MİRZƏ İSMAYIL QASİR - 210
MİRZƏ İSMAYIL
QASİR
AXUNDZADƏ
210
BAKI 2015
MİRZƏ İSMAYIL QASİR - 210
2
Qasirin ədəbi irsini toplayan:
Ġshaq Səbih oğlu Axundov
Qasirin həyat və yaradıcılığını tədqiq edən:
Aybəniz Mustafa qızı Rəhimova
Qasir
in ədəbi irsini ərəb əlifbasından çevirib nəşrə hazırlayanlar:
Tahirə Nurulla qızı Nurəliyeva və PaĢa Əli oğlu Kərimov
Farsdilli Ģeirləri tərcümə edən:
Məmmədağa Sultan Məhəmməd oğlu Sultanov
Kitabı tərtib edib çapa hazırlayan:
Tufan Ġshaq oğlu Axundov
Kitab oxucuları Azərbaycanın XIX əsr klassik ədəbiyyatının parlaq
nümayəndələrindən biri olan Axundzadə Mirzə Ġsmayıl Qasirin həyat və
yaradıcılığı ilə tanıĢ edir. Dövrünün Ģairi və ziyalısı olan Qasir Azərbaycanın
Cənub bölgəsinin mərkəzi olan Lənkəranda “Fövcül-füsəha” adlı ədəbi
məclis yaradaraq ona rəhbərlik etmiĢdir. Ədəbi fəaliyyəti ilə yanaĢı Mirzə
Ġsmayıl tədrisə də meyl göstərərək pedaqoji fəaliyyətlə məĢğul olmuĢdur. O,
“Üsuli-cədid” məktəbinin əsasın qoyaraq uzun illər burada məktəbdarlıq
etmiĢdir.
Kitab tədqiqatçı alımlər, Azərbaycanın klassik ədəbiyyatı və XIX əsr
mədəni-ictimai mühitilə maraqlanan geniĢ oxucu kütləsi üçün nəzərdə
tutulmuĢdur.
© T.Ġ.Axundov
MİRZƏ İSMAYIL QASİR - 210
AXUNDZADƏ MİRZƏ
İSMAYIL QASİR
1805-1900
MİRZƏ İSMAYIL QASİR - 210
4
MİRZƏ İSMAYIL QASİR - 210
5
TƏRTİBÇİDƏN ÖNSÖZ ƏVƏZİ
Çox zaman bəĢəriyyətin inkiĢafında müstəsna yeri olmuĢ Ģəxslərdən
günümüzə çatan yalnız adlarıdır. Bunlar arasında ədəbiyat sahəsində yazıb
yaradan Ģəxslər də az deyil. Onların yazdığı əsərlər müxtəlif səbəblərdən və
müxtəlif yollarla məhv olaraq günümüzə gəlib çatmayıb və onlar haqqında ən
yaxĢı halda yalnız digər müəlliflərin əsərlərindən müəyyən məlumatlar əldə
edə bilirik. Belə aqibətin XIX əsrdə yaĢayıb yaratmıĢ Azərbaycanın klassik
Ģairlərindən biri, pedaqoq Mirzə Ġsmayil Qasir Axundzadənin yazılı irsinin
də baĢına gəlmə təhlükəsi olduğu halda, bir hadisə baĢ verdi.
XX əsrin 20-ci illərinin əvvəlləri idi. Qasir iyirmi ildən çox idi ki,
rəhmətə getmiĢdi. Azərbaycanda yeni qurulmuĢ ġura höküməti yeni qaydalar,
yeni davranıĢ tərzi tətbiq edirdi. Çox ailələrin üzərini qara buludlar almıĢdı.
Qasirin varislərinin ailələri də belələrdən idi. ġairin böyük oğlu Azərbaycan
Cumhuriyyətinin
yaradıcılarından, müstəqillik bəyannaməsinə imza
atanlardan, Zəngəzur mahalını daĢnak ordusundan azad edənlərdən biri olan
və Milli Parlamentdə bu mahalı təmsil edən Hacı Səlim Axund Axundzadə
Lənkərandan çox-çox uzaqlarda mühacirət həyatı sürürdü. Kiçik oğlu MəĢədi
Mirzə Səbih daim təqib olduğundan, gah meĢələrdə gizlənir, gah bir gün,
gah bir həftə, gah da bir neçə aylıq həbs edilib buraxılırdı. Nəticədə o da ata
yurdunu tərk edib Bakıya köçməyə məcbur olmuĢdu.
Bu hadisələrin ən qızğın cəryan etdiyi zaman, təqribən 1923-25-ci
illərdə Mirzə Səbihin ortancıl oğlu məktəbli Ġshaq bir tədbirin iĢtirakcısı
olur. Komsomol təĢkilatı, aralarında Ġshaq da olmaqla bir dəstə məktəblini
Lənkəranın QəmiĢəban kəndinə aparır. Orada XIX əsrdə bölgənin tanınmıĢ
Ģairlərindən olmuĢ və həmin vaxt çoxdan dünyasını dəyiĢmiĢ Molla Fəttahın
evindən Ģairdən qalmıĢ bütün əlyazmalarını alaraq bir arabaya yığırlar və
üstünə qara parça örtərək “KeçmiĢi basdırırıq” Ģuarı altınma dəfn mərasimi
keçirirlər. Nəticədə Ģairin bütün yazılı irsi hardasa kəndin kənarında bir
xəndəyə boĢaldılaraq basdırılır.
MİRZƏ İSMAYIL QASİR - 210
6
Bu dəhĢətli tədbirin Ģahidi olmuĢ Ġshaq, evə qayidan kimi, körpəlikdən
gördüyü və Ģair babasından qaldığını eĢitdiyi bütün əlyazmaları yığaraq
boxçalara bükür və qalxıb evin banında bir küncdə gizlədir. Ġllər keçir,
Lənkərandakı ev gah boĢ qalır, gah kirəniĢinlərə verilir. 1937-ci ildə Mirzə
Səbih də Bakıda həbs olunaraq sürgünə göndərilir. Ġshaq atasının həbsi
zamanı onun “bir yekə gön portfel” dolusu əlyazmalarının aparıldıgının
Ģahidi olur. O, atasının da babası kimi müxtəlif Ģer və xüsusən də mahir həcv
yazan olduğunu bilirdi. Burada Ġshaqın heç nə etməyə gücü çatmır, özünə
yalnız babasının yazdıqlarını gizlətməkdə təsəlli tapır. Beləliklə, Ġshaq xalq
düĢməni oğlu olur, üstəlik təzəcə evləndiyi Tahirə xanım da xalq düĢməni,
əksinqilabçı Heybət bəyin qızı idi. O dövrdə bunun nə olduğu hamıya
bəllidir.
Ġkinci cahan müharibəsi baĢlanır. Neft sahəsində calıĢan Ġshaq
müharibənin ən qızğın çagında,1942-ci ildə “povestka” alır və getmiĢ olsa,
qayıdıb-qayıtmayacağının sual altında olduğunu dərk edərək, özünü
Lənkarana çatdırır. UĢaqlıqda gizlətdiyi “əlyazma boxçaları”nı götürüb,
Bakıya Əlyazmalar fonduna gətirərək təhvil vermək istəyir. O zaman fonda
baĢçılıq edən Məmməd Arif rəsmiyyəti pozmamaqdan ötrü əlyazmaları
yoxlamağa ehtiyac olduğunu deyərək, 3-4 gün gözləməyi xahiĢ edir.
Nəticədə akt yazılır və əlyazmalara qiymət qoyulur. Həmin məbləğ ordaca
“Novruz əminin əli ilə” paylanılır.
AĢağıda təqdim olunmuĢ Mirzə Ġsmayıl Qasiri Axundzadənin Ģeir
nümunələri həmin “əlyazma boxçaları”nda olanların bir hissəsidir.
Mirzə Ġsmayıl Qasirın həm həyat və fəaliyyəti, həm ədəbi irsi
tədqiqatçı alimlər tərəfindən müəyyən qədər araĢdırılsa da, hələ də geniĢ
oxucu kütləsinə az tanıĢdır. Bugünə qədər onun yalnız bir Ģeirlər kitabı nəĢr
edilmiĢdir. Bunun da səbəbkarı Ģairin nəvəsi Ġshaq olmuĢdur. Mühəndis-
geoloq olan Ġshaq Axundov təqaüdə çıxandan sonra bütün səylərini
babasının ədəbi irsinin tədqiqi və nəĢrinin təĢkilinə yönəltmiĢdir. Onun
gərgin səyi nəticəsində Ģairin “ġeirlər” kitabı 1988-ci ildə iĢıq üzü
görmüĢdür. Sevindirici haldır ki, Qasirin ilk kitabının nəĢrindən sonra,
tədqiqatçı-alim Aybəniz Mustafa qızı Rəhimova tərəfindən Ģairin həyat və
yaradıcılığına həsr edilmiĢ “Mirzə Ġsmayıl Qasir” adlı kitab da nəĢr
edilmiĢdir. Lakin Ġshaq həmin zaman dünyasını dəyiĢdiyindən, həmin sevinci
yaĢamaq ona nəsib olmamıĢdı.
MİRZƏ İSMAYIL QASİR - 210
7
QarĢınızda olan kitab Mirzə Ġsmayıl Qasirin anadan olmasının 210 illiyi
ilə əlaqəli nəĢr edilib. Bu nəĢr Aybəniz Rəhimovanın tədqiqat əsəri və Ģairin
1988-ci ildəki nəĢrinin tərtibatçıları Tahirə Nurəliyeva və PaĢa Kərimov
tərəfindən bir qədər yenidən iĢlənmiĢ
və redaktə edilmiş “ġeirlər” kitabı
əsasında tərtib edilmiĢdir.Yeni nəĢrə Ģairin birinci kitabında yer tapmamıĢ
bəzi əsərləri də əlavə edilmiĢdir.
Mirzə Ġsmayıl Qasir klassik Azərbaycan ədəbiyyatı dövrünün ədəbi
ənənələrinə uyğun olaraq, eyni zamanda üç dildən istifadə edib. O zaman
Ģairlər tərəfindən Azərbaycan dili ilə yanaĢı, bu dilin qanunlarına
uyğunlaĢdırılmıĢ ərəb və fars sözləri də geniĢ istifadə olunurdu. Belə
yanaĢma klassik ədəbi dilin zənginliyi və çevikliyinə xidmət etmiĢ olsa da, bu
əsərlər müasir oxucu tərəfindən çətin anlaĢılır və mənimsənilir. Deyilənləri
nəzərə alaraq, təqdim edilən kitaba 1966-ci ildə Azərbaycan EA tərəfindən
nəĢr edilmiĢ “Ərəb və Fars sözləri Lüğəti (Azərbaycan klassik ədəbiyyatını
oxumaq üçün)” əsasında tərtib edilmiĢ geniĢ lüğət də əlavə edilmiĢdir.
Güman edirik ki, lüğət Qasirin istifadə etdiyi söz ehtiyatını tam əhatə etməsə
də, yazdığı Ģeirlərin dərkində müasir oxucuya müəyyən qədər kömək edə
biləcəkdir.
MİRZƏ İSMAYIL QASİR - 210
8
MİRZƏ İSMAYIL QASİR - 210
9
MİRZƏ İSMAYIL QASİR
AXUNDZADƏ
DÖVRÜ, HƏYATI,
ƏDƏBİ YARADICILIĞI
VƏ
PEDAQOJİ FƏALİYYƏTİ
MİRZƏ İSMAYIL QASİR - 210
10
MİRZƏ İSMAYIL QASİR - 210
11
MİRZƏ İSMAYIL QASİRİN HƏYAT VƏ FƏALİYYƏTİ
ġərqĢünaslıq elmi daha əhatəli tərzdə baĢlıca olaraq orta əsrlər
Azərbaycan ədəbiyyatı ilə maraqlanmıĢ və bu ədəbiyyatın ümümdünya
mədəniyyətinin formalaĢmasındakı yerinə və xidmətlərinə diqqət yetirmiĢdir.
XVIII, ələlxüsus da XIX əsr Azərbaycan ədəbiyyatı isə
hələ indiyədək
üzünün layiqli qiymətini ala bilməmiĢ, rus və sovet alimləri onu kifayət qədər
öyrənmədən əsasən epiqonçu ədəbiyyat hesab etmiĢlər. Bunun obyektiv və
subyektiv səbəbləri vardır.
Subyektiv səbəbi onda görmək olar ki, XVIII əsrə qədər rus
ədəbiyyatının özündə yüksək qiymətə layiq ədəbi sima və bədii Ģedevrlərə
rast gəlinmədiyindən sovet ədəbiyyatĢünasları həmin dövrün dünya ədəbi
xəzinəsini axtararkən əsas diqqəti istər-istəməz ġərqə, o cümlədən
Azərbaycana yönəltməli olmuĢ, onu layiqincə qiymətləndirməyə məcbur
olmuĢlar. XIX əsrdə rus ədəbiyyatının dünya səviyyəsinə qalxması ilə artıq
ədəbiyyatĢünaslıq əsas diqqətini onun üzərində cəmləyir, Qeyd edək ki, artıq
koloniyaya çevrilmiĢ ġərqə qarĢı təkəbbürlə yanaĢır, onu layiqincə
qiymətləndirmək hissiyyatını itirir. Bu dövrdən etibarən Azərbaycan
ədəbiyyatı Qərbə rus təhlil süzgəcindən keçirilərək təqdim olunur və nəticədə
Qərb də XIX əsr Azərbaycan ədəbiyyatını əsasən epiqonçu kimi qəbul edir.
“Formaca milli, məzmunca sosialist” partiya tələbi Azərbaycan alimlərinin
özlərinin də XIX əsrə düzgün qiymət verməsində bir əngələ çevrilir.
F.Qasımzadə kimi görkəmli ədəbiyyatĢünasımız “XIX əsrin ikinci yarısında
yetiĢən Ģairlərdən Mirzə Ġsmayıl Qasir, Hacı ağa Fəqir Ordubadi,
Məmmədtağı Sidqi, Seyid Rza Sabir, Məmmədtağı Bayramzadə, Bakılı Bala
Sadıq və baĢqaları az-çox tənqidi realist Ģerlər yazırdılarsa da, bunlar
realizmə yaradıcılıq metodu kimi yiyələnə bilmirlər. Poeziyada yenə köhnə
forma öz hökmünü sürürdü” [26, s.18] yazmağa məcbur idi.
Bütün bunların, əlbəttə, obyektiv səbəbi də var idi: orta yüzilliklər
Azərbaycan ədəbiyyatı dünya mədəniyyətinə Nizami, Xaqani, Nəsimi, Xətai,
Füzuli kimi nəhənglər verdiyi halda, XVIII-XIX əsrlər ədəbiyyatının inkiĢaf
istiqaməti ictimai-siyasi tarixin burulğanında hissediləcək dərəcədə
MİRZƏ İSMAYIL QASİR - 210
12
dəyiĢmiĢdi. Bu ədəbiyyat artıq ümumbəĢəri məsələlərdən daha çox milli
dərd-sərlə məĢğul olmağa üstünlük verirdi. Ədəbiyyatımızdakı bu mövzü
dönüĢünün isə bir sıra ictimai səbəbləri vardı. XIX əsrin baĢlanğıcında
Rusiyanın Azərbaycanın Ģimal ərazilərini iĢğal etməsi və buradakı türk-islam
mədəniyyətini və deməli, bütövlüklə cəmiyyəti süni-siyasi üsullarla
çürütməyə cəhd göstərməsi elə bir Ģəraitin yaranmasına təkan vermiĢdi ki,
Azərbaycan ədəbiyyatının artıq eĢq-məhəbbət fəlsəfəsi, tərki-dünyalıq və
cəfakeĢlik mövzuları ilə maraqlanması tədricən arxa plana keçməli idi. Tarixi
Ģərait təbii olaraq bu ədəbiyyatda mövzü ənənələrinin, sufilik, romantizm,
lirik məhəbbət hisslərinin yavaĢ-yavaĢ öz yerini satiraya, realizmə verməsinə
səbəb olurdu. Həyat ədibləri xalqın milli dərdlərinə müraciət etməyə, həm
bütövlükdə Azərbaycan üçün, həm də ayrı-ayrı bölgələr üçün nadürüst halları
ifĢa etməyə təhrik etdi.
Belə bir Ģərait üçün rus və Qərb alimlərinin Azərbaycan ədəbiyyatından
yeni-yeni nizamilər, füzulilər, nəsimilər umması əslində yersizdir. Bu
Ģəraitdə bütün yaradıcılığı daha çox Azərbaycanın daxili problemlərinə həsr
olunmuĢ Vaqif, Seyid Əzim, Mirzə Fətəli, Qasir, Sabir kimi Ģəxsiyyətlər
yetiĢə bilərdi. Onların və adları ədəbiyyat tariximizdə hələ də öz layiqli yerini
tutmamıĢ baĢqa çoxsaylı Ģairlərin yaradıcılıqları, müraciət etdikləri mövzular
və sənətkarlıq xüsusiyyətləri obyektiv təhlil edildikdə məlum olur ki, XVIII-
XIX əsr ədəbiyyatımıza “sosializm realizmi” baxımından baĢdansovdu
qiymət verən sabiq sovet elmi konsepsiyası özlüyündə yerli-dibli səhvdir. Bu
dövrə qiymət vermək üçün Nizami və Füzuli yüksəkliyindən deyil,
Azərbaycanın real ictimai-tarixi vəziyyətindən, eyni zamanda həmin dövr
ədəbiyyatımızın yeniləĢmiĢ maraq dairəsindən çıxıĢ etmək lazımdır.
XVIII-XIX əsr ədəbiyyatımıza bütövlükdə düzgün qiymət vermiĢ
alimlərimiz qeyd etmiĢlər ki, “Füzuli dövrü üçün Ģer ədəbiyyatımızda
proqressiv rol oynayan qəzəlçilik XVIII-XIX əsrdə öz əhəmiyyətini qeyb
etmiĢdi. Ġlk öncə Vaqif və Zakirlə (Ģeirdə), daha sonra Mirzə Fətəli ilə,
ümumiyyətlə ədəbiyyatımız daha baĢqa xətt üzərində inkiĢaf etməyə baĢladı”
[51, s. 5].
Tarixi dəyiĢikliklər milli ədəbiyyatımızın təbii olaraq yeni inkiĢaf yolu
tutmasına səbəb oldu. Orta əsrlər ədəbiyyatı sanki “yuxuya dalaraq”
ənənəviləĢmiĢ xətt boyu yetirdiyi dahi sənətkarların və islam dininin təqdim
etdiyi mövzular üzrə eyni janr və cərəyanlar içərisində yaranırdısa, Gülüstan
MİRZƏ İSMAYIL QASİR - 210
13
və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın düĢdüyü vəziyyət,
cəmiyyətin tədricən, əlaltından çürüdülməsi, yad rus elementinin minillik
tarixi olan Azərbaycan-islam mədəniyyətinə yeridilmiĢ sanki bu ədəbiyyatı
silkələyib oyatdı. Artıq XIX əsr ədəbiyyatı Azərbaycan türklərinin yadelli
elementə qarĢı müqavimət heysiyyatının, ictimai özünümüdafiəsinin
təĢəkkülünə kortəbii olaraq baĢçılıq etməyə baĢladı. Bu halda isə ədəbi
hərəkatın zənginləĢməsi, onun yeni əlamətlər əldə etməsi və janr, mövzü
cəhətindən varlanaraq, yeni inkiĢaf yolu tutması qanunauyğun bir haldır.
Azərbaycan ədəbiyyatı da bu yolu keçməli oldu.
Bu nöqteyi-nəzərdən “XIX əsr ədəbiyyatımızın ümümi tarixində yeni
və coĢğun bir inkiĢaf mərhələsini təĢkil edir” [10, s.3]. Azərbaycan ədəbiyyat
tarixinin ayrı-ayrı mərhələlərini araĢdırdıqda XIX əsrə vulqar sosialogizm
konsepsiyasından xali olan yeni qiymət vermək aktual məsələdir.
XIX əsr ədəbi simaları içərisidə bütün yaradıcılığı kifayət qədər geniĢ
tədqiq edilmiĢ və öz yaradıcılıqları ilə klassiklər cərgəsinə düĢmüĢ Zakir,
Seyid Əzim, Mirzə Fətəli Axundov kimi Ģəxsiyyətlərlə yanaĢı, yaradıcılığı,
ədəbi irsi kifayət qədər öyrədilmədiyindən ədəbiyyat tarixində layiqli yerini
tutmamıĢ, yaxud yalnız adları və yaradıcılıqlarından ancaq bəzi nümunələr
məlum olan, əsərlərinin mühüm hissəsi hələ də əlyazma Ģəklində qalan bir
sıra ədiblərimiz vardır. Əlyazma irsini araĢdıran alim və tədqiqatçıların
ümdə vəzifəsi belə ədəbi Ģəxsiyyətlərin bütün yaradıcılığını üzə çıxarmaq,
onların irsini tam Ģəkildə xalqa çatdırmaqdır.
Əsərlərinin bir hissəsinin hələ də tədqiq və nəĢr olunmadığı, daha
dərindən öyrənildikdə XIX əsrin korifeyləri Zakir və Seyid Əzimlə bir
pleyadada durmalı olduğunu qət etdiyimiz Ģairlərdən biri də Mirzə Ġsmayıl
Qasir hesab oluna bilər. Onun Azərbaycan MEA Əlyazmalar Ġnstitutunda
mühəsasında aparılmıĢ ilkin tanıĢlıq, həyat yolu haqqında toplanmıĢ
məlumatlar göstərmiĢdir ki, “bütün XIX əsr boyu yaĢamıĢ Qasir ədəbiyyat
tariximiz üçün tədqiq olunmağa layiq bir sənətkardır” [34, s.37]. Onun
yaradıcılığının və ədəbi irsinin araĢdırılması XIX əsr ədəbiyyat tarixinin yeni
faktlarla zənginləĢdirilməsi və Qasir sənətkarlığının burada yerinin
müəyyənləĢdirilməsi baxımından aktuallıq kəsb edir.
ƏdəbiyyatĢünaslıq tələb edir: “Sənətkarın həyatı, tərcümeyi-halı, ona
olan ictimai təsirlər təhlil obyektində əhatə olunmalıdır. Tədqiqatın bu cəhəti
MİRZƏ İSMAYIL QASİR - 210
14
elmi, tarixi əhəmiyyətdən baĢqa, xüsusən tərbiyəvi məna kəsb etmiĢ olur”
[37, s.57].
Buna görə də Qasirin keçdiyi həyat yolunu və fəaliyyətini öyrənib,
düzgün nəticə çıxarmaqdan ötrü onun yaĢadığı dövrün - XIX əsr
Azərbaycanının ictimai-siyasi mənzərəsini bir daha yada salmaq və ədəbi-
mədəni mühitin əlamətdar xüsusiyyətlərinə diqqəti cəlb etmək lazımdır.
MĠRZƏ ĠSMAYIL QASĠRĠN
YAġADIĞI XIX ƏSR AZƏRBAYCAN ƏDƏBĠ-MƏDƏNĠ MÜHĠTĠ
Kifayət qədər uzun bir həyat yolu keçmiĢ Mirzə Ġsmayıl Qasirin
yaradıcılığı XIX əsr Azərbaycan ədəbi-mədəni mühitinin aynası hesab edilə
bilər. Onun yaradıcılığında orta əsrlərə məxsus ənənəvi qəzəlçilik, füzuliyanə
eĢq-məhəbbət ünsürləri ilə yanaĢı, daha qabarıq tərzdə yeni Azərbaycan
ədəbiyyatı özünü göstərmiĢdir. Bunun ortaya çıxmasında isə dövrün ictimai-
siyasi və ədəbi-mədəni mühiti xüsusi rol oynamıĢdar. Ayrıca qeyd etməyinə
dəyər ki, XIX əsrin içtimai-siyasi mühiti Qasir yaradıcılığına təsir edib onun
püxtələĢməsinə yol açmıĢdırsa, Qasir yaradıcılığı da özlüyündə dövrünün
ədəbi-mədəni mühitinin yüksəliĢinə, satiranın sonrakı inkiĢafına mühüm
töhfə olmuĢdur.
Azərbaycanın Rusiyaya ilhaqı və iki yerə parçalanması Qasirin uĢaqlıq
və gənclik illərinə təsadüf etmiĢdir. Hadisələrin içində olan xalq kütlələri
vətənin faciəsini hələ isti-isti tam dolğunluğu ilə hiss etmirdilər. Torpağın
parçalanması əvvəlcə imperatorlar arasında həll olunurdu. ġimal ərazilərində
qalmıĢ əhali tarixi dönüĢü hələ hiss etmir, yeni iĢğalçıdan nə isə yeni və daha
ədalətli idarəçilik gözləyirdi. Azərbaycanlıların Krım müharibəsində, rus-
türk, rus-Ġran çəkiĢmələrində rus qoĢununun tərkibində rəĢadətlə
vuruĢmalarını, ayrı-ayrı ədəbi simaların rus soldatını mədh etməsi faktlarını
da bununla izah etmək lazım gəlir. Azərbaycanlılar talenin istehzasını yalnız
mənfur çarizmin asta-asta yeritdiyi istsmar siyasəti sayəsində milli
cəmiyyətin çürüməyə baĢladığı sonrakı dövrlərdə dərk etməyə baĢladılar.
Azərbaycan ədəbiyyatında satiranın XIX əsrin ibtidasından deyil, məhz əsrin
ortalarına doğru meydana gəlməsinin kökləri də elə bununla əlaqələndirilə
bilər. Yada salaq ki, milli satiramızın banisi Zakirin yaradıcılığında bu janra
MİRZƏ İSMAYIL QASİR - 210
15
meyl 30-cu illərin ikinci yarısından [26, s.218] - yaĢı 50-ni keçdikdən sonra
ətrafda baĢ verənləri hərtərəfli dərk etdikdən sonra formalaĢmıĢdı.
Türkmənçay və Gülüstan müqavilələri yenicə bağlandığı dövrlərdə isə
Azərbaycan mühiti hələ əvvəlki əsrlərin inersiyası üzrə milli zəmində və
ənənəvi idi. Sonralar xalq öz köklərini itirməyə, öz-özünə yadlaĢmağa
baĢlayanda, öz mədəniyyətinin və ictimai-münasibətlərinin məhv edilərək,
yerində yad dünyagörüĢünün baĢ qaldırdığını görəndə onun qabaqcıl
nümayəndələri hamıdan tez qəflət yuxusundan ayılaraq, yeni milli ədəbiyyatı
yaratmağa giriĢdilər. Ə.Mirəhmədov Zakir haqqında göstərir ki, “Ģairi satira
yazmağa təhrik edən baĢlıca amil cəmiyyəti baĢına almıĢ “fisqü fücur”dur,
“zülmi-bihesab”dir, çirkin əxlaq normalarıdır. Gözü qabağındakı tarixi Ģərait
belə bir dözülməz halda olduğu üçün o yalnız lirik janrla, məhəbbət və
gözəlliyə dair yüksək insani fikir və duyğuların tərənnümü ilə kifayətlənə
bilmir” [38, s.124]. Bu sitatın əhəmiyyəti ondadır ki, onu XIX əsr Ģairlərinin
əksəriyyətinə Ģamil etmək mümkündür. XIX əsr Ģairinin böyüklüyü onun
qəzəl yazıb-yazmaması ilə ölçülə bilməz. XIX əsrdə mövzu və janr
dəyiĢiklikləri vardı, ancaq klassik üslub da hələ sıradan çıxmamıĢdı və bu da
təbii idi. Məsələn, ədəbiyyatĢünas N.Qarayev yazır: “Məclis Ģairlərinin
klassik üslubda yazmaq məsələsinə gəlincə, demək lazımdır ki, bunun əsas
səbəbini onların fars və ərəb dillərində təhsil aldıqları məktəb- mədrəsələrdə
axtarmaq lazımdır” [24, s.6].
Əksinə, XIX əsr Ģairinin böyüklüyü onun qəzəllə yanaĢı, həm də yeni
ədəbiyyatın yaranmasında iĢtirakı, tarixi-ictimai fikrin təĢəkkülündə oynadığı
rolla ölçülməlidir. XIX əsr Ģairlərinin isə əksəriyyəti bu ədəbi hərəkatdan
kənarda qalmamıĢ, klassikaya meyli yeniləĢmə ilə çulğalamıĢdı. Bu dövrdə
yalnız qəzəl yazan epiqonçu Ģairlərin sayı sovet ədəbiyyatĢünaslığının zənn
etdiyindən qat-qat az idi. XIX əsr qəzəlçiliyində orta əsrlərə məxsus
romantizm ənənələri hələ də özünü göstərirdi, “lakin bu romantizm
mücərrədlikdən daha çox konkretliyə yaxındır” [11, s.26] və belə
konkretləĢmə prosesi qəzəl yazanların özlərinin satira və həcvə meyl
etməsində özünəməxsus rol oynamamıĢ deyildi.
Ġctimai-tarixi Ģəraiti hərtərəfli araĢdırmayan sovet ədəbiyyatĢünaslığı
XIX əsrdə ədəbi məclislərdə toplaĢmıĢ Ģairlərə irad tuturdu ki, “bu Ģairlər çox
məhdud bir dairədə ĢeirləĢərək dərdləĢirdilər; baĢqa sözlə, onlar milyonlara
MİRZƏ İSMAYIL QASİR - 210
16
xitab etmirdilər. GeniĢ xalq kütlələrinin bu Ģeirlərdən xəbəri yox idi” [26,
s.470].
Əlbəttə, sovet demaqogiya ünsürləri duyulan bu fikirdə həqiqət yoxdur.
Əvvəla, minillik ədəbiyyatımız heç də “milyonlara xitab etmirdi” – Ģairlər
Dostları ilə paylaş: |