ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə37/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   31   32   33   34   35   36   37   38   39

LAHORDAKI İTAƏTSİZLİK HADİSƏLƏRİ
Şeyx Şərif Qarabağinin Əbdüləzizin [Miraxur] təşviqi ilə və ya ona bağ­lılığın­dan edilməyən zülm və olmayan zalımlıqları bizim etdiyimizz ifti­rasında bulu­naraq sənədlər tərtib ediib Lahor mollalarının adlarını da zorla yazdırıb surətlərini digər şəhərlərə göndərərək oralarda da bir hərəkət oyan­dırmaq niyyətində olduğu və Əbdüləzizin də bir neçə əmrə itaət etməyərək hər cür nalayiq söz­lər söyləyib hərəkətlərdə bulunduğu Kabildən gələnlər­dən eşidilmişdi.

Bu üzdən bazar günü, ayın on birində [=17 iyul] Şeyx Şərif ilə Əbdül­əzizi və Lahorun mollalaryla irəli gələnlərini hüzura gətirməsi üçün Qənbər Əli Lahora göndərildi.

Cümə axşamı günü, ayın on beşində [=21 iyul] Ticarədən Çin Teymur Sultan gəlib mülazimət etdi. O gün pəhlivan Sadiq ilə böyük Udi pəhlivan (381 b) güləşdilər. Sadiq Udini yarı yarıya yıxdı, amma çox zəhmət çəkdi.

Bazar ertəsi günü, ayın on doqquzunda [=25 iyul] qızılbaş elçisi Mur­ad Qurçu Qacara dəyərli daşlarla işlənmiş kəmərli bir xəncər və münasib bir xələt geydirilərək iki lek təngə ehsan edilib getməsnə izin verildi.


GÜVALYARDA DÜŞMƏNÇİLİK FİTNƏSİ
O günlərdə Güvalyardan Seyid Məşhədi gəlib Rəhimdadın düşmənlik fitnəsini ərz etdi. Xəlifənin nökəri Şah Məhəmməd Möhürdar bir çox nə­sihətli sözlər yazılaraq onun yanına göndərildi. Getdi və bir neçə gün sonra Rəhimdadın oğlunu da özü ilə gətirərək gətirərək döndü. Gərçi oğlu gəl­mişdi, lakin özünün gəlməyə niyyəti yoxdu.

Onun qorxusunu rəf etmək üçün çərşənbə axşamı günü, zilhiccə ayı­nın beşində [=11 avqust] Nur bəy Güvalyara göndərildi. Bir neçə gün sonra Nur bəy gəlib Rəhimdadın istək­lərini ərz etdi. İstədiyi tərzdə fərmanlar ha­zırlayıb göndərmək üzərəykən bir adamı gəlib «Məni oğlunu qaçırmaq üçün göndərdi, gəlmək niyyətində deyildir» deyə ərz etdi.

Bu xəbər gəlincə biz dərhal Güvalyar üzərinə hərəkət etmək istədik. Amma Xəlifə «Mən də bir dəfə nəsihətamiz bir məktub yazıb göndərim, bəl­kə yola gələr» deyə ərz etdi. Bu iş üçün Şəhabəddin Xosrov göndərildi.

Cümə axşamı günü, ayın on yeddisində [=13 avqust] (382 a) Mehdi Xoca Ətavədən gəldi. Bayram günü Hindu bəyə bir dəst xassə libas, qiy­mət­li daşlarla işlənmiş kəmərli bir qılınc və cins bir at ehsan edildi. Türk­mən­lər arasında Çağatay deyə məşhur olan Həsən Əliyə bir dəst paltar, qiy­mətli daşlarla işlənmiş kəmərli bir xəncər və yeddi leklik pərgənə ehsan edildi.

Çərşənbə axşamı günü, məhərrəm ayının üçündə [=3 sentyabr] Şəha­bəddin Xosrov ilə birlikdə Şeyx Məhəmməd Qövs Rəhimdada şəfaət di­ləyi ilə Güvalyardan gəldi. Dərviş və əziz bir adam olduğundan onun xətrinə Rə­himdadın gü­nahını bağışlayıb Şeyx Gü­rən ilə Nur bəyi Güvalyara göndər­dim ki, Güvəlyarı bunlara tapşırıb... 1.

MƏTNƏ EDİLƏN ƏLAVƏLƏR
Bədəxşanda olan Məhəmməd Hümayunu [Baburun oğlu] bir ildən bəri görməmişdik. Bizim üçün darıxdığına görə Bədəxşanı qaynatası Süleyman Mir­zəyə tapşırıb bir gün Kabilə gəlir. Kamran Mirzə də Qəndəhardan Kabi­lə gəl­­mişmiş. Bayram meydanında görüşüb heyrətlə bu gedişin səbəbini so­ruşmuş. Məhəmməd Hü­mayun da bizim üçün darıxdığını söyləyərək Hindal Mirzəni Kabildən Bədəxşana göndər­dikdən sonra dərhal bizə doğru hərəkət edir. Bir neçə gün sonra xilafət mərkəzi olan Aqraya gəlib anası ilə onun haqqında danışıb oturarkən içəri girdi. Könüllər çiçək kimi açılaraq gözlər işiq kimi parladı. Hər gün ziyafət verilirdi, lakin onun şərəfinə xüsusi olaraq böyük bir ziyafət verib əyləncələr tərtib etdik. Uzun zaman birlikdə olaraq sə­mimi ünsiyyət qurduq. Həqiqətən, söhbətdə misilsizdi, mükəmməl bir in­san idi.

Məhəmməd Hümayunun Bədəxşandan gəldiyi zaman Kaşğar xanla­rından olub bi­zə də qohumluğu çatan Sultan Səid xan [oğlu] Reşid xanı Yar­kənddə qoyub boş bir xəyalla Bədəxşan tərəfinə hərəkət etmişdi. Lakin o Bə­­dəxşana varmadan az əvvəl Hindal Mirzə gedib Qaleyi-Zəfərə girmişdi. Sultan Səid xan da üç ay mühasirədən son­ra heç bir şey edə bilmədən geri qa­yıtmışdı.

Bizə isə kaşğarlıların gəlib Bədəxşanı aldıqları şəklində xəbər gəlmiş­di. Biz də Xoca Xəlifəyə Bədəxşana gedib nə etmək lazımsa elə də etməsini əmr etdik. Amma o, düşüncəsizliyindən bunu qəbul etmədi. Məhəmməd Hü­mayuna «Sənin getmən necə olar?» dedik. O da «Əmrə çarə yoxdur, la­kin öz arzumla hüzurdan ayrılmamağa söz verdim» deyə cavab verdi. Onun üçün Süleyman Mirzənin Bədəxşana getməsinə izin verildi.

Sultan Səidə də «Bizim sizdə bu qədər haqqımız olmasına baxma­ya­raq sizin belə iş görməyiniz bizə qəribə gəldi. İndilik Hindal Mirzəni yanı­mıza çağıraraq [Hümayunun qaynatası] Mirzə Süleymanı göndərdik. Haq­qıma ria­yət edərək Bədəxşanı bizim oğlumuz Mirzəyə təslim etsəniz, yaxşı; yoxsa bizim günahı üzərimizdən atıb mirası varisinə təslim edəcəyimizi bil­sinlər» deyə yazdıq.

Mirzə Süleyman hələ Kabilə varmadan düşmən Bədəxşandan əl çəkib sükunət təsis etmiş, Mirzə Süleyman Bədəxşana vardıqdan sonra da Hindal Mirzə şəhəri ona təslim edib Hindistana hərəkət etdi.

Məhəmməd Hümayuna qərargahı olan Sənbələ getməsinə izin verildi. Altı ay qədər orada oldu. Belə görünür ki, oranın suyu və havası ona düşmə­di. Qızdırmaya tu­tulurmuş. Get-gedə bu, uzun çəkməyə başlayır. Bunu du­yunca mahir təbiblərə göstərib xəstəliyini tədavi etmək üzrə onu əvvəlcə Dehliyə və oradan da gəmiylə buraya gətirmələrini əmr etdim. Çay yoluyla bir neçə gündə gətirdilər.

Təbiblərin bütün tədavilərinə baxmayaraq yaxşılaşmadı. Böyük bir adam olan Mir Əbülqasım «Belə xəstəliklərin əlacı budur: tanrı təalanın səh­hət ver­məsi üçün yaxşı şeylərdən birini nəzir demək lazımdır» deyə söylədi. «Məhəmməd Hümayunun məndən başqa daha yaxşı bir şeyi yox­dur; mən özümü nəzir edim, Allah qəbul etsin», deyə ağlıma gəldi.

Xoca Xəlifə və digər yaxınlar «Məhəmməd Hümayun necə olsa yaxşı­laşar, siz bu sözü nə üçün ağzınıza alırsınız. Bunu etməkdə məqsəd dünya malından yaxşı bir şeyi nəzir etməkdir. Məsələn, İbrahim savaşında ələ ke­çən və Məhəmməd Hümayuna ehsan etdiyiniz almazı nəzir etmək lazımdır» deyə danışdılar.

«Onun əvəzində dünya malı nədir ki? Onun vəziyyəti pis olduğu üçün mən də özümü ona fəda edirəm. İş o dərəcə vahiməlidir ki, mən onun halsız­lığına dözə bilmirəm» dedim. O vəziyyətdə gedib üç dəfə baş ucunda dola­naraq «Nə dərdin varsa, mən öz üzərimə aldım» dedim.

Bundan sonra mən ağırlaşdım, o, yüngülləşdi. O sağalıb qalxdı, mən isə xəstə olub yıxıldım.

Dövlətin irəli gələnlərini və məmləkət ərkanını çağırıb biət əllərini Hü­­mayunun əllərinə verib onu yerimə və vəliəhdliyə təyin etdim, taxtı ona təslim etdim. Xoca Xəlifə, Qənbər Əli bəy, Turdu bəy, Hindu bəy və bu qə­rarda hazır olan digər kimsələrin hamısı də qəbul edib bağlandılar.

Doqquz yüz otuz yeddinci ildə, cəmadiyüləvvəl ayının altısında, pad­şah öz əliylə tikdiyi çarbağda bu vəfasız aləmlə vidalaşdı. Tarix, mər­siyə, qəsidə və tərkiblər söyləyən böyük müasirlər arasından Mövlana Şəhab Mü­əmmai bu misranı tarix düşürdü:

Hümayun bud varisi-mülkiyu

Hümayun məmləkətinin varisi oldu.

O qabiliyyətli padşahın məziyyətlərini söyləməklə və yazmaqla bitir­mək mümkün deyil. Lakin qısaca budur. Bu səkkiz əsl sifət onun şəxsiınə xasdı: 1. Yüksək mühakimə. 2. Müstəsna himmət. 3. Vilayət almaq. 4. İdarə etmək. 5. Abadlıq. 6. Tanrı təala bəndələrinə rifah istəyi. 7. Əsgərin könlünü qazanmaq. 8. Ədalətli olmaq.

Fəzilət babında əskiyi yoxdu. Türkcə və farsca nəzm və nəsir söylə­mək­­də misilsizdi. Bilxassə türkcə divanında təzə məzmunlar tapıb söylə­mişdir. Bir də Mübin adında bir məsnəvi kitabı vardır, dil bilən oxumuş xalq arasında onun qədər lətifi yoxdur. Xoca Əhrarın tərtib etdiyi Validəyyə adlı bir risaləni bu padşah nəzmlə çevir­mişdir. Baburiyə dedikləri bu kitabı türk­cə bilməyənlərə asan olması üçün Bayram xanın oğlu Mirzə xana türk­cə­dən farscaya tərcümə etməsini əmr etdi.

O padşah musiqi elmindən də anlardı. Bu rübaini farsca söyləmişdir:

Dərvişanra əgər nə əz xoy-e-şanəm,

Leyk əz dilü can müqtəd işanəm,

Dur əst miquy şahi əz dərvişi,

Şahəm, vəli bəndeyi dərvişanəm.


Dərvişlərlə bir qohumluğum olmasa da

Onlara can və könüldən bağlıyam,

Sahlıqla dərvişlik bir-birindən uzaq deyil,

Mən şaham, lakin dərvişlərin bəndəsiyəm.

Farsca bu mətləni söyləmişdir:

Həlak mikondəm firqət tu danistəm,

Və gər nə rəftən əz in şəhr sitvanistəm



Bilirəm, səndən ayrılmaq məni həlak edir,

Elə olmasaydı, bu şəhərdən gedə bilərdim.

Bu mətlə də onundur:

Ta bə zülfi siyahəş dil bəstəm,

Əz pərişani-ye aləm bəstəm.



Sənin qara zülfünə könül bağlayandan bəri

Cahanın pərişanlığından qurtuldum.

O padşahın əruz və qafiyə barədə də risalələri vardır. Bunlardan biri Müfəssəl adında və bu elmin açıqlanması haqqındadır və fövqəladə də yaxşı tərtib edilmişdir.

Tanrə təala o padşaha dörd oğul və üç qız ehsan etmişdi. Oğulları Mə­­həmməd Hümayun padşah, Kamran Mirzə, Əsgəri Mirzə və Hindal Mirzə­dir, qızları isə Gülrəng bəyim, Gülçöhrə bəyim və Gülbədən bəyimdir. Bu üç qız eyni anadan­dır.

Bu padşahın heç bir söhbətinin dışında buraxmadığı bir neçə təbiət əhli bunlardır:

Əbülbəqa elmi-hikmət [fəlsəfə ilə əlaqəli mövzuları tədqiq edən elm] babında misilsizdi. Şeyx Zeyn Sədr isə Zeynəddin Hafinin nəvəsiydi, işlək bir zəkası vardı, nəzm və nəsrdə qabiliyyətli idi, Hümayun padşah zamanın­da əmir də olmuşdu. Şeyx Əbülvahid Fariği Şeyx Zeyn Hafinin əmisidır, zövq sahibiydi, şeir də söyləyirdi.

Sultan Məhəmməd Kosa Mir Əli Şirin müsahiblərindəndi və padşah məclisində etibar görərək yüksəlmişdi.

Mövlana Şəhab Müəmmai isə Fəqiri təxəllüsünü işlədirdi, fəzl və şeir­dən nəsibi var­dı.

Mövlana Yusif təbibdi və Xorasandan çağırmışdı, nəbzə baxmaq və təş­his qoymaq onun işiydi.

Sürx Vidal türkcə və farsca nəzm söyləyirdi.

Molla Bəqai də çox qabiliyyətli idi, Məxzən ül-əsrar vəznində padşah adına bir məsnəvi söyləmişdi.

Xoca Nizaməddin Əli Xəlifənin xidmət, səmimiyyət və vəzirlikdə ağıl və tədbiri var­dı, padşahın hüzurunda hörmət və etibarı o qədər böyük idi ki, sözü əksərən qə­bul edilirdi. Tibdən də başı çıxırdı.

Mir Dərviş Məhəmməd Sarban Xoca Əhrarın yaxşı müridlərindəndi. Xoşsöhbət bir adamdı və fəzilətindən dolayı hüzurda yaxınlıq və etibar qa­zan­mışdı.

Xandəmir tarixçi və mümtaz bir adamdı, əsərləri xalq arasında məş­hur­dur. Həbib üs-siyər, Xülasət ül-əxbar, Düstur ül-ənvar və digər əsərləri vardır.

Xoca Kəlan bəy əmirlərindəndi və padşahın özəl xidmətində çalışırdı, fəziləti və yüksək qabiliyyətilə tanınmışdı.

Onun kiçık qardaşı Kiçık Xoca da möhürdar və yaxın adamlarındandı, o da padşahın özəl xidmətində idi.

Sultan Məhəmməd Dulday böyük əmirlərindən idi, xoştəbiət bir adam idi.

Vallahü bikülli şeyin alim.

QEYDLƏR VƏ İZAHLAR
Bu qeydlər və izahlar «Baburnamə»nin türkcə, özbəkcə və rusca nəşr­lə­rində verilən izahlar və bəzi məlumat-soraq mənbələri əsasında tərtib edil­mişdir. Biz tərcümə boyu mətnaltı haşiyədə bəzi terminlərin mənası açıq­la­mış, şəxslər, coğrafi məntəqələr və s. haqqında kiçik bilgilər vermişdik. La­kin ana mətni bu cür bilgilərlə çox yükləməməyə çalışdıq. Ona görə də bu­ra­da bəzi ifadə və ter­min­lərin geniş şəkildə açıqlanmasını münasib gör­dük.

Kitabın türkcə tərcüməsinin sonunda verilən və Timur Gürkan tərə­fin­dən hazır­lanan Notlar həddindən artıq geniş və əhatəlidir. Baburda işlənmiş bu və ya digər terminin izahı zamanı Orxon-Yenisey abidələrini, Kitabi-Də­də QorqudManas dastanlarını çıxmaq şərtilə Divanü lüğat-it-türk, Qu­tadğu bilig, Turfan mətnləri, Kodeks Ku­ma­nikus kimi əski türk yazılı mətn­lə­rin­dən, habelə Şəm­səddin Saminin Qa­musi-türki, Şeyx Süleyman Əfəndi Buxarinin Lüğati-ça­ğatayi və türki os­mani, V.V.Radlovun Versuch eines Wör­terbuches der Türk Dialecte lü­ğət­lərindən, eləcə də ibn Mühənnanın və Əbu Həyyanın, K.K.Yudaxinin, P.de Kurteylin, N.Poppenin, Y.T.Zen­kerin, S.L.Kingin lüğətlərindən və s. və i.a. mənbələrdən istifadə et­­­mişdir.



Baburnamənin rusca nəşrinə M.Salyenin və D.Voronovskinin əla­və et­dikləri Qeydlər qismində izaha ehtiyac duyulan açıqlamalar həm fə­si­­llərin sonunda, həm də kitabın axırında eyni şəkildə veril­miş­dir. Biz isə bəzi qeydləri hər səhifədə mətnaltı haşiyədə qısa, axırda isə da­ha geniş şə­kildə verməyi qərara aldıq. Biz buraya özəlliklə Hindistana xas olan heyvan, quş, bitki və gül adlarının hamısını daxil etmədik, çünli Babur özü onları təsvir və izah etmişdir.

Təbii ki, bu qeydlər və izahlar mükəmməllikdən uzaq və iddiasızdır. Çünki bundan 500 il əvvəl çağatay türkcəsində hərbi, siyasi, ictimai, iqtisadi, ərazi-inzibati, mədəni sahələrdə işlənmiş bir çox terminin müasir dildə qar­şı­lığını tapmaq çətin, bəzən isə qeyri-mümkündür. Lakin Baburun işlətmiş olduğu ifadə və terimlərin heç olmazsa qismən anlaşılması üçün bu qeydlər və izahlar vacibdir. Oxucularımızın əfvinə sığınırıq.


Abdullah Hatifi: Əbdürrəhman Caminin qohumu, vəfatı: 927=1521-cu il.

Ağ axça: gümüş pul, sikkə. Bax: təngə yarmaq.

Ağa, ağaça/ağaçə: yaşça böyük deməkdir. Sonralar siyasi mə­­na qa­zana­raq titula çevrilmiş, hər hansı bir quruma rəhbərlik edən şəxsin ün­va­nı ol­muşdur. Məs.: Süleyman ağa (İraq elçisi), Hüseyn ağa (Sistan elçisi). Bu tə­bir eyni zamanda nüfuzlu kişilərin adı və ya adının tərkib hissəsi kimi mü­şa­hidə edilir. Məs.: Ağa Hüseyn. Qadınlarda isə sadə xalqdan olan, ailə qur­maq yolu ilə ali zümrəyə girmiş olan xanımlar üçün işlənir. Məs.: Ağa bə­yim, Ümid ağa­çə, Minqli Bi ağaça və s.

Ağac (orijinalda: yığac): Baburun ağac ilə göstərdiyi məsafə bugünkü öl­çülərə görə 4-8 ingilis mili arasında dəyişir. Orta qiyməti 6 km-dir.

Ağırlıq ölçüləri: (Hindistanda):

8 reti = 1 maşə, təxminən 0,2 qram.

4 maşə = 1 tank = 32 reti, təxminən 0,8 qram.

5 maşə = 1 misqal = 40 reti, təxminən. 4,1 qram.

12 maşə = 1 tülə = 96 reti, təxminən 10,2 qram.

14 tülə = 1 sər, təxminən 143,5 qram.

40 sər = 1 batman, təxminən 5,74 kiloqram.

12 batman = 1 mani, təxminən 73 кг.

100 mani = 1 minasə, təxminən 729,8 кг.

Axtaçı: hökmdarın atlarıyla məşğul olanlar mehtər, veterinar.

Aqan: Hindistanda qış fəslinin ilk ayının adı. Bax: ay.

Aqra zəlzələsi: 911-ci il səfər ayının 3-də (15 iyul 1505-ci ildə) baş ver­mişdir.

Almaz: 787 karatlıq məşhur almaz. Cilalandıqdan sonra 280 karat ol­muşdur. Babur həmin almazı Hümayuna bağışlamışdır.

Amu-Dərya: orta Asiyanın iki əsas çayından (digəri Sır-Dərya) biri. Barlas: Əmir Teymurun mənsub olduğu türk boyu..

Arça: şam və ardıc kimi izah edilir, bizcə, arçan ağacıdır.

Ardçı: bax: çağdavul.

Arğamcı/urğamçı: məsafə (hündürlük) ölçüsü. 70-90 sannti­metrdir. Bəzi mütəxəssislərin fikrincə, 7-8 gəz, yaxud 20 zira uzunluğunda­dır [zira: dir­sək­dən orta barmaq ucuna qədər olan bir uzun­luq ölçüsü].

Arğun: türk boyu.

Arxarqulça: qızılkeyik. Geyikin bir növü.

Arpa: bax: cev.

Asəfi: bu təxəllüsü vəzir oğlu olduğu üçün qəbul etmişdir. Burada şai­rin öz atası deyil, Sü­leyman şahın əfsanəvi vəziri Asəf nəzərdə tutulur.

Aşçı/aşpaz: bax: bavurçu.

Aşçılıq/bavurçuluq: hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rüt­bə. Bəkavulluqdan [yeməklərə nəzarət edən şəxsin ünvanı] aşağı dərəcədə bir rütbə.

Ata-bəy: bax: atəkə, bəy-atakə.

Atakə: əslində ata əkə «böyük qardaş» sözlərindən ibarət bir söz­dür. Gənc şah­zadə­lərin tərbiyə edilməsi və onlar üçün ayrılmış vilayət­lərin idarə­si ilə məşğul olan şəxsin titulu. Bizdəki atabəy və lələ titu­lu­na uyğundur.

Ay-balta: təbərzin, kəsən tərəfi, yəni ağzı aypara şəklində olduğu üçün belə adlanır.

Ayı(ğ) otu: ayı otu; Fərqanədə mehr-giyah otuna verilən ad.

Aylar və fəsillər: Hindistandakı aylar və fəsillər bunlardır:

Yay fəsli ayları:

Çitar hut [balıq bürcü] 21 fevraldan başlanır.

Bisaq həməl [qoç bürcü] 22 martdan başlanır.

Çit səvr [buğa bürcü] 22 apreldən başlanır, şiddətli isti olur.

Əsar cövza [ekizlər bürcü]22 maydan başlanır, şiddətli isti olur.

Yağmur fəsli ayları:

Savən sərətan [xərcəng] 22 iyundan başlanır, şiddətli ya­ğış yağır.

Badun əsəd [şir bürcü] 24 iyuldan başlanır, şiddətli yağış yağır.

Küvar sünbülə [başaq, qız bürcü] 24 avqustdan başlanır.

Katik mizan [tərəzi bürcü] 24 senytabrdan başlanır.

Qış fəsli ayları: Aqan əqrəb bürcü 24 oktyabrdan başlanır.

Pusqövs [yay, oxatan]23 noyabrdan başlanır, şiddətli so­­yuq olur.

Maq cədi [oğlaq] 23 dekabrdan başlanır, şiddətli soyuq olur.



Fagün dəlv [dolça bürcü] 22 yanvardan başlanır.

Aymaq: xalq, uruğ, boy, qəbilə, tayfa, el-oba; bəzi məqamlarda: baş­qa soy­dan olan, yad adam.

Baburi xətti: Baburun özü tərəfindən 910-cu ildə (1504/5) Kabildə icad edilən, hərflərin ayrı-ayrı yazılış şəkilləri və qaydaları olan bir əlifbadır. Türkcə­nin fonetikasına daha uyğun olan bu əlifba ilə Babur Quran yazdır­mış­dır.

Badrəng: Kabildə yetişən, formaca limona bənzəyən bir meyvə. Bö­yük bir xiyar növünə də badrəng deyilir.

Bağlan qaz: vəhşi qaz, qarabataq quşu.

Bağrıqara: quşun rənginə görə verilən bir sifətdir, sonra quşun adı ye­­­rinə keçmişdir.

Bahadırlıq ülüşü, culdu: savaşda göstərilən şüca­ətə görə hökm­darın hü­zu­­run­da verilən maddi mükafat üçün işlənən ter­min.

Balqabaq/balqabaq meydanı: təlim atışları üçün hədəf olaraq bal­qabağa ox atılan meydan ol­malıdır. İs­tanbulda da "Ox meydanı" adlı bir mey­dan mövcuddur.

Bamyan: bu vadidən başlayan aşırımlar Hinduquş üzərindən keçir. Hin­distanı işğal edən hər fateh buradan keçmişdir.

Baranğar: döyüş sə­fində olan ordunun sağ qolu.

Barin: türk boyu.

Batman: türklərdə və qonşu xalqlarda ağırlıq ölçüsü, 1 batman = 40 sir.

Bavurçu: aşçı, aşpaz. Hökmdar sarayında mətbəxdə çalı­şan bəkavuldan aşağı dərəcədə bir rütbə.

Bazaraq: bir aşırım adı. Hündürlüyü 5.300 metrdir.

Bədəxşan: Amu-Dəryanın yuxarı axarında, onun Pənc, Göyçə və Bə­dəx­­şan adlı qolları üzərində yerləşən vilayət. Qunduz, Kaşğar və Kafiris­tan­la həmsərhəddir.XVI əsrə qədər özlərini Makedoniyalı İskəndərin soyu­na bağ­layan yerli şahlar tərəfindən idarə olunmuşdur.

Bədrəddin Həlai: şair, vəfatı: 939 = 1532-ci il.

Bəgi: əsasən özbək mənşəli qadınlara məxsus bir ünvan. Mə­s.: Bə­gi Sul­tan ağaçə, Zöhrə Bəgi ağa.

Bəhmənilər xanədanı: bu xanədan Dəkkən bölgəsində 1347-1527-ci illər­də hökmdarlıq et­miş­dir.

Bəxşi: katib; uygur hərfləri ilə yaza bilən, bu yazının işləndiyi dil­ləri bi­lən məmur; yazıçı; həkim, türkəçarəçi, cərrah; şaman; din xadimi; aşıq, şa­ir, çal­­ğıçı.

Bəkavul: yemək dadan, dequstator, çeşnigir. Xassə bəkavul dərəsəsi bə­kavuldan, bəkavul isə bavurçudan daha yüksəkdir. Bu həm də şəxs adı ki­mi işlənmişdir: Aşiq Bəkavul, Hacı Pir Bəkavul, Qul-Bəyazid Bəkavul.

Bəlx: Əfqanıstanda eyniadlı çayın yanında yerləşən şəhər. Qədimdə onun yerində Baktriananın paytaxti Baktra şəhəri olmuşdur.

Bəluclar: İran dilləri qrupunda danışan təqribən 30 milyonluq bir xalq. İran, Əfqanıstan və Pakis­tanda yaşayırlar.

Bəy: türk dövlətçilik ənənəsində və hərbi təşkilatda əski­dən bəri yük­sək vəzifə, səlahiyyət və məsuluyyət sahibi şəxslərin ünvanı. Baburda həmin zümrəyə daxil olanlar bunlardır: içki, içki bəy, böyük bəy, habelə bəy-atəkə, sahib ixtiyar, eşik ağa.

Bəy-atəkə: bax: atəkə.

Bəyim: hökmdar ailəsinə mənsub qadınların ünvanı.

Bi (<bəyailə qurma yoluyla ali zümrəyə girən öz­­bək qa­dın­ların da­şıdığı ünvan. Məs.: Sultan Hüseyn Mirzənin özbək cariyəsi Minqli Bi ağa­çə. Kişilərdə də müşahidə olunur: Kibək Binin oğlu Qənbər Bi.

Bicangər racəliyi: Dəkkəndə 1336-cı ildə qurulmuşdur və bu sülalə­dən gələn racələr 1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən ra­cələri tərəfindən yenilib Bicangər şəhəri yıxılanadək hökm sürmüşlər.

Bikə: Baburda ad olaraq (məs.: Bikə Bəyim, Bikə Sultan bəyim) işləndiyi də müşahidə olunur.

Bikramacit (Vikramaditya) Hindu: ulduz kataloqu tərtib etmişdir. La­kin Nəsirəddin Tusinin və əl-Xarəzminin kataloqları qədər dəqiq deyil.

Bisak: Hindistanda yay fəslinin ikinci ayının adı.

Bismillah: Quranın, hər əsərin və işin başlandığı söz.

Boy: savaş nizamına girən ordunun mərkəzindəki özəl bir bölüyün adı.

Boza: bir türk içkisi; pivə (?).

Budvar: çərşənbə; Hindistanda həftənin günlərindən birinin adı.

Buğu: geyik. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad ki­mi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur.

Cavanğar: savaş nizamına girən ordunun sol qolu.

Cev: arpa, taxıl; uzunluq ölçüsü. 6 cev (arpa) = 1 əlik (barmaq).

Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki.

Civə:ondan hazırlanan dərmanlar Şərqdə çox məşhur olmuşdur.

Çağdavul: hərəkət halındakı ordunun arxa qolu.

Çahargah nəqşi: musiqi əsərinin növü.

Çakər: bax: nökər .

Çarbağ: çahar bağ, dörd bağça. Bu sözlə bir qismi park, bir qismi üzüm­lük, bir qis­mi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə tutulur. Babur öz haki­miy­yəti dövründə çoxlu bağ saldırmışdır.

Çar-piç/dəstar-piç:çalma sararkən parçanın dolaşma, bü­külmə və ya qıv­­rıl­malarına görə işlənilmiş terminlər olmalıdır.

Çeşnigir: bax: bəkavul.

Çəng: musiqi aləti.

Çərgə: dərəcə deməkdir.

Çərik: ordu, qoşun.

Çərşənbehi: sevimli qadın, cariyə, gözdə, favori qadın.

Çikin-tala otu: ot, yem, yaşıl ot.

Çil sütun: qırx sütun.

Çilgüzə: bir fıstıq növü.

Çin Teymur Sultan ibn Əhməd xan: dayısı oğlu olsa da, Babur ona “qar­daş” deyirdi, çünki hər ikisi Yunus xanın törəməsi idi. Çin Teymur xan 936 = 1530-cu ildə ölmüş­dür.

Çirçik (Çir, Paraq): Sır-Dəryanın sağ qolu. Daşkənd (əski adları: Şaş, Çaç) Çirçik vadisində yerləşir.

Çit: Hindistanda yay fəslinin üçüncü ayının adı.

Çitar: Hindistanda yay fəslinin ilk ayının adı.

Çöhrə: üz, gözəl üz; oğlan.

Damğa: möhür; vergi rüsumu; nişan.

Daruğa: darğa; qalabəyi, hərbi qarnizon rəisi, vali, qubertator, xişnə.

Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü.

Daşkənd: 2.500 illik tarixi olan bir şəhər. XV əsrdə Baburun ana ba­ba­sı Yunus xanın hakimiyyəti altında idi.

Dəbusi: qədim bir qala. Xarabalıqları Səmərqənd yaxınlığındadır.

Dəstar-piç: çalma sarıyan çalmaçı, sarıqçı, çalmaçı, əmmaməçi.

Dəstur: vəzir, məsləhətçi.

Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.

Dəyirman suyu: axar suların miqdarını ifadə edən bir tabir.

Dirhəm: gümüş sikkə. Dinarın 1/20-nə bərabər oımuşdur.

Divan: dövlət dəftərxanası, ali hökumət orqanı və ayrı-ayrı idarələr; rəs­mi qəbul; ən yüksək mülki amir, yəni sahib-divan; qəzəl toplusu.

Dizək/Çizək: Səmərqənd vilayətində yaşayış məskəni.

Ehram: zəvvarların geydikləri xüsusi paltar.

Eşik ağa: vəzifəsi dəqiq bilinməyən ünvan. Teymurilər sarayında mühüm bir məmuriyyət. Ehtimal ki, təşrifatçı, hacib, seremonmeyster, kamergerdir.

Eşik ixtiyarı: səlahiyyət dairəsi dəqiq bilinməyən bir ünvan. Saraydan k­ənardakı bütün işlərə baxan adamın ünvanı olmalıdır.

Eşşək yükü: mətndə xarvar və ya xərvar olaraq keçən bu ağırlıq ölçü­sü­nün dəyəri də­qiq müəyyən deyil. 80 kilo ilə 300 kilo arasında dəyişir. Xal­var sözü də bu sözdən olmalıdır.

Eytvar: bazar günü; Hindistanda həftənin günlərindən birinin adı.

Əbülqasım Babur: Baysunqur Mirzənin oğlu, Şahruxun nəvəsi. Vəfatı: 861 = 1459-cu il.

Ədədlər/saylar: Hindistanda:

1 lek = 100.000.

100 lek = 1 kürur və ya 10.000.000.

100 kürur = 1 ərb və ya 1.000.000.000.

100 ərb = 1 kərb və ya 100.000.000.000.

100 kərb = 1 nil və ya 100.000.000.000.000.

100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000.

100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000.



Əfqanlar: adları ilk dəfə XI əsr tarixçisi Məhəmməd Ütbinin “Tarixi-Ütbi” əsərində çəkilir. Əsər Mahmud Qəznəviyə ithaf edilmişdir.

Əhməd xan: Baburun “Kiçik xan”, “Alaca xan” adlandırdığı dayısı. 909-cu ildə (1505) Kaşğarda ölmüşdür.

Əkə: böyük qardaş və ya bacı.

Əlik: barmaq; yan-yana düzülmüş altı arpa boyunda uzunluq ölçüsü.

Əməl: musiqi əsəri növü.

Əmlük: Kabilin bir bölgəsində olub digər yerlərdə olmayan bir mey­və. Türklər ona "qara yemiş" deyirlər.

Əndəxud: Şimali Əfqanıstanda şəhər. İndi xarabalıqları qalır.

Əndican: Özbəkistanda vilayət mərkəzi. IX əsrdən bilinir.

Ərb: Hindistanda işlənən bir say. l ərb = 100 kürur. Bax: lek.

Ərəfə: zilhiccə ayının 9-u. Zəvvarların Ərəfat dağına gəldikləri gün.

Ərk: qala, içqla, bürc, daxili qala, qala içində qala. Ətrafı divarlarla əha­tə olunan, ək­sərən yüksəkdə və divarla təkrar hörülmüş qala. Hökmdarın və ya həmin yerin ən böyük amirinin sarayı və mühafizlərinin olduğu məkan.

Əsar: Hi­ndistanda yay fəslinin sonuncu ayı. Bax: ay.

Əsəs: gecə qarovulu.

Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi Əshamə tərəfindən Yə­mənə hökmdar təyin edilən Əbrəhə bin Səbbah ül-Əşrəm və ordusu fil sa­hibləridir. Ziyarətçiləri Kəbə ye­rinə öz bölgəsinə çəkmək istəyən Əbrəhə Sə­nada Qülleys deyilən bir kilsə tikdirir. Kinanə qəbiləsindən bir adam isə bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bun­dan qəzəb­lənən Əb­rəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir. Yanında ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əb­rə­hə bu fillərlə Kə­bəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərə­kət­siz qalır, başqa səmtlərə yönəl­dil­dikdə isə qaçaraq gedirdilər. Allah Əb­rəhənin ordusunun və fillərinin təpəsinə sürülərlə quş­lar göndərib hamısını öldürdü. Hz. Mə­həmməd bu hadisənin baş verdiyi il içində do­ğulduğu üçün bu ilə "fil ili" adı verilmişdir.

Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəm­bə­ri­miz tərəfin­dən müjdələnən on adam: hz. Əbubəkr, hz. Ömər, hz. Osman, hz. Əli, hz. Talha, hz. Zü­beyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cər­rah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas.

Əşrəfi: altın sikkələrə verilən ümumi ad.

Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar.

Fagün: Hindistanda qış mövsümünün dördüncü ayı.

Fatihə: Quranın ilk surəsi, yeddi ayədən ibarətdir.

Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifa­də edilirdi.

Geri: hindcə: ghari. Hindistanda zaman ölçüsü.

Geriyal: müəyyən fasilələrlə bürünc bir lövhəyə vurmaqla saatın bil­di­ril­məsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş.

Gəmilərin adları: Baburun öz gəmilərinə verdiyi adlar bunlardır:

Asayiş – rahatlıq, sakitlik.

Arayiş – bəzək.

Gündəiş – tutumluluq.

Fərmayiş – əmr, fərman.

Gicək: simli musiqi aləti, skripkanın bir növü.

Gili-məxdum: zəhərlənməyə qarşı dərman kimi işlə­nən bir cür torpaq.

Göy saray: Səmərqəndin ən məşhur saraylarından biri.

Göyəldaş: süd qardaşı, süd bacısı. Bəzi alimlərin fikrincə, könüldaş sö­­zündən yaranmışdır.

Gümüş çəki daşı: = 250 misqal = 0,5 sir = təxminən 10,25 kiloqram.

Gürgən cədvəli: 847-ci ildə (=1444) Uluğ bəyin rəhbərliyi altında Ru­mi Qazızadə, Qiyasəddin Cəmşid və Əli Quşçunun iştirakı ilə tərtib edil­mişdir. Uluğ bəyin şərəfinə onun titulu ilə (Gürgən) adlandırılmışdır.

Havaq: bir aşırım. Hündürlüyü 3.800 metrdir.

Herat: Heri-rud çayının sahilində yerləşən qədim şəhər. Teymurilər döv­ründə böyük mədəniyyət mərkəzi olmuşdur.

Heydər Mirzə: Məhəmməd Heydər Mirzə Gürgan Duğlat (və­fatı: 958 = 1551). «Tarixi-Rəşidi» adlı xatirə kitabının müəllifi, Baburun silahdaşı və xalası oğludur.

Heyət/elmi-heyət/nücum: astro­nomiya deməkdir.

Həbəş padşah: əsl adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə pad­şah olmuşdur.

Həftənin günləri: Hindistanda bunlardır:

Şənbə = saniçer.

Bazar = eytvar.

Ba­zar ertəsi = somvar.

Çərşənbə axşamı = manqalvar.

Çərşənbə = budvar.

Cümə ax­şa­mı = prispatvar.

Cümə = sükrvarə



Hənəfilik: islamın dörd qolundan biri. Əsası Əbu Hənifə (vəfatı: 150= 767-ci il) tərəfindən qoyulmuşdur.

Hidayə: islam fiqhinin hənəfi qolu üzrə klassik məcmuə. Onu Bür­ha­nəd­din Əli ibn Əbubəkr əl-Fərqani əl-Mərginani əl-Riştani (vəfatı: 593 = 1197) tərtib etmişdir.

Hindal: Baburun oğlu, 925-ci ildə (=1519) anadan olmuş, 958-ci ildə (= 1551) ölmüşdür.

Hinduquş: Himalayın qolları.

Hövzü-kəbir: çarbağ içində tikilən hovuz.

Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir.

Hülakü xan:(654-668=1256-1265).Hülakülər adlanan sülalənin banisi.

Hüma: Hümayun, Feniks, əfsanəvi quş. İnama görə, onun qanadları­nın köl­gəsi kimin üstünə düşsə, o, xoşbəxt olarmış.

Hürmüz: İranın cənubunda kiçik bir ada.

Xalçı/xilçi: 839-cu ildən (=1435) Malvidə hökm sürmüş bir sülalə.

Xandəmir Qiyasəddin ibn Hümaməddin: tarixçi. Vəfatı: 942 = 1535-ci il.

Xanım: Baburun ana tərəfdən qohumları olan, Kaşğar və Moğolistan hökm­darları ailəsinə mənsub qadınlar üçün işlənir.

Xas(sə): hökmdara aid olan şey. Məs.: xas, xassə libas. Dövlətə, xə­zinəyə aid olan şey. Məs.: xassə mülk. Bu mülk hökmdara, şahzadə­lərə və ya başqa heç bir şəxsə verilə bilməzdi.

Xassə bəkavul: hökmdarın şəxsi aşpazı. Bax: bəkavul.

Xassə tabın: qvardiya alayı. Bax: tabın.

Xeybər dağları: Makedoniyalı İskəndər, Mahmud Qəznəvi, Əmir Tey­mur və Babur Hin­distanı işğal etmək buradan keçmişlər.

Xəmsə: beş poemadan ibarət ədəbi əsər. Ən məşhurları Nizamı, Əmir Xos­rov Dəhləvi (XIV əsr) və Nəvai (XV əsr) tərəfindən yazılmışdır.

Xəzərilər: mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Ad­ları Xəzər sö­zün­dən de­yil, farsca həzar (min) sözündəndir.

Xoca Xosrov: məşhur şair Əmir Xosrov Dəhləvi. Vəfatı: 725=1325.

Xoca Übeydüllah Əhrar: məşhur sufi. Vəfatı: 895 = 1498-ci il.

Xocənd: keçmiş Stalinabad, daha sonra Leninabad şəhəri. Xoca Bakır­qan çayının Sır-Dəryaya qarışdığı yerdə yerləşir. Fərqanə vadisinə açılan qa­pı kimi Orta Asiya iqtisadiyyatında mühüm rol oynamışdır.

Xorasan: sərhədləri dəqiq bilinməyən coğrafi məkan. Müxtəlif dövr­lər­də Xorasana Herat vilayəti və qonşu ərazilər daxil olmuşdur. Hazırda İra­nın bir vilayətidir, mərkəzi Məşhəd şəhəridir.

Xotən: Uyğuristanın Tarım bölgəsində şəhər və vahə.

Xuttalan: Pənc ilə Vəxş arasında vilayət. Taciksitanın ərazisindədir.

İçki: içə aid, içdə olan, səmimi. Hökmdarın şəxsi tapşırıqlar məmuru.

İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün keçməsi lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmiz­lənənə qədər keçəcək müddət (ərin­dən boşansa - 100 gün, əri ölsə - 130 gün).

İgid: hökmdarın və ya bəyin yanında və şəxsi xidmətləri məmuru; dö­yüşçü.

İki namaz arası: günorta namazı ilə ikindi namazı arası.

İqlim: Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan şimala doğru yeddi iqlimə ayrılır və üçüncüdən beşinciyə qədər olan iqlimlər yaşamağa əl­verişlidir.

İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bü­tün ovlanan quşlara veri­lən ümumi addır.

İlqar: çox sürətlə hərəkət edən yüngül silahlı böyük, ya­xud kiçik hərbi dəstə, bölük və ya hissə.

İrəvül: önçü, önçü bölüyü, önçü qolu, irəli qol; döyüş nizamına girmiş ordunun ən öndəki qismi.

İskəndər Feyləkus oğlu: Makedoniyalı İskəndərin Şərqdəki adı.

Kafiristan: indiki Nuristan. Bir vaxtlar əhalisi kafir olmuşdur.

Kari: altı tutam uzunluğunda bir uzunluq ölçüsü.

Karşi: (əski Nəxbəş, Nəsəf) Özbəkistanda vilayət mərkəzi.

Karvan: ümumi qaydaya görə, 7 dəvə bir karvan sayılır.

Kaşğar: qədimdən bəri Orta Asiya, Əfqanıstan və Hindistanla Uzaq Şərq arasında ticarətin, mədəni əlaqələrin inkişafında mühüm rol oynayan uy­ğur şəhəri. İndi Sincan-Uyğur Muxtar Rayonunun paytaxtıdır.

Katik: Hindistanda yağmur fəslinin son ayının adı.

Keş: Özbəkistanın Qaşqa-Dəyra vilayətində şəhər. Əmir Teymurun və­­tə­ni. Bəlxlə Səmərqənd arasında mühüm ticarət mərkəzi olmuşdur.

Keyik/geyik: geyik, maral. Ağ geyik, ala geyik, qara geyik, qızıl geyik növləri var. Ahu, antilop, sığın və maraldır.

Kəmaləddin Behzad: XVI əsrin məşhur miniatürçü rəssamı, Herat mi­ni­atür məktəbinin banisi. Vəfatı: 943 = 1537-ci il.

Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə.

Kərb: Hindistanda işlənən bir say. l kərb = 100 ərb.

Kibək: mis sikkə; ruscadakı kopek, kopeyka bu sözdən ola bilər.

Kim: bəzi yerlərdə boza mayası kimi iş­lə­nən bir meyvə.

Koçin: Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına veril­ən addır. Bu ad zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir böl­gəyə deyil, hökmdara bağlı idilər.

Köç: köç, köç-külfət; dağa-arana və ya başqa yerə köçən ailə üzvləri.

Kuxaq: Zərəfşan çayının əski adı.

Kurqan: əslində, qorurğan, qorğan, yəni içinə girən adamın qorundu­ğu yer, qala, istehkam deməkdir.

Kutas: bir dağ öküzü növü.

Küruh: Hindistanda 4.000 qədəm (= 1 mil) uzunluğundakı məsafə öl­çüsü.

Kürur: Hindistanda işlənən bir say. 1 kürur = 100 lek. Bax: lek.

Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsəvvüf qüdrəti ve­rilmiş bir kütub olur.

Kütval: qalabəyi, qarnizon rəisi, dizdar.

Küvar: Hindistanda yağmur fəslinin üçüncü ayının adı.

Qanun: 36 simli kanon və ya ərğanun.

Qaravul: gözətçi, keşikçi; kəşfiyyat qolu; avanqard.

Qarış: gərilmiş halda baş barmağın ucundan çəçələ barmağın ucuna qədər olan bir uzunluq ölçüsü.

Qazax: igid, cəsur adam, döyüşçü.

Qazaxlıq: köçərilik; əldə vilayət və hakimiyyət olmayan dövr.

Qazi: O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hər­bi səfərlərdə iştirak edən hökmdarlara "qazi" ünvanı veri­lirdi.

Qədəmgah: Xızırın ayaq izi.

Qəndahar: Əfqanıstanda şəhər və vilayət. Əfqanıstan dövlətinin ilk pay­taxtı (1747). Hazırda vilayət mərkəzi.

Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) : VII əsri şairi Kəəb bin Zü­beyr tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir.

Qəznə: Kabildən 135 km cənub-qərbdə yerləşir. Onun yaxınlığında qəz­nəvilərin paytaxtı tarixi Qəznənin xarabalıqları var.

Qılquyruq: çox incə quyruqlu bir cins ördək, çöl toyuğu, qır kəkliyi, fa­zan. Quşun bir qədər də poetikləşmiş adı.

Qımız/kımız: qısraq südünü xüsusi qaydada mayalandıraraq hazırla­nan ənənəvi türk içkisi.

Qızıl çəki daşı: = 500 misqal = 1 sir = təxminən 20,5 kiloqram.

Qızıl söyüd: bax: tubulğu.

Qol: savaş nizamına girmiş ordunun mərkəzinə verilən ad.

Qövs:oxatan bürcü; yay.

Qunduz: Qunduz (Sürxab) çayının sağ sahilində şəhər.

Qurçu, qurbəyi: hərbi bir rütbə, cəbbəxana rəisi. Qur «silah» deməkdir.

Qurilər: Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəha­bəddin Quri qəznəvi­lərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə bu xanədana son vermiş və Hindis­tan iç­lə­­ri­nə səfərlər edərək burada quri­lərin ha­kimiyyətini qurmuşdur. Onun xanədanı Şi­ma­li Hindis­tanda 1206-cı ilədək hakimiyyət sürmüşlər.

Quşbəyi: quşçubaşı, hökmdarın ov və ev quşlarına, göyərçinlərinə ba­xan mə­mur.

Quşçu: quş ovlamağa, habelə göyərçin və xoruz saxlamağa çox ma­raq du­yan adam, quşbaz.

Qüsəm ibn Abbas: hz. Peyğəmbərin əmisi oğlu. 56=676-cı ildə Səmər­qənddə öldürüldüyü güman olunur. Şahi-Zindədə dəfn edilmişdir.

Lek: Hindistanda işlənən, 100.000 rəqəmini ifadə edən bir say.

Luli: qaraçı.

Lüng: Hindistanda qadınların paltar yerinə istifadə etdikləri uzun bir par­çanın adı; sari.

Lüngutə: Hindistanlı kişilərin paltar yerinə bellərinə bağladıqları bez par­çasının adı.

Maq: Hindistanda qış fəslinin üçüncü ayına verilən ad.

Mani: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 100 mani = 1 mina­sə.

Manqıt: noqaylarla qohum olan türk boyu.

Marağa: Urmiya gölündən 35 km şərqdə yerləşən şəhər. Marağa rə­səd­xanası burada tikilmişdir.

Maşə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 5 maşə = 1 misqal = 40 reti.

Mavəraünnəhr: Amu-Dərya ilə Sır-Dərya arasında yerləşən ərazinin ta­ri­xi adı. Ərəbcə “(Ceyhun) çayının arxasındakı ərazi” deməkdir.

Meymənə: (ərəbcə) ordunun sağ qolu.

Meysərə: (ərəbcə) ordunun sol qolu.

Məcun: bədəni möhkəmləndirən dərman qarışığı, konfortativ.

Məhəmməd Salih: şair, “Şeybaninamə” əsərinin müəllifi.

Məhəmməd Şeybani xan: Baburun əsas düşmənlərindən biri. 906-cı il­də Baburu Mavəraünnəhrdən tamamilə sıxışdırıb çıxarmışdır. Ha­kimiyyət döv­rü: 906-915 = 1500-1510-cu illər.

Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qar­şıl­ıqlı olaraq üzbəüz otura bi­lə­cə­yi şəkildə düzəldilmiş səbət.

Məmun cədvəli: Klavdi Ptolomeyin (ərəbcə adı: Bitlimus) “Almagest” əsəri əsasında dahi türk astronomu Məhəmməd Musa əl-Xarəzminin xəlifə Mə­mun (198-218 = 813-833) üçün yenidən işlədiyi və təkmilləşdirdiyi ul­duz ka­taloqu.

Məngəlvar: çərşənbə axşamı; Hindistanda işlənən gün adlarından biri.

Mərv: Orta Asiyadakı ən qədim şəhərlərdən biri. Margiana vi­layətinin mər­­kəzi. Müasir Marı şəhərindən 30 km uzaqda xarabalıqları qalır.

Mianqal: Zərəfşanın qolları olan Ağ dərya ilə Qara dəryanın yaratdığı ada. Uzunluğu təxminən 100 km-dir.

Mil: 4.000 qədəm uzunluğunda bir məsafə ölçüsü.

Minasə: Hindistanda işlənən ağırlıq ölçüsü. l minasə = 100 mani.

Minbəyi: minbaşı; müasir mayor rütbəsi.

Mir Əlişir Nəvai: dahi özbək şairi (9.02.1441 – 3.01.1501).

Mir Seyid Əli Həmədani: sufizmin məşhur nəzəriyyəçisi. Vəfatı: 786 = 1384-cü il.

Miraxur: mehtərbaşı.

Miri-şikar: ovçuluq sahəsinə baxan saray məmuru, yegermeyster.

Mirzə: (<əmirzadə) Baburda Əmir Teymurun oğlu Miranşahın soyundan olan və Baburun babası Əbu Səidi də əhatə edən mir­zələr. Sultan Hüseyn Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır.

Misqal: Hindistanda işlənən ağırlıq ölçüsü, təxminən 4,1 qram = 5 maşə = 40 reti.

Moğolistan: orta əsrlər Şərq tarixçilərinə görə, Türküstanın şimal-şərq his­səsində əsasən moğollarla/monqollarla məskun olan coğrafi məkan.

Molla Cami: Nurəddin Əbdürrəhman Cami (817-898=1414-1492). He­rat ətrafındakı Camda doğulmuş və Heratda vəfat etmiş böyük şair.

Möhür, damğa, nişan: yazılan rəsmi mək­tub­ların başqaları tə­rə­findən açı­l­maması üçün qoyulan işarəyə deyilir.

Möhürdar: hökmdarın möhürünü saxlayan yüksək rütbəli məmur. Ya­zılan şəxsi və ya rəsmi məktublara möhür vururdu.

Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi si­ya­səti haqqında nəzm­lə yazılmış əsəri.

Müctəhid: islam fiqhinin bilicisi, fiqhin mürəkkəb məsələlərini izah et­məyə haqqı olan alim.

Müçə: rütbə deməkdir.

Müəmmai: müəmma deyən.

Mühafiz: qoruyan, qoruyucu, cangüdən. Bax: tünqatar.

Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan mə­mur. O, kömək­çiləri ilə birlikdə küçədə-bazarda gəzərək tacirlərin alıcıları al­datmamasına diqqət edir, özünü yaxşı aparmayan adamları yerindəcə şal­laqla cəzalandırırdı.

Mülazimət: bir neçə mənası var: yavər, xidmət etmək, müşayiət etmək, məiyyətdə ol­maq de­məkdir. Mü­lazim isə əski dönəmdə hərbi rütbə olub ley­tenant deməkdir.

Mürği-cəngəl: Ləmqanatda olan, qarğa ilə saxsağana bənzər bir quş.

Mürid: sufi dərviş təkkəsinə daxil olmağa hazırlaşan gənc, mür­şidin (pir, şeyx) ardıcılı.

Nağara: ənənəvi olaraq hökmdarın qapısı önündə hər alacaqaranlıq və şəfəq vax­tın­da ça­lınan davul.

Namazgah: əskidən şəhər kənarında düzəldilən və xalqın toplu halda na­maz qıla bil­diyi açıq bir mey­dan.

Naşpati: Əndicanda yetişən və ən gözəl olduğu söylənən qovun və ya ar­mud növü.

Navək: bir silah adı.

Nəcmi-Sani: 1512-ci ildə Babura köməyə gələn səfəvi qoşunlarının sər­kərdəsi Nəcməddin Yarəhmədin ləqəbidir.

Nəqş: musuqi əsəri növü.

Nəmənqan: Sır-Dəryanın sağ sahilində şəhər; indi vilayət mərkəzi.

Nəsirəddin Tusi: məşhur alim və astronom. “Zici-Elxani” cədvəlini tər­tib edərək elxani hökmdarı Hülaküyə ithaf etmişdir. Evklidin “Başlan­ğıc” və Ptolomeyin “Almagest” əsərlərini farscaya çevirmişdir.

Nəstəliq: xətt növü.

Nil: Hindistanda işlənən saylardan biri. l nil = 100 kərb.

Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, sıravi əsgər­dən baş­layaraq bəyə qədər müxtəlif dərəcəli hərbi və mülki adamlar üçün işlənən ümumi termin.

Nüsrət şah ibn Əlaəddin ibn Hüseyn: 899-cu ildən (=1493) Benqaliya­da hökm sürmüş hakim.

Ox atımı: məsafə ölçüsü üçün işlənən bir termin.

Osman: üçüncü islam xəlifəsi (23 - 35 = 644 - 656).

: Orta Asiyadan Çinə və Hindistana gedən ticarət yolu üzərində mü­hüm şəhər. Altay dağlarının cənub qolları üzərində, Akbura çayının sağ və sol sahilində yerləşir. Hazırda Qırğızıstanın vilayət mərkəzidir.

Otrar (Yengi): Arıs çayının Sır-Dəryaya qarışdığı yerdə salınmış qə­dim Orta Asiya şəhərlərindən biri. Hazırda xarabalıqları qalır.

Örçin: Kaşğar və Əndicanda ərazi-inzibati bölgü vahidi. Səmərqənd və Buxarada tümən, Hindistanda pərgənə olduğu kimi.

Panipat: Pəncabda bir şəhər. Panipat müharibəsi burada olmuşdur.

Pas: günün səkkizdə birinə və ya üç saata bərabər olan zaman ölçüsü. Hindistan­da buna pəhər deyilir.

Pədəm: Hindistanda işlənən say. l pədəm = 100 nil.

Pəhər: Hindistanda günün səkkizdə birinə (üç saat) verilən ad; ge­cə və gündüzün hər birinin dörddə biri, yəni üç saat.

Pəl: Hindistanda bir zaman vahidi, gerinin altmışda birinə, yəni 24 sa­niyəyə verilən ad.

Pəncgah nəqşi: musiqi əsərinin növü.

Pərgənə: Hindistanda böyük əyayətlərə tabe olan kiçık vilayətlərə ve­rilən ad; tümən.

Pərvançı: hökmdarın əmr və fərmanlarını yazan və bildirən məmur.

Pişrov: prelüdiya.

Piyazi: bir silah növü.

Prispatvar: Hindistanda cümə axşamı gününə verilən ad.

Puli-Malan: Malan çayı üzərində körpü. Malan Heri-rud çayının əski adı­dır, Herat bu çayın yanında yerləşir.

Purabi: 796-cı ildən (=1394) Canpurda hökm sürmüş bir sülalə.

Pus: Hindistanda qış fəslinin ikinci ayı.

Racə: sanskritcə «knyaz» deməkdir, Hindistanda yerli bəylərin ün­va­nı.

Rafizi: şiə deməkdir.

Radəndaz: yüksək nəslə nərə cəkib düşməni vahiməyə salan də­stə.

Ramazan: müsəlman hicri-qəməri təqviminin 9-cu ayı.

Rana Sanka: tam adı Rana Sanqram Sinqh. Baburun Hindistandakı ən güclü rəqibi. Onun haqqında yazmışlar: «Rana orta boylu, böyük fizki qüv­vəyə malik, təndürüst, qeyri-adi dərəcədə iri gözləri olan bir adam idi... O, ölümündən əvvəl döyüşçüdən daha çox müqəvvaya bənzəyirdi. Qardaşı ilə dalaşanda bir gözünü, dehlili ludilərlə vuruşanda isə bir qolunu itirmişdi, Ye­riyəndə axsayırdı, çünki başqa bir döyüşdə top gülləsi ayağını qırmışdı. Bədəninin müxtəlif yerlərində 80-ə yaxın qılınc və nizə yarası vardı”.

Rana: Hindistanda yerli hökmdarların ünvanı.

Ray: Bxirə ilə Sind çayı arasındakı dağlar­da yaşayan cud qəbiləsinin rəi­sinə verilən ünvan.

Reti: Hindistanda işlənən bir ağırlıq ölçüsü vahidi. 1 reti = 8 düyü də­nə­si = 64 xardal dənəsi = 512 xaşxaş toxumu ağırlığındadır.

Riqabdar: üzəngibaşı, bir vəzifə adı.

Rum: orta əsrlərdə Bizansın, ondan sonra Osmanlının rəmzi adı.

Rübab: üçsimli musiqi aləti.

Saçıq: hədiyyə saçma; bəxşiş vermə; comərdlik.

Sahibi-ixtiyar: bax: eşik ixtiyarı.

Saqqal buraxmaq: kafirlərə qarşı səfərə çıxanda qələbəyə qədər saç və ya saqqalın kə­silməyəcəyi barədə içilən and.

Samançı: sarayda hökmdarın şəxsi əşyalarına cavabdeh şəxs.

Sanduvaç: bülbül, yaxud kanarya növündən bir quş.

Sanigər: Hindistanda həftənin günlərindən birinə verilən ad, şənbə.

Sanq: Hindistanda işlənən say. l sanq = 100 pədəm.

Sart: türklər və moğollar tərəfindən bəzi gövmlərin ortaq adı olaraq iş­lə­dilən termin. Sart adı Tür­küstanda moğol hakimiyyəti zamanı türk olma­yan qövmlər üçün işlənmişdir. Bu­xara və Xo­kandda şəhərli və əkinçi xalqın dı­şındaki köçəri qırğızlara da sart deyi­lir­di. Qa­­zaxlar isə türkcə və ya fars­ca da­­nışmalarına baxmadan oturaq əhaliyə sart de­yir­di­lər. Rəs­mi yazı dilində taciklər dışındakı türk­ləşmiş xalq bu adla anılırdı.

Savən: Hindistanda yağmur fəslinin ilk ayı.

Sayram: Arıs çayı hövzəsində yerləşən məntəqənin sonrakı adı. Ya­xın­lığında qədim İsficabın xarabalıqları yerləşir.

Seva-lek-petpet: 125.000 dağ; Hindistanda Kəşmirin cənubunda yerlə­şən bir dağ adı. Babur bu adın seva «dörddə bir» + lek «yüz min» + perpet «dağ» sözlərinin birləşməsindən meydana gəldiyini bildirir.

Seyhun: Sır-Dərya çayının orta əsrlər dövründəki adı.

Seyidlər sülaləsi: bu sülalədən olan Sultan Əlaəddin [Ludi] 1446-51-ci il­lər, Bəhlul Ludi 1451-89-cu illər, oğlu Sultan İskəndər isə 1489-1517-ci il­lər ara­sında hökm sürmüşdür.

Seyidlər: özlərini peyğəmbərə qohum sayan zümrə.

Səbuhi: sərxoşluğun axşamdan qalma halını ötürmək üçün səhər vaxtı içki içmək.

Səbuktəkin Qəznəvi: 366-387 = 977-997-ci illərdə hökm sürmüşdür.

Səədəddin Məsud ibn Əhməd Təftəzani: məşhur alim, filosof (710-cu ildə Səmərqənddə vəfat etmişdir).

Səhih Buxari: Əbu Abdullah Məhəmməd əl-Buxarinin tərtib etdiyi hə­dislər toplusu. İslam aləmində ən səhih toplu sayılır.

Səmərqənd kağızı: Orta Şərqdə ən keyfiyyətli kağız. Bu kağıza yazılan əlyazmalar bu gün də öz keyfiyyəti və möhkəmliyi ilə seçilir.

Səmərqənd: Orta Asiyanın ən qədim şəhərlərindən biridir, Əmir Tey­mu­run və varislərinin paytaxtı olmuşdur.

Səmizkənd: hərfən: «Kök şəhər».

Sipahi sipahilik: atlı əsgər və bu hərbi qrupa mənsub olanlar və on­ların gör­dükləri işi ifadə etmək üçün işlənən termin.

Sir/sər: bir ağırlıq ölçüsü. 14 tülə = 1 sir və 40 sir = 1 batman.

Siyaq elmi: maliyyə-hesab işləri.

Somvar: bazar ertəsi; Hindistanda həftə günlərindən birinin adı.

Sona: erkək çöl ördəyi, dişisinə bürçin deyilir.

Sufi: islamda mistik təlimin ardıcılı.

Sux: Özbəkistanın Fərqanə vilayətində Sux çayının sahilində yerləşən ya­şa­yış məntəqəsi.

Sultan: kişilərdə əsasən adın əvvəlində (Sul­tan Mahmud Qəznəvi, Sultan Hüseyn Mirzə), özbək, qazax və moğol şahzadələrində adın so­nun­da (Qa­sım Sultan, Boran Sultan, Ədik Sultan, Çin Teymur Sultan) işlənir. Ba­burda adın əvvəlində və sonunda gəlmək üzrə hökmdarın qızları üçün də iş­lənmiş­dir: Sul­tan Nigar xanım, Fatma Sultan, Payəndə Sultan bəyim.

Sultan Əlaəddin: 1497-1519-cu, oğlu Sultan Nüsrət şah isə 1519-32-ci il­lər arasında hökm­dar olmuşdur.

Sultan Əli Məşhədi: XV əsrin məşhur xəttatı, Nəvainin müasiri.

Sultan Hüseyn: Cunpurdakı Şərqi sultanlarının sonuncusudur, 1458-79-cu illər arasında hökm sürmüşdür.

Sultan Mahmud Qəznəvi: 388-421 = 988-1030. Hin­dis­tana 17 dəfə yürüş et­mişdir. Qəz­nəvi türk dövləti 963-1187-ci illər arasında mövcud olmuşdur.

Sultan Müzəffər: 1512-26-cı illər arasında hökmdarlıq etmişdir.

Sultan Şəmsəddin Eltutmuş: 607-633-cü illərdə (=1210-1236) Dehlidə sul­tan olmuşdur.

Sultanın məqbərəsi: Sultan Mahmud Qəznəvinin rövzə adlanan məq­bə­rə­si nəzərdə tutulur.

Süheyl: Kil ulduz topasının alfa ulduzu, Siriusdan sonra ən parlaq ulduz. Onu görmək uğur sayılır.

Süleyman şah ibn Əli ibn Sultan Mahmud inb Əbu Səid Bədəxşani: Babur ona “oğlum” deyirdi, çünki Sultan Əbu Səid hər ikisinin babalarından idi. Şüleyman şah 920=1514-cü ildə doğulmuş, 997=1589-cu ildə ölmüşdür.

Şah İsmayıl Xətai: Səfəvi sülaləsinin banisi, böyük şair-hökmdar.

Şahi-səadətmənd: əbcəd hesabı ilə 934 = 1528-cu il edir.

Şahruxi: qızıl pul. 1 şahruxi 4,5 altın quruşdan bir az artıqdır.

Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hü­cumu zamanı xa­ra­baya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğ­lu Şahruxun şərəfinə Şahru­xiy­yə adlandırmışdı. Hazırda xarabalıqla­rı qalır.

Şahzadə: Baburun yaxın dostu, əvvəllər şahzadə, sonra şah olan I Təh­ma­­sib (930-984 = 1524-1576).

Şeri: Hindistanda uzunluq ölçüsü. 1 şeri = 2 mil.

Şeyx Yəhya: Şeyx Şərafəddin Münirinin oğlu, çiştiyyə sufi təkkəsinin baş­­çısı. Vəfatı: 782 = 1381-ci il.

Şəhabəddin Quri: 569-602 = 1173-1205. Qəznə ilə Herat arasındakı vi­layətlərdə hakim olmuşdur.

Şibaq/göy şibaq: qulan otu ilə birlikdə suya töküləndə balıqları səsəm edən ot. Balıq ovunda istifadə edilmişdir.

Şibertu: bir aşırım. Hündürlüyü 3.200 metrdir.

Şiğaul: səfirlərin hökmdarla görüşünü təşkil edən seremonmeyster.

Şikdar: hərbi və mülki bir vəzifədir. İslam ölkələrində şikdar əvəzinə da­ha çox təhsildar, yəni vergiyığan termini işlənmişdir.

Şiraz: Səmərqəndin bir tüməni.

Tabın: bölük. Savaş nizamındakı ordunun mərkəzinə (qol) daxil olan və hökmdarın yanında yer alan bir bölüyün adı.

Tanıman/tanımal: hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini təmsil edən və qəbiləsinə ait xü­suslarda məsləhətçi olan adam.

Tank: 799-cu ildən (=1396) Qucaratda hökm sürmüş bir sülalə.

Tank: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tank = 4 maşə = 32 reti.

Tarxan: iki sözdən ibarətdir: tar = hədiyyə və xan. Tarxanlar bəy və ta­cir olmaqla iki zümrədən ibarət idi. Tacir tarxanlar vergilərdən azad edilir, bəy tarxanlarlar isə savaşda qazandıqları qəniməti heç kimlə, o cümlədən hökm­darla da paylaşmırdılar.

Tarix: hər hansı hadisənin baş vermə vaxtını poetik şəkildə qeydə alan xronoqram. Tarix sözlərdəki hərflərin əbcəd hesabı ilə qiymətlərinin cəmin­dən ibarət olurdu.

Tarnov: arx, kanal, su yolu, nov, novça.

Tavaçı: yüksək saray mənsubu; hərbi komissar, ordunun boy artımı ilə, ca­nilərin edamı ilə və s. məşğul olurdu.

Təbəqəti-Nəsiri: Osman ibn Siracəddin əl-Cüzcaninin 658-ci (=1260) ildə yazdığı və Dehli sultanı I Nəsirəddin Mahmuda ithaf etdiyi ümumi ta­rix kitabı. Adı da buradan gəlir.

Təqti: mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma.

Tənab: quş ovlamaq üçün işlənən ip; ölçü ipi. 1 tənab = 40 qədəm və 100 tənab = 100 küruh uzunluğunda bir məsafə ölçüsü..

Tənab: məsafə ölçüsü; təxminən 24 metr.

Təngə: ağ gümüş sikkə, gerçək dəyəri bu gün dəqiq bilin­mə­yən bir pul vahidi.

Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söylə­məsi.

Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.

Toy: ziyafət, məclis; toy-düyün.

Törə (< törü): törə, qanun, qayda, gələnək, görənək, el adəti.

Tubulğu: qızıl söyüd; Fərqanə dağlarında yetişən, qabığı qırmızı tama­risk ağacıdır. Əsa, qamçı sapı, quş qəfəsi və ox düzəltmək üçün işlənmişdir.

Tuğ: bayraq, sancaq.

Tuğçu: bayraqdar, ələmdar.

Tuğra: hökmdarın gerbi.

Tul: bir aşırım. Hün­dürlüyü 4.000 metrdir.

Tulğama: türk savaş taktikası. Düşməni döyüş zamanı sağdan və sold­an mü­hasirəyə almaq, mərkəzdən vurub məhv eləmək.

Tutam: dörd əlik (barmaq) enində bir uzunluq ölçüsü.

Tülə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tülə = 12 maşə.

Tümən: on min; pul, dinar. Kibəki isə Mavə­ra­ün­nəhr bölgəsində 1308-26-cı illər arasında hökm sürən Kibək xan tərə­fin­dən qoyulmuş bir dinar stan­dartıdır. Başqa bir mənası isə on min əsgər və ya on min dinar vergi verən qəza (ra­yon), bölgə deməkdir.

Tünqatar: keşikçi, gözətçi, qarovul; xaqanın cangüdəni, özəl mühafizi. Tünqatar sözü gecəni (tünü) gündüzə qatar, heç uyumaz mənasındadır.

Türküstan: Orta və Mərkəzi Asiyada yerləşən, Xəzər dənizindən Mon­qo­lustana, Aral dənizindən Şimali Əfqanıstana qədər uzanan, təqribən 3 mil­yon kv km-lik ərazini əhatə edən tarixi-coğrafi termin; Sır-Dəryanın sağ sa­hilində yerləşən şəhərin adı (Qazaxıstan).

Uluğ bəyin rəsədxanası: 1434-cü ildə Uluğ bəy tərəfindən tikilmişdir.

Ulus: yer, məmləkət, diyar; el-oba, xalq; dövlət (Çağatay ulusu).

Ura-Təpə: hazırda Tacikistanın Xocənd vilayətində rayon mərkəzidir.

Uruq/uruğ: ailə üzvləri; tayfa; saray müxəlləfatı.

Uyğur: Şərqi Türküstanda (Uyğuristan) qədim türk xalqı.

Uzaqlıq və məsafə ölçüləri: Hindistanda:

1 mil = 4.000 qədəm.

1 qədəm = 1,5 kari = təxminən 90 sm.

1 kari = 6 tutam = təxminən 60 sm.

1 tutam = 4 əlik (barmaq) = təxminən 10 sm.

1 əlik = 6 arpa boyu = təxminən 2,5 sm.

1 arpa boyu = təxminən 4 mm.

1 tənab = 40 kari = təxminən 24 metr.

1 kari = təxminən 60 sm.

Özgənd: X əsrdə bir ara Qaraxanilərin paytaxtı olmuşdur. İndi Qırğızıs­ta­nın Oş vilayətində rayon mərkəzidir.

Üstürlab: ulduzların dünyaya görə yüksəkliyini tapmaqda işlədilən bir astronomiya aləti, astrolyabiya.

Varuh: Tacikistanın Xocənd vilayətində İsfəra çayının sahilində yaşa­yış məntəqəsi.

Vayin: yer altında mərtəbələri, otaqları olan xüsusi quyu.

Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları.

Yadaçılıq: yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından is­ti­fadə edil­məsi. Mahmud Kaşğari bu barədə geniş məlumat vermişdir.

Yaqub Osman əl-Qəznəvi əl-Çərxi: məşhur sufi, Xoca Əhrarın müəl­li­mi. Vəfatı: 851 = 1447-ci il.

Yam: Səmərqənd vilayətində yaşayış məntəqəsi.

Yam: poçt atı.

Yamçı: poçtalyon, qasid, çapar.

Yarmaq: pul.

Yasal: səf, savaş səfi, döyüş nizamı. Türk ordusunda əskidən bəri ol­du­ğu kimi, Babur zamanında da savaş nizamı belə idi:

İrəvül (irəli qol, önçü qol).

Cavanğar(sol qol).

Baranğar (sağ qol).

Qol (mərkəz).

Çağavul (geri qol, ardçı qol).

Babur savaşların birində cavanğarı və baranğarı öz aralarında sol və sağ qollar olmaqla daha iki yerə bölmüş, mərkəzə də bir xassə tabın yer­ləş­dir­məklə türk döyüş sənətinə yenilik gətirmişdir.

Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit.

Yengə: böyük qardaşın və ya əminin arvadı.

Yəbrüh üs-sənəm: insan kökü adlanan bir bitki, adamotu, qanqurudan.

Yəxni: kabab.

Yurd: köçərilərin düşdükləri yer; hökmdar düşərgəsi, ordugah.

Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı bir rütbə və ya mövqe verərkən keçiri­lən bir törəni göstərir. Digər bir məna­sı hökmdar önündə sayğı ilə diz çökməkdir.

Yüz atlı(ğ): yüzbaşı; bugünkü kapitan rütbəsinə uyğundur.

Zəfərnamə: Baburun qələbələri haqqında Şeyx Zeyn tərəfindən qələ­mə alı­nan zəfər məktubları.

Zəfərnamə: Teymurun tarixçisi Şərafəddin əl-Yəzdinin 882=1419-cu ildə yazdığı məşhur əsər. Burada Əmir Teymurun zəfərlərindən danışılır.

Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş bar­maq qalınlığın­da, ucu də­mirli, arxasında düz uçmağı təmin edən lələyi olan oxdan meydana gələn atəşsiz silah nö­vü. Əsgərin zireh­lərini dələcək güc­dədir.

Zic: yaxud zeyr: əskidən ulduzların yerlərini və hərəkətlərini göstər­mək üçün hazır­lanmış cədvəl, ulduz kataloqu.

Zünnar: müsəlman ölkələrində xristianların bellərinə bağladıqları xü­su­si rəngdə qurşaq.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin