Milli Kitabxana



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix02.12.2016
ölçüsü2,8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

NATƏVAN 
 
"Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm  
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm!"  
 
Xurşudbanu Natəvan 
 
Üzündə son bahar, ağzında yaşmaq,  
Sənin gözəlliyin solğun görünür.  
Gəl yaxın əyləşək, yaxın danışaq,  
Mənalı gözlərin dolğun görünür... 
 
Söylə, şeirlərin can verir nədən?  
Ağlayır dediyin dərdli qəzəllər.  
Bir çiçək qopardı hər gəlib gedən,  
Sənin də payına düşdü xəzəllər... 
 
Baxıb qərənfılin solğun rənginə,  
O şəhla gözlərin incilər tökdü.  
Bir qadın ruhunun dərinliyinə  
Hər axşam yeni bir qaranlıq çökdü. 
 
Ə
zəldən belədir eşqü-məhəbbət,  
Səni de ağladan sevdamı, nədir?  
Dərdin tarixlərin dərdidir, əvət!  
Hicran göz yaşına bir bəhanədir... 
 
Aşanda dağları çarın ordusu,  
ncidin dünyadan, küsdün vətəndən.  
Bir söylə, şairim! Nə sirdir bu – 
Könüllər ayrıla bilməyir səndən. 
 
Həyata ilk dəfə açıldı gözün  
Tarixin doğduğu o qara gündə.  
Oğlunun, qızının dönük ömurü  
Keçdi ayrılıqda, keçdi sürgündə... 
 
Sən söhbət açanda meydən, məzədən  
O murdar ağzını büzdü şəriət...  
Dönüb qövr elədi yaran təzədən,  
Bir zindan kəsildi sənə təbiət. 
 

________________________Milli Kitabxana________________________ 
206 
 
  
O qəlbə, ilhama sığındıqca sən  
Qaldırdın qədrini şerin, sənətin.  
Sən bizim tarixə hədıyyəsisən  
Ə
ziz bir torpağın, bir məmləkətin. 
 
Yırtıldı günəşin qara pərdəsi,  
Qızlar qanad çalır ağ buludlara.  
Gəzir dodaqlarda şerinin səsi,  
Oyan! Saçlarını təzədən dara! 
 
ndi nə örtü var, nə örtünən var,  
Nə həyat insanın belində yükdür.  
Dəyişmiş gördüyün aciz qadınlar,  
Onların şerefi, qədri böyükdür. 
 
Uzündə son bahar, ağzında yaşmaq,  
Sənin gözəlliyin solğun görünür.  
Gəl yaxın əyləşək, yaxın danışaq,  
Mənalı gözlərin dolğun görünür... 
 
1935 

________________________Milli Kitabxana________________________ 
207 
 
LEYLA 
 
lk təyyarəçi qızımız Leylaya 

Bu ad şairlərə çoxdan tanışdır,  
Bu adla çoxları tutulmuş dərdə...  
Bəlkə deyiləcək söz qalmamışdır?  
Doğdu Leylasını bizim günlər də... 
 
Füzuli çataraq sıx qaşlarını,  
Leylinin eşqinə saldı Məcnunu.  
Axıtdı həsrətlə göz yaşlarını,  
Bizə xəbər verir tarixlər bunu. 
 
Sevişən iki qəlb, duyan iki qəlb  
Döyünüb çırpındı daş qəfəslərdə...  
Aşiqin dərdinə "eşq oldu səbəb",  
Asıldı ortadan qara bir pərdə. 
 
Məcnunun bəxtiyar və gənc yaşında  
Axır qərargahi oldu biyaban.  
Quşlar yuva saldı onun başında,  
Leylinin gözündə bulandı ümman. 
 
Sanma əfsanədir bu qəmli dastan!  
Bunda günəş kimi bir həqiqət var...  
Bunda məhəbbətlə ölən bir insan,  
Bir könül, bir xəyal, bir də sənət var. 
 
II 
 
Kamal soyundurdu Leylanı çılpaq,  
Çıxardı sahilə, ay işığına;  
Baxdı dönə-dönə, həzzlər alaraq,  
Açıq bir bədənin yaraşığına. 
 
  

________________________Milli Kitabxana________________________ 
208 
 
Yazıq ki, Leylanı tutan sətəlcəm  
Qızcığın qanına işlədi birdən.  
Həyatı tərk etdi o taleyi kəm,  
Ş
air "ilham" aldı bu faciədən... 
 
Baharın fəslində soldu bir çiçək,  
Gözəl bir insanın boş qaldı yeri.  
"Odalar ağladı inildəyərək"...  
Matəm qaytarmamış öləni geri! 
 
Nə mən Məcnun kimi çöllərdəyə, bil,  
Nə sən Leyli kimi hicran xəstəsi...  
Bizim qismətimiz göz yaşı deyil,  
Bizimdir yaşamaq, gülmək həvəsi. 
 
Sən göylər yolçusu bir azad quşsan,  
Aylı gecələrdə görürəm səni.  
Zöhrə ulduzuna məftun olmuşsan, - 
Sürürsən üstünə öz təyyarəni! 
 
Bəzən bu səfərdə ağır dumanlar,  
Gəlib quldur kimi kəsir yolunu,  
Sənin qüdrətinə inanmayanlar  
Tutur xəyalında qız olduğunu... 
 
Bəzən də boşluğa rast gəlir yolun,  
Narın bir sarılıq çökür rənginə,  
Azacıq qüvvədən düşsə də qolun  
Cəsarət yaşadır həyatı yenə! 
 
Gəlir xəyalına: "Anam hardadır?"  
Deyen bir körpənin dodaq büzməsi...  
Anan yerdə deyil, buludlardadır,  
Ona yetişməyir insanin səsi. 
 
Sən ağ dumanları yarıb biçəndə  
Sevinir elin də gülür oban da;  
Sən bizim dağların üstdən keçəndə  
Dalır düşüncəyə çöldə çoban da. 
 
  

________________________Milli Kitabxana________________________ 
209 
 
Ş
öhrətin dolaşır meyli, məzəli  
Elin xoş dilində, xoş avazında,  
Bir gəl tanış olaq, ellər gözəli!  
Aşıqlar adını çalır sazında... 
 
Mən demədim sənə: "Ay ağzı püstə!"  
Havadır oylağın, yerdir vətənin.  
Dumanlar içindən, əli göz üstə  
Qoca Şərq boylanır dalınca sənin... 
 
1935 
  

________________________Milli Kitabxana________________________ 
210 
 
TƏBR Z GÖZƏL NƏ 
Ş
airin bloknotundan 
 
Çox da fikir vermə danışıqlara,  
Bilirəm, ürəyin mənə bağlıdır...  
Nədir o başına örtdüyün qara?  
Bizim ki, eşqimiz bir el nağlıdır... 
 
Bilirəm, ən şirin röyalarda sən  
Deyirsən: "Sevgilim gəlirmi ola?"  
Xəyalım əyilir, öpür əlindən;  
Güllü yaylığınla çıxırsan yola... 
 
Nədir bu həsrətin adı, ünvanı?  
Baisin evində işıq yanmasın!  
Ah, Araz, ah, Araz, vədimiz hanı?  
Bir ürək ikiyə parçalanmasın!.. 
 
Ayırdı bir vurğu əzəldən bizi...  
Parladı şahların qan rəngli tacı,  
Sıxlaşan bir duman aldı Təbrizi;  
Fələk bəxtimizə baxdı qıyqacı... 
 
Anan vərəmlədi yoxsul yuvada,  
Soyuq bir məzarı əlinlə qazdın;  
Baban öküzüylə öldü tarlada,  
Bütün bir tarixi sinənə yazdın... 
 
Mən də bu yolları keçmişəm, sonam!  
Mənim də ən dərdli bir keçmişim var.  
Təbibsiz, davasız can verdi anam,  
Yaslı köynəyini geyindi dağlar. 
 
Demək ki, dərdimiz-sərimiz birdir,  
Həyatın qızıdır məhəbbətimiz...  
Gəl duraq diz-dizə, günləri bir-bir  
Sayıb, hesablayaq yaşımızı biz. 
  

________________________Milli Kitabxana________________________ 
211 
 
Axşam sularının zümzüməsidir,  
Mənim telli sazım, səninsə tarın;  
Yazıq bir ananın hicran səsidir  
Mənim zil şikəstəm, sənin qatarın. 
 
Olub keçənlərə gəl qələm çəkək,  
Dünən bu gün üçün bir yadigardır  
Bilirəm, sevgilim, bilirəm gerçək,  
Sizdə qış günüdür, bizdə bahardır... 
 
Odur, bax o qıza, bax o gəlinə,  
Baxdıqca qaynayır insanın qanı;  
Azadlıq bayrağın alıb əlinə,  
Günəş salamlayır Azərbaycanı. 
 
Bir yeni rəng alır Mil də, Muğan da  
Bu bayram günündə, bayram ilində.  
Alim də, şair də, dağda çoban da  
Deyir mahnısını ana dilində. 
 
Gülür dodaqlarda yeni bir zəfər,  
Zəfərdən-zəfərə qüvvət alalı.  
Güdür gözü kimi har qızıl əsgər  
Qanla qazanılan bir istiqlalı. 
 
Sevənlər az deyil bizim Vətəni,  
Günəşə gözlərim açiq gedirəm.  
Böyük bir ölkənin adından səni  
Bu bayram günunə dəvət edirəm. 
 
Gözlərin dolmasın!.. Dayan bir az da!  
Qəlbin də, sevgin də, dərdin də haqdır...  
Azadlıq bayrağı güllü bir yazda  
Təbrizin üstündə parlayacaqdır! 
 
O bayram gününə inanıram mən,  
Araz yol verəcək üstündən bizə.  
Pioner oğlumun tutub əlindən,  
Qonaq gələcəyəm qoca Təbrizə! 
 
1935, 13 dekabr 

________________________Milli Kitabxana________________________ 
212 
 
  
ANAM GƏL N  
 
Başına döndüyüm, anam gəlini  
Sən ilk qönçəsisən bizim gülşənin.  
Hər səhər günəşə uzat əlini,  
ş
ıqda, qüvvətdə adın var sənin,  
Sən ilk qönçəsisən bizim gülşənin. 
 
Öpsün ayağını çöldə çiçəklər,  
Quşların avazı bir toya dönsün.  
Tökülsün sinənə qara birçəklər,  
Gözəllik dünyada açıq görünsün,  
Quşların avazı bir toya dönsün. 
 
Sən ilk pərisisən şerin, sənətin,  
Adın tarixlərdə bir yadigardır.  
Günəşdən rəng alan bir məhəbbətin  
O açıq alnında işığı vardır,  
Adın tarixlərdə bir yadigardır. 
 
Hüsnünü örtməsin nə pərdə, nə rəng,  
Ay kimi saf dolan, gün kimi açıq,  
Keçmişin üstünə qələm çəkərək,  
Vuruş meydanında vuruşmağa çıx,  
Ay kimi saf dolan, gün kimi açıq. 
 
Könlümdə sirri var, tərlan sonamın  
Bütün gozəlliyin gözüdür insan,  
Zülmətdə şam kimi sönən anamın  
Ölüm qisasını alaq dünyadan  
Bütün gözəlliyin gözüdür insan. 
 
Beşikdən başlamış ölümə qədər  
Tarixlər yazılır sənin əlinlə  
Səndədir yaraşıq, səndədir hünər  
Ş
erim qanad çalır hər əməlinlə  
Tarixlər yazılır sənin əlinlə. 
 
  

________________________Milli Kitabxana________________________ 
213 
 
Başına döndüyüm, anam gəlini,  
Sən ilk qönçəsisən bizim gülşənin,  
Hər səhər günəşə uzat əlini  
ş
ıqda, qüvvətdə adın var sənin,  
Sən ilk qönçəsisən bizim gülşənin. 
 
1936, 7fevral 
 
SƏNƏT USTASINA 
 
Mən onu ilk dəfə gördüyüm zaman  
Sıxdım məhəbbətlə titrək əlini;  
Oxudum mənalı baxışlarından  
Xəyalın, sənətin tunc heykəlini. 
 
* * * 
Qəlbi də, fikri də gün kimi aydın,  
Onda təbiətin mənası vardı.  
Ey sənət ustası! Sən olmasaydın  
Günəş ilhamıma soyuq baxardı. 
 
* * * 
Ey hava dalğası, ağzını bir yum!  
Dayanın, car çəkən başsız küləklər!  
A dostlar, su verin mənə bir udum,  
Sinəmi yandırdı bu acı xəbər. 
 
* * * 
Bizim Maksimi də cərgədən aldı  
Yenirkən ölümün qara pəncəsi.  
Sanma ki, şam kimi sönüb qaraldı,  
Ə
srlər boyunca o sənət səsi  
Çalacaq təblini göy dalğalarda,  
Çiçəklər solmayır bizim baharda 
Ayağa qalxsın dab u dağ, bu dərə, 
Buludlar sallasın öz yaylığını; 
O sənət dostuna – böyük rəhbərə 
Yetirin şairin baş sağlığını…  
 
1936

________________________Milli Kitabxana________________________ 
214 
 
 SÖZ BUKET  
 
May şənliyinə 
 
Dinləyın! Dinləyin! Danışır səhər!  
Səhərin yeni bir sözü var bizə;  
Ə
tirlər içində oyanır şəhər,  
Günəş buket verir ellərimizə.  
Rəngin
*
 şəfəqlərə boyanır Xəzər.  
Uçur qağayılar - o nazlı quşlar.  
Axşamdan oynaşan şıllaq ləpələr  
Gecənin sonunda sakit olmuşlar.  
Qayıqlar, gəmilər üzür yanaşı,  
Sallanan bayraqlar əks edir suya;  
Könül salamlayır yarı, yoldaşı,  
Dalğalar yol verir bizim orduya.  
Hər kiçik qayıqda bir qamıon səsi,  
Baxır martılara

, rəqs edir qızlar.  
Ötür Qarabağın zil şikəstəsi,  
Heyrət içindədir açıq ağızlar,  
Ə
l vurub oynayan, çalıb çağıran;  
May günü toy düşür bizim dənizə.  
Bu dolğun baharı duyan hər insan  
Ə
lində zənbili qoşulur bizə.  
Şə
hərdən kənarda ilıqdır hava,  
Orda yolumuzu gözləyir çöllər...  
Oğlan qaça-qaça, qız qova-qova,  
Bir deyib, bir gülür obalar, ellər.  
Hər ağac altında bir ayrı dəstə,  
Hər qaya dibində bir süfrə vardır;  
Bir həyat duyuram hər incə səsdə.  
Bizim gəncliyimiz nə bəxtiyardır! 
 
xtiyar nənəm də çöldədir bu gün,  
O da qarşılayır bizim baharı; 
 
                                                           
*
 Müxtəlif çalarlı 

 Qağayılar
 
 

________________________Milli Kitabxana________________________ 
215 
 
Gözündə kainat başqadır bütün,  
Gəncliyə şadlanır ağbirçək qarı.  
Geyimlər dümağdır başdan-ayağa,  
Döşlərdə ağ çiçək, əllərdə lalə.  
Səsimdən təbiət qalxır ayağa,  
Göydə qaraquş da dalır xəyala.  
Düşüncələr yeni, duyğular yeni,  
Dəyişmiş dünyanın söhbəti, sazı.  
Döşündə Leninin qızıl ordeni  
Oturmuş ixtiyar buruq ustası.  
Nəvəsi tar çalır, qızı oxuyur,  
Süfrədə paxlava, göyərti, qaymaq;  
Təbiət otlardan xalı toxuyur.  
Qaranquş şığıyır qanadlanaraq.  
Vurur qəlbimizdə dünyanın qəlbi,  
Üzlərdə qalmamış sarılıqdan iz.  
çirik günəşi bir badə kimi  
Yaradan ellərin sağlığına biz.  
Günəş yuvarlanır dağlar dalına,  
Qaralır çöllərin gəzinti yeri;  
Baxaraq göylərin seyrək xalına,  
Dolğun nəşələrlə dönərək geri.  
Ə
lvan çıraqlarla Bakı Soveti  
Bizi qarşılayır, sevinir axşam.  
Günəşdən ayrılan bir qüvvət kimi, 
Dünyanın qəlbində süzülüb axsam!.. 
 
1936, 1 may 
  

________________________Milli Kitabxana________________________ 
216 
 
SÜNBÜL 
 
Sünbülüm, sünbülüm, sarı sünbülüm,  
Adına söz qoşum barı sünbülüm.  
Ellər həsrətidir bu əmri verən;  
Ş
irin gecələrdə yuxuma girən  
Yaşıl tarlamızın mənzərəsidir,  
Xırman üstündəki ana səsidir.  
Ə
zəldən ruhuma doğmadır bu səs,  
Bir qüvvə varmıdır bu səsə əvəz? 
Deyirlər dünyadan qocadır yaşın,  
Qüvvətdən quruldu torpağın, daşın.  
 
Deyiliər səndədir xeyir, bərəkət  
Deyirlər səndədir həyat, hərəkət.  
Mən bunu qəlbimlə çoxdan anladım,  
Bəzən gülüşlərə tutuldu adım...  
Dedilər arxamca: "El şairidir,  
Külüng şairidir, bel şairidir,  
Yoxdur sənətində qanadlı sözlər...  
Boyalı dodaqlar, sürməli gözlər.  
Yoxdur söhbətində uçan mələklər,  
Tərif olunmayır göydə fələklər,  
Ş
airin yeridir yalnız buludlar,  
Vurğunda nə könül, nə də xəyal var."  
Gərdim bu sözlərə polad sinəmi,  
Ellərin nəşəsi, ellərin qəmi  
Sinəmin üstündən aşdı sel kimi,  
Tənələr yanımdan keçdi yel kimi.  
Sən gözəl kəndimiz! Sən ilk sevgilim!  
Səni son nəfəsdə deyəcək dilim!  
Sünbülüm, sünbülüm, sarı sünbülüm!  
Könlümün qonağı, yarı sünbülüm!  
Sən ilk bəzəyisən bizim Vətənin,  
Ə
ski kitablarda adın var sənin.  
Qarşıdan al geyib gələndə bahar,  
Bilirəm qəlbində nə işvələr var! 

________________________Milli Kitabxana________________________ 
217 
 
Yanından süzülüb kcçəndə külək,  
Titrəyir səndəki zərif bir ürək.  
Coşub dəniz kimi dalğalanırsan,  
Deyirlər o zaman məni anırsan!  
"Məhəbbət cüt olar" bu, bir məsəldir,  
Dünyanın şöhrəti yaradan əldir...  
pək saçlarını dara sünbülüm!  
Ə
rməğan göndərək yara sünbülüm! 
 
Bu qoca dünyada nələr var, nələr,  
Günəşin altında yanan dəmyələr  
Bizə daş əsrindən bir yadigardır,  
Yerin sinəsində yanğılar vardır...  
Bəzən bahar kimi xoş gələndə qış,  
Azca səpələyib ötəndə yağış,  
Susuz maral kimi yanar dəmayələr,  
Ə
filər oynaşar, ilanlar mələr.  
Düşər sinəsinə kəndlinin başı,  
Axar sərin-sərin gözünün yagı,  
Bükülmüş belində paslı bir oraq...  
"Vay" deyib dizini yumruqlayaraq,  
Evdə uşaqları salır yadına,  
Göylər yetişməyir onun dadına.  
Bu acı günlərin şahidiyəm mən,  
Gözümlə görmüşəm körpəliyimdən.  
Eşit sözlərimi cansız təbiət!  
Vicdansız, duyğusuz, qansiz təbiət!  
Yenə quduz kimi çıxma yolundan,  
Vulkanlar çəkinir insan oğlundan.  
Onun sənəti var, onun gücü var,  
Onun ağıl adlı bir ər gücü var.  
Dilsiz qayalar döşündən dəlir,  
Dağlar qarşısında salama gəlir.  
Dünyadan söz açır, danışır bir-bir,  
Uzaq əsrlərdən xəbərlər verir.  
Ağıl işıq salır gözlərimizə,  
Hər gün yaxınlaşır gələcək bizə... 
 
  

________________________Milli Kitabxana________________________ 
218 
 
Dərin dəryaların tapır sirrini,  
Dünyanın ən böyük cahangirini,  
Ağıldır torpağa döndərən "fələk",  
Ağılsız insanlar sürünsün gərək,  
Təbiət! Ən böyük qüvvən bizdədir.  
Çayların cilovu əlimizdədir,  
Artıq oynamırıq boranla, qarla,  
Dəmyəmiz su əmir tulumbalarla.  
Arazın boynuna kəmənd atırıq.  
Hər suyun gözündə bir bənd çatırıq.  
Oğul təbiətə sinə gərərək,  
"Təvəkkül Allaha" deməsin gərək, 
 
Sünbülüm, sünbülüm, sən sünbülüm!  
Sənmisən çiçəyim, sənmisən gülüm?  
Bürkü gətirməsin sənə buludlar  
Üstünə qonmasın quşlarla, qurdlar.  
nsanlar çoxalır bizim Vətəndə.  
Bütün bir ölkənin gözü var səndə.  
Gözdən oğurlanan bir dənin belə,  
Köməkdir insana, köməkdir elə.  
Qaldırsın başını göylərə sarı,  
Ellik xırmanında dərz tayaları.  
Baxdıqca düşmənin gözü qaralsın,  
Sənin özün kimi, üzü saralsın... 
 
Vətən torpağının qızı, gəlini,  
Yadlara açmasın təmiz əlini.  
Bunlar vicdanıma toxunar mənim,  
Gözümdə ildırım oxunar mənim!  
Sinənə düşməsin yara, sünbülüm!  
Günlərin keçməsin qara, sünbülüm!  
Tarixə bir daha gözünü gəzdir,  
Bəşərin ilk dərdi çörək dərdidir.  
Uçub dağılardı sənsiz dörd yanım,  
Hər qızıl əsgərim, hər komandanım. 
 
  

________________________Milli Kitabxana________________________ 
219 
 
Doğrulda bilməzdi öz nişanını,  
Qardaşlar qanını, dostlar qanını.  
Düşmən qaldırardı öz bakalında  
Dənizlər dalında... Dağlar dalında...  
Sünbülüm, sünbülüm, sarı sünbülüm,  
Sənmisən çiçəyim, sənmisən gülüm?  
ki düşmənim var dünyada inan – 
Birinci faşistdir, ikinci siçan! 
 
1936, 14 mart 
  

________________________Milli Kitabxana________________________ 
220 
 
YADIMA DÜŞDÜ 
 
Başına döndüyüm gül üzlü sona!  
Ömrümün ilk çağı yadıma düşdü.  
Ş
airlər vətəni bizim tərəflər,  
Tərlanın oylağı yadıma düşdü. 
 
Oxuyun qəlbimi dastan içində,  
Ürək döyünməzmi astan içində?  
Payızın fəslində bostan içində  
Ş
amamanın tağı yadıma düşdü. 
 
Töküldü kağıza sinəmin sözü,  
O ana yurdumun ocağı, közü,  
Ceyranın duruşu, durnanın gözü  
Kəkliyin ayağı yadıma düşdü. 
 
Hanı at sürdüyüm boranda, qarda?  
Gəzdim aşıq kimi minbir diyarda;  
Gülüb oynadığım toyda, mağarda,  
Qızların qolbağı yadıma düşdü. 
 
Göylərə baş çəkir Göyəzən dağı,  
Axşam açıq olur ayın qabağı;  
Bizim gəlinlərin bayram qabağı,  
Fəsəli yaymağı yadıma düşdü. 
 
Sən bizim ellərin ruhuna bir bax!  
Bizdən inciməmiş bir əziz qonaq.  
Nişanlı qızların görüşdən qabaq,  
Telini saymaği yadıma düşdü. 
 
Vurğunun xəyalı gəzdi aranı,  
Gözümdə oynadı dağın boranı;  
Qışın buz qatığı, yayın ayranı,  
Payızın qaymağı yadıma düşdü. 
 
1936, may 
 
  

________________________Milli Kitabxana________________________ 
221 
 
AZAD  LHAM 
 
Ey azad ilhamım, gülər üzünlə  
Səhərin rəngini seyrə dalanda,  
Bülün kainatı gəzdir özünlə  
Kiçik bir zərrədən ilham alanda!..  
Doğra buludların bağrını qat-qat! 
 
Kim deyir gecələr bizə qəfəsdir?  
Daima qısqanan ürkək bir həyat,  
Məncə, bu dünyada bir quru səsdir!  
Sən, azad ilhamım, baş götürüb gəz,  
Ə
ngin üfuqlərə şığıyıb, yol al!  
Ə
zəldən belədir: geriyə dönməz  
Atılan bir güllə, uçan bir xəyal.  
nsan, deyirlər ki, çiy süd əməndir...  
Utansın dünyada qədir bilməyən!  
Mənim ki, oylağım göydür, çəməndir.  
Gəlməsin yanıma deyib gülməyən!  
Sən, azad ilhamım, nə bəxtiyarsan!  
Taleyim, hünərim güvənir sənə.  
Nə qədər dünyada varamsa, varsan,  
Ömür çox görməsin bu haqqı mənə! 
 
Nəsimi zahidlə durdu üz-üzə,  
Söylədi: haqq adlı bir divan quraq;  
Atdı pəncəsini gecə gündüzə,  
Boğdu həqiqəti sadə fırıldaq...  
Zahidin barmağın kəssəniz əgər,  
Tanrı dediyinə arxa döndərər...  
Bu miskin aşiqə baxın da bir az,  
Diri soyulsa da dözər, ağrımaz.  
Sən ey ülkərimiz, sönməz sənətkar!  
Ə
srlər boyunu gördü gözlərin;  
Tarixlər boyunca qaldı yadigar  
Ölməz fikirlərin, ölməz sözlərin!.. 
  

________________________Milli Kitabxana________________________ 
222 
 
Füzuli doymadı göz yaşlarından,  
Açdı qapısını səhər yelləri.  
ncidi ən yaxın sirdaşlarından,  
Ağlayıb, ağlatdı bizim elləri;  
Ağarmış saçında, saqqalında qış...  
Asiman dolandı şikayətindən,  
Karvanı dərd adlı səhrada qalmış  
Leylinin, Məcnunun hekayətindən.  
Gətir xatirinə Vaqifi bu dəm. 
Qırıldı qəlbində bir yurdun sazı   
Ağladı ardınca gözlərində nəm  
Uçan durnaların küskün avazı.  
Gərdi sinəsini o, fars dilinə,  
Haykırdı türk dili, türk şeri gərək!  
Bir yeni can verdi doğma elinə,  
Üfüqdən üfüqə qanad gərərək...  
Yazıq! Nəğməkarın ürək nğməsi  
Dəydi şüşə kimi, daş ürəklərə,  
Böyük bir insanın boğuldu səsi,  
Ahmı əks etdi min dağ, min dərə.  
Sən ey şerimizin, ana şairi!  
O tərlan xəyallı, sona şairi!  
Mən səni duyduqca qəmlər yeyirəm,  
Sonra öz-özümə dönb deyirəm:  
Ey azad ilhamım, nə bəxtiyarsan!  
Taleyim, hünərim güvənir sənə!  
Nə qədər dünyada varamsa, varsan.  
Ömür çox görməsin bu haqqı mənə! 
 
Başımın üstündə nə yumruq durur, 
Nə hicran səsi var mənim sazımda; 
Nə qanun qoluma qandallar vurur, 
Nə göylər darıxır xoş avazımda. 
Budur, bax, qəlbimin axar qanını 
çirdim sənətə, dedilər: "Var ol!" 
O böyük Leninin al nişanını 
Taxdı yaxasına şair-komsomol   
  

________________________Milli Kitabxana________________________ 
223 
 
Sən, azad ilhamım, o gündən bəri,  
Qarlı buludların üstdən aşırsan.  
Uçan durnalarla gəzib göyləri,  
Onlarla səs-səsə qaqqıldaşırsan.  
Səninlə çıxmışam ağ günə, inan!  
Adını laylada desin analar;  
Bir səs qulağıma gəlir hər zaman:  
Sənin dostun da var, düşmənin də var.  
ldırım baxişlı gözlərinlə süz  
Həyatda milçəkdən fil yapanları!..  
Odlu kəlmələrin atəşinə düz  
Ağızdan qurd kimi söz qapanları.  
Hər sözü-söhbəti başından yekə  
"Alim" adamların gözünə düz bax!  
Namuslu oğlunu sevən bir ölkə  
Gələcək günlərdən utanmayacaq!..  
Qamçıla, üzünün rəngi bozarmış  
O çirkin keçmişin son "vüqarını",  
Sən onun üstündə boranlı bir qış  
Gücilə şaqqıldat qanadlarını.  
Qamçıla, gündə bir cildə bürünən,  
Onluq mantlayan qara tuzları...  
Bizimlə getməyən, fəqət sürünən  
Vəzifə düşkünü o dəyyusları!  
Budur, dövrəmizdə daima "heyhat!" – 
Deyib bu dünyadan keçənlər də var.  
Meyxana küncündə səadət, həyat  
Eşqinə on gecə içənlər də var.  
Elin tərəfindən, xalqın adından  
Simsiz taxtaları çalandan danış!  
Söhbəti işvədən, meydən, qadından,  
Özgənin fikrini çalandan danış!  
Sən azad ilhamım, məni danla ki:  
"Şairim, hünərin, sənətin hanı?"  
Sən də birdəfəlik bunu anla ki:  
"Mənim düşmanımdır elin düşmanı!"  
Sən azad ilhamım, baş götürüb gəz! 
  

________________________Milli Kitabxana________________________ 
224 
 
Ə
ngin üfüqlərə şığıyıb, yol al!  
Ə
zəldən belədir: geriyə dönməz  
Atılan bir güllə, uçan bir xəyal. 
 
Ey günəş, ey bulud, girin qoynuma!  
Bu saf təbiətə mehribanam mən;  
Sevgilim, qolumu dola boynuma,  
Kəlmələr od kimi düşsün dilimdən.  
Kaman qaşlarını çatma, günəşim,  
Min sızıltı qopar dost ürəyindən!  
Dərin dəryalara batma, günəşim,  
Ə
zəldən düşmanam qaranlığa mən!..  
Məqsədim olmamış bir parça çörək,  
Mənim sənətim var, alın tərim var.  
Bayronu yarışa çağıram gərək,  
Sinəmdə ağ qalan bir dəftərim var.  
Bəşərdir torpağın, göyün təməli,  
Bəşərsiz günəş də yerə alçalır.  
Könüldür sənətin ölməz əməli,  
Hər simin üstündə bir aləm çalır.  
Mən ki, qaranlıqdan, qəfəsdən uzaq  
Könüllər yolçusu azad bir quşam.  
Sən ey kinlibaxış, tənəni burax,  
Mən öz zəhmətimlə azad olmuşam!  
Mən ki, əllərimi dünyadan üzüb,  
Demədim: "Bir sıfır yazılsın adım",  
Çayl Harold kimi insandan küsüb,  
Vətən torpağilə vidalaşmadım.  
Kim keçər bu yerin daşından, deyin?!  
Vətəndən ayrılar hansı şərəfsiz?  
A dostlar, günəşdən bir paltar geyin,  
Könül xallar vurur bəzənəndə siz!  
Ey bizim çəmənin sirdaşı quşlar,  
Çiçəkdən çiçəyə uçuşun siz də!  
Saatlar, əsrlər azad olmuşlar  
Bizim bu sosialist Vətənimizdə!  
Ey çaylar üstündə süzən sonalar, 
  

________________________Milli Kitabxana________________________ 
225 
 
Daşlara dəyməsin bir tükünüz də!  
Siz ey yeddisini doğan analar,  
Cəbhəda bir durur oğlan da, qız da!  
Siz ey bağçalarda yatan uşaqlar,  
Səadət tökülür xoş üzünüzdən!  
Sizinlə şənlənir bağçalar, bağlar,  
Analar zövq alır gülüşünüzdən.  
Ə
tir saç aləmə, sən ey qönçə gül!  
Öpüb yarpağını, dənləyim bir-bir;  
Səhər nəğməsini bağçada bülbül  
Mənim nəfəsimdən, məndən öyrənir.  
Sən ey bu torpağın qızı, gəlini,  
Utanma gül açan yanaqlarından!  
Hər səhər günəşə uzat əlini,  
Qüvvət əm günəşin dodaqlarından!  
Sən ey şehli səhər, ey sakit axşam!  
Qəlbi düşündürən hansı səbəbdir?  
Fəzaya gün kimi, ay kimi axsam,  
Torpaq inciməsin... Bu bir tələbdir...  
Ey ana torpağı, gözlərin aydın!  
Uzaqda səslənir indi zülümlər...  
Ağ günlü bayrağım, sən olmasaydın,  
Açardı qapımı vaxtsız ölümlər.  
Silahlı qardaşım, sərhəd boyunca,  
Atıcı gözlərin qızılquş olsun!  
Oxşasın boyunu anam doyunca,  
Dünyanın son adı qurtuluş olsun! 
 
1936, 2 avqust 
 
  

________________________Milli Kitabxana________________________ 
226 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə