Qruplarda işin qiymətləndirilməsi.
Qrupun işində şagirdlərin fəallığının qiymətləndirilməsi meyarları:
1. Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirirmi?
2. O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı?
3. Başqalarına mane olmadan işləyirmi?
4. O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi?
5. Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir?
6. Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kömək edirmi?
9.Fənn kurrikulumları əsasında gündəlik planlaşdırma
1. Dərsin gözlənilən nəticələrini müəyyən etmək (alt-standart əsasında dərsin
təlim nəticələrini müəyyənləşdirmək);
2. Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini
müəyyənləşdirmək;
3. Dərsin motivasiyasını hazırlamaq (problem situasiyasının yaradılması,
motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması);
4. Tədqiqat zamanı yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini
müəyyənləşdirmək;
5. Müəyyən edilmiş gözlənilən nəticələrə gətirə biləcək tədqiqat tapşırıqlarını
hazırlamaq;
6. Tədqiqat metodlarını müəyyənləşdirmək;
7. Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını
müəyyənləşdirmək;
8. Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək;
9. Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, layihə və s.);
10. Güman edilən yeni nəticələri nəzərə alaraq əlavə məlumat, tapşırıqlar
hazırlamaq;
11. Dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək;
12. Dərsin yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq;
13. Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək;
14. Müəllim və şagirdlərin tələbatlarına əsaslanan refleksiyanın gedişatını
müəyyənləşdirmək;
15. Dərsdə istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək;
16. Dərsdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq.
Dərsin planlaşdırılması üçün texnoloji xəritə
Standartlar
Mövzu İnteqrasiya Texnikalar İş forması
Resurslar
Təlim nəticələri
1. Motivasiya
Tədqiqat üsulu
2. Tədqiqatın
aparılması
3. Məlumat
mübadiləsi
4. Məlumatın
müzakirəsi və təşkili
5. Nəticə
6. Yaradıcı
tətbiqetmə (dərsdə,
evdə)
7. Qiymətləndirmə
(meyarları, üsulları,
vasitələri) və
Refleksiya
Fəal dərsin planı (sxematik)
Mövzu: (mövzunun adı yazılır).
Standart: ( alt standart və ya alt standartlar qeyd olunur).
Məqsəd: ( məqsədlər aydın və qısa şəkildə sıralanaraq yazılır)
1. ----------------------
2. ----------------------
3. ----------------------
İş forması: (məsələn, cütlərlə, kiçik və ya böyük qrumlarla, frontal və s.
yazılır).
İş üsulu: (məsələn, müzakirə, anlayışın çıxarılması).
Resurslar: (məsələn, müxtəlif şəkillər, dərslik, hesablama, ölçmə alətləri və s.).
Dərsin gedişi
I mərhələ (Motivasiya, problemin qoyuluşu)
Yardımçı suallar:
1. --------------------------
2. --------------------------
Tədqiqat sualları:
1. ------------------------------
II mərhələ: (Tədqiqatın aparılması)
İş vərəqi 1. -----------------------
İş vərəqi 2. -----------------------
İş vərəqi 3. -----------------------
İş vərəqi 4. -----------------------
III mərhələ: (informasiya mübadiləsi).
IV mərhələ: (informasiyanın müzakirəsi)
Müzakirə sualları:
1. ---------------------
2. ---------------------
3. ---------------------
V mərhələ: ( nəticə və ümumiləşdirmə).
VI mərhələ: (yaradıcı tətbiqetmə).
VII mərhələ: (qiymətləndirmə və ya refleksiya).
Qeyd:
Dərsin planlaşdırılması üçün onun bütün komponentlərinin bir-biri ilə
uzlaşdırılması vacibdir;
Dərsin təlim nəticələri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümumiləşdirmələrə
əsasən dərsin tədqiqat sualı tərtib olunur. Bütün bunlar dərsin tamlığını və
sistemliliyini (dərsin əvvəlinin və sonunun sıx əlaqəsi) təmin edir, təlim nəticələrinə
nail olunmasına xidmət edir
10 . İstedadlı uşaqların təlimi
İstedad anlayışının interpretasiyası. Elmi mənbələrdə göstərilir ki, son zamanlar
istedadın mənşəyini bir neçə səciyyəvi xüsusiyyətlərin uzlaşmasında, kəsişməsində
axtarırlar . Renzullinin üç halqalı modeli buna nümunə ola bilər : güclənmiş
motivasiya (fəaliyyətə aludə olmaq); orta səviyyədən yüksək intellekt; yaradıcılıq .
V.Ştern əqli istedada belə bir tərifin verilməsini məqbul sayıb:”Əqli istedad-şüurlu
surətdə öz təfəkkürünü yeni tələblərə yönəltmək, yeni məsələlərə və yeni tələblərə
uyğunlaşmaq kimi ümumi əqli qabiliyyətdir”.
İstedadlılar bacarıq və qabiliyyətləri özünəməösusluğu ilə fərqlənir. Bu qbildən
olanlar böyük həcmli informasiyaya, zəngin söz ehtiyatına malik olur, örtülü əlaqə
və asılılıqları tapır, səbəb-nəticə əlaqələri qurur, nəticə çıxara bilir, informasiyaları
inteqrasiya və sintez edir, mürəkkəb ideyaları anlayır, incə fərqləri görə bilir,
ziddiyyətlərə həssaslıq göstərir, informasiya axtarışının alternativ yollarından istifadə
edir, prosesi, eləcə də onun nəticəsini qiymətləndirir , hipotez qura bilir, mühakiməsi
ilə seçilir. Onların riskləri mənalıdır, divergent təfəkkürü vardır, təfəkkürü sürəkli və
çevikdir, zəngin təxəyyülə malikdir, orjinal ideyaları vardır, birmənalı olmayanları
qavramaq keyfiyyəti vardır, intuisiyası heyrətamizdir, estetik dəyərləri diqqəti cəlb
edir.İstedadlı uşaqlar emosional sahənin xüsusiyyətləri ilə də seçilirlər: tapşırığın
yerinə yetirilməsində təkidlidirlər, daxili motivasiyaya malikdirlər, mənəvi
problemlərin analizinə həssas yanaşırlar, kinayəsiz, istehzasız yumor hissinə
malikdirlər, davranışda və təfəkkürdə müstəqildirlər, sağlam rəqabəti qəbul edirlər.
Etiraf olunur ki, istedadın birmənalı tərifini hələlik vermək mümkün
olmamışdır. Professor Ə.Əlizadə yazır ki, psixologiyada istedad anlamının
özünəməxsus inkişaf tarixçəsi var. Vaxtilə istedad dedikdə , qabiliyyətlərin inkişafı
üçün zəruri olan anatomik-fizioloji imkanları nəzərdə tuturdular. Bu anlam tədricən
köklü surətdə dəyişildi: istedad fəaliyyətin səmərəli icrası üçün şərt olan
qabiliyyətlərin özünəməxsus kompleksi kimi başa düşüldü .
”Psixologiya” lüğətində “istedad” anlayışı ilə bağlı göstərilir: istedad- insan
psixikasının bütün həyat boyu inkişaf edən sistemlilik keyfiyyəti olub, onun bir və ya
bir neçə sahədə digər insanlara nisbətən kifayət qədər yüksək nailiyyətlərini
şərtləndirir; istedad- uğurlu fəaliyyəti şərtləndirən qabiliyyətlərin keyfiyyətli
uzlaşmasıdır; istedad-insanın fəaliyyət imkanlarının genişliyini, səviyyəsini və
özünəməxsusluğunu şərtləndirən qabiliyyətlərin ümumiləşməsidir; istedad- talantlılıq
və fəaliyyətdə görkəmli nailiyyətlər əldə edilməsi üçün daxili imkanlardır; istedad-
adidə qeyri-adiliyi görmək, bir və ya bir neçə fəaliyyət sahəsində yüksək bacarığın
və əksər hallarda qabiliyyətinin nümayiş etdirilməsidir.
”İstedad təzahürünün əsas anlayışlarının müəyyənləşdirilməsində qabiliyyət
anlayışına istinad edilməsi səmərəli və məqsədəuyğundur “(B.M.Teplov) .
Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin
müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və
vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur . Qabiliyyətlər bilik,
bacarıq və vərdişlərlə qarşılıqlı əlaqədədir, lakin onları eyniləşdirmək olmaz. Əgər
müəllim hərtərəfli yoxlama aparmadan uşağın ancaq müəyyən bilik, bacarıq və
vərdişlər sisteminə malik olub-olmamasına görə onun qabiliyyətli və ya qabiliyyətsiz
olması haqqında nəticə çıxarırsa, elmi cəhətdən kobud, praktik cəhətdən zərərli
addım atır.
Danılmazdır ki, bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün zəruri
şərtlərdən biridir. Bilik uşaqların zehni qabiliyyətlərinin, yaradıcı-dialektik
təfəkkürünün, idrak motivlərinin, psixi proseslərinin inkişafına kömək edir .
Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, bacarıq və
vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir verilməlidir. Biliyin yaradıcı sıciyyə
daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması-özününküləşdirilməsi
lazımdır.Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə
çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur .
Qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma
dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan
bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez , dərin, asan və
möhkəm icra olunmasında təzahür edir.
B.M.Teplov qeyd edir ki, qabiliyyət anlayışı həmişə özündə üç əlaməti ehtiva
edir: qabiliyyət dedikdə bir insanı digərindən fərqləndirən fərdi psixoloji
xüsusiyyətlər nəzərdə tutulur; qabiliyyət dedikdə insanın istənilən fərdi xüsusiyyətləri
deyil, yalnız hər hansı bir məsələnin uğurlu həllini şərtləndirən keyfiyyətləri nəzərdə
tutulur; qabiliyyət anlayışı yalnız insanın əldə etmiş olduğu bilik, bacarıq və
vərdişlərlə məhdudlaşmır .
Qabiliyyət və istedad insan fəaliyyətinin özü kimi ictimai-tarixi xarakter
daşıyır.Qabiliyyət və istedad əmək fəaliyyətinin konkret , tarixən inkişaf edən
formalarından təcrid olunmuş şəkildə izah edilə bilməz.Onlar konkret tarixi dövrdə
fəaliyyətin ictimai cəhətdən əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən
və “fəaliyyətin müvəffəqiyyətli icrası” dedikdə hansı meyarın başa düşülməsindən
tamamilə asılıdır.Bu meyardan asılı olaraq hər hansı bir ictimai quruluşda istedadın
bu və ya digər xüsusi növü haqqındakı anlayışın da məzmunu əhəmiyyətli dərəcədə
dəyişilir.Məsələn, “musiqi qabiliyyətləri” və ya “musiqi istedadı” anlayışı bir səsli
mahnıdan başqa digər musiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün
başqa məzmuna malikdir .
C.Gilfordun intellektin strukturu modeli zəminində istedad anlamının məzmunu
daha da dəqiqləşdirilmişdir.Müasir təsəvvürlərə görə,istedad anlamını koqnitiv
qabiliyyətlərə aid edirlər, inkişafın bütün digər tərəflərini isə talant termini ilə təhlil
edirlər. Lakin bununla bahəm qeyd etmək lazımdır ki, intellektin inkişafı prosesində
bütün psixi funksiyalar qarşılıqlı əlaqədədir.Klarkın fikrincə, istedadlı adam öz
imkanlarını tam şəkildə yalnız qavrayış, təfəkkür, emosiyalar və başqa funksiyaların
inteqrasiyası vasitəsilə reallaşdıra bilər. M.Karne bu fikirləri açıqlayaraq göstərir ki,
Klarkın mövqeyi Yunqun ideyalarına əsaslanır.
İnsanın istedadı onun fəaliyyəti ilə üzə çıxır.Fəaliyyət növləri və onları təmin
edən psixika sahələri kriteriyasına görə, istedadın növlərinin ayırd edilməsi əsas
fəaliyyət sahələri çərçivəsində müvafiq psixi sahələr və psixi səviyyələrin iştirak
dərəcəsi nəzərə alınmaqla aparılır.Sözügedən aspektdən istedadın aşağıdakı növləri
fərqləndirilə bilər: praktik fəaliyyətdə peşələr üzrə, idman sahəsində, təşkilati və s.
fəaliyyətlərdə istedad; idraki fəaliyyətdə məzmundan asılı olaraq müxtəlif növ
intellektual istedad ( dəqiq elmlərdə, təbiət elmlərində, intellektual oyunlarda
və s.); bədii-estetik fəaliyyətdə-xoreoqrafik, səhnə, ədəbi-poetik, musiqi, təsviri və s.
istedad; kommunikativ fəaliyyətdə-liderlik, attrakativ (cəlbedici, diqqətçəkici)
istedad; mənəvi-dəyər yönümlü fəaliyyətdə-yeni mənəvi dəyərlərin yaradılmasında
təzahür edən istedad .
İstedad və zəka arasındakı münasibətdən də bəhs etmək olar. Zəka hiss və
ağılın, fəhm və intellektin vəhdətidir. Müəyyən bir məsələnin öyrənilməsində abstakt
təfəkkür, formal məntiq qaydaları ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm
(fəlsəfi dildə desək”qeyri-şüuri” idrak) də iştirak edir .
M.Qorki S.Sergeyev-Senskiyə yazdığı bir məktubunda belə göstərir: “Mənə elə
gəlir ki, Sizin, L.N.Tolstoy “qəflətən qocalmışdır” fikriniz düz deyil, məncə o,
özünün qüdrətli istedadının müqabilində son dərəcə aciz görünən qoca dərrakəsilə,
bir qədər küt və ağır dərrakəylə doğulub.Tolstoy özünün bu iki keyfiyyəti arasındakı
facianə uyğunsuzluğu hələ lap gəncliyində duymuş, elə buna görə də bütün ömrü
boyu bu dərrakəylə mübarizə aparmışdır”.Fikrimizcə, burada əlavə şərhə ehtiyac
yoxdur.
Elmi mənbələrdə “ aktual istedad” və” potensial istedad” anlayışları işlədilir.
Aktual istedad istedadlı uşağın müəyyən hadisə, proses sahəsində fəaliyyətin yaş və
sosial normalara nəzərən yüksək icraçılıq səviyyəsini şərtləndirən psixoloji
xarakteristikasıdır. Potensial istedad isə istedadlı uşağın müəyyən hadisə, proses
sahəsində fəaliyyəti yaş və sosial normalara nəzərən yüksək nəticələrin müəyyən
imkanlarını (potensialını) şərtləndirən psixoloji xarakteristikadır.
İstedadı təzahür formasına görə də təsnifatlaşdırmaq olar:gizli istedad və aşkar
istedad. Gizli istedad qeyri-ənənəvi, maskalanmış formada təzahür edir və bir qayda
olaraq , ətrafdakılar tərəfindən qeyri adekvat qarşılanır.Bu zaman istedadlı uşaq
nəzərdən qaçırıla, zəruri kömək və dəstəkdən məhrum ola bilər. Aşkar istedad uşaq
fəaliyyətində, hətta əlverişsiz şəraitdə belə, özünü kifayət qədər parlaq və aydın əks
etdirir. Nailiyyətləri o qədər aşkar olur ki,mütəxəssislərin tərəddüdünə yer qalmır.
Elmi mənbələrdə göstərilir ki, uşaqlarda istedad əlamətləri onların real
fəalyyətlərində və ya onların davranış xüsusiyyətlərinin müşahidəsi zamanı görünə
bilər. İstedadın yəqin əlamətləri fəaliyyətin yüksək səviyyədə yerinə yetirilməsi ilə
bağlıdır və”istəyirəm” həm də “bacarıram”kateqoriyaları ilə birlikdə nəzərdən
keçirilməlidir. Yəni istedad əlamətləri uşağın davranışının instrumental və motivasiya
aspektlərini əhatə edir. İstedadlıların davranışlarının instrumental aspekti aşağıdakı
əlamətlərilə şərh edilə bilər: fəaliyyətin spesifik strategiyalarının olması;
keyfiyyətcə özünəməxsus məhsuldarlığa səbəb olan fəaliyyət üsullarının olması.
İstedadlı uşağın davranışının motivasiya aspekti aşağıdakı kimi şərh edilə bilər:
predmet gerçəkliyin bəzi sahələrinə( səslərə, rənglərə, işarələrə, canlılara, qurğulara
və s.) və ya öz fəallığının müəyyən formalarına (fiziki,idraki, təsviri, bədii və s.) həzz
hissi yaşantıları ilə müşayiət edilən yüksək həssaslıq; doymayan maraqla ifadə olunan
yüksək idraki tələbat və şəxsi təşəbbüsü ilə fəaliyyətində verilən şərtlər çərçivəsindən
kənara çıxma; bu və ya digər məşğuliyyətlərə, fəaliyyət sahələrinə aşkar ifadə olunan
böyük maraq və ya aludəçilik, hər hansı bir əşyaya qeyri-adi yanaşmadan
qaynaqlanan maraq; müəyyən bir fəaliyyətə intensiv meylin nəticəsi olan inadkarlıq
və yüksək əməksevərlik; paradoksal, ziddiyyətli və qeyri-müəyyən informasiyaya
güclü meyil, standart, tipik və hazır qərarlara və cavablara müqavimət və onlardan
yayınma; öz zəhmətinin məhsuluna yüksək tələbkarlıq, kamilliyə can atmaq; kifayət
qədər çətin məqsədlər qoymaq və onlara nail olmağa ciddi səy göstərmək.
Qeyd edək ki, istedad sahələri müxtəlifdir və hər sahəyə uyğun səciyyəvi
xüsusiyyətlər özünü büruzə verir. Elmi mənbələrdə istedad sahələrinə aşağıdakılar
aid edilir: ümumi intellektual qabiliyyətlər; müəyyən (spesifik) akademik
qabiliyyətlər; yaradıcı təfəkkür və fəaliyyət; liderlik; psixomotor qabiliyyətlər;
incəsənətin təsviri və ifaçılıq növləri.
Müxtəlif şəxslərdə istedadın ayrı-ayrı komponentləri –tərkibləri fərqli səviyyədə
təzahür edə bilər. Bu səbəbdən də ayrı-ayrı uşaqlarda istedadın eyni bir növü
bənzərsiz, unikal səciyyə kəsb edə bilər. İstedad yalniz o zaman təşəkkül tapır ki,
insanın ümumi qabiliyyətlər ehtiyatı uğurlu fəaliyyət üçün zəruri olan, lakin yaxşı
inkişaf etməmiş və ya çatışmayan qabiliyyət tərkibini kompensasiya edə bilsin.
İstedadların
müəyyənləşdirilməsi, dəstəklənməsi və inkişaf etdirilməsi
probleminin aktuallığı. İstedadlar nadirdir,onları qorumaq və hifz etmək lazımdır.
Millətin əsl həyatı – yaşama gücü məhz onlardadır . Akademik A.X Mirzəcanzadə
yazırdı ki, belə şəxslərə fərdi yanaşmaq və xeyrxah münasibət göstərmək lazımdır.
Burada bir kəlamı yada salmaq yerinə düşər:”İstedadlara hökmən kömək lazımdır,
istedadsızlar özlərinə yol tapacaqlar”. Fəal yaradıcı şəxsiyyət əsl mənada o vaxt
formalaşa bilər ki, istedadın əlamətləri bəri başdan bu istedadın inkişafına kömək
edən obyektiv gerçəkliklə “möhkəmləndirilmiş” olsun . K.Marks qeyd edirdi ki,
Rafaelin istedadına malik olan hər kəs, əslində Rafael ola bilməz:”Hər hansı başqa
sənətkar kimi , Rafael özünə qədər incəsənətdə əldə edilmiş texniki müvəffəqiyyətə,
öz ölkəsində cəmiyyətin təşkili və əmək bölgüsünə və nəhayət, onun vətəni ilə
işgüzar münasibətdə olan bütün ölkələrdə əmək bölgüsünə əsaslanırdı. Rafaelə
bənzər digər şəxs öz istedadını inkişaf etdirməyə müyəssər ola bilərmi? Bu
tamamilə həyatın və dövrün tələbindən asılıdır”.
“Daim yeni olan yeganə yeniliyi”- istedadı qorumaq və hifz etmək əvvəlki
dövrlərdən daha çox indi XXI əsrdə aktuallıq kəsb etməkdədir.İntelekt və intellektual
uşaqlar probleminin aktuallığı ilə bağlı professor Ə.Əlizadə yazır:”İki əsrin , XX və
XXI yüzilliyin qovşağında qabiliyyət və istedad problemi xüsusilə aktuallaşıb. Bü
çoxcəhətli problem hələ lazımi səviyyədə öyrənilməsə də , artıq bir həqiqət şəksizdir:
qabiliyyət və istedad şəxsi məsələ deyil, milli sərvətdir. Onu göz bəbəyi kimi
qorumaq, xalqa qaytarmaq valideynin də, tərbiyəçinin də, müəllimin də ən şərəfli
missiyasıdır” .
İstedadlıların müəyyənləşdirilməsi , dəstəklənməsi və inkişaf etdirilməsi ciddi
elmi problemdir.Istedadın qorunması və inkişaf etdirilməsi həm də cəmiyyətin
yaradıcı potensialının aktuallaşdırılması, onun inkişaf problemidir.
J.Bryuno göstərir ki, istedadlı uşaqların təliminin ümdə məsələləri bunlardır:
hər bir şəxsiyyətin inkişafına şəraitin yaradılması; fərdi nailiyyətləri mümkün qədər
tez bir zamanda maksimum səviyyəyə çatdırmaq; istedadların potensial imkanlarının
cəmiyyətin inkişafına yönəltməklə, onun tərəqqisinə nail olmaq .
İstedadların seçilməsi ilə bağlı məsələdə “Kim seçilməlidir və necə
seçilməlidir? “-sualına bir mənalı cavab vermək mümkün deyildir. Bu sahədə
görülməli olan işləri tez, yüngül, ucuz , az müqavimət yolu ilə həyata keçrmək
cəhdləri cəmiyyətə böyük itkilər hesabına başa gələ bilər. Odur ki, istedadlıların
axtarılıb tapılması, dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər
planlı və çoxmərhələli şəkildə həyata keçirilməlidir. V.Q.Belinski yazırdı: “Talant ,
istedad ağıla, təhsilə, zəngin məlumatlara, hadisələrə və şeylərə orjinal və düzgün
baxışlara əsaslanmırsa, o tezliklə fərasətsizliyə çevrilir “. İstedadın qorunması
xüsusi qayğı tələb edir və burada təhsil-tərbiyənin rolu danılmazdır, əvəzsizdir.Yeri
gəlmişkən qeyd edək ki, bir qrup alim talantlı uşaqları istedadlı uşaqların bir qismi
kimi ayırd edir, başqa bir qrup isə istedad və talant anlayışlarını sinonim kimi işlədir .
Nailiyyətləri yeniliyinə və sosial əhəmiyyətinə görə obyektiv tələblərə cavab verən
uşaqlar talantlı uşaqlar hesab edilirlər.Talantlı uşağın konkret fəaliyyət məhsulu bir
qayda olaraq, yüksəkixtisaslı mütəxəssis tərəfindən peşə ustalığı və yaradıcılıq
meyarlarına nəzərən qiymətləndirilir.
Gənc istedadların axtarılmasında əsas yanaşma yalnız uşaqlara deyil, həm də
müəllim və valideynlərə yönəlmiş tibbi-psixoloji və pedaqoji tədbirlər kompleksidir.
İstedadlı uşaqların seçilməsi üçün müxtəlif metodlardan istifsdə edilməli, seçilmiş
uşaqların inkişafı və nailiyyətləri mütəmadi izlənilməlidir. Bu proses özündə bir neçə
mərhələni saxlayır.İstedadlı uşaqların yaradıcılıq potensialının inkişaf praktikası
xüsusi yaradıcılıq proqramlarının və təlim materiallarının hazırlanmasını və tətbiqini
zəruri
edir. İstedadlı uşaqlara gələcəkdə öz yaradıcılıq potensiallarını
aktuallaşdırmaları üçün zəruri olan keyfiyyətləri - yaradıcılığı, ünsiyyəti, liderlik
xüsusiyyətlərini və digər şəxsiyyət xüsusiyyətlərini formalaşdırmağı öyrətmək
məqsədi ilə xüsusi təlim proqramları işlənir.
Pedaqoji təmayüllü ali məktəblərdə(eləcə də kolleclərdə) istedadlarla işin
istiqamətləriDostları ilə paylaş: |