıların
əsas fikirlərini ümumiləşdirib, digərlərini onların şüuruna çatdırmaq lazımdır.
Fasilitasiya zamanı iştirakçıların cavablarını dəqiqləşdirib şərh etməli
(qiymətsiz, məzmununa görə), problemli hallarda onların həllinə iştirakçılar cəlb
edilməlidir.
Fasilitasiya zamanı psixoloji dəstəkləmənin qaydaları:
Müsbət dil ifadələrindən istifadə etmək, müzakirədə və qrup işində iştirak
etmələrinə görə iştirakçılara minnətdarlıq bildirmək lazımdır (pozitiv münasibət və
hörmət).
Danışanları diqqətlə dinləmək, hər bir iştirakçıya öz fikrini söyləməyə imkan
yaratmaq lazımdır. Qrupun yalnız yüksəkdən danışan iştirakçılarını deyil, bütün
qrupun iştirakçılarını diqqətlə dinləməyə hazır olmağı nümayiş etdirmək lazımdır
(fəal dinləmə vərdişi).
İştirakçılarla birlikdə işləyib hazırlanan qaydalara riayət etmək lazımdır.
Unutmaq olmaz ki, treninq zamanı məşqçi davranış nümunəsi kimi çıxış edir.
İştirakçılara adları kimi müraciət etmək və onların gözlərinə baxmaq lazımdır
(fərdi yönəlmə).
Konstruktivliyi dəstəkləyib qarşıdurmaya şərait yaradılmalıdır.
İştirakçıların fikirləri ilə səmimi maraqlanmaq lazımdır.
Yalnız liderlərin və ən fəalların yox, bütün iştirakçıların nöqteyi-nəzərinə
eyni dərəcədə diqqətlə yanaşılmalıdır.
Hər hansı bir fikirlərin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan
verilməməlidir.
Lazımsız olaraq qrupun işi qiymətləndirilməməlidir. Fasililatorun qiyməti
onun şəxsi fikrini əks etdirməli və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir
vasitə olmalıdır! O, iştirakçıların fikirləri ilə razı olmadıqda bunu onlarla müzakirə
etməyi təklif etməlidir. Lakin fasililator işi mütləq qiymətləndirməli olduqda, o bunu
meyarlar əsasında etməlidir.
Təşkilati dəstəkləmənin qaydaları:
1. Müzakirəni təşkil etdikdə yeni biliyi əldə etmək üçün hər kəsin fikrinin vacib
ola bilməsini bütün şagirdlərə çatdırmaq lazımdır. Bunu həyata keçirmək üçün
iştirakçıları aşağıdakı suallar vasitəsilə müzakirəyə cəlb etmək olar: “”Bu haqda siz
nə fikirləşirsiniz?”, “Kim razıdır, kim razı deyil?, “Başqa cür bunu demək (və ya
etmək) olardımı?” və s.
2. Dərsdə öz fəaliyyətlərini planlaşdırmağı və təşkil etmək bacarığını
formalaşdırmaq lazımdır.
3. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları
qeyd etmək məqsədəuyğundur. Unutmaq olmaz ki, qrup işinin nəticələri sonrakı
mərhələdə məlumatın müzakirəsi üçün lazımdır (“körpülərin”quraşdırılması).
4. Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr
təklif edilməli (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla
müzakirə zamanı əks əlaqəni verməyə təhrik etmək lazımdır.
5. Disskusiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun
olmayan söhbətlərin qarşısı alınmalıdır. Bunun üçün iştirakçını mədəni surətdə
dayandırıb ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydası
xatırlanmalıdır. Diskussiyanın lideri olmaq lazımdır.
Dostları ilə paylaş: |