Magistratura məRKƏZİ Əlyazması hüququnda


Suda həll olan üzvi və qeyri-üzvi birləşmələr



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix16.06.2022
ölçüsü1,22 Mb.
#61568
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Magistratura m RK Z lyazmas h ququnda

Suda həll olan üzvi və qeyri-üzvi birləşmələr 
↓ 
Qənd, sidikcövhəri 
↓ 
üzviturşular 
↓ 
zülal maddələr 
↓ 
qeyri-üzvi duzlar 
𝐒𝐮𝐝𝐚𝐡ə𝐥𝐥 𝐨𝐥𝐦𝐚𝐲𝐚𝐧 𝐪𝐞𝐲𝐫𝐢 − ü𝐳𝐯𝐢 𝐛𝐢𝐫𝐥əş𝐦ə𝐥ə𝐫 
↓ 
Sement, toz, hiss 
↓ 
Qum və gillər 
Suda həll olmayan qeyri-polyar üzvi birləşmələr 
↓ 
Karbohidrogenlər, benzin, kerosin, mazut, sürtkü yağları,asfalt qətran maddələr 
↓ 
Boya və laklar 
↓ 
Bitki və heyvan yağları 
Suda həll olmayan polyar üzvi birləşmələr 
↓ 
Yağ turşuları  
Çirk bəzən göstərilən bu maddələrin qarışığından ibarət olur. Yağ və üzvi 
turşulardan ibarət olan çirk hissəcikləri digər çirk növlərinə nisbeten parçanın 
lifləri arasına daxil olur və orada möhkəm yer tutub otururlar.[13] 
Bədəndən ayrılan tər insan bədənini və paltarını çirkləndirən başlıca mənbələrdən 
biridir. İnsanın orqanizmində tər ifraz olunarur, və insan dərisinin məsəmələri
vasitəsilə ayrılan müxtəlif qeyri-üzvi və üzvi maddələrin qarışığından 


18 
ibarətdir. Tər ifraz olunan zaman insanın tərində olan üzvi turşular, sidik cövhəri, 
müxtəlif duzlar və yağlı maddələr dərinin üzərinə çökərək onun məsamələrinin 
doldurur. İnsan bədənində əmələ gələn çirkin çox hissəsi paltarlara keçir və onun 
məsamələrinə hopur, orada möhkəmcə oturur. 
Paltar üzərinə çirklərin, ləkələrin hopmasıp və orada möhkəm qalması 
üçünhissəciklər ilə paltarın səthi arasındakı məsafə çox balaca olmalıdır. 
Bu məsafəböyük olduqca parçadan çirk hissəcikləri asanlıqla qopur və 
təmizlənir.Deməli, yuyulan maddə ilə çirk hissəciklərinin səthi arasındakı məsafəni 
artırmaq üçün oraya digər bir əlavə maddə, misal üçün su molekulları daxil 
olmalıdır. Həmin bu vəziyyəti əldə etmək üçün oraya daxil edilən su molekulları 
yuyulan maddəni islatmalıdır. 
Amma əlavə edilən su bütün maddələri eyni dərcədə islada bilmir; çünki su 
molekulları bəzi maddələri yaxşıca islada bildiyi halda, bəzi maddələri pis və ya 
heç islada bilmir. 
Bildiyimiz kimihis, mineral yağlar ve tordan ibaret çirk növleri ile 
çirklenmiş parçanı ilıq su ilə islatdıqda və yuduqda bəzən çirk hissəcikləri nəinki 
parçadan yuyulub getmir, hətta onun məsamələrinə hoparaq orada davamlı çirk 
örtüyü emele getirir. Göstərdiyimiz çirk növleri suda hell olmadığına görə onları 
parçadan təkcə su vasitəsilə çıxartmaq mümkün olmur.[5] 
Suda yaxşı həll olub islanmasına görə maddələr 2 (iki) cür olur; 
1. Suda həll olmayan maddələr: (suda həll olmayan maddələrə hidrofob 
(yunanca hidro-su, fobos- qorxu deməkdir) maddələrə deyilir) 
2. Suda asan həll olan maddələr: (suda həll olan maddələrə isə hidrofil 
(yunanca fileo-sevirəm deməkdir) maddələr deyilir). 
Məlum olmuşdur ki, piylər, naften turşuları, bitki və heyvan lifləri, yağlar, 
qətranlar, süni və sintetik liflər və s. suda həll olmayan maddələr, yəni hidrofob 
maddələr olduğu üçün su həmin maddələri ya heç islatmır, ya da pis isladır. 
Hidrofil maddələrə isə misal olaraq nişasta, qələvilər, jelatin və s. maddələri 
göstərmək olar. 


19 
Adətən hidrofob növlü maddələrin suda pis islanmasının səbəbini 
səthigeriləmə hadisəsi ilə izah edirler. 
Mayenin səthinə xaricdən hər hansı bu və ya digər kənar qüvvə ilə təsir 
edib, onun səthinin artırmağa çalışırsa, maye həmin bu qüvvəyə qarşı müqavimət 
gösterir. Mayenin göstərdiyi bu əks-qüvvəyə sethi gerilme qüvvesi deyilir. 
“b” ilə səthi gəriləmə qüvvəsiniişarə edib,ölçü vahidi “din/sm” ilə ölçülür. 
Səthi gəriləməni erq-lə də ölçmək olar. Belə halda maye sethini 1 
sm
2
artırmaq üçün serf olunacaq iş, sethi gerilmə olur. 
Suyun səthi gerilmesini azaldan maddelere sethi aktiv maddeler deyilir. 
Tədqiqatçıların müasir nəzəriyyəsinə əsasən belə hesab edilirr ki, hər hansı 
yuyucu maddədə başlıca olaraq iki xassə: səthi aktiv olmalı;elastiki, özlü və həm 
də möhkəm absorbsiya pərdəsi əmələ gətirə bilməlidir. 
Alimlərin tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, spirtlər,yağ 
turşuları, aminlər və s. səthi aktiv maddələr adsorbsiyaedici pərdə yarada 
bilmədiyinə görə yuma xassəsinə malik deyildir. Həmçinin bir sıra yaxşı 
adsorbsiyaedici pərdə əmələ gətirən maddələr də vardır ki, onların səthi aktivlik 
xassəsi olmadığına görə onlar yuyucu maddə hesab edilmir. 
Yuma prosesində adsorbsiya başlıca məsələlərdən biri hesab edilir. Səthi 
aktiv maddə molekullarının çirki adsorbsiya etməsi neticesinde çirk hissecikləri 
liflərdən qoparaq təmizlənir.Yuma prosesinin bütün mərhələlərinionun köməyi ilə 
həyata keçirilmiş olur. Köpük ilə yanaşı çirk hissəcikləri səthdən qopub məhlula 
keçməyə başlayır. Belə sistem adətən emulsiya, və yaxud suspenziya adlanır. 
Emulsiya elə bir sistemdir ki, burada bir – biri iləqarışmayan, yəni hell 
olmayan iki mayenin qarışığından biri, digərində xırda damcılar şeklinde asılı 
halda qalmış olur.[19] 
Məişət kimya mallarının yuyucu tesirinden danışdıqda, biz bilməliyik ki,
köpük nədir, yuma prosesi zamanı o necə yaranır və yuma zamanı onun rolunun 
nədən ibarət olduğunun izah etməliyik. 
Ətrafı səthi aktiv maddenin molekulları ilə əhatə olunmuş hava 
qabarcıqlarının yığınından köpük əmələ gəlir. Məhlulçalxalandıqda və ya


20 
qarışdırıldıqda məhlulun səthində köpüklər əmələ gəlir.Köpük ilə örtülmüş 
havaqabarcığında perdenin daxili hissəsi hidrofob, xaricic hissəsi isə hidrofıl olur. 
Köpüklə çörtülmüş bu cür hava qabarcığı yüngül olduğundan təbii ki, məhlul 
üzərində üzməyə çalışacaqdır. Amma bu qabarcıqlar məhlulun səthinə çatdıqda, 
səth özü də sabun pərdəsi ilə ortulu olduqundan, o 2-ci bir örtüyə bürünmüş olur. 
Bunun nəticəsində köpük məhluldan tamamilə ayrıla bilmir. 
Məhlulun daxilindən gərilmiş qabarcıqda sabun molekulunun hidrofob 
hissəsi daxilə doğruəgər məhlulda yönəlmişdirsə, 2-ci örtükdə tərsinə olaraq, 
xaricə doğru yönəlmiş olur. Nəticədə hər 2 yuyucu təbəqədən 2 pilləli örtük əmələ 
gəlmiş olur ki, bu da iki divarlıq örtüyün hər 1-nin daxili hissəsi hidrofob olub, 
havaya doqru çıxmış olur. Bu qayda ilə məhlulun sethinə bir neçə yuyucu qabarcıq 
toplaşdıqda, həmin qabarcıqlar 1-1-lə toqquşur və nəticədə köpük əmələ gəlir. 
Havada olan qabarcıq pərdəsi ilə məhlulun daxilində olan hava qabarcığı 
pərdəsi 1-1-dən fərqli olur.Qeyd etmək lazımdır ki, yuyucu maddənin köpüyündə 
və o cümlədən, pərdəsində yuyucunun qatılığı sulu məhlulundakına nisbətən xeyli 
artıqdır.[6] 
Tədqiqatların aparılması nəticəsində müəyyən olunmuşdur ki, qatılığı 0,6% 
olan yuyucu vasitənin əmələ gətirdiyi köpükdə sabunun miqdarı 29 %-dən artıq 
olur. Köpüklənmə dərəcəsinin çox olması yuma prosesində vacibdir. 
Yuxarıda qeyd edilənlərdən əlavə yuma prosesinin təsir mexanizmi 
haqqında yuyucu maddənin sulu məhlulda flotasiya etmək təsirini də göstərmək 
vacibdir. 
Berk halda olan çirk növlərinnin çoxu başlıca olaraq, hidrofob olmaqla, 
onların sethinde müeyyen miqdarda hidrofıl sahelər olur. Amma elə çirk növləri
də vardır ki, bütövlükdə hidrofıldir. 
Belə halda yuyucu vasitələrin hidrofob hissələri suya doğru yönəldilmiş 
olur. Bu cür hidrofob hissəciklər məhlulun səthinə doğru üzməyə başlayır və 
nəticədə sabun köpüyündə ilişib qalmış halda olur. Bu prinsipə filotasiya prosesi 
də əsaslanır. 


21 
Beləliklə, yuyucu vasitələrin yuyulma mexanizmini müvəssəl olaraq, bu cür 
izahını vermək olar. 
Sethi aktiv maddələri suda həll edərkən suyun səthi gerilməsi azalır və 
neticede yuyucu vesaitli su, hidrofob çirk hissəciklərinin yaxşı yaxşı isladır. Kafi 
qatılıqlı yuyucu məhlula çirkli, ləkəli parçaları saldıqda isə parça dərhal islanıb 
şişir və neticede çirk hissəcikləri ilə parçanın lifləri arasındakı rabitə zəifliyir və 
bunun nəticəsində çirk parçadan asan ayrılır. 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə