Islamın gözəllikləri


Zinanın bədənə vurduğu zərərləri



Yüklə 3,26 Mb.
səhifə12/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Zinanın bədənə vurduğu zərərləri:

Zina, pis cinayət, qəbahətli əməldir. Bu əməlin əvəzində Allah taala dünya və axirət cəzası təyin etmişdir. Əslində zinakar çox vaxt məhvedici xəstəliklərdən qurtula bilmir. Bu Allah taala tərəfindən bir cəzadır. Zinanın həqiqətən bir sıra xəstəliklərə səbəb olması aşkarlanmışdır və bu xəstəliklərdən aşağıdakıları demək olar:



  1. SPID xəstəliyi: Bu xəstəlik insanın bədənini zəiflədir və insan bədənində məhvedici xəstəliklərə şərait yaradır. Bu xəstəlik zina vasitəsi ilə kişidən qadına, qadından da kişiyə keçir.

  2. Sifilis (yoluxucu zöhrəvi) xəstəliyi: Bu kişi və qadınların tənasül orqanlarına və digər orqanlarına düşən mikrobdur. Bu mikrobun bədənə düşməsi nəticəsində dəridə səpgilər əmələ gəlir və bədənin digər yerlərinə də yayılır. Bu xəstəlik dərinləşərək insanın sinir sisteminə təsir edə bilər.

  3. Süzənək (qonoreya) xəstəliyi: Bu xəstəlik olan insanların tənasül orqanlarından orada baş vermiş iltihablar nəticəsində, irinli maye axır. Bu həm kişilərə həm də qadınlara yoluxur. Bu xəstəlik dərinləşərək qatı yaralara çevrilər və insanı sonsuz edər.

Sadaladığımız bu xəstəliklər, bəlalar və zərərlərə görə Allah taala insana bir mərhəmət, dini, ictimai, nəfsi və bədəni sağlamlıq nəticəsi və nicat yolu kimi, bu əməli haram etmişdir.
Üçüncü: Uşaqbazlıq etmək;

Bu, kişinin kişi ilə cinsi əlaqədə olmasıdır. Bu ən çirkin fahişəlik, insanın fitrətinə zidd olan qəbahətli işdir. Bu, dinin, kişiliyin, əxlaqın, alicənablığın məhvi, eyni zamanda Allah taalanın qəzəbinə düçar olmaq deməkdir. Allah taala Lut peyğəmbərin (Ona Allahın salamı olsun) tayfasına başqa tayfalara vermədiyi bir əzab vermişdir. Bu haqda Allah taala buyurur:

{             } (هود:82)

"(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq." (Hud: 82).

Allah taala, öz fitrətlərini dəyişdiklərinə görə, onları və onların diyarlarını alt-üst etmişdir. Bu əməlin böyük günah və Allahın qəzəbinə səbəb olan iş olması ilə yanaşı onun bir çox təhlükələri vardır:



  1. Bu, sağlam fitrəti dəyişməkdir. Bu əməli yalnız fitrəti dəyişmiş və əxlaqı pozulmuş insan edər. O, təmizliyə və paklığa üz tutmaqdansa, gedib natəmizlik və alçaqlığa yönəlmişdir. Allah taala qadınları şəhvət hissini ödəmək, onunla nəsil artırmaq və yer üzündə həyat qurmaq üçün yaratmışdır. Uşaqbazlıq isə bunun əksi olaraq bunu məhv edir. Belə əməllərlə məşğul olanlara iblisin dediyi söz təsdiqdir. Allah taala iblis haqda buyurur:

      (النساء:119)

"(iblis dedi:) Onlara Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!" (ən-Nisa: 119).

  1. Uşaqbazlıq, edilən kişinin kişiliyini öldürür. O, cəmiyyət üçün xeyirli bir üzv, dininə xidmət edən şəxs olmaq əvəzinə, zəlil, alçaq, əxlaqsız və həyasız bir insana çevrilər. Allah taala bizləri belə çirkin əməllərdən qorusun...Amin!!!

  2. Bu, uşaqbazlıq edən adamın insanlar tərəfindən təhqir olunmasına, ona nifrət edilməsinə və ondan iyrənilmələrinə səbəb olan əməldir. Belə işlərlə məşğul olan adam cəmiyyətdə qiymətsiz və dəyərsiz olarlar. Hamı onlardan qaçar və onlara alçaq gözlə baxar.

  3. Uşaqbazlıq etmək spid xəstəliyinin əsas səbəblrindəndir. Bu günə qədər müalicəsi tapılmayan bu xəstəlik belə əməllərlə məşğul olanların axırına çıxır. Şəkk yoxdur ki, bu Allah taala tərəfindən şər insanlara qarşı bir cəzadır. Uşaqbaz öz şəhvətini haram və qəbahətli yolla ödədiyindən Allah taala onun cəzasını elə bu şəhvətin və pis əməlin özündə etmişdir. Bu xəstəliyə yoluxmuş adam əməlinin cəzası olaraq cəmiyyətdə qiymətsiz və dəyərsiz həyat sürər. Onun ölümü heç kəsi təəssüfləndirməz. Tibbi araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu xəstəliyə yoluxanların 95 % -i kişilərdir. 25-45 yaş arasında olanların 75-80 %-i uşaqbazlıqla məşğul olanlar, 17%-i isə narkotik maddələr qəbul edənlər təşkil edir. Beynəlxalq sağlamlıq mərkəzinin araşdırmalarına görə spid vəbası 2000-ci ildə yalnız Afrikada təxminən 1.800.000. adamın məhvinə səbəb olmuşdur. Həmçinin bu xəstəliyin ilkin yayılmasından 2000-ci ilə qədər vaxtda 11.000.000 adam həlak olmuşdur. Indi isə bu ədəd ikiqat artmış və 22.000.000-na çatmışdır.

Dördüncü: Açıq-saçıqlıq: bu, qadının öz zinət yerlərini açması və camaat arasında belə dolaşmasıdır.

Məlumdur ki, Allah taala qadına öz zinətini yad kişilərə göstərməsini haram etmiş və buyurmuşdur:

{       ....... (النور:31)

"Zinət yerlərini ərlərindən, yaxud öz atalarından ..... başqasına göstərməsinlər;..." (ən-Nur: 31).

       (الأحزاب:33)



"İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)" (əl-Əhzab: 33).

Açıq-saçıqlıq aşağıda deyilənlərə əsasən təhlükə və zərər olduğuna görə haram edilmişdir:



  1. Açıq-saçıq geyinib bəzənmək kişiləri məftun edir. Kişinin məftun olması ona ziyandır. Bu, ac insana yemək göstərmək, sonra isə ona həmin yeməyi verməməyə bənzəyir. Həmçinin bəzənmiş və açıq-saçıq geyinmiş qadını görən kişi o qadına bağlanar, amma əli ona çatmaz. Bu da kişinin dininə, nəfsinə və düşüncələrinə ziyandır. Qadının hicab bağlaması isə kişi üçün salamatlıq və rahatlıqdır.

  2. Açıq-saçıq geyinən qadın özü hiss etməsə də kişilərə “gəl” deyir. Onun belə geyinməsi namus və şərəfi­nə təcavüz olunmağa səbəbdir.

  3. Açıq-saçıqlıq müsəlman qadından tələb olunan iffətə ziddir. Çünki açıq-saçıqlığın, öz gözəlliyini yad kişilərə nümayiş etdirməkdən, gözəl üzünü və qəddi-qamətini onlara göstərməkdən başqa heç bir məqsədi yoxdur.

Açıq-saçıqlıq zinaya səbəb olan əsas amildir. Yuxarıda zinanın təhlükəsi və böyük günah olması haqda söz açmışdıq. Açıq-saçıqlıq isə ona aparan yoldur. Hansı qadın zinadan qurtulmaq və iffətli qalmaq istəyirsə, açıq-saçıq geyinməsin. Çünki belə halda qadın ya zinakar qadınların etdikləri kimi, kişiləri özünə baxmağa çağırır, yaxud da bu əməlinə görə zinaya düşə bilər. Hamıya məlumdur ki, qadın yad kişilər tərəfindən daima istək mənbəyidir. Ona görə də qadının evindən bəzənib açıq-saçıq çıxdıqda qəlbləri xəstə olan kişilərin onlarla iki vəziyyəti ola bilər:

Birinci vəziyyət: Həmin yad kişi ona baxmaqdan ləzzət alar və şəhvətini bacardığı bu yolla ödəyər.

Ikinci vəziyyət: Yaxud bundan daha artığını, zina etmək və ya əl ilə toxunmaq üçün səy göstərməsi. Heç iffətli qadın razı olarmı ki, yad kişilərin ona baxaraq öz şəhvətlərini ödəmələri üçün mənbə olsun? Iffətli müsəlman qadın belə əməllərdə diqqətli olmalıdır.

Beşinci: Yad kişi və qadın münasibətləri:

Günümüzdə bir çox müsəlman kişi və qadınlar öz həyat tərzlərini İslam Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatına uyğun şəkildə qurmurlar. Onların əhəmiyyət vermədikləri həqiqətdə isə dinə zidd olan əməllərdən biri də yad kişi və qadın münasibətidir. İslamda yad kişi və qadın dedikdə bir-birinə məhrəm olmayan insanlar nəzərdə tutulur. Belə ki, Peyğəmbər buyurmuşdur:

«لا يخلونَّ رجل بامرأة إلا مع ذي محرم» رواه البخاري في صحيحه ومسلم



"Yad kişi və qadının tənha qalması üçün onların yanlarında mütləq (qadının) məhrəmlərindən olmalıdır"1

«ما خلا رجلٍ بامرأة إلا كان الشيطان ثالثهما» رواه الترمذي في سننه معلقا.



"Yad kişi ilə qadın ikisi tənha qalar­larsa şeytan onların üçüncüsü olar"2.

İslam yad kişi və qadınların ünsiyyətini müəyyən səbəblərə görə haram etmişdir və bu səbəblərdən aşağıdakıları demək olar:



  1. Allah taala zinanı haram etmişdir. Ona görə də zinaya aparan yolların bağlanması hikmət və mər­həmətdəndir. Yad kişi və qadınların ünsiyyəti zina üçün açıq-aşkar bir şəraitdir.

  2. Yad kişi və qadınların ünsiyyəti qurulmuş evləri dağıdır. Çünki bu ünsiyyət vasitəsi ilə qadın digər kişi­dən daha çox xoşlanarsa, ona yetişmək üçün ailəsinin dağılmasına da razı olar. Əgər bu qadın subay olarsa, bu onun üçün evlənənə qədər zinaya düşmək təhlükəsidir.

  3. Yad kişi və qadınların ünsiyyətdə olması hər ikisinin şəhvətlərini oyadır. Onlar öz gözəlliklərini bir-birlərinə nümayiş etdirərlər. Bununla onların hər ikisi əqli, əməli və maddi qüvvələrinin çoxusunu itirərlər. Onların işi-gücü birinin digərinin diqqətini çəkmək olar.

Əl-Musavvir qəzeti 30.05.1956-cı il tarixli nəşrində Misir universitetinin tələbələri ilə apardıqları sorğunun nəticəsini qeyd etmişdilər. Onların 65 %-i deyir: digər cins haqda fikirləşmək bizim tədrisimizə mənfi təsir göstərir. Beləliklə də bizim istirahət vaxtımızın dörddə üç hissəsi məhəbbət axtarışına sərf olunur.

Altıncı: Sələm:

Sələmin lüğəti mənası artmaq və çoxalmaqdır. Istilahi mənası isə: Alış-veriş olmadan malın əvəzsiz yerə çoxalması. Sələmin iki növü vardır:



Fəzl sələmi: o, eyni cinsdən olan malların birini digəri ilə alıb-satmaqdır. Məsələn: qızıl ilə qızılı, gümüş ilə gümüşü, xurma ilə xurmanı və s.

Nəsiə sələmi: o, borcun üzərinə əlavə gətirməkdir. Bu iki növ, sələmin daha geniş yayılmış növləridir. Allah taala bu iki növü qətiyyətlə haram edərək buyurur:

                                                    } (البقرة:275)



"Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!" (əl-Bəqərə: 275).

                                   (البقرة:278-279)



"Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!" (əl-Bəqərə: 278, 279).

Cabir Ibn Abdullahın hədisində deyilir:

«لعن رسول الله r آكل الربا وموكله وكاتبه وشاهديه وقال: هم سواء». رواه مسلم.

Peyğəmbər : "sələm yeyəni (alanı), onu yedizdirəni, yazanı və ona şahidlik edənləri lənətləyərək demişdir: onların hamısı bu günahda eynidirlər"1.

Əbu Hureyrənin hədisində Peyğəmbərin  belə dediyi rəvayət olunur:

عن النبي r قال:«اجتبوا السبع الموبقات قالوا: وما هنَّ يا رسول الله قال:الشرك بالله والسحر وقتل النفس التي حرم الله إلا بالحق وأكل الربا ». أخرجه البخاري في صحيحه ومسلم.



"Yeddi böyük günahdan çəkinin! Dedilər: Ey Allahın Elçisi, onlar hansılardır? O, dedi: "Allah taalaya şərik qoşmaq, sehr, Allahın haram etdiyi canı haqsız yerə öldürmək, sələm yemək ..."2.

Sələmçilik bütün dünyada geniş yayılmışdır. Bütün banklar, hətta beynəlxalq maddi əlaqələrin bünövrəsi sələm üzərində qurulmuşdur. Bunu qərarlaşdıran varlı dövlətlərdir. Onların nümunəsi bir ölkədə mövcud olan varlı tacirdir. Insanların ona olan ehtiyacını bilərək, o tacir öz qanunlarını orada hakim edir ki, onun var-dövləti, səltənəti həmişəlik olsun və o heç bir halda ziyan görməsin.



Dünyada mövcud vəziyyətin gerçəkliyi də belədir. Belə ki, bir çox varlı ölkələr öz dövlətlərinin daima varlı yaşaması və digərlərinin onlara möhtac olması üçün sələmçiliyi bütün dünyaya yaymağa çalışırlar.

Allah taala sələmi qəti olaraq haram etmişdir və bütün müsəlmanlar sələmin haram olmasını yekdilliklə təsdiq edirlər. Allah taala yalnız insana zərər olan şeyləri haram etmişdir. Lakin şeytan və maddi maraqları olanlar pis işi insanların gözündə gözəlləşdirər və onun adını dəyişmək və guya faydalı olduğunu iddia etməklə onu insanlara sırıyırlar. Spirtli içkiləri və narkotik maddələri satanlar da belə iddialar edirlər. Amma həqiqətdə isə bunun zərərindən başqa bir nəticəsi yoxdur.



Sələmin bir çox zərərləri vardır və bunlardan aşağıdakıları sadalamaq olar:

  1. Allaha və Onun Peyğəmbərinə  qarşı şavaşa çıxmaq. Sələmçiliklə məşğul olan adam bacarmadığı bir savaşa girişmişdir. Bu savaş, Allah taala və Onun Peyğəmbərinə  qarşıdır. Bu da Allahın qəzəbinə düçar olmaq deməkdir. Allaha və Peyğəmbərinə  qarşı savaşa səbəb olan əməlləri edən adamdan bir gün intiqam alınacaq, bildiyi və bilmədiyi yerdən ona qəm-kədər gələcəkdir. Dünyada zahirən bu intiqamdan canını qurtaran adamı qarşıda çətin imtahan, şiddətli əzab gözləyir. O, gün peşmançılığın və üzrxahlığın heç bir faydası olmayacaqdır.

  2. Sələmçiliyin ümməti məhv etmə təhlükəsi vardır və bunlardan aşağıdakıları demək olar:

  1. Sələmçilik edən adam daş qəlbli, paxıl, pis fürsətlərdən istifadə edəndir. Çünki o, borc alan adamın kəskin ehtiyacını bilib onu sıxışdırır. Ehtiyaclı adam həmin pulla kiməsə kömək etmək istəyir, yaxud ticarət işi ilə məşğul olmaq və ruzi qazanmaq istəyir. Lakin onun çəkdiyi əziyyətləri sələm sorur, borcunu artırır hətta sərmayəsini (mayasını) də yeməyə məcbur edir.

  2. Sələmlə borc alan adam qəm-qüssə içərisində olur. Bu fikir onun canını sıxır, gecəsi ilə gündüzünü ayıra bilmir. Bəzi hallarda bu ölümlə də nəticələnə bilir.

  3. Sələmçilik baş alıb gedən cəmiyyətdə mərhəmət, məhəbbət, ülfət və birlik mənasız sözlərə çevrilər. Əksinə intiqam almaq, tamahkarlıq, fürsətdən istifadə etmək və əlaqələri kəsmək kimi pis əxlaq hökm sürər. Çünki sələmçilik varlıların kasıb insanların maddi ehtiyaclarından sui-istifadə etməsidir. Varlılar istəyərlər ki, sələmə verdiyi mal çoxalsın və ondan istifadə etsin. Bu isə həmin cəmiyyətin zərər çəkməsi və insanların kasıb yaşaması deməkdir.

  4. Sərmayənin müəyyən insanların, sələmçilərin əlində cəmlənməsi. Sələmçinin malı heç vaxt itmir. Çünki o, sələmə verdiyi malın gəlirini əvvəlcədən təyin edir. Beləliklə, mal-dövlət müəyyən təbəqəyə malik insanların əlində cəmlənir. Onlar da insanları istədikləri kimi öz məqsədləri üçün istifadə etməyə şərait yaradırlar. Bu fərdi və beynəlxalq şəkildə olur. Bəzi dövlətləri varlı sələmçi insanlar idarə edirlər. Böyük və varlı dövlətlər də kasıb dövlətləri sələmçilik yolu ilə idarə edirlər. Çünki kasıb dövlət ona borclu və möhtacdır.

  5. Sələmçiliyə görə istehsalat azalır. Çünki sələmçilik ilə qazanmaq heç bir xərc tələb etmir. Həmçinin malı uduzmaq təhlükəsi də yoxdur. Insanlar sələmlə qazanmaq üçün mal-dövlətini banklarda yatırırlar. Onlar bu məbləği qazanmaqda heç də əziyyət çəkmirlər.

  6. Sələmçilik qiymətlərin artmasına təsir edir. Çünki sələm pul ilə iş yeri açmış istehsalçı borcunun faizini qarşılamaq üçün malın qiymətini artırır. Sələmin faizi isə dayanmır. Qərb dövlətlərinin qarşısına çıxan problem də budur. Onlar bunu inflyasiya adlandırırlar.

  7. Sələm böyük şirkətlərin və zavodların dağılmasına səbəb olur. Çünki şirkətlər öz işlərini qurmaq üçün banklardan sələm (faiz) alırlar. Bu sələm mürəkkəb borc sayılır. Belə şirkətlərin sərmayəsi az olduğundan banklardan borc alırlar və nəticədə şirkətin bir hissəsi sahibinin digər qalan hissəsi isə bankın olur. Hansısa səbəbə görə ziyana uğrayan şirkət iflas olduğunu elan edir. Çünki pul ödənişi gecikdikcə borc çoxalır. Həmin borcların çoxalmasını görüb ödəməyə aciz olan şirkət müflis olduğunu deyir. Belə halda həmin şirkəti bank borcun əvəzində ala bilir.

  8. Sələm dövlətlərin dağılmasına və ya onların arasında ayrıseçkiliyə səbəb olur. Inkişaf etməkdə olan borclu dövlətlər istehsalatının güclü olmasına baxmayaraq heç vaxt öz xalqının güzəranını yaxşılaşdıra bilmir. Çünki onun gəlirlərinin iki axını vardır:

Birinci axın dövlətin və camaatın zəruri ehtiyaclarını qarşılamaq.

Ikinci axın isə şişməkdə və çoxalmaqda olan borcları ödəmək. Çünki ödəniş gecikdikcə borc da çoxalır. Ona görə də dövlət həmişə borc ödəmək məcburiyyətində qalır. Bu borcu örtmək üçün vergiləri artırmağa, pul vahidini və xidmətləri ucuzlaşdırmağa, istehsal olunan məhsulların qiymətini yüksəltməyə məcbur olur. Borcu verən sərt ürəkli, çox güclü, hiyləgər və pis təbiətlidir. Ona görə də kasıb dövlətlərin daha da kasıblaşmasının, varlı dövlətlərin daha da varlanmasının şahidi oluruq.

Bu və digər zərərlərə görə bir çox şirkətlərin iflasa uğradığını, bir çox dövlətlərin borc içərisində boğulmasını görürük. Bütün bunlara görə Allah taala sələmçiliyi haram etmişdir. Bəndə bunları bildikdən sonra Allah taalanın ona olan mərhəməti və lütfünü dərk edir. Çünki Allah taala Öz bəndələrinə sələmçiliyi haram etmişdir. Sələm yeyən adam insanların qanını sormaqdan və mallarını yeməkdən doymayandır. Belə insan rəhm etməyən daş qəlbli insandır. Buradan görünür ki, sələmin haram edilməsi İslam dininin böyük gözəlliklərindən və hədsiz mərhəmətindəndir.



Yeddinci: Sərxoşedici maddələr;

O, ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir.

Sərxoşedici maddələr bütün pisliklərin anasıdır. Allah taala Qurani Kərimdə onu haram edərək buyurur:

                  (المائدة:90)



"Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Maidə: 90).

Peyğəmbər  hədislərin birində buyurur:

«ما أسكر كثيره فقليله حرام» رواه أبو داود في سننه والترمذي في سننه وابن ماجة، وهو حديث صحيح.

"Çox miqdarı sərxoş edənin (maddənin və s.) azı da haramdır"1.

Sərxoşedici təhlükəli dərdlərdəndir. Onun dini, maddi, cismani və s. zərərləri vardır. Bunlardan aşağıdakıları göstərmək olar:



Birinci: Dini zərərləri;

  1. Bu işlərlə məşğul olanlar Allah taaladan uzaqdırlar. Onlar Allahın qəzəbinə düşmüş insanlardır. Peyğəmbər  buyurur:

قال عليه الصلاة والسلام «لا يزني الزاني حين يزني وهو مؤمن، ولا يشرب الخمر حين يشربها وهو مؤمن، ولا يسرق السارق حين يسرق وهو مؤمن» سبق تخريجه.

"Zinakar zina etdiyi zaman mömin deyildir, şərab (sərxoşedici) içən onu içdiyi zaman mömin deyildir, oğurluq edən onu etdiyi vaxt mömin deyildir"2.

قال عليه الصلاة والسلام «من مات وهو يشرب الخمر كان حقاً على الله أن يسقيه من طينة الخبال عصارة أهل النار» رواه مسلم



"Kim şərab (sərxoşedici) içərək ölərsə, Allah taala ona cəhənnəm sakinlərinin içkisi olan irin içirdər"3.

  1. O, namaz qılmağa mane olur. Çünki şərab içən adam ağlını itirmiş və yaxud zehni zəifləmiş olur və onun belə halda namaz qılması doğru deyildir. Əslində onun ağlı bunu qavramır. Bu haqda Allah taala buyurur:

              (النساء:43)

"Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza (namaz qılınan yerə) yaxınlaşmayın..." (ən-Nisa: 43).

Ikinci: Maddi zərərləri;

Içki və ya hər-hansı sərxoşedici maddə faydalı qidalardan deyildir. O pis və şər məhsul sayılır. Ona pul xərcləmək malını havaya sovurmaq və israfçılıqdır.



Üçüncü: Cismani zərərləri;

Əvvəldə dediyimiz kimi, şərab bir dərd və zəhərdir. Onu qəbul etmək bir çox cismani, əqli və ruhi xəstə­liklərə səbəb olur. Belə xəstəliklərdən aşağıdakıları demək olar:



  1. Sərxoşediçi maddə böyrəkləri tələf edir. Içki içən adamların böyrəkləri içməyənlərə nisbətən daha böyük olur. Bu nisbət (6/1 və ya 8/1) kimi ölçülür. Həmçinin içki qanın tərkibində xolestirolun çoxalmasına səbəb olur. Onun həmçinin beyinə və sinir sisteminə göstərdiyi mənfi təsir açıq-aşkar görünür. Onu içən öz hərəkətlərini və danışığını idarə edə bilmir. Kim içkini uzun müddət çox içərsə, onun əzaları öz tarazlığını itirər və bu onun üçün davamlı xəstəliyə çevrilər. Nəticədə tarazlığını və sərbəst nitq qabiliyyətini itirər və s. kimi xəstəliklərə düçar olar. Bəzi tədqiqatlar göstərir ki, Avropa xəstəxanalarında hər üç çarpayıdan birində içkiyə görə xəstəliyə düşənlər yatırlar. Yəni, xəstələrin 3/1 hissəsi alkaqoldan xəstələniblər. Həmçinin ağlını itirmiş xəstələrin yarısını alkaqoliklər təşkil edir. Kaliforniya universitetinin tibbi elmi araşdırmalar mərkəzinin verdiyi məlumata görə ABŞ-ın ştatlarında içki (sərxişedicilər) siqaretdən sonra ikinci qatil sayılır. Uyuşdurucu maddələr hər il 100.000. adamın ölümünə səbəb olur. Həmçinin yol qəza hadisələrinin yarısı da içkiyə (sərxoşediciyə) görədir.

Britaniyada çap olunan Lafest jurnalı yazır: “Hər il Britaniyada 200.000. adam sərxoşedicələrdən ölür. Içkidən dəymiş tibbi xəsarətlər hər il 1.000.000. cüneyhə bərabərdir. Ümumiyyətlə sərxoşedicilərdən istifadə zamanı dəyən xəsarətin bir illik zərəri isə 20.000.000. cüneyh miqdarındadır.

Dördüncü: Ictimaiyyətə və əmin-əmanlığa dəyən ziyanları;

Içki, insanın əlindən onu digər canlılardan fərqləndirən ağılı alır. Insan içkini içdikdə onun ağlı qapanır və etdiyi hərəkətlərin qaydasını itirir. Onun nə ağlı, nə də hissiyyatı qalır. Ona görə də içki boşanmalara, ailəyə və uşaqlara əziyyət verməyə əsas olan amillərdəndir. Belə insan özü də bilmədən ailəsini döyər, onlara xətər yetirər. Onun ağlı başında olmadığına görə etdiyi hərəkətlərin fərqinə varmaz. Həmçinin içki müxtəlif cina­yət­­lərin səbəbkarıdır. Bəziləri sərxoş olarkən öz ailəsini və uşaqlarını öldürmək həddinə gəlib çatır. Belə halda hətta özünü də öldürə bilər. Çünki içki onun ağlını əlindən almışdır.

Içkili adam öz ailəsini ruhi xəstəliklərə doğru sürükləyir. O, içkili olduğu halda övladlarının onunla davranışları onlara mənfi təsir göstərir.

"Safe Food" kitabında deyilir: Britaniyada baş verən cinayətlərin yarısını sərxoşlar edir. Yol qəza hadisələrinin 3/1, uşaqlara qarşı zorakılıq hallarının 5/1, ev hadisələrində ölənlərin və 3/1 yanğınlarda ölənlərin yarı hissəsi içkiyə görə baş verir. Bu lənətlənmiş içki nə qədər bədbəxtçiliklərə səbəb olmuş, nə qədər mal-dövləti tələf etmişdir!




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə