“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
554
gah bu, gah da digər cildin arasına düşdü. Kitablar gündən-günə çoxalırdı, çünki hər gün
kitabxanadan qalaq-qalaq gətirdiyindən əlavə, tez-tez də bağlama-bağlama poçtla alırdı. Bu
otaqda yaşayan kişi alim adama oxşayırdı. Elə içərini başına götürən papiros tüstüsü, hər
addımdakı siqaret kötükləri, külqabılar da bunu deyirdi. Ancaq onların hamısı elmi kitab deyildi.
Əksəriyyəti müxtəlif xalqların müxtəlif dövrlərdə yaşamış yazıçılarının əsərləriydi. XVIII əsrin
axırlarında yazılmış «Sofiyanın Memeldən Saksoniyaya səfəri» kitabının altı qalın cildi xeyli
uzandığı divanın üstündəcə qaldı. Cetenin, bir də Jan Polun külliyyatları daha çox istifadə
olunana oxşayırdı. Novalisin, Lessinqin, Yakobi və Lixtenberqin kitabları da eləcə.
Dostoyevskinin bir neçə cildinin arası isə yazılı kağızlarla doluydu. İri masanın üstündəki
kitabların, kağızların arasında çox vaxt bir dəstə gül, onun yanında isə külqabı və üstündən toz
əksik olmayan akvarel qutusu, bir də, nə gizlədim, cürbəcür içkilər görünərdi. Hörmə səbətin
içindəki şüşə çox vaxt yaxınlıqdakı balaca mağazadan alıb gətirdiyi qırmızı italyan şərabı ilə
dolardı. Hərdən də gah Burqund, gah da Malaziya şərabı görünərdi. İçində albalı arağı olan iri
şüşə iki-üç günə az qaldı boşalsın, sonra bir küncə atılıb qaldı, daha ona toxunulmadı, elə
oradaca da toz basdı.
Əlbəttə, bu casusluğuma haqq qazandırmaq istəmirəm və açıqca boynuma alıram ki, ilk günlər
bunların hamısını daxili maraq ucbatından eləyirdim; bu cür sərsəri, pozğun həyat tərzi məndə
ikrah hissi oyatdı. Mən təkcə namuslu, həyatın bütün qayda-qanunlarına əməl edən, hər şeydə
ölçü hissini gözləyən bir meşşan deyil, həm də içməyin, çəkməyin düşməniyəm və Hallerin
otağındakı rəssamlara xas pintilikdən çox o şüşələrdən zəhləm getdi. Yatmağı, işləməyi necə
idisə, yemək-içməyi də eləcəydi, vaxtı-vədəsi bilinməzdi. Bəzən heç evdən eşiyə çıxmaz, səhər-
səhər içdiyi bircə fincan qəhvənin üstündə qalar, bəzən də xalam nahardan sonra stolu
yığışdıranda bircə banan qabığı tapardı. Ancaq bir də görürdün zəngin, bahalı restoranlara, gah
da şəhər ətrafındakı balaca meyxanalara getdi... Deyəsən, səhhəti də heç yaxşı deyildi. Bir
yandan ayaqları əziyyət verir, pilləkənləri güclə qalxıb-düşür, digər tərəfdən də canı ağrıyırdı.
Hətta bir dəfə ötəricə dedi ki, çoxdandı dadlı yemək, rahat yuxu üzünə həsrətdir. Bunları hər
şeydən əvvəl mən içməyin ayağına yazdım. Sonralar onunla meyxanalara gedəndə görürdüm ki,
hərdən qədəhi-qədəhə calayır, özü də çox ləzzətlə içir. Ancaq nə mən, nə də bir başqası onu
əməlli-başlı sərxoş görə bilmədik.
İlk dəfə necə qabaqlaşdığımızı heç vaxt unutmaram. O vaxta qədər bir-birimizi qonşu kimi
üzdən tanıyırdıq. Bir günsə işdən qayıdıb görəndə ki, Haller ikinci mərtəbə ilə üçüncünün
arasındakı pilləkən xanasında oturub, çox təəccübləndim. Üst tərəfdəki pillədə oturmuşdu və
mənə yol vermək üçün yana çəkildi. Soruşdum ki, bəlkə, özünü pis hiss edir, yuxarı qalxmağına
kömək lazımdır...
Diqqətlə üzümə baxdı və hiss elədim ki, onu öz xəyal dünyasından qopardım. Asta-asta o
qəşəng, yazıq, həmişə qəlbimi riqqətə gətirən təbəssümü ilə gülümsəməyə başladı, xahiş etdi ki,
yanında əyləşim. Təşəkkürümü bildirdim, dedim ki, başqalarının pilləkənlərində oturmağa adət
eləməmişəm.
– Ah, elədir, – yenə gülümsədi, – düz deyirsiniz… Ancaq bircə dəqiqəliyə ayaq saxlayın, niyə
burada oturduğumu sizə başa salım.
Bu sözləri deyib ikinci mərtəbədə yaşayan dul qadının artırmasına işarə etdi. Parket döşəməli
artırmanın bir tərəfini pilləkən, digər tərəfini isə pəncərələr, şüşə qapılar tutmuş, divar tərəfə isə
qızılağacdan bağlanmış qədimi naxışlı, hündür bir dolab qoyulmuşdu. Dolabın qabağındakı
gödək qıçlı iri çəlləklərdə azaliya gülü və həmişəyaşıl araukariya ağacı əkilmişdi. Onlar çox
qəşəng görünür, həmişə tərtəmiz olur və mənim də xoşuma gəlirdi.
– Baxın, – deyə Haller sözünə davam elədi, – o balaca araukariyalı artırmadan nə qəşəng iy gəlir,
çox vaxt ayaq saxlamamış buradan keçə bilmirəm. Sizin xalanızın evində də xoş ətir var,
səliqəlidir, tərtəmizdir, ancaq bu arakuariyalı artırma elə təmizdir ki, işım-işım işıldayır. Elə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
555
təmizlənib, elə silinib adamın əl vurmağa heyfi gəlir, sanki, nur saçır. Bura çatan kimi dayanıb
yaxşı-yaxşı qoxlayıram. Siz heç hiss eləmirsiz? Mastika iyi, skibidara qarışmış qızılağaç qoxusu,
tərtəmiz yuyulmuş yarpaq ətri...
Hamısı bir yerdə meşşan təmizliyindən, səliqə-sahmanından, məsuliyyətindən, ən xırda şeylərə
belə diqqətdən xəbər verir. Bilmirəm orada kim yaşayır, ancaq şüşəli qapıların o tərəfi tərtəmiz,
gül kimi bir cənnət olmalıdır, orada səliqə-sahmanlı, ən xırda adətlərə sadiqliyi ilə ürəkləri
riqqətə gətirən kövrək bir meşşanlıq yaşamalıdır!
O susduğumu görüb sözünə davam etdi:
– Xahiş edirəm… elə düşünməyin ki, rişxəndlə danışıram. Möhtərəm cənab, mən bu cür
meşşanlığı, səliqə-sahmanı lağa qoymaq fikrinə heç vaxt düşmərəm. Özüm tamam başqa bir
aləmdə yaşasam da, düz sözümdür. Yəqin ki, belə araukariyalı mənzildə heç bir gün də qala
bilmərəm. İndi yaşı keçmiş, tükü tökülmüş bir Yalquzaq olmağıma baxmayaraq, mən də hansı
ananınsa balasıyam və mənim də anam meşşan olub, güllərə qulluq eləyib, pilləkəni, otaqları,
mebeli, pərdələri tərtəmiz saxlayıb, həmişə evinə, həyətinə əbədi bir səliqə-sahman, təmizlik
verməyə çalışıb. İndi bu skipidar qoxusu, araukariya ətri mənə həmin günləri xatırladır. Hərdən
buradaca oturub, o sakit səliqə-sahman guşəsinə baxır və sevinirəm ki, nə yaxşı bu varmış...
Qalxmaq istədi, ancaq çətinlik çəkdi. Mən bir az kömək eləyəndə də «yox» demədi. Dinmirdim,
xalam kimi mən də bu qəribə adamın sehrinə düşmüşdüm. Aramla yuxarı qalxdıq, onun qapısına
çatanda açarı çıxardı, yenə mehribanlıqla üzümə baxıb dedi:
– İşdən gəlirsiniz? Eh, belə şeylər mənə tamam yaddır, lap uzaqlarda, həyatın ucqar bir
nöqtəsində yaşayıram. Ancaq mənə elə gəlir ki, siz də kitablarla, ya da buna bənzər şeylərlə
maraqlanırsınız. Xalanız da deyirdi ki, gimnaziya bitirmisiniz, yunan dilini yaxşı bilirsiniz. Bu
gün səhər-səhər Novalisdə bir cümləyə rast gəlmişəm, icazə versəydiniz, sizə göstərərdim.
Bilirəm ki, xoşunuza gələcək.
Məni kəskin tütün qoxulu otağına apardı, qalaqların arasından bir kitab götürdu, vərəqlədi, nəsə
axtardı.. .
– Bu da yaxşıdır. Çox yaxşıdır... – dedi. – Bir cümləyə fikir verin: «Adam öz əzabları ilə fəxr
etməlidir – hər bir əzab bizim böyüklüyümüzdən xəbər verir». Əla deyib! Özü də Nitsşedən
səksən il əvvəl! Yox, bunu demirdim... bircə dəqiqə. Budur, tapdım. Deməli, belədir:
«Adamların çoxu öyrənənə kimi üzmək istəmir». Gülməli deyil? Əlbəttə, üzmək istəmirlər! Axı
onlar suyun yox, torpağın üstündə yaşamaq üçün yaranıblar. Əlbəttə, bu haqda heç düşünmək də
istəmirlər. Axı onlar bu dünyaya düşünmək üçün deyil, yaşamaq üçün gəliblər! Bəli, kim
düşünürsə və ya düşünməyi əsas vəzifə hesab eləyirsə, bu sahədə bir az uzağa gedə bilər, lakin
xəbəri olmaz ki, su ilə qurunu qarışdırıb, nə vaxtsa boğulacaq.
Beləliklə də, məni ovsunladı, özünə qarşı maraq oyatdı. Bir neçə dəqiqə də yanında qaldım.
Həmin gündən sonra pilləkəndə, ya küçədə tez-tez rastlaşmağa başladıq, söhbətləşdik. Əvvəlcə
mənə elə gəlirdi ki, araukariya məsələsində olduğu kimi mənə də rişxənd edir. Ancaq, sən demə,
elə deyilmiş, araukariya kimi mənə də xüsusi hörmət bəsləyirmiş və bilə-bilə bu yalqızlığa,
dəryada əbəs yerə əl-qol atmağa, kökündən qopmağa elə qapılıbmış ki, doğrudan da, kinayəsiz-
filansız adicə bir meşşan hərəkətinə, məsələn, elə lap mənim işə gedib-qayıtmağımdakı
dəqiqliyə, ya da hər hansı bir xidmətçinin, tramvay bələdçisinin danışığına valeh olurmuş.
Əvvəlcə bunlar mənə gülünc görünürdü, elə bilirdim qəsdlə eləyir, özünü göstərmək istəyir,
hamısı qondarma sentimentallıqdır. Amma getdikcə daha aydın görürdüm ki, əslində, o, bizim
bu cılız, meşşan həyatımıza öz qəribə, havasız canavar dünyasından həsrətlə baxır, onu ən
möhkəm, ən etibarlı, əlyetməz bir uzaqlıq, qapıları üzünə bağlanmış Vətən, rahatlıq kimi sevir.
Hər dəfə bizim mehriban dalandar qadınla rastlaşanda, səmimi bir ehtiramla şlyapasını çıxarır,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
556
xalam onunla ayaqüstü söhbət edəndə, ya da paltarının söküyünü, paltosundakı düymənin
boşaldığını yadına salanda, elə diqqətlə, elə ciddi qulaq asırdı ki, deyərdin bu balaca rahat
dünyaya, bircə saatlığa da olsa, qovuşmağa nəsə bir yol axtarır, lakin əbəs yerə dəridən-
qabıqdan çıxır...
Artıq elə araukariyanın yanındakı söhbətimizdə özünü Yalquzaq adlandırdı və məni bir az da bu
çaşdırdı, bizi yaxınlaşmağa qoymadı. Bu necə danışıq idi? Ancaq sonralar həmin sözə yalnız
adət xətrinə öyrəşmədim, əksinə, tezliklə özüm də xəyalımda onu həmişə Yalquzaq
adlandırırdım. Hətta bu gün də başqa uyğun ad tapammıram. Səhralardan azıb şəhərlərə gəlmiş,
biz insan sürüsünə qarışmışdı!
Onun hürkək yalqızlığını, vəhşiliyini, narahatçılığını, qəribəliyini, sərgərdanlığını başqa sözlə
ifadə etmək çox çətindir. Bir dəfə bütün axşamı ona yaxşıca göz qoydum. Simfonik konsertdə
idim və onun da lap yanımdaca oturduğunu görəndə, çox təəccübləndim. Ancaq məndən xəbəri
yox idi. Hendeldən çalırdılar: gözəl, səmimi bir musiqiydi, amma Yalquzaq öz aləminə
qapılmışdı, nə musiqiyə, nə də ətrafdakılara fikir verirdi. Gözlərini yerə dikərək xəyal dünyasına
cummuş, yalqızlaşmış, biganə sirsifətinə qəribə bir qayğı çökmüşdü. Sonra musiqi dəyişdi,
Fridman Baxın kiçik bir simfoniyası çalındı və elə ilk təqtlərdə Yalquzağın gülümsəməyə
başladığını görəndə, çox təəccübləndim. Bütün varlığı ilə musiqiyə diqqət kəsildi, təxminən on
dəqiqə ərzində elə xoşbəxt, elə vurğun göründü ki, musiqidən çox ona fikir verməyə başladım.
Pyes sona yetən kimi ayıldı, qamətini düzəltdi, sanki, qalxıb getmək istədi, ancaq yerindən
durmadı, sonuncu nömrəyə – Reqerin çoxuna uzun, yorucu görünən variasiyalarına qulaq asdı.
Əvvəlcə diqqətlə, səmimiyyətlə dinləməyə başlayan Yalquzaq getdikcə bu dünyadan qopdu,
əllərini cibinə qoyaraq öz aləminə çəkildi. Lakin bu dəfə o xoşbəxtlikdən, vurğunluqdan əsər-
əlamət yox idi. Əvvəlcə kədərli, axırda da qəzəbli görünürdü, sifəti bomboz bozarıb külə döndü,
yenə qocaldı, xəstəhal, narazı görkəm aldı.
Konsertdən sonra küçədə yenə ona rast gəldim, arxasınca düşdüm. Paltosunun içində büzüşərək
həvəssiz, yorğun addımlarla yaşadığımız məhəlləyə tərəf gedirdi. Balaca, qədimi bir meyxananın
qabağında ayaq saxladı, saatına baxdı və içəri girdi. Qəflətən məndə qəribə bir maraq oyandı,
onun ardınca getdim. Artıq oturmuşdu və xidmətçi də, sahibə də gəlib onunla köhnə tanış kimi
görüşdü.
Salam verib, yanında əyləşdim. Bir saat orada oturduq və mən iki stəkan mədən suyunu içincə,
Yalquzaq əvvəlcə yarım litr, sonra da iki yüz qram qırmızı şərab gətirtdi. Dedim ki, mən də
konsertdəydim, ancaq buna fikir vermədi. Qarşımdakı su şüşəsinin yarlığına baxdı. Soruşdu ki,
bəlkə, şərab içəm, qonaq eləmək istəyir. Eşidəndə ki, şərab içən deyiləm, yenə də yazıqlaşdı:
– Bəli, düz eləyirsiniz, – dedi. – Bir neçə il mən də içmədim, uzun müddət pəhriz saxladım,
ancaq indi yenə gəlib o qaranlıq, nəm Dolça bürcünün altında dayanmışam.
Zarafatla bu eyhama işarə edib deyəndə ki, onun astrologiya elminə inandığını heç ağlım kəsmir,
yenə də qəlbimə toxunan həmin nəzakətlə dedi:
– Tamamilə düzdür, təəssüf ki, mən bu elmə də inana bilmirəm.
Sağollaşıb getdim. O isə evə çox gec qayıtdı, yenə həmin ağır addımlarla yuxarı qalxdı, həmişə
olduğu kimi yerinə gec girdi (otaq qonşusu kimi bunu dəqiq bildim), təxminən bir saat da işıq
gələn otağında oturdu...
Başqa bir axşam da heç yadımdan çıxmaz. Xalam harayasa getmişdi, evdə tək idim və birdən
qapı döyüldü. Açanda gördüm ki, gənc, həddən artıq qəşəng bir xanımdır və cənab Halleri
soruşanda onu tanıdım: şəkli divardan asılan qadın idi. Onun qapısını göstərib, öz otağıma
çəkildim, qadın bir xeyli yuxarıda qaldı, sonra ikisi də deyə-gülə, zarafat edə-edə pillələri enib
küçəyə çıxdılar. Bu laməkanın sevgilisinin də belə cavan, qəşəng, yaraşıqlı olmasına çox
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
557
təəccübləndim, onun özü, həyatı haqqındakı təsəvvürlərim yenə dumanlandı. Ancaq heç bir saat
keçməmiş tək qayıtdı, yenə həmin ağır, qüssəli addımlarla yuxarı qalxdı, saatlarla iş otağında
səssiz-səmirsiz gəzişdi. Elə bil, canavar qəfəsdə vurnuxurdu və bütün gecəni səhərəcən işığı
sönmədi.
O qadınla münasibəti haqda heç nə deyəmmərəm, yalnız bunu əlavə edə bilərəm ki, onlara bir də
küçədə rast gəldim. Qol-qola gedirdilər. Hallerin də görkəmindən xoşbəxtlik yağırdı. Mən onun
qayğılı, kədərli çöhrəsinin bu qədər zərifləşdiyinə, məsum uşaq sifətinə döndüyünə çox
təəccübləndim, qadını da, Hallerə yazığı gələn xalamı da yalnız indi başa düşdüm. Ancaq həmin
günün axşamı evə çox kədərli, acınacaqlı bir görkəmdə qayıtdı. Qapıda rastlaşdıq, hərdən olduğu
kimi, yenə də paltosunun qoynunda bir şüşə italyan şərabı gizlətmişdi. Düz gecəyarıya qədər öz
hücrəsində oturub içdi. Ona lap yazığım gəldi: necə kədərli, ümidsiz, yetim həyatı idi sürürdü?!
Daha bəsdir çərənlədim! Yalquzağın intihara hazırlaşan bir adam kimi yaşadığını sübut etmək
üçün əlavə dəlillər lazım deyil. Amma heç inanmıram ki, hətta günlərin birində, lap qəfildən, özü
də vidalaşmadan, ancaq bütün borclarını ödəyərək yoxa çıxsa da, özünə qəsd etmiş olsun. Ondan
bir daha xəbər-ətər çıxmadı, gedəndən sonra adına gəlmiş məktubları isə hələ də saxlayırıq.
Əlyazmasından başqa, heç nə qoymamışdı. Onu da burada yaşadığı vaxt yazmış və bir-ikicə
sətirlə də qeyd etmişdi ki, mənə bağışlayır, nə istəyirəm, eləyim.
Hallerin əlyazmasında təsvir edilən hadisələrin gerçəkliyini yoxlamağa imkanım olmayıb. Ancaq
şübhə etmirəm ki, onların çoxu bədii təxəyyülün məhsuludur. Lakin bu, o demək deyil ki, ağlına
gələni götürüb yazıb. Əksinə, qəlbən yaşadığı, duyduğu anlara gerçəklik donu geydirərək təsvir
edib. Hallerin bu əsərindəki fantastik hadisələr, çox güman ki, burada keçirdiyi son günlərin
məhsuludur və şübhəsiz ki, onların əsasında, zahiri də olsa, bəzi gerçək həyat faktları durur.
Həmin vaxtlar qonağımızın xasiyyəti də, görkəmi də tez-tez dəyişirdi, evdə az-az olurdu, bəzən
heç gecələr də gəlmir, kitablara əl vurmurdu. Hərdən rastlaşanda gördüm ki, əməlli-başlı
gümrahlaşıb, cavanlaşıb, hətta kefi də kökəlib.
Amma tezliklə, gözlənilmədən yeni bir ruh düşkünlüyü yarandı, günlərlə yerindəcə uzanıb qaldı,
yeməyə əl vurmadı və təzədən zühur edən sevgilisi ilə görünməmiş, hətta demək olar ki, çox
kobud dava-dalaşı həmin dövrlərə təsadüf elədi. Səs-küyləri bütün evi yerindən oynatdı. Səhərisi
Haller gəlib xalamdan üzr istədi.
Xeyr, mən əminəm ki, o, özünə qəsd eləməyib. Hələ də yaşayır, yorğun-arğın kiminsə evinin
pillələri ilə qalxıb-düşür, haradasa gözünü zilləyib işım-işım işıldayan parket döşəməyə, tərtəmiz
araukariyaya baxır, kitabxanalara gedir, gecələr hansı meyxanadasa oturur, ya da kirəyə
götürdüyü divandaca uzanır, bayırdakı qaynar həyatı, insanları duyur, bu həyatda onun payı
olmadığını bilir, ancaq özünü öldürmür, çünki haradasa ilişib qalmış bir tikə inam ona deyir ki,
bu əzabları, bu müdhiş zabları, axıracan qəlbində yaşatmalı, elə həmin əzablardan da ölməlidir.
Tez-tez onu xatırlayıram. O, həyatı mənim üçün əzaba döndərdi, məndəki təpərə, sevincə təkan
verməyə, irəli aparmağa gücü çatmadı. Ah, əksinə elədi, əksinə... Ancaq mən də «o» deyiləm,
onun həyatını deyil, özümün adi, lakin etibarlı gündəlik qayğılarla dolu meşşan həyatımı
yaşayıram. Amma hər ikimiz – mən də, onu daha yaxşı tanıyan, bildiklərini öz mehriban
qəlbində qoruyub saxlayan xalam da – Yalquzağı həmişə xoş bir xatirə kimi hörmətlə anırıq.
Hallerin qeydlərinə – bu qəribə, bəzən xəstə ruhlu, bəzən də gözəl və mənalı fantaziyalarına
gəldikdə isə onu deməliyəm ki, həmin vərəqlər təsadüfən əlimə düşsəydi, müəllifini də
tanımasaydım, lazımsız bir şey kimi cırıb atardım. Ancaq Hallerlə tanışlığım sayəsində onları
qismən başa düşdüm, hətta xoşuma da gəldi. Əgər bu qeydlərə yalnız ruhi xəstəliyə tutulmuş
zavallı bir adamın patoloji fantaziyası kimi baxsaydım, ondan söz açmağa ürək eləməzdim.
Ancaq mən onda çox şey – zəmanənin şəhadətnaməsini görürəm. Çünki Hallerin mənəvi
xəstəliyi – bunu indi bilmişəm – kiminsə adicə şıltaqlığı deyil, zəmanənin özünün xəstəliyidir.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
558
Hallerin mənsub olduğu nəslin nevrozudur ki, ona da heç vaxt zəif şikəst fərdlər deyil, əksinə,
məhz ən güclülər, ən ağıllılar, ən istedadlılar mübtəla ola bilərlər.
Gerçək həyata nə dərəcədə uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, bu qeydlər – zəmanənin
ən müdhiş, ən qorxulu xəstəliyini üzdən təsvir etməklə, bər-bəzək vurmaqla yox, onun özünü
birbaşa təsvir obyektinə çevirməklə sağaltmaq cəhdidir. Bu, sözün həqiqi mənasında, cəhənnəm
əzabı çəkmək, zülmətə qərq olmuş mənəvi bir dünyanın xaosunda gah büdrəyən, gah da cəsarətli
addımlarla yerimək deməkdir. Yeriyirsən ki, bu cəhənnəmi yarıb keçəsən, o xaosla döş-döşə
gələsən, bütün dəhşətlərə axıradək sinə gərəsən...
Mən bu qənaətə Hallerin bircə kəlməsi ilə gəlmişəm. Bir dəfə orta əsrlərdəki qəddarlıqlardan
danışarkən dedi:
– Əslində, bunların heç biri qəddarlıq deyil. Orta əsrlərin adamı bizim bugünkü həyatın
qaydaqanunlarını qəddarlıqdan da betər dəhşət, vəhşilik adlandırar! Hər bir dövrün, hər bir
mədəniyyətin, hər bir adət-ənənənin öz qayda-qanunu, həmin qayda-qanunların da öz incəlikləri
və amansızlıqları, gözəllik və eybəcərlikləri var, o, bəzi münasibətləri təbii olacaq kimi qəbul
eləyir, bəzi təhqirlərə səbirlə dözür. İnsan həyatı o vaxt əzaba – cəhənnəm əzabına dönür ki, iki
mədəniyyət, müxtəlif dinlər eyni vaxta düşür. Antik dövrün adamı orta əsrlərdə yaşamalı olsa,
min əzab içində ölər – hər hansı bir vəhşini bizim sivilizasiya dövrünə gətirsən, o da eləcə!
Ancaq elə zəmanələr var ki, bütöv bir nəsil iki dövrün, iki həyat tərzinin arasında qalır və ona
görə də hər cür təbiiliyi, hər cür adət-ənənəni, hər cür dayağı və məsumluğu itirir... Əlbəttə, bunu
hamı eyni dərəcədə duya bilməz. Nitsşe kimi şəxsiyyət isəbütöv bir nəsli qabaqladı, bu günün
eybəcərliklərini əvvəlcədən hiss etdi, əzab çəkməli oldu. Heç kəs də heç nə başa düşmədi və
onun tək-tənha daşıdığı əzabları bu gün minlərlə adam çəkir...
Qeydləri oxuyarkən bu sözləri tez-tez xatırlamalı oldum. Haller də keçid dövrünə düşən, göydən
asılı qalan, məsumluğunu itirən, qisməti – insan həyatının bütün şübhə-tərəddüdlərini
olduğundan da betər şəkildə öz şəxsi iztirabları, cəhənnəm əzabı kimi yaşamağa məcbur olan
insanlardandır.
Mənə elə gəlir ki, həmin qeydlərin mənası da elə bundadır və ona görə də hamıya çatdırmaq
qərarına gəldim. Əslində, buradakı mülahizələri nə müdafiə, nə də mühakimə etmək
fikrindəyəm. Qoy hər bir oxucu bunu öz vicdanının dediyi kimi eləsin!
HARRĠ HALLERĠN QEYDLƏRĠ
Yalnız dəlilər üçün
Bu gün də adi günlər kimi keçib getdi. Onu da birtəhər başa vurdum, öz bəsit, tənha həyat
tərzimlə səssiz-səmirsiz öldürdüm; bir az işlədim, qədim kitabların arasında eşələndim, yaşı
ötmüş adamlar kimi iki saat ora-buram ağrıdı, həb atdım, ağrıların başını qatdığıma sevindim,
isti suya girdim, çanıma yayılan xoş hərarətdən ləzzət aldım, üç dəfə poçtu qəbul elədim,
lazımsız məktubları, kağızkuğazları nəzərdən keçirdim, tənəffüs orqanlarımı məşq elətdirdim,
zehni idmana isə həvəsim qalmadı, çıxıb bir saat gəzişdim, buludların zərif, qəşəng, qiymətli
naxışlar vurduğu səmanın seyrinə daldım. Bu da qədim kitabları oxumaq, isti suda uzanmaq kimi
ləzzətli idi. Lakin bütün bunlara baxmayaraq, bu günüm nə qeyri-adiliyi ilə seçildi, nə də səadət
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
559
və sevinc nuru saçdı, çoxdan öyrəşdiyim adicə günlərtək ötüb keçdi. Elə miyanə, babat, adi bir
gün ki, yalnız yaşı ötmüş, deyingən adamları razı salar.
Elə bir gün ki, adam az qalır Adalbert Ştifter kimi üzünü qırxan zaman həyəcanlanmadan,
qorxmadan ülgücü sakitcə boğazına çəksin.
Kim o dəhşətli günlərin – həmin günlər ki, podaqra sancıları tutur, ya da başağrısı başlayan kimi
göz bəbəklərin yerindən oynayır, nəyəsə baxmaq, nəyisə eşitmək sevinci cəhənnəm əzabına
dönür, ya da insan mənən ölür, qəlbində dəhşətli bir boşluq, ümidsizlik baş qaldırır, səhmdar
cəmiyyətlərin qanını sorduğu, altı üstünə çevrilmiş torpağın üstündəki bəşəri dünya öz saxta,
zahirən gözqamaşdıran ucuz mədəniyyətini gözə soxmaqla ürəkləri bulandırır, xəstə mənliyinə
daha dözülməz olur – bəli, kim o cəhənnəm əzabının dadını görübsə, belə normal, alayarımçıq
günlərdən razı qalır, isti sobanın qırağında rahatca oturub, səhər qəzetində oxuyanda ki,
müharibə bu gün də başlamadı, heç yerdə təzə diktatura qurulmadı, siyasətdə, iqtisadiyyatda elə
bir gözədəyən əllaməliyin üstü açılmadı, razılıq hissi keçirir, elə həmin razılıq hissilə də pas
atmış lirasını minnətdarlıq ifadə eləyən ahəstə, şən, xoş bir zəbur surəsi üstündə kökləyir, oxuya-
oxuya da özünün lal, həmin qulağına çoxdan qurğuşun tökülmüş alayarımçıq məmnunluq
allahını bezikdirir. Və bu üzüntülü razılıq hissinin, hər cür minnətdarlığa layiq ağrı-acısızlığın
boğuq havasında onların ikisi də – yəni mürgü döyən alayarımçıq allah da, boğuq səslə surə
oxuyan alayarımçıq insan da əkizlərtək bir-birinə oxşayır.
Razılıq da, ağrı-acısızlıq da, sakit keçən günlər də çox gözəl şey imiş, nə dərd-sərin, nə də
sevincin haray salmağa cəsarət edir. Hamısı pıçıltı ilə danışır, barmaqlarının ucunda yeriyir.
Ancaq heyif ki, mən elələrindən deyiləm, bu cür razılığa, ortabablığa heç cür dözəmmirəm, bir
az keçən kimi ondan zəhləm gedir, iyrənirəm, ümidsizliyə, bədbinliyə qapılaraq başqa bir ab-
havaya qaçmalı oluram, yol yoldaşım sevinc, lap lazım gələndə isə iztirablar olur. Hərdən bircə
anlığa sevincsiz, ağrı-acısız qalanda, necə deyərlər, o rahat günlərin boğuq havası ilə nəfəs
alanda, mənim uşaq qəlbimdə elə dəhşətli bir tufan qopur ki, pas atmış liramı mürgü döyən
məmnunluq allahının razılıq yağan sifətinə çırpıram, içimi yandıran cəhənnəm əzabının od-
alovunu adi otaq hərarətindən üstün tuturam. Həmin dəqiqə içimdə çılğın hisslər sensasiya
həsrətli vəhşi bir ehtiras qaynayır, bu cılız, yeknəsəq, sığallı, düzənli həyata qarşı qəzəb baş
qaldırır, nəyisə – tutaq ki, bir mağazanı, ya kilsəni, ya da elə lap özümü darmadağın etmək
həvəsi oyanır, nəsə ötkəm bir səfehlik etmək, bəzi möhtərəm bütlərin pariklərini dartıb
qoparmaq, üsyan etmiş məktəbli cocuqların həsrətində olduğu bileti alıb, onları Hamburqa yola
salmaq, balaca bir qız uşağını aldadıb yoldan çıxarmaq və ya meşşan həyatının təbliğatçılarından
bir neçəsinin boynunu vurmaq istəyirəm. Çünki sidq ürəkdən nifrət etdiyim, ən çox çəkindiyim,
lənətlədiyim də elə bunlardı: belə razılıq, belə sağlamlıq, belə rahatlıq, belə sığallı meşşan
nikbinliyi, günü-gündən ətə-qana dolan, çiçəklənən miyanəlik, normal həyat tərzi, orta mövqe!
Qaş qaralmağa başlayanda həmin miyanə, adi günü bu cür ovqatla başa vurdum. Lakin onu
iztirablı bir adamın xeyrinə olan gün kimi hazır yorğan-döşəkdə, tələ tikəsi kimi adamı özünə
çəkən isidici ilə yola salmadım. Gündüz gördüyüm xırda-para işlər canıma yatmadı, özümü də
iyrəndirdi və dilxor-dilxor ayaqqabılarımı ayağıma keçirdim, paltomu geydim, dumanlı zülmət
gecədə şəhərin canına düşdüm, adətən köhnə vuranların dediyi kimi «bircə qədəh şərab» içmək
üçün «Dəmir dəbilqə» meyxanasına yollandım.
Beləliklə, artırmadan başlayan pilləkənlə aşağı düşməyə başladım. Bu, sanki, çətin çıxılan
qəriblik pilləkəni idi, üç ailəlik evin tərtəmiz silinib-süpürülmuş meşşanlıq pilləkəni idi və həmin
evin çardağında mənim hücrəm yerləşirdi... Bilmirəm necə olur ki, mənim kimi yurdsuz-yuvasız
yalquzaq, meşşan həyatına nifrət edən tənha bir adam həmişə meşşan evlərində qalır. Bu
sentimentallıq məndə çoxdan var: daxmalarda, proletar evlərində deyil, məhz həmişə çox
səliqəli, çox da darıxdırıcı olan tərtəmiz meşşan yuvalarında məskən salıram. Belə evlərdən
skipidar, sabun iyi gəlir, çöl qapısı bərkdən çırpılanda adam diksinir, çirkli ayaqqabılarla içəri
girməyə isə qorxur. Şübhəsiz ki, bu cür ab-havaya uşaqlıq çağlarından vurulmuşam və gizli bir
|