1. Multikulturalizmə giriş fənninin predmeti və obyekti



Yüklə 35,16 Kb.
səhifə1/12
tarix30.12.2021
ölçüsü35,16 Kb.
#49276
  1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 1


1.Multikulturalizmə giriş fənninin predmeti və obyekti

Hər bir fənnin, elmin öyrənilməsi onun obyektinin, predmetinin və məqsədinin müəyyən edilməsindən başlayır. Bu isə öz növbəsində elmin məzmununun açıqlanmasına kömək edir. Elmin obyekti və predmeti birbirilə sıx bağlıdır. Lakin onları bir-birilə eyniləşdirmək düzgün deyil. Elmin obyektini insanın idraki fəaliyyəti vasitəsilə dərk olunan reallıq təşkil edir. Obyektin bilavasitə tədqiq olunan xüsusiyyətləri, əlamətləri, tərəfləri isə elmin predmeti kimi çıxış edir. Elmin obyekti onun predmetinə münasibətdə daha genişdir. Daha konkret desək, elmin predmeti onun obyektinin müəyyən bir hissəsi kimi obyektin bu və ya digər elm sahəsi üçün müəyyən elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən xüsusiyyətlərini, əlamətlərini, tərəflərini əks etdirir. Elmin predmeti subyektin, yəni tədqiqatçının obyektə münasibətini ifadə edir. O, subyekt tərəfindən reallığın hansı xüsusiyyətlərinin və əlamətlərinin öyrənildiyini göstərir. Elmin obyekti və predmeti haqqında yuxarıda deyilənləri nəzərə alaraq “Multikulturalizmə giriş” fənninin obyektini və predmetini müəyyən etmək olar. “Multikulturalizmə giriş” fənninin obyektini çoxmədəniyyətlilik təşkil edir. Əvvəlki yarımfəsildə qeyd olunmuşdur ki, çoxmədəniyyətlilik məfhumu sözün geniş mənasında işlədilən multikulturalizm məfhumunun məzmununu əks edir və o, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəliflikləri, eləcə də bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərləri ehtiva edir. “Multikulturalizmə giriş” fənninin predmetinə gəldikdə isə, cəmiyyətdəki çoxmədəniyyətliliyin, yəni etnik, irqi, dini və mədəni müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının yollarını öyrədir. Fənnin predmetinin tərifində onun məqsədi aydın şəkildə özünü büruzə verir. Müasir multikultural cəmiyyətdə etnik, irqi, dini və mədəni müxtəlifliklərin, həmçinin bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının yollarının müəyyən edilməsi “Multikulturalizmə giriş” fənninin məqsədidir.

“Multikulturalizmə giriş” fənninin obyekti olan çoxmədəniyyətliliyi digər fənlər də öyrənə bilər. Məsələn, çoxmədəniyyətlilik fəlsəfə, sosiologiya və mədəniyyətşünaslıq kimi elmlər üçün də tədqiqat obyekti qismində çıxış edə bilər. Lakin bu sadalanan elmlərin hər biri çoxmədəniyyətliliyə öz predmetinə uyğun şəkildə yanaşır. Fəlsəfə çoxmədəniyyətliliyin əsasən mahiyyətini, sosiologiya onun cəmiyyətdə formalaşmasını, digər sosial hadisələrlə münasibətlərini, mədəniyyətşünaslıq isə daha çox əhəmiyyətini ön plana çəkir.


Yüklə 35,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin