Anlayışın çıxarılması üsulu
Məqsəd: Yeni anlayışların müstəqil olaraq çıxarılması.
Hər hansı vacib anlayışın dərk edilməsi müəllimdən çox zaman böyük zəhmət
tələb edir. Təklif olunan üsul anlayışın çıxarılması və daha dərindən
mənimsənilməsini təmin edir. Bu üsul oyun-tapmaca formasında keçirildikdə
şagirdlərdə həmişə yüksək fəallıq yaradır və onların həm məntiqi, həm də tənqidi
təfəkkürü fəallaşır.
Alqoritm:
Addım 1. Lövhədə 3 müxtəlif rəngli dairəvi kartoçkalar asılır. Müəllim
gizlənilmiş anlayışların altında onlara aid 2 və ya 3 yönəldici söz (anlayışların
xüsusiyyətləri) yazır.
Müəllim: “Bu kartoçkaların arxa tərəfində 3 anlayış yazılıb. Siz bu sözləri
tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir anlayışa məxsus olan 1 xüsusiyyət
yazıram.”
Anlayışlar müvəqqəti olaraq ya nömrələnir, ya da öyrənilən anlayış “bəli” və
ona əks olan anlayışı “xeyr” sözləri ilə adlandırılır.
1 variant:
2 variant:
Addım 2. Şagirdlərdə ilk fərziyyələrin yaranması.
Müəllim: “Bu xüsusiyyətlərin əsasında siz gizlətdiyim sözləri tapa bilərsinizmi?
Sizdə hər hansı fərziyyələr yarandımı?”
Addım 3. Müəllim tərəfindən gizlənilmiş anlayışlara aid yeni xüsusiyyətlərin
təqdim edilməsi və şagirdlər tərəfindən onların təsnifatı (anlayışlara aid edilməsi).
Müəllim şagirdlərin cavablarını dinləyəndən sonra yeni xüsusiyyətləri səsləndirir
və xahiş edir ki, şagirdlər bu xüsusiyyətləri öz fərziyyələrinə uyğun olaraq dairələrin
(anlayışların) birinə aid etsinlər.
Addim 4. Şagirdlərdə yeni fərziyyələrin yaranması. Müəllim bu sözlərin
düzgün olub-olmamasını qiymətləndirdikdən və şagirdlərin vasitəsi ilə onları lazımi
dairələrə aid etdikdən sonra yenə bu anlayışların tapılmasını xahiş edir və fərziyyələri
dinləyir.
Addım 5. Şagirdlər tərəfindən anlayışa (fərziyyəyə) uyğun olan yeni
xüsusiyyətlərin təklif edilməsi və müəllim tərəfindən düzgün olub-olmamasının
qiymətləndirilməsi.
Bəli
?
Xeyr
?
1
?
2
?
3
?
Müəllim seçilən anlayışlara-fərziyyələrə aid olan daha çox yeni xüsusiyyətləri
təklif etməyi şagirdlərdən xahiş edir.
Addım 6. Şagirdlər tərəfindən anlayışın çıxarılması və müzakirəsi. Şagirdlər
öz xüsusiyyətlərini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-tapılmamasını
hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açır.
Addım 7. Anlayışın müəllim tərəfindən təsdiq və ya daxil edilməsi, onun
tərifinin verilməsi. Müəllim xahiş edir ki, şagirdlər bu anlayışlara daha da geniş tərif
vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər.
Şərtlər:
Anlayışlar təxminən, şagirdlərə tanış olmalıdırlar, lakin onların tam tərifi aydın
olmamalıdır.
Müəllim tərəfindən seçilən xüsusiyyətlər şagirdlərə fərziyyələr irəli sürməyə
imkan verməlidir, lakin anlayışı bir başa tapmağa qoymamalıdır.
Bu üsula təxminən 10-15 dəqiqə vaxt ayrılmalıdır.
Üsul bütün siniflə aparılır.
Vasitələr: Rəngli dairəvi kartoçkalar, anlayışın açıqlaması üçün xüsusiyyətlər.
Yarana biləcək problemlər:
Səs-küy;
Anlayışın çətin olması;
Müzakirənin uzanması.
Kub strategiyası
Kublaşdırma (Kovan E. və Kovan C., 1980) mövzunun hərtərəfli öyrənilməsi
məqsədilə şagirdləri onu təsvir və müqayisə, əlaqələndirmə, təhlil, tətbiq və mübahisə
etməyə istiqamətləndirir.
Məqsəd:
1. Mövzuya müxtəlif cəhətlərdən nəzər salmağın planlaşdırılması;
2. Məntiqi və tənqidi təfəkkürün inkişafı;
3. Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması;
4. Qiymətləndirmə bacarığının formalaşdırılması;
5. Təhlil prosesinin inkişaf etdirilməsi;
6. Əməkdaşlıq vərdişlərinin formalaşdırılması;
Bu metod müəllim mövzusunu, situasiyanı və s. tədqiq etmək istədikdə istifadə
olunur. Bununla da şagirdlər mürəkkəb və inteqrativ yanaşmalar üçün tələb olunan
bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər.
Alqoritm:
1. Kub düzəltmək (kiçik, 15-20sm tili olan, kağızdan hazırlanır)
2. Kubun hər üzünə verilən altı qısa göstərişdən birini yazmaq: Təsvir et;
Müqayisə et; Əlaqələndir; Təhlil et; Tətbiq et; Lehinə yaxud əleyhinə mübahisə et.
3. Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək;
4. Sinfi 6 qrupa bölmək və tapşırıq mövzuları vermək. Hər qrup kubun 1
göstərişi üzrə iş aparır.
5. Şagirdləri təlimatlandırmaq (nümunə, hər bir addımın izahı);
6. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edir:
a) Təsvir etmək: rənglər, formalar, ölçülər və s.
b) Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır?
c) Əlaqələndirmə (assosasiya yaratmaq): Bu sizi nə haqda düşünməyə vadar
edir? Nəyi xatırladır?
d) Təhlil etmək: onun nədən və necə hazırlandığını təsvir et.
e) Tətbiq etmək: Sən onunla nə edə bilərsən? Sən ondan necə istifadə edə
bilərsən?
f) Onun lehinə və ya əleyhinə çıxış et və öz mövqeyini dəstəkləmək üçün
arqumentlər təqdim et: O yaxşıdır yoxsa pisdir? Niyə?
7. Təqdimat edirlər; İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri bir-
iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara bilərlər. İştirakçılar
yekun paraqraflar ilə bölüşə bilərlər.
8. Nəticə çıxarırlar, ümumiləşdirmə aparırlar;
9. Yekun iş lövhədən və ya sinif otağının divarlarından asıla bilər.
Şərtlər:
1. Kiçik qruplar və bütün siniflə;
2. Bilik və bacarığının səviyyəsinin mövcudluğu;
3. 20-25 dəqiqə (materialdan və yaş səviyyəsindən asılı olaraq);
4. Ümumiləşdirmə, inteqrativ blok dərs;
5. Dərsin mərhələləri – tədqiqat mərhələsində;
Vasitələr: lövhə, markerlər, iş vərəqləri, kağız, paylayıcı materiallar, tablolar –
anlayışları açmaq üçün, ensiklopediya, dərslik, əlavə ədəbiyyat, maqnitofon,
audiokaset, şəkillər, videofilm, qutular;
Yarana biləcək problem:
1.
Vaxt çatışmazlığı;
2.
Nəticə çıxarılmasında problemlər;
3.
Tam əhatə olunmaması.
1.Təsvir
et
2.Müqa-
yisə et
3.Assosi-
asiya yarat
4.Təhlil et
5.Tətbiq
et
6.Lehinə və
ya əleyhinə
çıxış
et
Suallar
Məqsəd:
Şagirdlərdə idrak fəallığının artırılması və həmçinin təfəkkürün inkişafı üçün bu
tapşırıqların böyük rolu var. Biliyin əldə edilməsində və xüsusən tədqiqatın
aparılmasında sualların böyük əhəmiyyəti var. O tədqiqat zamanı tədqiqat işinə təkan
verən amil kimi çıxış edir.
Dəqiq sualı vermək və alınan məlumatları tutuşdurmaq bacarıqları, məntiqi və
tənqidi təfəkkürü formalaşdırır.
Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı meyarlardan istifadə etmək
olar:
1. Sualların sayı;
2. Məntiqi ardıcıllığı;
3. Orijinallığı;
4. Təsviri və ya “dərin” suallar;
5. Sualın məzmununun əhəmiyyətliliyinin dərəcəsi;
6. Açıq və qapalı suallar;
Təlimat: Bu tapşırıqları yerinə yetirərkən siz sualların təlim prosesində olan
əhəmiyyətini daha da aydın hiss edəcək və sualların arasında olan fərqi dərk
edəcəksiniz, çünki sualların çətinlik dərəcəsi fərqlidir. Hər tapşırığı yerinə yetirəndən
sonra sizə verilən qiymətləndirmə meyarları əsasında onların yerinə yetirilməsinin
səviyyəsini müəyyənləşdirə bilərsiz.
Tapşırıq 1. Sən nə öyrənmək istərdin?
Təlimat: Hansı suallara sən cavab tapmaq istərdin?
Qiymətləndirmə meyarları: 1) Aşağı: Sualların az miqdarı. Suallar stereotipdir
(oxşar və təkrarlanan).
2) Orta: Sualların çox olması. Suallar xüsusiyyətlərə, funksiyalara, növlərə və s.
görə fərqlənir. Suallar faktoloji xarakter daşıyır: “Nə?”, “Harada?”, “Nə zaman?”
3)Yüksək: Sualların çox olması. Suallar əşyalar və hadisələr arasında əlaqələrin
seçilib ayrılmasına yönəlib. (“Necə?”, “Nəyə görə?”, “Hansı əlaqə var?”)
Tapşırıq 2. Açar sözlərin köməyi ilə sual ver.
Təlimat: “Hansısa bir əşya və ya hadisə seç və bu əşya və ya hadisə haqqında
hansısa yeni bir şey öyrənmək üçün açarların köməyi ilə sual ver”.
Tapşırıq 3. Şəkil üzrə sualları ver.
Təlimat: “şəkilə bax və bu şəkil üzrə hekayə qurmaq üçün sualları ver”.
Qiymətləndirmə meyarları: 1) Suallar xaotik xarakter daşıyır.
2) Suallar şəklin əsas anlarını qeyd edir.
Tapşırıq 4. Sualları başqa cür ifadə et.
Təlimat: “İlkin sualı necə dəyişdirmək olar?”
Məsələn: Siz yağışa necə yanaşırsınız?
Qiymətləndirmə meyarları: 1) Tapşırığın mənasını başa düşmür.
2)“Yağış yağanda Sizdə hansı hisslər oyanır?,
“Yağış zamanı Siz özünüzü necə hiss edirsiniz?” kimi suallar verir.
Tapşırıq 5. Sualların yaradıcı şəkildə dəyişdirilməsi.
Təlimat: “Qapalı” sualı “açıq” suala çevir.
Tapşırıq 6. Tədqiqata yönələn suallar: “Bu nədir?”
Təlimat: “Fotoşəklə baxın. Bunun nə olmasını başa düşmək üçün suallar verin.
Daha çox müxtəlif suallar verməyə çalışın”.
Qiymətləndirmə meyarları: 1) “Bu nədir?”, “Harada?”, “Nə zaman?”, “Haraya
Haradan?”, “Necə?”, “Nəyə görə?” suallar sistemsiz, xaotik şəkildə və ya əşyada
olmayan əlamətlərini (xüsusiyyətlərini) qeyd edir; 2)“Bu nədir?”,”Necədir?”,
“Harada?”, “Nə zaman?”,“Haraya?”,Haradan?”,“Necə?”,”Niyə?”, “Nəyə görə?” sual-
lar sxemi üzrə verilir və həmçinin əşyaların əlamətlərini qeyd edir; 3) Suallar
tədqiqatı və ümumiləşdirilmiş xarakter daşıyır, açar sözlərlə bağlıdırlar.
Məsələn:
Hansı növ hadisələrə aiddir?
Hansı xüsusiyyətlərə malikdir?
Hansı məna daşıyır?
Harada istifadə olunur?
Necə dəyişir?
Nəyə görə dəyişir?
Nəyə təsir göstərir?
Başqa hadisələrlə necə bağlıdır?
Tapşırıq 7. Problemi ifadə et.
Təlimat: “İnsanda təbiətlə bağlı yaranan bir neçə problemi adlandır”.
Qiymətləndirmə meyarları: 1) Problemlərin miqdarı çox deyil, standart
məzmunludur. 2) Standart olmayan, orijinal problemlərin daxil edilməsi ilə onların
miqdarı çox və müxtəlifdir.
Tapşırıq 8. Sərbəst mövzuya yönələn sualların verilməsi
Təlimat: “Açarları və mövzunu sərbəst seçərək “açar sözlər” dən istifadə edib
sual qur”
Qiymətləndirmə meyarları:
1) Mövzu ilə əlaqədar açarların xaotik istifadə olunması. Mövzunun həm
məlum, həm də naməlum aspektlərini əks etdirir.
2) Mövzunun əhəmiyyətli aspektlərini əks etdirən sualların sistem şəklində
verilməsi.
Modelləşdirmə
Modelləşdirmə – ciddi problem qoyan hər hansı bir mücərrəd və ya uydurma
hadisənin canlandırılması və bunun vasitəsilə problemin həllidir. Bu hadisə çox
zaman real həyatda baş verən hadisənin sadələşdirilmiş lakin canlı nümunəsi olur.
Problemi həll etmək üçün iştirakçılar həyatda və bu hadisədə rast gəldikləri müəyyən
rolları ifa edirlər. Lakin rolların ifası tam sərbəstdir və onun nəticəsində alınan
problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticələr rolun ifasından
asılıdır. Modelləşdirmə zamanı şagirdlərə bu rolun ifasında öz nöqteyi-nəzərindən
çıxış etməyə icazə verilir.
Məqsəd:
1. Yaradıcı qabiliyyətləri və təxəyyülü inkişaf etdirmək üçün şagirdləri zəruri
əsaslarla təchiz etmək;
2. Cütlük şəklində öz baxışlarını və dəyərlərini müzakirə etmək üçün şagirdlərə
sərbəst diskussiya təklif etmək;
3. Şagirdləri problemi tapmağa və onu real həyatı modelləşdirən şəraitdə həll
etməyə həvəsləndirmək;
4. Şagirdlərə təhlil aparmaq və alternativ hərəkətləri qiymətləndirmək bacarığını
aşılamaq;
5. Şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul
edilməsi prosesinə cəlb etmək;
6. Məşğələ ərzində qəbul edilmiş qərarlara yenidən baxmaq və təhlil etmək,
habelə uydurma situasiyanı gerçək vəziyyətlə müqayisə etmək üçün şagirdlərə imkan
yaratmaq.
Modelləşdirməni əyləncəli və maraqlı edən onun qeyri müəyyənliyi,
məchulluğudur, çünki ən yaxşı halda da nəticələri qabaqcadan yalnız qismən
müəyyən etmək olur. Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha çox
xatırladır ki, bu da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla
müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər.
Alqoritm: 1. Şagirdlər qarşısında ciddi dilemma və problem qoyulur. Onlara
təklif olunur ki, bu problemi təklif edilmiş şəraitdə - sinif yoldaşları ilə birlikdə
həyatda rast gəlinən müəyyən rolları oynamaqla həll etsinlər.
2. Hadisə bölünmüş rollar vasitəsilə inkişaf etdirilir. Beləliklə, sinif bir növ
miniatür və ciddi tamaşaya çevrilir. Modelləşdirmədə müəyyən mənada oyunun və
tamaşanın bir çox cəhətləri müşahidə olunur. Lakin oyundan və həqiqi tamaşadan
fərqli olaraq, modelləşdirmənin maraqlı cəhəti qeyri müəyyənlik faizinin yüksək ol-
masıdır. Modelləşdirmə bu mənada sərbəstdir, belə ki, heç kəs əsl həqiqətdə son
nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək, çünki son nəticə
əsasən rolların necə oynanılacağından asılı olur. Modelləşdirmə yalnız eskizi, rolun
qısa təsvirini təklif edir, rolun ifaçısı bu müxtəsər məlumata əsaslanaraq, öz həyat
duyumunu yaratmalı, öz nöqteyi-nəzərini inkişaf etdirməlidir.
3. Alınan tamaşanın müzakirəsi.
4. Nəticələrin çıxarılması və problemin həlli yollarının ümumiləşdirilməsi.
Şərtlər:
Mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalat seçilməlidir;
Modelləşdirmə gerçək həyatı əks etdirən problem üzərində cəmlənməlidir;
Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks
halda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər;
Oyun onun yerli şəraitə uyğunlaşdırılması, rolların artırılması və ya ixtisar
edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər.
Vasitələr: Əvvəlcədən hazırlanmış hadisələrin misalları. Bu cür əhvalat,
nümunələri cari reportajlarda və digər mənbələrdə tapmaq olar.
Yarana biləcək problemlər:
Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki, konkret məqsədə nail ola
biləcəklər, lakin çox vaxt başları oyuna qarışdığından ilkin məqsədi unudur,
qarşılarına yeni məqsədlər qoyurlar.
Rolların zəif oynanılacağı ehtimalı.
Auksion
Məqsəd:
1. Cisim və hadisələrin xüsusiyyətlərini öyrənmək;
2. Bilik və anlamanı müəyyənləşdirmək;
3. Bilikləri aktuallaşdırmaq;
4. Təhsil proseslərini inkişaf etdirmək;
5. Qiymətləndirmə prosesini inkişaf etdirmək;
6. Dinləmə mədəniyyətini inkişaf etdirmək. (şagirdlərin keçmiş biliklərinin
müəyyənləşdirilməsi, qaydaları izah etmək).
Alqoritm:
1. Müəllim öyrənilən cisim və ya hadisəni müəyyən edir;
2. Şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır:
Öyrənilən cisim və ya hadisənin xüsusiyyətlərini ardıcıl şəkildə adlandırmaq
Hamı növbə ilə cisim və ya hadisə haqqında fikir söyləyir, hər bir fikirdən
sonra 2 sayılır. Bu zaman başqa iştirakçı təklif verə bilər.
Sonda sonuncu təklif qalib sayılır (Axırıncı cavabı verən udur)
Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Misal:
M: Lampanın xüsusiyyətlərini adlandırın!
Ş.:- İşıq saçır!
- Şüşə və metaldan düzəldilib!
- Üstünə vursan, səslənir!
- Formasına görə armuda oxşayır.
- Şəffafdır.
M.: Şəffafdır-bir, Şəffafdır-iki, və s.
Ş.: - Sınır
M.: Sınır-bir, sınır-iki, və s.
Şərtlər:
1. İş forması-böyük qrupla;
2. Auditoriyanın bilik səviyyəsi –cisim və ya hadisə haqqında məlumatlıdır;
3. Vaxt - 5-7 dəqiqə;
4. Dərs tipi - ümumiləşdirici, yeni bilik verən;
5. Dərs mərhələsi - motivasiya, nəticələrin çıxarılması;
Vasitələr: qonq, hədiyyə (müvafiqdirsə, əşyanın özü);
Yarana biləcək problemlər:
1. Səs-küy,
2. Mövzudan yayınmaq və yayındırmaq,
3. Vaxtın uzanması,
4. Təkrarlanma.
Müzakirə xəritələri
Məqsəd:
Bu metoddan daha çox humanitar fənlərdə istifadə edilir. Müzakirə xəritəsi
debat üçün hazırlıq rolunu oynaya bilər. Arqumentin təhlili şagirdlərə müzakirə
olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir.
Alqoritm:
1. Mövzunu müəyyənləşdirmək; Mövzu ziddiyyətli yanaşmalardan istifadə
etməyə imkan verməlidir.
2. Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sualın qoyulması;
3. Mövqelərin müəyyənləşdirilməsi (fərdi);
4. Mövqelərin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və sübutların
tapılması);
5. Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və əleyhinə arqumentlərin
siyahılaşdırırlar;
6. Uyğun mövqelərin cütlükdə birləşdirilməsi, arqumentlərin təhlili, oxşar və
fərqlərin üzə çıxarılması. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə
siyahısı tərtib edir.
7. Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər.
8. Sinif bu arqumentlər barəsində düşünür və lehinə, yaxud da əlehinə qərar
qəbul edir.
9. Bir
mövqelərin
(cütlərin)
qruplarda
birləşməsi,
arqumentlərin
dəqiqləşdirilməsi.
10.
Problemə dair mövqelərin dinlənilməsi (siniflər);
11.
Müzakirənin aparılması (siniflə). Arqumentlərin təhlili;
12.
Qərarın qəbul edilməsi;
13.
Ümumiləşdirmə;
Şərtlər:
1. İş forması: cütlərlə və bütün siniflə;
2. Auditoriyanın səviyyəsi:
o Bilik dairəsi;
o Mənbələrlə işləmək bacarığı;
o
Müzakirə, dinləmə bacarığı;
o Tədqiqat aparmaq bacarığı;
3. Problemin düzgün qoyulması;
4. Problemin aktuallığı;
5. Şagirdlərin cəlb olunması;
6. Problemin həll oluna bilən olması;
7. Şagirdlərin mövqeləri qısa, konkret, məntiqi çatdıra bilməsi.
Vasitələr: kağız, marker, məlumat mənbəyi.
Yarana biləcək problemlər:
o
Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri
və s.)
o
Müzakirənin uzanması,
o
Artıq səs-küy, aqressivlik,
o
Tolerantlılığın olmaması,
o
Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
o
Düzgün nəticənin çıxarılması çətinliyi.
Digər variant:
Debatla müşayiət olunan müzakirə xəritəsi
Məqsəd: Güman edilən aspektlər barəsində mübahisə etməklə mövzuya daha
dərindən yanaşma.
Alqoritm:
1. Müzakirə mövzusu barəsində qərarın qəbul edilməsi. Müəllim-təlimatçı
arqument dəstəyi tələb edən “bəli” və ya “xeyr” sözlərindən faydalanır.
2. İştirakçılar arqumenti müəyyənləşdirirlər:
a. Hər bir şagird( iştirakçı) lehinə və əlehinə arqumentlər siyahısı tərtib edir,
b. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə siyahı tərtib edir.
3. Şagirdlər lehinə və ya əlehinə cavab seçirlər.
4. Təlimatçı sinfi iki əks qrupa bölür:
a. Bir qrupdakı şagirdlər arqumentləri nəzərdən keçirir və nəticəyə gətirib
çıxaracaq qərar verir.
b. Qərarsız şagirdlər digər qrupu təşkil edir.
5. Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə edirlər:
o Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini bildirir. Digər qrup əks-
arqumenti irəli sürür;
o Digər qrup da bunu etməyə dəvət olunur;
o
Mübahisə aşağıdakı təlimatlara əsasən arqument və əks-arqumentləri
dəyişərək davam edə bilər:
o Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır;
o
İştirakçı əks tərəfin arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupu dəyişə
bilər;
o
Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etməlidirlər.
Şərtlər:
1. İş forması: cütlərdə və ya qruplarda.
2. Şagirdlərin optimal sayı 20
3. Fəaliyyət zamanı iştirakçılar öz rollarına uyğun olaraq onların aşağıdakı
vəzifələrini bilməlidirlər:
a) APARICI:
o
Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir.
o
Qrupların təşkil olunmasına nəzarət edir.
o
İştirakçılarla birgə mübahisənin qaydalarını müəyyənləşdirir və ya sadəcə
olaraq şagirdləri mövcud qaydalardan xəbərdar edir.
o
Mübahisələrəd iştirak edir və lazım gəldikdə müdaxilə edir.
o
Şagirdlərin əldə etdiyi nəticə və ya həlli yollarını birləşdirir.
b) ŞAGİRD:
Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir.
Qruplardan birinə qoşulur.
Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir.
Əməkdaşlıq edir və ünsiyyət saxlayır.
Vəsaitlər: kağız, marker, məlumat mənbəyi.
Yrana biləcək problemlər: bax müzakirə xəritələrinə.
Dostları ilə paylaş: |