Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1,63 Mb.
səhifə6/15
tarix03.12.2016
ölçüsü1,63 Mb.
#714
1   2   3   4   5   6   7   8   9   ...   15

ƏDƏBİYYAT
1. Чепаченко Н.В. Эффективное управление строительной организацией – СПб. СПбГИЭУ,2001. 2. Захарыевиц В.Р.Учет себестоимости продукции (работ, услуг) и прибыли (убытков). – М.:ЭКСМО, 2008. 3. Бочаров В.В. Финансово – Кредитные методы регулирования рынка инвестиций, - М.: Финансы и статистика, 1998. 4. Толмачев Е.А, Монахов Б.Е. Экономика строительства. Учебное пособие – М.: Юриспруденция, 2003.
Экономические отношения в отрасли строительства
Биннатов Юсиф Джавад оглы

РЕЗЮМЕ
В статье отмечается, что в системе общественных отношений решающую роль играют экономические, производственные отношения, т.е. отношения между людьми, складывающиеся в процессе производства, распределения, обмена и потребления жизненных благ. Здесь выделены три направления перестройки и совершенствования производственных отношений. Показаны, что коммерческий расчет представляет собой систему экономических отношений, объективно возникающих в процессе расширенного воспроизводства. Среди принципов коммерческого расчета наиболее важное значение имеют самоокупаемость и самофинансирование.

Ключевые слова: строительство, инвестиции, финансы, самоокупаемость, производство, общественное отношение, капитал, прибыль.
Economic relations in constraktion site
Binnеtov Yusif Cavad
SUMMARY
Economic relations in sphere of construction. İts noted in atricle that in system of the public relations the crucial role are played economic relations of production i.e. human relations play distributions of an axchange of the vital benefits developing in the course of production.There selected three directions of reorganisation and improvement of relations of production.cenmercial calculation represents the system of the economic relations, objectivly arising process of expanded reproduction. Self-supporting and self-financing are the most important among the principles of commercial calculation.

Key words: construction, invenstment, finanse, self provision, production, publik relations, capital,benefit.

Rəyçi:

Qasımov C.C.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin

Xidmət sahələrinin iqtisadiyyatı və menecment”



kafedrasının dosenti, i.e.n.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.43-47

_____________________________________________________________________

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
UOT 338.43(479.24)
Ərzaq təminatının yaxşılaşdırılmasına təsir edən amillər
İsfəndiyarov İsfəndiyar Sabir oğlu

Az.ETKTİ və Tİ-nin dissertantı
XÜLASƏ
Müasir şəraitdə ölkənin ərzaq təminatı bir sıra amillərin təsirinə məruz qalır. Bu amillərə ilk növbədə istehsal həcminin artırılması, əhalinin alıcılıq qabiliyyətli tələbinin səviyyəsi, bazar infrastrukturlarının inkişafı kimi məsələləri şamil etmək olar. Məqalədə bu amillərin təsiri və onun mexanizmi tədqiq edilir.

Açar sözlər: ərzaq təminatı, bazar konyunkturu, aqromarketinq, urbanizasiya, gəlirlər, indeksləşdirmə, sosial siyasət
Respublikamızda ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, eləcə də ölkənin ərzaq təminatının yaxşılaşdırılması istiqamətində bir sıra uğurlar əldə edilsə də, lakin həllini gözləyən müəyyən problemlər də mövcuddur və bu problemlər içərisində ərzaq bazarının infrastruktur sisteminin yaradılması daha çox təxirəsalınmaz tədbirlər çərçivəsindədir. Bu istiqamətdə də son illər nəzərəçarpacaq tədbirlər həyata keçirilməyə başlamışdır. Belə ki, saxlama kameralarının yaradılması, eləcə də topdansatış bazarlarının formalaşdırılması, emal müəssisələrinin yaradılması və onların sayının artırılmasına xüsusi diqqət yetirilir ki, bu da nəinki, ərzaq təminatının yaxşılaşdırılmasında və eləcə də əhalinin ərzaq məhsulları istehlakının səviyyəsinin artırılmasına müsbət təsir göstərir. Ölkənin ərzaq təminatının yaxşılaşdırılmasına istehsal infrastrukturlarının rolu da əhəmiyyətli dərəcədə yüksəkdir. İstehsal infrastrukturları məhsulların saxlanması və daşınması ilə bağlı problemlərin həllini, eləcə də kənd rayonlarında nəqliyyat problemlərinin həllini özündə əks etdirir. Təhlil göstərir ki, hal-hazırda kənd təsərrüfatı əmtəə istehsalçıları məhsulların bazarlara və istehlakçılara çatdırılması ilə bağlı nəqliyyat sahəsində kifayət qədər problemlərlə üzləşirlər. Belə ki, nəqliyyat tariflərinin yüksək olması və digər bu kimi amillər, istehsalçıların məhsul istehsalına çəkdikləri xərclərin artımına öz təsirini göstərir.

Məlum olduğu kimi kənd təsərrüfatı məhsullarının maya dəyəri, əsas etibarilə istehsal və tam maya dəyərindən formalaşır. Belə ki, istehsal maya dəyərinin üzərinə məhsulun istehlakçılara çatdırılması sahəsində mövcud olan tədavül xərcləri də əlavə olunur ki, bu da məhsulun tam maya dəyərini formalaşdırır. Məhz belə bir şəraitdə məhsulun tam maya dəyərinin yüksək olması, ölkənin ərzaq təminatında əhalinin əlyetərlilik probleminin yaranmasına səbəb olur. Qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələrində məhsulun yığılması, emalı və bazar konyunkturunda baş verən informasiyaların təhlili istiqamətində aqrar sferada fəaliyyət göstərən sahibkarlıq qurumlarının düzgün istiqamətləndirilməsinə yönəlmiş tədbirlər reallaşdırılır. Bu əsas etibarilə aqromarketinq xidməti vasitəsilə gerçəkləşdirilir. Təhlil göstərir ki, ərzaq təminatının yaxşılaşdırılmasında aqromarketinq xidmətinin göstərilməsi kənd təsərrüfatı əmtəə istehsalçılarının satış bazarlarında baş verən konyunktur dalğalanmaları haqqında məlumat əldə etməsində mühüm rol oynayır.

Müasir şəraitdə ölkənin ərzaq təminatına təsir göstərən bir sıra amillər mövcuddur. Belə ki, kənd təsərrüfatında urbanizasiya proseslərinin genişlənməsi də ərzaq təminatına kifayət qədər neqativ təsir göstərir. Nəzərə almaq lazımdır ki, sənaye zonalarının yaradılması kənd təsərrüfatına yararlı torpaqların bir sıra hallarda tikinti altında istifadə edilməsi, son nəticədə ərzaq məhsullarının istehsalı sahəsində torpaqdan istifadənin vəziyyətinə kifayət qədər mənfi təsir göstərir. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin həcmi məhduddur və həmin torpaqların da müəyyən hissəsinin sənaye məqsədləri üçün istifadə edilməsi, eləcə də tikinti üçün istifadə edilməsi, son nəticədə kənd təsərrüfatında istehsal potensialının zəifləməsinə səbəb olur. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdud olduğu ölkələrdə bir qayda olaraq şəhərətrafı ərazilərdə kənd təsərrüfatı məhsulları istehsalının həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bu isə şəhər əhalisinin ərzaq təminatının yaxşılaşdırılmasına xidmət edir. Belə ki, adı çəkilən proses ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında əhəmiyyətli rol oynamaqla kifayət qədər müsbət tendensiya formalaşdırır, fiziki və iqtisadi əlyetərliliyin yüksəldilməsinə əlverişli şərait yaradır.

Yuxarıda qeyd etdiyimiz kimi ölkənin ərzaq təminatına təsir edən bir sıra amillər mövcuddur ki, bu amillər içərisində kənd təsərrüfatı istehsalının daha çox xırda əmtəəlik təsərrüfatlar formasında inkişaf etdirilməsini də şamil etmək olar. Belə ki, kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi baxımından yanaşdıqda, xırda əmtəəlik təsərrüfatlar aqrar sferada özünü doğrultmur. Bu sahədə elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalda tətbiqi, eləcə də əmək məhsuldarlığının yüksəldilməsi sahəsində müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Məlum olduğu kimi sərəncamında torpaq sahəsi kifayət qədər aşağı olan əmtəə istehsalçıları növbəli əkin sistemi tətbiq etmək iqtidarında olmur. Bu isə, son nəticədə kənd təsərrüfatında məhsuldarlığın səviyyəsinin aşağı olmasına gətirib çıxarır. Bundan əlavə torpaq sahəsinin məhdud olması elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərini, intensiv texnologiyaların tətbiqini və digər bu kimi amillərin tətbiq edilməsini ləngidir. Məhz belə bir şəraitdə kənd təsərrüfatında iqtisadi artımın səviyyəsi digər sahələrlə müqayisədə nəzərəçarpacaq dərəcədə geri qalır.

Aparılan araşdırmalar göstərir ki, kənd təsərrüfatında ekstensiv istehsal prosesi hələ də davam etməkdədir. Belə ki, 90-cı ildən 2000-ci ilə qədərki dövrdə kənd təsərrüfatında əsas məhsul növlərindən olan və ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli faktorlar sayılan taxılçılıqda məhsuldarlığın səviyyəsi 25-28 sentner arasında dəyişmişdir. Bu isə onu göstərir ki, kənd təsərrüfatında əsas yeri tutan taxılçılıqda məhsul istehsalının artırılmasının daha çox dövriyyəyə yeni əkin sahələrinin cəlb edilməsi hesabına baş verdiyini söyləmək mümkündür. Hazırda respublikamızda mövcud olan kənd təsərrüfatına yararlı torpaq sahələrinin təxminən yarıya qədəri taxıl altına becərilir. Bu isə digər sahələrdə, eləcə də çoxfunksiyalı istehsal prosesini həyata keçirməyə imkan vermir. Bundan əlavə kənd təsərrüfatında ekstensiv xarakterli məhsul istehsalının həyata keçirilməsi intensiv texnologiyaların tətbiqində problemlər yaradır. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatında davamlı olaraq əkin sahələrinin dövriyyəyə buraxılması, onların dincə qoyulması və növbəli əkin sistemindən istifadə proseslərini arxa plana keçirir. Müasir şəraitdə ölkənin ərzaq təminatında problem yaradan amillərdən biri də daxili bazarın kifayət qədər liberallaşdırılmasıdır. Daha doğrusu, bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatın və o cümlədən milli bazarın liberallaşdırılması və son nəticədə idxal kanallarının demək olar ki, heç bir müdaxiləsiz formada bazara daxil olmasını şərtləndirmişdir. Məhz belə bir şəraitdə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daxili və xarici rəqabətin əlverişsiz təzahürlərinə o qədər də effektiv şəkildə reaksiya göstərə bilməyən kənd təsərrüfatı istehsalı demək olar ki, xarici rəqabətin əlverişsiz təzahürləri nəticəsində iqtisadi cəhətdən dayanıqsız vəziyyətə düşür. Bundan əlavə kənd təsərrüfatında mütərəqqi texnologiyaların tətbiq imkanlarının da yerli sahibkarların imkanları daxilində olmaması vəziyyəti kifayət qədər mürəkkəbləşdirir. Məhz belə bir şəraitdə ölkənin daxili bazarı demək olar ki, ərzaq idxalından sığortalanmır. Onu da nəzərə almaq lazımdır ki, xarici ölkələrdə ərzaq məhsullarının istehsalı kifayət qədər ucuz qiymətə və aşağı istehsal xərclərinə başa gəlir. Vəziyyətə onu da əlavə etsək ki, bir sıra hallarda dempinq təzahürlərindən də kifayət qədər geniş şəkildə istifadə edilir, məhz belə bir şəraitdə ölkənin daxili bazarı kifayət qədər müqayisəli üstünlüklərə malik olan idxal kanallarından asılı vəziyyətə düşür. İqtisadiyyatın liberallaşdırılması ilə əlaqədar xüsusilə qida məhsullarının idxalı ilə bağlı gömrük və digər baryerlərin demək olar ki, aradan qaldırılması, son nəticədə milli kənd təsərrüfatı istehsalında problemlərin yaranmasını özündə əks etdirmişdir.

Aparılan araşdırmalar, eləcə də inkişaf etmiş ölkələrin praktikası belə qənaətə gəlməyə əsas verir ki, ölkənin ərzaq təminatında idxal kanallarından asılılığın kifayət qədər zərərli nəticələri ola bilir. Bu nəticələrə, ilk növbədə aşağıdakıları aid etmək olar:



  1. Ölkənin ərzaq təminatının idxal kanallarından asılı olması, son nəticədə ölkənin milli ərzaq təhlükəsizliyini zərbə altında qoyur. Məhz belə bir vəziyyətdə ölkənin siyasi suverenliyində belə təhdidlər yaranır. Nəzərə almaq vacibdir ki, ölkənin milli təhlükəsizliyini hazırda ərzaq təhlükəsizliyi kimi kifayət qədər aktual bir problemin həlli müəyyən edir. Belə ki, dünya səviyyəsində artıq siyasi bir təsir vasitəsinə və eləcə də siyasi bir problemə çevrilən ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində hər bir ölkənin milli-iqtisadi siyasəti reallaşdırılmalıdır.

  2. İdxaldan asılılığın ölkənin ərzaq təminatına mənfi təsiri onunla bağlıdır ki, bu ölkədə ödəmə qabiliyyətli ticarət balansında stabilliyə təhdid doğurur. Bütün bunlar isə müxtəlif səbəblərdən yarana bilir. Birinci halda ərzaq məhsullarının dünya bazar qiymətlərinin yüksəlməsi, eləcə də həmin qiymətlərlə ölkəyə idxal edilən kənd təsərrüfatı və ərzaq məhsulları, nəticə etibarilə tədiyə balansına təhdid faktorunu özündə saxlayır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, xarici bazara daha çox yanacaq və enerji daşıyıcıları kimi xammal və ya yarımfabrikatlar istehsal edən ölkələrdə idxalın strukturunda ərzaq və kənd təsərrüfatı məhsullarının xüsusi çəkisinin yüksək olması ölkənin milli-iqtisadi təhlükəsizliyi üçün kifayət qədər təhdid doğurucu faktor kimi çıxış edə bilir. Təhlil göstərir ki, idxalın strukturda ərzaq məhsullarının səviyyəsinin yüksək olması milli bazarın xarici bazardan asılılığını doğurur, daha doğrusu qida məhsullarının, enerji resurslarının dünya bazar qiymətlərindən yerli ərzaq bazarının asılılığını son həddə çıxarır.

Qida məhsullarının idxal həcminin davamlı olaraq artımı bir sıra hallarda ərzaq təminatı sistemində destabilləşdirici elementlərin güclənməsinə gətirib çıxarır və bu da ərzaq bazarının strukturuna kifayət qədər öz mənfi təsirini göstərir. Yuxarıda qeyd etdiyimiz kimi xarici ölkələrdə dempinq təzahürlərinin, eləcə də geni dəyişdirilmiş məhsulların ölkəyə idxalının artması nəticəsində ölkədaxili ərzaq məhsullarının istehsalının məhdudlaşdırılmasına yönəlik fəaliyyət özünü büruzə verə bilir. Belə ki, kənd təsərrüfatında məşğul olan əhali iqtisadi cəhətdən gəlirlə öz fəaliyyətini başa çatdırmadığından, bir sıra hallarda öz gəlirlərini artırmaq üçün daha çox şəhərlərə və başqa ölkələrə miqrasiya etmək məcburiyyətində qalır.

Ölkənin ərzaq təminatına kifayət qədər destruktiv təsir göstərən amillərdən biri də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Təhlil göstərir ki, əslində ölkədə alıcılıq qabiliyyəti tələbin aşağı düşməsi ilə məhsul istehsalının arasında birbaşa əlaqə mövcuddur. Bütün bunlar ərzaq bazarında əmtəə dövriyyəsinin həcminin də məhdudlaşmasına, ərzaq məhsulları istehlakının azalmasına və onun strukturunda problemlərin yaranmasına səbəb olur. Ümumiyyətlə, alıcılıq qabiliyyətinin aşağı düşməsi, eləcə də ərzaq məhsullarının istehlakının məhdudlaşması və onun strukturunda problemlərin yaranması, nəticə etibarilə ərzaq məhsullarının iqtisadi cəhətdən əlyetərlilik imkanlarının aşağı olmasına gətirib çıxarır. Aparılan tədqiqatlar göstərir ki, ərzaq məhsulları üzrə iqtisadi əlyetərlilik səviyyəsi böhranlı hallarda o zaman mövcud olur ki, hər bir insan fərdi şəkildə gün ərzində 2100 kkal həcmində qida məhsulları istehlak etmək məcburiyyətində qalsın. Hansı ki, bu sahədə normal göstərici gün ərzində 2550-4300 kkal həcmində istehlakın təmin edilməsidir. Ümumiyyətlə 2550-4300 tərəddüdlərində kkal səviyyəsində qida məhsullarının istehlakı əhalinin yaş kateqoriyalarından asılı olaraq müəyyən edilmişdir. (1. s.127)

Yuxarıda qeyd etdiyimiz kimi ərzaq təminatını səciyyələndirən amillər, ilk növbədə sosial-iqtisadi aspektlərlə şərtlənir. Məhz bu baxımdan ərzaq məhsullarının istehlakı səviyyəsi, eləcə də istehlakın strukturu ərzaq məhsulları ilə təminat sferasında sosial səciyyə daşıyan faktorlar kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, ərzaq təminatı cəmiyyətdə sosial sabitliyin qorunmasının başlıca ilkin şərti kimi çıxış edir. Məhz belə bir şəraitdə ölkənin ərzaq təminatının yaxşılaşdırılması cəmiyyətin hər bir üzvünün ərzaq istehlakı imkanlarının artırılması, alıcılıq qabiliyyəti tələbinin artırılması vacib şərtlərdən biridir. Ərzaq təminatı sahəsində dövlətin iqtisadi siyasəti, ilk növbədə sosial siyasətlə də tamamlanmalıdır. Daha doğrusu, dövlətin sosial siyasəti əhalinin alıcılıq qabiliyyəti tələbinin sabitləşdirilməsinə yönəldilməli, eyni zamanda inflyasiya proseslərindən əhali gəlirlərinin sığortalanması təmin edilməli, gəlirlərin indeksləşdirilməsinə yönəldilmiş siyasət həyata keçirilməlidir. İstehlakın səviyyəsinin aşağı düşdüyü şəraitdə və eləcə də onun strukturunda daha çox az qiymətli və kalori səviyyəsi daha aşağı olan məhsullara üstünlük verilməsi, son nəticədə əhalinin öz iş qüvvəsini geniş təkrar istehsal etmək imkanlarını da məhdudlaşdırır. Xüsusilə fiziki işlərlə məşğul olan əhali kateqoriyalarının yüksək kkal səviyyədə istehlak etmələri vacibdir. Məhz belə bir şəraitdə istehlakın səviyyəsinin aşağı olması insan orqanizminə mənfi təsir göstərir və onların müxtəlif xəstəliklərə tutulmasına gətirib çıxarır. Əslində ərzaq təminatı probleminin nəinki makroiqtisadi və strateji aspektdə yanaşılmalı, eyni zamanda bu problemə hər bir vətəndaşın üzləşdiyi bir problem kimi yanaşılmalıdır.

Bazar iqtisadiyyatı şəraitində hər bir vətəndaş öz gəlirlərini və öz iş yerlərini, məşğulluğunu tamamilə sərbəst şəkildə müəyyən edir. Lakin onu da nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatı şəraitində dövlətin sosial siyasəti çərçivəsində, eləcə də əmək bazarının tənzimlənməsi çərçivəsində məşğulluğun təmin edilməsinə, əhali gəlirlərinin artırılmasına yönəldilmiş fəaliyyət də göstərilməlidir. Məhz belə bir fəaliyyətin həyata keçirilməsi nəticəsində hər bir vətəndaş istehlakını yaxşılaşdıra bilər.



Yuxarıda qeyd etdiyimiz kimi müasir şəraitdə ərzaq təminatı sistemini, əslində sosial-iqtisadi aspektlər müəyyən edir və beynəlxalq münasibətlər sisteminin qloballaşdığı şəraitdə bu prosesə siyasi aspektlər də kifayət qədər əlavə edilir. Hər bir sosial-iqtisadi aspektin özünəməxsus səciyyəvi xüsusiyyətləri mövcuddur. Ümumiyyətlə, ərzaq təminatı sisteminin strukturunu təhlil etdikdə, belə qənaətə gəlmək olar ki, müasir şəraitdə istər təbii şəraitin dəyişməsi, istərsə də iqtisadi, siyasi və konyunktur dalğalanmalarının baş verdiyi şəraitdə ərzaq ehtiyatlarının formalaşdırılmasına da xüsusi diqqət yetirilməli, ərzaq ehtiyatları fondunun yaradılmasına və onun davamlı olaraq təkmilləşdirilməsinə önəmli qayğı göstərilməlidir.
ƏDƏBİYYAT
1. В.И.Назаренко. Проблемы продовольственной безопасности. Москва 1996, 321 с. 2. A.F.Abbasov Ərzaq təhlükəsizliyi. Bakı, 2007, 602 səh.


Факторы, влияющие на улучшение продовольственного обеспечения
Исфандияров Исфандияр Сабир оглы
РЕЗЮМЕ
В современных условиях продовольственное обеспечение республики зависит от ряда факторов. К этим факторам, в первую очередь относятся увеличение объема производства, уровень покупательной способности населения, развитие рыночной инфраструктуры. В статье исследуется влияние этих факторов и их механизм.

Ключевые слова: продовольственное обеспечение, конъюнктура рынка, агромаркетинг, урбанизация, доходы, индексация
The factors affecting the improvement of food security
Isfendiyarov Isfendiyar Sabir
SUMMARY
In current conditions, food security of the republic depends on a number of factors. These factors primarily include increased production, the purchasing power of the population, the development of market infrastructure. The impact of these factors and their mechanism are investigated in this article.

Key words: food security, market conditions, agro marketing, urbanization, income, indexation
Rəyçi:

Əliyev S.B.

Az.ETKTİ və Tİ, şöbə müdiri, i.ü.f.d.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.48-53

_____________________________________________________________________
UOT 339.13.01
Ərzaq məhsulları bazarlarının inkişafının bəzi nəzəri məsələləri
Quliyeva Səadət Ramil qızı

Az.ETKTİ və Tİ-nin dissertantı
XÜLASƏ
Bazarlar alıcı və satıcıların ticarət etmək üçün bir yerə gəldiyi məkandır. Bazar məhsulların mübadilə edildiyi fiziki bazar kimi də, fond birjaları, hərraclar və ya barter formasında iki şəxs arasında qeyri-rəsmi razılaşmalar kimi də təşkil edilə bilər. Bu məqalənin məqsədinə uyğun olaraq ənənəvi fiziki bazarlara müraciət edilib. Məqalədə ərzaq məhsulları bazarlarının inkişafının bəzi nəzəri məsələlərinə toxunulur və müvafiq təkliflər verilir.

Açar sözlər: ərzaq təhlükəsizliyi, ərzaq bazarı, topdansatış, pərakəndə, tələb, təklif.
Bazarlar mübadilə mərhələsində formalaşan mürəkkəb ictimai-iqtisadi münasibətlər sistemi kimi əmtəələrin (xidmətlərin) reallaşması və onların istehsalına çəkilən xərclərin cəmiyyət tərəfindən qiymətləndirilməsi prosesini yerinə yetirir. Bazarlar alıcı və satıcıların ticarət etmək üçün bir yerə gəldiyi məkandır. Bazarlar alıcı və satıcıların informasiya almağı və mal mübadiləsi etməyi üçün imkan yaradan sosial tədbirlərdir. Bazarlar mütləq fiziki yerlər deyildir və telefon, internet və ya qeyri-rəsmi razılaşmalar vəsitəsilə də ola bilərlər. Bazar, həmçinin, ödənişli işə girişi və satış məhsulları üçün mexanizmləri təmin edir. Əlbəttə bazar məhsulların mübadilə edildiyi fiziki bazar kimi təşkil oluna bilər. Məsələn, dənli bitkilər və ev təsərrüfatı maddələri supermarket, koşk və s. satılır. Həmçinin bazarlar fond birjaları, hərraclar və ya barter formasında iki şəxs arasında qeyri-rəsmi razılaşmalar kimi də təşkil edilə bilər. Bu məqalənin məqsədinə uyğun olaraq biz ənənəvi fiziki bazarlarına müraciət etmişik.

Bazar yalnız alqı-satqı münasibətlərini deyil, həm də digər sosial-iqtisadi münasibətləri-bölgü, istehlak, tələbat və s. və mülkiyyət münasibətlərini özündə birləşdirir. Ona görə hazırda bazar daha çox özünün iştirakçıları arasındakı qarşılıqlı əlaqələri istiqamətləndirən, həmçinin öz subyektlərinin maraqlarını qoruyan iqtisadi vasitə, yaxud mexanizm kimi şərh olunur.

Bazarın qeyd olunan cəhətlərini ümumiləşdirsək onu aşağıdakı kimi xarakterizə etmək olar. Bazar məhsulların (iş və xidmətlərin) istehsalı, mübadiləsi və istehlakı prosesində sərbəst fəaliyyət göstərən təsərrüfatçılıq subyektləri ilə alıcılar və satıcılar arasında qarşılıqlı şəkildə formalaşan iqtisadi münasibətlər sistemidir.

Bazar konkret iqtisadi münasibətlər sistemi olmaqla zəngin və mürəkkəb struktura malikdir və kompleks xarakter daşıyır. Yəni bu strukturu təşkil edən hər bir bazar növü müxtəlif meyarlar baxımından öz obyektinin xüsusiyyətlərinə görə bir-birindən fərqlənsə də son nəticədə onlar vahid iqtisadiyyatın qarşılıqlı əlaqədə olan tərkib hissələrini təşkil edir.

Bazar əmtəə istehsalı prosesində və onun nəticələrinin reallaşdırılması zamanı formalaşmışdır. Bazar çoxşaxəli anlayış olduğundan onu birmənalı şəkildə qiymətləndirmək düzgün olmazdı. Klassik nöqteyi nəzərdən bazara əmtəə və xidmətlərin mübadilə və ya ticarətinin reallaşdığı məkan aspekti kimi yanaşılır. Lakin nəzərə almaq lazımdır ki, bazar artıq öz klassik sərhədlərindən çoxdan kənarlaşmışdır. Belə ki, ticarət məkan etibarı ilə müxtəlif yerlərdə, ərazilərdə də aparıla bilər. Müasir şəraitdə bazara daha geniş prizmadan yanaşılır. Doğrudur, harada və hansı formada həyata keçirilməsindən asılı olmayaraq bazar alqı-satqı aktlarının məcmusunu özündə əks etdirir. Bazar geniş mənada alıcı və satıcı arasındakı təşkilati, iqtisadi və sosial münasibətlərin toplusu kimi anlaşılır. Bu proses satılan əmtəələrin növləri, alqı-satqının həcmi (bazarın tutumu), ticarətin xüsusiyyətləri, qiymətlərin səviyyəsi, bazarda azad rəqabət və ya inhisarçılıq mühitinin mövcudluğu, dövlətin iqtisadi siyasəti ilə müəyyən olunur. Burada onu da qeyd edək ki, bazarda məhdudiyyətlərin olması sərbəst fəaliyyət üçün şəraitin son həddə qədər buxovlanmasını sübut etmir. Əsas məsələ məhdudiyyətlərin hansı səviyyədə olmasıdır. Bazar təsərrüfatçılıq sistemində məhdudiyyətlərin minimumlaşması sərbəst iqtisadi məkanın genişlənməsinə gətirib çıxarmaqla təsərrüfat fəaliyyətində təşəbbüskarlıq və işgüzarlıq üçün buxova çevrilmir (2 səh. 204-210).

Bazarlar ərzaq təhlükəsizliyinin dörd sütununun üçü - yararlıq, giriş və stabillik -üçün vacib töhfə verir. Bildiyimiz kimi ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir (1). Belə ki, ölkələr ərzaq bolluğundan əmin olmaq üçün bir-biri ilə ticarət edə bilər; ailələr öz məhsullarını (məsələn, bitkilər, mal-qara, qeyri-kənd təsərrüfatı mallarını) və işçi qüvvələrini bazarda satır və ərzaq almaq üçün gəlir qazanır; bazarda ərzağın qiyməti ailənin keyfiyyət və kəmiyyət baxımından kifayət qədər ərzaq alması üçün lazımı qədər gəlir və ya ehtiyatının olub-olmadığını müəyyən edir.

Həmçinin qidanın bazarlar vasitəsilə bir yerdən başqa bir yerə, artıq sahələrdən kəsiri olan sahələrə hərəkəti, adətən, sabit qiymətlərin və ərzaq təchizatının təminatına kömək edir. Hətta kənd yerlərində insanların çoxu və xüsusilə də yoxsullar, qida və ərzağı, əsas mal və xidmətlərini təmin etmək üçün bazarlara etibar edirlər.

Bazar informasiyası və təhlili ərzaq təhlükəsizliyinin təhlilinə aşağıdakı vasitələrlə töhfə verir:



  • ərzaq təhlükəsizliyi anlayışı və analizini dərinləşdirərək, çünki qiymətlər və bazarlar çatışmazlıqların və artıqların siqnallarını təmin edir;

  • ərzaq təhlükəsizliyinin təhlilinə dinamik aspekt əlavə edərək;

  • təsərrüfatı yerli, milli, regional və dünya iqtisadiyyatı ilə əlaqələdirərək;

  • ehtiyacların daha dəqiq qiymətlərinə gətirərək;

  • ssenari inkişafını və monitorinqi yaxşılaşdıraraq;

  • cavabın müvafiq tipini, kəmiyyətini və vaxtının seçilməsini aydınlaşdıraraq;

  • ərzaq təhlükəsizliyinə maneə olan bazar nəzakətsizliyi və effektivsizliyini aydınlaşdıraraq.5

Hər bir mal əsas istehsalçı ilə başlayan və son istehlakçıya qədər davam edən bir axın ilə (mal zənciri) hərəkət edir. Mal zənciri istehsalatı və istehsalata gətirən hər bir şeyi özündə birləşdirən dəyər zəncirindən fərqlənir, belə ki, mal zənciri istehsalat tamamlandıqdan sonra başlayır.

Mal zəncirinə bütün bazar səviyyəsi və mal bölüşdürülməsi və çatdırılmasında rolu olan bütün aktyorlar daxildir. Bu müxtəlif əmtəə zənciri kanalları ardıcıl olmalıdır. Mallar, adətən, əmtəənin ilk satıldığı yer olan fermerin qapısından başlayaraq son məhsulun istehlakçı tərəfindən alındığı pərakəndə və ya istehlakçı bazarlarında bitərək bir səviyyədən digərinə doğru hərəkət edir. Topdansatış və pərakəndə marketinq eyni bir məkanda ola bilər. Hətta, böyük bir marketdə topdansatış və pərakəndə satış üçün müxtəlif yerlərin olması mümkündür. Biz adətən bazara bir mal üçün baxırıq, məsələn, qarğıdalı bazarı, heyvan bazarı və ya əmək bazarı. Lakin bir əmtəə bazarının digər əmtəə bazarına necə təsir etdiyini nəzərə almaq vacibdir.

Bazarlar tələb və təklif tərəfindən idarə olunur. Bazar tələbi istehlakçının və ya bir qrup istehlakçıların müəyyən olunmuş qiymətə almaq istədikləri əmtəə və ya xidmətin miqdarıdır. Yalnız ərzağa pul ödəyə bilən insanlar effektiv tələbə malikdir. Tələbatları və ya ehtiyacları olan, lakin bunları qarşılamaq üçün maddi imkanları olmayan ailələr və insanlar da vardır. Onlar ərzaq qıtlığı ilə yaşayırlar – onların tələbatı var, ancaq bu, effektiv tələb deyil. Bu fərq bazar və ərzaq təhlükəsizliyi analizi üçün vacibdir, çünki bazar təklifləri yalnız effektiv tələbi çatır.

Ərzaq bazarında tələbin formalaşması müxtəlif amillərin təsiri altında baş verir. Belə ki, ərzaq bazarının tələbi öyrənilərkən kənd təsərrüfatı məhsulları (əmtəələri) ilə yanaşı bu sahə məhsullarının istehsalı və satışı mərhələsində maddi-texniki resurslara, həmçinin iş və xidmətlərə tələbat də nəzərə alınmalıdır.

Tələb dedikdə, alıcının zəruri əmtəəyə görə dəyər ifadəsində tələbatının reallaşdırılan hissəsi başa düşülür. Tələbat alıcının həyat səviyyəsini, istehsal sferasında istehsalına dövrlüyünü təmin etmək üçün lazım olan bu və ya digər əmtəəni (xidməti) əldə etmək arzusunu və zəruriliyini əks etdirir.

Ərzaq bazarında tələb əmtəənin həcmi, ölçü potensialı, əmtəə istehsalının, satışının mövsümlüyü, alıcıların gəlirlərinin səviyyəsi, qiymətlərin səviyyəsi və elastikliyi kimi amillərlə xarakterizə olunur.

Tələb müəyyənləşdirilməsi üçün əhalinin (alıcının) sayının, istehlakçıların tələbatının strukturunda konkret əmtəəyə çəkilən xərclərin və istehlakçıların gəlirlərinin hasili konkret əmtəənin qiymətinə bölünür.

Bazar təklifi isə bazarda satış üçün təklif olunan mal məbləğidir. Təkliflə çıxış edənlərə ticarətçilər, kənd təsərrüfatı istehsalçıları, mağazalar, dövlət, humanitar təşkilatlar və s. – bazarda satan hər bir kəs – daxildir. Ticarətçilər yerli istehsal mallarını (ölkə daxilində) sata bilər və ya rəsmi (hüquqi və formal) və ya qeyri-rəsmi (qeyri-qanuni və qeyri-rəsmi) ticarət vasitələri ilə sərhəddən kənar mallar gətirə bilərlər.

Təklifin hər mənbəyinin əhəmiyyəti ölkədən ölkəyə dəyişir. Təklifin mənbələri ölkə daxilində də fərqli ola bilər. Şəhər ərazilərində kənd bazarları ilə müqayisədə idxal ərzağın daha böyük payı var. Ərzaq təhlükəsinə meyilli ərazilərdə mövcud ərzaq yardımı daha çox ola bilər. Sərhəd rayonlardakı bazarlarda formal və ya qeyri-formal ticarət vasitələri ilə sərhəddən kənar gətirilmiş mallar əhəmiyyətli miqdarda daha çox ola bilər.

Qeyd edək ki, bazarlar dinamikdir. İstehsal az olanda və bazara az ərzaq daxil olduqda qida təchizatı azalır. Bu qiymətləri yüksəlməyinə səbəb olur. Həmçinin, istehsal zəif olduqda, adətən öz ərzaqlarının çoxunu özləri istehsal edən ailələr tipik ərzaq ehtiyaclarının böyük payını ödəmək üçün bazara müraciət edirlər. Beləliklə, tələb və təklif də dəyişə bilir. Tələbat və təklifin qarşılıqlı təsiri qiymətləri müəyyən edir. Qiymət əmtəə və ya xidmətin pul ilə ifadə olunmuş dəyəridir. Pul, sadə formada, müəyyən əmtəəyə verilmiş dəyəri göstərir. Qiymət siqnalları istehsalın dəyəri, nəqliyyat, saxlama, fikirlər və elecə də arzu haqqında məlumat daşıya bilər.

Qiymət alıcı və alıcı arasındakı razılaşmanı ifadə edir. Sadə formada, qiymət danışıqlar prosesi vasitəsilə yaranır. Əslində istehsalçı və istehlakçılar "qiymət alanlar"dir, çünki alış və ya satış məbləği qiymətə təsir göstərmək üçün kifayət deyildir.

Bazarın müəyyən mərhələsində (məsələn; topdan, pərakəndə və s.) üstünlük təşkil edən qiymət alıcı və satıcı arasında razılığa gəlinmiş tarazlıq nöqtəsini təmsil edir.

Alıcı və satıcılar qiymət üzərindən həmişə danışıqlar aparırlar. Beləliklə, təklif və tələb qiyməti müəyyən etdiyi halda, qiymət alıcının almaq və satıcının satmaq istədiyini miqdara təsir edir. Başqa sözlə, qiymət dəyişdiyi zaman təklif və tələb cavab verir. Aşağıda şəkil 1-də tələb, təklif və qiymətin qarşılıqlı əlaqəsini göstərir.
Tələb və təklifin miqdarı


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin