Mövzu Sosial psixologiyada tətbiqi tədqiqatların xüsusiyyətləri



Yüklə 30,57 Kb.
səhifə1/4
tarix01.01.2022
ölçüsü30,57 Kb.
#50865
  1   2   3   4
Sosial psixologiynın tətbiqi tədqiqatların xüsusiyyətləri (1)


Mövzu --Sosial psixologiyada tətbiqi tədqiqatların xüsusiyyətləri

Plan.


1) Sosial psixologiyada tətbiqi tədqiqatların xüsusiyyətləri.

2) Sosial psixoloji xidmət: tətbiqi tədqiqatların problemləri.

a) Sənaye psixologiyasının tətbiqi problemləri

b) Hüquqa zidd davranışla mübarizə sahəsində sosial psixologiyanın tətbiqi məsələləri.

c) Xidmət sahəsinin tətbiqi sosial psixoloji problemləri haqqında.

d) Təhsil müəssisələrində psixoloji xidmətin təşkili məsələləri.

e) Ailə xidməti haqqında.

j) Kütləvi kommunikasiya və təbliğatın sosial psixoloji problemləri.

Elmi texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, elm cəmiyyətin nəinki sosial, həm də iqtisadi həyatına nüfuz edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir; elmi texniki fikrin nailiyətləri sənayenin, kənd təsərrüfatının, maarifin, səhiyənin vəs . inkişafında mühüm rol oynayır. Bütün elm sahələrində olduğu kimi, psixoloji tədqiqatın metodologiyası, və metodikasında da bu zəmində elmin praktik məqsədlərini xüsusi nəzərə alan, həmdə sadəcə olaraq bununla məhdudlaşmayıb nəzəriyyə ilə praktikanın üzvi əlaqəsini ehtiva edən yeni paradiqmalar əmələ gəlmişdir.

30-cu illərdə psixoloji tədqiqata verilən tələbləri K.Levin belə ifadə etmişdir: nəzəriyyəsiz eksperiment həm kordur, həm də kar. Bu psixoloji tədqiqatın metodologiyası və metodikasında uzun müddət əsas prinsiplərdən biri kimi bərqərar olmuşdur. Lakin elmi-texniki tərəqqi dövründə psixoloji tədqiqatın metodologiyası və metodikasında köklü dəyişikliklər yarandı. Müasir dövrdə onun ən başlıca paradiqması aşağıdakından ibarətdir: nəzəriyyə, eksperiment, praktika.

Bu paradiqma elmi fikrin inkişafında yeni mərhələ kimi meydana çıxır. bu baxımdan sosial psixologiyada da tətbiqi tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Lakin buradan səhv nəticə çıxarıb belə hesabetmək olmaz ki, müasir dövrdə fundamental tədqiqatların rolu guya azalmağa başlamışdır. Məsələnin belə qoyuluşu tamamilə birtərəfli olardı. Problemin elmşünaslıq baxımından təhlili göstərir ki, başqa sahələrdə olduğu kimi sosial psixologiyada da fundamental tədqiqatların əhəmiyyəti nəinki azalmır, əksinə elmi-texniki tərəqqi dövründə daha da artır və onlar bu şəraitdə tətbiqi tədqiqatların inkişafında mühüm rol oynamağa başlayırlar.

Tətbiqi tədqiqatlar elmin diferensasiyası prosesləri ilə bilavasitə bağlıdır. Psixologiya sahəsində də tətbiqi tədqiqatların XX əsrdə vüsət kəsb etməsi ictimai həyatın müxtəlif sahələrində meydana çıxan praktik problemlərlə əlaqədar olaraq elmin bu və ya digər yeni sahəsinin yaranması nəticəsində mümkün olmuşdur. Psixologiyada ilk sadə tətbiqi tədqiqatların da yaş və pedaqoji psixologiya, tibbi psixologiya və s. sahəsində aparılması bu nöqteyi-nəzərindən tamamilə təbiidir. İctimai praktikanın tələbatlarına müvafiq olaraq psixologiyada da müxtəlif elm sahələri - əmək, mühəndislik, hərbi, idman psixologiyası və s. ilə yanaşı olaraq sosial psixologiya çərçivəsində də bir sıra tətbiqi tədqiqatlar formalaşmış və inkişaf etmişdir. Hal-hazırda sosial-psixoloji axarda sənaye, təbliğat, nigah-ailə münasibətləri, xidmət sahələri vəs. də tətbiqi tədqiqatlar aparılır. Yaş, pedaqoji, kosmik, hərbi, mühəndislik, idman, kommunal, siyasi, ticarət, incəsənət psixologiyası və s. tətbiqi sosial-psixoloji problemlərə daha çox diqqət yetirilir.

Müasir dövrdə yüksək ixtisaslı sosial psixoloqların böyük bir qrupu nəinki bilavasitə təhsil müəssisələrində, həm də ədliyyə nazirliyi sistemində və s. işləməyə başlayırlar. BDU, ADPU, BAPQS- da yüksək ixtisaslı kadrların hazırlanması və onların praktik psixoloq kimi fəaliyyətə başlaması tətbiqi sosial-psixoloji tədqiqatların inkiafında həlledici əhəmiyyətə malik olmuşdur.

Sosial psixologiyada da tətbiqitədqiqatlar əsasən iki istiqamətdə aparılır. Birinci istiqamət üçün başlıca cəhət ondan ibarətdir ki, tətbiqi problemlər fundamental tədqiqatlar əsasında ayırd edilir və ya fundamental tədqiqatların nəticələri bilavasitə praktikaya tətbiq olunur. Müxtəlif elmlərin inkişaf tarixi göstərir ki, birinci istiqamət tətbiqi tədqiqatların səmərəliliyi baxımından da böyük imkanlara malikdir: fundamental tədqiqatlar vasitəsilə kəşf edilmiş və ya müəyyən olunmuş qanunauyğunluqların praktikaya tətbiq olunması üçün bu zaman əlverişli şərait yaranır. Bir çox elm sahələrində ( nəzəri fizika, riyaziyyat, kimya, biologiya ) aparılan fundamental tədqiqatların məsələn, texnikanın inkişafı üçün əhəmiyyətini xatırlasaq fikrimiz aydın olar. Həmin istiqamət psixologiya elmi üçün də səciyyəvidir.

Tətbiqi tədqiqatların inkişafında II-istiqamət daxilində tətbiqi tədqiqatlar bilavasitə fundamental tədqiqatların nəticəsi kimi deyil, praktik tələbatlar əsasında meydana çıxır. Bu zaman xalq təsərrüfatı və mədəniyyətin müxtəlif sahələri tətbiqi sosial tədqiqatlara sponsorluq edir, xüsusi qrantlar ayırır və maliyələşdirir, bununla da elmin inkişafı üçün şərait yaradırlar. Həmin tədqiqatlar çərçivəsində tətbiqi sosial-psixoloji tədqiqatların bəzi xüsusiyyətləri ilə tanış olaq.

İctimai həyatın ayrı-ayrı sahələrində cəmiyyətin obyektiv inkişaf qanunlarına müvafiq olaraq müxtəlif praktik məsələlər meydana çıxır. Bu zaman elə bir vəziyyət yaranır ki, elmdə hələ öyrənilməmiş hər hansı bir məsələ ölkənin və ya ictimai həyatın konkret bir sahəsinin bu və ya digər inkişaf mərhələsində böyük praktik əhəmiyyət kəsb edir. Tətbiqiproblemlərin həlli baxımından burada iki yol vardır: praktika ya oturub həmin problemin elmdə haçansa həll olunacağı günü gözləməli, ya da özünün inkişafı naminə problemin tezliklə həll olunması üçün təsirli yol tapmalıdır. Müasir dövrdə praktika məhz ikinci yola üstünlük verir. Bilavasitə yaranmış praktik tələbatların təmin olunması məqsədilə aparlan tətbiqi sosial-psixoloji tədqiqatlar da bu zəmində meydana çıxmışdır. Müəyyən bir praktik vəzifəni bilavasitə həll etmək, müvafiq tədqiqatın nəticələrini tezliklə tətbiq edərək, cəmiyyətin maddi və ya mənəvi həyatının hər hansı bir cəhətini daha da təkmilləşdirmək onların əsasvəzifəsini təşkil edir.

Tətbiqi tədqiqatlar aşağıdakı kimi təşkil olunur: praktik tələbat dərk olunan kimi müəyyən bir ictimai institut və ya müəssə tərəfindən müvafiq elmi təşkilata sifariş verirlir, sifarişi icra etmək üçün dövlət büdcəsi və ya təsərrüfat qaydası ilə xüsusi elmi qruplar yaradılır ( sifarişin əhəmiyyətindən asılı olaraq tətbiqi tədqiqatlar müxtəlif səviyyələrdə təşkil olunur )

Tətbiqi tədqiqatlarda fərziyyənin xüsusi növündən istifadə olunur. Bu cəhət öz əksini onda tapır ki, müvafiq fərziyyəyə əsasən praktik mülahizələr əsasında müəyən olunur. Tədqiqatın nəticəsi də birinci növbədə məhz irəli sürülmüş praktik suala dəqiq cavab verməlidir. Bu baxımdan tətbiqi tədqiqatın nəticəsində işlənmiş tövsiyələrin əhəmiyyətini qeyd etmək lazımdır. Onlar elmi cəhətdən əsaslı olmalı, elmin müasir səviyyəsini əks etdirməlidir. Son illərin təcrübəsi göstərir ki, Sosial-psixoloji tədqiqatların nəzəri səviyyəsi aşağı olduqda onların praktik səmərəsi son dərəcə məhdud xarakter daşıyır və mahiyyət etibarilə istənilən nəticəni vermir. Halbuki sosial psixologiyanın bir elm kimi nüfuzu bilavasitə onun praktik tövsiyələrinin nə dərəcədə səmərəli olmasından asılıdır. Məhz buna görə də fundamental tədqiqatların inkişafı tətbiq sosial-psixoloji tədqiqatların mühüm şərtinə çevrilir.

Təbiətşünaslıq ( xüsusilə fizika, riyaziyyat, kimya, biologiya və s. ) və texnika elmləri sahəsində tətbiqi tədqiqatların əhəmiyyəti birinci növbədə onların iqtisadi səmərəsi ilə müəyyən olunur. İqtisadi səmərə psixoloji tədqiqatlar sahəsində də mühüm göstərici hesab edilir. Hətta psixologiyanın bəzi sahələrində məs. mühəndislik psixologiyası və ya təyyarəçilik psixologiyası sahələrində də iqtisadi səmərə tədqiqatların əhəmiyyətini göstərən əsas meyar kimi meydana çıxır. Lakin sosial psixologiya sahəsində tətbiqi tədqiqatların əhəmiyyəti bilavasitə iqtisadi səmərəyə görə deyil, birinci növbədə sosial-psixoloji səmərəyə görə müəyyən olunur. Bu təsadüfi olmayıb hər şeydən əvvəl onunla bağlıdır ki, sosial-psixoloji tədqiqatlarda iqtisadi səmərə dolayı yolla - sosial-psixoloji səmərə vasitəsilə əldə edilir. Məs. dəqiq müəyyən edilmişdir ki, qrupda, kollektivdə sosial-psixoloji iqlimin saflaşdırılması nəticəsində əmək məhsuldarlığı 18% artır. Burada izahata ehtiyac yoxdur. Təkcə bu fakt sosial-psixoloji tətbiqi tədqiqatların həm də böyük iqtisadi əhəmiyyətə malik olduğunu əsaslı surətdə sübut edir.

Tətbiqi sosial psixoloji tədqiqatların özünə məxsus çətinlikləri vardır. Onlardan biri sosial psixologiyada tətbiq olunan tədqiqat metodikasının xüsusiyyətləri ilə bağlıdır. Sosial psixoloji tədqiqat metodikalarının hamısında informasiya mənbəyi- psixoloji parametrləri dinamik, hətta bir çox hallarda q\ müəy olan insandır. O sosial psixoloq tərəfindən sadəcə olaraq laboratoriya şəraitində deyil, real sosial şəraitdə-- əmək, tədris və ya idman fəaliyyətində tətbiq olunur. Bu zaman elə dəyişən kəmiyyətlər meydana çıxır ki, onların hamısını eyni dərəcədə nəzərə almaq mümkün olmur. Hər hansı bir qrupda işçilərin bir-birinə verdikləri emosional qiymət ( bir-birini qəsdən tərfiləməsi və ya pisləməsi ) tədqiqatın aparıldığı anda qrupda qarşılıqlı münasibətlərin səhv başa düşülməsi, hətta təhrif olunması ilə nəticələnə bilər. Sosial psixoloq " sahədə " tədqiqat apararkən belə təhriflərin əmsallarını tapmağı bacarmalıdır.

Sosial psixoloji metodika tədqiqatın əsasən uzun müddət ərzində aparılmasını nəzərdə tutur. Bundan başqa sosial psixoloji tədqiqatların etik cəhəti vardır. Sosial psixoloq əldə etdiyi faktlarla real qrupda son dərəcə ehtiyatlı olmalıdır, yəni qaş düzəldərkən göz çıxarmamalıdır.

Tətbiqi sosial psixoloji tədqiqatların dili, problemi də mühüm əhəmiyyətlidir. Bir çox müəlliflər bu problemin həllini düzgün olaraq " elmi terminləri praktikanın dilinə tərcümə etmədə " görürlər; Tədqiqatların nəticələri sifarişçiyə müyəssər dildə şərh olunduqda onların tətbiqi üçün əlverişli şərait yaranır. Göstərilən çətinliklərə hər bir tətbiqi sosial-psixoloji tədqiqatda bu və ya digər dərəcədə təsadüf olunur. Lakin bunlar nə qədər mühüm olsalar da, əsas çətinlik hesab edilə bilməz. Çünki onlar əsasən tədqiqatın təşkili ilə bağlıdır. Bundan başqa çüasir tədqiqat metodikaları həmin çətinlikləri bu və ya digər dərəcədə nəzərə alır.

Sosial psixologiya sahəsində ən başlıca çətinlik tədqiqatın nəticələrinin tətbiqi prosesi ilə bağlıdır. Elmi müəssisələr—elmi tədqiqat, psixologiya institutları, psixologiya kafedraları və s. tərəfindən aparılan tədqiqatların praktikaya tətbiqi, ictimai institutların müəssisələrin sifarişi ilə dövlət büdcəsi və ya təsərrüfat hesabı qaydası ilə aparılan tətbiqi tədqiqatlar bu sahədə diqqəti xüsusilə cəlb edir. Həmin yolların hər ikisi faydalıdır və əhəmiyyəti gündən-günə artır. Eyni zamanda nəzərə almaq lazımdır ki, sosial psixoloqun işlədiyi tövsiyyələr əksər hallarda onun özü deyil, praktik işçilər tətbiq edirlər. Sosial-psixoloji tətbiqi tədqiqatın praktik səmərəsi əslində onların səyindən və səriştəsindən bilavasitə asılıdır. Digər tərəfdən, bütün ictimai təsisat və müəssisələrin praktik sifarişlərini yuxarıda göstərilən yollarla eyni vaxtda həyata keçirmək mümkün deyildir.

Sosial psixologiyanın nailiyyətlərindən praktik işçilərin özlərinin faydalanması və onları bilavasitə praktikaya tətbiq etməsində ibarətdir. Qeyd etmək lazımdır ki, psixoloji biliklər praktikaya uzun müddət məhz bu yolla nüfuz etmişdir. Ayrı-ayrı müəllimlər, həkimlər, təbliğatçılar, rəhbər işçilər, sərkərdələr və b. psixoloji o cümlədən sosial-psixoloji tədqiqatın nəticələrini öz praktik fəaliyyətlərində nəzərə almış, hətta bir sıra hallarda müj=hüm nailiyyətlər əldə etmişlər. Lakin təcrübə göstərir ki, Bu yol çətindir və psixologiyaya müraciət edən işçilərdən zəruri surətdə yaradıcılıq tələb edir.

Məsələ burasındadır ki, hətta eyni bir sahədə fəaliyyət göstərən iki briqada, şagird kollektivi və ya idman komandası zahirən bir-birinə ixşasa da onların psixoloji xarakteristikası heç vaxt eyni olmur. Məhz buna görə də müəyyən bir bruqada və idman komandasında aparılmış sosial-psixoloji tədqaqatın nəticələrini o birisinə aid etmək olmaz. Praktik işçilər sosial psixologiyaya öz təşəbbüsləri ilə müraciət edərkən bu nöqtədə çox vaxt ciddi səhvlərə yol verirlər.

2)—ETT dövründə insan amilinin xüsusi əhəmiyyət kəsb etməsi ilə əlaqədar olaraq ictimai həyatın müxtəlif sahələrində psixolji problemlər meydana çıxır və dövrün aktual probleminə çevrilirdi və sosial psixoloji xidmət sistemi təşəkkül tapmağa başladı. Bir cəhət aydın idi ki, onları artıq tətbiqi sosial-psixoloji tədqiqatların birinci və ikinci inkişaf dövrləri, hətta 60-cı illər üçün xarakterik olan yollarla həll etmək mümkün deyildir. Bu zərurətin aydın surətdə dərk edilməsi nəticəsində sosial-psixoloji xidmət sistemi təşəkkül tapmağa başladı.

Respublikamızda ilk psixoloji xidmət sistemi təhsil müəssisələrində yaradıldı və 90-cı illərdən başlayaraq uğurla inkişaf edir. Psixoloji xidmət xalis praktik təşkilatdır. Fundamental tədqiqatların aparılması onun vəzifəsinə daxil deyildir və daxil ola bilməz. Psixoloji xidmətin əsas vəzifəsi sosial psixologiyanın nailiyyətləri səviyyəsində tətbiqi problemləri həll etməkdən ibarətdir. Özünün bu xüsusiyyətlərinə görə psixolji xidmət elmlə praktikanın mənafeyini özünəməxsus şəkildə uzlaşdırır. Psixoloji xidmətin üstünlüyü ondadır ki, o praktik problemləri nəinki elmi şəkildə, həm də qısa müddətdə həll etmək imkanı verir. Psixoloji xidmət sahələrinin əmələ gəlməsi ilə həm də universitet kafedralarının, akademik və tədris institutlarının tədris müəssisələri, zavodlar, fabriklər və s. ilə elmi əməkdaşlığının daha da yaxşılaşması üçün əlverişli şərait yaranır.

Sosial-psixoloji xidmət: tətbiqi tədqiqatların aktual problemləri

a) Sənaye psixologiyasının tətbiqi problemləri—müəssisələrdə kadrların komplektləşdirilməsi, qrupların optimal həcminin müəyyən edilməsi, qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi və əlverişli sosial psixoloji iqlimin yaradılması, gənc fəhlələrin istehsal şəraitinə uyğunlaşdırılması şərtləri, şəxsiyyətin əmək fəaliyyətinin motiviasiyası və əməyin stimullaşdırılmasının sosial psixoloji problemləri, istehsalat konfliktləri və onların tənzim edilməsi, müəssisəyə rəhbərliyin sosial psixoloji problemləri. Onları mahiyyət etibarilə iki böyük sahəyə ayırmaq olar;

1) İstehsalın idarə olunması və əməyin elmi təşkili problemləri.

2) İstehsalat kollektivlərinin formalaşması və inkişafı problemləri. Sənaye sahəsində praktik psixoloqların əsas vəzifələri də həmin istiqamətlərdə meydana çıxan tətbiqi problemlərin həlli ilə bağlıdır.




Yüklə 30,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin