1
Azad Yazarlar Ocağının kitabxanası
Əminə PAKRƏVAN
ABBAS MĠRZƏ
VƏ
AZƏRBAYCAN
FARSCADAN ÇEVĠRƏN:
GÜNTAY CAVANġĠR
Emineh Pakravan
Abbas Mirzə
Editions Buchet/Chastet (Paris) 1973
QANUN - 2010
2
Az 2
REDAKTOR:
ĠLAHƏ UCARUH
Çapa hazırlayan:
Rasim QARACA
Əminə Pakrəvan. Abbas Mirzə və Azərbaycan.
Bakı, Qanun, 2010, 336 səh.
“Abbas Mirzə və Azərbaycan” adlı bu kitab görkəmli Azərbaycan
sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır.
XIX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın
ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara
əsaslanaraq geniş şəkildə bu monoqrafıyada öz əksini tapıb. Günümüzün bir çox
suallarına cavab verən bu qiymətli əsər Azərbaycan dilində ilk dəfədir nəşr olunur.
Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.
Q 1300013005 Sifarişli
AB 022051
Az2
©QANUN, 2010
© Ə.Pakrəvan
3
ĠÇĠNDƏKĠLƏR:
Ön söz (tərcüməçidən)
Yazar haqqında
Ağaməhəmməd Xanın iqtidara gəlişi
Abbas Mirzənin çocuqluğu
Fətəlinin iqtidara gəlişi. Giriş
Fətəli Şah səltənətinin ilk illərində Qacar sarayının durumu
Savaşlar bölümü. Giriş
On il davam edən savaşların başlaması
Sisyanovun öldürülməsi
Fransa-Qacariyyə münasibətləri. Giriş
Fransa-Qacariyyə münasibətləri
Savaşların davamına giriş
On il sürən savaşlar
Reformist Abbas Mirzə. Giriş
Reformist Abbas Mirzə
Böyük sınaq. Giriş
Böyük sınaq
İrəvanın işğalı və Azərbaycandan ayrılması
Rus ordusunun Təbrizi işğal etməsi
Türkmənçay müqaviləsi
Savaşlar və siyasi oyunlar. Giriş
Savaşlar və siyasi oyunlar
Qriboyedovun öldürülməsi
Xorasan olaylarına giriş
Xorasan olayları
Naib-üs Səltənə Abbas Qacar Vəliəhd-Şahrud
Qaynaqlar
4
ÖN SÖZ
Əziz oxucu!
Güney Azərbaycanda fars şovinistlərinin türkləri soysuzlaşdırma planları
haqda bilginiz vardır. Azərbaycan tarixini və görkəmli şəxsiyyətlərini İran
mərkəzli bir yanaşma ilə fars kimliyinə, fars tarixinə aid etməyə çalışırlar. Bütün
dövlət imkanları da fars zehniyyəti mərkəzli sistemin əlində olduğu üçün bu işdə
başarılı olmuşlar. Azərbaycanda oyanışın və milli kimliyin yüksəldiyi bir vaxtda
tarixi gerçəklərin olduğu kimi dərk edilməsinə ciddi ehtiyac vardır. Tərcümə
etdiyim “Abbas Mirzə və Azərbaycan” adlı kitabın bu ehtiyacı bərtərəf etməkdə
çox təsirli olacağına inanıram. Yaxın tariximizin bilinməsi baxımından kitabda
gerçəkdən geniş bilgilər var. İlk dəfə olaraq XIX əsrdə Azərbaycan Ordusunun
qurulması və ilk dəfə olaraq da Qacar Şahzadəsi Abbas Mirzənin başçılığı ilə
Azərbaycanın bütövlüyü uğrunda silahlı savaşın təfərrüatı haqqında geniş bilgi
əldə edəcəksiniz.
Şahzadə, Şərqdə ilk siyasi şəxsiyyət olaraq sekular bir dövlət qurmaq
istəmiş, bu səbəbdən də fars millətçiliyi mərkəzli şiə mollalarının etirazına tuş
olmuşdur. Buna qarşılıq olaraq Abbas Mirzə Azərbaycan mərkəzli din projesini
gəlişdirməyi düşünmüşdür. Bu istiqamətdə özəlliklə də Rusiya imperatoru I
Pyotrun reformlarından da təsirlənmiş, onun saqqal inqilabını Azərbaycanda
gerçəkləşdirmək niyyətində bulunmuşdur. Bu işini ilk öncə Azərbaycan ordusunun
əsgərləri üzərində tətbiq etmiş, hər kəsin avropalılar kimi saqqalını qırxmağı əmr
etmişdi. Şahzadənin bu əməli din xadimərinin çox ciddi etirazına səbəb olmuşdur.
Çünki axundlara görə saqqal qırxmaq dini adət-ənənələrə uyğun gəlmirdi.
Şahzadə, Qacariyyə və Azərbaycan Ordusunda xidmət edən Fransanın hərbi
mütəxəssis və mühəndisləri vasitəsi ilə 1789-cu il Böyük Fransa inqilabının
modern tələbləri ilə tanış olmuş, dərindən təsirlənmişdir. Bu səbəbdən də paytaxtı
Təbrizə köçürmək, həm türk dilini Qacar imperatorluğunun rəsmi dövlət dili olaraq
elan etmək, həm də XIX əsr şərtlərinə görə sekular bir dövlət qurmaq istəmişdir.
Bunun üçün Azərbaycanın hərbi, mədəni və iqtisadi həyatının modernləşməsi
istiqamətində bir çox reformlar gerçəkləşdirmişdir. Ancaq Abbas Mirzənin
islahatlarını durdurmaq üçün din xadimlərinin təlqini ilə atası Fətəli şah onu
Azərbaycandan uzaqlaşdırmaq zorunda qalmışdır. Xorasanda vəfat edən Abbas
Mirzə son nəfəsində “Azərbaycan, Azərbaycan” deyə gözlərini yummuşdur.
Kitabda XIX əsr dünyanın böyük dövlətlərinin Orta Doğu və Mərkəzi Asiya
ilə bağlı planları, Şahzadənin diplomatik və hərbi manevraları haqqında hərtərəfli
bilgi vardır. Bu bilgilər XIX əsrin birinci yarısında Qacariyyədə xidmət edən
Fransa, İngiltərə, Rusiya kimi xarici dövlətlərin təmsilçilərinin rəsmi
məktublarından və şəxsi xatirələrindən alınmışdır. Ən önəmli olan da budur ki, o
zamankı savaşlar farsların və rusların uydurduqları kimi İran-Rusiya arasında
deyil, Qacariyyə-Rusiya arasında baş vermişdir. Bu savaşın baş ifaçıları isə
5
Azərbaycan ordusu ilə Rusiya ordusu olmuşdur. Daha ayrıntılı bilgi üçün kitabı
diqqətlə oxumaq lazımdır. Tərcümədə bəlkə bugünkü alışılmış Azərbaycan
türkcəsindən bir az fərqli üsluba rastlana bilərsiniz. Bunlar şüurlu şəkildə
edilmişdir. Kitabda dərinləşdirilmiş və öz kökü üstündə doğura-doğura biləcək ana
dilimizin imkanlarından geniş şəkildə faydalanmağa çalışılmışdır.
Güntay CavanĢir
Finlandiya 10.02.2007
Guntay_1@yahoo.com.
YAZAR HAQQINDA
Əminə Pakrəvan 3 oktyabr 1880-ci ildə İstanbulda dünyaya göz açmışdır.
Atası Həsənxan Qacarların diplomatı idi və 20 il Qacarların İstanbuldakı Böyük
Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis fun Heartfeld Avstriyalı
bir xanım idi. Həsənxan 1893-cü ildə Parisdə vəfat edir və Əminə xanımın ailəsi
öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki
qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü
məşğul olmağa başlayır. Laybax və Lubliyana kitabxanalarından əmanət aldığı
kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışır. Əminə,
türkcə və farscanın yanı sıra fransız, ingilis və alman dillərini yaxşıca öyrənir.
İtalyan dilini də danışma səviyyəsində deyil, oxuma düzeyində bilmiş olur.
Bir neçə il sonra Alis təkrar İstanbula dönür. 1910-cu ildə Əminə bir Qacar
diplomatı ilə evlənir. Gənc ailə bir il Qacarların başkəndi Tehranda yaşayır. İlk
çocuqları da Tehranda dünyaya gəlir. Sonra da Əminənin əri Misirin başkəndinə
diplomat olaraq göndərilir. On il Qahirədə yaşayırlar. Əminənin əri fanatik bir
islamçı olduğu üçün xanımının sosial olaylara qatqıda bulunmasını önləyir. Ərinin
fanatik davranışlarına dözə bilməyib ondan ayrılan Əminə çocuqları ilə bərabər
Belçikaya yerləşir.
1933-cü ildə Əminə Pakrəvan Pəhləvilər tərəfindən rəsmən “İran”
adlandırılmış ölkəyə köçür. Qacar dövləti haqqında bir neçə kitabın müəllifi olan
Əminə Pakrəvan, Tehran Universitetində fransız dili və ədəbiyyatı üzrə
öyrətmənlik etməyə başlayır. 1936-cı ildə qızının vəfatına baxmayaraq,
araşdırmaçılıq və yazarlıq çalışmalarında davam edir. 1951-ci ildə “Tarixsiz əmir”
adlı kitabı “Rivarol” ödülü qazanır. 1958-ci ildə xərçəng xəstəliyindən həyatını
itirir. Əminə Pakrəvanın ən önəmli əsərləri bunlardır: “Tarixsiz əmir”, “Qəzvin,
unudulmuş başkənd”, “Əski Tehran”, “Dördüncü nəsl”, “Abbas Mirzə və
Azərbaycan”, “Ağaməhəmməd Xan Qacar”.
6
AĞAMƏHƏMMƏD XANIN ĠQTĠDARA GƏLĠġĠ
1722-ci ildə Türküstan xanlıqlarının hücumu qarşısında çöküş sürəcini
yaşayan Səfəvi dövlətinin həyatına son verildi. Səfəvi dövlətinin varisliyini Avşar
türk boyundan yüksələn Nadir adında bir cəngavər üstləndi. İkinci Təhmasib
Səfəvinin xidmətində olan Nadir, Avşar türk soyundan idi. Təhmasibi devirib və
ölkənin yönətimini ələ keçirdi. Nadir Azərbaycanın Muğan bölgəsində başına
şahlıq tacı qoydu. Hindistanı fəth etdikdən sonra da dünyaca ünlü bir türk padşahı
kimi tanındı.
Yenilikçi və savaş taktikasının uzmanı olan Nadir şah Dehlini fəth etdi.
Nadir şah dində reformlara başladı, bu reformların qurbanı oldu və öz yaxınları
olaraq bilinən fanatik Şiə yanlıları tərəfindən öldürüldü.
Nadir şahın qətlindən sonra Lor soyundan olan Kərim xan Zənd, Avşar
İmperatorluğunun bir qismində dövlət qurdu və 29 il iqtidarda bulundu. 1799-cu
ildə ölən Kərim xan Zəndin varisləri iqtidarı öz aralarında paylaşdılar.
Ağaməhəmməd Xan Qacar bütün rəqiblərini və Zəndiyələrin son padşahı olan
Lütfəli Xan Zəndi də yenərək qalib oldu. 1797-ci ildə Qarabağ savaşında
öldürüldü. Ağaməhəmməd Xanın övladı olmadığı üçün qardaşı oğlu Fətəli Xanı
(çocuqluğunda ona Baba Xan deyilirdi) öz varisi olaraq duyurmuşdu. Fətəli bu
mirasın qorunması üçün ən uyğun şəxs kimi görünürdü.
ABBAS MĠRZƏNĠN ÇOCUQLUĞU
1
Ağaməhəmməd Xan çox ehtiyatlı hökmdar idi. Öz yerinə canişin təyin
etməsinə rəğmən, daima bu gənc adamın hökmdara qarşı erkən baş qaldırıb,
iqtidarı ələ keçirməsindən ehtiyat edirdi. Bu üzdən də padşahın casusları Şirazda
yaşayan Fətəli Xanın həyatı və davranışları ilə ilgili sürəkli bilgi verirdilər.
Ağaməhəmməd Xan Qacar sonsuz, övladsız olduğu üçün qardaşı oğlu Baba Xanın
(Fətəli Xanın) iki oğlunu öz yanında saxlayırdı. Baba Xanın ayrı-ayrı qadınlardan
iki oğlu var idi. Bu iki övladın arasında sadəcə, bir neçə həftə yaş fərqi var idi.
Birinci oğlan Məhəmmədəli, soyu bəlirsiz olan Xeyvəli bir qadından idi. Qacar
yasasına görə Məhəmmədəlinin padşah olması mümkün deyildi. Çünkü
*
bütün
siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağaməhəmməd Xan ölkə
yönətimində və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını
1
Bu mövzu üzərinə Fətəli Şah və ailəsi haqqında anılarını yazan Fətəli Şahın kiçik övladlarından birisi
olan şahzadə Əhmədmirzə Əzod-üd Dövlənin xatirələrindən yararlanılmışdır. “Tarix-i Əzodi” olaraq
bilinən bu əsər 1870-ci ildə Bəmbəi şəhərində yayımlandı. O dönəmlərdə bu kitabın Qacariyyə
ərazisində yayımlanması yasaq idi. Ancaq bütün yasaqlara baxmayaraq əlyazma şəklində
yayımlanmışdı.
*
Quzey Azərbaycanda “çünkü” deyil, “çünki” olaraq yazılmaqdadır. Bu da dilimizin ahəng qanununa
uyğun deyildir. Bu səbəbdən ən uyğun və doğru olan variant tərcih edilmişdir. (G.C.)
7
uyqulamaqda idi. “Qacar Yasası”na görə vəliəhdin sadəcə, atası deyil, anası da
Qacar soyundan olmalı idi. Məhəmmədəlinin atası Qacar soylu olmadığı üçün
vəliəhd olma şansı yox idi.
Baba Xanın ikinci oğlu Abbas Mirzə idi. Abbas Mirzənin anası Qacar
soyunun Dollu boyundan idi. Dollu boyu Ağaməhəmməd Xanın iqtidara
yüksəlməsinə yardım etmişdi. Ağaməhəmməd Xan Qacar, bu soydan olan Asiya
xanımı qardaşı oğlu Baba Xanla evləndirmişdi. İmperatorluq mirasını bu qadının
doğuracağı çocuğa buraxmaq istəyirdi. Toy günü padşah özü gəlinin dəvəsinin
cilovunu çəkmişdi. Qacar törəsinə görə gəlin gəldiyi evin ocağının daşını öpməli
idi. Bütün bu mərasim boyu padşah gəlinə yoldaşlıq etmişdi.
Bəzi rəvayətlərə görə Ağaməhəmməd Xan Qacar, Dollu Asiyanı, hətta
mövcud vəliəhd Baba Xanın anasından da daha artıq dəyərləndirirmiş. Zəif
bünyəsi olan Dollu Asiya, Baba Xana iki oğul doğduqdan sonra vəfat etmişdir.
Asiyanın doğduğu ilk çocuq Abbas Mirzə idi. Abbas Mirzə hələ südəmər
çocuqkən Ağaməhəmməd Xanın iradəsi üzərinə fərzi vəliəhd olaraq duyurulmuş
və ta çocuq yaşlarından Naib-ül Səltənə (səltənətin varisi) kimi tanınmışdır.
Abbas Mirzə dörd yaşında ikən bilinməz bir xəstəliyə yaxalanır. Bu xəstəlik
onun vücudunu çox etkiləyir. Çocuğun müalicəsi üçün Ağaməhəmməd Xan
ölkənin ən ünlü həkimlərini saraya çağırtdırır. Belə anlaşılır ki, həkimlərin müalicə
edə bilmədikləri bu bilinməz xəstəlik Abbas Mirzənin yetkinlik çağında öz-özünə
sağalmışdır. Ya da Qaspar Druvilin (Gaspard Drouville) dediyi kimi Abbas Mirzə
ağır idmanlar və bədən eyitimi yoluyla bu xəstəliyi yenməyi başarmışdır. 14-25
yaşları arasında Şahzadə onu tanıyan bütün çevrəsini cismən güclü olan bir insan
kimi etkiləmişdi. Bu yaşlarında çəkilmiş rəsmlər də onun yaraşıqlı, görüntülü və
güclü olduğunu göstərməkdədir. Ancaq 30 yaşından sonra əski xəstəliyi təkrar baş
qaldırmağa başlayır. İngilis cərrah Karmek, Abbas Mirzənin sümük (kəmik)
xəstəliyinə yaxalandığını sezmişdir.
Abbas Mirzə yeddi yaşından etibarən süvarilik, ox atma, qılınc və güləş
kimi bir çox savaş fənlərini öyrənməyə başlamışdı. Yeni təsis edilmiş Tehran, ağ
torpaqdan yapılmış qala divarları ilə səciyyələnirdi. Abbas Mirzə və qardaşları
səkkiz yaşlarına qədər Tehrandan başqa bir şəhər görməmişdilər. Hər kəs belə
düşünürdü ki, Ağaməhəmməd Xan Qacar tərəfindən tərcih edilən Abbas Mirzə,
özündən bir neçə həftə böyük olan ögey qardaşı Məhəmmədəli (Dövlət Şahı) ilə
iqtidar və vəliəhdlik uğrunda savaşacaqdır. Hər iki şahzadənin həm açıq, həm də
gizlin dostları var idi. Məhəmmədəlinin yandaşları Abbas Mirzənin xəstəliyini
daima anımsataraq Ağaməhəmməd Xan Qacarı etkiləyib, onu Abbas Mirzə
haqqında verdiyi Naib-ül Səltənəlik qərarından vaz keçirməyə çalışırdılar.
Məhəmmədəli, Abbas Mirzə qədər yaraşıqlı və etkiləyici olmasa da özbək
anasından iri sümükləri irs olaraq daşıyırdı. Məhəmmədəli beş yaşında süvariliyi
öyrənmiş, təkbaşına at üstündə oturub dövr edirdi. Beş yaşında ikən işlərini
gərəyincə yapmayan bəzi xidmətçiləri padşahsayağı cəzalandırmışdı.
8
1797-ci ilin baharında Ağaməhəmməd Xan Gürcüstana hücum etmək üçün
hazırlıq işlərinə başladı. İmperatriça Yekaterina yenicə ölmüşdü və Ağaməhəmməd
Xan düşünürdü ki, onun varisi olan Birinci Pavel Qafqazlarla ciddi
ilgilənməkdədir. Bu üzdən də Ağaməhəmməd Xana görə Qarabağ xanlarının
dərsini vermə zamanı gəlmişdi. Ağaməhəmməd Xan, Qarabağ və Xəzəryanı
xanlıqları özünə tabe edib, vergi almaq fikrində idi. Bu xanlıqlar aşağıdakılardı:
Dərbənd, Quba, Şirvan, Gəncə, Bakı, Qarabağ.
Ağaməhəmməd Xan casusları vasitəsi ilə Gürcüstanda hökm sürən
Baqratiyon Şahzadələrindən birisi ilə gizlincə ilişki qurmuş, onu Gürcüstanın
elbayı (valisi) edəcəyi haqda vədlərdə bulunmuşdu.
Qarabağ xanları arasında İbrahim Xəlil Xan özünü bağımsız bir ölkənin
sultanı kimi aparırdı. Qacarlara qarşı için-için nifrət etməsinə baxmayaraq,
məcburən və siyasət icabı qızlarından biri olan Ağabacı xanımı Baba Xana vermək
zorunda qalmışdı. Fətəli ilə Ağabacı arasında evlilik çox maraqlı olmuşdur. Özəl
bir şahlıq tərzi ilə Qarabağdan Tehrana gəlin gətirilən Ağabacı xanım bəy
tərəfindən sevilməmişdir. Ağabacı xanım sonuna qədər bakirə qalsa da Baba Xanı
gerçək bir sevgi ilə sevdiyi söylənilir. Bu xanım sonralar Qacar dövləti ilə Qarabağ
xanlığı arasında münasibətlərin yaxşılaşması üçün çox işlər görmüşdü.
Ağaməhəmməd Xan Şuşanı ələ keçirmək istəyirdi, çünkü bu üs (qərargah)
vasitəsi ilə rusların bulunduğu Dərbəndi rahatca ələ keçirib, dəniz tərəfindən daima
təhdid edilən Bakını da kontrol altına ala bilərdi. Əgər yay fəslində savaş
Ağaməhəmməd Xanın istəyi və planları doğrultusunda yürüsə idi, qış fəslini
Qarabağda keçirməyi düşünürdü. Bu səbəbdən də Abbas Mirzəni də özü ilə
bərabər apardı. Çünkü onu yanında bulundurmaqdan xoşlanırdı. Digər tərəfdən,
ona savaş fənləri və tekniklərini öyrətmək istəyirdi. Naib-ül Səltənə Abbas
Mirzədən başqa Məhəmmədqulu Mirzə adında digər bir şahzadə də bu səfərdə
Ağaməhəmməd Xana eşlik edirdi. Ağaməhəmməd Xanın savaş yoldaşı və yaxın
əqrəbası olan Pirqulu Xan, Padşah tərəfindən bu çocuqları qorumaq üçün
görəvləndirilmişdi.
Həyatında ilk kəz olaraq Abbas Mirzə Azərbaycana ziyarət edir və bu
ölkənin sevimli baharının heyranı olurdu. Sanki gizlin bir güc Abbas Mirzənin
yazqı və taleyinin Azərbaycana əbədiyyən bağlandığını onun könül qulağına
pıçıldayırdı. Beləcə, Abbas Mirzənin Azərbaycan sevdası macərası bu torpağı
çocuqluq yaşlarında qarış-qarış gəzərək başlayacaq və bütün ruhunu, vücudunu
saracaqdı. Tehranda heç bir zaman çay görməyən Abbas Mirzə qarların əriməsi ilə
çılğınca axan Araz çayının heyranı olmuşdu. Sonralar ruslarla savaşarkən məğlub
olan Abbas Mirzə içini və dərdini batılı danışmanlarına açacaqdı ki, nədən
sevdiyim Araz çayı yurdumun bölünmüşlüyünün rəmzi olmalıdır?! Arax çayına
olan Abbas Mirzənin heyranlığı ömrünün sonuna qədər onu tərk etmədi. Bəlkə
bunun yurdsevərlik duyğusunun ötəsində başqa bir səbəbi də ola bilər, bəlkə də
Araz çayı Abbas Mirzənin həyatında gördüyü ilk böyük çay olaraq onun çocuqluq
9
xatirələri də qaynayıb qarışmış və fərdi həyatındakı dəyərlərin bir parçasına
dönüşmüşdür. Bəlkə də Araz çayı onun iç dünyasını dış dünyası ilə və doğa
gözəllikləri ilə bağlayan bir rəmzə çevrilmişdir. Bəlli və bəlirsiz səbəblərdən dolayı
Araz çayı Abbas Mirzə üçün çox önəmli olmuşdur. Qacarlar ərazisində çox çaylar
vardı, yalnız Abbas Mirzə üçün çay deyildiyində ancaq Araz xatırlanırdı.
Ağaməhəmməd Xana xəbər gəldi ki, Qarabağın kiçik xanları İbrahim Xəlil
Cavanşirə qarşı birləşmiş və onu fərara zorlamışlar. Ağaməhəmməd Xan fürsəti
qaçırmadan bərk asa və çox sürətli bir əməliyyatla Şuşanı almaq üçün ordunu
hərəkətə keçirdi. Ağaməhəmməd Xan Şuşanın gözəlliyi qarşısında heyran
qalmışdı. Şuşa o zaman Qacar imperatorluğunun başkəndi Tehrandan daha böyük
və şəhər mədəniyyəti baxımından daha irəli düzeydə idi. Bütün ordu mənsubları da
dağların qoynunda və ormanlıqda yerləşən bu şəhərin gözəlliyinə heyran
olmuşdular.
1747-ci ildə Avşar imperatorluğunun Sultanı Nadir Şah öldürüldükdən
sonra Avşar ordusuna mənsub olan Pənah Xan adında bir tümənbaşı sərkərdəliyini
etdiyi ordusu ilə Qarabağa gəldi və Şuşa şəhərinin yaxınlığında yurd saldı. Pənah
Xan Şuşanın qorunması və gəlişməsi üçün çox özən göstərdi. Beləliklə, Şuşa
Qafqazların ən böyük ticarət şəhəri halına gəldi. Bu üzdən Şuşaya Pənahabad da
deyirdilər. İbrahim Xəlil Cavanşir bu şəkildə mədəni bir şəhərin varisi olmuşdur.
Ağaməhəmməd Xanın Şuşaya vardığı üçüncü günün sabahında xəbər
yayıldı ki, şah qətl edilmişdir! Həmən Şuşanı kaos sarmağa başladı. Şaha sadiq
olan bəzi xidmətçilər şaşqınlıqdan özlərini itirmiş və nə yapacaqlarını bilmirdilər.
Bu arada Pirqulu Xan böyük zəhmətlərə qatlaşaraq bir neçə mahir süvari savaşçı
tapıb iki şahzadəni Tehrana göndərməyi başardı. Talış dağlarında şahzadələr üçün
ciddi təhlükələr ola bilərdi. Çünkü bu iki şahzadə Qacar sülaləsinə düşmən olanlar
üçün çox uyğun rəhinə (girov) sayılırdı. Ağaməhəmməd Xan Qacarın cənazəsi
öldürüldüyü yerdə ortalıqda qalmışdı. Yalnız özü ilə bərabər daşıdığı və yatdığı
yerlərdə barındırdığı cavahirat yoxa çıxmışdı.
FƏTƏLĠNĠN ĠQTĠDARA GƏLĠġĠ
GĠRĠġ
Şirazda əmisinin ölümündən xəbərdar olan Baba Xan həmən özünü başkənd
Tehrana çatdırdı. Ağaməhəmməd Xanın yaşlı və təcrübəli başvəziri Etimad-üd
Dövlənin yardımı və bəsirətli planları ilə əmisinin şahlıq mirasına sahib çıxdı.
Etimad-üd Dövlə öncə Zəndiyə xanidanının vəziri olmuşdur. Onlara xəyanət edib
və Ağaməhəmməd Xanın tərəfinə keçmişdi. Etimad-üd Dövlə əmr etmişdi ki,
padşahın varisi Baba Xan başkəndə çatmayınca Tehranın darvazaları heç kimə
açılmasın. Bu şəkildə Baba Xan Tehrana varana qədər mərkəzdə çıxa biləcək hər
türlü qarğaşa (iğtişaş) və kaosu önləyə bilmişdi. Etimad-üd Dövlənin planları
10
hesabına həm bəzi xanlıqların, həm də bəzi Zəndiyyə şahzadələrinin Qacar
dövlətini devirmə planları baş tutmamış, hamısı məğlub edilib öldürülmüşdü.
Fətəli şahın rastlandığı ilk təhlükə Nadir şah soyundan olan Nadir Mirzənin
tərəfdarı olan Avşar elləri onu İkinci Nadir olaraq tanıyırdılar. Fətəli Şah anlaşma
yolu ilə məsələni savaşsız həll etmək istəyirdi. Ancaq bəzi saray danışmanlarının
təhriki ilə Fətəli Şah tutum və mövqe dəyişdirdi. Nadir Şahın soyundan olan və
padşahlıq iddiasında bulunan son Avşar sultanı da məhv edildi. Ancaq Fətəli şahı
daha çox rahatsız edən öz qardaşı Hüseynqulu Xan idi ki, Kiçik Xan ləqəbi ilə
tanınırdı. Hüseynqulu Xan da varislik iddiasında idi. Məğlub edilən Hüseynqulu
Xanın gözlərini kor edib buraxdılar.
Fətəli Şahın səltənətinin ilk illərində Fransa və İngiltərə ona yaxınlaşmağa
başlamışdı. Bu illərdə İngiltərə Hindistanı istilasına uğratma prosesini başa
çatdırmaqda idi. Hindistanda fəaliyyət göstərən bir ingilis ticarət kompanisi həm də
siyasi işlərlə məşğul olurdu. Birinci Napoleon Bonapart Rusiya ilə bir yerdə
Hindistanı işğal etmək üçün Birinci Çar Pavellə gizlincə anlaşmışdı. Bu gizlin
anlaşmadan İngiltərə xəbərdar olmuşdu. Tehran dərbarı öncə yarırəsmi bir ingilis
elçisini qəbul etdi. Mehdi Xan adlı bu yarımelçi Ağaməhəmməd Xanın ölümü
münasibəti ilə başsağlığı verməyi bəhanə edərək, əslində durumu öyrənməklə
görəvləndirilmişdi. Həm başsağlığı vermək, həm də Fətəli Şahı başına tac qoyması
münasibəti ilə İngiltərəni təmsilən xoş diləklərini padşaha çatdırmaq üçün
gəlmişdi. 1801-ci ildə ingilis albayı Molkolm öz elçilik görəvinə başlayacaqdı.
Hind ordusuna mənsub olan bu gənc albay (polkovnik) 1798-1805-ci illəri arasında
Hindistanın hakimi olan Lord Velzli tərəfindən himayə olunurdu. Molkolm öz
görəvi boyunca biri siyasi və digəri ticari olmaq üzrə Qacariyyə ilə iki müqavilə
bağlamağa nail oldu.
Dostları ilə paylaş: |