Mövzu 7. Məhsulların bölüşdürülməsi və satışının təşkili Plan: 7.1. Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti, funksiyaları və səviyyələri 7.2. Satış kanallarının iştirakçılarının ümumi xarakteristikası 7.3. Satış kanallarının seçilməsinə təsir edən amillər 7.4. Məhsulların fiziki bölüşdürülməsinin təşkili 7.1. Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti, funksiyaları və səviyyələri İstənilən məhsulun faydalılığı, istehlak xüsusiyyətləri yalnız onun istehlakında reallaşır. Hətta istehlakçılar tərəfindən alınmayan və ya istehlak olunmayan (istifadə edilməyən), yəni realizəsi mümkün olmayan yüksək keyfiyyətli məhsulların istehsal edilməsi bütün növ resursların səmərəsiz sərf edilməsindən başqa bir şey deyildir. Buna görə də istehsal edilmiş məhsulların istehsalçıdan istehlakçıya çatdırılması, yəni məhsulların bölüşdürülməsi və satışı təşkil edilməli və həyata keçirilməlidir.
Məhsulların bölüşdürülməsi dedikdə istehsalçı müəssisənin özü də daxil olmaqla, məhsulların istehsalçıdan istehlakçıya (həm son istehlakçılara, həm də işgüzar və institusional istehlakçılara) çatdırılmasında iştirak edən bütün növ müəssisə və təşkilatların məjmuyu başa düşülür. Başqa sözlə desək, məhsulların bölüşdürülməsi prosesi onların istehsalçıdan istehlakçıya çatdırılması prosesində yerinə yetirilən bü-tün əməliyyatların və bilavasitə məhsulların satışının həyata keçirilməsini əhatə edir.
Məhsulların satışı dedikdə isə istehsalçı müəssisənin satış bölmələri də daxil olmaqla tijarət (satış) təşkilatları və müəssisələrində sövdələşmələrin və alqı-satqı aktlarının həyata keçirilməsilə əlaqədar olan bütün əməliyyatların təşkili başa düşülür.
Məhsulların bölüşdürülməsi və satışının məqsədi tələb olunan məhsulların lazım olan vaxtda, lazım olan yerdə münasib qiymətlə istehlakçılara çatdırılmasının və mübadilə prosesinin həyata keçirilməsinin təmin edilməsidir.
Məhsulların istehsalı və satışı, bir qayda olaraq, məkan, zaman, həjm və çeşid etibarı ilə üst-üstə düşmür. Məhsulların bölüşdürülməsi və satışının təşkili bu uyğunsuzluğu aradan qaldırmaqla sahibolma, zamanvəməkanfaydalılığı, həmçinin əlavə dəyər yaradır. Sahib olma faydalılığı dedikdə istehlakçılara zəruri olan miqdar və çeşiddə məhsulların təklif edilməsi, məkan faydalılığı dedikdə istehlakçının özünə lazım olan məhsulu özü üçün münasib olan yerdə ala bilməsi, zaman faydalılığı dedikdə isə istehlakçının özünə lazım olan məhsulu istədiyi vaxt ala bilməsi başa düşülür.
Qarşıya qoyulan məqsədə nail olunması üçün məhsulların bölüşdürülməsi və satışı prosesində bir sıra funksiyalar yerinə yetirilir. Bu funksiyalara aşağıdakılar aiddir: