Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
  1   2   3   4   5   6   7   8   9   ...   34

Mehman Ağayev,  Sultan Əliyev

            

ÄÈÀËÈÇ

Bakı – 2010

2

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 noyabr 2009-cu il 

29 saylı kollegiyasının qərarı əsasında təsdiq edilmişdir

Redaktor: L.M. Hacıbəbirova

Rəyçilər: professor V. Ə. Əzizov

               professor K. İ. Abdullayev

               t.e.d.        İ. M. Həmidov

Mehman Ağayev, Sultan Əliyev, “Dializ”

“Oskar”, Bakı-2010, 424 səh.

   


Təqdim olunmuş kitab kəskin və xroniki böyrək çatışmazlığının müasir 

dializ müalicəsi problemlərinə həsr olunmuşdur. 

Hemodializin dünyada inkişafı tarixi, Azərbaycanda hemodializin 

və böyrəkköçürmənin inkişafının  əsas məqamları ilə başlanan kitabın 

müxtəlif fəsilləri xroniki  böyrək çatışmazlığının etoiopatogenezi, təsnifatı, 

klinikası, müalicə üsullarına (hemodializ, periton dializi, hemosorbsiya, 

plazmaferez və böyrəkköçürmə) həsr edilərək  nefrologiya elminin 

müasir səviyyəsinə uyğun təqdim olunmuşdur. Monoqrafi yada  böyrəyin 

xroniki xəstəliyi məfhumu haqda ətrafl ı  məlumat verilir. Kəskin böyrək 

zədələnməsini işıqlandıran ayrıca fəsildə problemin müasir aspektləri 

təqdim olunur. 

Nefroloqlar üçün stolüstü rəhbərlik kimi nəzərdə tutulan kitab, şübhəsiz, 

həmçinin terapevtlər, reanimatoloqlar, kardioloqlar, endokrinologlar, 

uroloqlar, praktik və ailə həkimləri, elmi işçilər, Tibb Universiteti tələbələri 

üçün də dəyərli vəsaitdir.   

İSBN 5-86874-213-3



© Mehman Ağayev, Sultan Əliyev

3

MÜNDƏRİCAT

Fəsil  1.  Dializin  tarixi    ...............................................................8                                                                                

1.1 Dünyada hemodializin inkişafı ..............................................8

1.2 Azərbaycanda hemodializin tarixi .......................................13

Fəsil 2.  XBÇ etiopatogenezi, klinikası ..................................30                                                    

Fəsil 3.Xroniki böyrək çatışmazlığının müalicəsi..................71                                  

3.1 XBÇ-nin konservativ müalicəsi ..........................................71

3.2 Böyrək əvəzedici terapiya ...................................................99

3.2.1. Proqram hemodializə göstərişlər ...................................102



Fəsil 4. Hemodializ ................................................................107                                                                      

Fəsil 5. Dializ üçün damar yolu ...........................................132                                                            

Fəsil 6. Proqram hemodializi  (PH)  ....................................147                                                   

6.1 Xəstələrin vəziyyətinin monitorinqi .................................147

6.2 Birinci hemodializ .............................................................150

6.3 Hemodializ zamanı fəsadlar ..............................................152

6.4 Antikoaqulyasiya ...............................................................153

Fəsil 7. Dializ xəstələrinin problemləri  ................................182                                                

7.1 Psixoloji problemlər ..........................................................182

7.2 Qidalanma problemləri .....................................................186

7.3 Şəkərli diabet ....................................................................197

7.4 Arterial hipertenziya ..........................................................204


4

7.5 Hematoloji problemlər ......................................................212

7.6 Hemoliz .............................................................................223

7.7 İnfeksiyalar .......................................................................225

7.8 Endokrin pozğunluqlar ......................................................242

7.9 Sümuk toxumasının xəstəlikləri ........................................246



Fəsil 8. Periton dializi (PD) ..................................................256                                                                       

Fəsil 9. Plazmaferez  .............................................................272                                                                                

Fəsil 10. Hemosorbsiya .........................................................289                                                                             

Fəsil 11. Dializ xəstələrinin müxtəlif orqan və 

sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər  ........298                                                                                  

11.1 Ürək-damar sistemi .........................................................298

11.2 Mədə-bağırsaq sistemi ....................................................304

11.3 Sidik-cinsiyyət sistemi ....................................................309

11.4 Mama-ginekoloji problemlər ..........................................315

11.5 Dayaq – hərəkət aparatı dəyişiklikləri və 

 sistem 

xəstəlikləri ............................................................322

11.6 Yuxu pozğunluqları .........................................................331

11.7 Sinir sistemi ....................................................................332



Fəsil 12. Kəskin böyrək çatışmazlığı    ..................................338                                                    

Fəsil 13. Böyrəkköçürmə  ......................................................375                                                                         

Əlavələr  .................................................................................408

Böyrək xəstəlikləri zamanı tövsiyə olunan pəhriz ..................420                                                                                                   

Normal laborator göstəricilər 

URR və UF/   görə Kt/V tapılması üçün nomoqram ...............422



5

MÜQƏDDİMƏ

Azərbaycanda uro-nefrologiyanın inkişafı ulu öndərimiz Heydər 

Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və böyük qayğısı nəticəsində 

respublikamızda bütün sahələrdə, o cümlədən – iqtisadiyyatda, təhsildə, 

elmdə, mədəniyyətdə, incəsənətdə yüksəliş ilə yanaşı,  səhiyyənin 

inkişaf etməsində  də öz əksini tapmışdır. Məhz böyük rəhbərin 

uzaqgörənliyi sayəsində Azərbaycanda XX əsrin üçüncü qərinəsində 

keçmiş SSRİ-də ilk dəfə analoqu olmayan ixtisaslaşdırılmış və uro-

nefrologiyanın bütün sahələrinı özündə birləşdirən Respublika Kliniki 

Uroloji Xəstəxanası  təşkil olundu  və bu xəstəxananın tərkibində, 

1969-cu ildə Hemodializ və Böyrəkköçürmə şöbəsi (Böyrək Mərkəzi) 

yaradıldı. Mərkəz o dövrün ən müasir “süni böyrək” cihazları ilə 

və müvafi q  avadanlıqlarla təchiz olundu. Bütün bunların sayəsində 

Azərbaycanın Böyrək Mərkəzində 1970–ci ildə hemodializ və 1971–

ci ildə, bütün Yaxın Şərqdə ilk dəfə, o dövrün ən böyük nailiyyəti olan 

böyrəkköçürmə əməliyyatları aparıldı. 

 Xroniki böyrək çatışmazlığı bu gün də bütün dünya səhiyyəsinin 

ən böyük problemlərindən biridir. İnkişaf etmiş ölkələrin  əhalisinin 

təxminən 0,05% xroniki böyrək çatışmazlığına görə böyrək əvəzedici 

terapiya alırlar. Bu insanların  əksəriyyəti gənc yaşda, həyatlarının 

çiçəkləndiyi dövründə olduqları üçün məsələ tibbdən çox, sosial 

ploblem kimi cəmiyyətin qarşısında durur.

 Bütün dünyada olduğu kimi, Azərbaycanda da statistikaya görə hər 

il 1 mln. əhali sayına görə 200–300-dən artıq  insan XBÇ-nin terminal 

mərhələsinə yetişir. Bu xəstəliyin ən effektiv və müasir müalicə üsulları 

böyrək əvəzedici terapiya: proqram hemodializi və (və yaxud) böyrək 

transplantasiyasıdır. Bu problemin respublikamız üçün vacibliyinin 

nəticəsi olaraq Azərbaycan Respublikası Dövlət Proqramı  qəbul 

edilmiş  və  proqramın həyata keçirilməsi üçün dövlət tərəfi ndən 80 

mln. manatdan çox vəsait ayrılmışdır. Problemin vacibliyi öz təsdiqini 

həm də möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü və göstərişi 

ilə bütün regionlarda yaradılan Diaqnostika Mərkəzlərinin nəzdində 



6

hemodializ  şöbələrinin mövcudluğudur. Bütün bunların sayəsində 

artıq Bakı  şəhəri və regionlarda 25 hemodializ mərkəzləri açılmış, 

1600 xəstə dövlət hesabına proqram hemodializi və lazım olan dərman 

vəsaiti ilə təmin olunur və bu proses davam etdirilir.   

 Bunlarla yanaşı, problemin həlli istiqamətində daha geniş tədbirlər 

yerinə yetirilir və görülən işlər sırasında Azərbaycan Respublikasının 

prezidenti İlham Əliyevin “Respublika Kliniki Uroloji Xəstəxanasında 

müasir böyrəkköçürmə mərkəzinin yaradılması ilə bağlı bəzi tədbirlər 

haqqında” (21 sentyabr 2007-ci il)  sərəncamına  əsasən xəstəxana 

təmir olunaraq, lazımı müasir avadanlıqlarla təchiz edilmiş  proqram 

hemodializi və böyrəkköçürmə  əməliyyatlarının  aparılması üçün 

nəzərdə tutulmuşdur.

   Qeyd olunan problemin həllini  Azərbaycan Səhiyyə Nazirliyi öz 

qarşısında prioritet məsələlər sırasına  qoyaraq bu istiqamətdə intensiv 

fəaliyyət göstərir. Lazımi təşkilati işlərlə yanaşı, dializ şöbələrin 

fəaliyyətini praktiki qurmaq üçün vacibi məsələlər kimi yüksək 

ixtisaslı kadrların hazırlanması daim həyata keçirilir. Hazırda böyrək 

çatışmazlığının müalicəsində 120-dən artıq həkim-nefroloq iştirak 

etsə  də onların rəhbərlik kimi istifadə etməyə Azərbaycan dilində 

lazımı metodiki və praktiki vəsaitlərinin olmaması nəzərə alınaraq bu 

monoqrafi ya  hazırlanmışdır. Respublikamızda hemodializi ilk dəfə 

tətbiq etməklə və onun inkişafı üçün çalışaraq, 40 ildən artıq praktik 

təcrübəmizə əsaslanmaqla hazırlanan  vəsait lazımi vaxtında və tələb 

olunan məqamında yazılmışdır.

  Nefroloqlar üçün stolüstü rəhbərlik kimi nəzərdə tutulan kitab 

terapevtlər, kardioloqlar, endokrinoloqlar, reanimatoloqlar, cərrahlar, 

uroloqlar, Tibb Universiteti tələbələri, elmi işçilər üçün də, şübhəsiz, 

çox gərəkli ola bılər. Hər hansı  təklif və  məsləhətə görə bütün 

mütəxəssislərə  əvvəlcədən minnətdarlıqlarımızı bildirir və böyük 

məmnunluqla bəyan edirik ki, dəyərli  fi kirlərin hamısı sonrakı 

nəşrlərdə nəzərə alınacadır.

                                                                                          

Müəllifl ər


7

ABBREVİATUTALAR  

ADF


adenozin difosfat

AH

arterial hipertoniya



ASL

aşağı sıxlıqlı lipoproteidlər

AZP

azzülallı pəhriz



BXX

böyrəyin xroniki xəstəliyi

CRP

C reactire proteine (C reaktiv 



zülal)

ÇASL


cox aşağı sıxlıqlı 

lipoproteidlər

DAPD    daimi ambulator periton 

dializi


DX

dializ xəstələri

DQH

dövredən qanın həcmi



DSPS

daimi siklik periton dializi

DÜÇ

durğun ürək çatışmazlığı



EDTA

etilendiamintetrasirkə turşusu

HD

hemodializ



HX

hemodializ xəstələri

HXMH

hüceyrə xarici mayenin 



həcmi

HİV


insan immunodefi sit virusu

HK

həyatın keyfi yyəti



HS

hemosorbsiya

HTV

hissəvi tromboplastin vaxtı



XBÇ

xroniki böyrək çatışmazlığı

XTN

xroniki transplantasion 



nefropatiya

XÜÇ  


xroniki ürək çatışmazlığı

KKB


kalsium kanal blokatorları

KMKM


kiçik molekul kütləli 

maddələr


KRS

kardiorenal sindrom

LAV

laxtalanmanın aktivləşmə 



vaxtı

MARS


molekulyar absorbsion 

resirkulyar sistem

MBT  

mədə-bağırsaq traktı



NUF

natriuretik faktor

OAT

orta arterial təzyiq



PCR

proteine catabolic rate (zülal 

katabolizmi dərəcəsi)

PF

plazmaferez



PTH

paratiroid hormon

RAAS

renin-angiotenzin-aldosteron 



sistemi

RAS


renin-angiotenzin sistemi

SMH       sol mədəciyin hipertrofi yası

TXBÇ

terminal xroniki böyrək 



çatışmazlığı

TMT


transmembran təzyiq

UBŞ


ultrabənövşəyi şua

ÜDS


ürək-damar sistemi

ÜİX


ürəyin işemik xəstəliyi

ÜPM


ümumi periferik müqavimət

ÜVT


ürək vurğuların tezliyi

                                            



8

Dializ__Fəsil_1__Dializin_tarixi__1.1._Dünyada_hemodializin_inkişafı__Q'>Dializ

Fəsil 1

Dializin tarixi

1.1. Dünyada hemodializin inkişafı

Q

anın təmizlənmə problemi qədim zamanlardan tibb elminin 

diqqət mərkəzində olmuşdur, çünki çox xəstəliklərin sə-

bəbi bədən mayelərinin bir-birinə qarışması kimi qəbul edilirdi. 

Am ma  bədənin təmizlənməsi üçün müxtəlif üsullardan istifadə 

olunsa da  müsbət nəticələr  əldə edilmirdi, bəzən hətta xəstələr 

üçün ziyanlı da   ola bilirdi, ona ğörə  də bu üsullara qarşı maraq 

vaxta şırı artıb azalmışdır. Qanın təmizlənmə problemi XIX əsrdə 

yenidən həkimlərin marağına səbəb oldu, çünki biokimyanın inki-

şafı ilə  əlaqədar orqanizmdə baş verən proseslərin mahiyyəti 

aydınlaşdirilmağa başlandı.  

Dializ – kolloid məhlulların kristalloid məhlullardan ayrılması 

üsulu olub, iki məhlulun arasında yerləşdirilmiş yarımkeçirici 

membranın dəliklərindən seçici diffuziyanın köməyi ilə  təmin 

olunur. Üsulun fi ziki  əsasları ilk dəfə 1854-cü ildə Tomas Qrem 

tərəfi ndən  əsaslandırılmış  və “Osmotik güc” adlı  əsərində  təqdim 

edilmişdir. Qremin təklif etdiyi dializator dibi yarımkeçirici memb-

ran olan qabdan ibarət olmuşdur. Bu qaba  məhlul dolduraraq daxi-

lin də həlledici olan başqa iri qabın içinə yerləşdirmiş və belə liklə, 

dializ prosesini tədqiq etmişdir. O, ilk dəfə yarımkeçirici memb-

ranların hazırlanması üsulunu təklif etdi, diffuziya və osmosun qa-

nun auyğunluqlarını eksperimental olaraq sübuta yetirərək müasir 

dializin nəzəri bazasını yaratdı. Dializ sözünü də ilk dəfə təklif edən 

Qrem yarımkeçirici membrandan diffuziyanın sürətinin molekulun 

ölçülərindən asılı olduğunu, bu göstərici artdıqca diffuziya sürətinin 

azaldığını sübuta yetirmişdir.

1913-cü ildə Amerika həkimləri J. Abel, L. Rowntree, B. Tur ner 

həmkarları ilə birlikdə təcrübə heyvanlarında (böyrəkləri çıxarılmış 



9

Fəsil 1. Dializin tarixi

itlərdə) dializ apardılar. Onlar təcrübə heyvanlarının qanını arteriyadan 

kolloid borulara axıdıb və sonra bədən venalarına qaytardılar. 

Kolloid borulardan natrium xloridin fi zioloji məhlulu axan silindrə 

yerləşdirilirdi. Üsulun köməyi ilə alimlər heyvanların qanından 

salisilatların, bromidlərin çıxarılmasına nail ola bildilər. Amma tez-

tez  tromboembolik ağırlaşmalar  müşahidə   olunurdu  çünki anti-

koaqulyant kimi istifadə olunan hirudin effektiv antikoaqulyasiya 

yarada bilmirdi. Apardıqları eksperimentlərin nəticələrini onlar 

“Dializ yolu ilə  diffuziyaedən maddələrin diri heyvanların qanından 

çıxarılması”  əsərində  nəşr etdilər və icad etdikləri cihazı “süni 

böyrək” adlandırdılar. Bundan sonra dializ fi ziologiyada  geniş 

istifadə olunmağa başlandı və müxtəlif yarımkeçirici membranların 

sınaqdan çıxarılması üzrə elmi axtarışlar aparıldı. Amma etibarlı 

antikoaqulyantların olmaması üsulun inkişafına mane olurdu.

1923-cü ildə H. Nechles yarımkeçirici membran üçün öküzün 

bağır sağından və antikoaqulyant kimi hirudindən istifadə etdi. Bu 

cihazın köməyi ilə böyrəkləri çıxarılmış itlərdə hemodializlər apardı. 

Alimin gördüyü işlər nəticəsində  təcrübə heyvanlarının ömrünü 

uzatmaq mümkün olmasa da, uremik sindromun ağırlıq dərəcəsinin 

yumşaldılması mümkün oldu.

1924-cü ilin oktyabrında Almaniyada G. Haas uremiyadan 

əziyyət çəkən xəstənin müalicəsi üçün insana ilk hemodializi 

aparmışdır. Antikoaqulyant kimi təmizlənmiş hirudin istifadə olunsa 

da, onun antigen xüsusiyyəti dializi 30–60 dəqiqədən artıq aparmağa 

imkan verməmişdir. G.Haasın sonrakı  təcrübələrində 1927-ci ildə 

hemodializ təmizlənmiş heparinlə aparılmışdır.  

1926-cı ildə R. Lim və H. Necheles hemodializ apardıqda təmiz-

lənməmiş heparindən istifadə etdilər.

1938-ci ildə W. Thalhimer ilk dəfə yarımkeçirici membran kimi 

sellofandan hazırlanmış borulardan istifadə etdi və böyrəkləri 

çıxarılmış təcrübə itlərinə hemodializi təmizlənmiş heparinlə apardı. 

Hemodializin bütün məsələləri nisbətən həll olunsa da, hələlik o, 

təcrübədə xəstələrin müalicəsi üçün istifadə olunmurdu.



10

Dializ

1943-cü il sentyabrın 3-də W. Kolff və H. Berk ilk dəfə Hollan-

diyada kliniki təcrübədə özlərinin yaratdıqları cihazın köməyi 

ilə  xəstələrə hemodializ apardılar. Onlar G.Haasın dializatorunu 

təkmilləşdirmişdilər. Bu dövrə  qədər artıq  məlum idi ki, sellofan 

membranından qanın formalı elementləri, zülal, bakteriyalar

viruslar keçmir, amma kiçik molekullar, məsələn qlükoza, sidik 

cövhəri, kalium, natrium keçir. Əslində Kolff süni böyrəyi yox, 

hemodializatoru ixtira etmişdi. Onun yaratdığı dializator metallik 

tordan düzəldilmiş silindrin üzərinə dolanmış sellofan borudan 

ibarət idi. Silindr uzadılmış  vəziyyətdə içərisi 100l duz məhlulu 

ilə doldululmuş vannanın içərisinə yerləşdirilirdi. Silindr öz oxu 

ətrafında fırlanmaqla sellofan boru məhlul ilə yuyulur. Dializ 

aparılan xəstələrin hamısı uremiya ilə olan xəstələr idilər. Xəstələrin 

qanındakı sidik cövhərinin səviyyəsini aşağı salmaq və  bəzilərini 

uremik komadan çıxartmaq mümkün oldu. Bu zaman Avropada 

müharibə getdiyi üçün Kolff cihazları ilə birlikdə ABŞ-a köçdü. 

1946-cı ildə W.Kolff dünyada ilk dəfə  xəstələrin hemodializ ilə 

müalicə edilməsi haqqında kitab-rəhbərlik nəşr etdi.

1947-ci ildə N. Alwall (Isveç) kliniki təcrübədə istifadə üçün  

başqa konst 

ruksiyada hemodializator yaratdı. Vertikal vəziyyət-

də  hərəkətsiz dayanmış silindrə sellofan borunu dolayaraq üzə-

rindən xüsusi xarici silindr geyindirdi. Beləliklə, genişlənməsi 

məhdudlaşdırılan sellofan boruda hidrostatik təzyiqi artırmaqla 

ultrafi ltrasiya effektini almaq mümkün olurdu. Bundan başqa N. 

Alwall tərəfi ndən yaradılan cihazlarda boruların qanın təmizlənə 

biləcək dializ səthi  çox yüksək (16 000 sm

) olaraq, demək olar, 



normal insanın böyrəyindəki yumaqcıq kapillyarlarının səthinə 

(15 000 – 20 000 sm

) bərabər idi, odur ki, bu cihazlar yaxşı 



depurasiya aparırdı.

Venoz qanda toksik maddələrin konsentrasiyası arterial qandan 

şox olduğu üçün G. Murray 1945-ci ildə venoz qanı aşağı boş venaya 

kateterin yeridilməsi yolu ilə alınması və  təmizlənməsini təklif etdi.

1949-cu ildə J.Merril və Brigham həmkarları ilə birlikdə Kolffun 


11

Fəsil 1. Dializin tarixi

cihazını təkmilləşdirdilər və hazırlanmış süni böyrək cihazının adını 

KolffMerril, yaxud Kolff-Brigham cihazı qoydular. 

1949-cu ildə Münhendə alman uroloqlarının qurultayında məruzə 

ilə çıxış edən Alwall   hemodializin kəskin böyrək çatışmazlığının 

müalicəsində  əsaslandırılmış müalicə üsulu olduğunu göstərməklə 

qeyd etmişdir ki, bu metodla xəstələrə kömək göstərmək lazım 

olduqda  bunu etməmək bağışlanılmaz hesab olunmalıdır.

 Artıq bu dövrdən bütün dünyada çox intensiv surətdə müxtəlif 

konstruksiyalı “süni böyrək” cihazlarının hazırlanmasına başlanıldı 

(cədvəl 1.1).

SSRİ-də “süni böyrək” cihazı 1957-ci ildə M. Q. Аnanyev, 

Y.М. Коzlov, Е. B. Qorbovitskiy tərəfi ndən ixtira edilmiş və kliniki 

aprobasiyadan keçirildikdən sonra müxtəlif xəstəxanalarda geniş 

istifadə olunmağa başlanmışdır.

Artıq dünyada 100-dən artıq süni böyrək cihazları növləri 

məlumdur.   

Xroniki hemodializ əsrinin başlanma tarixi 1960-cı ildə  B. Scrib-

ner və W. Quinton tərəfi ndən arterio-venoz şuntun icad olunması ilə 

başlandı. Alimlər bunun üçün a. radialis  və v. cephalicaya

 

 tefl on 


kanyulanı yeridib fi ksasiya  edərək, onların ucuna birləşdirilmiş 

silastik boruları  əlavə  dəlikdən dəri üzərinə  çıxarıb bir-biri ilə 

birləşdirdilər və daimi qan axını olan bir qan konturunu əldə etdilər. 

Hemodializ aparıldıqda tefl on boruya xüsusi sıxıcılar qoymaqla 

onların arterial və venoz ucları  bir-birindən ayrılaraq, müvafi q 

olaraq hemodializatorun arterial və venoz boruları ilə birləşdirilir.

1966-cı ildə M. Brescia və  İ. Cimino və başq. arterio-venoz 

fi stulanın yaradılması üsulunu təklif etdilər. Bu zaman  a. radialis ilə 

v. cephalica  arasında anastomoz yaradılır. Xəstəni cihaza qoşmaq 

üçün genişlənmiş venaların punksiyası yolu ilə alınan qan cihaza 

verilir və təmizlənmiş qan venanın proksimal  hissəsinin punksiyası 

ilə xəstənin qan dövranına qaytarılırdı.



12

Dializ

Cədvəl 1.1.

Müxtəlif ölkələrdə süni böyrək cihazlarının ixtira 

edilməsi tarixləri 

Süni böyrək 

cihazı modelinin 

ədəbiyyatda  təsvir 

olunma tarixi

Ölkə


Süni böyrək cihazı 

modellərini təklif etmiş 

müəllifl ərin soyadları

1949


1951

1952


1953

1954


1955

1956


1957

1960


ABŞ

Fransa



İtaliya

İspaniya


ABŞ

İtaliya


ABŞ




İtaliya

Almaniya


İtaliya

İsveç


Fransa İtaliya

İspaniya ABŞ

SSRİ

Almaniya


ABŞ

İspaniya


Sterling və Doane

Venatta, Muirhead və 

Grollman

Loüsley və Kirüin

Rosenak və Saltzman

Garca və Bugel

Bianchi, Baggi və Borghi

Bartrina


Guarino

Dogliotti, Battezzati və 

Taddei

Siracusano və Confortini



Hollander, Sterling və Doane

İnouye və Engelberg

Krainin

Mac-Neile



Capolare

Sartorius

Pironti

Garrelt


Hamburger və Richet

Sorrentino 

İmbriano

Kolff və Watschinger

Ananyev, Kozlov və 

Qorbovitskiy

Hillenbrand, Hoelzenbein və 

Schmandt


Kuhn, Majer və Ruffi nen

Savino


13

Fəsil 1. Dializin tarixi

1979-cu ildə vitamin D-nin aktiv formasının dərman vasitəsi kimi 

alınması və  kliniki təcrübədə istifadə olunmasına başlanıldı.

1988-ci ildə böyrək mənşəli anemiyaların müalicəsində  rekom-

binant insan eritropoetininin tətbiq olunmasına  başlanıldı.

Artıq dünyada dializ müalicəsi alan xəstələrin sayı 1 mln-u 

keçmişdir və hər il bu xəstələrdən 20–25% müalicəni tərk etsə də 

müalicəyə yeni daxil olan xəstələrin sayı daha 15–20 nəfər artmaqda 

davam edir. Ona görə də bu problem artıq tibbi çərçivədən çıxaraq 

sosial problem şəklini almışdır.

Beləliklə, hemodializin bir əsr yarımlıq tarixi yolunu nəzərdən 

keçirib qeyd etmək olar ki, hemodializin tarixi müasir tibbin, xüsusən 

nefrologiyanın ən maraqlı səhifələrindən biridir.


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin