CƏLİlabad fiLİali I mtahantap ş I r I ğ I



Yüklə 31,24 Kb.
tarix22.06.2020
ölçüsü31,24 Kb.
#31919
Əvəzliyin mənaca növləri, qeyri müəyyən əvəzliklər

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

CƏLİLABAD FİLİALI

İ M T A H A N T A P Ş I R I Ğ I


İXTİSAS: ____________________________________________________________________

QRUP VƏ KURS: _____________________________________________________________

KAFEDRA: __________________________________________________________________

TƏDRİS İLİ: _________________________________________________________________

FƏNNİN ADI: ________________________________________________________________

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİM: _____________________________________________

TƏLƏBƏNİN ADI, SOYADI, ATASININ ADI: Mirzəyeva Günel

MÖVZU: Əvəzliyin mənaca növləri : qeyri-müəyyənlik bildirən əvəzliklər

CƏLİLABAD 2020

MÜNDƏRİCAT

GİRİŞ_......................................................................................................................................__3'>GİRİŞ ......................................................................................................................................

3

TAPŞIRIĞIN MƏZMUNU ...................................................................................................

4

NƏTİCƏ ..................................................................................................................................

7

ƏDƏBİYYAT SİYAHISI ......................................................................................................

8


GİRİŞ

İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.

Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, birisi, kimsə əvəzlikləri düzəltmə;kim isə, heç kim, heç nə və s. əvəzlikləri isə mürəkkəbdir (tərkibi əvəzliklərdir)

Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdış əvəzlikləri mübtəda, tamamlıq və xəbər; işarə əvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləri isə bütün cümlə üzvləri olur. Və yeganə əvəzliyin özünü əvəz edən "sual əvəzlikləri"dir.

Əvəzlik aşağıdakı qaydada təhlil olunur:



  1. Hansı nitq hissəsini əvəz etməsi və sualı

  2. Quruluşca növü

  3. Mənaca növü

  4. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa)

  5. Cümlədə rolu

Bir nümunə: O, sinifdə hamıdan biliklidir. O — ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır. Hamıdan — ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadədir, qeyri-müəyyən əvəzlikdir. Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.

TAPŞIRIĞIN MƏZMUNU

Mübtəda vəzifəsində: Heç kəs bu işə razı olmadı. Hamı intizar içində idi. Biz onlarla fəxr edirik və s.

Xəbər rolunda: Göndərilənlərin hamısı sənindir. Gözlədiyim adam budur. Salman da bizdəndir və s.

Tamamlıq vəzifəsində: O, sənə qarşı çox mehribandır. Bu iş bəzilərinə asan g örü n ür.Qardaşım mənə hədiyyə almışdı və s.

Təyin rolunda: Bu adam çox a ğıllıdır. O a ğacları babam əkmişdi. Həmin kənd çayın o tayındadır və s.

Zərflik yerində: Axşam əmimgil bizə gəldilər. Nüfuzdan düşmək istəmirsənsə, belə danışma. Elə gəl, elə get yol inciməsin və s.



Azərbaycan dilində yalnız isimləri deyil, isim yerində işlənən şəxs əvəzliklərini də əvəz edən, subyekti dəqiqləşdirən və ya özü də subyekt kimi çıxış edən bir əvəzlik var. Buna qayıdış əvəzliyi deyilir.

Qayıdış əvəzliyi “ öz” sözünə əksərən mənsubiyyət şəkilçisi əlavə etməklə düzəlir:

Mən öz-üm

Sən öz-ün

O öz-ü

Biz öz-ümüz

Siz öz-ünüz

Onlar öz-ü ( öz-ləri)

Qayıdış əvəzliyi cümlədə müstəqil söz kimi işlənərək subyekti bildirir.

"Öz" sözü mənsubiyyət şəkilçisi olmadan da işlənə bilir. O zaman "öz" sözünün hansı şəxsə mənsub olduğunu ondan sonra gələn sözlə müəyyən etmək olar.

Məsələn:

Öz kitab-m

Öz kitab-ın

Öz kitab-ı

Öz kitab-ımız

Öz kitab-ınız

Öz kitab-ları

Qayıdış əvəzliyi isimləri və isimləri əvəz edən əvəzlikləri də əvəz edə bildiyi üçün isim kimi hallanır.

"Də" ədatı ilə işlənən qayıdış əvəzliyi “özü də” bağlayıcısına bənzəyir. Məsələn:

O, özü də çox narahat idi.- cümləsində "özü" qayıdış əvəzliyidir.

O, çox darıxırdı, özü də çox narahat idi.-cümləsində isə “özü də” bağlayıcıdır. Yəni “həm də” bağlayıcısına bərabərdir.

Şəxsi, əşyanı, əlaməti, kəmiyyəti, hərəkəti, müəyyənləşdirmək üçün işlədilən əvəzliklərə sual əvəzlikləri deyilir.

Sual əvəzlikləri bunlardır: kim? nə? hara? necə? nə cür? hansı? neçə? nə qədər? niyə? nə üçün? nə səbəbə? nə məqsədlə? haçan? nə zaman? nə vaxt? və bütün zamanlara,şəxsə görə dəyişə bilən nə edir? sual əvəzliyi.

Əvəzliyin bütün başqa növləri nəqli cümlələr üçün leksik materialdır.Sual əvəzlikləri isə sual cümlələrini yaradan əsas vasitələrdən biridir.

Sual əvəzlikləri təkcə əvəz etdikləri nitq hissələrini deyil, cümlə üzvlərini də müəyyənləşdirmək vəzifəsini yerinə yetirir.

Kim və nə əvəzlikləri bir sıra məna çalarlarına malikdir. Məsələn:

Kim bilir o gün uşaq nə qədər qorxmuşdu. –cümləsində kim bilir = heç kim.

Kim bilmir ki, sənin nə qədər adi biri olduğunu? – cümləsində kim bilmir = hamı

A...nə gözəl gün çıxıb! –cümləsində nə = necə

Bu çanta nə ağırdır?- cümləsində nə = niyə?

Mənim burda olduğumu nə bildin? –cümləsində nə = hardan

Cümlədə konkret olmayan əşyanın, şəxsin adı əvəzində işlənən əvəzliklərə qeyri-müəyyənlik bildirən əvəzliklər deyilir.

Əvəzliyin bu növünün işləndiyi cümlələrdə şəxsin, əşyanın adı qeyri-müəyyən olaraq qalır. Sual əvəzliyi vasitəsilə müəyyənləşdirmək istədiyimiz şəxs, əşya, əlamət, kəmiyyət, hərəkət cavab cümləsində özünü göstərsə də, qeyri-müəyyənlik bildirən əvəzliklərin işləndiyi cümlələrdə əşya və hadisələr özünü bilavasitə göstərmir və onun qeyri-müəyyən qalması dinləyəni və ya oxucunu narahat etmir.

Qeyri-müəyyənlik bildirən əvəzliklər kim, nə, bir, kəs, hər tipli bir sıra sözlərin müxtəlif köməkçi söz, ədat və şəkilçilərlə birləşməsi nəticəsində əmələ gəlir.

1. Kim sual əvəzliyinin iştirakı ilə düzələnlər: kimisi, kimi, kim isə, hər kim. Məsələn: Kim isə gəldi. Kimisi yemək bişirir, kimisi ev təmizləyir. Hər kim bu sözü deyib, irəli çıxsın və s.

2. Nə sual əvəzliyinin iştirakı ilə düzələnlər: nə isə, nəsə, hər nə, hər nə isə Məsələn: nəsə bu ad mənə tanış gəldi.Qutuda nə isə var idi və s.

3. Bir, hər sözünün iştirakı ilə düzələnlər: biri, birisi, hər biri, hər birisi, bir neçəsi, bir şey, hər şey və s. Məsələn: Hər biri yetişkin insanlardır. Biri dəli olanda biri də ağıllı olar. Ağacın bir neçəsini külək aşırmışdı və s.

4. kəs sözünə hər, bir, filan sözlərinin birləşməsilə: hər kəs, hər bir kəs, filan kəs, o kəs, bu kəs və s. Məsələn: Hər kəs həddini bilsin! Sonra deməyin ki, filan kəs belə dedi. O kəs ki Məhəmməd s.a.v-ı tanımır, müsəlman deyil və s.

Bunlardan əlavə hərə, hamı, hamısı, bəzisi, bəziləri, neçəsi kimi qeyri-müəyyənlik bildirən və çox işlənən əvəzliklər də var.

Qeyri-müəyyənlik bildirən əvəzliklər isimləri və isimləşmiş sözləri əvəz etdiyi üçün isim kimi hallanır. Məsələn:

Kimisi

Kimisinin

Kimisinə

Kimisini

Kimisində

Kimisindən və s.

Kim isə, nə isə, nəsə, hər nə isə əvəzlikləri hallanmır.

İsmi əvəz edən bu əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıq yerinə çıxış eirlər. Kimsə onu səslədi. Hərəyə beş dəftər düşdü və s. Xəbərlik şəkilçisi qəbul edən qeyri-müəyyən əvəzliklər cümlədə xəbər vəzifəsində çıxış edə bilir. Məs: Vətən hamımızındır və s. “Bəzi” qeyri-müəyyən əvəzliyi cümlədə təyin rolunda da çıxış edə bilir. Məs: Bəzi adamlar Vasifin dediklərinə inanmadılar və s.

NƏTİCƏ

Əvəzliklərin hallanması aşa ğıdakı kimidir.

1. İsmi əvəz edən əvəzliklər (şəxs əvəzlikiəri, qeyrim üəyyənlik əvəzlikləri, inkar əvəzlikləri, ismi əvəz edən sual əvəzlikləri, qaydış əvəzliyi) birbaşa hallana bilir. Məs:

sən hamı heç nə kim özün

sənin hamının heç nəyin kimi özünün

sənə hamıya heç nəyə kimə özünə

səni hamını heç nəyi kimi özünü

səndə hamıda heç nədə kimdə özündə

səndən hamıdan heç nədən kimdəın özündən

2.İsmi əvəz edə bilməyən əvəzliklər birbaşa hallana bilmir, yəni öz yerində hallana bilmir. Məsələn, “Hansı pəhləvan güclüdür” c ümləsində hansı əvəzliyinin hallanması m ümk ün deyil. Ancaq bu əvəzliklərin bəziləri cümlədə yerinə görə ismi əvəz edərək, yəni substantivləşərək hallana billirlər. Məs:

hansı bu filan

hansının bunun filanın

hansına buna filana

hansını bunu filanı

hansında bunda filanda

hansından bundan filandan



Qeyd: Şəxs əvəzlikləri, qeyri- üəyyən əvəzlikləri, inkar əvəzlikləri, əşyanı göstərmək üçün işlədilən “o” və “bu” işarə əvəzlikləri, ismin sualı olan sual əvəzlikləri (kim? nə? hara? – müxtəlif formalarda (kimə? kimdə? nəyi? nədən? və s) və qayıdış əvəzlikləri ismi, işarə əvəzlikləri, sifətin sualları olan sual əvəzlikləri (necə? nə cür? hansı?) və təyini əvəzliklər sifəti, fellə bağlı olub hərəkəti izah edən “elə” və “belə” işarə əvəzlikləri, zərfin sualları olan sual əvəzlikləri (nə vaxt? nə zaman? necə? nə cür? nə qədər? hara? haranı? nə üçün? niyə? nə səbəbə? və s.) zərfi, felin sualları olan sual əvəzlikləri (nə etdi? nə edir? nə edəcək? və s) isə feli əvəz edir. Əvəzliklər əvəz etdikləri nitq hissələrinin bir sıra xüsusiyyətlərini daşıyır.

ƏDƏBİYYAT SİYAHISI

  1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006, səh. 176.

  2. Əliyev Kamran “Azərbaycan dili”, Bakı, “Elm” nəşriyyatı, 2011, səh. 132.

  3. Ə.Rəcəbli. Qədim türk yazısı abidələrinin dili. I hissə. Nurlan nəşriyyatı, 2006

  4. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi morfologiyası, Bakı, 1962

  5. İ.Əsgər. Morfoloji yolla söz yaradıcılığında qeyri-məhsuldar şəkilçilərin rolu. Elm və təhsil nəşriyyatı, 2014


Yüklə 31,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin