MİNGƏÇEVİR TURİZM KOLLECİ
Tələbə: Məmmədova Gülnar
Fakültə: Turizm və onun təşkili
Fənn: Sahibkarlıq fəaliyyəti
Müəllim: Gülaliyev Tahir
Qrup: TT114
Sərbəst iş № 1. Sahibkarlıq fəliyyətinin təsnifatı və müasir formaları
İqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyətinin çox müxtəlif növləri araşdırılır. Bu müxtəlifliyin bir-biri ilə qarışdırılması üçün istər elmi- nəzəri və istərsə də praktik baxımdan sahibkarlıq fəaliyyəti müxtəlif əlamətlər üzrə təsnifləşdirilir. Bu əlamətlərdən konkret olaraq bir neçələri üzərində dayanaq:
- fəaliyyət növünə görə (iqtisadiyyatda hansı sahələr üzrə fəaliyyət yöstərir);
- mülkiyyətin formasına görə;
- mülkiyyətçilərin sayına görə;
- təşkilat-hüquqi və təşkilat-iqtisadi formalarına görə;
- muzdlu əməkdən (işçi qüvvəsindən) istifadə dərəcəsinə görə və s.
Növünə və ya təyinat istiqamətlərinə görə sahibkarlıq fəaliyyəti - istehsal, kommersiya, maliyyə, məsləhət və s. sahələr üzrə fərqləndirilir.
Mülkiyyətin formasına görə müəssisənin əmlakı xüsusi, dövlət, bələdiyyə və həmçinin ictimai birliklərin mülkiyyəti də ola bilər. Bu baxımdan dövlət mülkiyyət hüququnun reallaşdırılması ilə bağlı müəssisənin əmlakının bu və ya digər mülkiyyət formasında olmasına heç bir məhdudiyyət qoya bilməz.
Mülkiyyətçilərin sayına görə sahibkarlıq fəaliyyəti fərdi və kollektiv xarakter daşıya bilər. Fərdi sahibkarlıqda mülkiyyət yalnız bir fiziki şəxsə məxsus olur. Kollektiv sahibkarlıqda isə mülkiyyət eyni zamanda bir neçə subyektə məxsus olur. Əmlaka sahiblik, istifadə və sərəncam vermə hüququ yalnız kollektiv üzvlərinin və bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilə bilər.
Təşkilat-hüquqi və təşkilat-iqtisadi formalarına görə də sahibkarlıq fəaliyyəti fərqləndirilir. Sahibkarlığın təşkilat-hüquqi formalarına şərikli olanları, cəmiyyət və kooperativləri aid etmək olar. Şərikli (birliklər) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yaradılmış şəxslərin birliyini özündə əks etdirir. Şərikli birliklər o halda yaradılır ki, müəssisə təşkil edilərkən iki və daha çox partnyorun (ortağın) iştirakı qəbul edilsin.
Şərikli birliklərin əsas üstünlüyü ondan ibarətdir ki, bu zaman əlavə kapitalın cəlb edilməsi mümkün olsun. Bununla yanaşı, bir neçə əmanətçinin (sahibkarın) olması müəssisəda- xili ixtisaslaşmanı həyata keçirməyə imkan verir. Sahibkarlıq fəaliyyətinin bu təşkilat-hüquqi formasının əsas çatışmamazlığı qoyulan əmanətin həcmindən asılı olmayaraq iştirakçılarından hər birinin eyni dərəcədə maddi məsuliyyət daşımasıdır.
Şərikli birliklərin iştirakçıları iki qrupa bölünür: tam şərikli (qeyri-məhdud səlahiyyətli) birliklər və kommandit şərikli birliklər (məhdud səlahiyyətli). Kommandit şərikli birliklərdə iştirakçıların bir hissəsi qeyri-məhdud, digər hissəsi isə məhdud səlahiyyətli ola bilər.
Cəmiyyət təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə hüquqi şəxs olmaqla ikidən çox vətəndaşın qarşılıqlı razılaşma əsasında öz əmanətlərinin birləşdirməsi (natural və dəyər ifadəsində) yolu ilə yaradılır. Cəmiyyət üzvlərinin məhdud məsuliyyəti müəyyən öhdəliklərin yerinə yetirilməsinə imkan vermir. Onlar yalnız qoyulmuş əmanətlərin dəyəri çərçivəsində məsuliyyət daşıyırlar.
Cəmiyyətlərin ən geniş yayılmış növlərindən biri kimi səhmdar cəmiyyətləri fərqləndirilir. Başqa təşkilat-hüquqi formalardan fərqli olaraq səhmdar cəmiyyətləri qiymətli kağızlar buraxmaq yolu ilə zəruri vəsaitlər cəlb etmək hüququna malikdir.
Odur ki, səhmdar cəmiyyətinin iştirakçılan qoyduqları səhmlərin dəyəri çərçivəsində onun fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Birgə istehsal və təsərrüfat fəaliyyəti üçün bir qrup şəxslərin yaratdığı müəssisə kooperativ adlanır. Kooperativin üzvləri onun fəaliyyətində şəxsi əməyi və həmçinin üzvlük haqları ilə iştirak edirlər.
Konsernlər - çoxsahəli səhmdar cəmiyyətləri olub müəssisəyə iştirak sistemi vasitəsilə nəzarət edirlər. Konsernlər müxtəlif şirkətlərdən səhm nəzarət paketini əldə edirlər və həmin şirkətlər isə konsernə daxil olurlar. Öz növbəsində konsernə daxil olan şirkətlər də digər səhmdar şirkətlərinin nəzarət səhm paketini əldə etmiş olur.
Dostları ilə paylaş: |