1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

92
Xaçpərəst  qoşunlarını  darmadağın  edən  Səlahəddin
Əyyubinin  ordusunda
başlıca  zərbə qüvvəsini  kürd  süvariləri  təşkil  edirdi.  (22,46).  XVI əsrdə (1554-1586-ci
illərdə) Səfəvi  ordusunun  tərkibində özünün  süvari  dəstəsində böyük  hərbi  uğurlar
qazandığına  görə şərəfxan  Bidlisinin  tarixçi  Oruc  Bəy  Byat  “Azərbaycanın  görkəmli
sərkərdələri” sırasına daxil etmişdir (29,24).
Akademik  O.V.Vilçevskiy  qeyd  edir  ki,  II  Dünya  müharibəsinədək  yaxın  şərq
ölkələrinin ordusunda başlıca yeri kürd süvari dəstələri tuturdu (14,41).
Osmanlı sultanı II Əbdül Həmid (1876-1909) 1891-ci ildə yaratdığı “Həmidiyə”
adlanan  çevik  süvari  dəstləri  məhz  kürdlərdən  ibarət  idi.    1923-cü  ildə Türkiyə
cumhuriyyətini  quran  M.K.  Atatürk  bu  dəstənin  adını  dəyişməklə (“Əşirət  alayları”)
onlardan  gənc  respublikanın  avropalı  işğalçılardan  azad  edilməsi  və süvariliyin  təmin
edilməsində başlıca hərbi qüvvə kimi istifadə etdi. Kürd süvari dəstələrinin digərlərindən
fərqi və gücü  onda  idi  ki,  bura  daxil  olan  döyüşçülər  yalnız  eyni  tayfanın  üzvlərindən
ibarət olurdu.
Kürdşünas  tətqiqatçıların  fikrinə görə kürd süvari  dəstələrinin  böyük  döyüş
məharətlərinə malik olmasının bir səbəbi də ümumiyyətlə, bu xalqın gündəlik həyatında
atın ən  qədim  zamanlardan  mühüm  rol  oynamasıdır.  Akademik  O,  Vilçeviskiy  kürdlərə
həsr  etdiyi  sanballı  monoqrafiyasında  bu  cəhətə xüsusi  diqqət  yetirərək  qeyd  edir  ki,
kürdlərin ən  qədim  zamanlardan  ata  bağlılığı  elə güclü  olmuşdur  ki,  bu  indiki  dövrə
qədər öz əhəmiyyətini itirmımişdir.
Müəllif həmin fikrini əsaslandırmaq üçün yazır: “ Müasir dövrdə, atın Ön Asiya
əhalisinin  təsərrüfat  həyatında  geniş  yer  tutduğu  bir  zamanda,  o,  kürdlərlə elə dərəcədə
sıx bağlı hesab olunur ki, İraq 1925-ci ildə “Ərəb və kürdlərin Birləşmiş Həşimi krallığı”
elan  edilərkən  özünün  yeni  gerbini  yaratdı,  bu  gerbin  qalxanının  dayaq  hissəsində ərəb
dəvəsi və kürd atı təsvir olunmuşdur” (14,41).
O.  V.  Vilçeviskinin  kürd  süvariləri  haqqındakı  fikirlərini  belə yekunlaşdırır:
“Bir  sözlə,  ilk  baxışdan  kürdü  atsız  təsəvvür  etmək  çətindir,  at-kürd  məişətinin,  kürd
təsərrüfatının ayrılmaz hissəsidir” (Yenə orada). Bu fikri erməni yazıçısı, kürdlərə heç də
rəğbət bəsləməyən Akon Melik Akopyan (Raffi) da etiraf etmişdir: “Kürd uşaqlıqdan atı
və silahı idarə etməyi öyrənir... Kürd heç vaxt başqasına hətta doğma qardaşına, öz atına
minmək  imkanı  verməz.  Onun  özü  kimi  atı  da  bir-birini  tanıyır.  Atın  xarakterinə bələd
olmayan  kənar  şəxs  onu  idarə edə bilməz  və onu  korlaya  bilər.  Onu  görə də kürdlərdə
belə bir  məsəl  var:  “İki  şey- qadın  və at-var  ki,  onları  başqasına  vermək  olmaz  ”
(118,279).

93
Xarici  ölkə kürdşünaslarının,  eləcə də kürdlər  arasında  başqa  adla  yaşayan
missionerlərin  demək  olar  ki,  hamısı  kürd  cəmiyyətində qadının digər  müsəlman
qadınları  ilə müqayisədə geniş  azadlığa  malik  olmasını,  öz  namus  və şərəfini,  qanı
bahasına  olsa  belə,  axıradək  qorumasını  ,  kürd  qadınının  döyüşdə kişilərlə bərabər
vuruşmasını  heyrət  hissi  ilə qələmə almışlar.    Bu  fikirləri əsaslnadırmaq  üçün  bir  neçə
fakta müraciət edək.
K. Riç kürd qadınının ailədəki mövqeyinə diqqəti cəlb edərək yazır ki: “demək
olar  ki,  onlara əri  bərabərhüquqlular  kimi  yanaşır.  Kürd  qadını  türk  qadınlarının  kölə
vəziyyətinə istehza və nifrətlə yanaşır” (119,131).
P.  Lerx  özündən əvvəlki  missioner  və tətqiqatçıların  fikirlərinə istinad  edərək
kürd qadını haqqında deyilənləri və yazılanları təsdiqləyir: “Qadın cinsi kürdlərdə qonşu
xalqlarla  müqayisədə böyük  azadlığa  malikdir. Southgate.....  hətta,  inandırır  ki,  kürd
kişisinin  öz həyat  yoldaşına  münasibəti ona qərbin ailə həyatını xatırladır.  İş  zamanı və
kişilər arasında qadınlar həmişə örtüksüz gəzirlər. Ər öz arvadına tam etibar edir. O, ev
və çöl  işlərini  görür,  uşaqlara  baxır,  paltar  və xalça  hazırlayır......  Kürd  qadınları  çox
əməksevərdirlər... Nigah kürdlərdə qırılmaz (pozulmaz) ittifaq hesab  olunur” (25,31).
Akademik V.F.minorskiy kürdlərə həsr etdiyi kitabında (21) kürd cəmiyyətində
qadının  mövqeyi  və kürd  qadınının  fərqləndirici  xüsusiyyətlərinə ayrıca  yer  vermişdir.
O,  burada  göstərir  ki,  hər  bir  xalqın  xarakteristikası  üçün  qadına  münasibət  məsələsi
mühümdür. Bu baxımdan müəllif kürdləri “Müsəlman xalqları içərisində ən liberar” xalq
hesab edir (21,36).
V.F.  Minorskiy  bu  fikrin  banisini əsaslandırmaq  üçün  qeyd  edir  ki, kürd
qadınları  da  ailədə müəyyən  işləri  yerinə yetirir,  lakin  onlar  üzlərini  örtmürlər,  kişilərlə
bir  məclisdə sərbəst əyləşib  söhbət  edirlər.  Daha  sonra  müəllif  kürd  qadınları  haqqında
Soanın  aşağıdakı sözlərinə istinad  edir:  “Kəndlərdə bir neçə dəfə evin sahibəsi əri evdə
olmadığı  halda  məni  qonaq  qəbul  edərək,  mənimlə əyləşib  söhbət  etmiş,  türk  və fars
qadınları  kimi  yalançı  utancaqlıq  və ciddilik  rolunu  oynamamış,  evdəki  yeməkləri
mənimlə sevinc hissi ilə paylaşmışdır ” (21,36).
Kürd  qadının  təkcə ailədə deyil  cəmiyyətdə də böyük  nüfuza  malik  olmasına
diqqəti cəlb edən V.F.Minorski həmin fikrini əsaslandırmaq üçün bir sıra adlı-sanlı kürd
qadınlarının  övladlarının  (oğlanların)  atanın  adı  ilə deyil  ananın  adı  ilə çağırılmasını;
ərinin əvəzinə bütün  tayfaya  və yaşadıqları  şəhərə,  vilayətə başçılıq  edən  bəzi  kürd
xanımlarının  (Həkkəri əmirliyinin  kürdlər  təeəfindən  işğalı  illərində burada  hakimlik
edən  xanım;  Süleymaniyə vilayətinin əri  Osman  Paşa  Cavtan  sonra  idarə edən  Adilə
xanım)  rəhbərlik və idarə etmək qabiliyyətlərini misal göstərir (yenə orda səh37).

94
Akademik  O.V.Vinçeviski  də kürdlərin  Ön  Asiyanın  digər  xalqlarından
fərqləndirici  xüsusiyyətləri  sırasına  onların  qadına  münasibətini  və kürd  qadınının
kişilərlə birgə döyüşməsini  daxil  edərək  yazır:  “....  hələ 1950-ci  ildə Iran  qoşunlarının
Cavanrud  tayfasının  üsyanını  yatırtmaq  üçün  apardığı  cəza əməliyyatları  zamanı  həmin
tayfanın könüllülər dəstəsinin tərkibində demək olar ki, əli silah tutan bütün qadınları da
vuruşurdu.
Ona görə də hərçənd ki, əsrlər keçdikcə patriarxal    münasibətlər Kürdüstanda
da  yayılmışdır,  ....  matriarxatın  möhkəm  və güclü  izləri  (xatirələri)  kürd  mühitində bu
günədək  özünü  göstərməkdədir.  Qadının əhəmiyyətli  dərəcədə müstəqil  mövqeyi  ona
hamı  tərəfindən  hörmət,  bəzi  hallarda  onun  hədsiz  nüfuza  malik  olması-kürdləri  Kiçik
Asiya və İranın qonşu xalqlarından fərqləndirən başlıca əlamətlərdəndir”  (14,40).
Görkəmli  kürdşünasın  bu  fikrinə onu  da əlavə edək  ki,  kürd  qadınının
qəhrəmanlığına  dair çoxsaylı tarixi faktlar  təkcə XX əsrə deyil,  bütün  dövrlərə aid olub
bu  gün  də davam  etməkdədir.Bu  baxımdan  təkcə son  30  ildə Şimali  Kürdüstanda  öz
xalqının milli azadlığı uğrunda şəhid olmuş onlarla kürd qızını və ya Qarabağ müharibəsi
illərində (1992-1994)  Ermənilərin əlinə keçməmək  üçün özünü  qayadan  atan  neçə-neçə
kürd qadınını xatırlamaq kifayətdir.
Kürd  qadının  qəhrəmanlığına  dair  faktlar  dünya  qadınlarının  həyatına  həsr
olunmuş  və alman  alimləri  tərəfindən  yazılmış,  1885-ci  ildə rus  dilinə tərcümə edilmiş
“Qadın.  Onun  həyatı,  mənəviyyatı  və ictimai  mövqeyi” adlı  beynəlxalq əhəmiyyətli
kitaba  da  düşmüşdür.  Həmin  kitabda  kürd  qadınının  cəmiyyətdəki  azadlığı,
əməksevərliyi,  ev  işlarində çevikliyi,  zirəkliyi,  şən  və ismətli  olması  ilə yanaşı,
qəhrəmanlığı  da  xüsusi  qeyd  edilmişdir.  Bu  fikrin  isbatı  üçün  Kırım  müharibəsi
(yuxarıda qeyd etdiyimiz Rus-Türk müharibəsi) illərində ətrafına silahlı dəstə toplayaraq
kişi paltarında, ağ atın belində İstanbula gedib ruslara qarşı vuruşmaq istədiyini bildirən
Qara Fatma nümunə göstərilir.
Kitabın “Kürdlərin köçəri həyatı” adlı üçüncü fəslində yazılmışdır:  “Bu qədim
dağlıların  döyüşkənlik  ruhu  həm  də onunla  sübut  olunur  ki,  qadınların  özləridə
müharibədə iştirak  edirlər  və bu  baxımdan kürdlərin  amazonkası  Qara  Fatma,  hətta,
tarixə düşmüşdür. O, əslən şərt dağlıq dairə olan Rəvvandizdir...” (120,67).
Kürd  qadınının  hüquq  bərabərliyini,  ailə təsərrüfatında  zəhmətkeşliyini  və
döyüşdə kişilərdən geri qalmamasını  XIX əsrin erməni  tətqiqatçısı  K.  Xaçaturov xüsusi
qeyd etmişdir: “Kürdlərdə qadın tatarlar (azərbaycanlılar), ermənilər və digər xalqlarla
müqayisədə çox böyük hüquqlara malikdir. Kürdün arvadı  həm ev şəraitində (məişətdə),
hə də müharibədə yoldaşlıq  edir. Əgər ər  müharibəyə
yollanırsa,  qadınlar  isə eəv

95
təsərrüfatını  yola  verir.  Qadın  cinsinin  hünəri  qadınlara  böyük  azadlıq  hüququ  verir.
(121,35).
Erməni  müəllif  daha  sonra  kürd  qadının  döyüş  məharətinə diqqəti  cəlb  edərək
yazır:  “Silahlanmış  bir  kürd  qadını  başqa  xalqdan  olan  dörd  nəfər  silahlanmış  kişinin
öhdəsindən  gələ bilir.  Onda  qadın  özünü  müdafiə edə bilmirsə,  onda  öz  qohum
əqrabasının (tayfasının) şərəf və hörmətindən məhrum olur. Belə zəif ananın qızı ilə heç
bir oğlan evlənməyə razı olmaz” (Yenə orada, səh 85).
Kürd  qadınının  döyüşkənliyini  bir  xalqın  milli  mentaliteti hesab  edən  Aleksey
Madzyak  yazır:  “Kürd  qadınının  döyüşkənliyi-bu  demək  olar  ki,  onların  mentalitetidir.
Kürd mahnısında deyilir:
Qadının  belə mövqeyini  bir  tərəfdən  uzun  zaman  hərbi  demokratiyaya    köklənmiş
kürd  cəmiyyətinin  xüsusiyyətləri,  digər  tərəfdən  isə müharibəyə millətin  bütün  yaşlı
hissəsini  müntəzəm  səfərbər  etmək  kimi  tarixi  zərurət  müəyyənləşdirmişdir  (31,226).
Görkəmli kürdşünas V.P. Nikitin kürd qadınının bir çox özəllikləri ilə yanaşı, onun şərəf
və namusunu  yüksək  səviyyədə qorumasını,  ismətli  olmasını  xüsusi  qeyd  etmişdir:
“Kürdlər arasında faişəlik və Şərqdə geniş yayılmış digər əxlaqsızlıqlar yoxdur” (51,61).
Kürdlərin etnoqrafik xüsusiyyətlərindən biri də onların mərd, səxavətli, qəlbiaçıq və
qonaqpərvərliyidir.    P.Lerx  bu  cəhəti  xüsusi  qeyd  etməklə yazır  ki,  “kürdlərin
qonaqpərvərliyinə onların  arasında  uzun  müddət  yaşayan  və tez-tez  olan:  Riç,  Ensvort,
Ranlinson,    Leyard,  Brend  və b. Şahidlik  edir” (25,29).  Akademik  O.  V.  Vilçevski  də
kürdlərin bu cəhətini xüsusi qeyd etmişdir (130,208).
Görkəmli  kürdşünasın  diqqətini  cəlb  edən  xüsusiyyətlərdən  biri  də kürdlərin  polad
iradəsi,  dönməzliyi,  möhkəm  xarakteridir.  Bu  barədə P.Lerx  belə yazır:  “Pujula  kürd
xarakterinin  möhkəmliyi  barədə heyrətləndirici  misal  göstərir.  Hafiz  paşanın  1837-ci
ildəki yürüşü  zamanı əsir  alınan,  öz  gözəlliyi  ilə fərqlənən  bəym  üsyan  edən  tayfasının
mövqeləri  və sayı  barədə məlumatın  müqabilində ona  təklif  olunan  bütün  hədiyyələrdən
və vasitələrdən  qətiyyətlə imtina  etdi.  Keçmiş  kürd  bəyi  kimi  mən  adamların  rəisi  ola
Yerə və göyə and içirəm!
Yadda saxla lənətə gəlmiş düşmən,
Kürd qadını sənin ayağına düşməyəcəkdir!”

96
bilmərəm, ”- deyə o qürurla  padşahın sərkərdəsinə cavab verdi. İki günlük işgəncələr ona
öz tayfasını satmağa vadar edə bilmədi. Üçüncü gün qəddar paşa onu qaynar qazana saldı,
Lakin qəhrəman kürd ölənə qədər möhkəm dayandı” (yenə orada, səh 31).
Görkəmli  şərqşünas  akademik  A.  Kremskiy  “Kürdlər”  adlı  məqaləsində (həmin
məqalə 1896-cı ildə S. Peterburqda nəşr olunan “Enksklopedik lüğət” də verilmişdir) bu
xalqın  xarakterik  xüsusiyyətlərini  yığcam  şəkildə
belə ümumiləşdirmişdir:  “Kürdlər
qəhrəman, azadlıqsevən, qonaqpərvər,  təmkinlidirlər  və verilən  sözə əməl  edirlər,
bununla  yalançı  farslardan  fərqlənirlər....  Kürd qadını  Şərqdə heç bir xalqda  olmayan  bir
azadlığa sahibdir” (223,69-71).
Rus-türk müharibəsi (XIX əsrin 50-ci illəri) zamanı əsir alınmış kürdlərin bir qrupu
Rusiyanın  Smolensk  quberniyasının  Roslavl  şəhərində saxlanılmışdır. Təxminən  bir  il
müddətində həmin  kürdlər    üzərində müşahidə aparan  jurnalist  K.Mikeşin  yazır:
“Kürdlərin əksəriyyəti    uca  boylu,  möhkəm  bədənli,  enli  kürəklidir;  xoşagəlmli  sifət
cizgilərinə malikdirlər.....  Yazda,  qar əriyən  zaman əsirlər  küçəyə çıxır,  tez-tez  hansısa
balalaykanın (blur  adlanan  kürd  zurnası  nəzərdə tutulur-B.M.) sədaları  altında  rəqs
edirdilər....  Məni  onların  “çıxard”  oyunu  zamanı  göstərdikləri  çeviklik  xüsusilə
heyrətləndirdi. Kürdlərdən biri əllərini sinasində çarpaz saxlayaraq meydançanın ortasında
əyilmiş  vəziyyətdə dayanır,  qalan əlli  nəfər  isə qaçaraq  onun  üzərindən  tullanır....
Tullananlardan kiminsə qeyri dəqiq hərəkətini görə bilmədim. Bu oyundan hər bir kürdün
çevikliyini  ,  sürət  tərzini  görmək  mümkündür...  Kürdlərin  gülə olan  həsas  münasibətini
Şimal xalqlarında az görmək olar.... Kürdlər olduqca  dindar, təmkinli və əməsevərdirlər....
Onları  müşahidə etdiyim  bir  il ərzində kürdlər  fövqəladə surətdə sülhsevər
və bir-
birlərinə qarşı qeyri-adi dostluq şəraitində yaşayırdılar” (224,№283).
Kürdlərin  digər  etnoqrafik  xüsusiyyətləri;  maddi  mədəniyyəti,  adət-ənənələri,  milli
geyimləri,  məişəti,  mətbəxi  və s.  barədə çoxsaylı əsərlər  (7;  8;  104;  115;116;  121;
122;123;124;125;126;127;128;129  və s.)  yazıldığı  üçün  burada  daha əhəmiyyətli  hesab
olunan bəzi fərqləndirici cəhətləri qısaca qeyd etməyi məqsədəuyğun sayırıq.
Kürdlərin  özünəməxsus  etnoqrafiq  xüsusiyyətləri  onların  milli  geyim  formalarında
da öz əksini tapmışdır. Kürdlər ən qədim zamanlardan özünə xas geyim formaları yaratmış
və əsrlər  boyu  onu  qoruyub  saxlamağa  çalışmışdır.  Minilliklər ərzində kürdlər  digər
xalqların əsarətində yaşadığına baxmayaraq, öz milli geyimini dəyişməmiş və bu günədək
qoruyub  saxlaya  bilmişlər.  İraq  Kürdüstanının  başçısı M.  Bərzani  prezident  kürsüsündə
bu gün də milli geyimdə əyləşir.
Kürdlərin maddi mədəniyyət nümunələri içərisində milli geyimləri xüsusi yer tutur.
Həm  kişilərin, həm də qadınların geyim formaları özünün rahatlığı və genişliyi ilə qonşu
xalqların (ərəblərin,  kürdlərin,  farsların  və s.) qiyafəsindən  ciddi  şəkildə fərqlənir.  Bu

97
fərqləndirici  xüsusiyyətlər (genişlik,  sərbəstlik,  rahatlıq  və s.), fikrimizcə kürd  xalqının
azadlıq  ruhunun  çox  yüksək  olması,  qədim  zamanlardan  sərbəst,  müstəqil yaşamağa  can
atması ilə bağlıdır.
Kürd  geyim  formalarını,  xüsusilə,  qadın  paltarlarının  fərqləndirici əlamətlərindən
biri  də onların    parlaq,  al-əlvan  rəngli  olmasıdır.  Şübhəsiz  ki,  bu  cəhət  Kürdüstanın
ecəzkar gözəlliyindən irəli gəlir.
Xarici  müşahidəçilərin  diqqətini  daha  çox  kişilərin  geyimində ağ-qara  rəngli
parçadan  hazərlanan  baş  örtüyü  və bellərinin  doladıqları  uzun  şal,  qadınlarda  isə “kofi”
(dingə) adlanan baş örtüyü, jileti xatırladan “elək” (qabağı açıq üst geyimi), koftayabənzər
“kurtık”, “dehrə” adlanan bir neçə təbəqədən ibarət rəngbərəng parçadan tikilən yubka  və
onun üzərində qabaq tərəfdən bağlanan  “mezər” (önlük), gümüş kəmər və s. cəlb etmişdir.
Kürdlərin  milli  geyimləri  kimi  milli  xörəkləri  də özünəməxsusluğu  ilə fərqlənir.
Ümumiyyətlə kürd  mətbəxi  üçün  səciyyəvi  cəhət  burada ətdən  və süddən  hazırlanan
xörəklərdən və Kürdüstan dağlarının “min bir dərdin dərmanı” olan bitkilərindən (onların
sayı-hesabı yoxdur) geniş istifadə olunmasıdır .
Ətdən  hazırlanan  xörək  növlərindən ən  çox  xoşladığı  “qəli”  (qovurma),  kabab,
“seləqəli” (sac  qovurması) kəlapır (kürdcə:  “kəl”-qaynama  ,  “pur”-çox  deməkdir),
“avsir” (şorba) və s. Yeri gəlmişkən “xörək” kürd sözü olub “yemək” deməkdir.
Tanınmış kürd ziyalısı H. Nadirova özünün “Kürdlərin milli xörəkləri” adlı dəyərli
kitabında  (127)  kürd  mətbəxi  haqqında  geniş  və dərin  məlumatlar  verdiyindən  burada
yuxarıdakı qısa qeydlərlə kifayətlənirik.
Kürdlərin  mədəniyyət  tarixində maddi  nümunələr  deyil,  mənəvi  dəyərlər  daha
önəmli  yer tutur.  Bu  cəhətə xüsusi  diqqət  yetirək  dr.  Fəhmi  Şinnavi  kürdləri  qədim
misirlilərlə müqayisə edərək yazır :    “kürdlər tamamilə özəl bir millətdir. Misirlilər isə
kosmopolit  bir  millət.  Misirlilər  bütün  dünyaya  özlərini  süvdirmək  üçün  tarixi əsərlər
qoyduqları  halda,  kürdlər  şəxsiyyətli,  fədakar,  zülmə qarşı  çıxan  və fərqli  şəxsiyyətlərini
(milli-mənəvi dəyərlərini –kursiv bizimdir.) ortaya qoymuşlar” (22,20).
Hörmətli  dr.  F.  Şinnavinin  kürdlərin  maddi  mədəniyyət  nümunələrinin  azlığı  (o,
burdada gətirdiyimiz iqtibasdan əvvəl belə bir sual verir: “nə üçün kürdlər misirlilər kimi
tarixi əsərlər  buraxmamışlar”) barədəki  fikrinə müəyyən  aydınlaq  gətirməyi  zəruri  hesab
edirik. Müəllif özü bu  məsələni belə hesab edir ki, kürdlərin misirlilər kimi tarixi əsərlər
(yəni Misir ehramları kimi maddi mədəniyyət nümunələri) yaratmamasının başlıca səbəbi
Misir  dövlətinin  Nilin  münbit  torpaqları  sahillərində yerləşməsi,  Kürdüstanın  isə sərt
dağlıq ərazilərdən  ibarət  olması;  həmçinin  misirlilərin  kürdlər  kimi  mənəviyyata,  milli
mənliyə o qədər əhəmiyyət verməməsidir.

98
Əlbəttə müəllifin  bu izahı tamamilə doğrudur; lakin  burada  razılaşmadığımız  bircə
cəhət  var:  kürdlərin  yaratdığı  maddi  mədəniyyət  nümunələri  heç  də az  olmamışdır.  Bu
nümunələrin  bir  qismi  imperiyalararası  müharibələr  zamanı  tamamilə dağıdılmış,  digər
qismi isə kürdlərin doğma torpaqlarını işğal edən qonşu xalqlar (ərəblər, farslar, türklər və
s.) tərəfindən mənimsənilmişdir.
Dr.  F.  Şinnavinin  çox  yüksək  qiymətləndirdiyi  milli-mənəvi  dəyərlərdən  bəzilərini
(milli ləyaqət,  milli  qürur  və şərəf,  qorxmaazlıq,  igidlik,  yüksək  yeksək  doyüşrola,
mərdlik,  namusluluq,  abır-həya  və
ismət,  qadın  azadlığı  xarakterik,  möhkəmliyi,
qonaqpərvərlik  və s.)  yuxarıda  qeyd  etmişik.  Lakin  kürdlərin,  fikrimizcə,  milli-mənəvi
dəyərləri içərisində birinci yeri milli varlığın “məhək daşı” olan doğma ana dili tutur. Artıq
qeyd  etdiyimiz  kimi,  kürdlər  minilliklər  boyu  yadelli  və yaddiilli  işğalçıların əsarətinə,
təzyiq  və təqiblərə,  mənəvi  terora,  ana  dilində danışmaq  və hətta  bu  dildə balalarına  ad
vermək,  qadağalarına məruz qaldıqlarına baxmayaraq, öz doğma və doğma olduğu qədər
də qədim olan dillərini bu günədək qoruyub saxlaya bilmişlər. Müqayisə üçün qeyd edək
ki, ən  qədim  zamanlardan  kürdlərlə qonşu  olan  azərilər  (azərbaycanlılar)  qədim
əcdadlarının  doğma  dilini  (həmin  dil  kürd  dili  kimi  İran  dillərinə aid  idi)    erkən  orta
əsrlərədək qoruya bilsələr də, sonrakı dövrlərdə türkdilli xalq kimi formalaşmışlar.
Kürd  dilinin  mənşəyi  və formalaşması  tarixi  haqqında  müəyyən  elmi  mübahisələr
mövcud olsa da həqiqət  birdir: bu qədim  dil öz başlanğıcını ən  qədim  dillərdən  biri  olan
sanskrit dilindən almış və İran dillərinin şimal-qərb qoluna aiddir.
Görkəmli  başqırd  alimi  Salavat  Qalyamov  kürd  və başqırd (başkürd,  başkord)
dillərinin sanskrit dili ilə sıx əlaqəsini sübut edən çoxsaylı fonetik, morfoloji və qramatik
materialların təhlili əsasında həmin dillərin genetik qohumluğu nəticəsinə gəlmişdir (24,4).
Müəllif,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  hər  iki  xalqın  eyni  mənşəyə (qədim  Veda
yazılarında hind-ari tayfalarından biri kimi qeyd olunan Kuru etnosu) və eyni dil qrupuna
mənsub olduqlarını tarixi-toponomik dəlillərlə yanaşı, leksik materiallar əsasında da sübut
etməyə çalışmış  və demək  olar  ki,  məqsədinə nail  olmuşdur.  Onun  bu  məsələlərə həsr
etdiyi iki sanballı monoqrafiya (23;24) böyük elmi dəyər kəsb edir.
Kürd dilinin ikinci inkişaf mərhələsi Med// Mad (Midiya) dili ilə bağlıdır. Yuxarıda
kürdlərin  etnogenezində Medlərin  (Madların,  Marların)  mehem  rol  oynaması  barədə
görkəmli  şərqşünas  alimlərin fikirlərini  qeyd  etmişik.  Həmin  alimlərin əksəriyyəti  məhz
dil  faktoruna əsasən  həmin  xalqların  eyni  soykökünə malik  olduğunu  sübut  etməyə
çalışırlar. Görkəmli kürd  alimi  “Kürd və Kürdüstan tarixi” adlı məşhur kitabında  Kürd
və Mad  dillərinin  eyni  mənşəyə malik  olduğunu  sübut  etmək  üçün  aşağıdakı  sözlərin
müqayisəli cədvəlini tərtib etmişdir (81,103):

99
Cədvəldən  aydın  göründüyü  kimi  bir  çox  “Avesta”  (Med  dilində yazılmış  qədim
abidə)  sözləri  fars  dilindəki  sözlərdən  fəqləndiyi  halda,  kürd  dilindəki  sözlərlə eyniyyət
təşkil edir.
Görkəmli  şərqşünas  alim  V.  Minorski  də kürd  dilini  Med//  Mad  dili  ilə sıx  bağlı
olduğunu  bu  xalqların  eyni  mənşəyə mailk  olması  ilə əlaqələndirir:  “Kürd dilini
Karduxların,  ya  da  Kortişlərin,  ya  da  hamısının əsli  olaraq  qəbul  etdiyimiz  Medlərin  dili
ilə bağlamaq  gərəkdir.  Kürdlərin gerçək  ataları əlimizdə olandəlillərə görə Medlərdir”
(84,41).
Kürdlər  haqqında  sanballı  kitabın (bu  kitab  fransız,  rus,  türk  və s.  dillərdə çap
olunub) müəllifi B. Nikitin də Kürd dilinin Mad dilinə ən yaxın dil olduğunu qeyd edərək,
ingilis alimi Soanın sözlərinə istinad edir: “.... Zərdüştün danışdığı Avesta  dilinə ən çox
yaxınlaşan” Mukri Kürdcəsidir (130,295).
Kurmanc
kürdcəsi :
məzın
bərz
masi
oştra (ıwştra)
pirt
ro, xor
vəraz
mej(meş)
bərx
qısə
wısu
zanin
əz
Avesta
dili:
maza
bərəza
masıya
oştra (ıwştra)
pıreta
hor
vəraza
mexşi
vəraxa
xesa
was
zanin
zəm
Farsca:
bozorg
bolənd
mahi
şotor
pol
afitab
gəraz
meges
bərə
soxən
xwastən
danisten
mən
Tükcə:
böyük
yüksək
balıq
dəvə
körpü
günəş
donuz
milçək
quzu
söz
istəmək
bilmək
mən

100
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  müasir  kürd  dilinin əsasları  II-VI əsrlərdə
formalaşmışdır.  Məhz  həmin  dövrdə ayrı-ayrı  kürd  tayfa  birləşmələrinin  eyni  dildə
danışmaları  onların  qaynayıb-qrışmalarına  və vahid  xalq  kimi
formalaşmasına  səbəb
olmuşdur.  Kürd  xalqının  və dilinin  formalaşması  məsələlərinə həsr  etdiyi  dəyərli
monoqrafiyasında  O.  Vilçevskiy,  kürd  dilində ilk  yazılı  nümunə (Kürdüstanın ərəblər
tərəfindən dağıdılması)  haqqında ağı” adlı poemanın tapılmış fraqmentlərini təhlil edərək
yazır:
“Bu fraqmentlərin azlığına baxmayaraq, hər halda, onlar imkan verir ki, təsdiqləyək:
artıq  sasanilər  dövründə kürd  dili  sonrakı  dövrlərdə ona  xas  olan  və onu  digər  İran
dillərindən fərqləndirən xarakterik  xüsusiyyətlərə malik olmuşdur. Artıq biz hələ VI-VII
əsrlərdə müstəqqil dildə danışankürd xalqı haqqında söhbət aça bilərik” (14,115).
Müasir kürd dilinin bir neçə dialekti mövcuddur. Həmin dialektləri dilçilər iki əsas
qrupa  bölürlər:  a)  Şimal (Krumanci);  b)  Cənub (Sorani).  Şimali  Kürdüstan  kürdlərinin
demək  olar  ki,  hamısı,  Cənubi  Kürdüstanın  Zaho,  Dahok,  Mosal,  Akra,  Amadiya,
həmçinin  Cənub-qərbi  Kürdüstanda,  İranın  Xorasan  vilayətində,  “post  sovet”  məkanına
daxil olan respublikalarda yaşayan kürdlərin əksəriyyəti kurmanci dialektində danışırlar.
Şərqi  Kürdüstanda  (Urmiya  gölünün  qərb  sahillərində yürləşən  rayonlaristisna
olmaqla),  Cənubi  Kürdüstanın  Süleymaniyə, Ərbil,  Kərkük,  Rəvandiz  vilayətlərində
yaşayan kürdlərin dili sorani dialektinə aiddir.
Kurmanci  dialektinin  bir  sıra  qolları  ilə yanaşı,  zaza  dialekti  də şimal  qrupuna
daxildir. Cənub qrupuna isə sorani ilə yanaşı qorani (qurani) dialekti də aid edilir.
Müasir kürd dilində 9 sait, 30 samit səs mövcuddur. Dünyada yaşayan kürdlər latın
(Şimali  Kürdüstanda,  Avropa  və digər  xarici  ölkələrdə,  “postsovet”  məkanına  daxil  olan
respublikalarda) , Kril (Ermənistan  və Gürcüstanda) və ərəb (Şərqi  və Cənubi
Kürdüstanda) qrafikalı əlifbadan istifadə edirlər.
Kürd  dilinin  fonetik,  morfoloji  və qramatik  xüsusiyyətlərinə çoxsaylı əsərlər
(6;106;113;131;132;133;134;135;136;137;138;139;140;141;142;143;144  və
s.)
həsr
olunduğu üçün həmin məsələlər üzərində geniş dayanmağa ehtiyac duymuruq. Lakin kürd
dilinin qədimliyinə və müstəqilliyinə şübhə ilə yanaşan bəzi “alimlərə” və “siyasətçilərə”
bir  neçə faktı  xatırlatmağı  zəruri  hesab  edirik.  Həmin  “Kürdfobiya”çıların  diqqətinə bir
daha çatdırırıq  ki,  nə kürd  dilinin    qədim  sanskrit  dili  ilə birbaşa əlaqəsini  sübut  edən  S.
Qallyamov,  nə də bu  dilin  Med//Mad  (Midiya)  dilinə ən  yaxın  dil  olduğunu  təsdiqləyən
akademik V.F. Minorskiy kürd deyil, öz sahələrində tanınmış mütəxəssislərdir.
Başqa misal. Hələ 1787-ci ildə, görkəmli rus alimi, akademik Pallos özünün məşhur
“Bütün  dillərin  və ləhcələrin  müqayisəli  lüğətləri”  adlı  kitabına  276  kürd  sözü  daxil
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə