Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Əxlaq pozğunluğu cəmiyyətin xəstəliyinə çevrilir



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix28.12.2016
ölçüsü3,87 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

Əxlaq pozğunluğu cəmiyyətin xəstəliyinə çevrilir 

 

Tarixi araşdırmalarda keçmişin iyrənc izləri arasında əxlaq pozğunluğunun da 



ciddi qüsur olduğu aşkara çıxır, ona görə də qəddarlıq nümunələri kimi, o da mövcud 

olduğu cəmiyyətə ar, biabırçılıq xüsusiyyətləri bəxş edir. Bəzi qədim xalqlarda 

qanqarışdırıcı intim əlaqə yalnız yuxarı sinif arasında davam etsə də, aşağı siniflər 

arasında yayılmırdı. Qədim Misirdə faraonlar sülalənin qanının təmizliyini qorumaq 

üçün öz doğma bacıları ilə evlənirdilər. Bu təcrübə faraonlar yoxa çıxsa da, b.e.ə. I əsrə 

qədər davam etmişdi. Çünki VII Kleopatra (b.e.ə. 69-30-cu illər) Böyük Aleksandrın 

ordusunun sərkərdələrindən biri və o, öləndən sonra Misirdə çarlıq edən Ptolomeyin 

sülaləsinin davamçısı olsa da, özündən kiçik qardaşının arvadı olmalı idi. Sezarın 

müdaxiləsi ilə Kleopatra taxt-taca sahib olduqdan sonra qardaşı da öldürülməklə, bu 

məsələ öz “uğurlu” həllini tapmışdı. Kleopatra əvvəlcə Sezarın məşuqəsi, sonra isə 

Mark Antoninin arvadı olmuşdu.  

Yəqin ki, bu qədim ənənənin təsiri altında Misirdə sevgililər bir-birinə “qardaş” 

və “bacı” kimi baxırdılar, baxmayaraq ki, qardaş-bacı nikahı ölkənin çar ailəsi ilə 

məhdudlaşırdı. Bibliyanın “Şərqilər şərqisi” kitabında da çar Solomon üzüm bağında 

vurulduğu sadə kəndin qızı Sulamitə başqa əzizləyici adlarla yanaşı, “bacı” deyə 

müraciət edir. Görünür, bu ənənə Misirin sərhədləri daxilində qapılıb qalmamışdı.  

Yunanıstanda əsasən ordudan gələn təsirlər hesabına homoseksual əlaqələr adi 

hal sayılırdı, yaşlı döyüşçülərin öz himayələrində olan gənc döyüşçülərlə belə əlaqəyə 

girməsi çox geniş yayılmışdı. Böyük Aleksandrın da dostu Hefestionla yaxınlığı sirr 

deyildi, Roksanaya evlənəndən sonra da bu əlaqə davam edirdi və bu oğlanın vaxtsız 

ölümünə Aleksandr öz şəxsi faciəsi kimi yanaşmışdı. Spartada isə qadınlar intim 

yaxınlıq məsələsində tam sərbəst idilər, gənc qızlar isə çılpaq şəkildə öz həmyaşıdları 

olan oğlanlarla birlikdə məşq edirdilər.  

Qədim Romada b.e.ə. II əsrindən başlayaraq əxlaq pozğunluğu “geniş vüsət” 

aldı. Böyük Katon kimi əxlaq təmizliyi uğrunda mübarizə aparan fədailər bu məsələdə 

bütün günahları yunanların mənfi təsirində görürdülər. Mədəniyyətcə xeyli yuxarıda 



175 

 

dayanan yunanlar öz sivilizasiya nemətlərini romalılara ixrac edirdilər və bu 



mübadilədə, qəribə də görünsə, əxlaqın möhkəmliyinə xələl gətirən cəhətlər də yer 

tutmamış deyildi. Roma respublikasında yüksək vəzifəli xadimlər siyasi ittifaqlar 

naminə bir-birinə hətta uyğun gəlməyən qohumluq, izdivac əlaqələrinə girirdilər, 

bundan fayda götürürdülər.Siyasətçilər, məsələn, Avqustun özü də bunu etmişdi, hətta 

başqasının arvadını boşatdırıb onunla evlənirdilər, ancaq bu əxlaqa zidd qayda nikah 

sferasından uzağa getmirdi.  

İmperatorların dövründə isə əxlaqsızlıq vakxanaliyası başlandı və getdikcə daha 

biabırçı formalar kəsb etməyə başladı. Əvvəlki şəhvət macəralarına baxmayaraq, 

əxlaqın keşiyində dayanması ilə öyünən Avqustdan sonra imperator Tiberi qoca 

vaxtında Kapri adasında əxlaqsızlıq yuvası quraraq, cavan qızlarla və oğlanlarla kef 

edirdi. Kaliqula öz bacıları ilə, Neron öz anası ilə intsest – qanqarışdırıcı əlaqəyə 

girmişdi. Onlara qədər qan yaxınlığı əlaqələri və nikah yalnız qullara məxsus idi. Hər 

cür məhrumiyyətlərin acığına onlar bunun fərqinə varmırdılar və heç olmazsa bu 

sferadakı sərbəstliklərindən təsəlli tapırdılar.  

İmperator Klavdinin arvadı Messalina təkcə pozğunluq rəmzi olaraq qalmırdı, 

dövlətin qüvvədə olan qaydalarına ağır zərbə vurmaqdan da çəkinmirdi. O, başqa bir 

fahişə qadınla bir sutka ərzində pozğunluq marafonunda yarışa girməklə 

kifayətlənməyib, imperator əri sağ ola-ola, yalnız şəhərdən kənarda olmağına görə, 

nümayişkaranə şəkildə Sili adlı qəşəng kübar oğlana ərə getmişdi. O, yəqin ki, imkan 

olsaydı heç qədim yunan mifologiyasındakı Kritə Minotavrı doğub bəxş edən 

Pasifayanın da biabırçı hərəkətinin təqlidindən çəkinməzdi.  Küt Klavdi isə nə baş 

verdiyini anlamırdı, axı o, ağıldan zəif idi. Uşaq vaxtı onu çirkin hesab edən anası 

mübaliğəyə yol vermədən demişdi ki, təbiət onu yaratmağa başlasa da, bu işi başa 

çatdırmamışdı. Ona görə də səfeh imperator arvadı barədə bu xəbəri eşidəndə qorxuya 

düşərək, özünün hələ vəzifədə qalıb-qalmadığını da soruşmuşdu.  

Ərinin razılığı olmadan Messalina öldürüldükdən sonra, gənc dul qadın olan 

Aqrippina oğlu Neronu hakimiyyətə gətirmək üçün öz doğma əmisi olan həmin 

imperatora ərə getməyə nail olmuşdu. Roma qanunları belə izdivacı qadağan etsə də, 

Aqrippinanın qurduğu tələ hesabına senatorlar iradəsiz Klavdini belə biabırçı nikaha 

girməyə məcbur etmişdilər. Messalinanın açıq fahişəliyinə dözən imperator özü də 

cavan qardaşı qızının məlahətindən və saraya gəlib tez-tez onu guya qardaşı qızı kimi 

öpməsindən, şirnikləndirməsindən yayına bilmirdi. Sonralar, yəqin ki, öz təzə arvadı 

Aqrippinanın iştirakı ilə Klavdi zəhərlənib öldürüldükdə, bu qadının planı baş tutdu və 

oğlu yeniyetmə Neron taxt-taca çıxdı.  

Neronun qısa ömrü əsl əxlaq pozğunluğu müntəxəbatı hesab oluna bilərdi. O, 

qıza evləndiyi kimi, cavan oğlana da ərə getmişdi. Ümumiyyətlə o, zinakarlıqda heç bir 

hədd tanımırdı.  

Mark Avreli kimi nəcib imperatorun və böyük filosofun oğlu olan Kommod 

(161-192-ci illər) taxt-taca çıxdıqdan sona hər cür əllaməliklərlə məşğul olurdu, öz bacısı 

ilə intim yaxınlıq edirdi. Qladiator döyüşlərində bilavasitə iştirak edirdi. O qədər 

həyasızlaşmışdı ki, Romanın adını dəyişib, şəhərə öz adını vermək istəyirdi.  

14 yaşında imperator olan Eloqobal (204-222-ci illər) daha çox öz pozğunluğu ilə 

“şöhrət” tapmışdı. Bu səfeh yeniyetmə dövlətin pulunu israf edir, əxlaqsızlıq orgiyaları 


176 

 

təşkil edirdi. Sələfi Neron kimi qeyri-ənənəvi cinsi oriyentasiyasına görə ən eybəcər 



pozğunluqdan həzz alırdı.  

Bu həmin Roma idi ki, burada vaxtilə bir kübar qadının çarın oğlu tərəfindən 

zorlanmasına görə qiyam qalxmış, xalq qisas naminə təkcə çar Məğrur Tarkvinini və 

onun ailəsini şəhərdən qovmaqla kifayətlənməmiş, həm də monarxiyanı bütünlüklə 

ləğv etməklə etruskların ağalığına da (son üç Roma çarı etrusk idi) son qoymuşdu. Bu 

hadisə b.e.ə. 510-cu ildə baş vermişdi və bu vaxt Romada hakimiyyətin respublika 

forması qurulmuşdu. Zorlanan qadın Lukretsiya nə baş verdiyini atasına, ərinə və 

onların dostlarına söylədikdən sonra, digər ərli qadınlara qeyri-bakirəlik, namussuzluq 

nümunəsi olmaqdansa, özünü intihar etmək yolunu tutmuşdu. Namuslu bir qadın 

kimi, ləyaqətini itirmiş olmaqdansa, öz həyatına qəsd etməyi seçən Lukretsiya bir təmiz 

və cəsarətli qadın modelinə, simvoluna çevrildi. Əxlaqsızlığa yol verən çar oğlu Sekst 

isə atası ölkədən qovulduqdan sonra öz köhnə düşmənləri tərəfindən qətlə yetirildi. 

Çarın devrilməsi və yeni quruluşun yaranması ilə Respublika erası meydana gəldi və 

onun ömrü beş əsr davam etdi.  

Roma respublikasında əxlaqsızlığa aparan xırda şlüzlərin də bağlanmasına fikir 

verilirdi, qadına qarşı ehtiras yaradan cəhətlər belə, diqqətdən yayınmırdı.  

Qadınların zinətə, dəbdəbəyə marağını zəiflətmək üçün də bir sıra tədbirlər 

həyata keçirildi. İkinci Puniya müharibəsi dövründə (b.e.ə. 218-201-ci illər) romalılar 

Oppian qanununu qüvvəyə mindirdilər. Bu qanunun prinsiplərindən əsas məqsəd 

qadınların malik ola biləcəkləri bəzəklərin sayını məhdudlaşdırmaq və həm də onların 

paltarlarının sayını azaltmaq idi. Böyük Katon bu qanunun ləğv edilməsini tələb edən 

və ona qarşı çıxan qadınlar barədə kəskin çıxışlar edirdi. O deyirdi ki, “Bizim 

əcdadlarımız heç bir qadına, hətta onun şəxsi işində də mühafizəsiz davranmağa icazə 

vermirdi. Onlar istəyirdilər ki, bunu da qadınlar atalarının, qardaşlarının, ərlərinin 

nəzarəti altında etsinlər”. Kişilərə müraciət edərək deyirdi ki, “Onlar sizinlə bərabər 

olmağa başlayanda sizdən üstün olacaqlar”,  sonra davam edirdi: “Əgər qanun 

arvadının xərclərinə məhdudiyyət qoymağı kəsirsə, sən heç vaxt bunu bərpa edə 

bilməyəcəksən”.  

İslam dininin beşiyi başında dayanan Məhəmməd peyğəmbər də sadə həyat 

tərzinə üstünlük verdiyi kimi, dəbdəbənin əleyhinə idi. Ona görə də İslamın ilk 

illərində müsəlmanlar arasında ipək paltar və qızıl bəzək şeylər yasaq sayılırdı.  

Onu da qeyd etmək lazımdır ki, antik dövrlərdə insan bədəninə münasibət də az 

əhəmiyyət daşımırdı. Yunanların və romalıların çoxuna görə insan bədəni gözəllik, 

sevinc və həzz mənbəyi hesab olunurdu. Qədim yunan heykəllərində və rəngkarlığında 

qadın və kişi bədəninin mütənasibliyi, hər cinsin özünə məxsus cazibədar cizgiləri 

xüsusilə nəzərə çarpdırılırdı. İstər, “Miloşlu Venera”da və ya “Disk atan” heykəlində 

bədənin ilham mənbəyi olması aydın surətdə özünü büruzə verir.  

Sonralar isə xristian dininin təsiri altında, əlbəttə, Renessansa qədər, bədənə 

münasibət xeyli dəyişikliyə məruz qaldı. Xristianların çoxu bədənə, ruhən Allaha 

birləşmək yolunda bir maneə kimi baxırdılar. Onlar elə bil ki, məşhur Orfeyin 

mahnısındakı “Bədən (soma) ruh üçün qəbirdir (sema-dır)” sözlərinin həyati refren kimi 

qəbul etmişdilər. Cinsi yaxınlıqdan imtina isə canın istəkləri üzərində qələbə hesab 

olunurdu və beləliklə, müqəddəsliyə yol açılırdı. Qədim yunanlarda isə əksinə, intim 


177 

 

yaxınlıqdan imtina bir cəza növü hesab olunurdu. Yunan komediyasının atası 



Aristofanın (b.e.ə. 445-385-ci illər) “Lisistrata” pyesində Afina qadınları ərlərini 

müharibədən çəkindirmək üçün sülh bərpa edilənə qədər onlarla intim yaxınlıqdan 

imtina etməyə söz vermişdilər.  

Eyş-işrət, əyləncə, kef ən möhkəm adamları da zəiflədir, onların ruhuna xətər 

toxundurmamış qalmır. Bu cəhət nəzərə alındıqda, bəlkə də erkən xristianların 

mövqeyinə o qədər də tənqidi yanaşmaq istəmirsən. İfrat rahatlığın, həzzlərə uymağın 

necə qorxulu olduğuna çoxlu misallar gətirmək olar. Hannibalın başçılığı altında Alp 

dağlarının sıldırım qayalarındakı aşırımları sərt iqlim şəraitində keçən Karfagen 

ordusunu nə ağır əziyyətlər, nə böyük məhrumiyyətlər, nə də hətta addımbaşı ölüm 

təhlükəsi belə əyə bilmədiyi halda, Kann qələbəsindən sonra Kapuyada qışı keçirərkən, 

bu dəfə görmədikləri və onlar üçün yad olmaqla, dəbdəbə xarakteri daşıyan həzzlə 

dolu günlər, bura qadınların iştirakı ilə olan məclislər də daxil idi, döyüşçülərin 

bədənini və ruhunu ciddi zəifləməyə məruz qoydu.  

Qədim Romanın tarixi isə göstərdi ki, dövlət özünün qədim nəcib ənənələri, 

ləyaqətləri və dəyərləri ilə vidalaşdıqca, ən eybəcər hisslər və ehtiraslar adamların 

davranışına, həyat tərzinə hakim kəsilir. Acgözlük, tamahkarlıq, sərvət düşkünlüyü 

artıq təkcə adamların deyil, bütövlükdə cəmiyyətin və dövlətin tənəzzülünü 

sürətləndirirdi. Romaya öz övladları xəyanət edir, onun respublika adlanan başını 

kəsməklə cəsədinə təcavüz etmək istəyirdilər. Katilina adlı kübar, ona xidmət göstərən 

qandan, məkrdən, hiylədən istifadə edərək, özünün iyrənc taxt-tacını qurmaq istəyirdi. 

O, heç bir mənəvi, əxlaqi hədd tanımırdı, ləyaqəti müdafiə edənlərin hamısını məhv 

etməyə hazır idi. Respublika quruluşu məhv edildikdə onun bütün qanunları da toza 

dönməli idi. Ölkədə təvazökarlıq, təmkinlilik, mərdlik əvəzinə həyasızlıq, pulla 

adamları ələ alma, tamahkarlıq yayılmağa başladı. Respublika quruluşuna qəsd 

hazırlayan Katilina həyasızlıqla bəyan edirdi ki, “ətrafımdakı gurlayan alovu mən 

xarabalıqlar altında basdıracağam”. Bu vaxt kasıb adamlar mənəvi cəhətdən 

pozulduqlarından ümumi xeyir haqqında deyil, öz gözlədikləri şeylər barədə düşünür, 

arzu etdikləri xoş gələcəyə ümid bəsləyirdilər. Onların çoxu özlərinə ziyan dəyməmək 

naminə hətta bütöv dövlətin dağılmasına üstünlük verirdilər.  

Əxlaqın pozulması Romanı taqətdən salırdı, digər amillərlə birlikdə dövləti və 

cəmiyyəti məhvə sürükləyirdi. Qədim Romada əxlaq əcdadların adətlərinə, qaydalarına 

əsaslanırdı, onları bir etalon kimi qəbul edirdi. Roma dünya dövlətinə çevrildiyindən 

onda alçaq ehtiraslar daha qızğınlıqla cövlan etməyə başladı, acgözlük xüsusi miqyasa 

yiyələndi. Bu dövrdə iki ehtiras – hakimiyyət hərisliyi və tamahkarlıq çox güclü idi. Bu 

iki qüsur bütün bəlaların mənbəyinə çevrildi, ilkin səbəbləri oldu. Cəmiyyət uzun bir 

pozulma yolunu keçməli oldu.  

Romanı pozan, dağıdan, məhvə sürükləyən hakimiyyət hərisliyi – ambitio və pul 

düşkünlüyü – avaritia cəmiyyətə meydan oxuyurdu. Onlardan pul hərisliyi hər cür 

cinayətlərin və zorakılığın baş alıb getməsinə səbəb oldu. Bizim eranın I əsrinin və II 

əsrin son onilliklərindən Romanın süqutuna qədər olan dövrün tarixi daha çox dəhşətli 

cinayətlərin, əxlaq pozğunluqlarının, harınlığın və eyş-işrətin biabırçı təsvirlərinin 

almanaxı idi.  



178 

 

İmperatorlar elə bil ki, quduz şəhvətdə və qəddarlıqda bir-biri ilə yarışa 



girmişdilər. Onların pozğunluğu bütün cəmiyyətə pozucu təsir göstərir, sotsiumun 

bütün hüceyrələrinə yayılırdı. “Nəcib imperatorlar”ın həyata keçirdiyi tədbirlər bu 

xəstəliyin şiddətini zəiflətsə də, onu sağalda bilmədi, sonra gələnlərin isə bir çoxu 

əvvəlki yola düşməklə iflas prosesini sürətləndirdilər. Eyş-işrətə qurşanma elə bil ki, 

nəsil artırmağı da yaddan çıxartdırmışdı. Romanın əhalisi sürətlə azalırdı, paytaxtı 

müdafiə etmək də çətinləşmişdi, onu qorumağa cavanlar da çatmırdı. V əsrdə Roma 

əhalisi I əsrə nisbətən yarıbayarı azalmışdı. Ona görə də Romanı işğal etmək barbarlara 

elə bir çətinlik törətmədi.  

Böyük ingilis şairi lord Corc Bayron Romanı xalqların Niobası adlandırırdı. 

Yunan mifologiyasında Fiva çarının arvadı olan Nioba çox övladı olması ilə öyünürdü. 

Yalnız iki uşağı olan Leto bunu özünə təhqir kimi qəbul etdi və onun övladları Apollon 

və Artemida buna görə oxla Niobanın 12 övladının hamısını öldürdülər. Bu ağır 

dərddən Nisoba daşa çevrildi. Roma da fəxr etdiyi hər şeyi, övladlarını, hətta öz 

varlığını da itirdi. Roma təkcə öz ərazilərini deyil, həm də özünün qiymətli ideyalarını, 

ruhunu itirdi. Müqəddəs Avqustin yaxşı demişdi ki, əgər Allahın yaratdığı məhv 

olursa, Romulun da yaratdığı məhv ola bilərdi. Ancaq ruh bədəndən ayrıldığı kimi, 

Romanın süqutundan min il sonra onun ruhu Renessans adı altında yenidən həyata 

qayıtdı. Antik dövrdən əxz edilməli olan irs isə bu ruhun böyüklüyünə dəlalət edən 

humanist ideyalar idi.  

Xristianlıq hakim dinə çevrildikdən sonra ailə münasibətlərinin möhkəmliyinə 

ciddi fikir verməyə başladı. IV əsrdən başlayaraq tselibat – nikahsızlıq qaydası 

keşişlərin üzərinə də yayılırdı. Bundan əvvəl isə rahiblər buna ciddi riayət etmək 

nümunəsi göstərirdilər. Onlar qadınların şirnikləndirməsindən, ehtiras alovunun onları 

qarsacağından qorxub, səhralara, dağlara çəkilir, cəmiyyətdən uzaqlaşaraq mağaralarda 

yaşayır, əsasən asket (guşənişin) həyat tərzi keçirirdilər. Çünki bakirəlik ən yüksək 

standart kimi qəbul olunurdu.  Müqəddəs Yeromi (375-420-ci illər) deyirdi ki, 

“Bakirəlik buğdadırsa, nikah arpadır, zinakarlıq isə inək peyinidir”. O vaxtdan ki, insan 

inək peyinini yemir, Yeromi onlara arpa çörəyi yeməyi müsaidə edirdi. Din xadiminin 

sözləri ona əsaslanır ki, iki ayaq üstə gəzən insanın qidası heç də heyvanlarınkından 

fərqlənmirdi, onlar zülal mənbəyi olan hər şeyi istehlak edirdilər.  

Müqəddəs Avqustinin (354-430-cu illər) baxışları da həmçinin cinsi əlaqə 

arzularına görə xristian kilsəsinin nəzər-nöqtəsini formalaşdırmaqda mühüm 

əhəmiyyətə malik idi. Erkən xristianlardan çoxu tselibata və ya cinsi fəallıqdan tam 

uzaqlaşmağa riayət edirdi, bunu müqəddəsliyə çatmaq yolu hesab edirdi. Avqustin 

inanırdı ki, xristianlar yəqin ki, cinsi əlaqədən imtina edəcəklər, həmçinin belə bir fikri 

də nəzərə alırdı ki, xristianların çoxu buna qadir deyildir. Ona görə də nikah yaxşı 

alternativ hesab olunurdu, lakin belə anlamda ki, hətta nikahda da kişi ilə qadın 

arasında cinsi əlaqə yalnız bir məqsədə – uşaq dünyaya gətirməyə xidmət etməlidir. 

Tselibatın yüksək idealını qoruyub saxlamaq isə din xadimlərinin üzərində qalmalı idi.  

Erkən kilsənin ataları qəbul edirdilər ki, tselibat və cinsi yaxınlıqdan imtina ideal 

vəziyyət olmaqla, nikahdan da yuxarıda durur. Nəticədə erkən kilsə tədricən din 

xadimlərinin tselibatına keçdi, baxmayaraq ki, erkən orta əsrlərdə bunu həyata 

keçirməyə məcbur etməyin qeyri-mümkünlüyü də özünü büruzə verirdi.  


179 

 

Erkən dini atalar həm də bunu vurğulayırdılar ki, tselibata riayət etmək üçün heç 



də bütün adamların öz intizamı çatmır. Beləliklə, nikah icazə verilənə çevrildi. 

Müqəddəs Pavel özünün korinflilərə ilk məktubunda qeyd etdiyi kimi: “Bu kişi üçün 

yaxşıdır ki, qadına toxunmasın. Buna baxmayaraq, zinakarlıqdan uzaqlaşmaq üçün qoy 

hər bir kişi öz arvadına malik olsun… Mən ancaq evlənməmişlərə və dul qalanlara 

deyirəm ki, onlar üçün yaxşıdır ki, hətta mənim kimi dözsünlər. Lakin əgər onlar bunu 

bacarmırlarsa, qoy onlar evlənsinlər; çünki (ehtirasda) yanmaqdansa, evlənmək 

yaxşıdır”. Kilsə nikaha iki şərdən nisbətən kiçiyi kimi baxırdı. Bu insanın zəifliyinə 

güzəşt olmaqla, cütlük, cinsi əlaqə və uşaqların olması ehtiyacını ödəyirdi. Ümumən 

onunla razılaşırdı ki, nikah cinsi yaxınlıq hüququna güzəştə getməkdir. Axı din də 

bütün insanları təbiətin qanununa tabe olmaqdan uzaqlaşdıra bilməzdi. Təkcə növün 

artması üçün canlıların əksəriyyətinə xas olan cinsi əlaqə vacib şərt olduğundan, belə 

ağılsız qadağa bəşəriyyətin inkişafına, çoxalmasına mane olmaqla, onun fiziki cəhətdən 

sıradan çıxmasına səbəb ola bilərdi. Beləliklə, cinsi əlaqəyə nikah yolu ilə icazə verilirdi, 

lakin o müddətə ki, bu uşaq törətmək, əmələ gətirmək üçün istifadə edilsin, uşaq 

yaransın, deməli, həzzə xidmət etməsin.  

Kilsənin səylərinə baxmayaraq, bəzi din xadimləri, hətta Roma Papaları da 

zinakarlıq subyektlərinə çevrilirdilər. 1492-ci ildə Papa seçilmiş VI Aleksandrın 

(dünyəvi adı Rodriqo Borcia idi, 1431-1503-cü illər) dörd uşağı var idi, qızı Lukretsiya 

ilə intsest yaxınlıqda olduğu güman edilir. Oğlu Çezare Borcia isə atasından geri 

qalmayıb, əxlaq pozğunluğunda və törətdiyi qətllərdə ad çıxarmışdı.  

    Son dövrlərdə isə istər katolik, istərsə də protestant ya pravoslav kilsəsini 

biabır edən cəhət – kilsə xadimlərinin pedofiliya cinayətlərində iştirak etməsi, azyaşlı 

qızları və oğlanları əxlaq pozğunluğuna cəlb etməsidir. İnternet də pedofiliyanın, 

pornoqrafiyanın təbliğatında və yayılmasında olduqca mənfi rol oynayır. Sosial şəbəkə 

beləliklə sosial bəlanın mənbəyi rolunda çıxış etmək kimi biabırçı bir vəzifəni öz 

üzərinə götürür.  

    Elə səhv bir fikir yaranmasın ki, qüsurlar yalnız uzaq keçmişə məxsus idi, 

sonrakı dövrlər onlarla vidalaşmağı bacarmışdır. Əsla belə deyildir, hətta bəzi xalqlar 

öz fərdi qüsurlarına malikdir. Jan Jak Russo XVIII əsrdə ona məlum olan iki xalq 

haqqında yazırdı ki, ingilislərdə məğrurluq xurafatı, fransızlarda isə şöhrət düşkünlüyü 

xurafatı vardır. Orta əsrlərdə Rusiyaya səfər edənlər bu xalqdan olanların bədəninin və 

sifətinin gözəlliyini heyranlıqla qeyd edirdilər. Bu ölkəyə 921-ci ildə səyahət edən 

müsəlman ərəb Volqa çayının sahilində yaşayan ruslar barədə yazırdı ki, “Mən heç vaxt 

fiziki cəhətdən belə kamil olan xalq görməmişəm.” Fransız markiz Astolf de Kyustin 

özünün ifşa xarakterli “Rusiya 1839-cu ildə”, rusca tərcümədə “Nikolayevskaya 

Rossiya” adlanan kitabında həmin cəmiyyətin bütün xüsusiyyətlərini kəskin surətdə 

pisləsə də, rus qadınlarının çox gözəl olduğunu qeyd edir. Rus yazıçıları A. S. 

Qriboyedov, N. V. Qoqol, F. M. Dostoyevski və A. P. Çexov isə doğma ölkələrində 

cəmyyətə və xalqa xas olan qüsurları amansızcasına qamçılayırdılar. M.Y. Saltıkov-

Şedrin yazırdı ki, “Əgər mən mürgüləsəm və 100 il sonra yuxudan ayılsam və məndən 

soruşsalar ki, Rusiyada nə baş verir, mən cavab verəcəyəm: içirlər və oğurlayırlar.” 

Təəssüf ki, onun gələcək üçün öncəgörməsi düzgün çıxdı. Yazıçının ölümündən bir əsr 

sonra dağılan SSRİ-nin xarabalıqları üzərində Rusiyada rəhbərliyə gələn, daha çox 


180 

 

sərxoşluğu ilə məşhurlaşan Boris Yeltsin ölkəni oğurluqdan da betər, əsl qarət və 



soyğunçuluq məkanına çevirdi. Onun vurduğu ağır yaradan Rusiyanın sağalması çətin 

olmaqla uzun çəkdi. Xəstəliyin bəzi təzahürləri hələ də özünü büruzə verir. Bu ölkədə 

alkoqolizmə qarşı aparılan mübarizə isə elə bir ciddi nəticə vermir. 

    Prezident Bladimir Putin Rusiyanı Yeltsin cəhənnəmindən çıxara bildi, ölkə 

tənəzzül sferasını tərk etməyə və iqtsadi qüdrətə yiyələnməyə başladı. Lakin ölkə 

rəhbərliyinin qonşuları barədəki izahı çətin olan hərəkətləri Rusiyanı ağrılı iqtisadi 

sanksiyalara məruz qoydu. Dünya bazarında neftin qiymətinin iki dəfədən də çox aşağı 

düşməsi Rusiyanı maliyyə böhranı ilə üzləşdirdi, iqtisadi vəziyyət də xeyli ağırlaşdı. 

 

Telman Orucov 

 

İrqçiliyin eybəcər sifəti 

 

Adamları dərinin rənginə görə deyil, könülün rənginə görə ölçün 

                                                               Dara-filosof 

Adamlar irqlərə bölünmürlər, irqlər adamlara və adam 

olmayanlara 

bölünürlər                      

                                                               Boris Şapiro-alman fiziki və 

şairi 

 

İrqi ayrı-seçkilik kiməsə onun irqinə və etnik mənsubiyyətinə görə xüsusi 

qaydada münasibət göstərməkdir. Bu neqativ fenomen daha çox irqçilik adlanır, 

beynəlxalq dildə isə rasializm və ya rasizm kimi ifadə olunur. Bu termin adətən tam 

ayrı-seçkilik kimi başa düşülür, bu isə digər sosial qruplara nisbətən bir xalqın 

nümayəndələrinə ziyan vuran qaydada münasibət bəsləməkdir. İrqi ayrı-seçkilik çox 

vaxt adamları yaşayış yeri ilə və işlə  təmin etməkdə özünü büruzə verir və bu, müasir 

cəmiyyətlərin əksəriyyətində qanunsuz hesab olunur, baxmayaraq ki, qanun 

məhkəməsində bunu sübut etməyin özü də bəzi hallarda çətin olur. İrq özü növlərin 

başlıca bioloji fərqlərə görə bölünməsidir, bu vaxt irqlər kimi tanınanların arasındakı 

fərqlər onların özlərinin içərisindəki müxtəliflikdən guya xeyli çox olur, indi isə elm 

bunun əksini sübut edir. Çox saydakı bitkilərin və heyvanların arasında irqin çox vaxt 

yarımnövlərə bölünməsinin təsviri faydalı olduğundan, bu nöqsanlar az əhəmiyyətə 

malikdir və ya insanın bioloji rəngarəngliyini təsvir etməkdə heç bir mənfi rol oynamır. 

Bu ona görədir ki, bəşər müxtəlifliyi nümunəsi barədə söhbət əsasən qrup daxilindəki 

fərqlilikdən gedir. Beləliklə, qruplar arasında aydın sərhədlər çəkmək, təsvir etmək 

mümkün deyildir.  

Bəşər irqləri konsepsiyası uzun vaxt bundan əvvəl müəyyən olunmasına və öz 

mövcudluğunu davam etdirməsinə baxmayaraq, bu, heç də aktual kateqoriyalar 

təsnifləşdirilməsinə malik deyildir. Qruplar arasındakı bioloji fərqlər, meydana gələn 

əhalilərin izolyasiyasının nəticəsidir, lakin bəşər qrupları arasında əlaqələrin 

olduğunun şəhadəti ən azı Orta Pleystosen dövründən (0,6 milyon il əvvəldən) 

məlumdur. Son 500 il ərzində ticarətin, müstəmləkəçiliyin və sairənin genişlənməsi ilə 


181 

 

çox dərəcəli kontaktlar xeyli artmışdır. Növ birləşməsi daim birinin digərində 



əriməsində getmişdir və əhalilər arasında bioloji fərqlər əhəmiyyətsiz olmaqla, daxili 

müxtəlifliyə bənzəməyə başlamışdır. Ənənəvi «irqçi» təsnifatlar adətən dərinin və ya 

saçın növü kimi zahiri əlamətləri vurğulayır, lakin digər genetik ayrı-seçkilik qan 

qruplarına və ya enzim (ferment) fərqlərə münasibət bəsləməklə, ciddi olmayan, səthi 

xüsusiyyətlərə əsaslanan klassik kateqoriyaların yaxın bir yoluna meyl edir.  

1995-ci ildə “irq” anlayışı ümumiyyətlə elmi dövriyyədən çıxarıldı. Bu barədə 

beynəlxxalq antropoloji konqress qərar verdi və onu amerikan antropoloji cəmiyyəti 

bütünlüklə dəstəklədi. Olduqca sadə qaydada izah edidi ki, irq daxilindəki genom 

fərqlər müxtəlif genlər arasındakı fərqlərdən daha güclüdür. Beləliklə, irq deyilən şey 

əslində yoxdur. 

İrqçilik sxemləri isə adətən bunu əsas götürür ki, irqlər reallıqdır, ancaq irq elə 

bir konsepsiyadır ki, müxtəliflik nümunələrini cəmləşdirməkdə heç də faydalı olmaya 

bilər və irqin tanınmasında istifadə edilən xüsusiyyətlər seçmə qaydada əslində neytral 

əhəmiyyət daşıyır, beləliklə bənzərlik və fərqlilik dərəcələri təkamül qaydasındakı 

qohumluqda özünü büruzə verir. Bu bir faktdır ki, genetik əlaqələr və mühitin təsiri, 

oxşar mühitlər əks halda qohum olmayan qrupların arasında bənzər xüsusiyyətlərin 

müstəqil təkamülünü seçə bilər. Əvvəlki təlimlər bunu əsas götürürdü ki, bioloji irqlər 

aydın şəkildə ayrıla bilər və irqi qruplar təkcə zahiri xüsusiyyətlərə görə deyil, 

həmçinin qabiliyyətdə və şəxsiyyətdə olan xüsusiyyətlərə görə fərqlənirlər. Müvafiq 

olaraq bir çox cəhdlərin əksinə, əhalilər arasında qabiliyyət və ya xarakter cəhətlərinə 

görə nə bioloji cəhətdən müəyyən edilmiş fərqlərin olmasının, nə də mədəni sistemlərin 

və ya institutların bununla hansısa sıx əlaqəsinin mövcudluğunun heç bir sübutu 

yoxdur.  

Xristofor Kolumbun kəşfindən sonra müstəmləkəçilərin Şimali, Mərkəzi və 

Cənubi Amerikalarda yerli aborigen xalqların qırğınını həyata keçirməklə, xüsusən 

Mərkəzi və Cənubi Amerikadakı sivilizasiyaları məhv etmişdilər. Şimali Amerikada 

əvvəcə hindulara qarşı əsl genosid siyasəti aparılmış, paralel olaraq quldarlıq geniş 

yayılmışdı. 1850-ci ildə ABŞ-da qaradərili qulların sayı 4 milyon nəfərdən çox idi. 

Amerikanlar təkcə quldarlığa rəvac vermirdilər, milyonlarla zənci uzun müddət 

ərzində irqçilikdən də əzab çəkmişdi və bu rudimentlər hələ də özünü biruzə 

verməkdədir. ABŞ-da Ku-kukls-klan, Linç mühakimələri, seqreqasiya artıq tarixin 

arxivinə verilsə də, irqçilik təzahürləri yenə də baş verir, əsassız şübhəsinə görə polis 

qaradərili vətəndaşı çəkinmədən güllə atəşi ilə öldürür. 

 Müstəmləkəçilər Afrikada da eyni siyasəti həyata keçirərək, qitənin qərb 

sahilindəki ölkələrdən qul ticarətinə başlamış, Afrikadan 25 milyon zənci qul kimi 

satılmaq üçün çıxarılmışdı. Qul ticarəti dövründə  Amerikaya 20 milyon zənci 

gətirilmişdi. Əlcəzairin 1962-ci ildə ilk prezidenti seçilmiş Əhməd Ben Bella yazırdı ki, 

“1492-ci illə 1800-cü illər arasında 100 milyon afrikalı öldürülmüşdür.  Bu vaxt Böyk 

Britaniyanın əhalisi 3 milyon, İspaniyanınkı isə 11 milyon nəfər idi.” 

 Birləşmiş Ştatların əsasını təşkil edən koloniyalar və sonra yeni dövlətin özü, 

xüsusən Cənub ştatları çox sayda zəncilər – qara qullar məskunlaşan diyara çevrilmişdi. 

Quldarlığın saxlanmasına çalışan cənubluların ölkəni Vətəndaş müharibəsinə cəlb 

etməsinin əsas səbəblərindən ən mühümü məhz onların bu mənafeyi olmuşdu. 


182 

 

Avropanın özündə isə həm də XV əsrdə antisemitizm güclənməyə başlamış, XV əsrdə 



yəhudilərin İspaniyada təqibi və ölkədən qovulması geniş miqyas almış, bu işi ingilis 

kralı I Eduard ondan iki əsr əvvəl, dəqiq deyilsə 1290-cı ildə öz ölkəsində həyata 

keçirərək, bütün ingilisləri İngiltərədən qovmuşdu. 

XIX əsrdə Afrikanın müstəmləkəçi dövlətlər arasında bölünməsi gedəndə 

avropalıların yerli əhaliyə qarşı irqçilik siyasəti daha böyük səviyyədə həyata 

keçirilmiş, qitənin ekvatordan cənubunda bu proses daha eybəcər şəkillər almaqla, 

əslində genosid xarakteri daşımışdı. Belçika kralı II Leopoldun Konqoda (indiki Zairdə) 

törətdiyi vəhşiliklər bu gün də ən dəhşətli xatirələr oyadır.  

İkinci Dünya müharibəsi ərzində almanların və yaponların irqçilik zəminində 

törətdikləri cinayətlər tarixin ən eybəcər səhifələrindən biridir. Almanların və 

yaponların müharibənin başlanğıcındakı qələbələri onlara imkan vermişdi ki, 

Avropada və Asiyada yeni qaydalar yaratsınlar. Hər iki ölkə bu yeni qaydaları ictimai 

məqsəd üçün müsbət imic kimi təqdim etsələr də, təcrübədə hər iki dövlət tabe edilmiş 

xalqlar üzərində olduqca rəhmsiz siyasət aparırdı. Natsistlər bir millətin digər millət 

üzərində rasional üstünlüyü ideyasını irəli sürürdülər.  

Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra özünün nifrətdən qidalanan 

siyasətinə başladı, bütün müxalifəti əzdi. Narazı olanların hamısı, xüsusən 

kommunistlər və sosial-demokratlar Almaniyadakı Daxay həbs düşərgəsinə 

göndərilirdi. Burada onlar birbaşa öldürülməsələr də, hər cür işgəncələrə və əzablara 

məruz qalırdılar. O, digər əsl almanlara xidmət göstərməyə çalışdığı kimi, düşmən 

hesab etdiklərinə, məsələn, yəhudilərə qarşı ardıcıl tədbirlərə başladı. Əvvəlcə onlara 

boykot elən edildi. Sonra isə Holokostun elementlərinə start verildi. Hitler öz irqçi 

siyasətini adamlara təlqin etməyi də bacarırdı, axı almanlar onu Messiya hesab 

edirdilər, o isə özünü Almaniyanın ağası kimi aparırdı. Lakin ilk irqçi addımlar 

atılanda, Hitler özünü kənarda qoymağa çalışırdı, yəhudilərə qarşı olan tədbirlər natsist 

partiyasının rəhbərliyinin adı ilə elan edilirdi. 

1938-ci ilin martında Avstriyanın anşlyusundan və 1938-ci ilin sentyabrındakı 

bədnam Münxen sazişi nəticəsində Sudet vilayətinin Çexoslovakiyadan qoparılıb, 

Almaniyaya birləşdirməsinə görə almanlar Hitleri “qan axıtmayan general” 

adlandırırdılar. Axı bu ilkin işğallara döyüş  lazım olmamışdı. Ancaq irqçilik siyasəti 

ardıcıl olaraq aparılırdı və Hitler təkcə 6 milyon yəhudinin qırılmasına görə deyil, II 

Dünya müharibəsində on milyonlarla insanın məhv edilməsinə, əslində Avropada qan 

dənizi yaratdığına görə məsuliyyət daşıyırdı. 

Almanların Avropadakı qələbəsindən sonra isə natsist təbliğatçıları bütün 

millətlər üçün «bərabər şanslara» əsaslanan yeni Avropa qaydasının və birləşmiş 

iqtisadi icmanın parlaq imicini yaratmışdılar. Bu, Yeni Avropa Qaydası heç də birbaşa 

Hitler konsepsiyası deyildi. O, özü Avropanın alman ağalığının tabeliyində olmaq üçün 

sadə qaydada işğal etdiyini görürdü. O, bir dəfə demişdi ki, yalnız almanlar «real 

olaraq Avropanı təşkil edə bilərlər». 

Natsist imperiyası qərbdə La-Manş boğazından, şərqdə Moskvanın 

ətraflarınadək uzanırdı. Bu imperiya heç bir vəchlə ardıcıl qaydada təşkil olunmamış və 

ya səmərəli idarə olunmamışdı. Bəzi ölkələr – İspaniya, Portuqaliya, İsveçrə, İsveç və 

Türkiyə neytral və imperiyadan kənarda olaraq qalırdılar. Almaniyanın müttəfiqləri – 


183 

 

İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan və Finlandiya öz müstəqilliklərini 



saxlayırdılar, lakin müharibə qızışdıqca özlərinin artan qaydada 

məhdudlaşdırıldıqlarını görürdülər. Qalan Avropa isə əsasən bir ya iki yolla təşkil 

olunmuşdu. Qərbi Polşa kimi bəzi ərazilər birbaşa Natsist Almaniyasına anneksiya 

edilmişdi və alman əyalətləri sırasına daxil olmuşdu. Avropanın əksər işğal olunmuş 

əraziləri isə alman hərbi və ya mülki qulluqçuları tərəfindən inzibati qaydada idarə 

olunurdu, bu, natsistlərlə əməkdaşlıq edən rejimlərin birbaşa olmayan müxtəlif nəzarət 

dərəcələri ilə birləşirdi. İşğal olunmuş Avropadakı müxtəlif idarələrin hakimiyyətinin 

rəqabət aparan xətləri alman işğalını qeyri-səmərəli edirdi.  

İrqi baxışlar Natsist Yeni Qaydasında işğal edilmiş xalqlara necə münasibət 

bəslənməsində mühüm rol oynayırdı. Alman mülki inzibatçılığı Norveçdə, 

Danimarkada və Niderlandda qurulmuşdu, çünki natsistlər hesab edirdilər ki, bu 

xalqlar aridirlər, irqi cəhətdən almanlara qohumdurlar və ona görə də daha yumşaq 

münasibətə layiqdirlər. İşğal edilmiş fransızlar kimi aşağı latın xalqları isə hərbi 

inzibatçılığa həvalə edilmişdi. 1943-cü ildən başlayaraq natsistlərin itkiləri artdıqca, 

şimali və qərbi Avropanın bütün işğal edilmiş əraziləri Almaniyanın müharibə 

ehtiyacları üçün mal və işçi qüvvəsi əldə edilməsindən ötəri rəhmsizcəsinə istismar 

edilirdi. 

Nasistlər həm də ari irqi üçün planlar cızırdılar. Şərqdə işğal edilmiş torpaqlar 

alman ekspansiyası üçün yaşayış məkanı olduğuna və natsistlərin gözündə aşağı 

sayılan slavyan xalqları tərəfindən məskunlaşdığına görə, Natsist inzibatçılığı bu 

ərazilərdə xeyli dərəcədə daha rəhmsiz idi. Burada gedən müharibə də almanların 

Qərbdə apardıqları müharibədən çox fərqlənirdi. Hitler 1941-ci ilin noyabrında 

hərbçilərin müşavirəsində demişdi ki, Şərqdə ərazilərin işğalı onların sakinlərinin məhv 

edilməsi ilə müşayiət olunmalıdır. Burada qəddarlıq xüsusilə vacibdir. O, bu sərsəm 

ideyasını əsaslandırmaq üçün qeyd edirdi ki, biz onları məhv etməsək. kommunistlər 

otuz  il sonra yenə baş qaldıracaqlar. 

 Hitlerin irqçi ideyası və ari irqi üçün nəzərdə tutduğu imperiyasından ötəri 

planları ondan ötəri elə əhəmiyyətli idi ki, özünün rəhbərliyi altında natsistlər irqçi 

proqramlarını Polşa işğal edildikdən sonra tezliklə həyata keçirməyə başladılar. Henrix 

Himmler Nasist irqi ideologiyanın möhkəm tərəfdarı və SS lideri olduğundan, onun 

üzərinə Şərqdə almanların məskunlaşdırılması planlarını həyata keçirmək vəzifəsi 

qoyuldu. Himmlerin vəzifəsi aşağı slavyan xalqlarını özlərinin doğma torpaqlarından 

köçürmək və onların yerində almanları yerləşdirmək idi. Bu siyasət əvvəlcə Qərbi 

Polşadakı torpaqlarda yaradılan yeni alman əyalətlərində tətbiq olundu. Bir milyon 

polyak yurd-yuvalarından məhrum edildi və onlar cənubi Polşada istismar edildilər. 

Yüz minlərlə etnik almanlar (xeyli illər əvvəl Almaniyadan Avropanın cənubunun və 

şərqinin müxtəlif hissələrin miqrasiya etmiş almanların törəmələri) Polşadan kəsilmiş 

ərazilərdə məskunlaşmağa həvəsləndirildilər. 1942-ci ildən 2 milyon alman etnik 

mənşəli adam Polşada məskunlaşdı.  

Sovet İttifaqına müdaxilənin əhəmiyyəti natsistlərin gözündə şərqdə 

məskunlaşma niyyəti ilə şişib böyüyürdü. Hitler özünün yaxın ətrafına müharibədən 

sonra baş verəcək sosial dəyişikliklərin nəhəng layihəsindən danışmışdı, bu layihəyə 

görə polyaklar, ukraynalılar və digər sovet adamları qul şəklindəki işçi qüvvəsinə 


184 

 

çevriləcək və alman kəndliləri bu geniş torpaqlarda məskunlaşmaqla, onları da 



almanlaşdıracaqdı. Natsistlər belə planlaşmaya bəşər dəyərlərindən agah olduqlarını 

daxil edirdilər. Himmler SS zabitlərinin toplaşdığı yığıncaqda demişdi ki, baxmayaraq 

ki, Almaniyanın Şərq planı üçün 30 milyon slavyanın məhv edilməsi əsas şərtidir, «bu 

millətlərin rifahda və ya ölümcül aclıqda yaşaması mənə yalnız ona görə maraqlıdır ki, 

biz onlara öz mədəniyyətimiz üçün qul kimi möhtacıq. Başqa cür isə onlar bizim üçün 

heç bir maraq kəsb etmir».  

Natsist Yeni Qaydası iqtisadi cəhətdən işğal edilmiş Avropanın resurslarının 

rəhmsizcəsinə istismar edilməsi demək idi. Şərqi Avropada iqtisadi istismar birbaşa 

olmaqla sərt idi. Almanlar xammalları, maşınları və ərzağı ələ keçirir, yerli xalqları 

yalnız öz tabelik səviyyəsini daşımağı saxlamaqla kifayətlənmək vəziyyətində 

qoyurdular. Hərbi ehtiyatlar və vacib xammallar açıqca götürülürdü. Natsist siyasəti 

ciddi ərzaq, paltar və sığınacaq kasadlığı yaratdığından, çox sayda avropalı dəhşətli 

qaydada əzab çəkirdi. 

Almaniyada işçi qüvvəsinin çatışmaması bu ölkə üçün əcnəbi zəhmətkeşlərin 

rəhmsizcəsinə səfərbər edilməsi siyasətinə aparıb çıxarmışdı. Sovet İttifaqına 

müdaxilədən sonra almanlar tərəfindən əsir götürülən 4 milyon sovet əsgəri ağır 

əməyin başlıca mənbəyinə çevrildi, onlardan pis istifadə olunduğundan 3 milyon nəfəri 

baxımsızlıqdan öldü. 1942-ci ildə alman fermaları və sənaye müəssisələri üçün işçi 

qüvvəsi toplamaq məqsədilə xüsusi iradə yaradıldı. 1944-cü ilin yayından 7 milyon 

əcnəbi fəhlə Almaniyada işləyirdi və bu, ölkədəki işçi qüvvəsinin 20%-ni təşkil edirdi. 

Həmin vaxt digər 7 milyon fəhlə öz ölkələrindəki fermalarda, sənaye müəssisələrində 

və hətta hərbi düşərgələrdə işləməyə cəlb edilmişdi. Məcburi əmək çox hallarda qeyri-

məhsuldar olurdu. Ona görə də işğal edilmiş ölkələrdə iqtisadi xaos yaranırdı və 

Almaniyaya kömək etməli ola bilən sənaye məhsullarını dağıdırdı. Alman işçi qüvvəsi 

toplamaq siyasətlərinin qəddar xarakteri bəzən hətta almanların özü üçün pis olmaqla, 

getdikcə daha çox adamların natsist işğal qüvvələrinə müqavimət göstərməsinə səbəb 

olurdu.  

Avropanın yəhudi əhalisinin kökünü kəsmək niyyəti Nasist Yeni Qaydasının ən 

dəhşətli cəhəti idi. Hitler ideologiyasında irqi mübarizə açar elementi rolunu oynayırdı 

və əvəzində ona açıq müxalifət münaqişəsini meydana gətirirdi. Guya bəşər mədəni 

inkişafının yaradıcıları olan ariləri məhv etməyə çalışan parazitlər hesab edilən 

yəhudilərə qarşı Nasist partiyasının 1922-ci ildəki yığıncağında Hitler bəyan etmişdi ki, 

«Burada heç bir kompromiss ola bilməz – yalnız iki mümkün olan cəhət vardır: ya 

arilərin qələbəsi və ya arilərin məhv edilməsi və yəhudilərin qələbəsi». Baxmayaraq ki, 

Hitler sonralar partiyası parlamentə seçilmək üçün kütlənin seçki səsinin uduşuna 

çalışanda öz antisemit mesajının tonunu xeyli aşağı salmışdı, ancaq 1933-cü illə 1939-cu 

il arasında yəhudilərə qarşı qanunvericilik aktları dalğası meydana gəldi. 

1939-cu ildə Natsist siyasəti diqqəti alman yəhudilərinin «mühacirətinin» inkişaf 

etdirilməsinə yönəltdi. Elə bu vaxt Hitler Avropa yəhudiliyi barədə ümumi 

xəbərdarlıqlar etdi.  30 yanvar 1939-cu ildə Almaniya Reyxstaqına müraciət etdikdə, 

bəyan etdi ki: «Mən bəzən həyatda peyğəmbər oluram və buna ümumən gülürəm. 

Hakimiyyət uğrunda mənim mübarizəm ərzində yəhudilər mənim bir gün dövlətin 

liderliyini əldə edəcəyim barədəki peyğəmbərliyimi istehzalı gülüşlə qarşıladılar və 


185 

 

bütün xalqın köməyi ilə digər çox şeylərin arasında yəhudi problemini də həll etməyə 



nail oldum… Bu gün mən yenidən peyğəmbər ola bilərəm: əgər Avropa daxilindəki və 

xaricdəki beynəlmiləl yəhudi maliyyəsi bir daha xalqları dünya müharibəsinə salmaqda 

uğur qazansa, onda nəticəsi dünyanın bolşevikləşməsi olmamaqla, yəhudiliyin 

qələbəsi, yaxud da əksinə, Avropada yəhudi irqinin məhv edilməsi olacaqdır». Bu bir 

başa həmin xalqın genosıidinə çağırış idi, baxmayaraq ki, bu ifadənin özü hələ 

dövriyyədə deyildi.  

“Genosid” (“xalqın qətli”) termini 1943-cü ildə əvvəlcə Polşada, sonra isə ABŞ-da 

hüquqşünas işləmiş yəhudi mənşəli Rafael Lemkin tərəfindən icad edilmişdir. Bu 

termin bütöv xalqın və ya onun bir hissəsinin məqsədyönlü qaydada məhv edilməsi 

mənasını verir. Natsistlərin yəhudilərə qarşı həyata keçirdiyi genosid həqiqətən də bu 

xalqı kökündən məhv etmək məqsədini güdürdü və Hitler bunu heç də gizlətmirdi. 

Miqyasına görə də yəhudi genosidi- Holokost tarixdəki bu qəbildən olanlarla 

müqayisəyə sığmır. Təəssüf ki, həmin termin bəzən düşmənçiliyi qızışdırmaq silahı 

kimi istifadə olunur. Bir yüzilliyə bərabər dövr keçdikdən sonra da öz xalqının faciəli 

taleyini hökmən genosid kimi qələmə verməyə çalışanlar, bu ifadənin istismarı ilə 

bütöv bir xalqı az qala mənəvi çarmıxa çəkmək məqsədindən uzaqlaşmaq istəmirlər. 

Mühitin, dövrün nəzərə alınmaması iddianin qum üstündə qurulduğuna dəlalət 

etməklə, genosidin vəhşilik təbiətini də devalvasiyaya uğradır.   

Hitler bu vəzifəni qoyan dövrdə mühacirət hələ də ən əlverişli siyasət idi. 1939-

cu ildə müharibə başlayanda yəhudi problemi adlanan məsələ yeni ölçülər aldı. Misal 

üçün, Madaqaskar planı müzakirə edilirdi, ona görə yəhudilərin kütləvi qaydada 

Afrikanın şərq sahillərindən kənarda yerləşən Madaqaskar adasına göndərilməsi 

nəzərdə tutulurdu. Hərbi kontingent bu planı həyata keçirilməyən etsə də, hətta daha 

ciddi təsir göstərə bilən siyasət üsulları barədə düşünülürdü.  

Henrix Himmler və SS təşkilatı Adolf Hitlerin irqçi ideologiyasına yaxından 

şərik idi. Yəhudi probleminin həllində natsistlər Son Həll adlanan işi məhz SS-ə həvalə 

etmişdilər. Bu, yəhudi xalqının məhv edilməsi demək idi. Son Həll üçün SS-in mühafizə 

xidməti isə inzibati məsuliyyət daşıyırdı. Onun başçısı Raynhard Heydrik əmr etmişdi 

ki, yaratdığı xüsusi zərbə dəstələri bütün Polşa yəhudilərini həbs etməklə, onları 

müxtəlif polyak şəhərlərində qurulmuş bir çox gettolarda cəmləsinlər.  

1941-ci ilin iyununda həmin dəstələr mobil qətl birlikləri kimi yeni səlahiyyət 

aldılar. Bu SS ölüm briqadaları Sovet İttifaqının içərilərinə irəliləyən nizami ordunun 

arxasınca gedirdi. Onların işi yəhudiləri öz kəndlərində həbs edib, edam etmək və 

həmin ölüləri kütləvi qəbirlərdə dəfn etmək idi. Bəzən bu bədbəxt qurbanların cəsədi 

güllələnilməmişdən qabaq özlərinin qazdıqları nəhəng çalada basdırılırdı. Bu ölüm 

briqadalarının başçılarından biri əməliyyatı necə apardıqlarını belə təsvir edir: 

«Bu vəzifə üçün seçilmiş hərbi dəstə kəndə və ya şəhərə girib, mötəbər yəhudi 

vətəndaşlarına əmr etməli idilər ki, bütün yəhudiləri guya yeni məskunlaşma 

məqsədilə toplasınlar. Onlardan tələb edilirdi ki, özlərinin qiymətli şeylərini bu 

dəstələrin başçılarına versinlər və edamdan bir az əvvəl üst paltarlarını soyunsunlar. 

Kişilər, qadınlar və uşaqlar çox hallarda güllələnmədən əvvəl tank əleyhinə qazılmış 

dərin xəndəyin yanına - qırğın yerinə gətirilirdilər. Sonra onlar diz və ya ayaq üstə 

olmaqla güllələnirdilər və cəsədləri xəndəyin içinə atılırdı.”  


186 

 

Belə müntəzəm qətllər SS cəlladları arasında mənəvi problemlər yaradırdı. Axı 



belə dəhşətli faciələr onu bilavasitə icra edənlərin hamısının vicdanını tamamilə 

susdura bilməzdi. Alman əsgərləri bütünlüklə vəhşilərə çevrilə bilməzdi. Onların da 

arasında bu eybəcərliyi qəbul etməyənlər ola bilərdi. Belələrinin də vicdanını yatırtmaq 

lazım gəlirdi. Belorusiyanın paytaxtı Minskə səfəri ərzində SS lideri Himmler mənəvi 

canlanmanı əldə etməyə çalışmaqla, bunu qeyd etmişdi ki, «əgər almanlar belə şeyi 

sevinclə görsələr, bu onlara xoş gəlməyəcəkdir. Lakin onların vicdanına heç cür xətər 

toxunmayacaqdır, çünki onlar əsgərdilər və əmrləri qeyd-şərtsiz yerinə yetirməlidirlər. 

O, (alman əsgəri-müəllif) baş verən hər bir şey üçün yalnız Allah və Hitler qarşısında 

cavabdehliyə malikdir… və o, bu əməliyyatın zəruriliyini dərindən başa düşməklə 

hərəkət etmişdir».  

Baxmayaraq ki, həmin ölüm dəstələri tərəfindən sayı 1 milyon olan yəhudi 

öldürülmüşdü, lakin yəhudi probleminin həllinə bu yanaşma tezliklə adekvat olmayan 

şəkil aldı. Bunun əvəzinə natsistlər Avropanın yəhudi əhalisinin xüsusi tikilmiş ölüm 

düşərgələrində ardıcıl olaraq məhv edilməsi yolunu seçdilər. Plan çox sadə idi. 

Almaniyanın işğal etdiyi ərazilərdən ( və ya Almaniyaya rəğbət bəsləyən ölkələrdən) 

yəhudilər həbs edilməli və qaramal sürüsü kimi yük vaqonlarına doldurulub Polşaya, 

buradakı həmin məqsədlə tikilmiş altı qırğın mərkəzinə gətirilməli idi. Onlardan ən 

böyüyü və daha çox biabırçı şöhrətə malik olanı Auşvits-Birkenau idi (Sovet və sonrakı 

rus ədəbiyyatında bu düşərgə daha çox yerin polyak adı olan Osventsim kimi tanınır). 

Bu düşərgələrin tikintisinə T-4 proqramı ekspertləri texniki kömək göstərmişdilər, 

həmin təşkilat isə 1938-ci illə 1941-ci il arasında Almaniyada ruhi və fiziki nöqsanlarına 

görə irqi cəhətdən yararsız hesab edilən 80 min nəfərin məhv edilməsinin məsuliyyətini 

daşıyırdı. Bu təcrübəyə əsaslanaraq tibb texnikləri B siklonunu (bu, hidrogen sianidin 

kommersiya üçün olan adıdır) qaz kameralarında böyük sayda adamı sürətlə öldürmək 

üçün daha səmərəli olan qaz kimi seçmişdilər. Bu qaz kameraları duş otaqlarına 

bənzəyirdi və qurbanların böyük sayda öldürülməsini asanlaşdırırdı. Qaz verildikdən 

sonra ölü cəsədləri bu məqsədlə tikilmiş krematoriyalarda yandırılırdı. 

Son Həll üçün ümumi tədbirlər barədə natsist partiyasını və dövlət 

qulluqçularının məlumatlandırmaq üçün Berlin yaxınlığındakı Vanzayda 20 yanvar 

1942-ci ildə keçirilən konfransda Raynhard Heydrix «yəhudi məsələsini həll etmək» 

üçün bu vaxt atılacaq yeni addımların konturlarını söyləmişdi. O, bu yolla Avropadakı 

Son Həllin praktiki vasitəsinin “yəhudiləri qərbdən şərqədək darayacağı xəttinin» necə 

olacağını izah etdi. Onlar « tranzit gettolar adlananlara ən uzaq şərqdən belə, qruplarla 

daşınıb” gətirilməlidir.  

1942-ci ilin yazından ölüm düşərgələri artıq fəaliyyətdə idi. Əvvəldən prioritetlik 

Polşa gettosunun ləğvinə verilməsinə baxmayaraq, yaydan etibarən yəhudilər 

Fransadan, Belçikadan və Niderlanddan gətirilirdilər. 1943-cü ildə burada paytaxt 

şəhərləri olan Berlindən, Vyanadan və Praqadan, həmçinin Yunanıstandan, cənubi 

Fransadan, İtaliyadan və Danimarkadan gətirilən yəhudilər var idi. 1944-cü ildə 

Müttəfiqlər xeyli irəliləyiş əldə edəndə də Yunanıstandan və Macarıstandan yəhudilər 

hələ də ölüm düşərgələrinə daşınırdı. Böyük hərbi ehtiyaclara baxmayaraq, yəhudiləri 

ölüm düşərgələrinə daşımaq üçün dəmir yolu vaqonlarından istifadədə Son Həll 



187 

 

prioritet əhəmiyyətə malik idi. Hətta yəhudilərdən silah istehsalında istifadə edilməsi 



kimi hərbi arqument də, onların kökünün kəsilməsi tələbi sayəsində rədd edilirdi. 

Yəhudilər altı ölüm düşərgəsinə gəlib çıxanda onları əzabverici təcrübələr 

gözləyirdi. Auşvits-Birkenaunun komendantı Rudolf Hess bunu belə təsvir edir: «Biz 

dustaqları daşıyan nəqliyyatın gəlişini yoxlamağa borclu olan iki SS həkiminə malik 

idik. Dustaqlar bir-bir həkimlərin qarşısında addımlamalı idilər, gəzişəndə həkimlər 

onların eyibləri barədə qərar verməli idilər. İşə yarayanlar düşərgənin içərisinə 

göndərilirdi. Digərləri isə birbaşa ölüm fabriklərinə aparılırdı. Yeniyetmə yaşında olan 

uşaqlar işləməyə qadir olmamalarına görə fərqinə varmadan məhv edilirdilər. 

Auşvitsdə biz qurbanları bu fikrə düşmək üçün aldatmağa başlamışdıq ki, onlar 

müəyyən yoxlama prosesindən keçməlidirlər. Əlbəttə, çox vaxt onlar bizim həqiqi 

niyyətimizi anlayırdılar və biz həmin faktı yerinə yetirmək üçün bəzən buntlarla və 

çətinliklərlə üzləşirdik».  

Auşvitsə gələnlərin 30 faizə yaxını əmək düşərgələrinə göndərilirdi, qalanları isə 

qaz kameralarına yollanırdı. Onlar qazla boğulub öldürüldükdən sonra, bədənlər 

krematoriyada yandırılırdı. Qurbanların malları və hətta onların bədənləri iqtisadi 

fayda götürmək üçün istifadə edilirdi. Qadınların saçları qırxılır, yığılıb döşəyə və ya 

parçaya çevrilirdi. Bəzi sakinlər həmçinin qəddarcasına və ağrılı «tibbi» 

eksperimentlərə məruz qalırdılar. Almanlar 5-6 milyon arasında yəhudi öldürmüşlər, 

onların 3 milyondan çoxu ölüm düşərgələrində həyatla vidalaşmışdır. Polşanın, Baltik 

ölkələrinin və Almaniyanın yəhudilərinin faktiki olaraq 30 faizi məhv edilmişdi. 

Bütövlükdə, Holokost hər üç Avropa yəhudisindən ikisinə yaxınının ölümünə görə 

məsuliyyət daşıyır. Ona görə də Holokost dünya tarixində ən dəhşətli hadisələrdən biri 

hesab olunur.  

Holokostun digər növləri də mövcuddur. Natsistlər gülləməklə, ac qoymaqla və 

ya taqətdən salan bir zəhmətə cəlb etməklə ən azı 9-dan 10 milyona qədər adamın 

qəsdən ölümünə görə də məsuliyyət daşıyırlar. Çünki natsistlər həmçinin Avropa 

qaraçılarını, yəhudilər kimi yad qan daşıyan irq hesab edirdilər, kökləri kəsilmək üçün 

onlar ardıcıl olaraq həbs edilirdilər. Avropanın 1 milyon qaraçısından 40 faizə yaxını 

ölüm düşərgələrində öldürülmüşdü. «İnsan olmayan» slavyan xalqlarının aparıcı 

elementləri – keşişlər, ziyalılar, mülki liderlər, hakimlər, hüquqşünaslar və 

kommunistlər həbs edilir və qəsdən öldürülürdülər. Güman edilir ki, üstəlik, 4 milyon 

nəfər polyak, ukraynalı və belorus öz həyatlarını natsist Almaniyası üçün qul əməyi 

nəticəsində itirmişlər və ən azı 3-dən 4 milyonadək sovet müharibə əsirləri əsirlikdə 

öldürülmüşdülər. Nasistlər həmçinin homoseksualistləri təqib etmək üçün seçirdilər. 

Onlardan minlərlə adam həmçinin həbs düşərgələrində həyatlarını itirmişdilər.  

Natsistlər yəhudilərin Holokostunu həyata keçirməklə tarixdə görünməmiş bir 

cinayət, əsl vəhşilik nümayiş etdirmişdilər. Lakin bu, başqalarının da günahını ört-

basdır etməməlidir. Bəzi xalqlar da öz mövqeyi və ya laqeydliyi ilə bu cinayətin 

törənməsinə əslində kömək etmişlər. Məsələn, polşalılar özlərini Holokostun “lal 

şahidləri” hesab edirlər, lakin bu heç də belə deyildir. Holokost baş verən dövrdə yüz  

min polyak qarətçilərə çevrilmişdi. Axı Polşada yaşayan üç milyon yəhudinin əmlakı 

heç də qeybə çəkilməmişdi, praktiki olaraq bütünlüklə qarət edilmişdi. Bu əmlakın 

yalnız kiçik, ən qiymətli hissəsi Almaniyaya çatmışdı, qalan hər şeyi isə polyaklar 


188 

 

mənimsəmişdilər. Yəhudi dustaqlar cərgə ilə küçədə addımlayanda, onları müşahidə 



edən polyak avaralar qışqırırdılar: “ Ayaqqabılarınızı bizə verin, onsuz da sizə lazım 

olmayacaqdır.” 

Hələ 1939-cu ilin sentyabrında Polşadakı varlı yəhudilər öz mülkiyyətlərinin 

müsadirə edilməsindən qorxaraq, daşınmaz əmlaklarını, fabriklərini və dükanlarını 

etibar etdikləri polyakların adına keçirirdilər. Bunların hamısı həmin adamlar 

tərəfindən qəsb edildi. Yəhudi əmlakının mənimsənilməsi həmçinin, hər şeyin çörəyə 

dəyişildiyi qara bazarda gedirdi, boşalan yəhudi məhəllələrində, ləğv edilən gettolarda, 

həmçinin ölkənin iki şəhərində törədilən qırğınlarda baş verirdi. 

Hər yerdə ölümün, müharibənin və dağıntıların hakim kəsildiyi dövrlər həm də 

ciddi mənəvi pozğunluq əmələ gətirirdi. Yəhudilər əleyhinə banditizmin qanuniləşməsi 

adamlarda soyğunçuluq yanğısı oyadırdı. Müharibəyə qədərki Polşa, kənd yoxsulluğu 

və savadsızlıq diyarı idi. Cəmiyyətin düşkünlüyü və yoxsulluq polyak antisemitizmi 

üçün qidalı mühitə çevrilmişdi. Holkostun eybəcər cinayəti isə onun iştirakçılarının 

könlünü murdarlamışdı. 

Rəhmsiz müharibənin gedişində baş verən milyonlarla insanın genosidi bütün 

iştirakşıların və şahidlərin mənəvi orientirlərini dağıdırdı. Bu vəhşilik teatrından heç 

kəs təmiz çıxmırdı, heç günahsız çıxan da yox idi. 

Sionist hərəkatı da bu qırğının qarşısını almaq naminə elə bir səy göstərmirdi. 

Onun rəhbərliyinə Holokost 1942-ci ildən məlum idi. Bu vaxt almanlar Polşadan 

Britaniya-Fələstin vətəndaşlığına malik olanların birinci qrupunu Fələstinə buraxmışdı. 

İsrailin tanınmış dövlət xadimi Şimon Peres Avropadaki yəhudi diasporasının taleyi 

barədə sonralar tam soyuqqanlıqla demişdi: “Biz onların necə yaşadıqları ilə 

razılaşmadığımız kimi, onların necə ölməsi ilə də razı deyildik.” Fələstin yəhudiləri öz 

məhv edilən qardaşlarından daha çox, gələcəkdə quracaqları müstəqil yəhudi dövləti 

barədə düşünürdülər. Holokostdan isə sionistlər 1948 ci- ildə meydana gələn İsrail 

dövlətini yaratmaq üçün ən tutarlı və təkzib olunmaz bir arqument kimi istifadə etdilər. 

Çünki əsrlərlə dünyaya səpələndikdən sonra Fələstində qədim dövlətlərini bərpa 

etməyi, yeni dövlət yaratmağı sionistlər özlərinin müqəddəs vəzifəsi hesab edirdilər. 

İkinci Dünya müharibəsinin faciələri bu məqsədi həyata keçirməyə əlverişli şərait 

yaratdı. Bəlkə də  Hitler, onun törətdiyi Holokost olmasaydı, yəhudilərin qədim 

arzularının zəfər çalmasına beynəlxalq qüvvələr belə yaxından kömək göstərməzdi, 

yeni İsrail dövləti belə tezliklə qurulmazdı.  

Ona görə də Holkostun günahı hamının üzərində qalır, bu heç də alman 

qatillərinin misilsiz cinayətini kiçiltmək cəhdi sayılmamalıdır. Onu yaddan çıxarmaq 

olmaz ki, ölümə məhkum olanlar əslində tam təklikdə qalmışdılar, bütöv bir xalqın 

aqoniyasına hay verən, ən azı mənəvi kömək əli uzadan da yox idi. Bədbəxtlikdən həm 

də natsist cinayətkarları ona nail olmuşdular ki, bütün dünya bu cinayətə 

səhlənkarcasına və laqeydliklə yanaşsın. 

Holkosta görə hamı günahkardır, bir hissə öz əməlinə görə, digər hissə isə 

fəaliyyətsizliyinə görə. Qoy günahkarlar özünə haqq qazandırmağa çalışmasın. 

Natsistlərin cəlladlığına dolayısı ilə kömək edənlər də var idi. İsveçrə bankları 

yəhudilərin qızıl dişlərini amerikan və ingilis valyutalarına dəyişirdilər. Vatikan 



189 

 

müharibədən sonra  Hitler canilərinin Cənubi Amerikaya qaçması üçün “vatikan yolu” 



təşkil etmişdi. 

Yəhudilərin acı taleyini, natsistlərin bu ağlasığmayan cinayətini anlamaq 

vacibdir. Ona görə anlamaq lazımdır ki, bu dəhşət bir daha təkrar olumasın. 

Yaponlara gəldikdə, işğal edilmiş Avropadakı alman əsgərləri kimi, yapon hərbi 

qüvvələri də özlərinə tabe olan xalqların həyatına bəzən olduqca çox az rəhm 

bəsləyirdilər. Çində 1937-ci ildə Nankini işğal etdikdə yapon əsgərləri bir neçə günü 

qətllərlə, qadınları zorlamaqla və qarətlə məşğul oldular. İkinci Dünya müharibəsi 

illərində demək olar ki, 800 min koreyalı dənizin o tərəfinə göndərildi, onlardan çoxu 

Yaponiya üçün məcburi işləməyə cəlb edildi. On minlərlə koreyalı qadın yapon 

qoşunları üçün «rahatlıq qadınları» (fahişələr) kimi xidmət etməyə məcbur edilirdi. 

Avropada isə işğal edilmiş ərazilərdə qadinlarin, qızlarin alman əsgərləri tərəfindən 

zorlanması halları çox idi. Bəzən isə yerli qadınlar əsasən ehtiyacın təzyiqi ilə alman 

zabitləri ilə intim yaxınlıq edirdilər. Fransada onları “uzanıqlı kollaboratsionistlər” 

adlandırırdılar və Paris azad edildikdən sonra xəyanətlərinə görə bir cəza növü kimi 

belə qadınların başlarını qırxırdılar. Beləliklə onların işğalçılara göstərdiyi “xidmətin” 

şərəfsizlik əlaməti hələ xeyli müddət özünü biruzə verməkdə davam edirdi. 

Müharibənin bədbəxtliklərinin təzahürü isə saysız-hesabsızdır. Müharibə illərində 

təkcə torpaq, insanlar əsir düşmür, düşmənin ələ keçirdiyi ərazilərdə qızlar, qadınlar 

ismətlərini itrmək məcburiyyətində qalırlar, bundan hansısa bir xilas imkanı tapa 

bilmrlər. Bəzi hallarda ölüm dəhşətlərdən, əzablardan, namussuzluqdan son xilas yolu 

kimi çıxış edir, şairin ifadəsilə desək ən sədaqətli dost rolunu oynayır.  

Yaponlara gəldikdə, onlar öz hərbi cəhdlərinə kömək məqsədilə əsirlərdən, həm 

də yerli adamlardan işçi qüvvəsi kimi ekstensiv qaydada istifadə edirdilər. 1943-cü ildə 

Birma–Tailand dəmir yolu tikiləndə, misal üçün, yaponlar 61 min avstraliyalı, 

britaniyalı və holland əsirlərindən, həmçinin demək olar ki, Birmadan, Malayyadan, 

Tailanddan və Holland Şərqi İndiyalarından olan 300 min fəhlədən istifadə etmişdilər. 

Dəmir yolun tikintisi başa çatandan sonra Müttəfiq qoşunlarından olan 12 min əsir və 

90 min yerli fəhlə adekvat olmayan pəhrizdən və qeyri-sağlam iqlimin dəhşətli 

şəraitindən ölmüşdülər.  

İrqçiliyin törətdiyi dəhşətli cinayətlərin qısaca tarixçəsi onun gizləndiyi maskanı 

yırtaraq, eybəcər sifətinin bütün cəhətlərini nümayiş etdirir. İrqçiliklə mübarizə heç 

vaxt kəsilməməlidir, onun ən xırda təzahürünün qığlcımı hələ alovlanmağa macal 

tapmamış söndürülməlidir.  

İrqçilər təkcə ayrı-ayrı xalqlara deyil, bütün bəşəriyyətə qarşı ağır cinayətlər 

işlədirlər və onlar adekvat cəzaya layiqdirlər. Bu cəzanı isə göylərdən ummaq 

ağılsızlıqdır, dünyada insanlığı qoruyub saxlamaq istəyənlər birləşib, öz iradələri və 

qüvvələri ilə Hitler natsizminə, yapon militarizminə və ya XX əsrin son rübündə 

Cənubi Afrika Respublikasında aparteid siyasəti aparanlarına qarşı olan kimi uğurlu və 

qəti cavab verməlidirlər. XX əsrin son rübündə CAR-dakı aparteidə, yerli zənci əhaliyə 

qarşı zülmə dünyanın əksər ölkələri öz etiraz səsini qaldırdı. 1994-cü ildə ilk qara 

adamın- Nelson Mandelanın prezident seçilməsi ilə bu dəhşətlərə əsasən son qoyuldu, 

təkcə ağlar üçün deyil, bütün vətəndaşlar üçün demokratik respublika yaradıldı. Lakin 

qara dərili əhaliyə edilən zülm, vəhşiliklər, təqiblər heç də izsiz qalmamışdır. Son 


190 

 

vaxtlarda Cənubi Afrika Respublikasını avropalılara qarşı ksenofobiya dalğası 



bürümüşdür. 

Əlbəttə, irqçilik bütünlüklə sıradan çıxmamışdır. İrqçilik kabusu dünyanı 

dolaşmaqda davam edir. Antisemitizm təzahürləri də az deyildir. Avropanın bəzi 

yerlərində yəhudiləri real təhlükə hədələyir. Bir sıra şəhərlərin küçələri yəhudiləri 

ovlama məkanına çevrilmişdir, ona görə də bəzi yəhudilər qorxudan icma təşkilatlarına 

və sinaqoqalara getməkdən çəkinir, hətta evindən kənara çıxmaqdan qorxurlar. ABŞ-da 

irqçi polis zənciləri uydurma səbəb əsasında öldürür. Öz irqinin üstünlüyü barədə 

şişirdilmiş hiss bir qayda olaraq  əks tərəfdə cəmiyyətin aşağı təbəqələrinə xüsusilə 

güclü nüfuz edir, marginalların və lümpenlərin şüurunda daha acı cücərtilər meydana 

gəlir. ABŞ- dakı etiraz nümayişlərində irqçilik zəminindəki reliktlər yenə də özünü 

biruzə verir, afro -amerikanlar mübarzə vasitəsi kimi vandalizmə də əl atırlar. Həm də 

bəzi adamlarda, təəssüf ki, “fantom irqçilik” qalmaqda davam edir.  

 İrqçilər hökmən Assuriya çarı Sardanapalın taleyini yaşamalıdırlar. Düşmən 

qoşunları tərəfindən mühasirəyə alınan və sağ qalacağına ümidini itirən Sardanapal 

əmr etmişdi ki, onun hərəmxanasında olan qadınlar və özünün çox qiymətli atları 

onunla birlikdə ölümə yollanmalıdırlar. Gecə mühafizəçilər çarın gözü qarşısında 

xəncər zərbəsi ilə hərəmləri və atları öldürdülər. Sardanapal öz iyrənc xarakterinin 

şıltaqlığına bu yolla son təsəlli tapmaq istəyirdi, lakin onun qəddarlıqdan və 

vəhşilikdən xəbər verən şərti də özünün  quduz həyatını qoruyub saxlamağa kömək 

edə bilməzdi.  

Sardanapalın üz döndərən taleyini, onun həyatının dramatik son anlarını dahi 

ingilis şairi lord Corc Qordon Bayron qələmə almış və böyük fransız rəssamı Ejen 

Delakrua şairin versiyasına əsaslanaraq özünün məşhur «Sardanapalın ölümü» 

tablosunu yaratmışdır. Bu rəsm əsərində çarın gözləri qarşısında mühafizəçi hərəm 

qadınlarından birinin kürəyinə xəncər soxmaqla onu öldürür. Digər hərəmlər və atlar 

da belə dəhşətli sonluqlarını gözləyirlər. Lakin bu qurbanlar dəstəsi də Sardanapalın 

həyatını xilas edə bilmir. Hər bir irqçi də Sardanapalın taleyini yaşayacağını 

unutmamalıdır. Tək irqçi liderin özü deyil, onun əlaltıları və bu cinayətlərdə ona 

xidmət edənlərin hamısı qanun əsasındakı ədalətli cəzadan yaxa qurtara bilməməlidir. 

Əlbəttə bu bəşəriyyətin irqçilik kimi mənfur cinayət üzərində tam qələbəsi olardı. Axı 

tarix ərzində bəşəriyyət ona ləkə gətirən çox sayda qüsurları ilə vidalaşmağı 

bacarmışdır, irqçilik kimi eybəcərliyə də son qoyula bilər. Bu ümid isə nikbinlik hissləri 

oyatmaya bilmir. 

 

SON  



 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə