ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə39/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   31   32   33   34   35   36   37   38   39

1 Aşçılıq, yaxud bavurçuluq: hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rütbə. Bəkavulluqdan [yeməklərə nəzarət edən şəxsin ünvanı] aşağı dərəcədə bir rütbə.


1 Nağara: ənənvi olaraq hökmdarın qapısı önündə hər alacaqaranlıq və şəfəq vax­tın­da ça­lınan davul.


1 Qurbəyi: hərbi bir rütbə.

1 Mülazimət: bir neçə mənası var: yavər, xidmət etmək, müşayiət etmək, məiyyətdə ol­maq de­məkdir. Mü­lazim isə əski dönəmdə hərbi rütbə olub leytenant deməkdir.

1 Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi.

1 Rafizi: Babur bu təbirlə şiəliyi nəzərdə tutur.

1 Sədi Şirazidən.

1 Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qarşıl­ıqlı otura bi­lə­cə­yi şəkildə düzəldilmiş səbət.

2 Şəhribanu bəyimin güvəndiyi kiçık qardaşı Çikmən müharibəsində Sultan Hüseyn Mir­zə ilə savaşan [Baburun əmisi] Sultan Mahmud Mirzədir.

3 Çərşənbehi: sevimli qadın, cariyə, gözde, favori qadın.

1 Teymurun oğlu Miranşahın soyundan olan və Baburun babası Əbu Səidi də əhatə edən mir­zələr. Sultan Hüseyn Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır.

2 Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsərrüf qüdrəti verilmiş bir kütub olur.

1 Üstürlab: ulduzların dünyaya görə yüksəkliyini tapmaqda işlədilən bir astronomiya aləti, astrolyabiya. Heyət və ya elmi-heyət, yaxud nücum astronomiya deməkdir.

1 Divan: idarəçiliyə, ələlxüsus də maliyyə idarəçiliyinə baxan mərkəzi təşkilat və bu təş­ki­la­tın rəhbəri.

2 Pərvanə: hökmdarların əmr və fərmanlarını yazıb bildirən məmur.

1 Tümən sözü on min rəqəmini ifadə edir. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-26-cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar standartıdır.

1 Kimsan: süsləmədə istifadə olunan yarpaq, buta.

1 Türkcə nəşrdə bu şeir nəsrlə verilmişdir.

1 Nə asığ = nə xeyri.

1 Sədi Şirazidən.

1 Kütval: hərbi bir rütbə.

2 Bu iki sətir və altdakı duanın mətni özbəkcə nəşrdə yoxdur.

1 Təhbətəh – üst-üstə, qat-qat, lay-lay

1 Kirxər sözü erkək eşşəyin cinsi orqanı mənasına gəlir.

2 İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün keçməsi lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə qədər keçəcək müddət (ərin­dən boşansa - 100 gün, əri ölsə - 130 gün).

1Baranğar (döyüş cərgəsində olan ordunun sağ qolu), cavanğar (həmin ordunun sol qo­lu), ön (həmin ordunun mərkəzinin sağ tərəfi), sol (həmin ordunun mərkəzinin sol tərəfi).

2 Qol: döyüş cərgəsinə girəndə ordunun mərkəzinə (qəlb) verilən ad. Yasal: döyüş səfi. lb: döyüş cərgəsində ordunun əsas qüvvələrinin olduğu mərkəz.

3 Tabın: bölük, alay.

4 Boy: döyüş cərgəsinə girmiş ordunun mərkəzindəki özəl bir bölüyə verilən ad.

5 Mücərrəd: təcrid edilmiş; soyulmuş; tək.

1 Quran, 2:249.

1 Təsbit olunan bu tarixlərin hər ikisindəki sözlərin hərflərinin cəmi əbcəd hesabı ilə 913 edir.

1 Baburun xatirələri burada kəsilir, təxminən on bir illik fasilədən sonra ye­nidən başla­yır. Yəni kitabda 914-cü ilin əvvəllərindən 925-ci ilə qədər olan (may 1508-3 yanvar 1519) dövr yoxdur. Bu dövrdə baş verən hadi­sə­lər aşağıdakı şəkildə cərəyan etmişdir: Ba­bur bu moğol üsyanını yatırmışdır. Şeybani xanın üstünə qoşun çəkən Şah İsmayıl Xətai onu Mərv­­də məğlub edə­rək öldürmüş və Xorasan bölgəsini istila etmişdi­r. Şeybani xanın ölü­mün­dən sonra Babur ata yurdunu yenidən ələ keçirmək arzusu ilə Qun­duza gəlmiş, ancaq arzusuna nail ola bilməmiş və Şah İsmayıla tabe olaraq onun­la müqavilə bağlamışdır. Onun yardımıyla güclənərək Hisar, Buxara, Sə­mər­qənd və Daşkəndi almışdır. Lakin əvəzində şiəliyi qəbul etməsi lazım gəl­mişdir. Xalq və qoşun bunu bəyənməmişdir. Nəticədə Babur zə­if­ləyərək özbəklərə məğlub olmuş və yenidən Şah İsmayıldan kömək istəmişdir. Yenə ye­nilmiş, əvvəlcə Hisara, sonra Qunduza çəkilmiş, iki il orada qalıb fürsət gözləmişdir. Ya­vuz Sultan Səlimin 920-ci ildə (1514) Şah İsmayılı Çaldıran savaşında yenməsi nəticəsində Babur təkrar Kabilə qayıtmışdır. Ordusunu qüvvətləndirmiş, qardaşlarındən və onların çı­xar­dığı qarışıqlıqdan qurtul­muş, Hindistana hücumlar etməyə başlamışdır.


1 Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə.

1 Bu sözün təfsilatı belədir ibarəsi ilə başlayan abzasdan buraya qədər olan hissə rusça nəşr­də buraxılmışdır.

1 Teymur bəy Hindistan səfərinə 1398-ci ilin martında başlamış və Dehli kimi uzaq yer­lərə qədər axın edib yağmaladıqdan sonra 1399-cu ilin aprelində Səmərqəndə dönmüşdü.

1 Pərgənə: Hindistanda böyük vilayətlərə tabe olan daha kiçık ərazi-inzibatı vahidlərinə ve­rilən ad.

2 Kurur: Hindistanda on milyona uyğun gələn bir rəqəm.

1 Səbuhi: sərxoşluğun axşamdan qalma halını ötürmək üçün səhər vaxtı içki içmək.

1 Xənzəl: yabanı qabaq, Hindistanda yetişən acı bir meyvə.

1 Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar.

2 Baburun xatirələrinin bir qismi itmişdir. 926-cı ilin əvvəllərindən, yəni 12 dekabr 1520-ci ildən 932-ci ilə, yəni 18 oktyabr 1525-ci ilə qədər olan hissəsi yoxdur.

Bu müddət ərzində aşağıdakı hadisələr baş vermişdir. 926-cı ildə Ba­bur üçüncü Hindis­tan səfərinə çıxmışdır. Həmin il Xan Mirzə Bədəxşanda öl­düyü üçün Babur böyük oğlu Hü­mayunu oraya vali təyin etmişdir. Qəndə­har bölgəsini ələ keçirdikdən sonra Qəhdəhar şəhə­rini almağa çalışmış və 928-ci ildə buna nail olmuşdur.



929-cu ildən etibarən Baburun Hindistandakı işləri də asanlaşmışdır, çünki bəzi əfqan bəyləri Sultan İbrahim Ludiyə qarşı mübarizədə ondan kö­mək istəmişlər. Bu bəylərin dəstə­yindən faydalanan Babur 930-cu ildə yeni­dən Hindistana girmiş, Lahor və Dibalpur şəhər­lə­rini almış, Pəncabın böyük hissəsini ələ keçirmişdir. Ancaq Babur Kabilə döndükdən son­ra ona kö­mək edən əfqan bəyləri Pəncabı almaq sevdasına düşmüşlər.


1 Əşrəfi: altın sikkələrə verilən ümumi ad. Təngə: gerçək dəyəri bu gün dəqiq bilin­mə­yən bir pul vahidi.


1 Məhəmməd Salih: «Şeybaninamə» əsərinin müəllifi.

2 Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi siyasəti haqqında nəzm­lə yazılmış əsəri.

3 Quran, Fəth surəsi, 48:10.

1 Quran, Əraf surəsi, 7:23.

1 Sədi Şirazidən.

1 963-1187-ci illər arasında hökm sürən Qəznəvi türk dövlətinin başına 998-ci ildə ke­çən Sultan Mahmud hakimiyyətini Hindistana qədər genişlətmiş və Lahoru Bəlxdən son­ra üçüncü dövlət mərkəzi etmişdir. 1031-ci ildə öldükdən sonra oğulları taxta keçərək 1186-cı ilə qədər Pəncab bölgə­sində hökm sürmüşlər.

2 Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəhabəddin Quri qəznəvi­lərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə bu xanədana son vermiş və Hindis­tan iç­lə­­ri­nə səfərlər edərək burada Quri hakimiyyətini qurmuşdur. Onun xanədanından gə­lənlər Şi­ma­li Hindistanda 1206-cı ilədək hakimiyyət sürmüşlər.

1 Sultan Hüseyn Cunpurdakı Şərqi sultanlarının sonuncusudur, 1458-79-cu illər arasında hökm sürmüşdür.

1 Seyidlər sülaləsindən olan Sultan Əlaəddin [Ludi] 1446-51-ci illər, Bəhlul Ludi 1451-89-cu illər, oğlu Sultan İskəndər isə 1489-1517-ci illər ara­sında hökm sürmüşdür.

2 Sultan Müzəffər 1512-26-cı illər arasında hökmdarlıq etmişdir.

3 Bəhmənilər xanədanı Dəkkən bölgəsində 1347-1527-ci illərdə hökmdarlıq et­miş­dir.

4 Sultan Mahmud 1512-31-ci illər arasında hökm sürmüşdür.

1 Bu həbəşin adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah olmuşdur.

2 Sultan Əlaəddin 1497-1519-cu, oğlu Sultan Nüsrət şah isə 1519-32-ci illər arasında hökm­dar olmuşdur.

3 Bicangər racəliyi Dəkkəndə 1336-cı ildə qurulmuşdur və bu sülalədən gələn racələr 1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri tərəfindən yenilib Bicangər şəhəri yıxılanadək hökm sürmüşlər.

1 Buğu: geyik, ren geyiyi. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad ki­mi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur.

2 Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir.

1 Arxarqulça: qızıl geyik.

1 Çir: kiçik bir quş növü.

1 Sona: erkək çöl ördəyi, dişisinə bürçin deyilir.

2 Sanduvaç: bülbül, yaxud kanarya növündən bir quş.

1 Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki.

1 Səhv olduğu hamı tərəfindən bilindiyi halda işlənən söz.

1 Orijinalda kəbisə adlanan bu aylara qriqori təqvimində visokos ay, yəni fevralı 29 gün olan ay deyilir.

2 Şərq təqvim sistemləri, bürclər və aylar haqqında ətraflı bilgi üçün bax: Ramiz Əskər. Təqvimdən-təqvimə, iqlimdən-iqlimə. Bakı, İşıq, 1987.

1 Bu cümlə rusca nəşrdə yoxdur.

1 Bu cümlə türkcə nəşrdə buraxılmışdır.

1 Gili-məxdum: bir cür torpaqdır, zəhərlənməyə qarşı dərman olaraq işlədilir.

1 Ser/sir: indi qarşılığı tam olaraq bilinməyən bir ağırlıq ölçüsüdür.

1 Nə vaxtadək günah işlərdən zövq alacaqsan,

Tövbə həm biməzə deyil, ona bax.



2 Üsyan – şəriətə əməl etməmək.

3 Hirman – məhrum olma, əl üzmə; qovulma.

4 Qəzv – qəzavat, cahad.

1 Cəzm – əhd.

2 Dur – uzaq.

3 Mənahi – mən edilən, yasaq olunan şeylər.

4 Altunü nüqrə – qızıl və gümüş.

5 Sürahiyü əyağ – şüşə və qədəh.

6 Saqqal buraxmaq: kafirlərə qarşı səfərə çıxanda, qələbəyə qədər saç və ya saqqalın kə­silməyəcəyi barədə içilən and.

1 Bu fərmanın orijinalı farscadır.

2 Bu abzas ərəbcədir. Özbək nəşrində ərəbcə verilmişdir.

3 Quran, Yusif surəsi, 12:53.

4 Quran, Hədid surəsi, 57:21.

5 Quran, Hədid surəsi, 57:16.

6 Quran, Əraf surəsi, 7:23.

1 Quran, Əraf surəsi, 7:143.

2 Quran, Maidə surəsi, 5:90.

3 Quran, Bəqərə surəsi, 2:181.

1 Şahnamə əsərindən.

1 Quran, Ənam surəsi, 6:45. Farsca olan fərmanın kursivlə verilən qismi ərəbcədir.

2 Quran, Abəsə surəsi, 80:42.

1 Quran, Bəqəra surəsi, 2:34.

1 Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəmbərimiz tərəfin­dən müjdələnən on adam: hz. Əbubəkr, hz. Ömər, hz. Osman, hz. Əli, hz. Talha, hz. Zü­beyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cərrah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas.

2 Quran, Ali-İmran surəsi, 3:21.

3 Quran, Nur surəsi, 24:40.

4 Rana Sankanın taygöz olmasına işarə edilir. Rananın bir gözü kor idi.

5 Quran, Ənqəbud surəsi, 29:6.

6 Quran, Tövbə surəsi, 9:73.

1 Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi Əshamə tərəfindən Yəmənə hökmdar təyin edilən Əbrəhə bin Səbbah-ül-Əşrəm və ordusu fil sahibləridir. Ziyarətçiləri Kəbə ye­rinə öz bölgəsinə çevirmək istəyən Əbrəhə Sənada Qülleys deyilən bir kilsə tikdirir. Kinanə qəbiləsindən bir adam isə bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bun­dan qəzəb­lənən Əbrəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir.

Yanında ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əbrəhə bu fillərlə Kə­bəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərəkətsiz qalır, başqa səmtlərə yönəl­dil­dikdə isə qaçaraq gedirdilər. Allah Əbrəhənin ordusunun və fillərinin təpəsinə sürülərlə quş­lar göndərib hamısını öldürdü. Hz. Məhəmmədin bu hadisənin baş verdiyi il içində do­ğul­ması bu ilə "fil ili" adının verilməsinə səbəb olmuşdur.



1 Quran, Səf surəsi, 61:4.

2 Quran, Bəqərə surəsi, 2:5.

3 İnna fətəhna: «bizlər fatehlərik" cümləsi bayraq dirəkləri kimi dimdik yüksələn əlif­lərlə başlayır və bitir mənasındadır.

4 Radəndaz: savaşda yüksək nəslə nərə cəkib düşməni vahiməyə salan dəstə.

1 Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit.

1 Quran, İbrahim surəsi, 14:29.

2 Quran, Tövbə surəsi, 9:52.

1 Quran, Möminin surəsi, 23:102.

2 Quran, Qəəriyyə surəsi, 101:5.

1 Firdövsinin Şahnaməsindən. Dini təsəvvürə görə, göylər yeddi, yer isə beş təbəqədir. Şair demək istəyir ki, toz üzündən göylər səkiz, yer isə altı təbəqə olmuşdur.

2 Quran, Ali-İmran surəsi, 3:139.

3 Quran, Səf surəsi, 61:13 və Tövbə surəsi, 9:112.

4 Quran, Fəth surəsi, 48:1.

5 Quran, Fəth surəsi, 48:3.

6 Quran, Qəəriyyə surəsi, 101:5 və 101:4

1 Quran, İsra surəsi, 17:46 və Əhzab surəsi, 33:38.

1 Yazı – çöl.

2 Küffar – kafirlər.

3 Hünud – hind sözünün cəmi, hindlər.

4 Hərbsazi oldum – hərb elədim, savaşdım.

5 Fəthi-padşahi-islam: (islam padşahının fəthi) ifadəsindəki hərflərin əbcəd hesabı ilə cəmi 933 (=1527) edir.

6 Vəsəti-şəhri-rəbiüləvvəl: (rəbiül-əvvəl ayının ortası) ifadəsindəki hərflərin əbcəd hesa­bı ilə cəmi 930 (=1524) edir.

1 Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları.

2 Təqti: ədəbiyatda mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma.

1 Baburun bu sözləri farscadır.

1 Fəthi-darül-hərb: kafir diyarının fəthi deməkdir. Əbcəd hesabı ilə 934 (=1527) edir.

1 Burada 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş yarım ayı əhatə edən və açıq­lanmayan bir qop­ma vardır.


1 Hicri tarixlə 630-cu ildir (=1232/3).

1 Rana: Hindistandakı yerli hökmdarların titulu.

2 Urğamçı və ya ərğəmçi: Baburda yüksəklik ölçüsü kimi işlədilir.

1 Mətni Baburun «Seçilmiş əsərləri»nin (Bakı, MBM, 2011) 270-289-cu səhi­fəsindədir.

2 Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) VII əsri şairi Kəəb bin Zübeyr tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir.

1 Şahi-səadətmənd əbcəd hesabı ilə 934 (=1528) edir.

1 Nizaminin Xosrov və Şirin əsərindən.

2 Sədi Şirazidən.

1 Əlik çağatayca barmaq, cəv isə farsca arpa deməkdir.

2 Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü.

1 Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sentyabr 1529) kəsilir. Ondan son­ra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları itmişdir. Ba­bur 937-ci ilin 5 cümadüyüləvvəl günü (25 dekabr 1530) vəfat etmişdir.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin