Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

“Atagün” Ailəsinin 37-ci ildə VII  “Ailə Günü” törəninin 

Gediş yazısı 

 

Gün:  26 Yağış Ayı; Yer:  Atagün Eli; Başlanır: saat 16.00 

 

Oda  Törənin  ruhuna  uyğun  biçimlənir.  Gül-çiçək,  qələm-



kağız,  çəkiliş  üçün  gərəkən  araçılıqlar.  İşə  sorumlu  Elana  Atalıdır. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır. 

  

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

Mütləqə İnam  və siyasiləşən millətlər qonusunda düşüncə aydın-

lığı yaratmalı. Yəni Mütləqə İnam xalqı yaratmaq, eləcə də Mütləqə 

İnam  bəşəri  yaratmaq  siyasiləşən  millətlərin  aqibətində  necə 

mümkündür? 

Xalqlaşma yönündə Ocaq hansı aşamalardan keçəcək? 

 

 Törənə qatılanlar olsa düşüncələrini bölüşə bilərlər. 



  

Qutsal  Oxuma: “Fəlsəfənin  Təməli”ndən  bir  parça  oxunub 

aydınlaşdırılır. 

 

 Ailə Gününə ruhsal hədiyyə sunulur. 



 

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”  səcdəsiylə 



“Ailə Günü” başa çatır.

 

  



Carlar 

Ailəçilik aqibəti – özül dəyərləri yaşatmaq fərəhi! 

Ruhsal Ailəçiliyi yaşatmaq –  xalqlaşmaq hünəri! 

  

Gediş yazısını yazdı: Soylu Atalı 



21 Yağış  Ayı, 37-il. Atakənd. 

 

 



 

308 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

“Atagün” Ailəsinin VII Aylıq toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq Günsırası ilə 26 Yağış Ayı, 37-ci ildə Ocaq Evladları Ata-



gün Elinə səfər etmişlər. Öncə Amal Bağı ziyarət olundu, sonra Ocaq 

Yükümlüsü Soylu Atalı ziyarət sözü dedi: Günsıramızın 37-ci ilində-

yik.  Yenə  biz  Atanın  torpağı  qarşısındayıq.  Başqa  sözlə,  Atanın 

ruhsal  hüzurundayıq.  Yenə  bizim  ürəyimizin  işığını  Atanın  ziyarəti 

daha da artırır. Yenə də sevgimizi, umudumuzu gələcəyə bağlamaq-

dadır.  Dünya  günü-gündən  qaranlığa  qərq  olur.  Ancaq  bizim  üçün 

Atanın  işığı  həmişə  inamımızın  üfüqlərində  ağarır.  Atanın  işığını 

ürəyimizdən ayıra biləcək elə bir fəlakət mövcud deyil. Elə bir olay 

yoxdur ki, bizə Atanın gələcəkdə iş görə biləcəyinə balaca bir şübhə 

yaratsın. Gəlişimiz,  gedişimiz,  ziyarətimiz,  səfərimiz,  çabalarımız, 

böyük əməllərimizin hamısı həmin ruhsal zəmin üzərində formalaşır. 

Ona görə də bu gün yenə mən amaldaşlarımla bir yerdə Atanın torpa-

ğında  öz  sevincimi,  sevgimi  paylaşıram.  Üzümü  Atamızın  soyuna, 

soydaşına  tuturam,  gələcəkdəki  soydaşıma  tuturam   və  deyirəm: 

bizim  ziyarətimizin  işığı  qoy  sizin  ürəyinizə  güc  versin.  Bizim 

ziyarətimizin  işığı  qoy  sizin  gözlərinizə  işıq  versin  ki,  yurdumuzu 

ucalda biləsiniz. 



 

309 


 

 

Bizim çabalarımızın da özünüz üçün nə demək olduğunu anlaya 



biləsiniz. Atanın işinə qatqınız olsun. Atanın çağırışına qulağınız ol-

sun. Atanın harayına ürəyiniz olsun ki, xalq ola biləsiniz və gələcə-

yinizin  qədrini  biləsiniz.  Bizim  ziyarətimizin  məqsədi  odur. Tükən-

məyən, usanmayan bir ziyarətdir, gəlişdir. Yorulmayan bir çağırışdır, 

haraydır.  Yerişimizin  özü  artıq  olaya  çevrilir,  təkcə  sözümüz  deyil. 

Boyumuzun özü haraya çevrilir. Ayaqda qalmağımız özü haraya çev-

rilir. Hər şeyimiz haraya çevrilir və bu haray, doğrudan da, qulaqlara 

dolur. Hər kəsin dilində, hər kəsin qulağında dalğalanan bir haraydır 

ki,  Asif  Atanın  davamı  var.  Asif  Atanın  dönməz  yolu  var.  Asif 

Atanın qarşısıalınmaz qalibiyyəti var. Bu qalibiyyət xalqımıza ciddi, 

uğurlu gələcək vəd edir. Bu var və günü-gündən də artır, genişlənir. 

Bunu  bilən  ürəklərə  eşq  olsun  və  buraya  gələn  ürəklər  qürur 

duyğusuyla, böyük fərəh coşğusuyla döyünsün. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Atamızın torpağını öpürəm! 

Buradan  sonrakı  böyük  Ailə  Günü  törənimizə  bir  başlanğıc 

götürürük. 

 

Elana  Atalı: İnsanın  bir  dərdi  olanda  onu  həyatçı  kimi  qəbul 

eləməsi daha çətin olur. Ancaq onu Ocaqçı kimi qəbul eləmək daha 

asandır. Ocaq ona güc verir. 


 

310 


 

Soylu  Atalı: Ocaqçının  güc  qaynağı  buradır.  Bu  torpaqdır,  bu 

Məbəddir.  Təkcə  Örənqala  üçün  yox,  Beyləqan  üçün  yox,  bütün 

bəşəriyyət  üçün  sənin  ürəyinə  güc  verən  bir  zəmindir  Atanın 

İnsanlaşma harayı. Belə bir zəmin üzərindəsən. Bu zəminin gələcəyi 

var.  O  gələcək  birbaşa  həm  də  sənə  bağlıdır  –  varlığına  bağlıdır, 

həyatına  bağlıdır.  Necə  deyərlər,  torpağına  bağlıdır.  Evinə,  elinə 

bağlıdır.  Ruhuna  bağlıdır.  Həqiqətən  bu  xoşbəxtliyin  içində  adam 

yaşayırsa, dünyanın ağrısına beli bükülə bilməz. Dünyanın qəhərinə 

adamın beli bükülə bilməz. Həqiqətən mənim belim bükülmür dün-

yanın qəhərinə. Nə qədər böyük fəlakətlər olur-olsun, məsələn, körpə 

cəsədi  görürəm,  gözüm  dolur  yaşla,  ancaq  qəddim  əyilmir,  belim 

bükülmür. Çünkü bağlı olduğum var. İçimdən məni dik saxlayan var. 

Bura  da  insanı  içindən  dik  saxlayan  qutsal  bir  yerdir.  Çox  illər 

keçəcək,  bizim  heç  birimiz  həyatda  olmayacağıq,  ancaq  bizim 

içimizin dikliyi insanlara böyük dayaq, dirək olacaq… 

 

Bundan sonra saat 16-da Ailə Günü keçirildi. 

 




 

 

 



 

311 


 

 

“Ailə  Günü” törəni  “Ata  Ruhuna  Pənah  gətirmişik!”  səcdəsiylə 



başladı. “Atagün” Ailəsinin Yükümlüsü Günev Atalı Ataya səcdə ilə 

söz dedi: Ailə Yükümlüsü kimi Amallaşma, Kamilləşmə, Xalqlaşma 

hesabatı verməyə başlayıram. Atamıza səcdə qılıram. 

Günümüz ciddi bir gündür, qutsal bir gündür. Yəni o tələblər ki, 

insanlıq tələblərinin içərisindədir, o tələblərdə ki, millətin var olması, 

bəşərin var olması halı çözülür, yəni o sorunların yerinə belə bir fikir 

deyilir,  söz  deyilir,  istəklər  ortaya  qoyulur.  Üç-  beş,  fərqi  yoxdur, 

şəxsin də bu fikirlərə doğru evindən çıxıb bura gəlməsi qutsallıq halı, 

yönüdür.  Ona  görə  də  günümüz  qutsal  bir  gündür.  Nə  deyəcəyiksə 

qutsal söz deyəcəyik, nə eşidəcəyiksə qutsal söz eşidəcəyik. 

Kamilləşməm.  “Mütləqə  İnam”  kitabının  “Ali  Həyat”  bölməsinə 

gəlib  çatmışam.  Yəni  adi  həyatda  nə  qədər  başqa  düşüncələrdən, 

həyatda baş verən müxtəlif dünyabaxışların etkisindən, onlara yönə-

lik hər hansı bir məsələyə qiymətləndirmə, yanaşma yönündən fərq-

lər  ola  bilər.  Ancaq  adi  həyatda  bütün  o  fikir  bildirmələrin,  yanaş-

maların, bütün o həyatını qurduğun nə varsa hamısı nisbilikdə ilişib 

qaldığından,  özündə  yenidən  şərə  qayıtmaq  olanağı  yaradır.  Adi 

həyatda ədalət, həqiqət nisbi olduğundan yenidən xeyir şərə qayıdır, 

dostluq düşmənçiliyə qayıda bilir və s. Ancaq Ali Həyatda yön tama-

milə  başqadır.  Ali  həyatı  düşüncədə  tanımayana  qədər  gerçəklikdə 

onun  heç  özünə  çatmaq  da  mümkün  deyil.  Birbaşa  anadan  kamil 

doğulmaq mümkün deyil. Ali həyat mahiyətə doğma yaşamaqdır,  – 


 

312 


insan  gəlir  dünyaya,  bütün  ömrünü  mahiyətə  kökləmək,  insan  kimi 

yaşamaq  üçün.  Tək-tək  fərdlərin  həyatında  baş  verə  bilir  bu. 

Cəmiyyətin,  xalqın  həyatında  birdən  baş  verə  bilməyən  hadisədir. 

Tək-tək  fərdlər  həyatında  Ali  həyata  qovuşa  bilirsə,  onun  işığından 

mütləq  cəmiyyətin  həyatına  düşür.  Ömür  kitaba  çevrilir,  oxunur. 

Bunun  da  etkisi  cəmiyyətdə  örnək  yaradır.  Həmin  fərdlərdən  də 

cəmiyyət qurulmağa başlayır. Xalq qurulmağa başlayır. 

Ali həyatda ədalət Mütləq ədalətdir, xeyir Mütləq xeyirdir. Ölçü 

yüksək  şəxsiyyətlərin  içindən  gəlir.  Məsələn,  tutaq  ki,  Azərbaycan 

dövlətinin Milli  Məclisində  hər  hansı  bir  məsələyə  baxış sərgilənir. 

Birindən soruşanda ki, filan məsələyə sənin yanaşman necədir? O da 

deyir, məsələn, Fransada bu məsələ belə çözülür. Meyar budur. Əgər 

fransalılar  belə  eləyirsə,  biz  də  belə  eləməliyik.  Bu  qanunu  belə 

qəbul  eləməliyik.  Yəni  bu  baxımdan  ölçü  ciddi  məsələdir,  gərək 

içində yaransın. Bu, birinci növbədə insanın öz həyatını gülə döndə-

rir.  İnsanın  həyatını  elə  gözəlləşdirir  ki.  Mən  o  dərəcədə  deyiləm, 

ancaq  hər  halda,  o  hala  yaxınam,  uyğunam.  Dünya  gözümdə  çox 

genişlənir.  Olmayan  dərəcədə  genişlənir,  gözəlləşir.  Ən  rahatsız  bir 

insana belə, mən içindəki mənaya görə ona hörmət edirəm. Ən nadan 

belə  mənim  millətimin  bir  parçasıdır.  Mənim  də  dərdim  onun  öz 

mahiyətinə, mənasına üzünü tutmasıdır. Bax, bu da əslində kamillik 

əhvalına yönəldən bir fikirdir. 

Xalqlaşma ilə bağlı deyim. Elə çox işimiz olmayıbdır xalqlaşma 

ilə  bağlı.  Ancaq  bir  neçə yerdə  olub.  Əsasən  bir  yerdə,  sonevlikdə, 

hüzür  yerində.  Orda  başqa  yerlərdən,  hətta şəhərdən gələnlər  vardı. 

Elanayla elə bir ortam yaratdıq, 30-a yaxın adamla Amal söhbətimiz 

oldu. (Molla da boynunu büküb elə heyrətlə qulaq asırdı ki.). Ölüm 

nədir,  kədərdən  dərs  götürməyin  özü  nədir?  Bu  yöndə  söhbətlər 

apardıq. Orda olanları təkrar eləməyə ehtiyac yoxdur. 

Sonra rayon mərkəzində Elananın qardaşının iş yoldaşı ölmüşdü. 

Cavan adamdı. Orda bütünlüklə Ocaq sözləriylə, fikirləriylə yanaşma 

bildirdim. Heyrətlə də dinlədilər. Hətta soruşanlar oldu – bu kimdir? 

Beləcə münasibət yarandı. 

Sonra  evə  gələnlərlə,  tək-tək  adamlarla  söhbət  etmişəm.  Həyat 

doludur sorunlarla. Ocaq yönündən yanaşma bildirmək, əlacını Ocaq 

yönündən göstərmək, ümumiyyətlə, xalqlaşma əməlidir. 

Bu ay Məbəddə də işləmişəm. Bunu da xalqlaşma əməlinə özgün 

saymaq olar. Hər addımda Ocaq harayları etmişəm. 



 

313 


İndi də bir balaca burdakı qonularla bağlı deyim: “Mütləqə İnam 

xalqı  yaratmaq,  eləcə  də  Mütləqə  İnam  bəşəri  yaratmaq  siyasiləşən 

millətlərin aqibətində necə mümkündür?” 

Bayaq  deyirdim  ki,  bu  sorğu  ilə  bağlı  yaxşı  düşünüb  gözəl  bir 

yazı da yazmaq olar. Ocağı, Atanı sunmaq baxımından bu çox gözəl 

yazı olar. 

Birinci  növbədə  xalqı,  belə  bir  car  da  vardı,  din  qaranlığından, 

ehkamların, başqa baxışların  etkisindən necə qurtarmaq olar ki, xalq 

rahat  nəfəs  alsın.  Birinci növbədə,  həmin  etkilərin  xalqın  həyatında 

törətdiyi  vəhşətləri  xalqa  göstərmək  gərəkdir.  Gələnlər  sənə  nə 

gətirdi? Tarixdə  bəlli faciələr  var.  Bu  fəlakətlərin,  faciələrin  nədəni 

yadlığın,  yadların  bizə  gəlişidir.  Əlində  qılınc,  top,  tüfəng.  Ancaq 

indi  toplumda  belə  bir  əhval  yaşayır  ki,  o  gələnlər  gətirdiklərini 

düzgün gətirməyiblər, düz deməyiblər. Məhəmməd belə deməmişdi. 

Marks  belə  deməyib.  Lenin  də  belə  deməyib.  Gələnlərin  özünün 

qüsurlarıdır  bunlar.  Əlinə  qılınc  alanlar  guya  yanlış  davranıblar.  – 

Yox!  Onların  gətirdiklərinin  tələbi  idi  elə  o.  Sənin  başın  kəsilməli 

idi.  Sən  Sibir  kimi  yerlərə  sürgün  olunmalıydın.  İmperiya  bunu 

istəyirdi. Sənin başın kəsilib çaylara axıdılmalı idi. Dini verənlər belə 

istəyirdi.  Tələb  o  idi.  Çünkü  gətirdiyi  Allah  belə  əsarətçi  idi.  Səni 

səndən alır. “Səni mən yaratmışam. O canı sənə mən vermişəm. Onu 

mən  qaytarıb  səndən  almalıyam.  Kefim  istəsə  sənə  ağıl  verərəm, 

ağıllı  olarsan.  İstəməsə,  səni  nadan  edərəm  və  cəhənnəmdə  əzab 

verərəm”. Gör nə deməkdir bu. Ömür əsarətdədir. Sənin deyilmiş bu 

ömür. Sən o ömrü necə qura bilərsən bəs?! Deməli, xalqa bunu çat-

dırmaq  gərəkdir.  Gələnlər  elə  tam  anlamda,  həm  ruhsal  anlamda, 

həm də siyasal anlamda əsarət gətirdi. Səni səndən aldı. Səni gücsüz-

ləşdirdi.  Ayağını  yerdən  üzdü.  Birliyindən  üzdü  və  başına  olmazın 

fəlakətlər  gətirdi.  Bəs  Mütləqə  İnam  fəlsəfəsi,  dünyabaxışı  sənə  nə 

verə  bilər?  Birinci  növbədə,  sənin  öz  gücünü  özünə  çatdırar.  Öz 

mahiyətinə qovuşdurar… Bu günlərdə generalların əl-qolunu bağla-

yıb  tutdular.  Nələrini  əllərindən  aldılar.  Biz  də   bir  təskinlik  tapırıq 

ki,  əşi,  deyəsən  haqq-ədalət  yerini  alır.  Heç  bir  haqq-ədalət  yerini 

almır. Onu ora qoyan güclər indi onu ordan götürür. Onun yığdığını 

əlindən  alır,  yerinə  başqa bir,  ondan  da betərini  qoyacaq,  o  da  səni 

talayıb yığacaq, sonra onun əlindən almaqdan ötrü… Bu proses tari-

xən  gedib,  indi  də  gedəcək.  Nəhayət,  ayılıb  bunu  dərk  eləmək 


 

314 


gərəkdir. Yəni idraklı bir xalq, mənəviyyatlı bir xalq, iradəli bir xalq 

uğrunda döyüşdür Mütləqə İnam döyüşü. 

Sonra bir də görürsən ki, toplantıya çox sayda adamlar gəlir, yük-

sək aşamada elmli, savadlı, biri alimdir, biri şairdir, yazıçıdır. Hərdən 

deyirəm  kaş  mənim  ciddi  yazarlığım  olaydı.  Düzdür,  o  göydən 

düşmür,  onu  yaratmaq  gərəkdir.  Yarada  biləydim  də,  o  baxımdan 

deyirəm. Ancaq hamı biranlamlı olaraq yalnız ağıl verir, yol göstərir, 

bir  cür  çıxmasın,  “vur,  vur”  deməkdən  irəli  getmir.   Qardaş,  bu 

döyüşdür. Bu döyüş də bu millət, xalq üçündür.  

Sən də bu millətin, bu xalqın döşünə döyənin birisən.  Sən mənə 

deyirsən ki, filan cür mübarizə etmək gərəkdir. Burada bizdə də bir 

adam var. Vətən, vətən deyəndə susmur. Ancaq vətən üçün bir addım 

atmaq gərək olanda imkan tapa bilmir. Öyrətməndir özü də. Söhbət 

edəndə deyirəm ki, bütöv bir ömrü qarın üçün yeriyirik, yüyürürük, 

çalışırıq,  çarpışırıq,  bütöv  bir  ömürdə  ikicə  saat  bura  üçün (başını 

göstərir  –  G.A.) çalışmırıqsa,  sorunlar  səni  basıb  öldürəcək.  Ailə 

içində bəs qədər dedi-qodu var. Bir nəsil içində bəs qədər dedi-qodu 

var. Xalq içində, cəmiyyət içində sorunlar, dedi-qodular bəs qədərdir. 

Heç  biri  də  həll  olmur.  Bu  o  birisi  ilə  əvəz  olunur.  Niyə  həll 

olunmur? Çünkü həmin olayları qiymətləndirə biləcək düşüncə yox-

dur. Yoxsa o sorunlar sənin gözündə öz-özünə elə əriyər ki. Elə sənin 

baxışınla, elə sənin etkinlə, işığınla, havanla əriyər. Yəni bu kimi bir 

əhvalda yaşamışıq bu ayımızı. 

“Xalqlaşma  yönündə  Ocaq  hansı  aşamalardan  keçməlidir”.  De-

mək  olar  ki,  biz  bir  aşamanı  keçmişik.  Ocaq  özünü  bu  aşamada 

demək  olar  təsdiq  eləyibdir.  Yəni  arınıb,  durulubdur.  Bu  özü  elə 

böyük  bir  aşama  idi.  Düzdür,  mən  Ocağın  tam  ilkin  gələnlərindən 

deyiləm. Ancaq az vaxt da deyil gəldiyim. Ocaqda bulanma, durulma 

hallarını çox izləmişəm. Özüm də qıraqdan boylanmışam da, baxmı-

şam  da,  təəssüf  eləmişəm  də,  yaşım  içimə  axıb  da.  Ancaq  tam 

durulma əhvalı son dövrdə təsdiq olundu. Var olsun Soylunu. 

İndi hansı aşamadayıq? Xalqın qulaqlarını da doldurmuşuq müəy-

yən mənada. Çox az sayda adam olar ki, Asif Atadan, onun Ocağın-

dan  sorağı  olmamış  olsun.  Söz  yox,  min  il  bundan  sonra  da  elə 

adamlar  tapılacaq.  Ancaq  Asif  Atanın  ideyaları,  dünyabaxışı  ilə 

qulaqlar  dolub  deməzdim,  çünkü  ideyaları  bilmək  hər  adamın  işi 

deyil. Ancaq bilgilərlə dolmaq bəlli bir aşamaya gəlib çıxıbdır. Bəs 

gələcəkdə  hansı  aşamalar  gözlənilir?  Xalqın  Ocağa  üz  tutması 


 

315 


dövründə Ocaqçılar üçün xüsusi bir təpki, basqı olacaq. Gözləyirəm. 

Fərəhli anlar da gələcək onda. Lap belə ciddi əngəllər olacaq. Bunu 

mən  elə-belə  deyirəm.  Çünkü  artıq  köhnə  dünyabaxışçılar,  ondan 

bərk yapışanlar görürlər ki, Yeni İnam daşıyıcıları meydana çıxıblar. 

Artıq  üz  tutulur  bunlara.  Belə  bir  aşama  da  gəlib  keçəcək.  Əslində 

xalqın xoşbəxtliyi də o gündən başlayacaq. Bizim baxışımızda xalqın 

xoşbəxtliyi ideyaların gəlişi ilə başlayıbdır. 

Mənim  fikirlərim  bu  qədər.  Hiss  edirəm  ki,  danışmaq  istədikcə 

əhvalım yaxşılaşır. 

Atamız Var olsun! 



Göylü  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə! 

Bir  neçə  gündən  sonra,  İnam  Günü,  “Ulufərəh”  Ailəsinin  Ailə 

Günü  olacaq.  Mən  orada  hesabat  verəcəm.  Ancaq  burada  bir  neçə 

kəlmə demək istəyirəm. 

Ümumi halımı demək istəyirəm ki, bu günlərdə İnam Evi jurnalı-

mız  ortaya  gəldi.  Ömrümə  işıq  kimi  gəldi.  Ən  çox  da  nədə  hiss 

elədim. Jurnalla bağlı ora-bura getdim, sənədləşmə işləri vardı. Uzun 

müddətdən  sonra  mən  kimlərləsə  söhbət  eləməli  oldum.  Uzun 

müddət danışma, danışma, içimin paslandığını duydum. Çox pis etki-

lədi məni. Ağzımın, sözümün kəsəri sanki yoxdur. Hardan başlama-

lıyam,  harda  qurtarmalıyam,  –  durğunluq  əhvalındayam.  Əlbəttə, 

bunun səbəbləri var, içsəl halla bağlıdır. 

Ümumiyyətlə, insanda içsəl halla bağlı bir var səhv, bir var qüsur, 

bir  də  var  günah.  Səhv  adətən  ağılsızlıqdan  doğan  bir  şey  olur. 

Düşünməyərəkdən  atılan  addımdır.  Bu  ağılsızlıq  tamahla,  yalanla, 

şöhrətlə, bu kimi duyğularla birləşəndə qüsura çevrilir. Bütün bunlar 

qanaraq baş verirsə, bu artıq günah demək olur. Bu baxımdan qüsurla 

günahın  arasındakı  bir  mövqedəyəm.  Durumumu  özüm  bilirəm,  bu 

mənə  deyilsə  də,  deyilməsə  də,  gedişin  fərqindəyəm.  Nə  yaxşı  ki, 

fərqindəyəm.  Bir  sıra  məsələləri  sanki  sıfır  nöqtəsindən  başladım. 

Düzdür, bu sözü özümə çox vermişəm, dəfələrlə demişəm ki,  yeni-

dən  başlayacam,  hər  dəfə  həyata  qapılmaq  məni  yenidən  həmin 

nöqtəyə  gətirib  çıxarıb.  Məncə,  bu  dəfə  gerçəkdən  sarsılmışam, 

sonucu müsbət olacaq. 

Ailəyə  uğurlar  diləyirəm.  Bu  Ailədə  olmaq  həqiqətən  şərəfdir. 

Söz demək, heç söz demədən iştirakın özü şərəfdir. 

Atamız Var olsun! 



 

316 


Günev  Atalı: Sənə  böyük  anlamda  minnətdarlığımızı  bildiririk. 

Hər  dəfə  beş  kilometr  deyil,  on  kilometr  deyil,  bu  boyda  yolu 

gəlmək,  bu  Ailə  Gününü  kitablaşdırmaq,  meydana  çıxarmaq,  yaz-

maq, çəkmək – çox razıyıq səndən. 

 

 

 



Elxas bəy: Mən elə hər dəfə söz düşəndə Göylü bacımızı, qızları 

misal çəkirəm ki, sənin üstünə düşən, sənin eləməli olduğun, çəkməli 

olduğun  əziyyəti  hər  dəfə  500-600  km  gəlib  gedən  o  qızlar  çəkir. 

Söhbət  düşəndə  deyirlər  bunların  maliyyə  dəstəkləri  var,  maddi 

gəlirləri var, deyirəm, a kişi, camaat gedib 5 manatı zülmlə qazanır, 

verir yola, kitaba, qələmə, dəftərə, səfərə. 

Bir  dəfə  təcili  yardıma  getmişdim,  orda  bir  nəfərlə  söhbət  etmi-

şəm.  Kitabı  bayaq  ona  görə  istəmişdim.  Orda  bizdən  sonra  da  3-4 

nəfər  gəldi.  Hərəsi  bir  nəfər  gətirmişdi.  Hardasa  20-30  nəfər  oldu. 

Təcili yardımda işləyən oğlan kitab istədi məndən. 2-3 yerdə işləyir. 

Deyir, gələ bilmirəm tədbirlərə. Ancaq kitab istəyibdir. 

Mən  həmişə  bunu  demişəm,  bütün  respublikada  bizim  kənddən 

çətin  kənd  yoxdur  din  məsələsində.  Təsəvvür  edin  ki,  bir  nəsil  altı 

yerə  bölünübdür.  Bayaq  qardaşım  dedi  “bizi  daşlaya  bilərlər,  çətin 

ola bilər”. Bir az razılaşmıram, artıq elə şey yoxdur. Ən çətin kənd 

bizim kənddir, böyük də eldir. Məsələn, Xırdalanın yarısı bunlardır. 

Getdikcə dindən üz döndərirlər. Adamlar bezirlər qaranlıqdan. Mən-

də bir az zor üsulu var, çalışıram ki, tez başa düşsün. Onsuz da sən 



 

317 


bunu  gec-tez  başa  düşməlisən.  Bəri  başdan  bil  ki,  bu  belədir.  Mən 

toplumun  içində  deyirəm  ki,  siz  özünüz  Allahınızı  tanımırsınız. 

Allahlı olan adamı zorla Allahsız adlandırırsınız… 

 

Günev Atalı: Nəinki o kənd, başqa kəndlərdə də bu iki qardaş iş 

görür. 

 

Elxas  bəy: O  gün  bir  neçə  adam  var,  deyir  Həccə  gedəcəyik. 

Deyirəm  ora  niyə  gedirsiniz?  Aparıb  terrorçuları  maliyyələşdirib 

qayıdacaqsınız. Deyirlər, sən nə danışırsan? Deyirəm, sən ora apar-

dığın  pulu  apar  yoxsulun  birinə  ver,  qoy  dolansın.  O  yoxsul  gedib 

özünə iki inək alsın, südünü sağıb balalarına versin. Gör o yaxşıdır, 

yoxsa  bu?!  Aparıb  terrorçuları  maliyyələşdirirsən.  Sənin  ora  gedib 

gəlməkdə  guya  məqsədin  nədir?  Ad  almaq?  Burdakı  ad  ondan  on 

dəfə  şərəflidir.  Adamlar  çox  yaxşı  qarşılayar  ki,  bu  adam  gözəl  bir 

hərəkət elədi. 

Artıq onu da mən bunların beyninə yerləşdirmişəm. İstəyirlər ki, 

elə bir şey edələr. 

 

Soylu  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə! 

“Atagün” Ailəsinin VII aylıq törənində söz demək üçün Atamıza 

səcdə qılıb Bayrağımızı öpürəm. 

Amallaşma  qonusunda  bir  neçə  kəlmə  bizim  dünyabaxışımızın 

tələbinə uyğun düşündüklərimi bölüşmək istəyirəm, sonra isə başqa 

qonulara  yığcam  bir  yanaşma  sərgiləmək  istəyirəm.  Biz  sadəcə  bir 

dünyabaxış  yaradıcısı  deyə  hansısa  bir  fantastik  fikir,  davranış sun-

muruq.  

Min  illərdir  bəşər  övladının  axtardığı,  düşündüyü,  bəzən  ifadə 

elədiyi həqiqətləri sistemə salıb insanın yönünə çevirən və inamının 

mövzusuna  çevirən  Asif  Atamızın  baxışına  aydınlıq  gətiririk  və 

insanlarımıza o aydınlığı sunuruq. Yəni insanların min illərdir axtar-

dıqları həqiqət sistemləşib, İnam şəklinə gəlib düşübdür. 

Dünyabaxış  şəklinə  düşüb.  İnsan, birbaşa  özü  olmasa  da,  başqa 

bir insana münasibətdə həmişə idealizə eləmək, yəni artırmaq, uydur-

maq  xətti  tutur.  Bu  nədən  doğur?  Bu,  insanın  axmaqlığındanmı 

doğur? Tutalım ki, gözümüzün gördüyü hər hansı bir insanı başqaları 

ideallaşdırır. Bəzən bizim acığımız da tutur ki, niyə olmazın bir şey-


 

318 


lər düşünür, danışır?! Ancaq əslində onun hədəfi, seçdiyi adam yan-

lış  olsa  da,  o  münasibət  minillərin  axtarışından  gələn  həqiqətdir. 

İnsanda  böyüklük  görmək,  Allahlıq  görmək  həmişə  olub.  Nəimiylə 

bağlı keçirdiyimiz toplantıda da mən bu fikirləri ifadə elədim. 

Hürufilər insana Allah dedilər. Əslində Hürufilərə qədər islamda 

da şüuraltı bəzən insana Allah deyirlər. Filan insan Allahdır demirlər 

ha,  ancaq  insanı  Allah  sayıblar  davranışlarında,  ifadələrində.  Məsə-

lən, konkret, Əliyə, Məhəmmədə, Hüseynə münasibətə baxın. Onları 

necə ideallaşdırıblar. Onlara ilahi keyfiyyətlər veriblər. Məhəmməd-

də,  Əlidə,  Hüseyndə  ilahi  keyfiyyətlər  axtarırlar.  Bəzən  uydururlar. 

Bu,  uydurma  idraki  naşılıqdan  irəli  gəlir.  Ancaq  yenə  deyirəm, 

insanda böyüklük görmək, Allah görmək  məsələsi var. Bu, minillər 

insanın  axtarışlarının  sonucudur.  Hürufilərlə  müsəlmanların  fərqi 

nədə  oldu?  Hürufilərdən  sonra  da  o,  Atada  ciddi  bir  görkəm  aldı, 

ciddi  bir  şəklə  düşdü.  İnsanı  Allahlaşdırmaq,  onu  qutsal  saymaq, 

gəlib  Atada  çox  gözəl  bir  şəklə  düşdü.  Yəni  insan  içində  Mütləq 

gəzdirir.  Hürufilər  insana  Allah  deyirdilər.  Bu  zaman  onlar  insanın 

fiziki varlıq olduğunu gözardı eləmirdilər. 

İnsanın  fiziki  varlıq  olduğunu  gözdə  tuturdular.  İnsana  elə 

keyfiyyətlər  sunurdular,  onu  elə  əməlinə  görə  Allah  adlandırırdılar 

ki, bu zaman insan ağlımızda, düşüncəmizdə mücərrədləşmirdi, fiziki 

varlıq  olaraq  da  görünürdü.  Bu,  fiziki  varlıq  olan  insan  haqqında 

deyilən  fikirlərdir.  Nədə  özünü  göstərirdi?  Məsələn,  insanın  yalan-

sızlığa  yetməsi.  Belə  götürəndə,  sadə  bir  sözdür  də.  İnsanın  yalan-

sızlığa yetməsi. Ancaq insanın yalansızlığa yetməsi prosesi çox ağır 

bir prosesdir. Bir insanda heç bir vaxt heç bir yalanın olmaması – bu 

çox böyük bir məsələdir, zarafat bir məsələ deyil. Deməli, əgər insan 

özündə  tam  yalansızlığa  yetirsə,  tam  rəqabətsizliyə  yetirsə,  pis  an-

lamda  yarışsızlığa,  tamahsızlığa  yetirsə,  o,  əslində  ilahi  keyfiyyət-

lərin daşıyıcısı olan insana çevrilir. Allahlıq xilqətinə çevrilir. Yenə 

deyirəm,  elə-belə  “yalan”  sözü  adi  səslənir  qulağımızda,  ancaq 

yalansızlığı bacarmaq çox böyük bir məsələdir. Onu bacaran adamı, 

doğrudan  da,  ideala  bərabər  tutmaq  keçir  adamın  ağlından.  Onu 

ideala  tən  tutmaq  ağlından  keçir.  Ancaq  müsəlmanlar  insana  ilahi 

keyfiyyətlər  verəndə  onun  fiziki  varlıq  olduğunu  unudurlar:  – 

“Məhəmməd ayı iki yerə böldü”. Obrazlı desək, ayı iki yerə bölmək 

Allahlıq keyfiyyətidir, Allahlıq qüdrətidir. Ancaq fantaziyadır. Eyni 

halda  bunu  gerçək,  fiziki  insana  aid  eləmək  ümumiyyətlə,  xülyadır 



 

319 


ki, fiziki insan ayı iki yerə böldü deyirlər. Ayı iki yerə bölmək gərək 

deyil  Allah  olmaq  üçün,  dediyim  keyfiyyətlərə  yetmək  gərəkdir: 

Mütləq  yalansızlığa,  tamahsızlığa,  rəqabətsizliyə.  Bax,  bu,  bəşəriy-

yətin  min  illərdir  axtardığı  keyfiyyətdir  ki,  onu  bu  gün  Asif  Ata 

gerçəkçi şəklə saldı. Dedi, insan içində Mütləq gəzdirən ruhsal var-

lıqdır.  Mütləq  nədir?  Həmin  Allahlıq  məsələsidir.  Onun  adı  nədir? 

İnsanlıq!  İnsanlıq  nədir?  Dediyim  şeylər.  Yalansızlıq,  tamahsızlıq, 

şöhrətsizlik,  vicdana  yetmək,  sevgiyə  yetmək,  Vətən  vurğunluğuna 

yetmək, bəşər sevgisinə yetmək, bunlar hamısı insanda ki formalaşır, 

yüksək bir etap yaradır, onda o insan haqqında adi danışa bilmirsən. 

Görürsən ki, bu insan elə-belə təkcə bioloji varlıq deyil. O qarşısında 

inək otarır, ancaq bu görkəm qarşısında inək otaran insanın özündən 

ayrılmış,  ora  qapılmış  bir  şəkli  deyil.  Gözümüzün  gördüyü  o  inək 

otaran insan içində Allah gəzdirir. Bax, görürsünüzmü, həyatla, yaxşı 

anlamda,  necə  bağlanır  insan.  Mücərrədləşmir,  həm  inəyini  otarır, 

həm də içində Allah gəzdirir. Baxın, təbiətlə, yaşamla içində gəzdir-

dikləri  bir-birinə  bağlanır.  Uyumsal  olur.  Mücərrədləşmir,  xülya-

laşmır.  İnsan  böyük  olur.  Otçalan  insan  böyük  olur,  Allah  olur. 

Burada,  müsəlmanlardakı  kimi,  o  keyfiyyət  seçkin  adamlara,  seçil-

mişlərə  özgün  olmur.  Məhəmməd,  Əli,  Hüseyn  seçilmiş  idi.  Ancaq 

Asif Atada içində böyüklük gəzdirmək, Mütləq gəzdirmək seçkinlərə 

özgün deyil, ümumi insana özgündür ki, hər bir insan içində Mütləq 

gəzdirir.  İnsan  o  Mütləqə  tən  yaşaya  bilər,  ona  yetməlidir.  Yetmək 

üçün  də  yol  göstərir.  Bu  cür  addım  at,  belə  yaşa.  Bax,  bu  insanın 

taleyinin  qurulması,  doğrulması  üçün  o  qədər  gözəl  bir  aydınlıqdır 

ki,  Asif  Atanın  dünyabaxışında  ortaya  çıxır.  Gözəl  bir  aydınlıqdır. 

Burada  heç  bir  qaranlıq  şey  qalmır.  Heç  bir  nağıl  qalmır.  Ona  görə 

insanı  daşıdığı  keyfiyyətlərə  uyğun  yaşatmaq  üçün  Asif  Ata  bütün 

tarixin, bəşəriyyətin keçdiyi yolun sintezi kimi formalaşır və belə bir 

şəkildə də qarşımıza çıxır. Belə bir şəkildə, ümumiyyətlə, insanlığın 

qarşısına  çıxır.  Mümkün  olanı  insana  öyrədir.  Sadə  bir  insanın 

ağlında o şey ki mümkünsüz görünür, Asif Ata onu mümkün göstə-

rir. Mümkün olduğunu sübut edir. Bu, əslində gerçək yaşamla bağlı 

olan birbaşa gözəllikdir. 

Bax, mən amallaşmamla bağlı qısa bunu deyərdim. İkinci, kamil-

ləşmə  mövzusuyla  bağlı,  sonuncu  özüylədöyüş  gündəliyimdən   bir-

iki  parça  oxuyacam.  Bu  mənim  sistem  şəklində  yazdığım  14-cü 


 

320 


özüylə-döyüş gündəliyimdir. Ancaq bir də xırda həcmli özüylədöyüş 

gündəliklərim var. O bir ayrı sistemdir. 



(Soylu  Atalı  Gündəliyindən  özünü  görmələri,  döymələri  ilə  bağlı 

parçalar oxudu – G. A.) 

Buradan mən keçid eləmək istəyirəm xalqlaşma məsələsinə. Həm 

rəssamlarla görüş və bu görüşün, vurğuladığım  kimi, yüksək səviy-

yədə  keçməsi,  dünən axşam  Vaqif  bəylə telefonlaşdıq,  o deyir  mən 

iki dəfə onlarla qarşılaşmışam, hər ikisində yüksək heyranlıq bildir-

dilər, qeyri-adi bir duruma düşüblər ki, belə bir söhbətin dinləyicisi 

olmayıblar  bu  çağa  qədər.  İkinci,  “İnam  Evi”  jurnalının  ortaya 

gəlməsi. Baxmayaraq ki, “İnam Evi” jurnalı bütünlüklə Ocaq qonu-

larını qapsamır. Orada deyək ki, klassiklərdən nəsnələr var.  

 

 



 

Dəyər verdiyimiz, millətə gərək olan düşüncə adamlarının düşün-

cələrini, yazılarını, fikirlərini bu jurnalda çap eləmişik. Əslində bu da 

ona  görədir  ki,  toplumun  ağlında  bir  az  belə  deyim  ki,  ideoloji 

düşüncənin genişliyini təmin eləyək. Çünkü bütün halda Ocaq fikri, 

Ocaq  sözü  əsas  olsa,  bu  Ocaq  sözünün,  fikrinin  də  adiləşməsi  olar 

kimlər üçünsə. Həm də deyərlər ki, bunlar bütünlüklə özlərini deyir-

lər.  Burada  biz  nəyin  yiyəsiyik,  nəyə  önəm  veririk,  nəyə  dəyər 

veririksə, onları bu topluma sunuruq. Yəni bu jurnalda sizin qarşılaş-

dığınız  klassiklərdir,  düşünən  adamlar,  fikir  yiyələridir,  bunlara  biz 

önəm  veririk.  Niyə  önəm  veririk?  Çünkü  onların  sənin  millət 


 

321 


olmağında  bu  və  ya  başqa  şəkildə  qatqısı  var.  Sənin  milli  tərbiyə 

olunmağında onların qatqısı var. 

Bu  da  bizim  üçün  bu  son  ayda  ciddi  bir  xalqlaşma  əməli  oldu. 

Uzun  müddətdir bu jurnalın üstündə çalışırıq. Zəhmət çəkirik. Zəh-

mətimiz ortaya gəlib çıxdı və ciddi iş görür. Biz bilmirik nə alınıb, nə 

alınmayıb. Bizim məqsədimiz bu jurnaldan pul qazanmaq deyil təbii 

ki.  Ancaq  dediyim  kimi,  mən  köşklərə,  keçib  gedəndə,  baxıram, 

görürəm ki, bu jurnal bəlkə 50-100 dəfə vərəqlənib. Hamı baxır. Bu 

bir  maraqdır.  Bu  bir  diqqətdir.  İnsanların  gözünün  alışması,  öyrəş-

məsidir həm də. Bizə də gərək olan budur. 

Üçüncü  bir olay,  bu il  Nəiminin  675  illiyini  keçirməyimiz  oldu. 

Əslində Ocaq ölçüsüylə baxarsan, ortaya sual çıxa bilər ki, Nəimiyə 

675 illik  keçirmək  görəsən  bu  Ocağın  nəyinə  gərəkdir?!  Belə  götü-

rəndə, doğrudan da, Ocağın bu günkü işinə gərək deyil. Ancaq o işi 

ki, dövlət, mədəniyyət baxanlığı görməlidir, bunlar ağızlarına su alıb 

dayanıblar. Bunlar xalqın içində yaşadılacaq dəyərlərə önəm vermir-

lər. Onların adını çəkmirlər. Onları bu xalqa öyrətmirlər, başqa işlər-

lə  məşğuldurlar.  Bütün  baxanlıqlar  (nazirliklər)  elədir,  o  cümlədən 

Mədəniyyət baxanlığı. Nəimi  – Hürufilik Asif Atanın dəyər verdiyi 

ruhsal  olaylardan  biridir.  Azərbaycanımızın,  Azərbaycanlığımızın 

ruhsal mahiyəti deyə onların bir-bir adını çəkir, dəyərləndirir. Nəimi 

Azərbaycanın  ruhsal  mahiyətini  ifadə  edən  dəyərlərdən  biridir.  Biz 

Ocaq  olaraq  bu  dəyəri  gündəliyə  gətirməklə  əslində  onun  yiyəsini 

sunuruq  topluma.  Onun  yiyəsi  Asif  Atadır.  Baxın,  Nəiminin  yiyəsi 

dövlət deyil ha, Asif Atadır. Nəiminin Azərbaycana bağlı olan yük-

sək  keyfiyyətlərini  ifadə  eləməklə,  sunmaqla,  biz  Asif  Atanın 

baxışını, dəyərini qabağa çəkirik. Yəni nə eləyiriksə eləyək, hər bir 

addımımız  Asif  Ata  baxışının toplumun  içərisinə  yeriməsinə  qulluq 

göstərir,  onun  təsdiq  olunmasına  gətirib  çıxarır.  Bunlar  da  vacib 

şeylərdir.  Hər  yöndən  etki  göstərmək,  cığır  açmaq  Asif  Ataya  ki, 

toplumun  içinə  yerisin.  Xalqın  özünəxaslığı  Asif  Ata  ilə  qurulur. 

Bax,  bu  bizim  xalqlaşma  işimizin  yığcam,  son  çağdakı  miqyasıdır. 

Özü də çox böyükdür bu miqyas. 

İndi isə gediş yazısındakı qonumuzla bağlı bir neçə kəlmə demək 

istəyirəm: Mütləqə İnam və siyasiləşən millətlər. 

Mütləqə İnam xalqlara ruhaniyyat üstə yaşamaq tələbiylə səslənir. 

Ancaq  dünyanın  gedişi,  dünyanın  nizamı  başqa  yönə,  başqa  yerə 

köklənib. Tamamilə siyasətə köklənib. Bütün dünya siyasət qaranlı-



 

322 


ğında,  siyasət  burulğanında  çaşbaş  durumdadır  və  insan  bu  qaran-

lıqda  özünü  görə  bilmir.  Özünün  niyə  var  olduğunun  fərqinə  vara 

bilmir.  Niyə  yaşayıram?  Bu  cür  hərcayi  dünyada,  bu  cür  başı-ayağı 

bilinməyən dünyada mən niyə varam axı?! Mən nədən ötrüyəm axı. 

Bu,  əslində,  doğrudan  da,  bir  çağlar  Tolstoyun  özünə  verdiyi  soru-

lardır. Bu gün insanlar o soruları özlərinə vermirlər, ancaq o duruma 

düşüblər. Bu hara gedir, hara çəkib aparır insanı? Siyasiləşməklə axı 

özünü insan kimi duymaq mümkün deyil. Çünkü bu siyasiləşmənin 

içində  min  dənə  hoqqa  var,  min  dənə  fırıldaq  var.  Min  dənə  eybə-

cərlik var, alıb-aldatmaq var, yalan var. Vəhşilik var, başkəsmə var. 

Dünyada  güclü  olmaq  uğrunda  yarış  gedir.  Heç  kəs  ruhsal  qüdrətli 

olmağa can atmır. Hər kəs siyasal güclü olmağa çalışır. Siyasal güclü 

olmaq  üçün  iki  araçdan  istifadə  edirlər.  O  nədir?  Bir,  bəşəriyyətin 

abad,  firavan  yaşaması  üçün  doğanın  (təbiətin)  verdiyi  nemətlərin 

israf  olunması.  Yəni  bu  nemətlərin  gətirdiyi  gəlirlərin  çoxluq  baxı-

mından  böyük  kəsimiylə  yaraq-filan  əldə  edirlər.  Ağlasığmayan 

yaraqlar  icad  edirlər.  İnsanın  başına  oyun  açacaq  ağlasığmayan 

yaraqlar. Çeşid-çeşid, elə şeylər ki, burda oturub düşünürsən, düşünə 

bilmirsən.  Bu  yaraqlar  nədən  ötrüdür?  –  İnsanı  qırmaq,  öldürmək, 

insanı  öldürməklə,  kor,  zəlil,  çolaq  qoymaqla,  körpələrin  qanına 

susamaqla  dünyada  güclü  olmasını  təsdiq  eləmək.  Baxın,  bu 

heyvanat aləminə xas bir şeydir. Bu, insana özgün deyil axı. Siyasət 

bunu yaradır. Siyasiləşən gediş, dünya elə bu deməkdir. 

İkinci, özünün güclü olmasını təmin eləmək üçün ayrı-ayrı qrup-

lar yaratmaq, ayrı-ayrı birliklər yaratmaq, onların ağlını söndürmək, 

bu  qruplardan  dağıdıcı  terrorçu  düzəltmək  və  bunları  canlı  bomba 

kimi,  canlı  partlayıcı  kimi  qullanmaq.  Baxın,  dünyanın  gedişində 

güclü  olmaq  istəyən  alçaqlar  nəyə  çalışırlar,  nələrə  gedirlər.  Nələr 

qalır ki, getməsinlər. Bax, belə bir dünyada yaşayırıq biz. İnsanlığın 

öldürüldüyü,  qəhr  olunduğu  bir  dünyada  yaşayırıq  biz  və  elə  bir 

dünyada ki, burada başqa sözün, başqa çağırışın, mənəviyyat anlayı-

şının  rolu  görünmür.  Ümumiyyətlə,  mənəviyyat  anlayışı  burada  iş 

görə bilər, bilməz məsələsi var ha, inanılmır ki, mənəviyyat burada iş 

görə bilər – bu gedişdə, bu dünyada ha. Buna inanılmadığı bir çağda 

ki, mənəviyyat iş görə bilər, belə bir çağda biz Mütləqə İnam yolun-

da  mənəviyyat  çağırışları  edirik.  Mənəviyyata  çağırışlar  edirik. 

Baxın,  heç  kimin  ağlının  kəsmədiyi,  inanmaq  istəmədiyi,  inana 

bilmədiyi,  ağlının  gücü  çatmadığı  bir  şeyə  biz  çağırış  edirik.  Bunda 



 

323 


da  israr  edirik.  İndi  bir  tərəfdə  bütün  planetin  xəzinəsini,  varını-

yoxunu,  nemətinin  hamısını  əlində  səfərbər  eləyib  insanın  ağlını, 

mənəviyyatını söndürməyə yönələnlər durub, bir tərəfdə isə bir ovuc, 

səsi dörd divarın arasından güclə eşidiləcək bir qüvvə durur. Bəs biz 

nəyə  arxayınıq  axı,  nəyə  güvənirik  ki,  bu  boyda  azğın,  azman  bir 

dünyanın  qarşısında  dayanıb  mənəviyyat  çağırışı  edirik.  İnam 

çağırışı edirik. İnsana yeni aqibət vəd edirik. Bax, söhbətimin başlan-

ğıcında  vurğuladım,  insanın  içində  olan  Mütləqi  tanıdığımıza  görə, 

öyrəndiyimizə  görə.  Biz  özümüzü  aldatmadıq.  Biz  dedik  insanın 

içində Mütləq var. Axtardıq, araşdırdıq, öyrəndik, tapdıq, gördük ki, 

var. Uydurmuruq, boşuna demirik. İnsanın içində Mütləq var, Allah 

var. Bu insan Mütləqin arxasınca gedirsə, axırda ona qovuşur. Bunu 

Asif  Ata  elədi.  Biz  də  ona  bənzər  aqibət  yaşayırıq.  Yaşadıqca 

görürük ki, Asif Atanın çağırışını eşitsək, dediklərimizə əməl eləmək 

mümkündür. Deməli, bütün bəşəriyyətin içərisində nə gərəkdir? Bir 

Sirikli  kəndinin  içində,  hardasa  min,  iki  min  insanın  içində  bircə 

nəfər  Elxasın  olması  hansı  dəyişikliyi  yaratdısa,  hələ  bu  dəyişiklik 

davam edir, edəcək, hansı dəyişiklik yaratdısa, Asif Atanın Mütləqə 

İnam carçıları, Ocaqçıları öz içində həmin Allaha, Mütləqə yetməklə

onu dərk eləməklə, onun ortaya çıxardığı biliklə yüklənməklə, bütün 

bəşəriyyətin  içərisində  həmin  gedişi,  həmin  işi  daha  böyük  şəkildə 

həyata keçirmək əzmindədir. Bu mümkündür. Onun mümkünlüyünü 

sən (Elxası gözə alır – G. A.) öz kəndində sübut elədin. Əgər burada 

bu mümkündürsə, hələ az bir tutumla, yüksək elmi tutumla getmədin 

onların içinə, sadə bir ürəklə getdin onların içinə, bu ürəyə Ocaqdan 

ayrı-ayrı  eşitdiyin  fikirləri  qoymaqla  getdin.  Orada  israrla  inad  elə-

din,  o  daşı  dələ  bildin.  O  qayanı  parçalayıb  yara  bildin.  İndi  biz, 

Ocaq  olaraq,  daha  böyük  tutumla  çıxırıq bəşəriyyətin  içinə.  Burada 

elmi tutum var, burada böyük fəlsəfə var. Burada böyük ruhaniyyat 

var, sistem var. Burada böyük həyat nizamı, sistemi var. Bununla biz 

çıxırıq  bəşəriyyətin  içərisinə  və  əzilən,  döyülən,  alçaldılan  insana 

üzümüzü  tuturuq  ki,  sənin  qurtuluşun  budur.  Bunu  biz  hazırlayırıq 

sənə.  Sən  üzünü  mənə  tut.  Sən  əlində  qılınc  başını  kəsməyə  hazır 

olana boynunu əymə. Mənə üzünü tut, üzünü ağardacam. Onda sən 

görəcəksən  ki,  insan  kimi  yaşamağın  anlamı  nədir.  Bax,  Asif  Ata 

belə bir həqiqəti araşdırdı, öyrəndi, içində işıqlandırdı, ortaya çıxart-

dı.  Nəinki  bunu  yüksək  idrakın  süfrəsinə  sundu,  hətta  gözün  görə 

biləcəyi  aşamaya  gətirib  çıxartdı.  Ona  görə  biz  belə  bir  sevgiylə, 



 

324 


inamla siyasiləşən dünyanın anlamsız inadını onillər, yüzillər boyun-

ca qırmağa qadir olduğumuzu dərk elədik. 

Bundan  ötrü  gərək  insanı  mifik  vurğunluqdan  qurtarasan.  İnsan 

mifik deyilişlərə, mifik yaranışlara, mifik ortaya çıxarılanlara vurğun 

olur.  Məsələn,  insan  o  qədər  basqı  altında  yaşayır  ki,  o  qədər  onun 

ağlı kəsərdən düşür, o basqının altında, o əzilmədə ağlı elə kəsərdən 

düşür ki, o özünün qurtarıcısı saydığına özündən uydurulmuş keyfiy-

yətlər verir. Mifik şəxsiyyətlərə vurulur. O mif ki, onun gerçək əsası 

yoxdur, iş görmür, ona vurulur. Əlinin qılıncının boyu 2 metrdir. 12 

adamı birdən kəsdi. Bu zəlil duruma salınmış insanın, bədbəxt duru-

ma salınmış insanın mifik umududur. İşə keçmir. İnsanı o mifik vur-

ğunluqdan qurtarmaq gərəkdir. Asif Atanın dünyabaxışıyla biz insanı 

həmin  mifik  vurğunluqdan  qurtara  bilərik.  Biz  buna  qadirik.  İnsanı 

gerçəkçi  vurğunluğa  yönəltmək,  həqiqətə  vurğunluğa  yönəltmək 

gərəkdir. Onda o Əlinin qılıncının 10-15 adamı kəsməsini gedib tari-

xin uçqunlarının altında axtarmayacaq ki, kiməsə qəhrəmanlıq məsə-

ləsini sübut eləsin. Onda o öz içində hikmət tapacaq, qüdrət tapacaq. 

Ayağa durub dikələcək öz içində ki, mən bunu eləməliyəm. Torpaq-

ların  altından  gəlib  Əli  mənim  üçün  on  baş  kəsməyəcək.  İçimdə 

oturan şərin başını mən kəsməliyəm. Bax, o mifik vurğunluqdan in-

sanı qurtarmaqla onun bütün diqqətini öz içinə yönəldirsən. Öz için-

dəki ideala vurulur o. Özünə inanır o. Onda o başlayır millət olmağa. 

Sonra,  bizi  hər  kəs  çağırır.  Bizi  hara  çağırırlar?  Hansı  ideyaya 

çağırırlar? Hansı ideala çağırırlar? Gərək kimlərinsə ətəyindən gözü-

yumulu yapışmayaq. Bizə sunulan ideal nə dərəcədə gerçəkçidir, nə 

dərəcədə  gerçəklikdə  onun  yeri  var?  Həyata  keçə  bilər.  Ondan  biz 

yapışsaq, ağ  günə  çıxa  bilərik.  Nə  dərəcədə  bu  mümkündür?  Bəlkə 

heç mümkün deyil? Özünü qurtara bilməyən, özünün anlaya bilmə-

diyi  ideyayla  ortaya  çıxan  bir  adamla  biz  hara  gedə  bilərik?  Bizə 

mifik  ideya  sunan,  başı-ayağı  bilinməyən  ideal  verən,  bir  kəsin,  bir 

kimsənin  ətəyindən  tutarıqsa,  biz  elə  həmin  vurğunluqda  tamamilə 

fantaziyalara  qapılıb  kiçilə-kiçilə  gedərik.  Gərək  bizə  qurtuluş 

yolunu  söyləyən  dilin  “doğrudanmı  söylədiyi  həqiqətdir”  anlamına 

yetə  bilək.  Doğrudanmı  həqiqət  adına  deyilən  çağırışlar  həqiqətdir? 

Nağıl deyil ki, yalan deyil ki? Məni kiçiltməyə yönəlməyib ki? Məni 

doğrudanmı  özümə  bağlayır,  məni  doğrudanmı,  göylərə  qaldırır? 

Gərək  biz  onun  fərqinə  vara  bilək.  Yenə  deyirəm,  içində  özünü 

inandıra bilməyən məni necə ağ günə çıxarda bilər? Çıxarda bilməz. 



 

325 


Bax, biz gərək bunun da fərqinə vara bilək. Baxın, bizim Asif Atanı 

sunmağımızda  böyük  bir  üstünlük  var,  fərq  var.  Böyük  bir  ləyaqət 

var.  Biz  hər  vaxt,  həmişə  Asif  Atanı  sunanda  deyirik  ki,  gözünü 

yumub kor-korana tutma. Düşün və Asif Atanı öyrən. Mən deyirəm 

Asif  Ata  Mütləqdir,  sən  də  araşdır,  inan,  öyrən.  İnan  ki,  mən  buna 

çatmışam da. İkinci, mən sənin içindən səni çağırıram. Özü də sənə 

çağırıram. İnanmaq üçün birinci şərt budur. Səni sənin içindən çıxan 

ər  çağırır.  Asif  Ata  sənin  içindən  çıxıb.  O  səni  sənə  çağırır.  Səni 

başqasına çağırmır, səni Məkkəyə çağırmır, səni Bakıya çağırır, səni 

Örənqalaya  çağırır.  Örənqalanı  qutsallaşdır.  Gedib  Məkkədə  dizin-

dizin  sürün  deyə  çağırmır.  Bax,  sənin  içindən  çağıran  ərin  səsinə 

diqqət yetir. Gör o səni hara şağırır. Bizim üstünlüyümüz odur. Bur-

dan belə bir şey çıxa bilər. Biz deyirik Asif Ata bəşəridir. Asif Ata 

məni mənə çağırır, türkə çağırır, bəs onda alman millətini hara çağı-

rır?  Almanı  da  almana  çağırır.  Bax,  Məhəmməd  bizi  ərəbə  çağırdı. 

Ərəbi də  ərəbə  çağırdı,  məni  də ərəbə  çağırdı.  Asif Ata  məni  türkə 

çağırdı, almanı almana. Almanı mənə çağırmır. Özü olmağa çağırır. 

Bax,  onun  ideyalarının  hamısının  axarında  bu  var.  Bəşərilik  budur. 

Bir milləti ləğv eləyib, gözardı eləyib onun mədəniyyətini, varlığını 

heç sayıb yalnız özünün yekəliyini ona sunan adamdan bəşər olmaz 

axı. Məni mənə doğmalaşdıran, məni özümə tanıdan bəşəri ola bilər. 

Kim  olur  olsun,  ərəb  olsun,  alman  olsun,  fars  olsun,  ingilis  olsun, 

məni  mənə  oxşadırsa,  məni  özümə  bənzədirsə,  mən  ona  dahi  deyi-

rəm. Ona bəşəridir deyirəm. Mən ona sevgi də bəsləyirəm, sayğı da. 

Ancaq məni məndən alan, ayaqlayan, heçə çevirənə necə bəşəri de-

yim?! Bax, Asif Atanın üstünlüyü odur. Asif Ata millətçidir, ancaq 

başqa  milləti  basıb  ayaqlamır.  Onu  özünün  ümmətinə  çevirmir. 

Çünkü öz millətinə qıymır. Yəni başqasını heçə çevirən öz millətinə 

fəlakətli  gələcək  hazırlayır.  Bu  da  bizim  bu  yöndən  üstünlüyü-

müzdür. 


Sonuncu  bir  mövzumuz  ki,  xalqlaşma  yönündə  Ocaq  hansı  aşa-

malardan  keçəcək?  Günev  yaxşı  toxundu  məsələyə,  qısa  deyəcəm. 

Sizi  çox  yükləmək  istəmirəm  qonularla,  ağır  qonulardır.  Əslində 

Atanın varlığını göstərmək aşaması keçdik. İçindən ər çıxıb Asif Ata 

adında.  Səni  düşünür,  sənin  dəyərlərini  qoruyur,  qurtarır.  Səni  yeni 

dəyərlərə yüksəldir. Səni aydın gələcəyə yönəldir. Bu bir aşama idi. 

Bu  aşama  hələ  də  var,  gedir.  Sonra  xalqın  ayağa  durmaq  aşaması 

gələcək.  Ona  qədər  isə  Asif  Atanın  ideyası  nədir,  necədir,  nəyə 



 

326 


çağırır, o aşamanın başlanğıcındayıq. Bu aşama ola bilər ki, öncəki 

qədər də uzun sürsün. Sonrakı aşama gələcək, xalqa demək ki, indi 

içində  sənə  hökm  edən  yadlıqlardan  imtina  elə.  Özünün  içindəkinə 

dön. Öz içində yaranana dön. Ondan yapış. Ona çağırış aşaması baş-

layacaq.  Son  aşama,  çağırışın  yaşam  dönəminə  keçməsiylə  davam 

eləyəcək.  Bax,  xalqlaşma  dediyimiz  aşamalar  bunlardan  oluşacaq. 

Bu da bayaqdan dediyimiz həqiqətlərlə tutuşduranda, bir müstəviyə 

gətirəndə  gözümüzün  qabağında  çox  gözəl  canlanır,  aydınlanır  ki, 

biz heç nəyi mücərrəd demirik. Aldadıcı demirik. Özümüzü aldatmaq 

həvəsində deyilik. Təsəlli vermirik özümüzə. Xoşbəxtlik taleyi yaşa-

yırıq.  Böyük  bir  quruculuq  ideyasının  yükünün  altında  qəddimiz, 

varlığımız dik dayanır. Bütün çətinliklərə baxmayaraq, necə üzümüz 

ağ, gözümüz kölgəsizdir. Necə qutsalların dediyi kimi yaşayırıq. Arı, 

duru, vicdanla. Oğurluq bilmirik, əyrilik bilmirik, yalançılıq bilmirik, 

necə də qorxusuz, hürküsüz yaşayırıq. Necə də səksəkəsiz yaşayırıq. 

Bütün insanlar səksəkə içində yaşayır. Bizi toplumla bağlayan yalnız 

bir cəhət var ki, onların yediyi pozulmuş qidanı yeyirik. Onların ud-

duğu  pozulmuş  havanı  uduruq.  Ancaq  içimizdəki  mənəvi  nizam, 

mənəvi düzən yerlə göy qədər fərqlidir. Bunu bizim deməyə haqqı-

mız var, çünkü bunu biz yaşayıb yaratmışıq. Bunu deməyə haqqımız 

var, toplum elə bir durumda yaşayır, biz isə elə bir aşamaya keçmi-

şik, özümüz dərk edirik ki, biz insana, insanlığa gərəyik. Bizi insana 

–  insanlığa  gərək  eləyən  Atamızın  qarşısında  səcdə  qılıram  və 

sözümü bitirirəm. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Atamızın Bayrağını öpürəm! 

 

Qutsal  Oxuma: “Fəlsəfənin  Təməli”  Bitiyi,  “Təməl”  əsərindən 



“Ədalətin Təməli” bölümü oxundu, aydınlıq gətirildi. 

  

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!” səcdəsiylə Gün başa çatır. 

  

Sərt Ayı, 37-ci il. Atakənd. 

(dekabr, 2015. Bakı.). 
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə