Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

 

1. Hüseynov Ə. Ədəbiyyat yanğısı, Bakı, Yazıçı, 1979. 

2. Hüseynov Ə. Tənqid və ədəbi proses. Bakı, Nurlan, 2009.  

3.  Hüseyn M. Ədəbiyyat və həyat. Bakı, Yazıçı, 1989. 

4. Əliyev M. Sənətkar ömrü və sənət ömrü. Azərbaycan, 1979, № 4. 

5 Hüseynov A. Nəsr və zaman, Bakı, Yazıçı, 1980. 

6. Hüseynoğlu T. Söz tarixin yuvası. Bakı, 2000. 

7. Xəlilov Q. Azərbaycan romanının inkişaf tarixindən, Bakı, Elm, 1973. 

8. Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı, Çaşıoğlu, 2004, 

9. Axundov Y. Tarix vg roman, Bakı, Yazıçı, 1988. 

10. Salamoğlu T. Tarixi və çağdaş  ədəbi prosesə dair araşdırmalar. Bakı, “EL” 

Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2009. 

11. Əlişanoğlu T. Azərbaycan «yeni nəsr»i, Bakı, Elm, 1999 

 

Тарана Рагимли  



Консепция художественный герой романа Исмаил Шыхли «Бцйная Кура»        

в литературной критике 

Резюме 

 

В исследовании повествуется о художественном героем романа Исмаил 



Шыхли «Буйная Кура» в литературной критике, проблем рассмотрен по мате-

риалам Азербкайджанской литературной критики и литературоведении 1960-

2000-х  годов.  В  сочинение  особенно  внимательно  рассматривается  образ 

Джахандар ага романа, который вызвал большой интерес в литературной кри-

тике.  Сочинении  герой  И.Шыхли    оценивается  как  из  значимых  образцов 

посвященных национально-духовной тематике в азербайджанской прозе 60-х 

десятилетий.  В  центре  исследования  находятся  проблематика  и  главный 

художественный герой романа И.Шихлы, своеобразная манера писателья, от-

личительный  художественный  подход  к  вопросам  социоально  общественной 

жизни  Азербайджана  в  Х1Х  веке.  Роман  «Буйная  Кура»  и  его  художествен-

ный  герой  оценена  в  контексте  основных  направлений  развития  критики  и 

важных творческих склонностей того периода. 

Статья имеет применительное значение на научных семинарах филоло-

гических  факультетов  высших  школ,  посвящённых  вопросам  спецкурсов  и 

спецсеминаров. 

 

Tarana Rahimli 



Konseption`s the artistic hero of Ismail I.Shikhly 's novel “Violent Kur” in the 

literary criticism 

Summary 

 

In a study it is narrated about the artistic by the hero of Ismail 



Shykhli's novel “Violent Kur” in the literary criticism, problems it is exami-

ned based on materials Azerbaijan literary criticism and the history of litera-

ture 1960-2000- X of years. In the composition especially attentively is exa-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



300

mined the means of Cakhandar aqa of the novel, which caused great interest 

in the literary criticism. Composition the hero of Ismail Shykhli is evaluated 

as of the significant models of dedicated to nation- spiritual thematics at 

Azerbaijan prose 60th decades. In the center of a study are located the prob-

lems and the main artistic hero of the novel of Ismail Shykhli, the unique 

manner of poetry, distinctive artistic approach to questions sosiality of the 

public life of Azerbaijan in no-load condition century. The novel “Violent 

Kur” and its artistic hero it is evaluated in the context of basic trends in de-

velopment of criticism and important creative tendencies of that period.  

Article has applicable value at the scientific seminars of the philologi-

cal departments of the higher schools, dedicated to questions of special 

courses and special seminars. 

 

Rəyçi:               Təyyar Salamoğlu  

              filologiya elmləri doktoru, professor 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



301

SAKİBƏ ƏLƏSGƏROVA 

filologiya üzrə fəlsəfə doktoru, 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, 

UOT: 821 (479, 24) 

 

XALQ ŞAİRI HÖKUMƏ BİLLURİNİN “SƏRİYYƏ” POEMASI 

FARS ŞOVİNİZMİNİN TÖRƏTDİYİ DƏHŞƏTLƏRİN  

BƏDİİ İFADƏSİ KİMİ 

 

Ömür gedər izi qalar, 

Şair gedər sözü qalar. 

                    H.Billuri 

Açar sözlər: vətən, qəhrəman, mübarizə, səngər, qanlı cinayət. 

Keywords: homeland, hero, fighting, trench, bloody crime. 

Ключевые слова: родина, герой, борьба, окоп, кровавое преступление 

 

Dünyada çox inqilabçılar olub. Tarixə çox qəhrəmanların izi düşüb. Ancaq ta-



rix inqilablar dövründə Cənubi Azərbaycan fədailəri qədər vətənpərvər, etibarlı dö-

yüşçülər görməyib. Sınanmış, vətəninə vurğun,  ən çətin zamanlarda belə ümidini 

itirməyən, varlığıyla vuruşan, ana dilində danışanı bağrına basan, silaha sarılmış, 

sinəsi səngər, yüz nəfəri bir nəfər kimi döyüşçüdür fədailər. Fədailərə həsr olunmuş 

çox sayda ədəbi nümunələr var. Hər şair və yazıçı öz üslubunda oğul və qızlarımı-

zın bədii portretini yaradıb. Elə H.Billuri saysız-hesabsız  şeirlərində onları anıb, 

qəhrəmanlıqlarını vəsf edib. Xalqa azadlıq bəxş edən Azərbaycan Demokratik Parti-

yasının yaranmasının 5-ci ildönümü münasibətilə yazdığı “Salam sənə el adından” 

(1, səh. 49) əsərində partiyasına olan məhəbbətini bir döyüşçü iradəsiylə vəsf edib. 

Doğma  partiyaasını sərin bir yaz səhərində çıxan günəşə bənzədir. Bu günəş şəfəqi-

ylə insanların ürəyini isidir. Baxmayaraq ki, fəaliyyətdə deyil, insanlar hələ də ona 

inanır. Bu partiya ətrafında xalqın qəhrəman oğul və qızlarını toplamışdı. İnsanlara 

azadlıq, xoşbəxtlik, səadət yollarını göstərən partiyanın keçmiş üzvləri hələ də özü-

nü ona sadiq əsgər hesab edir. Çünki bu partiya həqiqətdən yaranıb, xalqın haqq sə-

sini hayqırır. Xalqın ona yenə ehtiyacı var. Bir il yaşadı, amma çox iş gördü: 

 

Sən son qoydun  o qanlara, 



Sən son qoydun fəlakətə. 

Sən son qoydun haqsızlığa 

Sən son qoydun əsarətə. 

 

Haq söyləyən insanları zindanlardan azadlığa çıxaran, səadətə yol açan, andını 



pozmayan, adı uzun illər  yaşayacaq olan bir partiyadır H.Billurinin üzvü olduğu 

Demokrat partiyası. Xəyanət olmasaydı, hələ amerikalı    cəlladları da Nyu-Yorka 

qovacaqdı.  

Şairənin “Səriyyə” (2,səh.26) poemasının qəhrəmanı da həmin partiyanın 

vəfalı, sədaqətli üzvüdür. Şairə şahidi olduğu faciələrdən birini qələmə alıb. Uzun 

qış gecələrinin biridir. O, düşüncələrə dalıb. Sözündə daima açıq olan şairə düşün-

cələrini qələmə almaq istəyir. Onun məqsədi fars şovinizminin qanlı qanunlarına 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



302

qarşı üsyan yaratmaqdır. Bu üsyan beyində başlamalıdır, yəni  əvvəl dərk olunub, 

sonra kütləyə çatdırılmalıdır. Hisslərini 4-5 il qəlbində daşıdıqdan sonra günahsız 

bir qızın həyatını poemasında təsvir etməyə çalışmışdır. Inqilabi Demokratik Hərə-

kat fəallarına verilən işgəncələri gözüylə görən şairə onların taleyinə acıyır. Vətəni-

ni qəlbən sevən bu insanların varlığını tapdalayanları ancaq qələmi ilə cəzalandıra 

bilər. Əlindən başqa kömək gəlmir. Ona görə də kinini, nifrətini vərəqlərə tökür, o 

vəhşi varlıqlara qaranlıq məzar qazır: 

 

Hansı insaniyyət qanunlarında 



Vətənpərvərlərə ölüm yazılmış? 

 

 Şairə əsərin proloqunda öz hisslərini təsvir etdikdən sonra Sümərin kəndinin 

təsvirinə keçir. Soyuq qış gecəsidir. Şiddətli külək var. Təbiət tez-tez şəklini dəyişir. 

Kənd klubundakı iclasda firqənin göstəriçi ilə  Təbrizə nümayəndə seçilir. Əsərin 

qəhrəmanı  Səriyyə  də iclasda danışır və deyir ki, elə nümayəndə seçilməlidir ki, 

xalqa, vətənə can yandırsın. Şahsevən qızı Səriyyə  elin fəxridir. Onun adı çəkiləndə 

ilk növbədə mərdlik, qəhrəmanlıq, sədaqət kimi keyfiyyətlər yada düşür. Son dərəcə 

nəcabətli olan bu qadın düşmənə nifrətlə bəsləmişdir. Yeri gələndə cəbhə oğlu kimi 

səngərdə döyüşür, yeri gələndə də sadiq bir ana kimi oğlunu öpüb oxşayır. Fasiləsiz  

qar kənd yollarını bağlayıb, ancaq sakirlikdir.  Kənddə bir səadət hökm sürür. 

Səriyyə ana dilində balasına laylay çalır. Sonra oğlunu yaşlı anasına verib at üstə 

qalxır. Təbrizə nümayəndə seçilib. Hamı qorxur ki, çovğuna düşə bilər, getməsin. 

Ancaq Səriyyə inadından dönmür. 

 

Zaval qorxağındır, qorxmayanlara – 



Ölüm də, zaval da çox yabançıdır, 

İradə zərbədir, qüdrət qamçıdır, 



 

- deyərək Təbrizin yolunu tutur. Onun kəndində insanlar əməklə dolanır. 

Yalnız bir ildir uşaqlar təhsilə  cəlb olunub. Tarix sübut edib ki, insanlar elm ilə 

yüksəlir. Ancaq irtica uzun illərdir Azəri xalqını kitaba, elmə, təhsilə yaxın 

qoymurdu.  İndi  kənddə  ərbabın  sözü  keçmir,  zaman  dəyişib, ədalət hökm sürür, 

xanın zülmündən nişan qalmayıb. 

 

Qanun qarşısında bütün insanlar 



Bərabərdirsə, orda ədalət də var 

 

Daima fikirli olan Səriyyə Şahsevən elinin keçirdiyi pis günləri düşünür. Səs-



siz axşamın gözəlliyi belə onu kədərli fikirlərdən ayıra bilmir. Öz vətənində qərib 

yaşamaq, köçəri həyat sürmək onların taleyinəmi yazılıb? Həyat yoldaşı Qəhrəman 

onları salamlayan yeni dövranın, gözəl günlərin xoşbəxtliyini yaşamağı tövsiyə 

edir. Əsərin qəhrəmanı həyat yoldaşının fikrini təsdiqləyir. Şairə fasilələrlə olsa da 

Səriyyəyə azadlığın sevincini xatırladır. Müvəqqəti də olsa keçmiş düşüncələrdən 

uzaqlaşır və deyir. 



 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



303

Getdi qara günlər, getdi o dəmlər 

Artıq bir ildir ki, biganəyəm mən, 

Kədərə, qüssəyə, aləmə, bilsən 

Artıq elim xoşbəxt, yurdum da xoşbəxt, 

Gülür gözlərimə səadət, həyat. 

 

Əsas məqsəd bu səadəti əbədi yaşatmaqdır. Xalqın həyatı bu səadətə  bağlıdır. 



Ölkənin baharı xəzan görməsin deyə onu qorumaq lazımdır. Şairə Səriyyənin diqqə-

tini stolun üstündəki kitaba yönəldir. Cildin üzərində  “Azad Sovet qadını “ sözləri 

yazılıb. Şəkildəki qızın alnındakı vüqar, baxışındakı məna əsərin qəhrəmanına xoş 

təsir bağışlayır. Onu xoşbəxt görür. Dünya qadınlarından fərqlənən, arzusu, eşqi, is-

təyi, vətəni, işi, əməyi azad olan bu qadının yerində olmaq istəyir. Anası onu yatma-

ğa səsləyir. Ancaq Səriyyənin keçirdiyi duyğular yuxudan da şirindir.  Bu duyğular-

dan sonra anası ilə kədərli notlar üzərində söhbət edir. Anasından parçalanmış ürə-

yin necə sağala biləcəyini soruşur. Ana: “İkiyə  

 bölünən böyük bir ürək birləşsin gərək”deyir.  Şairə burada yaralı Araza 

“yüklənir” . Səriyyənin dili ilə deyir : 

 

Onda qoy dibindən qurusun Araz 



Bir qəlbin heç iki sahibi olmaz 

 

Bütöv Azərbaycan dərdi şairəni düşündürür. Əslində bu, onun həmişəki  qay-

ğısıdır, heç zaman unudulmayan qayğısı. Səriyyə xəyali birlik əhvalı-ruhiyyəsində-

dir. Arazın üstünə yeni körpülər salınıb. Culfadan keçən maşınlar Təbrizdən gələn, 

Bakıdan qayıdanlardır, artıq ikiyə bölünən yollar qovuşur. Mingəçevirdən Təbrizə 

işıq çəkilir və s. Sovet rəhbərini  görməyi arzulayır. Qəhrəmanın şirin xəyalları uzun 

sürmür. Firqədən xəbər gəlib: “Tehran Azərbaycana ordu göndərəcək”. Səriyyə 

kənd klubunda çıxış edir. “Düşmənin hiyləsinə aldanmamalıyıq” deyir. Düşmən 

ayaqlara qandal, qollara zəncir gətirir. Qaniçən yağı ölüm gətirir. Ancaq elə etmə-

liyik ki, özü ölümlə üzləşsin. 

Cənubi Azərbaycan antologiyasının III cildində oxuyuruq: “İnqilabın qara-

guruhçular tərəfindən gözlənilməz və arzuolunmaz çətin yollara salınması, əlbəttə, 

xalq kütlələrində qəzəb, nifrət, kədər də doğurmuşdur.” (3. səh.11) 

1946-cı ilin dekabrında qələbənin təhlükə ilə üzləşməsi xalqı çıxılmaz vəziy-

yətə salmışdı ki, H.Billuri də  həmin vaxt keçirdiyi hissləri qəhrəmanın həyatına 

yansıtmışdır. 

Kənddəki səadətə kölgə düşüb. Qəmli bir qış axşamıdır. Səriyyə pəjmürdəhal-

dır, gözlərində kədər var. Bilir ki, xalq ayağa qalxıb, düşmənə qarşı yürüşə hazırla-

nır. Oğlunu sinəsinə basan Səriyyə ayrılıq  

vaxtının gəldiyini bilir. O, övladların 

həyatı zindana dönməsin deyə döyüşə gedir. Körpəsinə söyləyir ki, işdir qayıtma-

sam, qanımı yerdə qoyma, bəlkə son görüşdür, vətən çağırır. Odlar yurduna vəfasız 

çıxmamaq lazımdır.  

Səriyyə vətənin sadə əsgəri olsa da, güclü iradəsi, qələbə, zəfər əzmi onu qüd-

rətli göstərir. Qəmli səhərin açılışı özüylə ayrılıq, kədər gətirdi. Tehran jandarması 

irəlilədikcə qoca Təbrizin gözəlliyi itir, Zəncan, Mərənd, Qaradağ düşmən  əliylə 

talanır, yanır. Firqənin yaratdığı yeni nə varsa: kino, teatr,  məktəb atəşə verilib. Ev-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



304

lərdən nalələr ucalır, ana körpəsini, bacı qardaşı axtarır.Ələ keçən yerindəcə öldürü-

lür. Şairə jandarmı danışdırır: 

 

Deyir: “Şahənşahın əmri belədir. 



Bütün Azərilər quldur, kölədir, 

Boğazdan asmasaq demokratları 

Gülməz, şahənşahın gülməz baharı.” 

 

Saraydakı satqın canilərin göstərişləri Azərbaycanı qorxutmur. Kütlə silaha 



sarılır, ancaq bomba ilə dolu hərbi maşınlarla -Tehran ordusuyla qarşılaşır. 

1946-cı ilin 12 dekabrı – 21 Azəri. Azərbaycan tarixinin ən qanlı cinayətlər-

inin törədildiyi günlərdən biri. Əsərin qəhrəmanı  səhərdən səngərdə atışır. Döyüş 

qabiliyyətinə görə  hər kəsdən üstündür. Mübarizə  qızışır.  Şairə onun daxili 

hisslərini verməyə çalışır. Cavandır, qəlbində arzuları var, çox qüdrətlidir, onu el 

oğulları alqışlayır. Bu cür insanlar bəxtiyardır. Ancaq səngərdə həyatın o biri üzü də 

var. Səngərdə ölən də, öldürülən də var. Ölənlər “vətən” deyib torpağı qucalqlayır. 

Düşmən bu hissləri anlamaq gücündə deyil. Onların vətəni,  əzizi, həyatı puldur, 

dollardır. Qoca əfsər Səriyəni evə - körpəsinin yanına göndərmək istəyir. Ancaq 

qəhrəmanın məqsədi mübarizəni davam etdirməkdir. Ona görə döyüşü yarımçıq 

buraxmaq vicdanı satmaq və alçaq əməldir. Şərəfli ölümə daha üstünlük verir. Yad-

ların vətəni qana boğması xalqın azadlığının əlindən alınması deməkdir. 

 

Min düşmən ölməsə bu gün bu yerdə, 



Dönmərəm evimə, dönmərəm bir də. 

 

Səriyyə fədailərlə bərabər çarpışır, əlində avtomat düşmənə atəş və nifrət püs-



kürür. Ancaq hər şey tək bu səngərdən ibarət deyil. Düşmən Azərbaycanın bölgələ-

rini qana boyayır. Kənd ağsaqqalının səngərə gəlişi Səriyyədə qorxu yaradır. Görə-

sən niyə gəlib? Kəndə düşmən təhdidimi var? Qoca ona sərhəngin tapşırığını söylə-

yir:  əgər Səriyyə  səngərdən uzaqlaşsa, ona heç kəs toxunmayacaq, bağışlanacaq, 

hətta inansın deyə  şahın tacına da and içiblər. Səriyyə bu sözdən qəzəblənir və 

bağışlananları  bədbəxt adlandırır. Qoca əsas məsələyə keçir; sən təslim olmasan, 

onlar kəndi topa tutacaqlar. Çarəsiz qalan Səriyyə razılaşmalı olur. 

 

O kənddə elim var, obam var mənim, 



Bu yeri qəlbimtək uşaqlığımdan –  

Sevmişəm. Bu torpaq mənim vətənim. 

 

Gümanı, müqəddəs yurdu Azərbaycanın talanmasına dözmür. Burada sevimli 



oğlu, günahsız anası da yaşayır. 

Ancaq nə şairə, nə əsərin qəhrəmanı eli, obanı talayan o şərəfsizlərin andına 

inanmır. Heysiyyatı, şərafəti olmayan, xəmiri hiylə, böhtan və aldatmaqla yoğrulan 

jandarm və əfsərlər andına əməl etməyəcək. Səriyyə artıq səngərdə təkdir, gülləsi də 

qurtarıb. Təkliflərinə  əməl etməlidir, yoxsa kənddə qan su yerinə axar. Əsərin 

qəhrəmanı dar ağacına gedən yolu əvvəlcədən görür. Ancaq müqavimət artıqdandır. 

Düşünür ki, kəndin külə dönməməsi üçün bu fədakarlığı etmək lazımdır. Ölümə 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



305

aparıldığını bilə-bilə  səngərdən çıxır. Caninin qan tökəcəyini bilir. Ən çox da on-

ların hiyləsini üzə çıxarmaq istəyir. Qoy xalq görsün ki, onlara inanmaq avamlıqdır 

və bu xəbər vətənimizə yayılsın. 

 

Yırtıb parçalamaq, bax, ona xasdır, 



Qurd üçün qan içmək bir ehtirasdır.  

 

Hökumə Billurinin 1949-cu ildə  nəşr olunmuş  şeirlər toplusunun 

müqəddiməsində oxuyuruq: “Cənubi Azərbaycan xalqının tarixində yenidən qara 

günlər başladı. Ölkənin hər yerində dar ağacları quruldu. Xalqın yüzlərlə qəhrəman, 

igid oğulları edam edildi, zindanlara atıldı.” (4. səh. 4) 

Şairənin və  qəhrəmanın düşündükləri baş verdi. HamıTəbriz meydanına 

yığılıb.  İnsanların qəlbində iztirab var. Qəzəb, kin, nifrət, intiqam hissi üzlərdən 

oxunur. Azərbaycan elinin gözəl pərisini, qəhrəman qızını, məqsədi uca, qəlbində 

böyük bir dünya yaşadan fədaisini dar ağacına tərəf gətirirlər. O, xoşbəxliyə doğru 

gedirmiş kimi fəxrlə, vüqarla yeriyir. Həyatının qanlı səhnəsi oynanılır, insan qəl-

binə  sığmayan vəhşət var. Arxasınca kütlə gedir. Təmiz bir məqsəd uğrunda 

mübarizə aparıb. İllərdən bəri doyunca rahatlıq, yuxu görməyib. Ac, susuz günləri 

çox olub. Ancaq yadlara əyilməyib. Sarsılmayan iradəsi ilə ölüm kürsüsünə qalxır. 

Onu xəyanətdə təqsirləndirənlərə sözü var. Azadlıq mücahidinin qiymətini tarix ve-

rəcək. Torpağını sevən bir fədainin bu adla öldürülməsi ona ağır gəlir: 

 

Xəyanət sizindir, “ağalar”, sizin 



Məncə, bu ad sizə yaraşır ancaq. 

Mənsə övladıyam qoca Təbrizin. 

Vicdanım təmizdir, qəlbim də parlaq. 

 

Səriyyə məhkəməsiz ölümə gedir. Ancaq düşmənlərə qurulacaq həyat məhkə-

məsinə inanır. El qızını tanıyanlar ağlayır. Səriyyə isə onlara “gözünüzün yaşını 

kininizlə qurudun” deyir. Uzaqdan fədai marşının səsi, nümayişçilərin  şüarları 

səslənir: “Yaşasın  Pişəvəri! Məhv olsun mütləqiyyət!” və s. Qorxuya düşən 

“ağalar” hökmün yerinə yetirilməsini istəyir. Səriyyə son sözlərini deyir: “Mən 

ölsəm də vətən yaşayır. Kütləni öldürmək olmayır”. Çəkilən kəndirin ucu onun bo-

ğazına keçir və qanlı cinayət belə sonlanır. 

 

Səriyyə ölərkən öz nəğməsində, 



Bir qəhrəman kimi son nəfəsində 

“Vətən, vətən” deyib yumur gözünü, 

Şərəf dünyasında görür özünü. 

 

Həyat davam edir. Ancaq vətən yolunda şəhid olanların yeri tarixin nəzərində, 

insanların qəlbində Allahın hüzurunda bambaşqadır. Epiloqda Səriyyənin bir qədər 

böyümüş oğlu atası ilə söhbət edir. O, atasını döyüşə yollayır. Ellər ona dayaqdır. 

Atasına uğurlu səfər, dostlara qələbə, yada ölüm arzulayır. Bu hələ 1949-50-ci illər 

idi. Körpələrin yuxusu da, arzusu da çin çıxır. Qabaqda 1979-cu ilin qüvvətli alov-

ları və müstəbid şahlıq üsulunun darmadağın olduğu zaman var. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



306

Ədəbiyyat 



 

1.

 



Hökumə Billuri. Mübarizə illərində. Bakı, 1954. 

2.

 



Hökumə Billuri. Ölməz qəhrəman. Bakı, 1950. 

3.

 



Cənubi Aəzrbaycan antologiyası. III cild. Bakı, 1988 

4.

 



Hökumə Billuri. Mənim arzum. Bakı, 1949. 

 

S.Alasgarova 

National poetess Hokuma Billuri’s poem “Sariyya” as an art expression of the 

horrors procreated Persian chauvinism 

Summary 

 

In "Sariya" poem H. Billuri  described fighter homeland daughter’s life and 

freedom struggle and life of patriot’s who sacrificed their lifes for motherland 

during Revolutionary Democratic Movement in 1941-1946. The theme was 

dedicated to the subject of  which the poetess was witness. Work calls to revenge 

and it is artistic manifestation of poetess’s own thoughts.  The leading thoughts in 

the work are belief to the future and great Azerbaijan desire.  

 

С.Алескерова 



Поэма народной поэтессы Х.Биллури «Сария» как художественное выражение 

ужасов, порождённых персидским шовинизмом 

Резюме 

 

В  поэме  Х.Биллури описывает жизнь и борьбу за свободу смелой  дочери 

родины,  отдавшей  жизнь  за  неё  в  период  Революционного  демократического 

движения 1941-1946 годов. Тема посвящена событию, свидетельницей которого 

явилась сама поэтесса. Кровавое воспоминание, призывающее  к мести, является 

художественным  проявлением  личных  мыслей  поэтессы.  Ведущей  мыслью  в 

произведении является вера в будущее и мечта о едином Азербайджане. 

 

Rəyçi:                 Şamil Vəliyev  



              filologiya üzrə  elmlər doktoru, professor 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



307

ŞƏBNƏM HAQVERDİYEVA  

AMEA-nın Folklor İnstitutu 



                                       

EL ŞAİRI NAYİB ŞİRVANİ 

 

Açar sözlər - Şirvan regionu,  poeziya, bayatı, zəmanəyə etiraz, qadın şairlər. 

Ключевые слова:  Ширванский регион, поэзия, баяты (стихотворная форма), 

протест своей времени, женщины поэты.  



Key words: Shirvan s region, poetry, Bayati (folklore genre of poetry), a protest 

to her time, women poets 



 

Azərbaycanın qadın şairlərinin tədqiqində, araşdırılmasında professor  Ə. Cə-

fərzadənin xüsusi xidmətləri olmuşdur. Bu sahənin öyrənilməsində ciddi tədqiqatlar 

aparan professor yazır: " Xalqımız qadın - ana ilə bağlı gözəl şer inciləri düzən, on-

larla qadın aşıq, şairlər yetirmişlər. Hər şeydən artıq diqqəti cəlb edən də burasıdır 

ki, məhz Azərbaycanda, qadınlığın heç bir bəşəri hüququ olmadığı, feodalizm və 

dini  əsarətin hökm sürdüyü bir ölkədə, vaxtilə başqa məmləkətlərə nisbətən daha 

çox qadın aşıq və şair yetişmişdir". (2, 178) 

Azərbaycanımızın bütün bölgələrində olduğu kimi poeziya beşiyi Şirvanda da 

qadın el şairləri yaşamışdır.  El şairlərimizin həyat və yaradıcılıq yolunun öyrənil-

məsində bir çox görkəmli alimlər - S.Mumtaz, M.Təhmasib, M.Həkimov, P.Əfən-

diyev, M.Qasımlı, E.Məmmədli, S.Qəniyev və başqalarının xüsusi xidmətləri ol-

muşdur.  Yuxarıda qeyd etdiyimiz kimi, Şirvan bölgəsində də qadın el şairləri – Va-

yıt qızı, Dostuxanım Şirvani, Gövhər Şirvani, Minəbəyim, Naburlu Badam, Pərinaz, 

Püstə Şikar qızı, Ağca Gülağa qızı, Şirinxanım və  b. yaşamışlar. 

Şirvanda yaşayıb – yaradan, şerlərindən bəzi nümunələri günümüzə gəlib ça-

tan Nayıb Niyaz qızı Şirvani olmuşdur. 

Mənbələrdə qeyd olunduğu kimi, Nayıb Kərbəlayi Niyaz qızı Səmədzadə təx-

minən, 1884-cü ildə Şamaxının İmanlı məhəlləsində ruhani ailəsində doğulmuşdur. 

Belə ki, atası Kərbəlayi Niyaz İmanlı məscidində cavan vaxtı azan vermişdir. XIX 

əsrin 90 - cı illərində Şamaxıda baş verən zəlzələdə valideyinlərini itirmişdir. Nayı-

bın dayısı Tiflis şəhərində ərəb və fars dillərini yaxşı bildiyi üçün dilmanclıq edirdi. 

Özü də görkəmli pedaqoq M. Mahmudbəy, Tiflisdə yaşayan, "Ziyayi-Qafqaziyyə" 

qəzetinin naşiri S.Ünsüzadə, onun qardaşları - Camal, Kamalla yaxın dost idilər. Sə-

mədbəy kimsəsiz qalan bacısı qızı Naibəni Tiflisə - yanına aparır. Dayısı onun üçün 

müəllim tutur. Nayıb orada ərəb, fars, hətda rus dilinədə yiyələnir. Dayısının kö-

məyi ilə imtahan verib müəllimlik hüququ qazanır. Dayısının məsləhəti ilə qız mək-

təbi təşkil etmək üçün Şamaxıya - qohumlarının yanına qayıdır.  

1902-ci il zəlzələsi  Şamaxı  şəhərini alt - üst edir. Nayıb da öz doğmalarına 

qoşulub əvvəl Dərbəndə, sonra Vladiqafqaza, oradan Həştərxana gedir. Orada mü-

səlman qızları üçün olan məktəb də fəaliyyət göstərmişdir. Nayıb həmin məktəbdə 

rus dili müəllimi kimi işləməyə başlayır. Nayıbın  qohumlarından biri onun Hacı 

Muxtar adlı yaşlı və evli bir kişiyə ərə getməsini məsləhət bilirlər. Az  bir müddət 

sonra Hacı onu müəllimlikdən azad edir və onu sənətindən ayırır.  

Evdə günülər yola getmir. Hacı onu hər gün tənbeh edir, döyür onu evdən 

bayıra buraxmır, evdə  dustaq edir... 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



308

Nayıb təhsil aldığı illərdən  şer yazmaqla məşğul olmuşdur.  Ərindən ancaq 

əzab-əziyyət görən Nayıbın günü ah-vayla keçir. O, dərd - sərini  ancaq şerlərinin 

dili ilə bəyan edir. Deyilənlərə görə, əri onun şer dəftərlərindən birini də odda yan-

dırmış və şer yazmağı ona yasaq etmişdir. Çarəsiz qalan Nayıb özünü öldürməyi qə-

rara alır. Özünün kiçik şer dəftərini xalası qızı Tikəzbana əmanət edir. 1905-ci ilin 

əvvəllərində zəhər içib özünü öldürür. 

Şairin günümüzə gəlib çatan əsərləri fars dilində qəzəldən, ana dilində qoşma, 

gəraylı və bayatılardan ibarətdir. 

Nayıb Şirvaninin şerləri mövzu baxımından rəngarəngdir. Şairin şerlərinin bir 

qrupunda qadın hüquqsuzluğu, zəmanədəki özbaşnalıq açıqca şəkildə tərənnüm olu-

nur. El şairinin "Yaxşıdır"  rədifili şerin hər misrasında qürbət diyarda - Həştərxan-

da  doğma yurdu - Şamaxı üçün neçə həsrət çəkdiyi süzülür. 

 

                                       Ay ağalar, qulaq asın dərdimə, 



                                       Hər sözün erkəyi, sağı yaxşıdır. 

                                       Həştərxan dönsə də İrəm bağına, 

                                       Şamaxının toz - torpağı yaxşıdır. 

 

Şair  ərinin ona şer yazmağa qadağa qoyduğu da  həmin qoşmanın sonrakı 



bəndində  poetik bir dillə bəyan etmişdir. 

 

"Dinmə" deyib bağlayıbdır dilimi, 



Sındırıbdır qələm tutan əlimi, 

Dal eyləyib əlif ola belimi, 

Belə gündən yesəm ağı yaxşıdır. 

 

Qoşmada bəzi idiomatik ifadələrin yerli - yerində  işlədilməsi  şairin klassik 



poeziyaya dərindən bələd olmasını təsdiqləyir. 

"Dilin bağlanması", "əlif  beli "dala dönməsi" kimi poetik ifadələr klassik 

poeziyada çox işlənən qəliblərdəndir. 

Nayıb Şirvanin qoşmalarının bəzilərində azad sevginin mədhi, cavan qızların  

"gül", "qoca" kişilərə verilməsi etirazı da aydınca görünür. Bəlkə də, doğmaları tə-

rəfindən onun da qoca bir  Hacıya verilməsinə etiraz olaraq şair bu şeri yazmışdır. 

El şairinin "Dönübdür" rədifli şerindən aydın olur ki, Nayıbın özünün könül 

verdiyi bir həmdəmi olmuşdur. Amma qovuşa bilməmişdir  istəklisinə, günü isə 

ağlamaq, sızlamaqla keçmişdir: 

 

Namuddədir həsrətini çəkməkdən, 



Əlif qəddim bil ki, yaya dönübdür. 

İntizarın, məşəqqətin ucundan, 

Göz yaşlarım axıb çaya dönübdür. 

 

El şairinin günümüzə  on bayatısı da gəlib çatmışdır. Həmin bayatıların məz-



munu həsrət,  saf məhəbbətin, halallığın vəsfi, qadınlara olunan zülüm, biganəlik,  

bir də zamana, ağalığa qarşı etiraz  təşkil edir. 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



309

Aranda hünü yansın, 

Hününün mini yansın, 

Məni qana çalxadı 

Odlansın günü yansın. 

 

 Mənbələrdə Nayıb Şirvani haqqında görkəmli yazıçı M. S. Ordubadinin şəxsi 



arxivində  məlumatların olduğu göstərilir. Həmin məlumatların da gec də olsa 

oxuculara çatdırılması tədqiqatçılar qarşısında duran xeyirxah vəzifələrdəndir. 

Nayıb Şirvani bir qoşmasını və doqquz bayatısını oxuculara təqdim edirik. 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə