Kurs: I fənn: Orta əsrlər tarixi



Yüklə 76 Kb.
səhifə1/7
tarix01.01.2022
ölçüsü76 Kb.
#50485
  1   2   3   4   5   6   7
Orta-əsrlər-tarixi-Tarix-I-kurs


Kurs: I

Fənn: Orta əsrlər tarixi

Müəllim: CABBARLI Ələkbər
MÖVZU: 1

Tarix elmində feodalizmin mahiyyəti və onun mənşəyi problemi

Plan:

1.Feodalizmin mahiyyəti

2. “Feodalizm” anlayışının universal xarakteri

3. Feodal dövləti. Din.
Ədəbiyyat

1.Y.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012.

2.Y.Mahmudov. Orta əsrlər tarixi. Ruscadan Azərbaycan dilinə tərcümə. Bakı, 2010.

3.Y.Mahmudov, N.Zeynalov. Orta əsrlər tarixi. Metodiki vəsait. Bakı, 2010.

4. Vaynşteyn O.L. İstorioqrafiya srednix vekov. M, 1940.

5.T. Mustafazadə. Ümumdünya tarixi. I kitab. Bakı, 2009.

6.Gözəlova Y. H. Bir daha “klassik feodalizm” modeli. Bakı, 2007.

Orta əsrlər dünya tarixinin xronoloji cəhətdən xeyli böyük və əhəmiyyətli dövrünü əhatə edir. Bu dövr insan cəmiyyətinin inkişafı tarixində mühüm mərhələdir. Amma eyni zamanda, “orta əsrlər” anlayışı şərti xarakter daşıyır və tarixi ədəbiyyatda daha çox feodalizmin tarixi kimi qəbul edilir. Orta əsrlərdə həm Qərbin, həm Şərqin tarixinin yeni, zəngin səhifələri açılır, sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər yaranır, ilk burjua hərəkatları baş verir, maddi və mənəvi mədəniyyət yüksəlir, ictimai – fəlsəfi fikir daha da inkişaf edir. Orta əsrlər tarixə Babək və Tomas Münseri, Tomas Mor və Tommazo Kampanellanı, Rocer Bekon və İbn Sinanı, Nəsimi və Yan Qusu, Nəsrəddin Tusi, Nikolay Kopernik və Cordano Brunonu, Firdovsi, Sədi, Nizami, Dante, Füzuli, Şekspir və Servantesi, Rafael, Leonardo da Vinçi, Rembrandt və b. nadir şəxsiyyətləri bəxş etmişdir.

“Orta əsrlər” anlayışı. “Orta əsrlər” termininin tarixşünaslığa 15-16-cı əsrlərin İtaliya humanistləri gətirmişlər. Orta əsrlər tarixindən ayrıca bir tarixi dövr kimi ilk dəfə İtaliya humanisti Flavio Byondo (1392-1463) bəhs etmişdir. Onun “Roma imperiyasının süqutundan sonrakı tarix” əsəri 1412-1440-cı illəri əhatə etməklə, əslində, orta əsrlər tarixinə həsr olunmuş ilk sitemli əsər idi. İtaliya humanistləri öz dövrlərini, yəni İntibah dövrünü yeni dövr, bundan əvvəlki “zülmət dövrünü” ora əsrlər, Roma imperiyasının süqutunu isə orta əsrlərin başlanğıcı hesab edirdilər. Şərti xarakterdə olan “orta əsrlər” məfhumu ayrı-ayrı dövrlərdə müxtəlif cür izah edilmişdir. Orta əsrlərin xronoloji çərçivəsi haqqında da müxtəlif fikirlər söylənmişdir. Humanistlər, həmçinin 17-18-ci əsrlərin tarixçiləri tarixi qədim, orta və yeni dövrlərə bölürdülər. Bu tarixçilər qədim dünyaya və yeni dövrə nisbətən orta əsrləri mədəni tənəzzül, cəhalət dövrü hesab edirdilər. 18-ci əsrdə “orta əsrlər” anlayışı elmdə bir tarixi dövr kimi möhkəmləndi və tarix elminin bu dövrünü öyrənən müstəqil sahəsi meydana gəldi.

Qərb tarixşünaslığında “qədim dünya”, “orta əsrlər” və yeni dövr anlayışları şərti bölgü xarakterindədir və müxtəlif regionlar üçün fərqli məzmun daşıyır.

Sovet tarixçiləri isə tarixi dövrləşdirərkən və ya mövcud dövrləşdirmələrə qiymət verərkən müxtəlif istehsal üsullarının inqilabi surətdə bir-birini əvəz etməsini və ya hər hansı ictimai-iqtisadi formasiyanın inkişaf mərhələlərini əsas götürürdülər. Sovet tarixçiləri orta əsrlər tarixini, hər şeydən əvvəl, feodalizm formasiyasının tarixi olaraq qəbul etmişlər.

Müasir Qərb tarixçünaslığında orta əsrlər tarixi sırf Avropa (xüsusən Qərbi Avropa) tarixi hesab olunur. Azərbaycan tarixşünaslığında isə orta əsrlər tarixi dünyanın bütün ölkələrinin orta əsrlər tarixini əhatə edir. Çünki Avropada olduğu kimi, dünyanın başqa ölkələrinin, xüsusən Asiya və Afrika ölkələri xalqlarının da əksəriyyəti orta əsrləri keçmişlər.




Yüklə 76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin