İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1.

 



Yeni Rehber Ansiklopedisi. İstanbul: İhlas Holding A. Ş.1993, c. IX, 381 s. 

2.

 



V.M.Məmmədəliyev. Qurani-Kərim məali. 2007. Ali-İmran surəsi, ayə 73 

3.

 



Fahruddin Er-Razi. Tefsir-i Kebir, (tərcümə edənlər: S. Yıldırım, L. Cebeci, 

S. Kılıç, S. Doğru). Ankara: Akçağ Yayınları, 1989, c. VI, 560 s. 

4.

 

Doç.Dr. H.Kamil Yılmaz. Aziz Mahmud Hüdayi ve Celvetiyye tarikatı. 



Ankara: Erkam yayınları, 1990, 327 s. 

5.

 



Şamil İslam Ansiklopedisi. İstanbul: Şamil yayın evi, 1991, c. IV, 408 s. 

6.

 



Mevlana (sadələştirən: Prof. Dr. Amil Çelebioğlu). Mesnevi-i şerif. İstanbul: 

Milli egitim yayınları, 2000, c. III, 897s. 

7.

 

Annemarie Schimmel. İslamın mistik boyutları, (tərcümə edən: Ergun 



Kocabıyık).  İstanbul: Kabalcı yayınevi, 1999, 495 s. 

8.

 



Prof. Dr. Yaşar Nuri Öztürk. Kurandakı  İslam.  İstanbul: Yeni boyut, 2011, 

508 s. 


9.

 

Emine Yeniterzi. Mevlana Celaleddin Rumi. Ankara: Türkiye Diyanet Vakfı, 



1995, 216 s. 

10.


 

Alican Tatlı. Zühd açısından dünya ve nimetleri. İstanbul: Erkam yayınları, 

2005, 472 s. 

11.


 

 Ahmed Davudoğlu. Kuran-ı Kerim ve izahlı meali. İstanbul: Çile yayınları. 

12.

 

 Mevlana. Mesnevi-i şerif, (sadələştirən: Prof. Dr. Amil Çelebioğlu). 



İstanbul: Milli egitim yayınları, 2000, c. I, 945 s. 

13.


 

 Əli Himmət Bərki, Osman Kəskioğlu. Həzrət Məhəmməd və həyatı. Ankara: 

Diyanət İşləri Başkanlığı Nəşri, 1996, 436 s.  

14.


 

 А. Л. Kaplan. Mamalıq. Bakı: Azərbaycan dövlət tədris-pedaqoji ədəbiyyatı 

nəşriyyatı, 1960, 606 s. 

15.


 

 Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah. Qadınlara məxsus hallar, (tər-

cümə edən: Xəyyam Qurbanzadə). Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2008, 109 s. 

16.


 

İbnul-Cevzi. Şeytanın hileleri, (tərcümə edən: M. Ali Kayabağlar). İstanbul: 

Kahraman yayınları, 2002, 586 s. 

17.


 

  Buhari.  Sahihi-Buhari,  (tərcümə edən: Konyalı Mehmed Vehbi). İstanbul: 

Sabah neşriyatı, 1966, c II, Bab-valide, 292 s. 

18.


 

 Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. İstanbul: 1998, c. XVIII, 555s. 

 

 


Halal-haramıhaqsızcasına qarışdırılması 

237


XÜLASƏ 

 

Məqalədə  bəzi din xadimlərinin  şəriətə görə caiz olmayan əməlləri, təriqət 

şeyxlərinin riyakarlığı və yolverilməz hərəkətləri ətraflı şəkildə izah edilir. Həmçinin 

aktual mövzulardan olan abort və onun nəticələri, o cümlədən qoca və ya şikəst 

olmadan dilənçiliklə  məşğuliyyət barədə  məlumat verilir. Bundan əlavə  kşilərin 

alfonsluq və boşanma zamanı bəzi yolverilməz əməlləri haqqında mövzuya toxunu-

lur. Eyni zamanda analitik və təqlidedici təfəkkür barədə müəllifin şərhi qeyd edilir.  

Habelə mövzu ilə  əlaqədar Qurani-Kərim ayələri, peyğəmbər Həzrət 

Muhəmmədin (s.ə.s.) hədisləri və ilahiyyatçı alimlərin təfsirləri təqdim edilir.  

  

РЕЗЮМЕ 



 

В статье подробно излагаются по шариату недозволенные поступки такие 

как  лицемерие  религиозных  служителей,  в  частности  непозволительные  и 

греховные  деяния  глав  религиозных  сект.  Так  же  затрагивается    такая 

актуальная проблема как аборт и его последствия. Одновременно изъясняется 

занятие попрошайничеством не будучи калекой и старым. Кроме упомянутого 

затрагивается  тема  альфонство  и  некоторые  недопустимые  поступки  при 

разводе.  

Поясняется  рассуждения  автора  об  аналитическом  и  подражательском 

мышлении.  

В том числе предоставлены аяты Корана, хадисы Пророка Мухаммеда (с), 

а так же толкование ученых по теологии связанные с данной темой. 



 

SUMMARY 

 

In the article including hypocrisy of the sect sheikhs and is told about 

inadmissible sins of religious figures. Also it is spoken about, one of the actual 

subjects, abortion, relating to its consequences and while being not old, invalid, 

engaged in beggary. Besides it, it is informed about men engaged in gigolo and 

their some inadmissible actions during the process of divorce.  

As well it is explained about analytical and imitating mentality of author. 

Also it is refered to ayahs of Quran, Prophet’s dikta, commentaries of 

theologians. 


T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında 

239


 

 

T.KUN: ELMİN İNKİŞAF PROSESİNİN  

MƏRHƏLƏLƏRİ HAQQINDA 

 

N.N.Heybətova 



BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq 

kafedrasının magistrantı 

 

       



Açar sözlər: Tomas Kun, elm, elm fəlsəfəsi, paradiqma, elmi inqilablar, normal elm. 

Ключевые слова: Томас Кун, наукa, философия науки, парадигма, научная 

революция, нормальная наука. 

Key words: Thomas Kuhn, science, history of science, philosophy of science, 

paradigm, scientific revolutions, normal science. 

 

 “Fəlsəfi bir beyinə sahib tarixçi üçün elm fəlsəfəçisi bir neçe təsadüfən seçilmiş 



faktı səhvən bir bütün olaraq qarşılamış, onları prinsipcə uyğun düşməsələr belə  

mücərrədləşdirmə ilə bir araya gətirərək, qətiyyən praktikada gerçəkləşməyəcək 

funksiyaları həyata keçirməyə məcbur etmiş kimi görünür” - Tomas Kun  

 

Tomas Kunun bir elm tarixçisi kimi elmin fəlsəfəsinə verdiyi ən böyük töhfə 



elmin mahiyyətini açıqlamaq üçün onun tarixindən istifadə edərək nəhayət ki, 

reallıqla az çox uyğun elm anlayışının  şərhinə nail olmasıdır. Kunun elmi prosesi 

izah etmək üçün təqdim etdiyi model ənənəvi təfəkkürdə olduğu kimi kəmiyyət 

dəyişiklikləri ilə artan düzxətli inkişaf prosesinə  malik deyildir. Kunun düşüncəsinə 

görə elm daha fərqli şəkildə inqilablarla öz dəyişimini həyata keçirir. Kunun təqdim 

etdiyi mərhələlərin hər biri elm tarixində müəyyən bir zaman kəsiyini  əhatə edir. 

Ümumiyyətlə, Kunun düşüncələrini tam mənimsəmək üçün mərhələlərin hər birini 

dərindən anlamaq çox vacibdir. Mərhələlər bunlardır: 1-normal elm formalaş-

mamışdan  əvvəlki mərhələ, 2-normal elm mərhələsi, 3-normal elmin keçirdiyi 

böhran mərhələsi, 4- inqilabın baş verdiyi mərhələ ve yeni paradiqmanın qəbulu. 

Kuna görə normal elmdən əvvəlki mərhələdə elm xaotik xarakterə malik olur və bu 

mərhələdə  nəyin elmi olduğunu, nəyin elmi olmadığını müəyyən edən meyarlar 

olmadığından elmdən danışmaq belə real görünmür: “Bir paradiqmanın və ya 

paradiqma namizədinin olmadığı yerdə  məlum bir elmin inkişafı ilə uzaqdan 



 N.N.Heybətova 

240


yaxından əlaqəsi olan faktorların seçilməsi üçün hər hansı bir meyar olmur. Bunun 

nəticəsində bu mərhələdəki fakt toplama prosesi daha sonraki mərhələdə olana 

nisbətdə daha çox şansa buraxılmış bir fəaliyyətdir” (1, 88). Kun qeyd edir ki, bu növ 

faktların toplanması  hər bir elmin  başlanğic mərhələsi  üçün müəyən  əhəmiyyətə 

malik olsa da, çox ciddi qarışıqlıq yaratdığı da danılmazdır. Məsələn, Plininin 

ensiklopedik yazılarını və ya XVII əsrdə Bekonun yazılarını incələyən birinin onlara 

elm dəməyə dili gəlməyə bilər. Bu yazılar elmlə əlaqesi olmayan ideyalarla doludur. 

Bu faktların ilk paradiqmanın yaranmasına  şərait yaratması çox nadir rastlanan bir 

vəziyyətdır. Buna səbəb isə bu tip qarışıq faktların müəyyən meyara tabe olmadan  

toplanılmasıdır.  

Bunu da qeyd etmək yerinə düşər ki, onun 1957-ci ildə çapdan çıxmış “Kopernik 

inqilabı: Qərb düşüncəsində planetar astranomiya” adlı  əsəri də paradiqmanın 

formalaşmadığı zamana qədər olan elmi anlamaq üçün xüsusi əhəmiyyətə malikdir. 

O, bu kitabda Ptolemeyin geosentrik nəzəriyyəsindən  əvvəlki mərhələni təqdim 

edərək müxtəlif məktəblər arasındaki fikir ayrılığını göstərmişdir. Hansı ki, bu 

düşüncələr bir-birinə demək olar ki uyuşmur. Üstəlik çoxu da metafizik xarakterə 

malikdir və bu iddialara elm demek isə  mənasız görünür. Kitabında  bəzi xalqların 

özünəməxsus modeli ilə yanaşı Aristotelin, Platonun, pifaqorçuların hətta yerin 

hərəkət etdiyini iddia edən antik müəlliflərin və s. fikirəri ilə də oxucunu tanış edir. 

Lakin bu qarışıqlıqlığa son qoyan paradiqma Ptolemeyin ortaya atdığı nəzəriyyə olur.  

Bu ideya digər düşüncələri  sıxışdırıb və onların yerini almağa nail olur. Bu 

sıxışdırma onları tam yox etmir. Kun qeyd edir ki, hətta Kopernik zamanında belə elə 

insanlar var idi ki, müəyyən mənada ziyalı  təbəqəyə aid olmalarına baxmayaraq 

dünyanın kürə şəklində olmasına belə inamırdılar. Lakin bu sıxışdırma təbii ki, elmi 

ictimaiyət tərəfindən olan sıxışdırmadır. Bu tip insanlar astronomlar tərəfindın ciddi 

qəbul olunmurdular. Necə ki, günümüzdə  təkamül ideyasına inanmayan insanlar 

mövcuddur. Lakin elm bu baxımdan çox qəddardı. Təkamül nəzəriyyəsi biologiyanın 

esaslarını  təşkil edir. Ondan imtina etmək adi insan üçün mümkündü lakin bioloq 

üçün heç də normal qarşılanan hall deyil. Bir astronom olmanın meyarı, qebul 

olunmuş paradiqmanın mənimsəməsindən keçməsi normaldır. Mövcud paradiqma 

formalaşmışsa ona alternativ fikirlər heç de elm adamları terəfindən birmənalı 

qarşılanmır.  

Kun “Elmi inqılabların quruluşu” əsərində paradiqmadan evvəlki mərhələni izah 

etmək məqsədi ilə  işığın və elektriyin təbiəti ilə bağlı elm adamlarının rastlaşdığı 

çətinlikləri və onların absurd fikilərini nümunə göstərir. Bu səbəbdən elm tarixçisi 

Vasko Ronçinin “İşıq tarixi” əsərindən bir parçanı qeyd edir: “Bizə  ən uzaq olan 



T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında 

241


antik dövrdən XVII əsrə qədər heç bir dövrdə işığın mahiyyəti ilə bağlı ortaq qəbul 

olunan bir fikir olmamışdır. Bunun əvəzinə bir-biri ilə yarışan bəzi məktəblər və 

bunların da içində daha da alt gruplar vardır ki, hamısı da Epikürçü, Aristotelçi ya da 

Platonçu nəzəriyyələrdən birini fərqli  şəkildə  mənimsəmişdi. Bir qismi işığı maddə 

cisimlərindən çıxan parçacıklar olaraq görürdü. Diger bir qismi üçün isə  işıq 

cisimlərlə göz arasında yerləşən mühitin müəyyən dəyişimə uğraması idi. Başqa bir 

grup isə işığı fiziki ortamda  gözün  çıxardığı maddə ilə gözün arasındaki qarşılıqlı 

əlaqə kimi açıqlayırdı. Buna bənzər bir çox müxtəlif şərhlər var idi. Bu məktəblərdən 

hər biri malik olduğu müəyyən metafizik düşüncədən güc alırdı  və  hər biri bağlı 

olduqları paradiqmaya nəzərən hansı optik təzahürler onların nəzəriyyəsinə uyğunsa 

həmin təzahürləri ön plana çıxarırdılar. Digər təzahürlərə isə ya inkişaf etdirilmiş 

əlavə fikirlərlə yanaşılırdı ya da onlara gələcəkdə həll olunacaq çətin problemlər kimi 

baxılırdı ”. 

Nyutonun optik paradiqması ortaya çıxdı  və zamanla rəqibləri üzərində  qəti 

qalibiyyət qazanmağa nail oldu. Bu paradiqmanın qəbul edilişi ilə eyni zamanda 

optika sahəsində  xaotik vəziyyətə son qoyuldu. Kun iddia edir ki, Nyutonun Optik 

paradiqmasından  əvvəl bu sahədə olan fəaliyyəti elm adlandırmamaq mümkündü. 

Çünki, işığın təbiətini öyrənmək istəyən hər bir araşdırmacı demək olar ki, sıfırdan 

başlamağa məcbur idi. Müəyyən meyarların olmaması  yəni istər ölçü aparmaqdan 

tutaq nəyin esas fakt kimi qeydə alınmasına qədər bunların hər biri barədə 

araşdırmacı istediyi qərarı verməkdə  sərbəst ola bilirdi. Təbii ki, bu tip fəaliyyət 

Nyutonun gətirdiyi paradiqmadan sonraki elmi fəaliyyətə  bənzəmir. Eləcə  də bu 

günki elmi fəaliyyətə uzaq bir fəaliyyət kimi görünür.  

Daha sonra yuxarıda da qeyd etdiyimiz kimi Kun elm tarixindən başqa bir 

nümunə daha gətirir. O qeyd edir ki, Elektrik barədə ilk paradiqmanın ortaya 

çıxmadığı zamandan əvvəl demek olar ki elektriyin təbiətini araşdıran alim sayısı 

qədər nəzəriyyə var idi və bunların hər biri çox əcaib, hətta günümüz üçün gülməli 

səslənən təcrübələr apara bilirdilər. Məsələn, elm adamları düşünürdü ki, elektrik 

maye təbiətinə malikdir və bu səbəbdən də onu şuşə içinə toplayacaq təcrübələr 

aparırdılar. Lakin bu alimlərdən yalnız biri Benjamin Franklin doğru yol ilə getməyi 

bacardı  və onun açdığı  cığırla gedən alimlər nəticədə  elektrik barədə ilk 

paradiqmanın meydana gəlməsinə nail oldular. Franklinin  paradiqması  nəticədə 

hansı təcrübələrin yararlı hansının isə mənasız olduğunu meydana çıxardı.  

“Bizi əsl təəccübləndirməli olan  və dərinliyi baxımından elmdən başqa bəlkə də 

heç bir yerdə bu dərəcəsinə  təsadüf edə bilməyəcəyimiz ayrılığın sonrada böyük 

ölçüde yox olmasıdır” (1-90). Bu ayrılığın aradan qalxması ilə kortəbii 



 N.N.Heybətova 

242


istiqamətlənmiş    elm  peşəkar fəaliyyətə çevrilir və ciddi nailliyyətlərə nail olmağa 

qadir olur. “XVIII əsrin ilk dörd onilliyində elektriklə bağlı yazı yazanlar elektrik 

təzahürləri barədə XVI  əsrdə yaşamış  sələflərindən daha çox biliyə sahib idilər.  

1740-cı ildən sonrakı yarım  əsr  ərzində isə kitablarına çox az yenilik əlavə edə 

bildilər. Bütün bunlara baxmayaraq XVIII əsrin  əvvəllərində Gray, Du Fay hətta 

Franklin kimi elektrik araşdırmacılarını,  eyni yüzilliyin sonlarında yaşayan 

Kavendiş, Kulon və Volta kimi elektrikçilərin nailiyyətlərindən ayıran məsafə, XVI 

yüzillikdəki elektrikçilərlə olan məsafədən çox daha böyükdü” (1-95). Bunun 

səbəbini isə Kun belə açıqlayır: “Çünki, 1740-cı il və 1780-cı il arasında artıq 

araşdırmaların istiqamətini müəyyən edəcək təməl atılmışdı. Artıq elektriyin təbiətini 

araşdıran alimlər özləri üçün ortaq bir paradiqma müəyyən edə bilmişdilər. Bu isə 

sürətli inkişafa səbəb olurdu”. Kun artıq bu mərhələni öz kitabında normal elm 

mərhələsi adlandırır və bu mərhələnin xüsusiyyətlərini izah etmeye çalışır. Elmi 

ictimaiyyətin bir paradiqmanı qəbul etməsiylə başlayan profesional fəaliyyəti özündə 

əks etdirən normal elm mərhələsi daha əvvəlki mərhələdən çox daha məhsuldar 

olmağı ilə seçilir. Eyni zamanda bu paradiqma müəyyən terminləri də özü ilə gətirir 

ki, artıq bu elmi mühitin insanlarının ortaq bir dili formalaşır. Zamanla həmin 

ixtisasdan olmayan insanların onların yazdıqlarını anlaması imkansız hala gelir. Kun 

qeyd edir ki, bu problemdən çox insan günümüzdə şikayət edir, lakin bunu anlamaq 

lazımdır ki, bu peşekarlıq üçün ən vacib məqamlardan biridir. İstiqamət dərinləşdikcə 

yeni terminlərin yeni kəşflərin açıqlanması üçün istifadə olunması qaçınılmaz haldır 

bu isə hər kəsin həmin istiqaməti anlaması üçün problem yaradırsa da elmi inkişafa 

nail olmağın daha fərqli üsulu imkansız görünür.  

“Paradiqma elmi ictimaiyyətin son dərəcə vacib olduğuna qərar verdiyi bəzi çox 

əhəmiyyətlı problemləri  rəqiblərindən daha uğurlu həll edə bildiyi üçün üstünlük 

əldə etmiş olur. Yalnız uğurlu olması  nə bir problemdə  dəqiq nəticənin  əldə 

olunması, nə  də bir çox problemdə bu nəticənin  əldə olunması demək deyil. 

Paradiqmanın uğuru – istər Aristotelin hərəkəti araşdırmasını, ister Ptolemeyin 

planetlərin fəzadaki mövqeyinin hesablamasını, istərsə 

də Maksvelin 

elektromaqnetik sahənin hesablanmasında riyaziyyatın istifadəsi olsun, başlanğıcda 

seçilmiş lakin hələ tamamlanmamış nümunələrdən əldə edilməsi umulan bir uğurun 

xəbərçisi xarakteri daşımasıdır. Normal elm isə bu ümidin gərçəkləşdirilməsindən 

ibarətdir”. (1-96) Kun daha sonra maraqlı bir iddia ilə  çıxış edir;“Paradiqmanın bu 

cür arxasında  çoxlu təmizlik işi buraxdığının, yetkin bir elmin bilavasitə 

nümayəndəsi olmayan çox az insan fərqindədi. Bu “təmizlik fəaliyyəti” bir çox elm 

adamını bütün həyatı boyunca məşğul edəcək prosedurlardı. Hamısı da mənim 


T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında 

243


burada normal elm adlandırdığım fəaliyyəti meydana gətirir.  İster tarixi tərəfdən, 

istərsə  də muasir loboratoriyalarda  bu fəaliyyət yaxından incələndikdə insana  

paradiqmanın təmin etdiyi, əvvəlcədən hazırlanmış  və çox az dəyişdirilmə imkanı 

olan bir qutuya təbitətin zorla yerləşdirilməsi kimi görünür. Normal elmin heç bir 

hissəsi təbiətdən yeni bir fenomen çıxartmağa yönəlməmişdir. Tam tərsi bizim 

qutuya uyğun olmayanlar diqqətə belə alınmaz. Elm adamlarının əsas məqsədi yeni 

nəzəriyyələr ortaya atmaq olmadığı üçün bu tip nəzəriyyələr ortaya atıldığı zaman 

diqqtətə belə almazlar”. (1-98)  

Kunun bunun bəlkə  də bir qüsur kimi başa düşüləcəyini qeyd etsə  də bu 

məqamın elmin irəliləməsi üçün çox vacib olduğunu vurğulayır. “Lakin paradiqmaya 

olan inamdan qaynaqlanan bu məhdudiyyətlər elmin inkişafı üçün gərəklidir” (1-99) 

“Paradiqma xaricə az çox qapalı  və  məhdud bir sıra problem üzerinə diqqətləri 

toplamaqla, elm adamlarını  təbiətin hər hansı bir hissəsini ağla bele gəlməyəcək  

dərəcədə  dərininə  və  ətraflı incələməyə  məcbur etmiş olur.” (1-98) Kun faktlar 

üzrəndəki bu elmi araşdırmaların 3 əsas diqqət nöqtəsini qeyd edir. “1-cisi şeylərin 

təbiəti haqqında xüsusi ilə paradiqma tərəfindən ortaya çıxarılmış faktlar sinifidir” 

(1-100). Qısaca izah etməyə çalışsaq məsələn astronomiyada ulduzların yerleri 

böyüklükləri, fizikada maddelerin təziqə dayanıqlığlığı, xüsusi yer çekimləri, dalğa 

uzunluqları, skeptrdakı mövqe, elektrik keçiriciliyi  və  s.  kimi  faktların  vacibliyini   

paradıqma elm adamlarına gösterdiyi üçün elm adamları esasən bunları müəyyən 

etməyə çalışır. Bu zaman onlar yeni qeyri adı bir şey keşf etmirlər. Paradiqmanın 

əvvəlcədən uzaqgörənliyi ilə ehtimal etdiyi problemlərlə məşğul olurlar. Bir çox elm 

adamı  uğurlarını  nə isə yenilik kəşf eymələrinə borclu deyillər sadəcə olaraq 

əvvəlcədən təxmin edilənləri müəyyən etmək üçün yeni metodlar tədbiq edərək daha 

dəqiq nəticə əldə etməyə çalışırlar.  

İkincisi isə paradiqlamın təsdiqi ile bağlı  nəticə  əldə etmək üçün müəyyən 

cihazların ixtirası və müəyyən eksperimentlərin qoyulmasıdır. Məsələn “Kopernikin 

dünyadan görülən şəkli ilə ulduzların hərəkətləri və uzaqlıqları barədəki təxminlərini 

doğrulaya biləcək xüsusi teleskopların icadından, ilk olaraq Principianın  (Kun 

burada Nyutonun “Təbiət fəlsəfəsinin riyazi prinsipləri”  əsərindən bəhs edir ) 

yazılışından bir əsr sonra icad edilən və Nyutonun ikinci qanununu ilk dəfə olaraq 

mübahisəsiz şəkildə sübut etməyə nail olan Atvudun cihazı, Fukonun işığın havada 

sudan daha süretli olduğunu göstərmək üçün icad etdiyi aparatı ya da neytronların 

varlığının isbatı üçün böyük qıvılcımlanma cihazını  və buna bənzər bir çox 

nümunənin də göstərə biləcəyi kimi təbiət ilə nəzəriyyə arasındaki harmoniyanı daha 

da yaxın etmek üçün ciddi cəhdə  və  yüksək intelektə ehtiyac vardır” (1-102). Bu 



 N.N.Heybətova 

244


Kunun fikrinə görə birinciyə nisbətdə paradiqmaya daha çox bağlılıq göstərir. 

Nyutonun 2-ci qanunu olmasaydı eslində Atvudun cihazının heç bir menasıda 

olmazdı. Onun əldə etmiş olduğu nəticə  də elm üçün dəyərli və diqqətə layiq bir 

nəticə olmazdı.  

Üçüncünü isə daha çox riyaziyyata bağlı elmlərdə görə bilirik. Paradiqmanın 

əvvəlcədən təxmin etdiyi sabitlərin hesablanması, məsələn, gravitasiya sabitini, 

kulon sabitini, plank sabitini qeyd etmək olar. Bu sabitlər nə üçündü? Və  Nə üçün 

əhəmiyyətə malikdi? Buna primitiv misal kimi pi ədədinin hesablanmasını qeyd edə 

bilərik. Burada pi çevrenin perimetrinin diametrnə olan nisbətidir. Biz bilirik ki, bu 

bütün çevrələr üçün standartdı. Yəni pi rəqəmini bilməsək o zaman sadəcə radiusu 

verilmiş bir çevrənin perimetrini və ya sahəsini tapa bilməzdik. Düzdü fizikada 

sabitlərin hesablanması pi rəqəbinin hesablanmasından daha çətindi. Çünki işə təbii 

şərait bir çox cihazlar qarışır və zaman keçdikcə daha dəqiq cihazların müəyyən 

olunması ilə ölçülər daha da dəqiqləşdirilir.  Bu isə  təbii ki, elm adamlarına yeni 

metodlar sınaqdan keçirməsinə və  yeni cihazlar ixtira etmələrinə stimul verir. Düzdü 

pi rəqəmi ilə müqayisə aparsaqda təkcə bu fərqi qeyd etmek yerinə düşər ki, nəzəri 

cəhətdən də baxıldığında gravitasiya sabitini hesablayarkən  şəhərlər müxtəlif 

meridianlar üzərində yerləşdiyi üçün Parisdə aldığın nəticə Bakıda aldığın nəticə 

arasında fərq olacaq. Təbii bir çox amillər bu hesablamalara təsir göstərir.   Yəni 

sabitlərin hesablanmasında məqsəd bu təsirlərin nəzərə alınması  nəticəsində  dəqiqə 

ən yaxın rəqəmin əldə olunmasına nail olmaq olur.    

Kun normal elmi mərhələdəki mövcud paradiqmanın mükəmməl olduğunun 

isbat olunmadığı məsələsində israr edir. Məsələn Nyutonun paradiqmasını götürək bu 

mövcud müşahidələrə eksperimentlərə tam oturmasa da bir çox riyaziyyatçılar illərlə 

hesablama aparıb bu problemlərin həllini tapmağa çalışmışdır və paradiqmadan 

imtina etmək düşünülməmişdir.  

Kun nəzəri baxımdan olan fəaliyyət üçün 3 əsas məqamı da qeyd edir 1-vacib 

faktların müəyyən edilməsi, 2-fakt və  nəzəriyyə arasında uyğunluğun müəyyən 

edilməsi, 3-nəzəriyyələrin təhlil edilməsi.  Kunun fikrinə görə bu üç məqam istər 

nəzəri istərsədə empirik tərəfdən normal elm mərhələsini  əhatə etdir və elm adamla-

rının məşğul olduğu problemlərin çox böyük hissesi  normal elm mərhələsində bu 

kateqoriyaların birinə daxil olur.   

 Normal elm mərhələsi əslində Kunun təqdimatında dogmatik bir mərhələ kimi 

xarakterizə olunur. O, bunu mənfi hal kimi dəyərləndirmir. Çünki, elm adamın beyni 

bu cür işləməsə məhsuldarlıq istənilən səviyyədə olmaz.  

 


T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında 

245


Bu mərhələdə əgər ölçmədə problem yaranırsa belə qüsur bu nəzəruyyədə deyil 

elm adamında axtarılır. Yəni onun metodunda və yaxud istifadə etdiyi cihazda və s. 

Bu qüsurlarında təbii ki səbəbləri tapılmağa çalışılır ki daha dəqiq hesablamalar apa-

rılsın. “Belə bir sual yaranır normal elmin məqsədi mahiyyətdə əsaslı yeniliklər tap-

maq deyilsə əgər gözlənən nəticəyə uzaq düşmək elm adamı üçün uğursuzluq sayılır-

sa- elm adamı bu problemləri həll etmək üçün nə üçün bu qədər zəhmət çəkir ?”  (1-

114) 

Bunun açıqlaması verən Kun qeyd edir ki, bilinəni ortalığa çıxartmaq üçün yəni 



nəticə əldə etmək üçün esas işi maraqlı edən özünəməxsus metodun düşünülməsidir. 

Ortada bir problem var və onun həllinin tapılması lazımdır. “Bu zaman elm adamının 

problem həllindəki ustalığıda sübut olunmuş olur elm adamının bu qədər zəhmətə 

qatlaşmasına situmul olan ən vacıb səbəb də “puzzle”ın  çətinliyidir.” (1-115) 

Təsəvvür edin ki, iki qutu var və siz “puzzle” həll etməlisiz və hissələr iki fərqli 

qutudan təsadüfü çıxır. O zaman bu işi çox çətinləşdirər əslində isə bu proses heç əsl 

sınaq xarakterinə belə malik deyil. Paradiqma normal mühit yaradır bu problemlərin 

həlli üçün. Paradiqma bu  problemə yol gösterici olmasa yeni problemin həllinə ümid 

yaratmasa o zaman buna çox az sayıda insanın yönələcəyini qeyd etsək yerinə düşər. 

Özünün paradiqmasına sahib olma xoşbəxtliyinə nail olmamış elmi istiqamətləri ilə 

maraqlanan çox az sayıda fedakar tapmaq mümkün olur. Məsələn Freyddən öncə 

psixologiyanın vəziyyətini ilə    Freyddən sonraki vəziyyəti arasında çox ciddi fərq 

var.  

“Gördüyümüz kimi elmi ictiamiyyətin paradiqma sayəsində  əldə etdikləri  şey 



mümbit  şəraitdir. Yəni paradiqma keçərliliyini qoruduğu müddətcə bir cavabı 

olduğunu bildiyimiz problemləri seçməyə yarayan bir meyardır. Elmi ictimaiyyətin 

də elmi olaraq qəbul etdiyi, üzvlərini üzərində çalışmağa təşviq etdiyi tək növ 

problem demək olar ki paradiqmanın istiqamətləndirdiyidir. Daha əvvəlləri standart 

görülmüş olanlar da daxil digər problemlər metafizik olduqları  səbəblə  rədd edilir. 

Elmi ictimaiyyət bunun başqa bir elm qolunun predmeti olduğuna qərar verə bilir.  

Hətta bəzən zaman itirməyə belə  dəyməyəcək qədər qarışıq olduqlarını iddia edir.  

Elmi ictimaiyyət paradiqmaya əsaslanaraq cəmiyyət üçün əhəmyyəti olan bir çox 

problemini sırf meyarına uymadığı üçün kənarlaşdırıla bilir. Çünki bu problemlər 

paradiqmanın şərait yaratdığı anlayış və metodlarla ifadə edilməməkdədir” (1-116) 

Normal elm mərhələsindəki bu aktivliyi təbii ki, oyuna olan maraq kimi də 

anlamaq mümkündür. Kun qeyd edir ki, eslində elmi fəaliyyət üçün bir çox səbəb 

göstərilə bilər. Xeyirli bir iş görmə arzusu, yeniliklər gətirmək v əya bilinən bilikləri 

yenidən sınamaq istəyi. Lakin ən vacib olan məqam tapmaca həllidi.  Elm adamına 



 N.N.Heybətova 

246


əsas stumul verən özündən əvvəl heç kəsin tapa bilmədiyi tapmacaya cavab tapmaq 

və ya bu problemi özündən  əvəlki alimlərdən daha  dəqiq həll edə biləcəyinə olan 

iddiasıdır.  

Kun qeyd edir ki, bir rəsmin hissələrini lazımı  şəkildə  yığmasan belə  yəni 

oyunun qaydasına uyğun olmasa belə o parçacıqlardan nə isə maraqlı və çox gözəl 

şəkil almaq mümkün ola bilər. Lakin bu problemin həlli demək deyirdir. Problem o 

zaman həll edilir ki, bu qaydaya uyğun edilsın. Məsələn, qaydaları olmayan bir 

şahmat oyunu kimsəyə maraqlı olmaz. Ümumiyyətlə, oyun demək belə mümkün 

olmaz.  Əlbətdə hər fiqurun öz gedişi olmasa rəqibin şahını mat etmək imkansız olar.  

Eləcə  də  vəzirlə piyadanın fərqi qalmaz. Vəzirin piyadadan daha dəyərli olmasının 

səbəbi  ele oyunun qaydasına görədir. Kun oyunda olan  “qayda” anlayışının  elmi  

araşdırmadaki “baxış bucağına” yaxın olduğunu və eslində oyunlarla normal elm 

mərhəsəindəki fəaliyyətin bənzədiyini qeyd edir. Kun eynı zamanda qeyd edir ki, 

ümumi təməldə olan metafizik ideyalarında elmi fəaliyyətə təsiri danilmazdı. 1630-

cu ildən bəri xüsusi ilə  də Dekartın esərlerinin ortaya çıxması ilə fiziklərin çoxu 

kainatı miproskopik hissəciklərdən ibarət olduğunu düşünməyə başladı  və bununla 

da materiyanın yalnız maddə formasına diqqət çekildi. Hər  şeyi maddənın fərqli 

forması kimi düşünülməyə başladılar. Bu inanc isə istər kimyada istər fizikada bir 

fundament rolunu oynadı. Məsələn, Kun “Kopernik inqilabı: Qərb düşüncəsində 

planetar astronomiya” kitabında qeyd edir ki, Kopernik pifaqorçu və yeni platonçu 

istiqamətdən təsirlənmiş biri idi. Bu səbəbdən də ona Ptolemeyin nəzəriyyəsi doğru 

görünmürdü. Çünki riyaziyyat təbiətə  tədbiq edilir olmalı idi, lakin bu sistemdə 

hesablama xetaları açıq aşkar görünürdü. O zaman Allahın yaratdığı varlıq qüsurlu 

sayılırdı ki bu da yaradıcının sonsuz ağlını qüdrətini şübhə altına alınması demək idi 

və Kopernik eyni zamanda din xadimi idi və inanclı biri idi. Əslində Kun bir baxıma 

haqlıdı fəlsəfi ideyaların daha sonra elmi axtarış üçün təməl və ilham qaynağı olduğu 

da bir çox nümunə ilə təsdiq edə bilərik.  

 Kun hər hansı bir faktdan sonra belə elm adamlarının araşdırmalarının bir daha 

əvvəlki kimi olmayacağını qeyd edir. Əgər hansısa bir qeyri adı fakt ortaya 

çıxarılıbsa onun intensiv tədqiqi başlayır və nəticədə bilinməz olan fakt bilinir fakta 

çevrilər. “Paradiqmanın təsiri altında edilen araşdırma eyni zamanda paradiqma 

deyişiklihəyata keçirmənində en təsirli yoludu.”  (1-135) 

Yeni nəzəriyyənin ortaya çıxışı paradiqmada böyük ölçüde bir dağıntı ilə 

xarakterizə olunur və normal elmin fundamental problemləri və metodunda böyük 

dəyişikliklər meydana gəlir. Anomalilərin artıq izah olunmaz ve ciddi problem 

yaratması ilə normal elm böhran yaşayır və ve bu böhran vəziyyət normal elmdən 



T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında 

247


evvəlki vəziyyətlə  bənzərlık təşkil edir. Mövcud paradiqma artıq yararsız halda 

olduğu anlaşılır və elmi inqilabın baş verməsi qaçılmaz olur. Kuna görə bu inqilab 

nəticəsində elm adamı  fərqli bir dünyadan başqa bir dünyaya köçmüş kimi olur. 

Məsələn, geosentik nəzəriyəyə inanan bir insan üçün heliosentrik nəzəriyyənin doğru 

olduğunu qəbul etdiyi zaman ördək artıq onun gözündə dovşan olur. Çünki, yeni 

paradiqmanında təqdim etdiyi baxış bucağı çox fərqlidir. Paradiqmanın deyişməsi ilə 

elm adamın dünyaya baxışıda dəyişir. O artıq  əvvəlki dünyada yox yeni dünyada 

yaşayır. Kun bu vəziyəti ifadə etmək üçün təcrübə zamanı hər şeyi tərs göstərən bir 

eynəyi misal çəkir. Eynəyi istifadə etdiyin zaman tavan aşağıda olur və bu vəziyyət 

başlanğıcda qəribə görünsə də bir müddət sonra buna alışmaq mümkün olur.  Yeni 

paradiqma da bu cür qeribə hal yaradır lakin onun  qəbulu ilə  yenidən normal elm 

mərhələsi başlayır. Göründüyü kimi Tomas Kunun irsi elmin inkişafına nail olmaq 

üçün özündə  zəngin ip ucları ehtiva edir və Kunun fikiləri efektiv bir elmi 

mədəniyyət formalaşdırmaq üçün olduqca faydalıdır.  

 

 

 


1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə