Azərbaycan Respublikasının Seçki Məcəlləsi


PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ



Yüklə 1,64 Mb.
səhifə24/29
tarix01.12.2016
ölçüsü1,64 Mb.
#546
1   ...   21   22   23   24   25   26   27   28   29

PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ


   Maddə 189. Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

189.1. Qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

189.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.[155]

189.3. Bu Məcəllənin 77.2-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı qeydə alınmış prezidentliyə namizədlər üçün ayrılır, ayrı-ayrılıqda hesablanır və həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir prezidentliyə namizəd tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

189.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin prezidentliyə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

189.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan yerin həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonuncular həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

189.6. Qeydə alınmış prezidentliyə namizədlərin bu Məcəllənin 189.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

   Maddə 190. Prezident seçkiləri zamanı xüsusi seçki hesabları

190.1. Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.

190.2. Prezidentliyə namizəd irəli sürülməsi barədə Mərkəzi Seçki Komissiyasından alınan sənəd əsasında və bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açır.

190.3. Prezidentliyə namizəd səlahiyyətli nümayəndəsinə özünün xüsusi seçki hesabının açılmasını tapşıra bilər.

190.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər və bu halda qanun pozuntularına görə məsuliyyəti həmin şəxs daşıyır.

 

 

   Maddə 191. Prezidentliyə namizədlərin seçki fondları



191.1. Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi //çıxarılıb// 10 milyon manatdançox ola bilməz.

191.2. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

191.2.1. prezidentliyə namizədlərin //çıxarılıb// 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

//çıxarılıb//

191.2.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi //çıxarılıb// vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.[156]

   Maddə 192. Prezident seçkiləri zamanı seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

192.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

192.1.1. seçki fondu vəsaitinin məbləği //çıxarılıb// qeydə alınmış prezidentliyə namizəd üçün //çıxarılıb// 10 minmanatdan çox, prezidentliyə namizəd üçün isə 2500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

192.1.2. seçki fonduna //çıxarılıb// qeydə alınmış prezidentliyə namizəd üçün 5 min manatdan çox, prezidentliyə namizəd üçün isə 1250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

192.1.3. seçki fonduna //çıxarılıb// 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;[157]

192.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

192.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

   //çıxarılıb////çıxarılıb////çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb//

//çıxarılıb//[158]

   Maddə 195. Prezident seçkiləri zamanı qeydə alınmış prezidentliyə namizədlərin pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini ödəməsi

195.1. Prezidentliyə namizəd bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində bu namizədlərin adlarını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə bildirişlərin təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir. [159]

195.2. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları Prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində //çıxarılıb// prezidentliyə namizədlərə istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dәyәri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər. [160]

195.3. Bu Məcəllənin 80.5, 83.6 və 189.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6 və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada prezidentliyə namizədlərə verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə yerin üçün qiymətinə vurulması yolu ilə müəyyən edilir.

195.4. Bu Məcəllənin 189.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından prezidentliyə namizədlər istifadə etdikdə hər bir namizədin qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

195.5. Prezidentliyə namizədlər pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edərlərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

195.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına //çıxarılıb// pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş prezidentliyə namizədlər haqqında məlumatlar verirlər. [161]

   Maddə 196. Prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini Mərkəzi Seçki Komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra onun hesabına köçürməlidir.

   Maddə 197. Prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların aldıqları pul vəsaitinin öz hesablarına geri qaytarılması

197.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda //çıxarılıb// verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir.[162]

//çıxarılıb//

//çıxarılıb//[163]

197.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd statusunu itirdikdə bu Məcəllənin 197-ci maddəsi ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur.

//çıxarılıb//

//çıxarılıb//

 

Otuz ikinci fəsil



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin