`Mövzu Maliyyə uçotunun mahiyyəti, təyinatı, tənzimlənməsinin qanunvericilik bazası və konseptual əsasları



Yüklə 49,9 Kb.
səhifə1/10
tarix06.07.2022
ölçüsü49,9 Kb.
#62663
  1   2   3   4   5   6   7   8   9   10
1. Maliyyə uçotu


`Mövzu 1. Maliyyə uçotunun mahiyyəti, təyinatı, tənzimlənməsinin qanunvericilik bazası və konseptual əsasları

1.1.Maliyyə uçotunun məqsədi, təyinatı və qısa təfsiri;


1.2.Maliyyə uçotu ilə maliyyə hesabatıvnnın qarşılıqlı əlaqəsi və asılılığı;
1.3.Maliyyə uçotu və hesabatı subyektlərinin növvləri;
1.4.Maliyyə uçotunun dövlət tənzimlənməsinin normativ – hüquqi bazası;
1.5.Maliyyə uçotunun konseptual əsasları.

Ədəbiyyat:
1.Maliyyə hesabatının təqdim edilməsinin Konseptual əsasları- MHBS Şurası tərəfindən 2018 –ci ildə dərc edilmişdir.: https: //www.minfin.ru/ru/ document/;
2. Maliyyə Hesabatının Beynəlxalq Standartları:http:// maliyye. gov.az/static/141/ maliyye – hesabatlarının-beynelxalq-standartlari;
3. Devid Alesander, Anne Britton, Ann Yorissen.Malyyə Hesabatının Beynəlxalq Standartları: nəzəriyyədən praktikaya.V.M.Quliyevin elmi redaktorluğu altında rus dilindən tərcümə.Bakı,2010- 762 səh.;
4.Maliiyə uçotu:Fundamental səviyyə -2-ci fənn.Dərs vəsaiti,Bakı-2013, 744 səh.
5.Beynəlalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom.Birinci nəşr-GRBS.Bakı, 2010-665 səh.;
6.Səbzəliyev S.Maliyyə hesabatı.Dərs vəsaiti,Bakı: “İqtisad Universiteti” Nəşriyyatı – 2018. – 312 səh.;
7. V.Quliyev, R.Fətullayev, A.Kərimov Beynəlxalq uçot və hesabata giriş ( GAAP və İFRS əsasında). Bakı, 2012 -279 səh.;
8. Abbasov Q.Ə. Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu – Bakı, - “Təknur” – 2013, 552 səh.;


    1. Maliyyə uçotunun məqsədi, təyinatı və qısa təfsiri


Mühasibat uçotu menecmentin (idarəetmənin) funksiyalarından biridir.
Mühasibat uçotu məhsul istehaslı və göndərilməsi, xidmətlərin göstərilməsi ilə məşğul olan, investisiya və maliyyə fəaliyyətini həyata keçirən təsərrüfatçılıq subyektlərinin, yəni müxtəlif tipli müəssisə və təşkilatların fəaliyyəti haqqında informasiya fiormalaşdırılması sistemidir. Ancaq bu cür tərif mühasibat uçotunun məzmunu və məqsədini tam şəkildə xarakterizə etmir. Sözün geniş mənasında mühasibat uçotu - təsərrüfatçılıq subyektlərinin fəaliyyəti prosesində baş verən iqtisadi hadisə və faktların başdan başa, fasiləsiz və sənədlərlə rəsmiyyətə salınması yolu ilə onların aktivləri, kapitalı, öhdəlikləri, gəlirləri və xərcləri haqqında ilkin məlumatların yığılması, ölçülməsi, qeydiyyatı, təsnifatı və ümmumiləşdirilməsi texnologiyasıdır. Bu texnologiya sayəsində yaradılan informasiya istifadəçilər tərəfindən maliyyə və idarəetmə qərarlarının qəbul edilməsi üşün istifadə olunur.

Yüklə 49,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin