Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları



Yüklə 3,39 Mb.
səhifə1/13
tarix06.12.2016
ölçüsü3,39 Mb.
#952
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13


Fuat RƏSULOV

Qubad İBADOĞLU

İqtisadiyyatın

əsasları

Dərs vəsaiti

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elmi-Metodiki Şuranın 04.07.2002-ci il tarixli 16 saylı protokolu əsasında dərs vəsaiti kimi təsdiq olunmuş və təhsil nazirinin 11.07.2002-ci il tarixli 767 saylı əmrilə qrif verilmişdir




Bakı – «Elm» - 2004


Elmi redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti,
i.e.n. Azər Mehtiyev
Rəyçilər: Xəzər Universitetinin
professoru M.N.Nuriyev



Azərbaycan Dövlət İqtisad Universitetinin professoru R.B.Əliyev

F.Rəsulov, Q.İbadoğlu, «İqtisadiyyatın əsasları».


«Elm». 2004, səh.200

Kitabda iqtisadiyyata girişin, mikroiqtisadiyyat, makroiqtisadiyyat və beynəlxalq ticarətin əsas anlayış və prinsipləri təqdim olunmuş, müasir iqtisadi biliklərin mənimsənilməsi üçün vacib hesab edilən iqtisadi kateqoriya, hadisə və qanunların şərhi verilmişdir. Dərs vəsaitində klassik və müasir iqtisadi nəzəriyyələrin başlıca tezislərinin, bazar iqtisadiyyatının əsas anlayışlarının, həmçinin iqtisadiyyatın tədrisi prosesində daha çox işlənən terminlərin izahına, iqtisadi fikir tarixindən seçmələrə, müzakirə üçün suallara, testlərə də geniş yer ayrılmışdır.

Kitab qeyri-iqtisad ali məktəblərinin tələbələri, kolleclərin, litseylərin və orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, habelə «İqtisadiyyata giriş» fənnini tədris edən müəllimləri üçün nəzərdə tutulmuşdur. Kitabdan iqtisadiyyatı müstəqil surətdə öyrənmək istəyənlər də istifadə edə bilər.

İSBN 9952-8051-0-1


0605010407

655(07)-2004




Mündəricat
I Fəsil 9

İqtisadiyyat nədir?

Məhdudluq

İstehsal imkanları əyrisi

Alternativ dəyər

Seçim


İstehsal amilləri

Fayda və səmərəlilik


II Fəsil 25

Nə? Necə? Kim?

İqtisadi sistemlər

İstehlakzının davranışı

Tələb nədir?

Təklif nədir?

Bazar tarazlığı

Tələbin elastikliyi


III Fəsil 55

Başlıca sosial məqsədlər

İqtisadi təfəkkür

Rəqabət və bazar

Bazarın dayanıqsızlıq halları

Düvlətin iqtisadiyyatda rolu


IV Fəsil 79

Bazar modelləri

Sahibkarlıq

Firmanı necə yaratmalı?


V Fəsil 95

    İstehsal məsrəfləri

    Nəyə görə xərcləyirik?

    Niyə  xərcləyirik?

    Nə qədər xərcləyirik?

    İstehsal neçəyə başa gəlir?



VI Fəsil 111
Əmək resursları-bu bizik!

Hər  kəsə əməyinə görə! Və ya  bazar  qüvvələri


əmək haqqını necə müəyyənləşdirir.

Əmək resurslarının təkamülü (tədriji inkişafı)

Əməyin diskriminasiyası.
Əmək haqqına təsir göstərən digər qeyri - bazar qüvvələr

Əməyin stimullaşdırılması


VII Fəsil 127

«Makroiqtisadiyyat» nəyi öyrənir?

Dairəvi axınlar

Makroiqtisadi nəticələri necə ülzməli?

Milli gəlir, məşğulluq və iqtisadi sabitlik

ÜDM və ÜMM «ikili hesabın» istinası


VIII Fəsil 145

Başlıca iqtisadi məqsədlər

Tam məşğulluq

Qiymətlərin sabitliyi

İqtisadi artım

Nəyə görə makroiqtisadçıların fikirləri üst-üstə düşmür?


IX Fəsil 161

Pul – bu hər şeydir

Pul və onun funksiyaları

Mübadilə və mübadilə vasitəsi

Monetarist monetar siyasət

Pul kütləsi və onun aqreqatları

Milli Bank pul kütləsini necə tənzimləyir?
X Fəsil 175

Dövlət büdcəsi və vergilər

Büdcə quruculuğu

Büdcə gəlirləri

Büdcə xərcləri

Vergi sistemi

Vergilər və onun növləri

Vergi dərəcələri


XI Fəsil 191

Beynəlxalq iqtisadiyyat

Xarici ticarət dövriyyəsi

Mütləq və müqayisəli üstünlüklər

Təbii və əldə edilmiş üstünlüklər

MÜƏLLİFLƏRDƏN
Biz, bu dərsliyin müəllifləri ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının (NCEE) 1998/1999-cu illərdə keçirdiyi «Təlimçilər üçün təlim» proqramının məzunlarıyıq. Bu baxımdan, Sizlərə təqdim etdiyimiz dərs vəsaiti üzərində işləyərkən NCEE-nin metodikasından bəhrələnmiş və bu kitabı müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırmağa çalışmışıq. Bu dərs vəsaitinin hazırlanması ideyası da elə o vaxtdan başlanmış və onun üzərində iş nəşrə təqdim olunana qədər davam etmişdir. Bu dövrü biz nəzəri biliklərimizi praktiki müstəvidə sınaqdan keçirməyə sərf eləmişik. Bu məqsədlə 2000-ci ildən başlayaraq hər il orta məktəblərin riyaziyyat, tarix və coğrafiya müəllimləri üçün keçirilən seminarlarda təlimçi statusunda çıxış etmiş və 100-dən çox orta məktəb müəlliminin ixtisasını dəyişib «İqtisadiyyata giriş» fənnini tədris etməsinə elmi və metodiki yardım göstərmişik. Bununla yanaşı ötən dövr ərzində keçirdiyimiz bir neçə təlim kurslarına universitetlərin və ixtisasartırma institutlarının müəllimləri də cəlb olunmuşdur. Sonuncu belə tədbir İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilati, ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının metodiki və maliyyə dəstəyi ilə 2004-cü ilin 18-24 avqust tarixində keçirilmişdir. Bu dərs vəsaitinin hazırlanmasında həmin tədbirlərin dinləyicilərinin istəyi, rəyi və təklifləri kifayət qədər əhəmiyyətli rol oynamışdır. Belə ki, kitabın «Ekspert» jurnalının 2000-ci il 1-12-ci saylarında dərc olunmuş mətninin surəti həmin seminarlarda müxtəlif (orta və ali) ixtisas səviyyəli dinləyicilərə paylanmış və onların rəyləri əsasında daha da təkmilləşdirilmişdir.

Dərs vəsaiti 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Elmi-Metodik Şurası tərəfindən «İqtisadiyyata giriş» fənni üzrə təsdiq olunmuş proqram əsasında hazırlanıb. Biz bu vəsaitin tədrisinə kömək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası «İqtisadiyyat» bölməsinin 25.10.2002-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş (protokol №3) «İqtisadiyyata giriş» fənninin tədrisinə dair» Metodik Göstəriş hazırlayıb, onu Nazirliyin Metodiki Şurasının qərarı ilə 2003-cü ildə nəşr etdirmişik.

Oxuculara ünvanlanan bu kitab yalnız formatı ilə deyil, həmçinin məzmunu və eləcə də onun daha asan mənimsənilməsi üçün dili, izahatı, təqdimatı ilə fərqlənir. On bir fəsildən ibarət olan dərs vəsaiti iqtisadiyyata girişə dair ən ümumi və zəruri bilgilər əldə etmək istəyənlər üçün faydalı tədris mənbəyi sayıla bilər.

Kitabın mündəricəsini şərti olaraq dörd hissəyə bölmək olar. Birinci hissədə iqtisadiyyata girişin ən ümdə məsələləri və kateqoriyaları (məsələn, seçim və alternativ dəyər, məhdudluq, tələb və təklif, tarazlıq, elastiklik, bazar, rəqabət) izah olunur, ikinci hissədə mikroiqtisadiyyatın sahibkarlıq fəaliyyəti və firmalar, istehsal amilləri, əmək resursları, istehsal xərcləri və gəlirlər kimi məsələləri şərh edilir. Üçüncü hissə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proseslərdən bəhs edir. Nəhayət, dərs vəsaitinin sonuncu hissəsi beynəlxalq iqtisadiyyat məsələlərinin qısa şərhi ilə başa çatır.



Zəruri qeyd: rica edirik nəzərə alasınız ki, bu kitab dərs vəsaiti kimi müəlliflərin ilk işidir, çox güman ki, bu səbəbdən vəsait heç də nöqsansız deyil. Çox istərdik ki, kitabın çatışmayan cəhətləri, qüsurları barəsində irad və təkliflərinizi bu ünvana: AZ 1001, Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 40a («Ekspert» jurnalı redaksiyası, əlaqə telefonları – 498 44 31, 492 20 21, e-mail: ekspert@azeronline.com ) göndərəsiniz. Nəzərə alın ki, Sizlərin belə alicənablığı bizim gələcək fəaliyyətimizə xeyli fayda gətirər və bu işin davamı olaraq dərcini yaxın vaxtlarda planlaşdırdığımız yeni və daha təkmil dərslik və ona əlavələr (tapşırıqlar, testlər və s.) hazırlanmasına qiymətsiz töhfə olar.

Əvvəlcədən təşəkkür edirik.



Redaktordan
İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat elmi də özünəməxsus kateqoriyalara, qanunauyğunluqlara malikdir, bu elm sahəsində də çox müxtəlif nəzəriyyələr mövcuddur. Hətta iqtisadçı olanların belə həmin nəzəriyyələrin hamısını kamil öyrənə bilməsi müşkül məsələdir.

Bununla belə, iqtisadiyyat elm olmaqla bərabər, həm də bizim hər birimizin gündəlik həyatımızın, yaşayışımızın əsasıdır. Ona görə də hər kəsin öz güzəranını daha yaxşı qura bilməsi üçün gündəlik həyatda üzləşdiyi bir sıra sadə iqtisadi qanunauyğunluqları başa düşməsi və dərk etməsi mühüm əhəmiyyət kəsb edir. Buna cəhd göstərən hər kəsə «İqtisadiyyatın əsasları» adlı bu dərs vəsaiti əvəzsiz yardımçı ola bilər.

Əslində bu kitabı «İqtisadiyyatın «əlifbası» da adlandırmaq olardı. Çünki, «Əlifba» müəyyən dildəki sözləri əmələ gətirən hərfləri öyrətdiyi kimi, bu kitabda da iqtisadiyyatın konstruksiyasını əmələ gətirən və bu baxımdan, obrazlı desək, iqtisadiyyatın «hərfləri» adlandırıla biləcək iqtisadi kateqoriyalar, iqtisadi münasibətlərdən yaranan hadisə və proseslər hər kəsin asan başa düşəcəyi sadə şəkildə izah edilir və şərh olunur.

Son illər ölkəmizdə iqtisadiyyatın öyrənilməsinə və tədrisinə marağın müəyyən qədər artması ilə əlaqədar olaraq ali və orta ixtisas məktəblərinin tələbələri üçün, habelə orta məktəbin yuxarı siniflərində tədris edilmək məqsədilə iqtisadiyyata dair bir sıra dərsliklər və dərs vəsaitləri nəşr edilmişdir. Geniş oxucu kütləsinin rəyinə əsaslanaraq deyə bilərik ki, onların əksəriyyətinə xas olan dil mürəkkəbliyi və iqtisadi hadisə və proseslərin son dərəcə «akademik» şərhi materialların dərk edilməsini çətinləşdirir. Sizə təqdim olunan bu dərs vəsaiti isə, hətta əsasən eyni mövzulardan bəhs etməsinə baxmayaraq, onlardan keyfiyyətcə xeyli fərqlənir. Bu kitabda dilin sadəliyi, materialların şərh edilməsi üslubunun orijinallığı, iqtisadi hadisə və proseslərin təqdim edilməsində sistemliliyin, ardıcıllığın və səbəb-nəticə əlaqələrinin gözlənilməsi, adi gündəlik həyatımızdan çoxlu sayda misalların gətirilməsi, əyani vasitələrin (sxemlər, şəkillər, modellər, qrafiklər və s.) zənginliyi xüsusilə diqqəti cəlb edir. Kitabda bütün iqtisadi hadisə və proseslər, iqtisadi kateqoriyalar hər kəsi düşündürəcək sadə suallar və onlara verilən cavablar formasında şərh edilir. Bütün bunlar isə təqdim edilən materialların hamı tərəfindən anlaşılmasını və asan dərk olunmasını təmin edir. Bunu müəlliflərin uğuru hesab etmək olar.

Dərs vəsaiti qeyri-iqtisad ali və orta ixtisas məktəblərinin tələbələri, orta məktəbin yuxarı sinif şagirdləri və orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulsa da, bu, iqtisadiyyatı müstəqil şəkildə öyrənmək istəyənlər üçün də əvəzedilməz bir vəsait olacaq. Tam əminliklə söyləmək olar ki, bu vəsaitdən iqtisad ali məktəblərində «İqtisadi nəzəriyyə» kursunu öyrənən aşağı kurs tələbələri də lazımınca faydalana biləcəklər.

Dərs vəsaitinin özünəməxsus cəhətlərindən biri də onun üslub və məzmun baxımından Avropada və Amerikada tədris edilən «Ekonomiks» dərsliklərinə uyğunluğudur. Lakin, son illər müxtəlif dillərdən dilimizə tərcümə edilən həmin dərsliklərdən fərqli olaraq bu dərs vəsaitində konkret hadisə və proseslərlə bağlı istifadə olunan misal və nümunələr bizim gündəlik üzləşdiyimiz hadisələrdən götürülüb ki, bu da kitabın ruhunu oxuculara daha da yaxınlaşdırır.



Birinci fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • İqtisadiyyat nədir?




  • Məhdudluq




  • İstehsal imkanları əyrisi




  • Alternativ dəyər




  • Seçim




  • İstehsal amilləri




  • Fayda və səmərəlilik

İnsan həyatını iqtisadiyyatsız təsəvvür etmək olmaz. Hərçənd, bizim çoxumuz, hətta müəyyən qədər təhsil görmüş olsaq da, iqtisadiyyatın həyat tərzinin əsasını təşkil etdiyini nəzərimizə gətirmirik. Robinzon Kruzonu xatırlayırsınızmı? O, gəmisi qəzaya uğrayıb kimsəsiz bir adaya düşənədək, iqtisadi çətinliyi dəf etmək haqqında düşünmürdü. Ancaq zərurət onu bunu anlamağa vadar etdi. Və ən maraqlısı budur ki, insan bu barədə - iqtisadiyyat qanunları haqqında müəyyən biliyə sahib olmadan iqtisadi tələblərə əməl etməli olur. Yaşayış bunu tələb edir.

Bax, bizlər orta məktəbi bitirməmiş sərbəst yaşamaq, müstəqil olmaq istərdik.

Elə ki, orta təhsili başa çatdırdıq, özümüzə sənət seçmək, ömür yolumuzun sonrakı illəri haqqında çətin fikrə gəlməli oluruq. Kimisi elm adamı, başqası rəssam, kimlər isə sahibkar və ya həkim, jurnalist və ya menecer olmaq istəyir. Doğrusu, bu peşələr haqqında anlayışımız çox bəsit olur. Əslində, həkim olmaq istəyən kəs heç öz orqanizminin funksiyalarını yaxşı bilmir. Çünki, biz bu peşələr haqqında hələlik ümumi anlayışa malikik.

Bundan narahatçılıq keçirməyə dəyməz, hər şeyin öz vaxtı var. Elə iqtisadi bilikləri qavramağın, istəkləri reallaşdırmağın özü də bəşəri bir tələbdir. Bəşəriyyətin səhəri açılandan, lap ibtidai dövrlərdə də adamlar yaşamaq üçün müəyyən məqsədlər, vasitələr, üsullar axtarıb tapmalı olmuşlar. Yaşamaq üçün mübarizə həmişə olub, var və olacaqdır. Bunsuz həyat amorf-ətalət siqlətli, mənasız bir şey olardı.

Belə müdrik söz var: iştah dişin altındadır. Götürək iqtisadiyyatı. Biz iqtisadiyyatın nə olduğunu o zaman dərk edirik ki, pul qazanırıq və onu xərcləməli oluruq. Necə qazanmalı və necə xərcləməli - bu həyata maraq doğurur.

Çoxəsrlik bəşər tarixi bu suallara saysız-hesabsız, bir-birinə bənzəməyən cavab axtarışı ixtiyarındadır.

İnsanlar yaşamaqla bağlı istəklərini reallaşdırmaq üçün hər şeyə əl atıblar: qanlı, talanlı müharibələr ediblər. Lap elə bu günümüzə nəzər salaq. Qarabağ müharibəsi -xalqımızın ağrılı-acılı, yaralı yeridir. Erməni separatçıları namərdlik edərək, öz çoxdankı istəklərinə qovuşmaq üçün - ərazi iddialarını reallaşdırmaq, münbit torpaqları ələ keçirmək məqsədilə qonşusu Azərbaycanın ərazisinin beşdə birini işğal etmişlər. Bu ədalətsiz istəkdir. İmperiya - iddialı hakim dairələr xalqları dəfələrlə belə fəlakətlərə düçar etmiş, sonda özləri də məhvə məhkum olmuşlar. Tarix güzəranın yaxşılaşması üçün müharibələrin labüd olmadığını çoxdan sübut edib.

Əmin-amanlıqda yaşamaq üçün mütərəqqi məqsədlər və vasitələr var: insan əməyini yüngülləşdirmək, zəhmət müqabilində daha çox fayda-mənfəət əldə etmək üçün yeni texnika, texnologiya ixtira etmək, biologiyanı insanın sağlam böyüməsinə yönəltmək, tibbi nailiyyətlərlə nahaq ölümlər üzərində zəfər çalmaq və s.

Bir sözlə, elm və həyat təcrübəsi sübut edir ki, rifahın, dolanışığın səviyyəsi-ölkə vətəndaşlarının əmtəə istehsalının, xidmətinin yaxşı təşkili ilə bağlıdır. Yalnız belə olduqda insanlar rahat, təhlükəsiz həyat sürə bilər və hərtərəfli təmin olunar.

Nəinki, iqtisadçı alimlərin nəzəri fikirləri, lap bizim gözümüz qarşısında baş verən möcüzəli hadisələr-sıçrayışlı inkişaflar da bunu təsdiq edir.

Bir vaxtlar ölkənin varı - təbii sərvətlərin, resursların zənginliyi ilə, münbit torpaqların çox olması ilə, bol suyun, meşələrin mövcudluğu ilə müəyyən edilirdi.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra ictimai-iqtisadi inkişafın yeni vüsəti bu fikrə ciddi düzəliş verdi. Cənubi-Şərqi Asiyanın təbii sərvətlər cəhətdən heç də zəngin olmayan ölkələrində bənzərsiz sıçrayışlar qeydə alındı. Doğrudur, təbii sərvətlərin çoxluğu həyat tərzinin yüksəlməsi üçün mühüm istehsal amillərindən biridir. Ancaq nəinki bu resurslar tükənəndən sonra, hətta bunların mövcudluğu şəraitində də belə ölkələr zamanın inkişafı ilə ayaqlaşa bilirlər. İki ölkənin həyatına - zəngin sərvətli şimal qonşumuz Rusiyanın və təbii sərvətlər sarıdan kasıb-kasad ölkə sayılan Yaponiyanın inkişaf səviyyəsinə nəzər salaq: birində rifah səviyyəsi aşağı, digərində isə yüksəkdir.

Bəs, rifah səviyyəsi özü nə deməkdir?




Рифащ сявиййяси - юлкя вятяндашларынын ямтяя, хидмят, ращат вя тящлцкясиз щяйат тярзи иля тямин олунма дяряъясидир.



Rifah səviyyəsi - əhalinin həyat şəraitinin və tələbatlarının ödənilməsinin sosial-iqtisadi xarakteristikasıdır. BMT-nin tövsiyələrinə əsasən rifah səviyyəsi aşağıdakı elementlərin sistemini əks etdirir: sağlamlıq, o cümlədən demoqrafik şərait, qidalanma, geyim, istehlak və yığım fondları; əmək şəraiti, məşğulluq, əməyin təşkili; təhsil, o cümlədən savadlılıq; mənzil təminatı; sosial təminat; insan azadlıqları. Rifah səviyyəsinin beynəlxalq (ölkələrarası) müqayisəsi üçün BMT “İnsan İnkişafı İndeksi (İİİ)” adlanan göstəricidən istifadə edir.

Bu indeksin hesablanması üçün 3 göstərici əsas götürülür:

-adambaşına düşən ÜDM;

- savadlılıq səviyyəsi;

-orta ömür müddəti.

Birinci göstərici üzərində sonrakı fəsillərdə geniş dayanacağıq.

BMT İnkişaf Proqramının Qlobal İnsan İnkişafı (Qİİ) hesabatlarında Azərbaycan İİİ-nin reytinqinə görə, 1995-ci ildə 110-cu (həmin ildə Türkiyənin reytinqi 69, Rusiyanın 72, Gürcüstanın 108, Ermənistanın isə 99 olub), 1997-ci ildə 103-cü, 1998-ci ildə 107-ci, 1999-cu ildə 110-cu, 2000-ci ildə 90-cı, 2001-ci ildə 79-cu, 2002-ci ildə 88-ci, 2003-cü ildə 91-ci yerdə dayanıb.

İİİ-nin səviyyəsinə görə ölkələr 1-dən (insan inkişafının ən yüksək səviyyəsi) 174-dək (insan inkişafının ən aşağı səviyyəsi) aralığında sıralanır.

Bəs, dolanışığın səviyyəsi nə ilə müəyyən edilir? Bu suala iqtisadiyyatın bəzi anlayışlarını öyrənəndən sonra cavab axtaracayıq.
MƏHDUDLUQ
Bəllidir ki, dünyada heç bir dövlət və heç kim bütün istədiklərinə sahib ola bilmir. Sadəcə olaraq, nemətlər hamıya çatmır. Çünki, hamımızın  istəkləri qeyri-məhduddur. Xatırlayın ki, siz hər dəfə maüazada olanda  çoxlu və müxtəlif çeşidli mal  almaq istəyində olursunuz. Amma məhdud miqdarda mal  almaq imkanınız olur. Yaxud, biznesmen hər hansı bir məhsulu daha çox istehsal etmək istəyir, ancaq hər dəfə  ona nə isə mane olur. Bəzən, xammal, bəzən pul, bəzən də xırda bir hissə çatışmır. Resursların elə bir həddi mövcuddur ki, yalnız o çərçivədə insanların tələbatını ödəmək, maddi nemətlərin istehsalını və xidmətlərin fəaliyyətinı təşkil etmək mümkün olur. Başqa sözlə, ölkənin bütün əhalisi mövcud təbii və digər resurslardan istifadə etsə bu zaman istehsal nə vaxtsa dayana bilər. Bəs, nə etmək lazımdır? Yeganə çıxış yolu hər hansı bir məhsuldan çox istehsal etməklə kifayətlənmək deyil, mövcud resurslardan səmərəli istifadə yolu ilə fasiləsiz istehsalın yeni sahələri işə salınmalıdır. Deməli, insanların tələbatı sonsuz, onları təmin etmək üçün zəruri olan resurslar isə məhduddur. Hər bir  cəmiyyət, hər bir insan həmişə resursların və imkanların məhdudluüu problemi ilə rastlaşır. Onların hər birinin qarşısında daimi seçim problemi durur.

Seçim bizim həyatımızın əsasıdır.

Seçimin zərurətini ilk növbədə, bizim gəlirlərimiz, həyat şəraitimiz şərtləndirir. Əksər ailənin gəliri məhdud ölçüdədir. Kimdənsə borc götürməklə, eləcə də əmanətə qoyulmuş vəsaitlərdən istifadə etməklə vaxt darlıüı yaranır. Firmalarda da ailədə olduüu kimidir, onların da gəlirləri məhduddur. Onlar da kredit alır, dövlət büdcəsinə vergilər ödəyirlər.




İгtисаdиййаt - бизим сonсуз исtякляримизля мяhdуd имкаnларымызы даща йахшы неъя бирляшдирмяк щаггында елмdир.

İndi isə iqtisadiyyatın əsas anlayışlarından daha birini öyrənmək üçün belə bir misala nəzər salaq.

Tutaq ki, saatınız yoxdur və onu  almaq üçün pul yıümaq qərarına gəlmisiniz. Siz pul toplamaqda olduüunuz vaxt fotoqrafiyaya aludə olursunuz və fotoaparat almaq fikrinə düşürsünüz. İndi tutaq ki, sizin pulunuz var. Lakin, vəsaitiniz ya saat, ya da fotoaparat almaüa bəs edir, hər ikisini almaüa çatmır. Siz seçim qarşısında qalırsınız. Əgər saat alsanız, onda fotoaparatla şəkil çəkmək həzzindən imtina etməlisiniz.

İqtisadçılar əldən verilmiş imkanların miqdarını alternativ dəyərlə ifadə edirlər.




Aлtерnаtив dяйяр - сизиn еhtийаtdа саxлаdыüыnыз вя алмаг исtяdийиnиз малыn  гиймяtиля юлчцлцр.


Seçim problemi dövlətin, firmanın, eləcə də insanların ən çətin problemlərindən biridir. Belə ki, istəklərin çoxluüu, resursların isə məhdudluüu sizi  həmişə müxtəlif  variantlar arasından birini və ya bir neçəsini seçməyə məcbur edir. Firma öz məhsul və xidmətini qəzetdə, radioda, televizorda reklam edə bilər. Amma, çox nadir hallarda firma hər üç informasiya vasitəsindən istifadə edir. Çünki bunun üçün çoxlu xərc tələb olunur. Televiziyanı seçirsə, onda radioda da yerləşdirilmiş reklamın səmərəsi azalır.

Hökumət də bütün dövrlərdə seçim qarşısında durur. Büdcə vəsaitlərini hara xərcləməli? Hazırki şəraitdə büdcə  vəsaiti küçələrin işıqlandırılmasına və ya ordunun möhkəmləndirilməsinə yönəldilməlidir? Lakin bunun hər ikisinə pul çatmır. Belə olan halda, silahlı qüvvələrini möhkəmlədən hökumət küçələrin işıqlandırılması imkanlarını itirir və yaxud da əksinə. Bu da seçimin alternativ dəyəridir. Siz hərdən həyətdə futbol oynamaq qərarına gəlirsinizsə, sabahkı dərslərə hazırlaşmaq imkanlarını itirirsiniz. Deməli, oyunun ləzzətinin alternativ dəyəri sabah dərslərdən qeyri-kafi qiymət almaüa səbəb olur.


чимиn dяйяри - еля эялири, hяйаtи nемяtляри, ямtяя вя xиdмяtляри xаракtеризя еdир ки, биз сечdийимиз башга вариаntларdа fяалиййяtя цсtцnлцк верdийимизя эюря onлары ялdя еdя билмирик.



Belə güman edək ki, insanlar aüılı ilə hərəkət edir, daha irəli gedir, təklif olunan müxtəlif variantlardan daha çox fayda gətirəni seçir və həmişə belə olurmu? Əgər ötən həftə ərzində fəaliyyətinizə nəzər salsanız görəcəksiniz ki, əldən buraxdıüınız imkanlar sizin üçün iri məbləüləri ifadə edir. İnsanlar seçimini düşünərsə, alternativ dəyərin dərk edilməsi onlara gələcək həyatında xeyli kömək göstərər. Seçimin və alternativ dəyərin zəruriliyini və  səmərəsini cədvəl və qrafikin köməyi ilə təsvir edək. Bu qrafik iqtisadi ədəbiyyatlarda istehsal imkanları əyrisi adlanır. Belə qrafik vasitəsilə seçim və alternativ dəyərin zəruriliyi və səmərəliliyi nəzərə çatdırılır. Lakin, qrafikə keçməmişdən əvvəl bir lətifə və onun üzərində qurulmuş misala nəzər salaq.

Yeri gəlmişkən qeyd edək ki, iqtisadçılar digər alimlərlə müqayisədə "fərz edək ki" sözünü daha çox işlətməyi sevirlər. Ona görə də onların leksikonunda bu sözə tez-tez rast gəlmək olur. Hətta bu barədə məşhur lətifə də mövcuddur: deyilənə görə kimyagər, fizik və iqtisadçı yarüan boyunca yol gedərkən birdən dərin çökəkliyə yıxılırlar. Bu çökəklikdən çıxmaüın çətinliyini dərk edəndən sonra oturub nə etmək barəsində fikirləşirlər. Vəziyyətdən çıxış yolu onların hər biri tərəfindən düşünülür. Əvvəlcə kimyagər deyir: "Əgər məndə kükürd və bəzi maddələr olsa idi, ondan partlayıcı maddə düzəldib qayanı partladaraq, yolumuzu açardım”. Fizik deyir: "Əgər məndə uzun taxta lövhə və hamar daş olsa idi, ondan tramplin düzəldərdim. İkimiz şalbanın bu başına bərk zərbə endirər, tirin digər tərəfində olanı yuxarı tullayardıq. O da kənara çıxaraq yerdə qalanları çəkib çıxarardı". Növbə iqtisadçıya çatanda, o deyir: "Gəlin, fərz edək ki, biz burada yoxuq."

Beləliklə də bizim sevimli sözümüzdən istifadə edərək, fərz edək ki, yaşadıüımız kiçik ölkədə yalnız iki növ məhsul istehsal olunur: velosiped və paltar. Mütəxəssislərin hesablamalarına görə, ölkədə mövcud olan zəruri resursları, o cümlədən bütün əmək qabiliyyətli əhalini bu məhsulun istehsal sferasına cəlb etməklə ildə 100 min ədəd velosiped buraxmaq olar. Yox, əgər bütün mümkün resursları yalnız paltar istehsalına yönəltsək, onda  buraxılışın miqdarı  il ərzində maksimum 800 min ədədə çata bilər.

Başqa bir variantda isə həmin resursları sözü gedən iki məhsul arasında bölüşdürməklə eyni vaxtda hər iki məhsulun istehsalını  təşkil  etmək mümkündür. Müxtəlif variantlara uyüun gələn istehsal proqramı 1 saylı cədvəldə təsvir edilir.

Cədvəl 1



İstehsalat imkanları şkalası

Variantlar

Velosiped, min ədədlə

Paltar, min ədədlə

1

100

0

2

80

500

3

60

650

4

40

700

5

0

800

Cədvəl məlumatlarından istifadə etməklə istehsal imkanları əyrisini aşağıdakı formada qurmaq  olar.


Velosiped (min.ədədlə)

1


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin