Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

A R N ÖLÜMÜ 
 
ndi xəbər verim oxucuma mən  
Xəyalı küsdürən bir faciədən: 
 
* * * 
Qarabağ... Şuşada zəngin bir saray,  
Açılır qapısı, örtülür lay-lay;  
Onun divarları əl-əlvan naxış,  
Ə
srdən əsrə hədiyyə qalmış...  
Burda göstərilir quşa ox atan,  
Burda göstərilir min bir pəhləvan.  
Qılınclar, nizələr, yumruqlu qollar,  
Döyüşən insanlar, ayrılan yollar  
O qanlı günlərdən bir yadigardır,  
Onun da sirli bir tarixi vardir.  
Sarayda hökm edir ədalı bir xan,  
Qan-qarğış tökülür qaş-qabağından,  
Hər gün at belində... dəliqanlıdır,  
Ürayi fitnəli, əti qanlıdır;  
Onun sarayında hərəmxanalar – 
Salınmış qəfəsə nazlı sonalar...  
Ellər talan olur, vergilər ağır;  
Göylər cavabsızdır, buludlar sağır.  
Yalnız səadətlə gülür bu saray.  
Açılır qapısı, örtülür lay-lay. 
 
* * * 
Burda gün keçirir bir böyük şair,  
Yazır yazdığını həyata dair...  
O şair mədh edir min bir gülzarı,  
Bəlalı aşiqi, sevdalı yarı.  
Baxıb dumaların yaşıl telinə,  
Ə
rməğan göndərir Bağdad elinə.  
Bu sonsuz dərələr, qalın meşələr,  
Boynu bükük duran tər bənəvşələr  
Ş
airin sənəti, ilham ocağı... 
 

________________________Milli Kitabxana________________________ 
188 
 
Ömrünün bəxtiyar, qayğısız çağı.  
Bəzən xatırlayır Kür qırağın,  
Alır kəkliklərin ilic sorağını.  
Ş
airin ilhamı gözəldir deyə  
Ə
zəldən aşiqdir o gözəlliyə;  
Baxır kəlağaylı keçən gəlınə,  
Qarğı qələmini alır əlinə;  
Könlünü bəsləmiş sazlar əlində,  
Deyir türküsünü ana dilində;  
Səsinə səs verir dağda çobanlar...  
Bükür qamətini ağır zamanlar...  
Yazır çəmənlərdə yarın seyrini,  
O böyük şairin hər bir şerini  
Deyir laylasında bizim analar.  
Ölərmi yurdunu sevən sənətkar?!  
Vaqif, ey şerimin könül dastanı,  
De, söhbətin hanı, de, saznı hanı?  
Susdumu nəğmələr oxuyan dilin?  
Yasını tutdumu barı sevgilin? 
 
* * * 
Batdımı xəncəri xanın köksünə?  
Nifrət o alçağa! Nifrət o günə!  
Noldu söylədiyin axar qoşmalar?  
Andımı həsrətlə səni hər nigar?  
Ş
ahidin oldumu üfüqdəki ay?  
Söylə, yıxıldımı o məğrur saray?  
De, sənmi söylərdin son dəfə naçar:  
Bir yandan bağlayan, bir yandan açar.  
Vaqif, ey şerimin könül dastanı,  
De, söhbətin hanı, de, sazın hanı?  
Ey könül yolçusu, gülər sənətkar,  
Qədrini bilmədi sənin saraylar.  
ran ordusunu yeridəndə, sən  
Dedin ki, yadlara keçməsin vətən!  
Dedin: sərçeşmələr, dağlar bizimdir, 
 

________________________Milli Kitabxana________________________ 
189 
 
Almalı, armudlu bağlar bizimdir  
Dedin ki, türk dili, türk şeri gərək  
Böyük bir ölkəyə qanad gərərək,  
Üfüqdən üfüqə çapsın atını.  
Ə
ziz bir ölkənin xatiratını  
Verməyək dağıdan, vuran əllərə,  
Doğma sənət gərək bizim ellərə.  
Yazıq, sən deyəni demədi ruzgar,  
Çəkdi ordusunu Məhəmməd Qacar,  
Gözündə fırtına, baxışında qış,  
O insan qatili, o axtalanmış...  
Keçdi pəncəsinə onun Qarabağ  
Qayalar titrədi əlində zağ-zağ.  
Nişanlı qızların açıldı üzü,  
Qaldı ürəyində Vaqifin sözü...  
O qanlı günlərə şahid idin sən,  
Divarlar töküldü güllə səsindən .  
Naxışlı xalçalar", uzun xalılar,  
Babalar yurdundan qalan yadigar,  
"Hədiyyə" verildi o yaramaza;  
Sənsə gördüyünü düz yaza-yaza,  
"Dünyada doğru bir halət görmədin,  
Bütün əyri gördün, babət görmədin". 
 
* * * 
De, sənmi söylədin son dəfə naçar:  
Bir yandan bağlayan, bir yandan açar.  
O dövran qatilə oturdu baha – 
Yatıb, sağ çıxmadı cəllad sabaha.  
Qəhrəman bir oğul, polad bir ürək  
Onun otağına yalnız girərək.  
Çaldı xəncərini ilan başından.  
Zindanı, zənciri sevməmiş insan...  
Səninsə qəlbinin əsdi telləri,  
Yazdın Vidadiyə bu şad xəbəri. 
 
  

________________________Milli Kitabxana________________________ 
190 
 
O da həyatının ixtiyar yaşı,  
Yönünü döndərib qibləye qarşı,  
Dilində surələr, durdu namaza,  
Lənətlər oxudu o yaramaza.  
Vaqif, ey şerimin könül dastanı!  
De, söhbətin hanı, de sazın hanı?  
Dəydimi xəncəri xanın köksünə?  
Nifrət o alçağa, nifrət o günə!  
Keçdi qərinələr, keçdi əsrlər,  
Torpaqda qalmadı qullar, əsirlər...  
Ey böyük sənətkar, ey böyük insan,  
Nə olar başıni yerdən qaldırsan! —  
Kainat gözimə görünər röya,  
ndi bambaşqadır gördüyün dünya!  
Durulmuş, şairim, bulanmış sular,  
Döyüşlər, mizraqlar, azğın ordular...  
Sarayiar əbədi torpağa dönmüş,  
Məscid şamları da əriyib sönmüş.  
Nə bir əzan səsi, nə minarə var,  
Nə də fırıldaqç, azğın imamlar.  
Dəyişmiş bu hava, dəyişmiş bu yer.  
Odur, qalstuklu duran pioner  
Açıb qarşısında külliyyatını,  
Öyrənir, şairim, o, həyatını,  
Onunla birlikdə uçur xəyalm:  
"Ənliyi, kirşanı neylər camalın,  
Sən elə gözəlsən binadan, pəri!"  
Sözlərin olmuşdur dillər əzbəri.  
Dolansan dünyanı sən qarış-qarış.  
Tarix bir meydandır, ömür bir yarış.  
Ölkəmiz yarışın ön səflərində,  
Bir yeni dünya var hər əsərində...  
Uçan buludlar da çağırır "gəlin!"  
Qalxacaq, şairim, bir gün heykəlın  
Bizim Qarabağın Cidır düzündə,  
Vaqif canlanacaq onum üzündə... 
 
1935 
  

________________________Milli Kitabxana________________________ 
191 
 
SƏNƏT EŞQ  
 
Vuruldum o gün ki, şerə, sənətə  
Unutdum sevdiyim əyləncələri.  
Aşiqəm insana və təbiətə  
Ə
lim qələm tutub yazandan bəri. 
 
Bəzən xəyalımda uçur buludlar,  
Bir qətrə böyüyüb bir dəniz olur.  
Dünyanın ölməyən bir qanunu var,  
Bir yandan boşalır, bir yandan dolur. 
 
Mənsə bu varlığm içində qaynar  
Bir vulkan kimiyəm, gözlərimə bax;  
Könül tərlan kimi baş alıb oynar  
Buluddan buluda qanad çalaraq. 
 
nsanlar dost kimi oxuyur məni,  
Sözüm ağızlarda əzbər çəkilir;  
Ə
limlə qurduğum sənət bağında  
Ə
tirli lalələr, güllər əkilir. 
 
Öylə səfərbərəm, öylə hazıram,  
Qarşımda diz çöküb göylər alçalır.  
Bir yanda kağıza mən söz yazıram  
Bir yanda sevgilim piano çalır. 
 
1935 
 

________________________Milli Kitabxana________________________ 
192 
 
ORDENL  QƏHRƏMAN 
 
Yenə də sayrışır göydə ulduzlar  
Gecədən keçmişdir, doğmayır səhər.  
Dərin bir yuxuya getmişdir şəhər  
Yerdə nə hərəkət, nə hənirti var.  
Yalnız milisioner küçələrdə tək  
Gəzir ayaq üstə mürgüləyərək. 
 
* * * 
Ay da güzgüsünü salmış dənizə  
Dəniz gümüş kimi par-par parıldar.  
Həyat müvəqqəti vergidir bizə  
Hər baxış könüldə qalır yadigar.  
Uğurlar sənə ey qoca kainat  
Yaşasın gələcək, yaşasın həyat. 
 
*** 
Burda əfsanələr, sirlər yuvası  
Viran Qız qalası dalmış səcdəyə.  
O bəlkə yalvarır-yaxarır göyə  
Yazıq ki, gecənin bu xoş havası,  
O sınğın ruhuna yenə dar gəlir,  
Xəzərdən üstünə bir ruzgar gəlir. 
 
* * * 
Ə
vət! Qamçılayır, döyür bu ruzgar  
Dilsiz əsrlərin xatiratını.  
Üstündə nəslimiz çapır atını,  
Hər günün, gecənin bir qanunu var.  
Öldü xan sarayı, xan əsgərləri,  
Öldü minarənin azan səsləri.  
Yüksəlir bir bina başqa tərəfdən  
Ağarmış bənizi ay işığında. 
 
  

________________________Milli Kitabxana________________________ 
193 
 
Onun bu axşamkı yaraşığında  
Başqa bir gözəllik duyuram da mən  
Bu lövhə qaynadır yenə qanımı  
Sizə təqdim edim qəhrəmanımı:  
Qəhrəmanım yeni, şöhrəti yeni  
Döşündə Leninin qızıl ordeni.  
Nədir alnındakı o qırışıqlar?  
Onda cəbhələrdən xatirələr var.  
Neçə çiçəkli yaz, neçə qarlı qış  
Sürgündə yaşayıb qürbətdə qalmış,  
Qolunda səslənmiş zəncir səsləri  
Ona gün verməmiş polis nəfəri.  
Gecələr də qara...zindan da qara...  
Salınmış zülm ilə qaranlıqlara.  
Fəqət çəkinməmiş o öz yolundan  
Ümidlər gözləmiş gələcək ondan.  
Uğurlar sənə, ey qoca kainat  
Yaşasın gələcək, yaşasın həyat. 
 
* * * 
Çıxmış qəhrəmanım yenə balkona,  
Alqışlar göndərir ulduzlar ona.  
Ay da işığını salmış üstünə  
Alqış bu insana! Alqış bu günə!  
Gecədən keçmişdir, yatır canlılar  
Gecənin qəlbində bir döyüntü var.  
Yalnız o yatmamış hələ sayaqdır
*
  
Düşünən bir beyin yaşayacaqdır...  
Onun gözlinə yuxu gəlməyir  
Onun sinirləri heç dincəlməyir.  
Çarpışır, vuruşur, düşünür, duyur,  
Gəzinir, əyləşir, yazır, oxuyur.  
ş


 bir həyat ki, hərəkətdədir  
ş
tə bir qanun ki, təbiətdədir. 
 
 
  
                                                           
*
 Sayıq 

 Elə 
 

________________________Milli Kitabxana________________________ 
194 
 
* * * 
O bəzən sevinir gülümsəyərək  
Qabardır döşünü böyük bir ürək.  
Dünya gözlərində bir xoş mənzərə  
Ə
l çalıb oynayır hər dağ, hər dərə.  
Bəzən də hirslənir, oynayır gözü,  
Birdən bulud kimi tutulur üzü.  
Ruhunu, qəlbini bir duyğu sıxır,  
Başından tüstülər, dumanlar çıxır.  
Nədir düşündürən bu qədər onu?  
Bəşər duyğusunun varmıdır sonu? 
 
* * * 
Mənim qəhrəmanım nə evlər sökür,  
Nə qanlı hərb üçün planlar tökür.  
Görsə bir insanın o göz yaşını  
Ürəyi dərdlənib, çatar qaşını.  
Nə yurdlar, yaylalar, müstəmləkələr,  
Nə qızıl mədənli böyük ölkələr  
Onun təmənnası deyildir əvət.  
O başqa bir könül, başqa təbiət.  
Napolyonlar kimi ordu çəkməmiş,  
Yandırıb yerində bostan əkməmiş.  
Atını çapmamış o dörd bir yana,  
Ə
lləri batmamış günahsız qana.  
Çingiz xanlar kimi Əfqanda, Çində  
Qılınclar çalmamış qanlar içində.  
Güvənib gücünə, istedadına  
Saraylar qurmamış o öz adına.  
O başqa bir könül, başqa vüqardır  
Onun göylər qədor mənası vardır. 
 
* * * 
Gəlir gözlərinin önünə bəzən  
Qoynunda ceyranlar, cüyürlər gəzən, 
 
  

________________________Milli Kitabxana________________________ 
195 
 
Ş
irvanın, Muğanın, Eldarın düzü  
Gülür qəhrəmanım, açılır üzü.  
Ə
lilə tarladan ağ pambıq dərir, 
 
Ellərə ruh verir, yollar göstərir.  
Onun sadəcə bir əxlaqi vardır  
Gəncliyə ən gözəl bir yadigardır.  
Ellərə yazdığı bir şeri olan  
Oxuyur yazdığı bloknotundan: 
 
"Ay ellər, nə gözəl, nə xoş gəlibdir  
Uğurlu baharı, yazı pambığın.  
Doğrudan ağıza, dilə düşübdür  
Məclisi, sohbəti, sazı pambığın. 
 
Xoş gəlib bu qonaq bizim bu kəndə,  
Qarış cərgəmizə dayanma sən də,  
Səhərin qoynunda yellər əsəndə,  
Can alır işvəsi, nazı pambığın. 
 
* * * 
Nə bir dilənçi var, nə ac bir insan  
Elləri qurtardı ölüm yasından.  
Gərək indən belə hər qozasından  
Bir kilo toplansın azı pambığın. 
 
* * * 
Ayrı yer aylır qoyuna, mala  
Gəlinlər bəzənir qumaşa, ala.  
Qarılar, qocalar baxmayır fala  
Dolur dəstə-dəstə düzü pambığın. 
 
* * * 
Dağlara gün doğur, xoş ruzgar gəlir  
Düşmənin başına dünya dar gəlir.  
Kəndə qalaq-qalaq kitablar gəlir  
Çəkilir hər yerdə sözü pambığın. 
  

________________________Milli Kitabxana________________________ 
196 
 
* * * 
Çağırdım yarışa Özbəkistanı  
Dedim qüdrətimi yaxından tanı.  
Mənə üstün gələn bir oğul hanı?  
Çünki ağ yaranıb üzü pambığın. 
 
* * * 
Mehriban yaranıb o dosta, yara  
And içib, əhıd edib bizim ilqara.  
Gedir nümayəndə qurultaylara  
Söz alıb danışır özü pambığın". 
 
* * * 
Mənim qəhrəmanım oxuyur bunu  
Bir yeni dünyanın doğulduğunu.  
Başqa bir vüqarla çatılır qaşı,  
Ə
srinin Neronu Hitlerə qarşı.  
And içir Leninin adına əlan  
Yadlar ayağını tərpətsə bir an  
Bizim bu bəxtiyar ellərə sarı,  
Alacaq Qafqazın mərd oğulları,  
Bütün cəbhələri aslanlar kimi,  
Dönüb partlayacaq vulkanlar kimi.  
O xain Neronun məğrur başında.  
Ömrünün bəxtiyar və gənc yaşında  
O vaxt qəhrəmanını, indidən tanı  
Olacaq ordunun baş komandanı.  
Qalxacaq yenə də ərəb atına,  
Sürüb səs salacaq yerin altına.  
Düşmənin başına od yağdıracaq  
O da öldürəcək, o da qıracaq.  
Qəhrəmanım yeni, şöhrəti yeni  
Döşündə Leninin qızıl ordeni. 
  

________________________Milli Kitabxana________________________ 
197 
 
* * * 
Gecə can üstündə, açılır səhər  
Ayılır yuxudan, əsnəyir şəhər.  
Artıq görünməyir nə ulduz, nə ay  
Bir yeni sürətlə qaçır tramvay.  
Qoşur iş başına sağlam ürəklər  
Oxşayır səhəri sakit küləklər.  
Odur bax, azacıq dənizdən kənar  
Göytərə baş vuran işlək buruqlar.  
Bir yeni qüvvətlə soxulmuş yenə  
Bu sarı torpağın dərinliyinə.  
Baxır qəhrəmanım onlara sarı  
Sevərək seyr edir o buruqları.  
Parlayır alnında əzəmət, vüqar  
Üfüqdə at kimi çapır buludlar.  
Gülür təbiətin o göyçək qızı  
Üfüqlər qırmızı, göylər qırmızı.  
Qırmızı bir cahan əməlimizdir  
ş
ığı yandıran öz əlimizdir...  
Uğurlar sənə ey qoca kainat.  
Yaşasın gələcək! Yaşasın həyat! 
 
* * * 
Tarix! Bu ixtiyar gəncliyinlə sən  
Mənim sözlərimin ilk şahidisən.  
Dünya dəyişəcək atlas donunu  
Ə
zəldən qaydadır bilirəm bunu.  
nsanlar gələcək, gedəcək bir-bir  
Sular məcrasını dəyişəcəkdir.  
Özgə rəng alacaq çiçəklər, otlar  
Yaracaq göyləri uçqun buludlar.  
Düşəcək sulara ay da, ulduz da  
Baxıb seyr edəcək oğlan da, qız da.  
Açacaq sirrini bahar da, qış da  
Mehriban yağacaq qar da, yağış da. 
  

________________________Milli Kitabxana________________________ 
198 
 
Ruha küsməyəcək nə gül, nə yarpaq  
Sifariş verəcək günəşə torpaq...  
Dodaqlarda gülüş, qollarda qüvvət  
Qardaş olacaqdır bizə təbiət.  
O vaxt qoyulacaq qılınclar qına  
nsanlar güləcək çocuq ağlına...  
Mənim də sevdiyim bu əziz vətən  
lhamlar alacaq gələcəyindən.  
Açacaq ağzını qalın kitablar  
Bu ölməz insanlar, bu inqilablar,  
Bir-bir görünəcək gözlərimizə  
Salamlar verəcək gələcək bizə.  
Elçilər gələcək Misirdən, Şamdan,  
Günəşli gündüzdən, aylı axşamdan.  
Daşacaq Bakıda insanın sayı  
Ş
uralar Şərqinin ilk qurultayı.  
Burda başlanacaq! O gün ixtiyar  
Bir mədən işçisi alnında vüqar  
Başının üstündə bir qızıl bayraq  
Türkcə salam verib iclas açacaq.  
Ömrü az olsa da bu dastanımın  
O gün, bilirəm ki, qəhrəmanımın  
Burda yüksələcək bir tuunc heykəli  
Şə
rqi göstərəcək uzanan əli. 
 
1935, aprel 
  

________________________Milli Kitabxana________________________ 
199 
 
TORPAĞIN TƏLƏB  
 
Ş
airim! Qələmi götür də dinlə,  
Bir yeni dastan yaz öz əllərinlə!  
Dünyanın qoca bir şahidiyəm mən,  
Örtülü qız kimi qaçıb gizlənən,  
Dilsiz əsrləri yarıb keçmişəm,  
Günəşdən payımı mən də içmişəm. 
 
* * * 
Başım dəfələrlə düşdü qorxuya,  
Gözlərim getmədi şirin yuxuya.  
Döyüşlər səslənir qulaqlarımda...  
Mənim durna gözlü bulaqlarımda,  
Qanli süngüsünü yudu çoxları.  
Başımın üstündə düşmən oxları,  
Fırlana-fırlana sancıldı yerə,  
Xələtlər payladım hər cahangirə. 
 
* * * 
Yaşıma dolduqca qanlara doydum,  
Hər daşın altında bir oğul qoydum.  
Ah... o qılıncları, o qalxanları  
Sinəmin üstündən axan qanları  
Nəsildən-nəsilə verdim yadigar  
Üstü zər yazılı bir keçmişim var!  
Üstümə hər gələn bac aldı keçdi.  
Yaşım döyüşlərdə qocaldı keçdi  
Eşitsin nəslimiz məndə nələr var,  
Məndə həqiqətlər, əfsanələr var! 
 
1935 
 
  

________________________Milli Kitabxana________________________ 
200 
 
K SLOVODSK 
 
Göylər pərisini görmək əməli  
Gözümdə qalmışdı çocuqluğumdan...  
Tanış olmadığım dağlar gözəli  
Pərişan yuxuma girdiyi zaman  
Bir gecə, bir yuxu, bir də ikimiz  
And içib, söz verdik gələcəyə biz! 
 
Bu torpaq da bilir, bu göy də bilir – 
Ə
zəldən aşiqəm mən gözəlliyə.  
Saçlarım ağarır, gücüm əskilir  
Günlərin boş yerə keçməsin deyə;  
Açılsın qarşımda hər dağ, hər dərə,  
Qələm çalmalıyam gözəlliklərə! 
 
Ey günəş! Ey bulud! Ey əski dostlar!  
Adınız gələndə titrəyir dilim.  
Mənim təbiətə bir səfərim var,  
Səsimə səs versin doğma sevgilim!  
Bu tənha gecənin qoynunda barı  
Xəyalım seyr etsin ağ buludları. 
 
Dayanmış yanaşı yaşıl təpələr,  
Durur hər qapıda boylu bir çinar;  
Günəş yana - yana, yağış səpələr,  
Xilqətin nə böyük bir cəlalı var!  
Axır qıjıltıyla köpüklü çaylar  
Düşür qucağma ulduzlar, aylar. 
 
Başını yastığa qoyanda insan,  
Günəş kəhər ata minənə qədər  
Axır damarlarda şırıl-şırıl qan;  
Ə
tirlər içində oyanır səhər.  
Budur mən dediyim dünya gözəli!  
Onu bəzəmişdir xilqətin əli. 
 
  

________________________Milli Kitabxana________________________ 
201 
 
Böyük bir ölkənin hər bucağından  
Tatar da, gürcü də, türk də, çeçen də  
Ayrılıb gəlmişdir öz ocağından.  
Burda müsafir də, yoldan keçən də,  
Durur bu lövhənin qarşısında şən,  
Qarışır bir yerə deyib gülüşən. 
 
Budur bax, qarşımda Hava xramı,  
Günəşin altında çılpaq omuzlar
*
,  
Dağların döşünə sərilmiş hamı,  
Söz atır oğlanlar, gülüşür qızlar. 
 
Günəş gizlənməkdə, üfüq qırmızı – 
Elə bil donmuşdur buludlarda qan.  
Ruha tanış gələn Qaraçay qızı  
Ş
ahin vüqarilə keçir yanımdan. 
 
Hörüklü saçları iki qatardır,  
Durna baxışları dəniz kimi lal;  
Qanımda, qəlbimdə bir axın vardır,  
Mənə tanış gəlir üzündəki xal... 
 
Mən "dayan!" deyirəm, o deyir "sürət!"  
Dinib danışmayır canlı bir insan;  
Bu bəlkə əskidən qalma bir adət,  
Bəlkə də qısqanır nişanlısından? 
 
Dağların döşündə cərgələnərək,  
Durmuş ordu kimi şam ağacları;  
Dumanlar, çiskinlər dağdan enərək  
Yürüyür şəhərin üstünə sarı. 
 
Birdən şimşək çaxır, göy guruldayır,  
Qışqırır qocalar, ömrü yarılar;  
Qayalar dil açıb bərk uğuldayır.  
Günlüyün altına dolur qarılar. 
 
                                                           
*
 
Çiyin 
 
 

________________________Milli Kitabxana________________________ 
202 
 
 
O yanda bir dağ ki, dörd yanı dərə,  
Onun zirvəsində çadır durur tək.  
Çıxıram döşlərə moş
*
 dərə-dərə,  
Çadırı oynadır əlində külək. 
 
Baxıram heyrətlə "Qırmızı daşa",  
Üstündə Leninin heykəli vardır.  
Könül salam verir yara, yoldaşa,  
Duyub yaşayanlar nə bəxtiyardır! 
 
Sakit dərələrə səs sala-sala  
Açıq pəncərəli qatarlar gedir.  
Müsafir yolçular boylanır yola,  
Dağlar gözəlini ziyarət edir. 
 
Hər daşın dibində qaynayır narzan,  
Köpürüb ağarır qabarcıqları,  
Ə
n uzaq yerlərə xəbər aparsan,  
Karvanlar axışar bu yerə sarı. 
 
Unudub bir zaman ellərimizi,  
Burda nəfəs alıb dincəlirik biz;  
Təbiblər narzanda çimdirir bizi,  
Bərkiyir boşalmış sinirlərimiz. 
 
Yarın səfəri var bu insanların,  
Baxışlarda həyat, qollarda qüvvət...  
Burda təmizləşən qara qanların  
Gücilə yaranır həyat və sənət! 
 
Göylər pərisini görmək əməli  
Gözümdə qalmışdı çocuqluğumdan...  
Tanış olmadığım dağlar gözəli  
Pərişan yuxuma girdiyi zaman  
Bir gecə, bir yuxu, bir də ikimiz  
And içib, söz verdik gələcəyə biz... 
 
                                                           
*
Meyvə adıdır. 
 

________________________Milli Kitabxana________________________ 
203 
 
1935, avqust  
 
 
ALQIŞ 
 
Girib Şah dağının qoynuna sarı  
Getdikcə gözlərdən uzaqlaşdınız;  
Qartallı Qafqazın mərd oğulları,  
O qarlı dağları asan aşdınız. 
 
O boz dumanlarda qanad salır quş,  
Soyuqdan od kimi qızarır üzlər.  
Deyirlər sizə bir əyləncə olmuş  
Yuxusuz gecələr, yorğun gündüzlər. 
 
O dar keçidlərin qucağında siz  
Çaldnız ilk dəfə "Budyonnu marşı".  
Dildə dastan olan tunc iradəniz  
Nələr vəd eylədi düşmənə qarşı?! 
 
Qatır dırnaq salan qayalıqları  
Bir yeni qüdrətlə yanb keçdinız.  
Ə
ridi hirsindən dağların qarı,  
Bulaqlar başında yeyib içdiniz. 
 
Dönüb qaçmadınz borandan, qardan  
Var olsun qəhrəman böyüdən ana!  
Gelir sorağınız manevralardan,  
Alqış ananıza - Azərbaycana! 
 
1935 
  

________________________Milli Kitabxana________________________ 
204 
 
TƏRANƏ 
 
Sevgilim, insanın ömrü gödəkdir,  
Ömür bir quş kimi uçacaq əldən.  
Bizə də belə bir gün gələcəkdir,  
Dünya bu hökmünü vermiş əzəldən. 
 
Gəl duraq yanaşı, xəyala varaq,  
Bizə layla desin suların səsi;  
Dünyadan xoş keçən bir gün aparaq,  
Qazancdır gəncliyin hər xoş nəğməsi. 
 
Atıl cəbhələrdən, keç cəbhələrdən  
Ömrünün bu əziz, bu gənc yaşında.  
Mənim anam kiıni gəl oturma sən  
Gecələr ağlayan beşik başında. 
 
Gözəldır avazın, xoşdur nəfəsin  
Coşub, tribunadan danışanda sən;  
Döyünən ürəyin, gurlayan səsin  
Bizə xəbər versin qərinələrdən... 
 
Sevgilim, könlümdən keçənləra bax:  
Gəl salama çıxaq ellərimizə!  
Dastanlar yaradaq, dastanlar yazaq,  
Gələcək duyğusuz deməsin bizə... 
 
1935, 13 oktyabr 
 
  

________________________Milli Kitabxana________________________ 
205 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə