AZƏrbaycan respublġkasi əMƏK


Partnership for Disahility and Development (GPDD)



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix28.04.2017
ölçüsü0,58 Mb.
1   2   3   4   5   6   7
Partnership for Disahility and Development (GPDD) 

 www.gpdd-online. org 

Su  kəmərlərinin  çəkilməsi  ilə  əlaqəli  olan  ümumi  məlumatların  və  risklər 

barədə biliklərin yayılması ilə məşğul olan təşkilat. Yuxarıda qeyd olunan sənətlə 

əlaqəli  olan  risklər  eyniliklə  elektrik  işçilərinə  və  tikintidə  məşğul  olan  ixtisaslı 

kadrlara  şamil  oluna  bilər.  Təşkilatın  təsnifatına  görə  buxar  avadanlığı  üzrə 

çilingərlər, su kəməri çilingərləri və su kəməri çəkən ustaların qarşısında aşağıdakı 

kimi  risklər  peyda  ola  bilər:  a)  daşıma,  ağırlıq  qaldırma  və  əyilmə  hərəkətləri 

nəticəsində  boyun,  kürək  və  bədənin  digər  hissələrində  əmələ  gələn  zədələr;  b) 

yeknəsəq  hərəkətlər  nəticəsində  yaranan  zədələr;  c)  qığılcım  və  ya  uçan 

obyektlərdən  əmələ  gələn  göz  zədələri;  d)  kəsmə,  qazma,  qaynaq  və  kipləşdirmə 

əməliyyatları nəticəsində yaranan kəsik yaraları və ya yanıqlar; e) yüksək səs-küy 

nəticəsində  eşitmə  qabiliyyətinin  zəifləməsi  və  ya  itirilməsi;  f)  təhlükəli  kimyəvi 

maddələrin  istifadəsi  nəticəsində  əmələ  gələn  kəskin  zəhərlənmələr  və  ya  qaz  və 

buxar  təsirindən  yaranan  respirator  zədələr.  Təşkilatın  saytında  yuxarıda  qeyd 

olunan  vəziyyətlərin  yaranması  halında,  davranış  təlimatları  qeyd  edilib  (tibbi 

yardıma görə müraciət, sığorta şirkəti ilə əlaqənin saxlanılması, vəkillərə müraciət, 

məhkəmə iddiasının təqdim olunması, təzminatın tələb olunması və s.) 

 

"Fəaliyyətlərdə Əlillik haqqında Məlumatlılıq" (FƏM) 



Disability Awareness in Action (DAA) 

       www. daa. org. uk 

Əlilliyi  olan  insanların  ətraflı  məlumatlara  ehtiyaclarının  qarşılanması 

məqsədilə  1992-ci  ildə  əlillik  təşkilatları  tərəfindən  təsis  olunan  əməkdaşlıq 

layihəsi. Layihənin missiyası bütün səviyyələrdə (yerli, milli, regional, beynəlxalq) 

haqlarının təmin olunması uğrunda əlilliyi olan insanların fəaliyyətlərinin məlumat 

və əsaslandırmalarla dəstəklənməsidir. Layihənin əldə etdiyi məlumatı, faktları və 

əsasları  əlilliyi  olan  insanlar  və  onların  təşkilatları  özünədəstək  hərəkatlarının 

yaradılması, sosial dəyişikliklər naminə kampaniyaların təşkil olunması və əlilliyi 

olan insanların azadlıq və ləyaqət hüquqlarının ayrılmaz olmasının dərk olunması 

proseslərində  geniş  istifadə  edirlər.  Layihənin  əsas  fəaliyyətləri  aşağıdakılardır: 

resurs-məlumat  vəsaitlərinin  hazırlanması;  1993-cü  ildən  etibarən  Beynəlxalq 

Əlilliyi olan şəxslər günü haqqında məlumatın yayılması və dəstəklənməsi; əlilliyi 

olan şəxslərin hüquqlarının pozulması faktları ehtiva edən məlumat bazasının yara-


dılması;  bio-etika  və  əlillik  də  daxil  olmaqla,  xüsusi  məsələlərlə  bağlı  qanun 

pozuntuları  və  zorakılıq  halları  ilə  bağlı  hesabatların  və  açıqlamaların  tərtib 

olunması;  haqların  təmin  olunması  ilə  bağlı  ən  müsbət  təcrübələrin 

təsnifatlandırılması və toplanılması; bərabərlik və insan haqları məsələləri ilə bağlı 

məsləhətləşmə və təlim xidmətlərinin göstərilməsi. 

 

Görmə  Qabiliyyəti  Məhdud  Ġnsanların  Təhsili  üzrə  Beynəixalq  ġura 



(GQMĠTBġ) 

International Council for Education Of People with Visual  

Impairment (ICEVI) 

www.icevi.org

 

Tam potensiallarından bəhrələnmək üçün görmə qabiliyyəti məhdud uşaqlara 

və gənclərə münasib təhsilin verilməsi uğrunda mübarizə aparan və fərdlərdən və 

təşkilatlardan ibarət olan qlobal asosiasiya. GQMİTBŞ BMT-nin İqtisadi və Sosial 

Şurasında  məşvərətçi  statusa  malikdir,  UNİCEF  nəzdində  Əlilliyi  olan  Uşaqların 

QHT  Komitəsinin  təsisçisidir,  həmçinin  UNESCO,  Dünya  Bankı  və  Dünya 

Səhiyyə  Təşkilatı  ilə  sıx  əməkdaşlıq  edir.  GQMİTBŞ-nın  hədəfləri  aşağıdakı 

kimidir:  1)  2030-cu  ilə  qədər  görmə  qabiliyyəti  məhdud  olan  bütün  uşaqların 

təhsilə çıxışının və təhsildə tam iştirakının təmin olunması; 2) kurrikulumun işlənib 

hazırlanması,  təlimlərin  təşkil  olunması,  habelə  görmə  qabiliyyəti  məhdud  olan 

uşaqlara, onların valideynlərinə, müəllimlərinə və digər icma üzvlərinə avadanlığın 

və  materialların  verilməsi  ilə  bağlı  yerlərdə  bilik  və  bacarıqların  artırılmasına 

dəstək;  3)  daha  çox  görmə  qabiliyyəti  məhdud  uşaqların  keyfıyyətli  və  əsaslı 

təhsilə çıxışını  təmin  etmək  məqsədilə  digər təşkilatlar və  şəbəkələrlə  əməkdaşlıq 

və s. 

 

"Hər Kəs üçün Dizayn" Fondu 



Design for All Foundation 

 www.desisnforall.ors 

2001-ci  ildə  təsis  olunan  beynəlxalq  qeyri-kommersiya  təşkilatı.  Təşkilatın 

əsas  məqsədləri:  1)  şirkətlərdə,  özəl  müəssisələrdə  və  tədris  müəssisələrində, 

habelə  dizaynerlər  arasında  "hər  kəs  üçün  dizayn"  konsepsiyası  üzrə  tədqiqatın 

aparılması, biliklərin inkişaf etdirilməsi, təşviqi, tətbiqi və yayılması, bərabərlik və 

birliyin  hökm  sürdüyü  cəmiyyətin  formalaşması  üçün  bu  fəaliyyətlərə 

vətəndaşların və istehlakçıların cəlb olunması; 2) bütün səviyyələrdə əməkdaşlığın 

və  yerli  və  beynəlxalq  təcrübə  mübadiləsinin  təşviq  olunması;  3)  mütərəqqi 

təcrübələr  haqqında  məlumatın  yayılması;  4)  ləyaqət,  həyat  keyfiyyəti  və 

dayanıqlılıq  kimi  məsələlərin  bütün  aspektlərində  vətəndaş  iştirakçılığın 

dəstəklənməsi;  5)  tolerantlıq,  həyat  keyfiyyəti,  bərabər  imkanlar,  həmrəylik, 

məşğulluq, ləyaqət, adaptasiya qabiliyyəti, dayanıqlıq mövzuları ilə bağlı innovativ 

layihələrin  işlənib  hazırlanması.  Biliklərin  mübadiləsi  və  yayılması  üçün  Fond 

aşağıdakı  şəbəkələri  yaradıb:  "User-Centered  Business"  ("İstifadəçi-Əsaslı 

Biznes"), "Network Cities and Destinations for All" ("Hər Kəs Üçün Şəbəkələşmiş 

Şəhərlər və Məkanlar"), "Museum for All" ("Hər Kəs Üçün Muzey"), "Society for 

All" ("Hər Kəs Üçün Cəmiyyət"). 


Kar-Kor Insanların Dünya Federasiyası (KKĠDF) 

The World Federation ofthe Deafhlind (WFDB) 

 www.wfdb.eu 

Eyni  zamanda  görmə  və  eşitmə  məhdudiyyətli  insanları  birləşdirən  təşkilat 

özünü  "kor-kar  insanların  dünyada  legitim  səsi"  adlandırır.  Təşkilatın  qeyd 

etdiyinə  görə,  yalnız  son  15-20  il  ərzində  eşitmə  və  görmə  məhdudiyyəti  olan 

insanları  ayrıca  əlillik  kateqoriyası  kimi  qəbul  etməyə  başlayıblar  və  cəmiyyət 

eşitmə və görmə məhdudiyyəti zəminində yaranan xüsusi problemləri dərk etməyə 

başlayıb.  KKİDF-nın  əsas  məqsədi  dünyada  eyni  zamanda  görmə  və  eşitmə 

qabiliyyəti  məhdud  olan  insanların  həyat  keyfıyyətinin  yaxşılaşdırılmasıdır.  Bu 

səpgidə  təşkilatın  başlıca  vəzifələrindən  biri  də  eşitmə  və  görmə  qabiliyyəti 

məhdud  olan  insanların  təcrid  olunmasına  son  qoyulması  üçün  bu  cür  insanların 

aşkarlanmasıdır.  Təşkilat  həmçinin  eşitmə  və  görmə  məhdudiyyəti  haqqında, 

habelə  müstəqil  həyatın  təmin  edilməsi  məqsədilə  eşitmə  və  görmə  qabiliyyəti 

məhdud  olan  insanlar  üçün  tələb  olunan  xidmət  növləri  haqqında  məlumatın 

yayılması  ilə  məşğuldur.  Bundan  başqa,  KKİDF  dünya  miqyasında  eşitmə  və 

görmə məhdudiyyətinin məxsusi əlillik növü olması üçün mübarizə aparır. 

 

Korluğun QarĢısının Alınması üzrə Beynəlxalq Agentlik (KQABA) 



The İnternational Agency for the Prevention of Blindness 

(İAPB) 

www.iapb.ore 

Vəkillik,  biliklərin  yayılması  və  tərəfdaşlıq  vasitəsi  ilə  göz  sağlamlığıın 

dəstəkləyən  Alyans.  KQABA-nın  əsas  missiyası  dayanıqlı  milli  göz  sağlamlığı 

proqramlarının  planlaşdırılması,  işlənib  hazırlanması  və  icrası  üzrə  prosesin 

dəstəklənməsi  üçün  qeyri-hökümət  təşkilatlarını  bir  araya  gətirməklə  qarşısı  alma 

bilən  eşitmə  və  görmə  qabiliyyətinin  itirilməsinin  əsas  səbəblərinin  aradan 

qaldırılmasıdır.  KQABA  Dünya  Səhiyyə  Təşkilatı  ilə  birlikdə  "VİSİON  2020" 

təşəbbüsünü dəstəkləyir. Bundan başqa, KQABA "Vision AIliance"-da iştirak edir 

və digər təşəbbüsləri, o cümlədən "Görmək - İnanmaqdır" ("Seeing is Believing"), 

"Dünya  Görmə  Günü"  ("World  Sight  Day"),  "Standart  Siyahı"  ("Standart  List") 

həyata keçirir. 

 

"Müstəqil Həyat Ġnstitutu" (MHĠ) 

Independent Living Instıtute (ILI) 

 www. independentlivine. ore 

İsveçin  Stokholm  şəhərində  yerləşən  və  əlilliyi  olan  şəxslərin  öz 

müqəddəratını təyin etmələrini dəstəkləyən tədqiqat mərkəzi. Mərkəz əlilliyi olan 

insanların  öz  müqəddəratının  təyin  olunmasına,  özünə  hörmətin  bəslənməsinə  və 

ləyaqətinin  qorunmasına  yönəlmiş  istehlak  əsaslı  siyasətin  işlənib  hazırlanmasına 

cavabdeh  qurumdur.  Mərkəzin  müxtəlif  nozologiyalar  üzrə  əlilliyi  olan  şəxslər 

üçün virtual kitabxanası var, həmçinin Mərkəz qeyd olunan əhali kateqoriyası üçün 

interaktiv  xidmətlər  göstərir.  Mərkəz  şəxsi  yardım,  ortopedik  və  reabilitasiya 

vasitələrinin  təminatı  və  əlilliyi  olan  şəxslər  üçün  müvafiq  taksi  xidmətlərinin 


göstərilməsi üçün birbaşa ödəniş sisteminin işlənib hazırlanması və tətbiq olunması 

üzrə  ekspert  xidmətləri  göstərir.  Mərkəz  həmçinin  İsveçdə  əlilliyi  olan  şəxslərə 

qarşı  ayrıseçkilik  hallarının  qeydiyyata  alınması  üçün  xüsusi  onlayn  rejimində 

fəaliyyət  göstərən  xidmət  təklif  edir,  həmçinin  ölkədə  şəxsi  yardım  xidmətlərini 

göstərən təşkilatların məlumat bazasını yaradıb. 

"Pasxa Möhürləri" 

"Easter Seals" 

http://easterseals. ca/english/, http://www. easterseals. com 

Hazırda  bir  neçə  ölkədə,  əsasən  də  ABŞ,  Kanada,  Avstraliya  və  Puerto-

Rikoda fəaliyyət göstərən və autizmlə yaşayan insanları, habelə digər əlilliyi olan 

şəxsləri  öz  icmalarında  yaşamaq,  öyrənmək,  işləmək  və  oynamaq  imkanları  ilə 

təmin  etmək  məqsədi  ilə  onlara  müstəsna  xidmət,  təhsil,  autriç  və  vəkillik 

imkanlarını  verən  təşkilatdır.  "Pasxa  Möhürləri"  təşkilatı  əlilliyi  olan  şəxslərin 

həyat keyfiyyətinin yüksəldilməsi, heysiyyət və mənliyin gücləndirilməsina çalışır. 

Təşkilat  fəal  yaşayış (active  living), ailə və  icma  dəstəyi  və  əlilliyi  olan şəxslərin 

tibbi reabilitasiyasının texniki vəsaitləri proqramlarını icra edir. 

Psixiatrik Müalicə Alanların və Psixiatrik Müalicə Qurbanlarının Dünya 

ġəbəkəsi (PMAPMQDġ) 

World Network of Users and Survivors of Psvchiatrv 

(WNUSP) 

www.wnusp.net 

1991-ci  ildə  Meksikada  keçirilən  Dünya  Əqli  Sağlamlıq  Konfransında 

Psixiatriya  Müalicəsi  Alanların  Dünya  Federasiyası  adı  ilə  fəaliyyətə  başlayan 

təşkilat 1997-ci ildən etibarən indiki adı ilə tanınmağa başlandı. Təşkilat yuxarıda 

qeyd  olunan  əhali  kateqoriyalarını  təmsil  etməklə  yanaşı,  onların  maraqlarının 

vəkilliyi,  beynəlxalq  səhnədə  mətləblərinin  və  ismarıclarının  çatdırılması,  müs-

təqil  dövlətlərdə  onların  hərəkətlərinin  dəstəklənməsi  və  şəbəkələşməsi  ilə 

məşğuldur.  Hazırda  təşkilat  2004-cü  ilin  avqust  ayında  qəbul  olunmuş  Fəaliyyət 

Planına  uyğun  işləyir.  Təşkilatın  əsas  fəaliyyətləri  sırasında  BMT-də  və  digər 

beynəlxalq təşkilatlarda psixiatriya müalicəsi alanların və psixiatriya qurbanlarının 

hüquqi cəhətdən tanınması və onların hüquqlarının təmin olunması üçün lobbiçilik, 

müxtəlif  nozologiyalar  üzrə  fəaliyyət  göstərən  əlillik  təşkilatları  ilə  əməkdaşlığın 

gücləndirilməsi  və  potensial  müttəfıqlərin  aşkarlanması,  psixiatriya  müalicəsi 

alanların  və  psixiatriya  qurbanları  təşkilatlarının  gücləndirilməsi  üçün  bilik  və 

bacarıqlarının  artırılması  üzrə  seminarların  təşkil  olunması,  mütəmadi  olaraq 

təşkilat bülleteninin nəşr olunması, müvafıq məsələləri müzakirə etmək məqsədilə 

aylıq internet konfransların təşkil olunması, tibbi modelə alternativlər olanlar haq-

qında  məlumatlılıq  səviyyəsinin  artırılması,  psixiatriya  müalicəsi  alanların 

psixiatriya  qurbanlarının  şəxsi  tarixçələrini  toplayıb  təşkilatın  vebsaytı  vasitəsilə 

yayılmasını və s. qeyd etmək olar. 

 

Təhsil üçün ġəraitin Yaradılması ġəbəkəsi (TġYġ) 

Enabling Education Network (EENET) 

 www.eenet.org 


Hər  kəs  üçün  əlçatan  inklyuziv  təhsil  haqqında  məlumatın  paylaşım 

şəbəkəsidir.  Şəbəkədə  müəllimlər,  valideynlər,  tələbələr,  qeyri-hökumət  təşkilat 

ları,  siyasətlərin  işlənib  hazırlanmasına  cavabdeh  şəxslər  və  digərləri  iştirak  edir. 

Şəbəkə öz  fəaliyyətlərində  inklyuzivlik və  iştirakçılıq prinsiplərini  tətbiq etməklə 

inklyuziya  konsepsiyasının  yayılmasına  dəstək  göstərir,  habelə  beynəlxalq  təş-

kilatlara,  QHT-lərə,  BMT  təsisatlarına  və  hökumətlərə  məsləhət  xidmətlərini 

göstərir. Şəbəkə "Enabling Education Review" ("Təhsil üçün Şəraitin İcmalı") illik 

bülleteni nəşr edir, inklyuziv təhsil ilə bağlı materialları hazırlayır və yayır, dünya 

ölkələrində  təhsil  sahəsində  fəaiiyyət  göstərən  qurumların  sorğularını 

cavablandırır, tədqiqat və tədris prosesində iştirakçılıq, fəaiiyyət -əsaslı tədqiqat və 

surət-əsaslı yanaşmaların istifadəsini dəstəkləyir və s. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Əlilliyi olan Ģəxslərlə bağlı milli və beynəlxalq qanunvericilik 

1. Azərbaycan    Respublikasının    Konstitusiyası (12 noyabr 1995-ci il); 

2. Əqli cəhətdən geri qalmış şəxslərin hüquqları haqqında Bəyannamə (BMT, 

1971-ci il); 

3. Əlillərin hüquqları haqqında Bəyannamə (BMT, 1975-ci il); 

4. Əlillərlə bağlı Dünya Fəaliyyət Proqramı (BMT, 1982-ci il); 

5.  Əlillərin  peşə  reabilitasiyası  və  məşğulluğu  haqqında  Konvensiya  (BƏT, 

1983-cü il); 

6. Psixi xəstələrin müdafıəsi və psixatriya yardımının təkmilləşdirilməsi üzrə 

Prinsiplər (BMT, 1991-ci il); 

7.  Əlillər  üçün  imkanların  bərabərləşdirilməsinə  dair  Standart  Qaydalar 

(BMT, 1993-cü il); 

8. "Əlillərin hüquqları haqqında" Konvensiya (BMT, 2006-cı il); 

9.  "Əlillərin  hüquqları  haqqında"  Konvensiyaya  qoşulmaq  barəsində 

Azərbaycan Respublikasının Qanunu (2 oktyabr 2008-ci il); 

10. Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 

2006-2015-ci  illər  ərzində  əlil  şəxslərin  həyat  səviyyəsinin  yaxşılaşdırılması  üzrə 

Avropa Şurasının Tədbirlər Planı; 

11.  Əlilliyin  və  uşaqların  sağlamlıq  imkanları  məhdudlüğunun  qarşısının 

alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial 

müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu (25 avqust 1992-ci il); 

12.  Uşaq  hüquqları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (19  may 

1998-ci il); 

13.  Sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsili  (xüsusi  təhsil)  haqqında 

Azərbaycan Respublikasının Qanunu (5 iyun 2001-ci il); 

14. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər 

çəkmiş  vətəndaşların  statusu  və  sosial  müdafıəsi  haqqında  Azərbaycan 

Respublikasının Qanunu (6 dekabr 1993-cü il); 

15. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu (2006-cı 

il); 


16. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu (2 iyul 2001-ci 

il); 


17.  Sosial  müavinətlər  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (7 

fevral 2006-cı il); 

18. Sosial sığorta haqqında Azərbaycan Respublikasınm Qanunu ( 1997-ci il); 

19.  Valideynlərini  itirmiş  və  hər  iki  valideyn  himayəsindən  məhrum  olmuş 

uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu (22 iyun 

1999-cu il); 

20. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu (28 iyun 1994-

cü il); 


21.  Ünvanlı  dövlət  sosial  yardımı  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu (21 oktyabr 2005-cü il); 

22. Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu ( 30 dekabr 

2011-ci il); 



23.  Dərman  vasitələri  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (22 

dekabr 2006-cı il); 

24. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının 

Qanunu (1997-cil); 

25.  Hemofıliya  və  talassemiya  irsi  qan  xəstəliklərinə  düçar  olmuş  şəxslərə 

dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu (3 may 2005-ci il); 

26.  İnsanın  immunçatışmazlığı  virusunun  törətdiyi  xəstəliklə  mübarizə 

haqqında Azərbaycan Respublikasının Qanunu (11 may 2010-cu il); 

27.  Narkoloji  xidmət  və  nəzarət  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu (29 iyun 2001-ci il); 

28. Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu (23 may 

2006-cı il); 

29.  Psixiatriya  yardımı  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (12 

iyun 2001-ci il); 

30.  Qanın,  qan  komponentlərinin  donorluğu  və  qan  xidməti  haqqında 

Azərbaycan Respublikasının Qanunu (3 may 2005-ci il); 

31.  Şəkərli  diabet  xəstəliyinə  tutulmuş  şəxslərə  dövlət  qayğısı  haqqında 

Azərbaycan Respublikasının Qanunu (23 dekabr 2003-cü il); 

32. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu (28 oktyabr 

1999-cu il); 

33.  Yoluxucu  xəstəliklərin  immunoprofilaktikası  haqqında  Azərbaycan 

Respublikasının Qanunu (14 aprel 2000-ci il); 

34.  Tibbi-sosial  ekspert  komissiyaları  haqqında  Əsasnamə  -  Respublika 

Nazirlər Kabinetinin 93 nömrəli qərarı (19 avqust 1997-ci il); 

35.  Əlilliyin  müəyyən  olunması  meyarlarına  dair  Əsasnamə  -  Respublika 

Nazirlər Kabinetinin 99 nömrəli qərarı (29 avqust 1997-ci il); 

36.  İkinci  dünya  müharibəsi  iştirakçılarının  protez-ortopediya  məmulatları, 

əlillərin,  fövqəladə  hallarda  insanların  xilas  edilməsində  və  tibbi  yardım 

göstərilməsində  iştirak  edərək  ziyan  çəkmiş  vətəndaşların  protez-ortopediya 

məmulatları,  əlil  kreslo-veloarabaları,  texniki  və  başqa  reabilitasiya  vasitələri  ilə 

təmin edilməsi Qaydaları - Respublika Nazirlər Kabinetinin 103 nömrəli qərarı (08 

iyul 2002-ci il); 

37.  Uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun  müəyyən  olunması 

meyarları -Respublika Nazirlər Kabinetinin 67 nömrəli qərarı (21 aprel 2009-cu il); 

38. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş 

işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan 

digər  şəxslərə  ödənclərin  verilməsi  qaydaİarının,  şərtlərinin  və  məbləğinin  təsdiq 

edilməsi  haqqında  Respublika  Nazirlər  Kabinetinin  3  nömrəli  qərarı  (9  yanvar 

2003-cü il). 

 

 



 

 

 



 

Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə