Imishli com saytı təqdim edir. QƏŞƏm nəCƏfzadə MƏqaləLƏR



Yüklə 125,79 Kb.
səhifə1/3
tarix02.12.2016
ölçüsü125,79 Kb.
#612
  1   2   3
Imishli.com saytı təqdim edir.

QƏŞƏM NƏCƏFZADƏ


MƏQALƏLƏR

 

 

Yalnız öz boyu qədəri uzaqla tanışdı adamlar 



(Səlim Babullaoğlunun şeirləri haqqında esse)

Səlimin şeirləri riyaziyyat qədər həqiqətdir. Ancaq bu həqiqətin yolu çox uzundu,


isbatına bir ömür belə çatmaz. Bu şeir riyaziyyatında əsas məsələ qalın bir dəftərin sonuncu vərəqi deyil, əsas zamandı, bəlkə də min il, milyon il zaman məsafəsi. Ədəbiyyatda elə şeirlər var ki, başdan-ayağa yalandı, yanmış kağız püfəsidir, üfürürsən gedir. Heç vaxt belə şeirlər dünya qanunlarına əsaslanmır. Səlimin şeirləri dünyanın fiziki, kimyəvi, riyazi, ədəbi, məntiqi qanunlarına söykənir. Hər binanın bir ustası olduğu kimi, bu şeirlərin də bir yaradıcısı, qurucusu var:

Sən məndən bir az yaraşıqlı


Mən səndən bir az əsəbi...
Sən həssas,
Mən bir az əhlikef
Bir az bədxərc,
Özündənrazı...

Səlimə şeir yazdıran içinin bütövlüyüdür, itmiş həqiqətin izinin tapılmasıdır. Bu həqiqəti tapmaq üçün əsas kompas həyatdan gələn təcrürbədir.

Sən çox yaxşı atasan,
Mənsə pis oğul
Vallah elə belə də olur...
Amma daha keçib, deyəcəyəm:
Sən çox yaxşı baba olacaqsan,
Elə mən də...

Səlimin şeirlərində həyatın qabarıq rəngləri deyil, hiss edilən, sezilən çalarları yeni təfəkkür elementləri ilə təzahür edir. Əsəbi yorğunluq və süstlük içində yaşayan insan bəzən heç özü də bilmir ki, bu gün onun həyatında maraqlı olan nədir.

Təzə söz yazsan
Onun təzəliyinə inansan
Sonra da təzə sözlər olmur deyib
gülsən-ağlasan
Görəcəksən ki, sən daha maraqlısan...
O qədər maraqlısan ki,
üzünə gülən sevinci-
-ağladığın kədəri
Başına daş kimi dəyən qaxıncı-
Enməyən qılıncı
Və başqa nələri sevirsən...

Evə əşyalarının yerinn dəyişdirilməsi kimi, şair həyatın içində də dəyişiklikləri görür və bu dəyişikliklərə ad qoyur. Poeziya bəkə də adı olmayan əlamət və keyfiyyətlərə ad qoymaqdır.

Çəlimsiz uşaqları aparmayın orduya
Cəmiyyətin fərari sözüylə minalanmış
zolağına atacaqsınızsa.

Bu şeirdə olduğu kimi bəzən faktın özü şeirə çevrilir. Sadəcə şairə onu yazmaq qalır.Əşyaların bir-biri ilə gözə görünməz əlaqələrini, xüsusən insanalara ingormasiya ötürmələrini prodaksal şəkildə vermək Səlimin şeirlərinin əsas stimuludur. Səlim çiynənmiş predmetləri sadalamaqla mühazirə oxumaqdan yeddi 


ağac uzaqdır. Misraların arasındakı zaman və məna əlaqələrini ədəbi müstəvidə yeni struktur kimi meydana çıxır.

Sinədaşına qonmuş kəpənəyi tutmaq üçün


Özündən böyük qardaşını səsləyən qızımın
şaqraq səsi yayılır ətrafa
Biz ölüm və başdaşlarının mühasirəsindəykən...

Məncə, poeziya həm də əsəbdir. Səlimin şeirlərində müasir həyatın əsəb sistemi bütün orqanik və funksianal potegenizi ilə özünü göstərir, hadisələri işarələyir, ad qoyur. Və yaşadığın həyat təzə bir formada sənin qarşına çıxır. İstər- istəməz bu həyatın əllərinin sıxırsan.

Yetmış yeddidə ölüb babam
Qızımla eyni yaşdaydım onda; bir az kiçik...
Indi Həmidə və uşaqlar qəbir üstündəyik.
İyirmi doqquz il keçib o vaxtdan, Saray qəbirstanı böyüyüb:
nənəm də burdadı, babamın yanında, iki ildi ki...
Burda? Yəni harda?

Bu bənddə şerin dramaturuji səhnəsni, hər şeydən əvvəl hadisənin səhnəsini və bu səhnədəki obrazları rejissor-şairin yeni quruluşunda görürsən. Mənə elə gəlir ki, şairin həyata, hadisəyə müdaxiləsi rejissor stilində omalıdır.Rejissorluq diapozonu şairin nəfəs tutumunu artırır və şeir materialına yeni quruluş verir:


Səfirlik binası.Fəsadı cənuba, ikinci qatda çox uzun eyvan
Damartək gərilmiş sutunlar saxlayır sağ səmti çökmüş qranit örtüyü.

Bu görüntülər səhnə quruluşunu xatırladır və həm də bu səhnədə baş rolda poeziya oynayır. Səlimin “Oğlumla söhbət” silsilə şeirləri də dramaturgiya üstündə köklənib. Ədəbiyatımızın sovet dönəmində uşaqlar haqqında çoxlu şeirləri yazılib və çox vaxt sosrealizmdən gələn quru nəsihətçilik, yalançı vətənpərvərlik duyğuarı təbliğ edilib. At, keçi, tülkü, ayı, qurd, it, pişik,dəniz, çay anlayışlarından başqa heç nə verilməyib. 20-çi əsrin əvvəllərində klassiklərimiz istər dil, istər də məna baxımından bu mövzuda gözəl əsərlər yaradıbar.Öz şeirlərinə orjinal quruluş veriblər.Təəssf doğuran odur ki, bu gün də uşaq şairlərimizin əksəriyyəti uşaq şeirlərini M.Ə.Sabirin, S.Ə. Şirvaninin, A. Şaiqin, R.B. Əfəndiyevin, A. Səhhətin quruluşunda verirlər. Ancaq müstəqillik dövrü ədəbiyyatında Səlim, mənim fikrimcə, uşaq şeirimizin yeni mərhəəsini yarada bildi.Uşaq şeirlərimiz təzə şair-rejissor quruluşunda göstərildi. Səlimin uşq şeirlərində uşaq obrazı başdan-ayağa sualdı.

-sən kimsən?
-sənin atan
-bəs Fəridin atası kimdi?
-yoxdu
-nədən?
-...

Və yaxud


-sən nə edirsən?
-şeir yazıram
-şeir nədir?
-ananın oxuduğu laylaya bənzəyir bir az
-anam da yazır?
-yox
-bəs sən niyə yazırsan, oxu da
-...

Yenə bir misal:

hara gedirsən?
-işə
-iş nədir?
-sənin ayaqqabın, çörəyin, pulun və bu kimi şeylər
-bəlkə getməyəsən...
-...

Yenə də


-Onlar nə edirlər, ata
-Daş yığırlar, balası
-Niyə?
-Bir-birinə atacaqlar
-Niyə?
-Düşməndilər
-Niyə?
-Bir-birini sevmirlər
-Niyə?
-...

Misal gətirdiyimiz şeirlərin mərkəzində uşağın heyrət dolu sualları dayanıb. Həm də bu sualların arxasında dillə deyilməyən cavablar var.Əslində uşağın sualları cavabdı elə. Səlimin uşaq şeirləri öz səhnə quruluşu, dramaturuji ovqatı ilə müasir uşaq ədəbiyatımız üçün çox vaçibdir. Bu seirlərdə dialoqlar sadə və aydın, sual- cavablar məntiqi və dürüst, dil lakonik və gözəldir! Həm də bu şeirlərin mərkəzində sosial problemlər, içtimai bəlalar, insanliq və real həqiqət dayanir. Uşağın düşüncəsi cəmiyyətin dərinliklərinə nüfuz edir, verdiyi suallarda maraqları cavablanır. Məhz bu baxımdan Səlimin uşaq şeirləri müstəqillik ( 90-cı illər) dövrü uşaq ədəbiyyatının əsas başlanğıcı kimi qiymətləndirilmələdir.


Səlimn şair düşüncəsi bugünki şeirimizdə parıltılı obrazlarla oynayan və yenilikçi texnikası ilə bərq vuran mərhələni çoxdan keçib. Səlim də vaxtı ilə göz qamaşdıran ekspermentlər eləyib, amma ekspermentlərin içində qalmayib və bu mərhələni də ustalıqla adlayıb, indi onun cavan şeiri həyatın dibinə, insan psixologiyasının dərinliklərinə, ölüm, sevgi, təbiət qavrayışlarının ən dərin qatlarına enərək yaşa dolub. Səlim yaxşı heca şeiri yazaraq sərbəst şeirə keçib. Haqlı olaraq xalq yazıçısı Anar onu “qarışıq zamanın şairi” adlandırıb. Bu qarışıq zamanın içində Səlim gün kimi aydındır.

Heç uşaqları görmürsən:


Dava-dava oynaynda demirəm,
Səbəbsiz-filansız gəlib
Adamın qabağında durmaqlarını
Və demələrini ki, bax, mən ölürəm?
Uzanırlar, gülümsünüb, gözlərini yumurlar
Az sonra gülə-gülə açırlar gözlərini,
Gülə-gülə qalxırlar...

Poeziya həm də odur ki, olub geçənləri, nə vaxtsa gördüklərini sənə xatırlada bilir. Həyisə sənə xatırlada bilməyən poeziya orjinal deyil. Yaxşı yadımdadı, uşaq vaxtı balaca dostlarımla mən “ölüm-ölüm” oynayırdım.


Səlimin şeirləri “cavan” olmasına baxmayaraq, onun həqiqəti müəyyən təcrübənin, mütailənin, həyata diqqətin, seçimli müşahidənin və müqayisənin, ən əsası milli mənəvi əxlaqi dəyərlərə malik olmasının, Allaha, insana olan sənsuz məhəbbətinin sonluğudur. Məsuliyyətlə deyə bilərəm ki, bu gün “bəh-bəh”lə təriflənən Səlimin yaşıdı və ondan da yaşlı əksər şairlərin yaradıcılıq indeksi Səlimin o qədər də əhəmiyyət vermədiyi və sözgəlişi dediyi “Şalvarı, köynəyi keçirdib əyninə özünlə boşluğu doldur” misrasının üstündə dayanıb. Düz beş-atı ldir müasir şeirimiz bu misranın dayandığı yer uğrunda vuruşub, əlləşib, təqdimat keçirib təri flənib. Amma Səlim bu misranın üstündən asanlıqla kecərək onu keçmişdə qoyub, başqa bir anlama gəlib çıxıb.

Uzansa susqunluq


Dərd etmə özünə, suyu iç və dinlə səsini sən suyun;
Dnləmək ən doğru adıdı sukutun... 

Burda da dayanmaq olmazdı. Təfəkkürün başqa bir versiyasına atılmaq gərəkdi.

Insanlar hər gün paltarın çıxarır, yəni ki hər gün məşq edir eləcə,
Yalnız bir dəfə soyunub geyinir, qarderob ölümə öyrədir yalnız.

Insan yaddaşsızdı bir az. Poezia yaddaşsız insana onun bu günü, gələcəyi və


keçmişi haqqında daha cox şeyləri xatırladır

Bir dəfə; arabir, yəni ki bir dəfə özünə göz vur güzgüdə kədərlə, dil çıxart;


Söylə ki bunları bilirsən, isterik ədayla axırda çıx get;
Yəni ki körpətək addımla; yalnız bir addım yerişd,
Sevgili yürüşdü həyata; yəni ki qalanı vərdişdi.

Bu misallarada ifadə olunan xatiratdan özgə ismi, feli və başqa birləşmələrin ardıcıl sadalanmaların yaratdğı asiossasya şeirə yeni bir dramaturuji bir ovqat gətirir.Bu ovqatın dayandığı yerin zaman və məkan anlayışı indiki şeirimiz üçün yenidir. İndi oxucu uçün qızılgülün təsviri və tərənnümü vacib deyil. Ən vacibi qızılgülün ondan on metr kənarda dayanmış qaya ilə əlaqəsini öyrənməkdir. Bu cür əlaqələr Səlimin şeirlərinin əsas strukturunu təşkil edir.

Yalnız öz çətri boyunca qorunur adamlar yağışda;
Yalnız öz boyu qədəri uzaqla tanışdı adamlar;
Yalnız məzarlıq yanından ötüşən millət vəkili
əvvəl bir anlıq özünü itirir, sonra mandatı,
yalnız sonda səsini; yəni səs verir boşluğa, yoxluğa.

Boyun uzaqlıqla, millət vəklinin məzarlıqla əlaqəsi “Rejisorun nitqindən” şerinin tədqiqat obyektinə çevrilir. Şeirdə həyat bolluğu, onun dialektik əlaqəsi və həm də bu anlamın ifadə formulu tamamilə fərqlidir, Sadəcə onu görmək və görə bilmək bacarığı olmalıdır.Bəzən bizlər heç bir-birimizi oxumuruq. Giley-güzar, paxıllıq olan yerdə ədəbiyat ölür. Təpədən-dırnağa ədəbiyyat əsəbləri ilə dolu olan Səlim həm şair-tərcüməçi kimi, həm “Dünya ədəbiyyatı” dərgisinin baş redoktoru kimi, həm də dünyanın ədəbi təşkilatları ilə əlaqə yaradan bir insan kimi ədəbiytımız üçün cox önəmli işlər görür. “Dünya ədəbiyatı dərgisi”nin çıxan sayları və bu seriyadan işıq üzü görən kitablar, həm də Səlmin ədəbiyat naminə gördüyü bir çox işlər bəzən diqqətdən kənarda qalır.Səlimi görəndə adi təbrik sözü beiə dilimizə gəlmir. Görəsən niyə? Hərdən bu barədə danışanda Səlim heç nə demir, sadəcə gülümsünür.



12/05/2007

"525-ci qəzet"

***




UŞAQ ƏDƏBİYYATININ PROBLEMLƏRİ

Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər. 


Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər. 
Uşaq atasından soruşur:
– Dənizi kim qazıb, gəmilərin ayağı yerə çatırmı?
Demək, uşaq dünyanın heyrətidir. Uşağın heyrətisə onun şeiridir. Demək, uşaq şeiri uşaqlara dünyanı necə göstərəcəyimiz haqda deyil, onların dünyanı necə görmələri barədədir.
Təəssüflər olsun ki, çox zaman biz uşaq düşüncələrinə, duyğularına öz böyük fikirlərimizi, nitqimizi, dilimizi pərçim eləmişik. Uşaqları böyük kimi danışdırmışıq. Uşaq böyük kimi düşünəndə ölür. Beləliklə, bu günkü uşaq şeirimizin fəlsəfəsi çatmır.
Uşaq şeirində əsas meyarlardan biri dil məsələsidir. Şeirin dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilində yumşaq və rahat nəfəs almalıdır. Nizamidən bu günə qədər bütün ədəbi məqamlarda fikir aydınlığı, sözün semantik mənasına, təfəkkür çevikliyinə dilin daxilinə nüfuz etmək əsas məqsəd olub. Nizami heç bir əsərini uşaqlar üçün yazmayıb. Sadəcə olaraq Nizaminin dövründə və sonralar da yazılan əsərləri uşaqların yaş mərhələlərinə görə müəllimlər qruplaşdırıblar və bununla dərsliklər, məktəblər, qiraətxanalar yaranıb. Kim deyə bilər ki, Ənvər Məmədxanlının «Buz heykəl» hekayəsi ancaq uşaqlar üçündür və ya əksinə. Kim deyə bilər ki, «Od tutub qırmızı atəşlə yenə yandı üfüq» şeiri ancaq böyüklər üçündü və ya əksinə. Kim deyə bilər ki, M.Cəlilin «Saqqallı uşaq», «Poçt qutusu», «Pirverdinin xoruzu», A.Şaiqin «Məkub yetişmədi» hekayələri ancaq böyüklər üçündür və ya əksinə. Demək uşaq və və böyük ədəbiyyatı bölümü ən çox pedoqoji termindir. Və bu gün uşaq ədəbiyyatınn əsas problemlərindən biri də böyük və uşaq ədəbiyyatına kəskin fərq qoymağımızdı.
Uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə çörək yeyə bilmədiyi kimi, təfəkkürü formalaşmayan uşaq da dediyi sözlərin mənasını öyrənə biləyəcək. Çünki ona ən əvəl ilıq, aydın tələffüz olunan sözlər, bir növ təfəkkür lazımdır. Təfəkkürü isə dil yetişdirir. Məhz M.Ə. Sabir müəllim olduğu üçün «Uşaq və buz» şeirini çox aydın, sadə və mənalı, həm də əruz vəznində yazmışdır. A.Şaiq, A.Səhhət, R.Əfəndiyev, C.Səbrayılbəyli məktəbdarlıqla məşğul olduqlarına görə onların uşaq şeirlərinin dili sadə və aydındır. Bir sözlə, uşaq ədəbiyyatı ilə məşğul olan şairin pedoqoji təhsili olması vacibdir.
XIX əsrin sonlarında, xüsusən «Əkinçi» qəzetinin nəşrindən sonra yeni ictimai fikrin, habelə uşaqların bədii dünya görüşünün formalaşması üçün yeni yollar açıldı. S.Ə.Şirvaninin «Rəbiül-Ətfal», «Tasül-Kütüb», Çernyayevskinin Vəlibəyovla birlikdə hazırladıqları «Vətən dili», R.B. Əfəndiyevin «Uşaq bağçası», A. Şaiqin «Gülzar», «Milli qaraət kitabı», «Uşaq gözüyü», A.Səhhətin «Türk ədəbiyyatına ilk qədəm», Ağazadənin «Məktəb məcmuəsi», F.Köçərlinin «Balalara hədiyyə» dərslikləri yarandı və bütün bu dərsliklər Azərbaycan Pedoqoji tarixinin əsası olaraq, ictimai fikrimizin formalaşmasında, dilimizin ərəb və fars tərkiblərindən təmizlənməsində mühüm rol oynamış oldu.
1906-cı ildə müəllimlərin qurultayından sonra məktəblərimiz üçün «Dəbistan», «Rəhbər» və «Məktəb» jurnalları nəşrə başladı. N.Nərimanovun S.M.Qənizadənin S.S.Axundovun, A.Şaiqin, A.Səhhətin, M.Mahmudəyovun yaxından köməkliyi ilə bu jurnallar dilimizin, mənəviyyatımızın
inkişafı yolunda məşəl oldu. Şübhəsiz ki, bu jurnallarda uşaqların dərk edə biləcəyi və öyrənəcəyi çox maraqlı şeirlər, hekayələr və nağıllar çap olunurdu. «Uşaq və buz», «Keçi», «Gəl, gəl, a yaz günləri», «Can gülüm, can, can», «Dovşan», «Durna», «Vətən» və başqa məşhur şeirlər bu dövrlərə təsadüf edir. A.Şaiqin, A.Səhhətin, Şaiqin, Mahmudbəyovun uşaq şeir yaradıcılığında ən başlıca uğurları onda idi ki, onlar xalqın içərisində məşhur olan və ən çox sevilən mahnı ritmləri üzərində yazıb yaradırdılar. Bununla onlar öz şeirlərini xalqın ruhuna yaxınlaşdırır və bununla da xalq öz içindən çıxan şeyi asan əzbərləyir və heç zaman da unutmurdu. A.Səhhət, A. Şaiq və Sabir də bu keyfiyyətlər fitri istedad olmaqla bərabər həm də bir pedoqoji ustalıq idi.
Görkəmli şair Çukovski qeyd edirdi ki, uşaqlar ilk şeir təəssüratlarını anaların onlara beşik nəğmələri və başqa bu cür nəğmələr oxuduğu südəmər yaş dövründə alırlar.


Laylay dedim ucadan,
Ünüm çıxdı bacadan,
Tanrı səni saxlasın,
Çiçəkdən, qızılcadan,
Balam layla, ay layla,
Ünüm layla, a layla.

Bundakı ritm xalqın özünün təfəkküründən gəlir. Ona görə öyrənilməsi, su içmək qədər asandı. «Ç»səslərinin allerterasiyası şeirin bədii gücünü artırır, dil, nitq, təfəkkür məsələləri oxucu və dinləyici tərəfindən asan qavranılır.


Abbas Səhhət də «Quşlar» şeirində sanamalar, yəni təkərləmələr janrından istifadə etmişdir:


Quşlar, quşlar, a quşlar…

Və yaxud A.Şaiqin «Dovşan» şeiri:




Dovşan, dovşan, a dovşan…

Görüsünüzmü, hər iki şey eyni mənbədəndir, yəni xalqın yaddaşındandır, sadəcə oyadılıb, dilə gətirilib. A.Şaiqin başqa bir şeirinə fikir verək:




Bülbül oxur yuvada,
Gan gülüm, can, can.
Qanad çalır havada
Can gülüm, can, can.

Bu şeir həm sanamalara, həm də xalq havalarının intonasiyasına yükləndiyi üçün gözəldir və həmişə yaşardır.


«Dovşan», «Keçi» və «Cücələrim» şeirlərində də sayaçı sözlərindən, təkrirlərdən, anofora və epifolardan məharətlə istifadə olunur.


Cip-cip cücələrim
Tükü ipək cücələrim.

Cücələr həm çağırılır, həm də sananır.




«Gəl, gəl a yaz günləri»
(Sanki uşaq əllərini yelləyir)
ilin əziz günləri,
dağda ərit qarları,

(əlini bu tərəfə əyir)
bağda ərit qarları
(indi də bu tərəfə əyir…)

Bu şeirin daxilindəki ritm xalq havasıdır. Ona görə də klassiklərimiz xalq poezyasına və təfəkkürünə fitri və ağıllı şəkildə söykənmişdir.


Rəşid bəy Əfəndiyevin «Durna» şeirinə fikir verin:

Ay havada uçan durna,
bizi qoyub qaçan durna.
Get xoş gəldin, şəfa gəldin,
Gələcəksən haçan durna?

Nə qədər axıcı, səlis və aydındır. Bu şeir uşaqlara ana dilini asanlıqla öyrədir. R.B Əfəndiyevin başqa bir şeiri:



Yaz gələndə yağar yağış,
Otlar uzanar bir qarış,
Qaranquş eylər sifariş:
Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.

Bu şeir:


Piyalələr irəfdədir,
Hər biri bir tərəfdədir,
Görməmişəm bir həftədir,
Yar bizə qonaq ələcək,
Olsun ki, sabah gələcək

Şeirinin melodiyası əsasında yaradılıb, özü də bilərəkdən, şair özü elə yazıb. Əsərini ədədiyyətə, xalqın qan yaddaşına etibar eləyib.


Bu misraları ona görə çəkirəm ki, bu günkü uşaq şeirimiz xalqdan xalqın melodiya və intonasiyasından uzaq düşüb. 
Yenə də Çukovski yazır: «Çoxlu uğursuzluqlardan və tərəddüddən sonra mən belə qənaətə gəldim ki, bütün yazıçılar üçün, istər zəif olsun, istərsə güclü yeganə kompas xalqın poeziyasıdır».
S.Ə.Şirvani, F.Köçərli, A.Səhhət, C.Məmmədquluzadə, M.Mahmudbəyov, R.Əfəndiyev, Hüseyn Cavid, S.M.Qənizadə kimi sənətkarlarımız mənəvi dəyərlərə əsaslanan, xalqın poetik yaddaşına söykənən dilinə, nitqinə rahatlıq verən milli dərsliklərimizin əsasını qoymuşlar və təəssüflər olsun ki, bu milli mənəvi dəyərlər bolşevik süngülərinə taxıldı. Gözəl şairimiz M.Müşfiq ilk şeirlər kitabının adını məcburən «Pambıq» qoydu. Rusiyanın rəzmi olan qırmızı traktora şeirlər qoşuldu. Süni vətənpərvərik uşaqların dilinə, nitqinə zorla pərçim edildi. Elə pərçim edildi ki, oğlu general Qəzənfər Musabəyovun üzünə durub – sən Vətən xainisən – dedi.
Bu gün üstümüzdən Sovet ədəbiyyatı terminini götürmüşüksə, hələ də onun qalıqları ilə yaşamaqdayıq. Dünyada ən pis şey qalıqlarla yaşamaqdır. 
Ancaq mən uşaq ədəbiyyatımızın bu gününə və gələcəyinə böyük ümidlə baxıram. Çünki bizim söykənməyə, əsaslanmağa, öyrənməyə klassik uşaq ədəbiyyatımız, ən başlıcası uşaq folklorumuz var.
Bundan əlavə bizim görkəmli sənətkarlarımız S.Vurğun, R.Rza, S.Rəhimov, M.İbrahimov, İ.Əfəndiyev, M. Dilbazi, N.Rəfibəyli, M.Seyidzadə, Ə.Cəmil, M.Rzaquluzadə, Ə.Məmmədxanlı, Ə.Əhmədova, Ə.Cəfərzadə, İ.Coşqun, Ə.Kərim, M.Cəlal, T.Bayram, H.Ziya, Ə.Qasımov, E.Baxış, İ.Məlikzadə kimi görkəmli sənətkarlarımız elə bir uşaq ədəbi irsi qoyub getmişlər ki, onların əsərlərinə könül söykəməklə, folkloru bilməklə uşaq ədəbiyyatımızın taleyini müəyyənləşdirmək olar. Bu ədəbi nəsillə yanaşı B.Vahabzadə, Elçin, Anar, H.Abbaszadə, N.Xəzri, Q.İlkin, F.Sadıq, A.Vəfalı, F.Qoca, İ.Tapdıq, N.Həsənzadə, Ə.Əylisli, Qabil, V.Babanlı, X.Əlibəyli, M.İsmayıl, M.Aslan, Z.Xəlil, Ə.Səmədli, Ç.Əlioğlu, Qərib Mehdi kimi sənətkarlarımız həyatlarının müxəlif məqamlarında dəyərli uşaq əsərləri yaratmış və bu gün də bəziləri mütəmadi olaraq uşaq ədəbiyyatı ilə məşğuldurlar.
Müasir uşaq ədəbiyyatını 3 ədəbi növ üzrə, uşaq şeiri, uşaq nəsri, uşaq ədəbi tənqidi ilə qruplaşdırmaq olar ki, burda da əsas məsələ kəmiyyət eyil, yəni nə qədər əsər yazılması deyil, başlıca meyar bədiilikdir. 
Son 5 ildə yaranan uşaq əsərlərində bəlkə də müharibə şəraitində yaşadığımıza görə publisistika üstünlük təşkil edir. Küllü miqdarda şeirlər var ki, təpədən dırnağa publisistikadır, özü də zəif publisistika.
Son 5 ildə orta yaş nəslinə mənsub olan Q.İsabəyli, Ə.Quluzadə, R.Yusifoğlu, P.Qəlbinur, V.Bəhmənli, M.Alim, Ə.Əlioğlu, A.Əlizadə, Ş.Xəlilli, Ə.Mədətoğlu, Ə.Əsgəroğlu, M.Köhnəqala, A.Şirin, Ə.Ol, A.Səməd onlardan bir az gənc olan S.Hüseynoğlu, S.Babullaoğlu, S.Nuruqızı, A.Bunyadzadə, Nisə Bəyim, Ə. Salman, Ş.Sahibli, D.Sevgin, E.Atalı, F.Tahirli, F.Balabəyli, M.Mirhəşimoğlu, Ş.Vəfadar, Gülzar İbrahimova son dövr çap olunmuş uşaq kitabları ilə və ya «Göyərçin», «Savalan», «Günəş», «Elli» jurnallarında, «Cik-cik», «Elin gücü», «Tumurcuq» və digər uşaq mətbuat orqanlarında, həmçinin «Ulduz» jurnalında, «Ədalət», «Yeni Azərbaycan» və «Kaspi» qəzetlərində çap olunan şeirləri ilə ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb etmişlər.
Tanınmış şair, füzulişünas alim Ayaz Vəfalı həm böyüklər, həm də uşaqlar üçün maraqlı şeirlər müəllifidir. Uşaq dünyasını dərindən duyan şair təkcə uşaqların iç dünyasını deyil, həm də ata-anaların övladlara olan sonsuz sevgisini çox səmimi şəkildə tərənnüm edir. 
Şair qızlarına müraciətlə:

Nə qədər körpəsiniz,
Yazım nə sözünüz var.
Böyük qız olanda siz
Sonra yadımdan çıxar.

Deyərək bütün ataların hiss və duyğularını məhəbbətlə qələmə alır.


İstedadlı şair və naşir Qəşəm İsabəyli son 5 ildə uşaqlar üçün «Ay külək, nə əsirsən?» yeni şeirlər kitabını və «Ü» nağıl povestini təkrar nəşr etdirib. Eyni zamanda müəllif «Ulduz» jurnalı və uşaq mətbuat orqanlarında «Elnur Əkil və onların başına gələnlər» nağılını və uşaq həyatından bəhs edən müxtəlif səpkili şeirləri balaca oxucuların ixtiyarına verib. Sevindirici haldır ki, Qəşəm İsabəyli bir naşir kimi «Şirvannəşr» nəşriyyatında silsilə uşaq ədəbiyyatı çap edərək, balaca oxucuları sevindirib. «Çik-çik» uşaq qəzeti də onun rəhərliyi altında öz səhifələrində körpə fidanlara hər ay geniş yer ayırır. 
Tədqiqatçı alim, professor, gözəl şair, uşaq ədəbiyyatının yorulmaz təbliğatçısı Zahid Xəlil ötən 5 il ərzində həm televiziyada, həm pedoqoji fəaliyyətində uşaq ədəbiyyatının ən gözəl incilərini üzə çıxarıb. 2002-cı ildə «Dünyanın balaca nağılları» kitabı çap olunub. Eyni zamanda Füzuli Əsgərli 2003-cü ildə Zahid Xəlilin yaradıcılığı ilə bağlı yazdığı «Sənətkarın uşaq dünyası» kitabını çap etdirərək, sənətsevərlərin ixtiyarına verib. Onu da deyim ki, Zahid Xəlilin yaxından köməkliyi nəticəsində «Elmin gücü» adlı bir qəzet çıxır ki, burada da orta məktəb müəllim və şagirdlərinə metodiki kömək vasitəsi kimi dünya ədəbiyyatından seçmələr verilir. Zahid müəllim hal - hazırda «Orxan və onun dostları» romanı üzərində işləyir.
«Göyərçin» jurnalının baş redaktoru, istedadlı şair və alim Rafiq Yusifoğlu son 5 ildə çox gərgin və məhsuldar yaradıcılıq yolu keçmişdir. Ali və orta ixtisas məktəbləri üçün uşaq ədəbiyyatı dərsliyi, uşaqlar və böyüklər üçün bir neçə şeir və nəsr kitabları nəşr etdirib. «Söz çəməni» kitabında sait və samitlərə, nitq hissələrinə, cümlə üzvlərinə, durğu işarələrinə, «Günlərimiz, aylarımız» kitabında günlərə, aylara yazdığı şeirlər ibtidai sinif şagirdlərinin həm Azərbaycan dilinin qramatikasının, həm də əlamətdar gün və ayların öyrənilməsi üçün ədəbi-bədii vasitədir. «Sual» şeirində olduğu kimi:

Yorulmur hey soruşur,
Deyingən bir qarı tək.
Ona cavab verməyə
Sözlər tapasan gərək.

Sual işarəsinin forması, daxili əlamət və keyfiyyətləri, ədəbi-bədii lövhələrlə uşağa çatdırılır. Uşağın idrak və təfəkkürünü, mənimsəmə qabiliyyətini surətləndirir. Əslində bu cür əlamətlərlə tanıma və qavrama uşaq şeirlərinin mayası R.Rzadan gəlir. Bu da təbii haldır. R.Rzanın «Şanapipik» şeirinə fikir verək:



Şanapipik, şanapipik
Alabəzək, qara kiprik
Üstü-başı zolaq-zolaq
Balacaboy, nəzik ayaq.

Əlli yaşını yenicə ötmüş istedadlı şair Ələmdar Quluzadə həm uşaqlar, həm də böyüklər üçün maraqlı şeirlər yazır. Son dövrdə onun «Göyərçin», «Günəş» jurnallarında orjinal uşaq şeirləri dərc edilib. Ə.Quluzadə uşaq xarakterini, onun daxili düşünclərini dərindən bilən şairdir. Aşağıdakı şeirində maraqlı bir məqamı nəzərinizə çatdırmaq istəyirəm.



Yüklə 125,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin