AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


BƏL – qədim zamanlarda yaxın Şərqdə



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   2   3   4   5   6   7   8   9   ...   49

BƏL – qədim zamanlarda yaxın Şərqdə
ibadət edilən ən məşhur bütlərdən biri idi.
Bu bütə sami xalqları tapınırdılar. Bəlin
bütləri Suriya, Fələstin Şimali Afrikada
qurulmuşdur. Onun şərəfinə hətta insanları
belə qurban edirdilər. Ancaq, sonra bu adət
ortadan qaldırılmışdır. İslama qədər artıq
Yaxın Şərqdə Bələ tapınmırdılar. Ancaq,
Ərəbistanda bu bütlər hələ də qalmaqda
davam edirdi. İslamın qəbulundan sonra isə
Ərəbistanda da bu bütlərə sitayiş aradan
qaldırılmışdır.
BƏLƏM  İBN  BƏUR – qədim yəhudi
və yəmənlilər arasında yüksək elmi və
bacarığı ilə seçilən şəxs olmuşdur. Ona
Allah zənginlik vermiş, öz ayələrini ona
bəyan etmişdir. Bütün bunlara baxmayaraq
şeytanın hiylələrinə uyan Bələm, Allaha
26
BƏL

üsyan etmiş, ehtiram və hörmət göstərməmiş,
beləliklə də, doğru yoldan sapmışdır. Rə-
vayətlərə görə, Musa peyğəmbər Bələmin
cəzalandırılmasını Allahdan istəmiş, O, da
bunu həyata keçirmişdir. Təfsirçilərə görə,
Bələmin  Quranda adı çəkilməsə də, Əraf
surəsində ona işarə edilir.
BƏNİ İSRAİL –  İsrail oğulları və ya
qədim yəhudi xalqının adlarından biridir.
“İsrail” sözü ibrani (qədim yəhudi) dilində
“Allahın qulu” deməkdir. İsrail Quranın
“Ali-İmran” surəsinin 93-cü ayəsinə görə
Yaqub peyğəmbərin adlarından biridir. Məhz,
Yaqub peyğəmbərdən yəhudilərin 12 qolu
törəmişdir.
BƏRА İBN ƏZİB (72/691-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Bəra Mədi-
nədə  dünyaya gəlmişdir. Onun Evs qə-
biləsindən olduğu bilinməkdədir. İslamı
hicrətdən əvvəl qəbul etmişdir. Uhud
döyüşündən başlayaraq müsəlman ordusu-
nun sıralarına qatılmış, müşriklərə qarşı
bütün döyüşlərdə iştirak etmişdir. İlk
xəlifələrin dövründə Bizans və Sasani im-
periyalarına qarşı gedən savaşlarda, xüsusən
də Rey və Şüştərin alınması uğrunda gedən
döyüşlərdə vuruşmuşdur. Xilafətdəki daxili
çəkişmələrdə isə xəlifə Əlinin tərəfini tut-
muşdur. Bəra 80 yaşında Kufədə vəfat et-
mişdir.
BƏRAƏT GECƏSİ –  müsəlmanların
müqəddəs hesab etdikləri gecələrdən biridir.
Hər il Şaban ayının 14-dən 15-nə keçən gecə
qeyd edilir. Rəvayətlərə görə Allah bu gecə
bütün insanların dualarını və istəklərini yer-
inə yetirmək üçün mələklərini yer üzünə
göndərir. Eyni zamanda, bu gecə Allah insan-
ların  günahlarını bağışlayır. Bəraət gecəsi
möminlər arzularını dilə gətirərək Allahdan
onların yerinə yetirilməsini diləyirlər. Çoxlu
duaların edilməsi tövsiyə edilsə də, bu
gecənin ayrıca bir namazı yoxdur. Rə-
vayətlərə görə, Allah Məhəmməd peyğəm-
bərə bütün müsəlmanlar üçün şəfaətçi olmaq
vəzifəsini bu gecə vermişdir. Şaban ayının
15-ci gecəsinin müqəddəsliyi haqqında
hədislər mövcuddur.
BƏRƏKƏT –  bu söz bolluq, çoxluq,
dində qazanılan mükafat mənasını ver-
məkdədir. Bərəkət sözü Quranın ayrı-ayrı
ayələrində zikr edilməkdədir.  Allah onu
istədiyi insana verir. Sufilikdə, şiəlikdə və bir
sıra digər təriqətlər və cərəyanlarda bərəkətin
peyğəmbərlərdən  övliyalara, onlardan isə
digərlərinə varisliklə keçməsi iddia edilir.
Sufi dünyagörüşünə görə bərəkət ilk olaraq
Məhəmməd peyğəmbərin birbaşa varisləri
olan seyidlər və şəriflərə verilmişdir. Onlar
isə onu sadə insanlara ötürə bilərlər. Bərəkəti
yalnız sağ olan müqəddəsdən deyil, onun
məzarından da almaq mümkündür. Buna
görə də, sufilikdə (eləcə də şiəlikdə) müqəd-
dəslərin məzarlarına da hörmət bəslənilir.
Onların məzarları üzərində türbələr tikilir və
bu yerlər zamanla ziyarət yerlərinə çevrilir-
lər.
BƏRZƏX_–_pərdə_və_ya_iki_şey_arasında__yerləşən_yerdir_(Quran_55:_19-20).'>BƏRZƏX – pərdə və ya iki şey arasında
yerləşən yerdir (Quran 55: 19-20). Bu söz
eyni zamanda, dənizi ayıran su sərhədi və ya
boğaz mənasında da istifadə edilir. Bərzəx
sözünü ölən insanların ruhlarının qiyamət
gününə qədər qaldıqları yer mənasında da
işlədirlər. Bərzəx aləmi dünya həyatından
sonrakı həyatın başlanğıcıdır. Bədəndən
ayrılmış ruhlar burada bədənlərin yenidən
təkrar diriləcəyi günə qədər gözləyirlər.
Bərzəx vəfat etmiş mömin insan üçün cən-
nətdən bir guşəyə və ya günahkar insanlar
üçün əzablarla dolu cəhənnəmə bənzər atəş
dolu çuxura bənzəyir (Quran 23: 99-100). 
27
BƏRZƏX

BƏST – bax: QƏBZ VƏ BƏST.
BƏYAZİD BİSTAMİ (262/875 ildə
vəfat etmişdir) – görkəmli İran sufisi, Su-
fizmdə əsas təriqətlərdən birinin qurucusu
və dünyaca məşhur təsəvvüf alimi olmuş-
dur. Tam adı – Əbu Yəzid Təyfur (Bəyazid)
ibn İsa Bistamidir. O, İranın Bistam
şəhərində doğulmuş, həyatını orada keçir-
mişdir. Təriqət yolunda onun müəllimi sufi
Əbu Əli Sindi olmuşdur. 
Bəyazid Bistami insanın öz “Mən”ini
itirərək, Tanrıda ərimək ideyasını irəli sür-
müşdür. Bu durumu o, “fəna” adlandırmışdır.
Fəna (yoxluq) ilə birlikdə ortaya çıxan, digər
anlayış Tanrıya olan heyranlıq və sevgidən
irəli gələn sərxoşluqdur. Belə ki, Tanrıya
yönəlmiş və onda ərimiş insan, Onun
sifətlərini mənimsəmiş olur. O, ilk dəfə “Sən
Mənsən, mən isə Sən” sözlərini istifadə et-
mişdir. Sufilər mistik təcrübələri zamanı,
ruhun yüksəlməsinə “merac” deyirlər. Ehti-
mal edilir ki, bu termin də ilk dəfə Bəyazid
Bistami tərəfindən istifadə edilmişdir.
Bəyazid Bistaminin bu kimi ideyaları ənənə
tərəfdarı müsəlmanlar tərəfindən rədd
edilmişdir. Onlar onu küfrdə ittiham et-
mişdirlər. 
Bəyazid Bistamidən heç bir əsər qal-
mamışdır. Onun 500-ə yaxın kəlamını onun
tələbələri ölümündən sonra qələmə almışdır-
lar. Sonra onları Küşeyri, Süləmi, Hüciviri,
Münəvi və Sərrac kimi müsəlman sufi
mütəfəkkirləri öz əsərlərində istifadə et-
mişdirlər.
BƏYHƏQİ ƏHMƏD
(384/994 –
458/1066) – görkəmli fəqih, mühəddis və
təfsirçi olmuşdur. Tam adı – Əbu Bəkr
Əhməd ibn Hüseyn Bəyhəqidir. O, İranın
Nişapur şəhərinin yaxınlığındakı Bəyhəq
bölgəsində doğulmuşdur. Xorasan, Bağdad,
Kufə, Məkkədə təhsil almışdır. O, hədis 
fiqh elmlərini yüzdən çox müəllimdən öyrən-
mişdir. Daha sonra Bəyhəqi müəllimlik etmiş
və elmi fəaliyyətlə məşğul olmuşdur. O,
hüquq, kəlam (I) və hədis elminə aid bir çox
kitabın müəllifidir. O, Şafii məzhəbinin
davamçılarından hesab edilir. Hədislər məc-
muəsi hesab olunan “Sünəni-Kubra”
(peyğəmbər yolunun böyük məcmuəsi) və
“Sünəni-Suğra” (peyğəmbər yolunun kiçik
məcmuəsi) kitabları ilə tanınmışdır. Eləcə də,
Allahın adları və sifətləri ilə bağlı “Kitabül-
Əsma vəs-Sifət” (Allahın adları və sifətləri
haqqında) kitabının da müəllifidir.
BƏYY –  İslam hüququnda bir malın
başqası ilə dəyişdirilməsi və ya alqı-
satqısıdır. Bəyy ticarətdə tərəflərin nə isə
almaq və satmaq istəyi ilə baş tutur. Bundan
sonra alqı-satqı qanuniləşir və bu anlaşma
birtərəfli pozula bilməz. Onu yalnız hər iki
tərəf anlaşaraq poza bilərlər. İstisna hallarda
isə alan və satan arasında bu barədə anlaşma
olmayıbsa  mal geri qaytarıla bilər. Alqı-
satqının 
şərtləri
bunlardır: Ticarətdə
tərəflərin qarşılıqlı razılığı; Onların ağıllı,
azad olmaları və yetkinlik yaşına çatmaları;
Malın  şəriət  qanunlarına uyğun olması,
məsələn; donuz əti, spirtli içkilər kimi dində
qadağan olunan malları satmaq olmaz;
Satıcının malı satmaq hüququnun olması;
Malın qiyməti müəyyənləşdirilməlidir.
BİDƏT –  Məhəmməd peyğəmbər və
onun səhabələrinin zamanında olmayan,
sonra İslam dininə gətirilmiş bütün yenilik-
lərdir. Bidətin iki tərifi vardır:
1.  İslam alimlərindən bəziləri Məhəm-
məd  peyğəmbərdən sonra İslamda ortaya
çıxan yeni hər bir şeyi bidət hesab edirlər.
Onlara görə, “yenilik” geniş anlayışdır. Onlar
bütün yenilikləri iki hissəyə ayırırlar. Birin-
cisi, Quran peyğəmbərin göstərdiyi yola
qarşı olmayan, ikincisi isə bunlara qarşı olan
bidətlərdir. Buna görə də, İslam hüququnda
bunlar dərəcəsinə görə vacib, mübah,
28
BƏST 

məkruh, haram kimi kateqoriyalarla dəyər-
ləndirilir. İslam əqidəsi ilə təzad təşkil et-
məyən hər hansı bir elmi yenilik İslam
dünyagörüşündə xoş qarşılanır. Məsələn,
fiqhdə problemin həlli yolunda hər hansı bir
yeniliyin ortaya qoyulması və ya bu qəbildən
olan bütün yeniliklər xoş qarşılanan
bidətlərdəndir.
2. Digər müsəlman alimləri isə dindəki
yenilik probleminə başqa cür yanaşırlar. On-
lara görə, Quran və peyğəmbərin peyğəm-
bərin göstərdiyi yola uyğun olan anlayışları
bidət adlandırmaq olmaz. Beləliklə, bu alim-
lərə görə İslamın ilk qaynaqlarında anılmış
başlıca ideyalar, sonra inkişaf etdirilibsə on-
ları bidət kimi dəyərləndirmək doğru dey-
ildir. Məsələn, minarələrin
tikilməsi,
kitabların yazılmasını göstərmək
mümkündür. Bütün bunlar Məhəmməd
peyğəmbərin dövründə bizim anladığımız
anlayışlarda olmasa da, onlara yaxın for-
malarda mövcud olmuş, sonralar isə
inkişaf etdirilmişdir. Məsələn, peyğəm-
bərin dövründə minarələr olmasa belə,
müsəlmanlar uca yerlərdən azan oxumaqla
müsəlmanları Allaha ibadət etməyə dəvət
edirdilər. Peyğəmbərin sağlığında müasir
məktəblər olmasa belə, peyğəmbər hamını
dinin əsaslarını öyrənməyə və öyrətməyə
səsləmiş, bu məqsədlə dini bilən müəllim-
ləri müxtəlif qəbilələrə göndərmişdir. Buna
görə də, bütün bunlar bidət hesab edilmir.
Bu alimlərə görə, Quran və peyğəmbərin
hədislərində
adı keçməyən müəyyən
şeyləri bidət adlandırmaq mümkündür.
Misal üçün, Məhəmməd peyğəmbərin adı
çəkiləndə  salavat çevirmək  adəti bəzi
hədislərdə qeyd edilir. Ancaq, onun
mövludu ilə bağlı hər-hansı bir şənliyin
keçirilməsi haqqında Quran və ya hədis-
lərdə hər hansı bir məlumat yoxdur. Ölən-
ləri hörmətlə anmaq adəti hədislərdə
vardır, ancaq ölünün qırxıncı gününün
qeyd edilməsi barəsində məlumatın orada
olmadığına görə bidət sayılmalıdır.
BİLAL HƏBƏŞİ (20/641-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış Həbəşistan əsilli səhabələrindən
biri və İslamın ilk müəzzini olmuşdur. İs-
lamı qəbul edən ilk müsəlmanlardan biri olan
Bilal Həbəşi, Ümeyyə ibn Xələfə adlı tanın-
mış bir məkkəlinin köləsi olmuşdur. Ümeyyə
ibn Xələfə Bilal Həbəşinin müsəlman ol-
masını biləndə, ona ən ağır işgəncələr ver-
miş, dindən çıxmasını tələb etmişdir. Bilal
Həbəşini qızmar qumun üstünə uzadıb,
sinəsinə ağır daşlar qoymuşdular. Ancaq
bütün bunlara baxmayaraq o, İslamdan üz
çevirməyərək, bütün işgəncələr qarşısında
səbir etmiş və öz inancında səmimi olduğunu
sübut etmişdir. Sonda Əbu Bəkr Ümeyyə ibn
Xələfəyə pul ödəyərək, Bilal Həbəşini azad
etmiş, Məhəmməd peyğəmbərin yanına
gətirmişdir. 
Mədinəyə hicrət zamanı Bilal Həbəşi də
digər müsəlmanlarla birlikdə, oraya hicrət
etmiş, gözəl səsə malik olduğuna görə İs-
lamın ilk müəzzini olmuşdur.
Bilal Həbəşi müşriklərə qarşı döyüşlərdə
iştirak etmişdir. O, Bədr döyüşündə ona
işgəncələr vermiş keçmiş sahibi Üməyyə ibn
Xələfə ilə qarşılaşmış və tərəfdaşları ilə bir-
likdə onu, eləcə də onun oğlunu öldür-
müşdür. 
Müsəlmanlar  Məkkəni fəth etdikdən
sonra Məhəmməd peyğəmbər Kəbəyə daxil
olmuş və oradakı bütün bütləri sındıraraq
dağıtmışdır. Sonra isə Bilal Həbəşi Kəbənin
üzərinə çıxaraq orada azan oxumuşdur. 
Məhəmməd peyğəmbərin ölümündən
sonra, Əbu Bəkr və Ömərin xəlifəliyi dövr-
lərində Bilal Həbəşi Suriyada bizanslılara
qarşı döyüşlərdə də iştirak etmişdir. Ayrıca,
xəlifə  Ömər Qüdsü fəth etdiyi və şəhərin
29
BİLAL HƏBƏŞİ

müsəlmanlara verilməsinin şərtlərini qəbul
edəndə Bilal Həbəşi onun yanında olmuşdur. 
Daha sonra Bilal Həbəşi müəyyən vaxt
Suriyada yaşamış, ölümünə az qalmış isə
Mədinəyə qayıtmışdır. Rəvayətlərə görə o,
60 yaşında vəfat etmişdir.
BİLQEYS – rəvayətlərə görə Səba kral-
lığının hökmdarı olmuşdur. Süleyman
peyğəmbər onu öz yanına dəvət etmişdir. O,
Süleyman peyğəmbərin hüzurunda olarkən
isə Bilqeys imana gəlmişdir. Bu hadisələr
Quranda (27: 20-44) anılmaqdadır.
BİNYAMİN – Yusif peyğəmbərin qar-
daşıdır. O, qardaşlarının yolu ilə getməmiş,
Yusifə qarşı mövqe tutmamışdır. Yusif
peyğəmbər Misirdə olduğu zaman Binyamin
atası  Yaqubun
xidmətində durmuşdur.
Fələstində aclıq olanda, Binyamin öz qar-
daşları ilə azuqə arxasınca Misirə getmiş,
orada Yusif peyğəmbəri tanımış və onun
yanında qalmışdır. Sonra isə onun yanına
qardaşları və atası da gəlmişdir. Beləliklə,
Binyamin və qardaşları Misirdə məskun-
laşmışdırlar. Yusif peyğəmbər isə öz qar-
daşlarını işlədikləri günah və cinayətə görə
bağışlamışdır.
BİRÜL-MƏUNƏ – Məkkə ilə Mədinə
arasında yerləşən quyunun adıdır. Bəni Sü-
leym qəbiləsinin yaraqlı dəstələrinin basqını
zamanı, burada yetmiş müsəlman din bilicisi
öldürülmüşdür. Onları Məhəmməd peyğəm-
bər Bəni Əmr qəbiləsinə onların başçılarının
dəvəti üzərinə, dinin əsaslarını öyrətmək
məqsədi ilə oraya göndərmişdir. 
BUHTUNNƏSR –  yəhudiləri məğlub
edərək Qüdsü dağıtmış qədim Babil hökm-
darı olmuşdur. Dini rəvayətlərə görə, bu
məğlubiyyətin səbəbi yəhudilərin Tanrının
yolundan uzaqlaşmaları və böyük günahlar
işləmələri olmuşdur. Buhtunnəsrin onlara et-
diyi zülmlər, Tanrının cəzası kimi dəyər-
ləndirilmişdir. Bu hadisələr zamanı
yəhudilərin çoxu öldürülmüş, sağ qalanlar isə
sürgün edilmişlər. Babil imperiyasının müx-
təlif yerlərinə sürgün edilən yəhudilər, 70 ilə
yaxın müddətdən sonra Babili məğlub edən
İran çarları onları sürgün həyatından qurtar-
mış və öz yurdlarına qayıtmalarına icazə ver-
mişdirlər. 
BUXARİ MƏHƏMMƏD (194/810 –
256/870) – görkəmli hədis və fiqh alimi ol-
muşdur. Buxarada doğulmuş və bütün həy-
atını orada keçirmişdir. Tam adı – Əbu
Abdullah Məhəmməd ibn İsmail ibn İbrahim
ibn Müğirə ibn Bərdizbə Buxari Cufidir.
Buxari atasını erkən yaşlarında itirdiyindən,
onu anası böyütmüşdür. On yaşından başla-
yaraq hədislərə maraq göstərən Buxari, on-
ları əzbərləməyə başlamışdır. Onun əzbərdən
bildiyi hədislərin ümumi sayı yetmiş mini
ötüb keçmişdir. 
İlk dövrlərdə Məhəmməd hədisləri tanın-
mış alimlərdən Məhəmməd ibn Salamdan,
Müsnididən, Məhəmməd ibn Yusif Bəykən-
didən öyrənmişdir. Sonralar o, anası ilə bir-
likdə səfərə çıxmış, Bəlxdə, Kufədə və
Dəməşqdə elm hasil etmişdir. 
Hədis alimi kimi tanınan Məhəmməd
çoxlu sayda rəvayət olunmuş hədis
toplamışdır. Hələ o, öz sağlığında ikən
etibarlı mühəddis kimi tanınmışdır. Sonralar
isə  Müslim, Tirmizi və İbn Hüzeymə kimi
hədis alimləri, onun tətbiq etdiyi metodlarla
toplanan hədisləri öz kitablarında ver-
mişdirlər. 
Buxari hədis rəvayətçisi olmasından
başqa, eləcə də ilk dəfə olaraq hədislərin asan
bir şəkildə seçilməsi üçün özünə məxsus
metodun əsasını qoymuşdur. Ondan sonrakı
hədisçilər isə onun bu metodundan istifadə
etmişdirlər. Buxari bacarıqlı fiqh alimi kimi
də tanınmışdır. 
Buxaridən öncə mühəddislər, hədisin
səhih sayılması üçün ravilərin doğru danışan
və inanclı mömin olması şərtini irəli sür-
30
BİLQEYS

müşdür. Ancaq, Buxari təkcə bu şərtlə ki-
fayətlənməmiş, yeni metodunu ortaya qoy-
muşdur. Bu metoda görə ravilərin bir-biri ilə
görüşməsi faktı sübuta yetirilməli idi. Ayrıca,
bunu başqaları da təsdiq etməli idilər. Bu şərt
yoxdursa, onda hədis etibarlı hesab
edilmirdi. Çünki, ravilər bir-birləri ilə
görüşməyiblərsə, onda hədis də ötürülə
bilməzdi. Beləliklə, hədislərin etibarlı sayıl-
ması üçün, hədis ravilərinin görüşmək şərti
ilə ardıcıl silsiləsi sübuta yetirilməli, bundan
başqa ravilərin soyu, doğum və ölüm tar-
ixləri, yaşayış yeri və müəllimləri bilinməli
idi. 
Buxarinin ən məşhur əsəri “Cəmiüs-
Səhih” (Etibarlı hədislər toplusu) kitabıdır.
Bu əsərində o, irəli sürdüyü metoda uyğun
ən etibarlı hədisləri toplamışdır. Rəvayətlərə
görə o, bu əsəri 600 minə yaxın hədisi
araşdırdıqdan sonra, on altı il müddətində
yazmışdır. Ancaq, bunların az hissəsi tətbiq
etdiyi seçim metoduna uyğun olmuşdur.
Buna görə orada yalnız 7397-yə yaxın hədis
vardır. 
“Cəmiüs-Səhih” kitabında olan bütün
hədislər mövzularına görə ayrı-ayrı fəsillərə
bölünmüşdür. Sıralama isə fiqhi mövzulara
uyğun aparılmışdır. Beləliklə də, Buxarinin
əsəri təkcə hədislərin toplusu deyil, hüquqi
hökmlərin verilməsi üçün də faydalı bir dərs-
lik olmuşdur. Buna görə də, orada ehtiyac
olanda, bəzi hədislər təkrar olunur. Təkrar ol-
unan hədislərin sayı isə 2762-dir. 
Bəzi müsəlman alimləri Buxarinin tətbiq
etdiyi metodu tənqid etmişlər. Buna baxma-
yaraq onun “Cəmiüs-Səhih” kitabı hədis və
fiqh elmində özünə layiq yerini tutmuşdur.
Bu əsərin bəzi yerlərdə bir-birindən
fərqlənən və bir neçə qədim əlyazma
nüsxələri günümüzə gəlib çatmışdır.
BURAQ –  gecə vaxtı Məhəmməd
peyğəmbəri Məkkədən Qüdsə, sonra isə
göylərə Allahın hüzuruna, sonra oradan
Onu geri qaytarmış heyvanın adıdır. İs-
lamda bu hadisəyə İsra və  Mirac (Gecə
səfəri və göylərə yüksəliş) deyilir (Quran 7:
1). Rəvayətlərə görə, Buraq ağ rəngli, qatır-
dan kiçik, eşşəkdən böyük və yüksək surətlə
irəliləyən bir heyvan olmuşdur.
BUZOV –  Musa peyğəmbərin za-
manında İsrail oğullarının tapındıqları büt-
dür.  Musa peyğəmbər İsrail oğullarını
Fironun zülmündən qurtardıqdan sonra Al-
lahın buyruğu ilə Tur dağına getmiş, qardaşı
Harunu müvəqqəti olaraq öz yerinə başçı
təyin etmişdir. Musa Tur dağında olarkən İs-
rail oğulları Harunu dinləməyərək öz bəzək-
düzək əşyalarından buzov heykəli düzəltmiş
və həmin buzova sitayiş etmişdirlər. Buna
görə də, Allah onları cəzalandırmışdır.
BÜREYDƏ İBN HÜSEYB (63/682 ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. O, Əsləm qə-
biləsindən idi. Onun Məhəmməd peyğəm-
bərlə tanışlığı Mədinəyə hicrət zamanı
başlamışdır. Peyğəmbərin hicrət etməsinin
qarşısını almaq məqsədi ilə qüreyşlilər onu
izləmək qərarına gəlmişdirlər. Ancaq, ax-
tarışlar heç bir nəticə vermədiyindən, onlar
Məhəmməd  peyğəmbəri tapan şəxsə yüz
dəvə verəcəklərinə söz vermişdirlər. Bu
xəbər başqa yerlərdə yaşayan ərəb qə-
bilələrinə də gedib çatmışdır. 
Rəvayətlərə görə, Büreydə ibn Hüseyb
söz verilən mükafatı almaq istəyinə düşərək,
Məhəmməd peyğəmbərin axtarışına
başlamışdır. Bu məqsədlə o, yetmiş atlı ilə
qəbiləsinin yaşadığı yerdən keçən yolu kəs-
miş və orada səfərdə olan bütün yolçuları
saxlayıb onların kim olduğunu müəyyən-
ləşdirmişdir. Mədinəyə doğru hərəkət edən
Məhəmməd peyğəmbər və Əbu Bəkr bu
yoldan keçmək məcburiyyətində qalmışlar.
Onlar Büreydə ibn Hüseyb və onun silah-
daşları ilə salamlaşmışlar. Bundan sonra on-
ların arasında danışıqlar başlamışdır.
Məhəmməd peyğəmbər və Əbu Bəkr
Büreydə ibn Hüseybə özlərini olduqca yaxşı
31
BÜREYDƏ İBN HÜSEYB

tərəfdən göstərmişlər. Qarşısında Məhəm-
məd peyğəmbərin olduğunu biləndən sonra
o, əvvəlki istəyindən çəkinmiş, İslamı qəbul
etmişdir. Ardınca onun silahdaşları da müsəl-
man olmuşdurlar. Sonra onlar peyğəmbərin
arxasında namaz qılmış, sonra isə Büreydə
ibn Hüseyb dəstəsi ilə Məhəmməd peyğəm-
bəri Mədinəyə qədər müşayiət etmişdir.
Müsəlman olmuş Büreydə özü də Məd-
inəyə köçmüşdür. Orada o, İslam ordusunun
sıralarına qatılaraq, on altı döyüşdə vuruş-
muşdur. Xüsusən də, igidliyini Xeybər
qalasının alınmasında göstərmişdir.
Məkkənin fəthi günü isə o, Əsləm qəbiləsinin
bayraqdarı olmuşdur. 
Raşidi xəlifələri dövründə Büreydə ibn
Hüseyb Xilafətin genişlənməsi uğrunda
aparılan savaşlara qatılmışdır. Xüsusən də,
Xorasana edilmiş yürüşdə öz döyüş
bacarığını göstərə bilmişdir. Fəth edilmiş
yerlərdə Büreydə İslamın yayılması üçün
böyük işlər görmüşdür. O həm də hədis ravisi
kimi tanınmışdır. Onun rəvayət etdiyi hədis-
lər Buxari və Müslimin kitablarında vardır.
Büreydə ibn Hüseyb xəlifə Yəzid ibn
Müaviyənin hakimiyyəti dövründə Xo-
rasanda vəfat etmişdir. 
BÜT – insan tərəfindən yaradılan, uy-
durulmuş tanrı obrazıdır. Bütlər tarixdə və
günümüzdə bəzi insan, qəbilə, tayfa, millət
və xalqların ibadət etdikləri daş, ağac, torpaq
və buna bənzər şeylərdən hazırlanmış heykəl,
şəkil, oyma və fiqurlardır. Bütlərə sitayiş
edən insanlara bütpərəst deyilir. 
Cahiliyyə dövründə ərəblər çoxlu bütlərə
tapınmışlar. Onların əsas tanrıları Hübəl, Lat
və Mənat olmuşdur. Qüreyşlilər Kəbənin
yaxınlığında yerləşdirilmiş İsaf və Nailə adlı
bütlərə də qurban kəsib, onlara tapınırdılar.
Rəvayətlərə görə İsaf adlı kişi ilə Nailə adlı
bir qadın Kəbədə cinsi əlaqəyə girdiklərinə
görə, Allah onları daşa çevirmişdir.
Bu bütlərdən başqa, hər bir məkkəli
müşrikin tapındıqları ailə bütləri də mövcud
olmuşdur. Onlar səfərə çıxdıqda bu bütlərə
toxunaraq və üzlərini onlara sürtərək yolda
qorunmalarını diləyirdilər. Bu tapınma geri
qayıdandan sonra da təkrarlanırdı. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin