Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 

 

 

Güntay  Atalı (Asif  Ataya  səcdə  ilə  söz  dedi):  Amallaşma, 

Kamilləşmə hesabatı vermək istəyirəm. Özüm üçün kəsdirmişəm ki, 

bunların  üçü  də  bir-birinə  bağlı  olan  bir  şeydir.  Sən  xalqlaşdıqca 

Amallaşırsan.  Kamilləşdikcə  xalqlaşmaq  istəyirsən.  Bu,  Ocaqçının 

birinci dərəcəli qonusudur və vacibdir. Ocaqçı bunun üzərində özünü 

təsdiq  edir.  Mən  dolğun  şəkildə  deyə  bilmərəm  ki,  Amallaşmışam. 

Ancaq  yox  da  deyil.  Atanı  oxuyuram,  ayrı-ayrı  ədəbiyyatlara  da  üz 

tutmuşam.  Son  vaxtlar  bəzi  inanclarla  bağlı  oxuyuram,  fikirlərimin 

yönünü aydınlaşdırıram. 

Kamilləşmə yönündə düşünəndə özümdə bəzi qüsurlar üzə çıxart-

mışam  son  vaxtlar.  İş  yerimdə  yersiz  davranışlarım,  zarafatlarım 

olur. O anda fərqinə varmıram. Sonradan dönüb özümə baxanda öz 

adiliklərimdən rahatsız oluram. Anında özümlə bacarmamağım qay-

ğılandırıb düşündürür məni. 

Kütləvi xalqlaşma işim olmayıb, ancaq bu yaxınlarda Soylu qar-

daşıma  telefonda  deyirəm:  xalqlaşma  işinin  gözəl  xüsusiyyəti  var, 

adamı həvəsləndirib qabağa aparır. Xalqlaşmam olan kimi darıxıram 


 

192 


ki,  onu  Soylu  Atalı  ilə  paylaşım.  Bu  da  mənim  düşüncələrimdə 

nizam  yaradır.  Qonşularımla  yaxşı  söhbət  etmişəm,  Soylu  Atalının 

“İnam sorağında” kitabını vermişəm onlara. 

Ötən il evimizdə keçirdiyimiz görüşə qatılmamışdı, mən ona ədə-

biyyat vermişdim, ədəbiyyat götürməkdən çəkinib, qorxmuşdu. Oruc 

tuturdu, sonra buraxdı. Mənə görə deyil, başqa səbəb idi. Bu barədə 

onunla çox uğurlu söhbətimiz oldu. İki gün dalbadal işdən gələndən 

sonra  gördüm  Atamla  söhbət  edir,  məni  görəndə  özü  o  söhbətdən 

aralanıb mənimlə danışmaq istəyirdi. Mən ona Asif Ata haqqında de-

dim. 


Onu  da  deyim  ki,  qıraqda  adam  dil-dil  ötür,  ancaq  nəsə  burda 

alınmır. Şəxsən məndə alınmır. Öncə ona görə ki, bu bayrağın qarşı-

sında durub danışmalıyıq, sorumluluq məsələsi var. Basqının səbəbi 

də özümdədir. Kamilliyə yetməməyimdədir. Ancaq qıraq üçün bizim 

fikrimiz,  istənilən  məsələyə  yanaşmağımız  tamamilə  fərqli  bir  hal 

yaradır ki, bu da başqaları üçün yenilikdir. Ocaq üçün, özüm də bi-

lirəm ki, bir az çalışqanlığımı itirmişəm, Ocaq qarşısında özümü hər 

an borclu bilirəm. Həyat bir az başımı qata bilibdir. Üstünlük həyatın 

əlinə keçib. 

Qonumuzla  bağlı  deyim  –  “Amalın  tələbləri  üstə  yaşamağın 

çətinliyi hara kimidir?”. 

Yüksək  təhsil  almaq  kimi  bir  şey  deyil,  deyəsən  ki,  mən  beş  il 

oxuyub  təyinatımı  harasa  alıb  gedəcəm.  Bu  çətinlikləri  aşamalara 

bölsək görərik ki, öncələr burada ailənin də basqısı olur. Ancaq bir 

dövrdən sonra ailə onunla razılaşır. Deyək ki, yağı kəsilmir. Ümumi-

likdə götürdükdə, Ocaq üstə, Amal üstə yaşamağın çətinliyi mənə elə 

gəlir ki, bitməyəcək. Çünkü həyat var və sən yolçusan. Gerçəklikdə 

olan bütün neqativ hallar, əyrintilər olduğu üçün çətinlik olacaq. Bu 

çətinliyi hər aşamada ötmək üçün insandan ləyaqət tələb edilir. Mən 

örnək  olaraq  öz  Ocağımızı  görürəm.  Örnək  olaraq  Soylu  Atalını 

görürəm.  Düzdür,  mən  Nurtəkin  Atalının  çalışmalarını,  əməllərini 

bilirəm,  ancaq  ölçü  olaraq,  Soylu  Atalını  özümə  örnək  götürürəm. 

Yenə deyirəm, burda birincilik söhbəti yoxdur. Atamız Var olsun! 

Günev  Atalı: Maneə,  çətinlik  həmişə  olacaq,  o  çətinliyi  aşmaq 

gərək. Maneələri aşmağın bir aşamada çətinliyi olur, sonra asan olur. 



 

Türkel  Atalı (Ataya  səcdə  edib  Bayrağı  öpür  –  G.A.):  Ümumi 

düşüncələrimi bölüşmək istəyirəm. Son vaxtlar məndə xeyli dərəcədə 

hər  şeyə  həvəssizlik,  vecsizlik,  soyuqluq  var.  Nə  həyatımı  normal 


 

193 


yaşayıram, nə də Amal yönündən özümü nizamlaya bilirəm. Ay için-

də  çox  vaxt  gərgin  halda  oluram.  Bədbinliyi  yaxın  buraxmamağa 

çalışıram.  Bu  cür  hallardan  ancaq  tədbirlərdə  ayrılır,  duruluram.  O 

səbəbdən də özümü tədbirdəki kimi duyub dəyişməz halımdan çıxış 

eləmək  istəyirəm.  Keçən  il  “Xəlqilik”  Bayramındakı  halım  yadım-

dadır. Onda əsgərlikdən dincəlişə (məzuniyyətə) gəlmişdim. Fikrim, 

düşüncəm, hələ də orda olduğuna görə, ağlıma ayrı şeylər gətirə bil-

mirdim.  Bu  səbəbdən  də  tədbirdə  yuxulu  durumda  oldum.  Bu  ilki 

bayrama da yenə halsız getmişdim. Ancaq ordakı ümumi hal, deyilən 

fikirlər içimə elə doldu ki. Tədbiri çox böyük heyranlıqla dinlədim. 

Sanki eşitdiklərimin bitməsini istəmirdim. 

 

 



 

Bu gün yaşıma uyğun yaşamımı təmin eləyə bilməməyim və xeyli 

başqa şeylər, düşüncə fəaliyyətimi, hərəkətetmə qabiliyyətimi ləngi-

dir. Söz yox, nə olur-olsun, orda özümə bu yöndən haqq verirəm ki, 

bunlar təbii istəklərdir və olmalıdır. Oxul, öyrənci olduğum illərdə və 

qoruma qulluğunda (hərbidə) olduğum çağlarda xeyli əksikliklərimin 

olması gözümün önündə canlanır. Bu səbəbdən də özüm üçün nəsə 

eləməyi  atamdan,  qohumdan  umub,  gileyli  əhvalda  olmaq  yox, 

özümdən  umub  hərəkət  eləməyi  düşünürəm.  Bunları  heç  də  bədbin 

düşüncələr kimi qeyd eləmirəm. Ola bilər elə görünsün.  

Ancaq  son  bir  neçə  aydan  bəri  çalışıram  soyuqqanlı  olum,  bəd-

binliyi  özümdən  uzaq  tutum.  Bəlkə  də  yaşımın  bu  çağının  etkisidir 

ki, çox şeyi öz rəngində görə bilmirəm.  


 

194 


Qiymətləndirmələrimdə  yanlışlar  ola  bilər.  Amalın  tələbinə  uy-

ğun, həqiqətçi kimi danışmağı öyrənə bilməmişəm. Həqiqəti anlasam 

da,  içimdə  yetə  bilməmişəm.  Millət,  Bəşər  kimi  böyük  anlayışlar 

məni o dərəcədə cəlb eləmir. Ancaq tədbirdə, qulaq eşidəndə, sanki 

mən də o dərdi, yükü cəfakeşcəsinə çəkirmişəm kimi düşünürəm. Bu 

baxımdan  tədbirin  özü,  onun  yaratdığı  əhval  mənim  üçün  düşüncə-

lərimin sistemləşib yön almasında çox böyük önəm daşıyır. 

Bu  dediklərimi  sistemləşdirib  yazmaqda  dünənki  tədbir  xeyli 

kömək oldu. 

Ocaq  Yükümlüsünün  “İnam  Sorağında”  kitabını  oxumuşam. 

Onunla  fərqlərimizdən  biri  də,  mənim  gözümün  qabağında  onun 

kimi örnəyin olmasıdır. 

Həyatda  nə  qədər  firavan  yaşasan  da,  onun  özü  belə  çətin 

yaşamdır.  Amalla  həyatın  çətinliyi  arasındakı  fərq,  Amalın  çətinli-

yinin səni xoşbəxtliyə yetirməsidir. Atamız Var olsun! 

 

Göylü Atalı: Qonuyla bağlı bir məqama toxunmaq istəyirəm. Hər 

birimiz  örnək  kimi  Soylu  Atalını  göstərdik.  Mən  də  Atadan  sonra 

Soylu  Atalını  örnək  göstərirəm.  Hər  birimizin  ömrümüzdə  bəlli  ça-

larlar  var  ki,  barmaqla  göstəriləcək  səviyyədir.  Ancaq  bütöv  insan 

ömrü  baxımından  yanaşanda  Soylu  Atalı  həyatı  ötmüş  insandır. 

Soylu Atalının ömründə həm də nəyi görmüşəm? Ocaqdan başqa heç 

nə  onun  fərəhinin  qaynağı  deyil.  Hətta  bizim  içimizdən  arada  din-

cəlmək  istəyi  keçir,  həyati  yöndən  nələrisə  yerinə  qoymaq  keçir. 

Soylu Atalıda isə dəfələrlə izləmişəm ki, onu Ocaqdan başqa heç nə 

ala  bilmir.  Günevin  ömrü  də  bir  örnəkdir.  Özəllikcə  son  illər 

izləyirəm. 

 

Soylu Atalı səcdəylə sözünə başladı: 

“Atagün”  və  “Ulufərəh”  Ailələrinin  5-ci  aylıq  törənində  söz  de-

məzdən öncə Ataya səcdə qılıb Bayrağımızı opürəm. 

Mən, doğrusu, xatırlamadım “Atagün” Ailəsi hansı ayı buraxıb? 



 

Günev Atalı: Keçən ayı. Anım Törəninə görə ertələdik. 

 

Soylu Atalı: Aydın oldu. 

İndi  Amallaşma,  Kamilləşmə,  Xalqlaşma  yönündən  hesabat 

vermək istəyirəm. Sonra da qoyduğumuz qonuyla bağlı sizin düşün-

cələrinizə qatılmaq istəyirəm. Özümə aydınlatdığım fikirləri burda da 



 

195 


demək  istəyirəm.  Öncə  Amallaşmağımla  bağlı  düşüncələrimi  bölü-

şüm  sizinlə.  Mənim  Amallaşma  məsələm  ömrümdə  dəyişməz,  da-

vamlı bir yol cızır. Bəlkə də mənim Amallaşmağım özü təkcə Ocaq 

üçün deyil, başqa tarixi olaylar üçün də bir örnəkdir. Çünkü mənim 

Amallaşmağımda dayanma yoxdur. Dayanma yoxdur, ona görə yox 

ki,  mən  özümü  oda-közə  vurub  dəridən-qabıqdan  çıxıram.  Sadəcə 

Amallaşma içimdə dönməz bir tələbə çevrilib. Ona görə daim Amal-

laşma  üstəyəm.  Amallaşmam  da  Atanın  dünyagörüşünü  bütün 

çalarlarıyla aydınlatmaq, ortaya gətirmək, sunmaq anlamı daşıyır. 

Öncə  bir  fikrinizə  yönəlik  vurğu  eləmək  istəyirəm.  Çünkü  hər 

biriniz  onu  deyirsiniz,  başqa  tədbirlərdə  də  deyirsiniz  ki,  amaldaş-

larımın  yanında,  Soylu  Atalının  yanında  yaxşı  danışa  bilmirəm. 

Günev vurğu elədi ki, mən bir tədbirdə danışdım, Soylu mənə dedi, 

birinci  dəfədir  görürəm  ki,  Soylunun  basqısı  yoxdur.  Təxminən 

xatırladım  o  tədbiri.  Nədən  yox  idi?  Bizim  mənəvi  özgürlüyümüz 

var.  Ocaq  bizə  bunu  verib.  Ancaq  fikir  özgürlüyümüz  tam  olmaya 

bilər.  Burada  mən  qınamaq  istəyiylə  demirəm.  Olan  bir  fakt  kimi 

aydınlaşdırmağa  çalışıram.  Çünkü  bu  elə  bir  məsələdir  ki,  qınamaq 

üçün deyil. Ocaqçı Ocağın divarından çölə çıxır. Kim qabağına çıxır-

sa,  onu  dinləmək  istəyirsə,  ona  eşitdiyini  verir.  Bir  var  eşitdiyini 

verəsən, bir var yaratdığını verəsən. Ocaqda hər kəs Atadan, Ocağın 

tədbirlərindən  eşidir.  Ümumən,  Ocağın  böyük  prinsiplərini  əsasən 

eşidir. Yalnız özünün yaşamındakı çalarları özü deyir. Bunu elədim, 

ora  getdim.  Ancaq  Atanın  dünyabaxışı  üstə  yeni  fikirlər  yaratmaq, 

yeni çalarlar üzə çıxarmaq (aşkarlamaq), anlayıram ki, çox çətindir. 

Bunu Ocaqçı eləyərsə, onda onun fikri öz mühitində, yəni amaldaş-

ları qarşısında özgür olur. Ancaq fikir yaradıcılığı yetkin olmadığına 

görə sorumluluq (məsuliyyət) onun üzərində basqı yaradır. Bu, Soylu 

Atalının  basqısı  deyil.  Günev  sadəcə  onu  belə  izah  edir  ki,  Soylu 

fikri  tutur.  –  Bu  var.  İnkar  eləmirəm.  Burda  sən  sorumluluq  üçün 

özünə  bir  ölçü  götürürsən  Soylunu.  Ancaq  əsasən  basqını  yaradan 

yeni fikir yaradıcılığının olmaması, ya da az olmasıdır. 

Mən  nə  diləyirəm?  Onu  deyim  ki,  yeni  fikir  iki  çalarda  özünü 

göstərir.  Deyək  ki,  Atanın  ideyaları  əsasında  düşünürsən,  həyatı 

araşdırırsan,  gedişi  görürsən,  qiymətləndirirsən,  münasibətləri  qiy-

mətləndirirsən.  Bir  də  var,  böyük  prinsipləri,  anlamları  açırsan.  Bu 

artıq  özəl,  çətin  məsələdir.  Bu  baxımdan  Ocaqçı,  fikirləşirəm  ki, 

Atanın  böyük  ideyalarını  görüntüyə  gətirə  bilmirsə,  anlatmaya,  ay-

dınlığa gətirə bilmirsə, ən azından onu saran münasibətləri, gedişləri 


 

196 


daim araşdırıb (təhlil eləyib) qiymətləndirməyi bacarmalıdır. Bunda 

addımı dala qoymamalıdır. O baxımdan o yöndə yeni fikirlər əmələ 

gələ bilər. O fikirləri ifadə eləyəndə yenə də sorumluluq öz sözünü 

deyəcək ha. Niyə? Çünkü sən münasibəti araşdırıb qiymətləndirirsən, 

bunu qiymətləndirərkən Atanın ölçüsünə dayanırsan. Fikirləşirsən ki, 

görəsən Atanın ölçüsünə doğrumu yetmişəm, o açıya dayanıb doğru-

mu  qiymətləndirirəm?  Bu  da  yenə  sorumluluqdur.  Sorumluluq  da 

Ocaqçını heç bir vaxt tərk etməyəcək. Ancaq dediyimiz kimi, qıraq-

da  insanlara  nə  deyirik?  Ocaqdan  öyrəndiyimiz,  eşitdiyimiz  insan 

varlığının gözəlliklərini deyirik. Burda heç bir irad yoxdur. Bu bəlli 

həqiqətlərdir, fərəhli həqiqətlərdir. Ona görə onu haraylayırsan, çağı-

rırsan. Ona görə orda çətinlik əmələ gəlmir. 

İndi  mən  Amallaşmağımla  bağlı  fikirlərimi  deyim.  Bilirsiniz  ki, 

həmişə mən Atayla başqa dünyabaxışları tutuşdururam.  O tutuşdur-

mada Atanın üstünlüklərini açmağa çalışıram. Bunlardan biri də bu-

rada demək istədiyim bir məsələdir.  

 

 

Gəlin görək, peyğəmbər xalqla, insanla birliyə yetirmi? Məsələn, 



Məhəmməd-türk birliyi varmı? Biranlamlı olaraq deyirik ki, yoxdur. 

Niyə yoxdur? Çünkü Məhəmməd türkdən özünə qul düzəltmək istə-

di,  hardasa  ona  yetdi. Türkdən  qul  düzəltdi,  özünə  ümmət  düzəltdi. 

Ümmətlə  peyğəmbərin  birliyi  ola  bilməz.  Onun  üzərində  basqı 

yaratdığı üçün ola bilməz. Gərək türkün üzərində Məhəmməd basqı 

yaratmayaydı.  Basqı  yaratdığı  üçün  biranlamlı  şəkildə  deyirik  ki, 

onun birliyi yoxdur. 


 

197 


Bəs Asif Ata – türk birliyi varmı? O da yoxdur. Siz deyə bilərsiz 

ki, bu birlik mənada, anlamda var. Razılaşıram. Ancaq gerçək olaraq 

yoxdur.  Niyə  yoxdur?  Çünkü  türk  toplumunun  özgürlüyü  yoxdur. 

Özgür  olmayan  toplumla,  xalqla  onu  qüdrətə  çağıran,  qüdrətə  yük-

səltmək istəyən şəxsiyyətin, peyğəmbərin birliyi ola bilməz. Asif Ata 

ilə onun toplumunun, yəni türkün birliyinin yaranması üçün türk öz-

gürlüyə  yetməlidir.  Asif  Atanın  tələblərinə  yetməlidir.  Onda  onun 

birliyi yaranacaq. Onun da tələblərinə yetmək üçün milləti var edən, 

şəxsiyyəti var edən, insanı var edən çalarlar var. Ona yüksəlmək gə-

rəkdir. Asif Atanın yaratdığı hal budur. 

Keçənlərdə  mən  bir  fikir  yazmışdım,  yenə  tutuşdurub  demişdim 

ki,  Məhəmməd  bəşəri  peyğəmbər  deyil.  Ancaq  Asif  Ata  bəşəri 

peyğəmbərdir. Bu fikri izah eləməsən, bunu aydınlatmasan istənilən 

müsəlman da, müsəlman olmayan da, eşidər, mənim uydurmam kimi 

baxar buna. Məhəmməd bəşəri deyil, Asif Ata bəşəri peyğəmbərdir.  

İstənilən fikri deyirik, onun arxasında dayanırıq. Məhəmməd ona 

görə bəşəri deyil ki, bəşər xalqların özgür varlığı deməkdir. Özünün 

mahiyyətini özgür olaraq ifadə eləməsi deməkdir. Məhəmməd buna 

qarşıdır.  Xalqları  basqı  altına  alır,  ərəbvari  qurur,  ərəb  mədəniyyə-

tinin  etkisi  altına  alır,  onun  dilinə,  dünyagörüşünə,  mədəniyyətinə, 

milli varlığına, milli şüuruna basqı yaradır. Basqı yaradırsa, əslində 

bəşərə qarşı davranmış olur. Bəşəri inkar eləmiş olur. Fəlsəfəmizdə 

dediyimiz  kimi,  bəşər  ayrı-ayrı  xalqların  özünəxaslığının  birliyidir, 

böyük  mədəni  quruculuğunun  birliyidir,  milli  keyfiyyətləriylə  üzə 

çıxmasının birliyidir. Bəşər budur. Məhəmməd isə bunların hamısını 

inkar  edir.  Deməli,  bəşəri  deyil.  Asif  Ata  bəşəridir  deyirik.  Çünkü 

Mütləqə  İnam  Dünyagörüşündə  Asif  Ata  vurğu  eləyir  ki,  dünya 

əzəli, əbədi, kamil, sonsuz mənayla birlikdədir. İnsan da əzəli, əbədi, 

kamil, sonsuz mənasıyla birlikdədir. İnsan təkcə türk demək deyil. O, 

insanın  bu  cür  dərin  anlamını  üzə  çıxarır.  O  insan  ki,  o  ingilisdir, 

fransızdır,  almandır,  türkdür,  farsdır  və  başqa  kimilər.  Deməli,  hər 

bir  millət  bu  ideyadan,  fikirdən  yapışıb  özünü  qura  bilər,  ifadə  edə 

bilər.  Özünün  yüksək  keyfiyyətlərini  üzə  çıxara  bilər.  Özünün 

yüksək varlığını ortaya qoya bilər. Asif Ata onlar üçün belə bir yol 

açır,  zəmin  yaradır.  Belə bir  yol açdığı  üçün  xalqların  var  olmasını 

təsdiq edir. Xalqları varlığa yüksəldir, özünə yüksəldir. Asif Ata ona 

görə bəşəridir. 

İndi  bunun  üzərinə  bir  fikir  də  demək  istəyirəm.  Asif  Ata  türkə 

bəşəri  sima  yaradır.  Nədədir  bu?  Bütün dünya  xalqları,  çoxluq  ola-


 

198 


raq, Semit dünyabaxışının etkisindən çıxa bilmədi. İngilis xristiandır, 

rus  xristiandır,  alman  xristiandır,  yəhudi  iudaizmdir,  ərəb  islamdır. 

Ərəb ayrı şeydir, ingilis ayrı şey. Ancaq onların daşıdığı dünyagörüş 

semit  dünyagörüşüdür.  Semit  təfəkkürünün  yaratdığıdır.  Yəhudi, 

ərəb fərq etməz. Xristianlıq yəhudi təfəkkürünün ortaya çıxartdığıdır. 

Özündən  yaradan  xalq  çox  azdır.  Onlardan  biri  hinddir.  Hind  ona 

görə  dərindir  fəlsəfə  baxımından.  O  fəlsəfə  hind  xalqının  simasını 

bəlli  eləyir.  İndi  Asif  Ata türkü  Semit  dünyagörüşünün  basqısından 

çıxarıb türk mahiyyətindən doğan bir dünyabaxışın ortamına gətirir, 

yaşamına  gətirir. Türkə  onun  mahiyyətindən  gələn  yeni  dünyabaxış 

verir,  dünyaya  yanaşma  ölçüsü  yaradır.  Yaşama  yanaşma  ölçüsü 

yaradır. Türkün öz mahiyyətindən doğan bir ölçüylə. Bax buna görə 

Asif  Ata  türkə  bəşəri  sima  yaradır.  Bu,  əslində  türk  mahiyyətindən 

doğan yeni bir bəşər düzənidir, yeni bir bəşər nizamıdır, sivilizasiya-

sıdır. Bu, bəşəriyyətə yön verməklə yanaşı həm də sima yaratmaqdır. 

Bunu cəsarətlə, sevgiylə, fərəhlə türk toplumuna vermək gərəkdir ki, 

gözünə təp. Ayaqlar altından, yerdən qaldırır səni, göylərə yüksəldir. 

Səni Tanrına qovuşdurur, ən yüksək səviyyədə. 

Doğrudan da, Asif Atanın dediyi fikir, bu çağa kimi dünya xalq-

larının insanla bağlı dediyi fikirlərdən biri, hətta birincisidir. Bundan 

öncə də türkün inancları olubdur. O inanclar da əsasən türkün mahiy-

yətindən  doğub.  Ancaq  biz  deyə  bilərik  ki,  o  inancların  sistemində 

qırağa çıxmalar var, bəhrələnmələr var, qatqılar var, az və çox məna-

da. Bunu niyə deyə bilərik? Ona görə deyə bilərik ki, biz Asif Atanın 

dünyagörüşünün  türkün  bəşəri  siması  olduğunu  vurğu  eləyəndə, 

bizim  qarşımıza  kötük  dığırlamasınlar  ki,  türkün  o  biri  inancları  da 

olubdur. Biz onun nə demək olduğunu bilirik… 

Biz  deyirik  insan  gerçək  varlıqdır.  İnsanlıq  onun  kamil,  sonsuz 

mənasıdır.  Bu  özünü  nədə  göstərir?  Bu  özünü  göstərir  insanın 

yanaşmasında.  Ədalətliliyində,  vicdanlılığında,  həqiqətliliyində  və 

başqa keyfiyyətində. Bir də deyirik, bəşər anlamı var. Bəşər anlamı 

özünü  nədə  göstərir?  Nə  vaxt  biz  cəsarətlə,  ürəklə  deyə  bilərik  ki, 

bəşəriyyət  özünə  bənzəyir.  O  vaxt  deyə  bilərik  ki,  onun  insana 

münasibəti  ədalətli  olar,  doğru  olar.  Deməli,  əslində  bəşərin  taleyi 

burda  üzə  çıxır.  Bəşər  –  mahiyyətinə  uyğun  olduğu  dərəcədə  var. 

Uyğun  olmadığı  dərəcədə  yoxdur.  Ona  görə  bəşərin  varolma,  ya 

yoxolma  taleyi,  fərq  etməz,  özünü  İnsana  münasibətdə  göstərir. 

İnsana  münasibətin  nə  dərəcədə  yüksəkdirsə,  bir  o  dərəcədə  özünü 

təsdiq  edirsən,  bir  o  dərəcədə  var  olursan.  İnsana  münasibətin  əyri 


 

199 


olduğu  dərəcədə  bəşəri  keyfiyyətlərini  itirirsən.  Quldarlıq  quruluşu 

sənin  bəşəriliyinin  məhv  olması  deməkdir.  Kapitalizm  bəşəriliyinin 

məhv  olması  deməkdir.  Bütün  sivilizasiyalar,  yaranan  quruluşlar, 

izləyirik,  görürük  ki,  heç  biri  bəşəri  bəşər  eləməyib.  Çünkü  insana 

münasibət  tamam  əyri  olub.  Qul  olub  insan,  quldar  olub  insan, 

feodal,  kapitalist  olub  insan  –  hər  şey  olub,  İnsan  olmayıb.  Burada 

Asif  Ata  insana  münasibəti  –  İnsanı  Allahın  yerinə  qoymaqla  doğ-

ruldur. İnsana, insanlığa münasibət yaratmaqla. Asif Ata insana mü-

nasibətin  göy  səviyyəsini  yaradır.  Əslində  insana  münasibətin  göy 

səviyyəsinə  qalxması,  yüksəlməsi  bəşərin  taleyini,  varlığını  təsdiq 

eləyir. 

“Türkdən  başlayan  yeni  Bəşər  İnamı”  ilə  Asif  Ata  türkə  sima 

yaradır.  Təkcə  türkə  yox,  bəşəriyyətə  sima  yaradır.  Bəşəriyyəti  var 

edən, onun taleyini təsdiq edən bir nizam yaradır, sivilizasiya ortaya 

gətirir.  Bu  da  Asif  Atanın  dünyagörüşünün  qutsal  özəlliklərindən 

biridir. Bizim qonumuz elə mənim Amallaşmamla çox bağlıdır. Əs-

lində  o  Amallaşma  qonusudur  özü.  Ayrıca  qonu  kimi  qoyulub,  ona 

görə  ki,  Amallaşma  ümumi  anlamdır.  Konkret  amallaşma  hesaba-

tının  verilməsi  üçün  ayrıca  bir  qonu  da  düşünüb  qoyuruq  ki,  bu, 

Ocaqçının amallaşmasının özəlliyini yaradır. 

Mənim kamilləşmə prinsipim də amallaşmağımın səviyyəsi qədər 

özümə  yönəlik  ciddi  tələbdir.  Amallaşdıqca,  düşündükcə,  yeni  an-

lamlar  ortaya  çıxardıqca  mənim  idraki  kamilliyim  yeni  aşamaya 

keçir. Yəni idrakda kamilləşmə yolu keçirəm, o yolu keçdikcə inam-

da kamilləşmə yolu keçirəm. Çünkü bildikcə, açdıqca, aşkarladıqca, 

təsdiq elədikcə mənim inamım bərkiyir, kamilləşir. Ancaq mənəviy-

yatımda, mənəvi kamilliyimdə qüsurlar var, – qeyzlərim var. Qeyzlə-

rimin etkisindən çıxa bilmirəm. Asif Ata Ruhaniyyatının ifadəsi olan 

ayrı-ayrı ruhani keyfiyyətlərə dayanıb aydınlaşmasını desək (izahını 

versək), mən belə  yanaşıram.  Yəni İnam,  İdrak, Mənəviyyat kamil-

liyinə. O cümlədən iradə məsələsinin özünə. Həmin qeyzlərin yaran-

masını  görə  bilmir  mənim  iradəm.  Belə  görünür  ki,  iradəm  idrakım 

qədər  ayıq  deyil.  Burada  Atanın  kamilliklə  bağlı  dediyinə  gəlib 

çıxıram. Ata bizdən tələb elədi ki, siz iki ilə, üç ilə kamilləşməlisiniz. 

Heç kim deməz ki, mən kamil ola bilərəm və nə vaxtsa kamillikdən 

geri dönərəm. Dönə bilməzsən böyük mənada, bütöv anlamda, ancaq 

özünü unutsan mənəviyyatında ayrı – ayrı qüsurlar ortaya çıxa bilər. 

Xalqlaşma  qonum  dərindir,  zəngindir.  Xalqlaşmada  nələr  deyi-

rəm, nələr bölüşürəm? Bunu Atanın qoyduğu tələblərə görə açmalı-


 

200 


yıq. Buna bəs qədər vaxt ayırmalıyıq. Çünkü Ailə Gününün adı Ailə 

saatı, dəqiqəsi deyil. Ancaq mən bunu daim sizinlə söhbət elədiyim 

üçün  açmıram.  Toplum  üçün  açmaq  pis  olmaz.  Nə  deyirəm,  necə 

deyirəm?  Üslub  var  burda,  yanaşma  var,  hal  var.  Bunlar  açıla  bilər, 

doğrudan da, açılmalıdır. Ancaq dediyim kimi, mən açmayacam indi. 

Çox  vaxt  aparar.  Çünkü  mənim  bireysəl  (fərdi)  görüşlərim  çoxdur. 

Yayda  kütləvi  görüşüm  olmur.  Çünkü  kütləvi  görüşü,  biz  əsasən, 

oxullarda həyata keçiririk. 5-7 adamla bir yerdə, ona kütləvi demək 

olarsa, o cür də görüşlərim olur. Ən çox isə bireysəl görüşlərim olur. 

Bu görüşlərdə də mən ünsiyyətdə olduğum insanı, ya insanları sözün 

əsil mənasında silkələyirəm. Onların içini ulusal-insani sevgimlə dö-

yürəm.  Bir  neçə  yöndən  yararlanıram  döymək  üçün.  Birinci,  biz, 

Ocaqçılar,  özümüzü  ruhani  türkçü  sayırıq.  Türkçülüyü  Ocaqdan 

qıraqda  hər  kəs  ideoloji  hədəf  sayır.  Biz  ideoloji  hədəf  saymırıq, 

ruhani  nizam  sayırıq.  Nəinki  xalqımız  üçün,  bütövlükdə  bəşəriyyət 

üçün ruhani nizam sayırıq. Onu ideoloji hədəf sayanda nə baş verir? 

Bizdən qıraqda millətçilik ideoloji hədəfdir. İdeoloji hədəf olanda bir 

millətin dövləti millətçilik anlamını, qeyri-insani səpkidə ələ keçirir. 

Məsələn,  ingilis  siyasəti  ingilis  millətçiliyini  ələ  keçirib  neçə  yüz 

illərdir.  Heç  millətçiliyin  adını  tutmadan  həmin  prinsiplə  hərəkət 

eləyərək  başqa  xalqların  mədəniyyətini  sıxışdırır,  basqı  altına  alır. 

Onun  etkilərini  genişləndirməkdən  ötrü  başqa  xalqları  basqı  altına 

alır. İdeolojilik, millətçilik – bunlar bir araya sığmır axı. Çünkü mil-

lətçilik ruhani anlamdır. Ona görə ki, millətin mənəvi, ruhani varlı-

ğını yaradır. Millətin mənəvi, ruhani varlığını  yaratdığın halda, onu 

ideoloji  məqsədə  çevirirsənsə,  onda  millətin  varlığını  var  edən  mil-

lətçiliyi  mənafelər  döyüşünə  çevirirsən.  Çəkişmə  (Rəqabət)  olayına 

çevrilir. Millətçilik çəkişmə olayı deyil axı. Necə çəkişmə olayıdır ki, 

millətçiliklə  sən  bəşəriyyəti  təsdiq  eləmiş  olursan?!  Çünkü  millətin 

var  olması  –  bəşərin  var  olmasıdır.  Ancaq  indi  necə  var  olur?  Bir 

millət,  dövlətin  əliylə,  öz  siyasi  varlığını  təsdiq  eləmək  üçün  başqa 

millətə  qarşı  çıxır.  Başqa  millətə  qarşı  çıxmaqla  bəşəriyyəti  təsdiq 

eləmir, inkar eləyir. 

Deməli,  millətçilik  kimi  ruhani  bir  anlayış,  gözəl  bir anlayış çə-

kişmə (rəqabət) meydanına girir. Çəkişmə meydanına girir və siyasi 

mənafelər döyüşünə çevrilir. Ona görə də Ocağın millətçiliyi ideoloji 

hədəf  deyil.  Yəni  bizim  üçün  türkçülük  ideoloji  hədəf  deyil.  İdeo-

logiya siyasi anlam daşıyır, o, olmalıdır, ancaq millətçiliyi ona qat-



 

201 


maq  gərək  deyil.  İdeologiya  dövlətin  nizamı  üçündür,  Millətçilik 

millətin ruhani təsdiqi. 

İngilisçilik ingilis üçün ideoloji hədəfdir. Bu gün bizdən qıraqda 

türkçülük  deyənlərin  hamısı  da  türkçülüyü  ideoloji  hədəfə  çevirir. 

Türkçülüyü  ideoloji  hədəfə  çevirmək  o  deməkdir  ki,  türkçülüyü 

başqa  xalqlara  qarşı  qoyurlar.  Başqa  xalqlara  qarşı  qoymaq  birinci 

növbədə türkün özünün belini qırır. Türkün özünə qarşıdır.  Sən gö-

zəlliklərini  necə  ortaya  çıxara  bilərsən  ki,  çəkişmə  olayına  çevrilir-

sən.  Ona  görə  xalqlaşmada,  insanlarımızla  ünsiyyətdə  olanda  onun 

ağlını,  düşüncəsini  siyasi  çəkişmədən,  niyyətlərdən,  yırtıcılıqlardan 

geriyə  çəkirəm.  Millətçiliyin  sağlam  rüşeymlərinə  yönəldirəm  onun 

diqqətini. Millətini var et, dəyərlərini tanı, ona yiyə dur. 

Başqalarla döyüşə cəlb eləmə. Bax, burdan başlayıram və burdan 

başlayaraq onların ağlına Asif Atanın yaratdığı millətçiliyin anlamını 

yazıram. Atanın yaratdığı, millətçiliyin arxasında duran, böyük bəşə-

ri  ruhaniyyatçılıq  olayını  verirəm.  Təəssüf  ki,  birbaşa  ruhaniyyatçı-

lıqdan  danışanda, səni  dinləyən  bir  gənc  üçün,  hansısa  bir azərbay-

canlı üçün mücərrəd bir şey kimi görünür. Düçünərlər ki, biz xəyal-

çıyıq.  Mən  onların  ağlını  islah  eləyirəm  ki,  gözünü  yaxşı  aç,  Asif 

Atanın Ocağı xəyalçılıqla uğraşmır. Asif Ata əsil mənada millətçidir. 

Sən isə millətçi deyilsən. Sən şovinistsən, nəsən, bilmirəm. Millətçi 

mənəm. Mənim millətçiliyimi öyrən. Mənim millətçiliyimi də öyrə-

nəndə  görəcəksən  ki,  Asif Atanı  mənimsəmək  gərəkdir.  Asif  Ataya 

dayanmaq gərəkdir. 

İndi qonumuza keçmək istəyirəm. Ocaq üstə yaşamağın çətinliyi 

hara  kimidir,  bu  çətinliyi  tam  aradan  qaldırmaq  olurmu,  nə  etməli, 

örnək varmı? 

Örnəyi  siz  öz  içimizdən  dediniz.  Yaxşı  elədiniz.  Mən,  ümumiy-

yətlə, bunu bəşər anlamında düşünmüşdüm. İndi Ocaq üstə yaşama-

ğın çətinliyi haqda bir neçə kəlmə deyəcəm. Mənə elə gəlir ki, orda 

çox  şeylər  aydın  ola  bilər.  Dediyiniz  fikirlərə  qatılıram.  Günevin 

vurğu elədiyi daha doğrudur, yəni nə qədər ki, kamil deyilsən, Ocağı 

yaşatmaq,  yeritmək  sənə  hər  cür  çətinlik  yaradır.  Hər  şeyin  basqısı 

üzərinə gəlir. Ancaq içəridən yetkinləşdikcə, kamilləşdikcə onu ifadə 

eləmək,  həyata  keçirmək  çətinlikləri  aradan  qalxır.  Belədə  heç  nə 

asan deyil. Çətinliksiz nə var ki? Əgər iki ayağının üstə gəzir, hələ 

nəfəs alırsansa, hər şey çətindir. Ancaq çalışma (fəaliyyət) baxımın-

dan çətinlik nədə özünü göstərir? Ocaqçı toplumu Asif Atanın dün-

yagörüşünə  çağırır.  Toplum  Asif  Atanın  dünyagörüşünə  çətin  gəlir, 


 

202 


ya  gəlmir.  Niyə?  Ona  görə  ki,  onun  içində  İslam  dünyagörüşü  out-

rub.  İslam  dünyagörüşü  onun  içinə  hakimdir.  Ömrünə,  mənliyinə 

hakimdir. İslam dünyagörüşü ömrünə hakim olan insanı o ortamdan 

ayırıb, çıxarıb, Asif Ataya yönəltmək, əlbəttə, asan bir məsələ deyil. 

Sən  özün  öz  sevginlə,  öz  düşüncənlə,  öz  usanmazlığınla  o  sınırları 

aradan qaldırmağa çalışmalısan. 

Sən  çağırırsan,  toplumun  ağlında,  düşüncəsində  demokratiya 

ideolojisi  oturub,  hakim  olub  ona.  O  demokratiya  ki,  onlar  bunu 

bütünlüklə  özgürlük  hesab  eləyirlər.  Sən  onu  özgürlüyə  çağırırsan, 

onun içində demokratiya əngəl olur. O, demokratiyanı sənin çağırı-

şından  üstün  bilir.  Çünkü  ona  köklənib,  inanıb,  nizamlanıb,  bütün 

varlığına  o  hakim  olub.  Yanlışdır,  əlbəttə.  Ancaq  varlığına  hakim 

olub.  Toplumda  sənin  qarşına  çıxan  insanların  hamısı  budur.  Ayrı 

etkilərin, ayrı baxışların basqısı altında yaşayır. Onu ordan qoparmaq 

asan deyil. İndi gərək sən özün öz çağırışından usanmayasan. Özgür 

olmayan  soydaşlarınla  barışmayasan.  Onların  biri  olmağa  aldan-

mayasan.  Ömrünün  axırına  qədər  də  onlardan  biri  olmağa  uyma, 

aldanma. Özünü qoru, özünü öz baxışıyın altında (nəzarətdə) saxla. 

Əsasən  Ocağın  işini  yeritməyin  çətinliyi  –  insanların  ağlında, 

düşüncəsində oturuşmuş istər ruhani, istər ideoloji yadlığın etkisinin 

olmasına  görədir.  Bunu  Ocaqçı  bilir,  bilməlidir,  dərk  eləməlidir  və 

bundan usanmamalıdır. Toplumdakı  gerilikçi  öz  geriliyindən (cəha-

lətindən) yorulmur, usanmır. Çünkü öz geriliyini dərk eləmir. Sən isə 

geriliyi  döymək  ləyaqətindən,  fərəhindən  usanma.  O  dərk  eləmir, 

ancaq sən dərk edirsən. Bax buna görə də bu çətinliyi yaşamaq özü 

qeyrət deməkdir, ərdəmlik deməkdir. Ondan qırağa durmaq isə ölüm 

deməkdir.  Bura  qədər  gəlib,  sonra  da  qırağa  durasan,  doğrudan  da, 

bu ölüm deməkdir. 

Sonuncu  olaraq  bir  fikri  də  sizə  deyim.  Dünən  epizodik  bəzi 

şeyləri  dedim.  Mənim  amallaşmamda  ortaya  çıxardığım  məsələ-

lərdən  biri  də  odur  ki,  müsəlmanın  (bizim  soydaşlarımızdır)  Allaha 

ibadəti  bütünlüklə  yalana  dayanır.  Allaha  ibadət  etmək  əslində 

umacaqlı (təmənnalı) ibadətdir, istəkdir. Nədir o umacağın əsasında 

duran? Müsəlman Allaha yalvarır ki, günahımdan keç. Namaz qılır, 

oruc  tutur.  Fikir  vermisiniz,  qayıdıb  istənilən  bir  müsəlmandan 

soruşsan ki, sənin ibadətin nəyə görədir? Deyər ki, cənnətdə yerimi 

bulmaq  istəyirəm.  Cənnət  də  nədir?  “Zəhmətsiz,  əzabsız,  istisiz, 

soyuqsuz  bir  yer.  Hər  şey  hazır,  yüksək  səviyyədə”.  Belə deyir din. 

Burada  Allahdan  istənilənə  səcdə  var,  Allaha  səcdə  yoxdur.  Başqa 


 

203 


sözlə, Allahın vəd elədiyinə səcdə var. Allah Cənnəti vəd eləyir. “Ya 

Məhəmməd,  müsəlmanlara  de  ki,  cənnətdə  onları  filan  şeylər 

gözləyir”. Bunu Allah vəd eləyir. Ona görə Allaha səmimi münasibət 

yoxdur, sevgi yoxdur. Allahın vəd verdiyinə sevgi var. Allah, dedi-

yim  kimi,  həzz  vəd  eləyir.  Kefə  səcdəyə  çağırır.  Müsəlman  rahat 

yaşamaq istəyir,  elə bilir ki, gedib o dünyada bu cür fiziki mövcud 

olub  kef  eləyəcək.  Görün  xurafatın  dərinliyi  hardadır.  Dolayısıyla, 

üzr istəyirəm, cinsiyyətə səcdədir, şəhvətə səcdədir. 

Səmavi  dinlər  çağdaş  sayılır,  ən  sonuncular  sayılır.  Ancaq  ən 

sonuncuların  özündə  ibtidailiklər  hələ  qalır.  Bəşəriyyətin  min  illər 

öncəki ibtidailiyi bu və başqa biçimdə qalır: “Cənnətdə səni hər şey-

dən pak olan zövcələr gözləyir, hüri-pəri gözləyir”. Bu elə cinsiyyətə 

səcdə yaratmaqdır. (Şəhvətə pərəstiş yaradır). Uzaq keçmişlə bunun 

arasında fərq azdır. Ordan qaynaqlanır. 

Bu  məsələləri  gərək  anlayasan  və  öz  içində  ayağa  duran  Asif 

Atanın qədrini biləsən. Asif Ata səndən gör nə düzəldir. 

Onun  üçün  vurğu  eləyirəm  ki,  İnam  böyük  söhbətdir.  İnsanı 

inandırıb qul da eləyə bilərsən, yəni heyvana tən, inandırıb şəxsiyyət 

də eləyə bilərsən. Asif Ata insana elə inam verir ki, onu şəxsiyyətə 

çevirsin.  Asif  Atadan  qıraqda  insana  elə  inam  veriblər  ki,  o  qula 

çevrilib,  onu  murdarlığa  səcdəyə  gətiriblər.  İnsan  özündən  ayrılır. 

Din, insanı özünə qovuşdurmaq yerinə, mahiyyətinə yetirmək yerinə, 

onu özündən ayırırsa, nəyi inamdır?! Onu murdar eləyir sənin baxış-

larında.  Asif  Ata  insanı  kamil  eləyir,  Allah  eləyir.  Müsəlmanlar 

deyirlər insandan Allah olar? Asif Ata deyir, olar. Allaha səcdə elə, 

yəni sənə cənnət vəd eləyən Allaha yox, adam kimi danışan, eşidən 

Allaha yox. Əsil Allaha, Mütləqə üz tut, Allah kimi qüdrətli olacaq-

san.  Sən əsil  Allaha  üz  tutmursan,  uydurulan  Allahın  vəd  elədiyinə 

üz tutursan. Allahın özünü istə, onda Allah kimi qüdrətli olacaqsan, 

yenilməz  olacaqsan.  Onda  dünya  gözəl  olar.  Dünyanı  gözəl  eləyən 

insanın Allahlıq səviyyəsidir. Bəndəlik, heyvanlıq səviyyəsi dünyanı 

gözəl eləyə bilməz. 

Asif  Atadan  möhkəm  tutmağımızın  anlamı  budur.  Onun  dediyi-

nin,  yaratdığı  dünyagörüşünün  gözəlliyinin  anlamı  budur.  Biz  də 

insanı  bura  çağırırıq.  Bura  çağıran  insanın  ürəyi  göylərə  dayanma-

lıdır.  Fərəhindən  göylərə  dayanmalıdır  onun  ürəyi.  O,  heç  bir  anda 

usanmamalıdır. Addımı dala qoymamalıdır, bədbinləşməməlidir. Gör 

nə boyda Amalla, İnamla yaşayırsan, mənayla yaşayırsan. Bu boyda 

böyük mənanın qabağında sənin hansı başqa istəklərin güclü ola bilər 


 

204 


ki,  sən  balacalığa  enirsən.  Özüylədöyüşün  tələbi  odur.  Hansı  istək-

lərə  enirsən  sən?  Gör  nə  boyda  qapı  açıb  Asif  Ata  sənə.  Nə  boyda 

sənə  yol  göstərib.  İnam  işığı  salıb  ki,  sənin  ürəyin  göyə  bənzəsin, 

Allahın  surətinə  bənzəsin.  Sən  də  durub  balaca  istəklərin  dalınca 

düşürsən.  Kamilləşə  bilmirsən,  özüylədöyüşə  bilmirsən.  Asif  Ata 

səndən böyüklük istəyir. Ona görə yaşasın Ata. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Atamızın Bayrağını öpürəm. 

 

Sonra Qutsal Oxuma bölümü yerinə yetirildi. 



Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə