MÜbariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix06.05.2017
ölçüsü4,66 Mb.
1   2   3   4   5   6   7   8   9   10

4.  İctimai fikir azadlığı

Nizaminin  əsərlərində  ictimai  fikir  azadlığı  da  mühüm 

yer tutur. Nizami  dövründə ictimai  şüurun formalaşmasına real 

şərait  mövcud  deyildi.  Ona  görə  də  insanlar  öz  hüquq  və 

azadlıqları  haqqında  sərbəst  söz  deyə  bilmirdilər.  Deyilən 

sözlər  isə  eşidilmirdi.  İctimai  fikir  azadlığının  mövcud 

olmadığı  bir  mərhələdə  şahlar,  hökmdarlar,  ixtiyar  sahibləri 

barədə  xoşagəlməz  söz  danışanların  sözünü  ağzında  qoymaq 

adi bir işə  çevrilmişdi.  Xalq elə bir acınacaqlı  sosial  həyat bu­

rulğanında  idi  ki,  ictimai  fikir  və  düşüncə  azadlığı  barəsində

62

Nizamidə  azərbaycançılıq

özündə  təsəvvür  yaratmaq  imkanlarından  da  məhrum  olmuş­

du.  Nizami  dahi  bir yaradıcı  kimi  buna  münasibətsiz  qala bil­

məzdi.  Lakin  açıq-açığına  dövranın  ədalətsizliyinə  qarşı  çıxıb 

dövranı  dəyişdirmək  qüvvəsində  də  deyildi.  Çünki  zaman 

qılınc  zamanı  idi.  Nizami  isə  qələm  adamı  idi.  Ancaq  tarix 

qılıncla  söz  deyənləri  arxada  qoydu.  Onların  qılınc  gücünə 

qurduğu  dövran  dəyişdi.  Birindən  digərinə  keçdi.  Nizaminin 

qələmlə  yaratdıqları  isə  doqquz  əsrdir  ki,  yaşayır  və  bundan 

sonra da uzun əsrlər boyu yaşayacaqdır.  Əgər Nizami azad söz 

demək  imkanı  olmayan  bir  mərhələdə  qələmə  sarılmasa  idi, 

bu  qələm  qılınca  çevrilə  bilməzdi.  İctimai  ədalətsizliyə  qarşı 

çıxmaq  Nizaminin  özünü  məhv  edərdi.  Bu  halda  Nizaminin 

və  onun  cəmiyyətinin  qazancı  nə  ola  bilərdi?  İctimai  ədalət 

haqqında  deyilə  biləcək  və  əsrlər  boyu  təsirini  itirməyəcək 

ideyaların  özünün  itkisi.  Ona  görə  də  Nizami  başqa,  daha 

doğru  yol  seçdi.  Özünün  ictimai  ədalət  və  fikir  azadlığı 

barədəki  ideya  və  düşüncələrini  qələmin  dili  ilə  zamanlara 

ərməğan  etmək  yoluna  üstünlük  verdi.  Nizami  bu  fikirləri  ya 

öz  dilindən  şahların  tərifi  ilə  əlaqədar  söyləyirdi  və  ya 

yaratdığı  bədii  obrazlar vasitəsi  ilə  çatdırırdı.  Nizami  özü  sər­

bəst, maneəsiz şəkildə  dövrün hökmdarlarını  tərifləyir.  Bu tə­

rifin  içərisində  isə  ictimai  fikir  azadlığını  təlqin  edir.  «Sirlər 

xəzinəsi»  əsərinin  «İslam  padşahı  Məlik  Fəxrəddin  Bəhram 

şah ibn Davuda öygü» hissəsində belə deyilir:

Sən-ümid qaynağı Xızr,  sən-İskəndər güclü şah 

«Məcəsti»ni  şərh edən bilginlərə qibləgah!

Xilqətin mehvəridir sultanımın qüdrəti 

Onun vəsfinə enmiş göydən məqsud ayəti 

Tək odur fələk tacın,  Süleyman üzlüklü şah 

Üfüqlərin güvənci-Məlik Fəxrəddin ancaq. 

Davudluq iddiası eyləyərsə haqqı  var 

Onda müğənni səsi,  Süleyman sorağı var.

Altı  qübbə addımlar, yeddi  qatda taxtı var 

Doqquz göyə hökmdar, Bəhram,  ulu tacidar 

S X.  2004,  s.  50.

63


Mübariz  Yusifov

Bu tərifnamənin başlanğıcında  isə Nizami  azad,  sə rb ə st 

şəkildə,  heç bir maneəsiz cəmiyyətdə  ictimai  fikir və düşüncə 

məhdudiyyətini  öz adından bəyan edir:

Yox əlimdən tutanım,  ayağımı açanım 

Kölgənəm,  üstündə bəs huma qanadın hanı?

Ayağım bu torpağa batıb dərindən dərin 

Qollanmsa bağlanıb kəməndilə göylərin 

Mərdin ayaq tozuna başımı qurban dedim 

Bəzən ayağımla yox,  dizlərimlə yeridim.

S X.  2004, 49.

Nizami  «Əlimdən  tutanım  yoxdur»,  «Qollarım  göylərin 

kəməndi  ilə  bağlanıb»,  «Ayağımla  yox,  dizlərimlə  yeridim» 

deyirsə,  bu  onun  harayıdır.  Təkcə  öz  dövrünə  yox,  gələcəyə 

harayıdır.  Həm də yalnız Nizaminin yox, Nizaminin  cəmiyyə­

tinin  harayıdır.  Nizami  öz  əsərində  bu  ictimai  fikri  şaha tə rif 

içərisində  yetirir.  Dövrün  ixtiyar  sahibləri  düşünə  bilərlər ki, 

Nizami  bu sözləri maddi  ehtiyac ilə əlaqədar deyir.  Ancaq Ni­

zami  bu  harayı  ilə  məzlum  insanların,  haqq-ədalət  intizannda 

olan aşağı təbəqənin  səsini  öz səsinə qatıb ixtiyar sahiblərinin 

dərgahına çatdırırdı.

«Xosrov  və  Şirin»  əsərində  Atabəy  əbu  Cəfər 

Məmməd Eldəgizi tərifləyir:

O şahlar şahıdır,  şərdən uzaqdır 

O qaşla baş kimi  həm cüt, həm tacdır.

Dövranın hakimi Atabəy bütün 

Kəsmişdir dünyadan kökünü zülmün 

Bir əbu Cəfərin səxasına bax!

Mahmud tək Xorasan tutan olacaq!

Nuru gün tək tutub  bütün dünyanı 

Dostu əzizləyir, yıxır düşmanı 

X  Ş,  2004,  37-38.

64

Nizamidə  azərbaycançılıq

«Təzim kitabəsi» hissəsində isə belə deyir:

Xoşbəxtdir cavanlıq mülkü səninlə 

Əlinlə bərkimiş bu aləm belə 

Dəmir qılıncınla dünyanı aldın 

Qızıl camla Cəmşid yerində  qaldın. 

Dəmirin gücüylə dövlət yığaraq 

Yığdığın dövləti kefə qoy ancaq. 

Bu dünya fanidir, qalma eşyindən 

Bu mənim fikrimdir,  özün bilərsən. 

X-Ş,  2004,41.

Nizami  çox  böyük  ustalıqla  ictimai  fikri  təriflədiyi 

ixtiyar  sahibinə  çatdınr.  Çatdırır  ki,  qoy  düşünsün,  xalqı 

düşünsün.  O xalqı ki,  ehtiyac içindədir.  Gündəlik ruzisini əldə 

etməkdə  zülmlər  çəkir.  Əldə  etdiyini  də  şahın  məmurlan 

onun kefi,  eyşi  üçün  əllərindən  alır.  Bu  əzab  çəkən əhali  kim 

olardı?  Birinci  növbədə,  ixtiyarı,  hüquq  və  azadlıqları  ayaqlar 

altında  tapdanan  Azərbaycan  cəmiyyəti.  Ağalar  cəmiyyətin 

qanmı  sorurdu,  Nizami  isə  onları  sığallaya-sığallaya  bu  ağala­

rın ziddbəşər əməllərini  Azərbaycan  cəmiyyəti  adından  gələ­

cək nəsillərə ötürürdü.

«Leyli və Məcnun»da Axsitan barədəki tərifdə deyilir:

Sən şahlıq taxtının şahsuvansan 

Qaranın və ağın hökmdarısan 

Tac sahiblərinin başçısısan sən 

Şahlar ordusunun  sərkərdəsisən 

Ey şahlar içində mütləq olan şah!

Ey dünya xaqanı, böyük padşah!

Şöhrətin tutmuşdur bütün mahalı 

Dinin və dövlətin  sənsən çalalı.

L-M,  2004,  38.

Sonrakı  misralarda isə onun israfçılığından,  xalqın malı­

nı  və  sərvətini  eşy-işrətə  səpələnməsindən,  ancaq milçəyi  be-

65


Mübariz  Yusifov

тш

lə  doydura  bilməməsindən,  yəni  öz  məiyyətinin  ac  və  y a la ­



vac qalmasından bəhs  edir:

Bu şah çanaq-çanaq pullar bağışlar 

Bir də dəstə-dəstə qullar bağışlar 

O camdan ki,  Cəmşid qıymaz özünə 

Bəxş edər qullardan h ər gün yüzünə.

O bircə fərmanla bir qala alar 

Bircə qəsidəyə ölkə bağışlar.

Milçəyi doydursa bizim hökmdar 

Mahmudun filindən qüvvətli  olar.

L-M,  2004.  42.

Nizami  cəmiyyətdə  əzab  çəkən  insanların  təəssüratını 

onların  deyə  bilməyəcəyi  dil  ilə  hökmdara  çatdırır.  Nizami 

padşaha xitabda onun əhalini  qul etdiyini  və insanlann bundan 

onlann  şad  və  azad  olduğunu  elə  bədii  dil  ilə  canlandınr  ki, 

hökmdar  bunu  məsxərə  kimi  anlaya  bilmir.  Ancaq  arif 

insanlar  duyur  ki,  burada  padşah  təriflənmir,  əksinə  onun 

riyakarlığı göstərilir:

Günəşin taxtından taxtın ucadır 

Cəmşidin taxtından taxtın qocadır.

Sənin idrakınla dünya abaddır 

Sənə qul  olmaqla insan azaddır.

L-M, 2004, 43.

Bu misralann  hər biri  hökmdara  ağır bir zərbədir.  Yəni 

ancaq  Allahın  taxtı  günəşin  taxtından  uca  ola  bilər,  hər hansı 

bir hökmdann yox.  Axsitanm idrakı  dünyanı necə abad edə bi­

lər?  Əksinə,  onun  idrakı  ilə  elə  dünya  xaraba  qalıb.  Sonuncu 

misrada  isə  qul  və  azad  təzadı  var.  Qul  olan  quldur,  necə  ola 

bilər ki,  qul azad olsun?

«Yeddi  gözəl»  poemasında •  hökmdann  tərifi  oxşar 

motivlərlə  ifadə  olunur.  Əvvəl  şah  təriflənir,  sonra  isə 

eyhamlı fikirlər canlandırılır:

66  2 ^ *



Nizamidi)  azorbaycançılıq

O şahın ləqəbi Əlaəddindir 

Qoruyub durduğu zaman, zəmindir.

Ölkələr fatehi körpə Arslan şah 

Alp Arslandan yüksək, olduqca gümrah 

Ondan Ağsunqurun nəsli güc aldı 

Əcdad kamala yetdi, ucaldı.

Mehdidir, günəşdir şah bu dünyada 

Dövləti qalacaq eldə, obada 

Y G .  2004,31.

Şaha təzim  xitabında isə Nizami  xalqın  səsini  öz  səsinə 

qarışdırıb öz daxili hisslərini əsrlərin harayına qovuşdurur:

Nə qədər şah gəlmiş ölkəyə, elə 

Bir səxa buludu keçirmiş ələ

Sənin buludunla yaranır bahar 

Payız bulududur özgə buludlar 

Şahlar süfrə açmaz içməsələr qan 

Çörəyi  verərlər can alan zaman.

Y G.  2004,  36.

Nizami  təriflədiyi  hökmdarın  daxili  aləmini  açıq  və 

aydın  şəkildə  zamanlar  qarşısına  çıxarır.  Bu  şah  bulud 

kimidir.  Bulud  qeyri-müəyyənliyin,  örtülülüyün  rəmzidir. 

Buludlu  şahın  xalqa  münasibəti  də  buludludur.  O  heç  vaxt 

rəiyyət  qayğısına  qalan  deyildir.  Sonrakı  misralarda  Nizami 

şahlann  dövranını  daha  kəskin  şəkildə  bildirir:  «Şahlar  qan 

içməsələr  süfrə  açmazlar;  Çörəyi  də  canı  ala-ala,  zülmlə 

verərlər».  Haradadır  ədalət,  azad  fikir  və  düşüncə,  səxavət- 

lilik? Nizami  hədəfi elə düzgün seçib mənalandırır ki, ona irad 

tuta  bilmirlər,  əksinə,  onun  şaha  təqdim  etdiyi  bu 

ittihamnamələrin  müqabilində  özünün  qələm  haqqını  da 

qoparıb alır.

67 


2

^ *


Mübariz  Yusifov

«İskəndəmamə»  («Şərəfnamə»)  əsərində  N ü srətə d d in  

Əbu  Bəkr padşah tərif edilir,  onun şəni ucalara qaldırılır: 

Meydanda açdığı hünərlər ki var

Nə Rüstəm görməmiş,  nə İsfəndiyar.

Bəxtiyar bir həyat başladı yerdə 

Bu günəş anadan doğan şəhərdə 

Altında ağ atı keçsə hər yerdən 

Ayağı  dəydiyi  yer olur gülşən.

Hər yeni nemətdən dağıdır xalqa 

Neməti  çay kimi  axıdır xalqa.

İ, I,  2004, 48-49.

Daha sonra isə sətiraltı  mənada şahda ədalət olmadığını 

göstərir,  ona  öyüd-nəsihətli  sözlərini,  fikir  və  düşüncələrini 

çatdırır:

Sənə bu şahlığı  bəxş edən kimsə 

Vermişdir ürəyin nə istəmişsə 

Şahlıq et,  verilmiş sənə ölkələr 

Kömək ol,  xalqlara ədalət göstər 

Çibin qanadını qırmasın tərlan 

Fil də qanşqaya verməsin  ziyan 

Allaha min şükür,  min şükür,  əlbət,

Şahda yazdığımdan çoxdur ədalət 

İ,  I,  2004,  52.

Nizami  ictimai  fikir  azadlığını  təkcə  öz  dilindən  yox, 

həm  də  xalqın  aşağı  təbəqəsindən  olan  insanlann  obrazlaş- 

dmlmış  nümayəndələrinin  dilindən  də  bəyan edilir.  Məsələn, 

Bəhramla  çobanın  əhvalatı,  vəzir  Rast  Rövşənin  zindana 

saldırdığı  sadə  adamların  həqiqəti  çatdırması  əhvalatı  buna 

canlı  nümunədir.  Nizami  bu  əhvalatları  bədiiləşdirməklə

68

Nizamido  azərbaycançılıq

sıxıntı  içərisindəki  doğma  vətənində  söz  və  fikir  azadlığının 

bərqərar olmasını  istəyirdi və bu istəyini zamanlara çatdırırdı.

«Yeddi  gözəl»  poemasında  çoban  xəyanət  etmiş  itin 

əhvalatını  Bəhrama  danışır,  onu  ayıldır.  Aydındır  ki,  çoban 

çobandır,  şah  da  şah.  Şahın  şahlıq  təcrübəsi  ona  çox  şey 

öyrədir.  Çobanı  isə  nə vaxt dindirsən,  sözünün əvvəli  də  axın 

da  qoyundan  və  itdən  olacaq,  çobanlığm  əzablı  peşəsindən 

olacaq.  Burada  Nizami  onu  demək  istəmir  ki,  şahlar 

idarəçiliyi çobandan öyrənməlidir.

Nizaminin  şahı  çoban  vasitəsi  ilə  ayıltmağının  mənası 

budur ki, böyük sənətkar vəzifəsinin böyük-kiçikliyindən asılı 

olmayaraq  bütün  insanlara  bir  şəxsiyyət  kimi  yanaşır.  Sadə 

peşə  adamının  şaha  nəsihət  verməsi  isə  Nizaminin  təcəssüm 

etdirdiyi  şəxsiyyət azadlığının bariz şəkildə  ifadəsidir.  Nizami 

dövründə  əlbəttə  ki,  heç  bir  şah  çoban  məsləhətinə  ehtiyac 

duymurdu  və  bunu  qəbul  etməzdi  də.  Nizami  isə  bu  hadisəni 

Azərbaycan  mühitinə  gətirərək  öz  ölkəsində  ictimai  ədalətin 

bərqərar  olunmasının  reallaşacağına  ümid  bəsləyirdi.  Bu 

ictimai  ədalət  və  şəxsiyyət  azadlığı  arzusu  Nizaminin  dili  ilə 

belə ifadə olunur:

Çobanın sözündə vari idi hikmət 

Bir arif qocadan şah aldı ibrət 

Sözlər işarətdi,  anladı,  duydu 

Bir az yeyən kimi şəhrə üz qoydu 

Dedi ki,  «Bu işə olmuşam heyran 

Şahlığı öyrətdi  mənə bir çoban».

Y G .  2004,  271-272.

Bəhramın  dustaqlıqdakı  adamları  dinləməsi  və  onlara 

bəraət  verməsi  və  hətta,  mükafatlandırması  da  ictimai 

ədalətin  və  şəxsiyyət  azadlığının  bərqərar  edilməsinin 

təcəssümü  idi.  Şah  birinci  məzlumun  nahaq  zülmə  düçar 

olduğunu  bilib  onu  azad  edir,  ikinci  məzlumun  bağını  özünə 

qaytarır, üçüncü məzlumun əlindən  alınmış varını xain vəzirin 

varidatı hesabına  özünə  qaytarır,  dördüncü məzlumun  əlindən

69


Mübariz  Yusifov

alınmış  kənizini  bol  cehizlə  kəniz  sahibinə  qaytarır,  beşinci 

məzlumun  mal-mülkünü  özünə  qaytarır və  üstəlik  ona  təqaüd 

təyin  edir.  Altıncı  məzlumun  əlindən  alınmış  torpağı  ikiqat 

özünə  qaytarılır,  yeddinci  məzlum  isə  dünya  malında  gözü 

olmayan  bir  zahid  imiş,  şahın  xain  vəziri  onu  bəddua 

qorxusundan  zindana  salıbmış.  Güya  zindanda  o  adam  artıq 

bəddua  edə  bilməzmiş.  Əksinə  azadlıqda  bəddua  bir  idisə 

zindan  həyatında daha artıq olardı.  Şah ona ənam verdikdə  isə 

zahid  azadlığı  daha  üstün  tutduğu  üçün  bəxşişləri  götürmür. 

Şah zahidə -

«Vəzirin nəyi  var,  daş-qaş,  mülki-mal 

Götür, zahid baba,  sənin olsun al!»-deyir 

Zahid isə qəbul etmir:

Verilən şeylərdən üz döndərərək 

Zahid dövrə vurdu, misali-fələk 

Sonra:  - Bu nəqdlərdən azadam,  dedi.

O yaxşı vermişdi, yaxşı  istədi.

Çalğısız başladı  birdən o rəqsə 

Getdi, görünmədi  artıq heç kəsə 

Y G.  2004, 283.

Nizaminin  öz  dövründə  görmək  istədiyi  və  Azərbaycan 

məkanına  şamil  etdiyi  şəxsiyyət  azadlığı,  eləcə  də  ictimai  fi­

kir  və  düşüncə  azadlığı  bütövlükdə  cəmiyyət  azadlığının 

bərqərar olunmasına xidmət edən ideyal an n təcəssümü idi.

5.  Cəmiyyət azadlığı

Cəmiyyət  azadlığı  Nizami  yaradıcılığında  olduqca 

mühüm  bir  yer  tutur.  Nizami  öz  cəmiyyətini,  övladı  olduğu 

Azərbaycan  məkanını  azad,  müstəqil,  sərbəst  ədalətin

70

Nizamidə  azərbaycançıltq

bərqərar  olunduğu  bir  məkan  kimi  görmək  istəyirdi.  Bu 

cəmiyyətdə  haqq  və  ədalət  öz  yerində  olmalı  idi.  Haqq  və 

ədalət insan cəmiyyətinə bəxş olunan  Allah lütfüdür:  Nisa (4) 

3;  58,  65,  105,  135;  Maidə (5),  8, 42;  Əraf (7),  159;  181; Nəhl 

(16),  76,  90;  Ənbiya  (21)  47;  Əhzab  (33),  5;  Şura  (42)  15; 

Hədid (57), 25; Mumtəhinə (60),  8; Hücurat (49)  10.

Nizami  cəmiyyət  azadlığını  necə  görmək  istəyirdi? 

Nizaminin  azad  cəmiyyəti  xəyali  deyildi.  Onun  fikir  və 

düşüncələrinin  məhsulu  idi.  Onun  cəmiyyətində  yaşayan 

insanlann  arzusu,  istəyi  və  məsləki  idi.  Bu  cəmiyyətdə 

bolluq,  ədalət  bərqərar  olunmalı  idi.  Burada  bolluq  və 

fıravvnlıq  yaradılmalı  idi.  Bu  ölkədə  insanların  maddi  və 

mənəvi  ehtiyaclarının  təmin  edilməsinə  şərait yaradılmalı  idi. 

Bunlar  mümkündürmü,  yoxsa  xəyallara  çevrilib  şirin  yuxular 

kimi əlçatmaz idi? Əlbəttə ki, mümkün idi.  Nizami  dahi  idi və 

dahiyanə  düşünürdü.  O  öz  dahiyanə  düşüncəsi  ilə  onu  dərk 

edirdi ki, Azərbaycan yeraltı və yerüstü sərtvətlərlə zəngin bir 

ölkədir.  Bu ölkədə yeraltı və yerüstü sərvətlər mövcud olduğu 

kimi  zəngin  intellektli,  ağıllı  insanlar  da  çoxdur.  Belə  bir 

potensialı  olan ölkənin  cəmiyyəti yaxşı  yaşamağa  layiqdir.  Bu 

ölkədəki  insanlann  öz  ağılı  və  idrakı  ilə,  torpağın  yetirdiyi 

dahilərin  qüdrəti 

ilə 


cəmiyyətdə 

azadlığın, 

ədalətin, 

fıravanlığın  baş  verməsi  təkcə  utopiya  deyil,  xəyal  deyil, 

əsrarəngiz  röya  deyil,  həm  də  həqiqətdir.  Nizami  inanırdı  ki, 

nə  zamansa  bu  baş  verəcək.  Ona  görə  təsadüfi  demirdi  ki, 

ilahi  qüdrət  yanında  zaman  ölçüsü  yoxdur.  Min  il  də  bir  gün 

kimidir.  Yəni  bu  gün  baş  tutmayan  iş  on  ildən  sonra  da,  min 

ildən  sonra  da  baş  tuta  bilər.  Başqa  mənada,  əgər  Allah 

yanında  zaman  ölçüsü  yoxdursa  xoşbəxt  cəmiyyət  bu  gün 

mövcud  deyilsə  sabah  onun  baş  tutacağına  ümidlə  baxmaq 

lazımdır.  Zaman  ölçüsünün  nisbi  olduğunu  İəskəndərin 

dilindən aşağıdakı  kimi mülahizə edir:

Dünyanı görmədən torpağa girən

Birgünlük körpəyə bənzəyirəm mən

Dünyanı başabaş gəzmişəm özüm



Mübariz  Yusifov

Hələ ki  dünyadan doymayıb gözüm 

Otuz altı deyil,  lap otuz min il 

Yaşasam cavabım bu olardı,  bil!

İ,  II 2004,  191.

Nizami  özü  də  öz  dilindən  zaman  nisbiliyini  belə  i f a d ə

edir:

Fələyin zərləri əyri atması 



Dünyanın oyuna xələl qatması 

Altmışa çatdırdı yaşımı mənim 

Düşməmiş qüvvədən ancaq bədənim.

Sanıram yenə də on yaşmdayam 

Hələ də divlərin savaşındayam.

İ,  II,  2004,218.

Dünyada əziyyət çəkib boy atdın 

Elə ki, səksənə,  doxsana çatdın 

Ordan da yetirdin özünü yüzə 

Ölüsən,  diri  də görünsən gözə 

İstər bir gün yaşa,  istərsə yüz il 

Bu nurlu eyvandan köçəcəksən, bil!

X-Ş,  2004,  54-55.

Nizaminin  düşündüyü  zaman  nisbiliyi  həqiqətdir  v ə  

«Qurani-Kərim»də  də  bu  barədə  müfəssəl  ayələr  vardır. 

«Quran»  ayələrində  Allahın  zamanının  yetişəcəyinin  xəyal 

yox,  haqq  olduğu  göstərilir:  «Yer  özünə  məxsus  şiddətlə 

lərzəyə  gəlib  titrəyəcəyi  zaman  (1);  Yer  öz  yükünü  çıxarıb 

atacağı  zaman  (2);  İnsan  «Buna  (bu yerə)  nə  olub?»  deyəcəyi 

zaman  (3);  Məhz o  gün  (yer)  öz hekayətini  söyləyəcəkdir (4); 

Çünki  (bunu)  ona  sənin  Rəbbin  vəhy  etmişdir  (5)  (Əl-Zilzal 

(Zəlzələ) surəsi  (99).

72

Nizamidə  azərbaycançılıq

Bu  ayələrin  cəmiyyət  həyatına  şamil  oluna  biləcəyi 

mənasını  belə  başa  düşmək  olar:  «Yer  üzündə  haqsızlığın, 

ədadlətsizliyin  bir  sonu  var.  Yerin  haqsızlığı,  ədalətsizliyi  öz 

üzərindən  atacağı  bir  zaman  həqiqətdir  və  geci-tezi 

gələcəkdir.  Bunu  Allah  özü  vəhy  etmişsə,  Allah  üçün  zaman 

ölçüsü  yoxdur.  Bu  ölçü  insan  üçündür.  Allah  bu  günü  insanın 

zaman  anlayışında  bu  gün  də  edə  bilər,  sabah  da,  min  ildən 

sonra da.  O zaman  ki,  ona  məqam yetişə».  Nizami  də  belə bir 

haqq  olan  zamanı  nəzərdə  tutur.  O  bir dahiyanəliklə  bu  fikrə 

gəlir  ki,  zülm,  ədalətsizlik  onun  yaşadığı  dövrdə  Azərbaycan 

məkanında tüğyan  etsə  də  zaman  öz  sözünü  deyəcək,  Allahın 

ədaləti  və  Nizaminin  arzulan  onun  məkanında  bərqərar 

olacaqdır.  Ordur  ki,  Nizami  cəmiyyət  azadlığı  barəsində 

düşünəndə  sabahkı  günə  inamla  baxır.  Zülmün  yox  olacağını 

və  ədalətli,  azad  cəmiyyətin  bünövrəsinin  ən  əvvəl  başqa 

yerdə  yox,  məhz  Azərbaycan  məkanında  baş  tütacağım  bədii 

bir  dillə  canlandırır.  Nizami  deyir  ki,  Allahın  ədalətinin  sonu 

yoxdur,  o  daimidir  və  əbədidir.  İnsanlann  içərisində  özünü 

«seçilmiş»  kimi  göstərməyə  cəhd  edən  bir  təbəqənin 

cəmiyyətə  qarşı  istismar alətinə  yönəldiyi  zülmün  isə  davamı 

yoxdur.  Allahın  ədaləti  zalımın  zülmünün  fövqündədir. 

Ədalət  işığında  zülmətin  varlığının  başa  çatacağı  həqiqət 

olduğu kimi, zalımın zülmü də öz ömrünü başa çatdıracaqdır.

Nizaminin  əsərlərində  zalımın  zülmünün  sonunun  başa 

çatacağına  və  haqqın  yetişəcəyinə  inam  ayrı-ayrı  bədii 

lövhələrdə 

canlandırılır. 

Nizaminin 

əsərlərində 

zalım 

kimlərdir? Əlbəttə ki,  zalımı, zülmkan Nizami xalq içərisində, 



cəmiyyət  üzvləri  arasında  axtarmır.  Zalımlar,  ədalətsiz  iş  gö­

rənlər o  şəxslərin  arasında  axtarılır  ki,  onlar  ixtiyar  sahibləri­

dir. 

Hökmdarlardır, 



şahlardır. 

Nizami 


zülmün 

daimi 


olmadığına  inandığı  kimi  zülmkarın  da  öz zülmünü  davam  et­

dirə bilməyəcəyi əqisədindədir.  «Sirlər xəzinəsi»ndə deyilir:

Ürəkləri  sındıran zümlkar bir şah vardı 

Dirəşməkdə, höcətdə  Həccacı  mat qoyardı. 

Aytək,  güntək itigöz bir xəlifəsi vardı

73


Mübariz  Yusifov

Bağlı  qalan işləri ustalıqla açardı.

Sübhətək ikiüzlü,  Aytək gecə gəzərdi 

Bir gün şahın önündə baş əydi,  qüssələndi.

Dedi:  -Gizli bir yerdə çox deyindi dalınca 

Səni zalım, qaniçən adlandıran bir qoca 

Yel  sürətli bir cavan çatdı qocanı tapdı 

Xain bilir şah səni,  oyanl-dedi,  amandı.

Dəstəmaz aldı  qoca kəfən geydi əyninə 

Salam verdi ədəblə gəlib şahın önünə.

Qızmış qara niyyətli şah yumruğunu sıxdı 

Arxasınca dayanmış qocaya kinlə baxdı.

-Eşitmişəm,  söylədi, danışmısan dalımca 

Məni qəddar, yelbeyin adlandırmısan, qoca!

Mən Süleyman mülkünün sahibiyəm, bilirsən 

Hansı cürətlə mənə zalım, ya div deyirsən?

Cavab verdi ixtiyar:- Mən ki,  ayığam, nə qəm 

Sənin dediklərindən beş qat artıq demişəm. 

Sözlərimi araşdır, dinlə ağıl deyəni 

Düz demirəmsə əmr et,  dara çəksinlər məni. 

Yumşaltdı hökmdarı işin qarası, ağı 

Özünün haqsızlığı,  qocanın haqq olmağı.

SX .  2004,  169-170.

Nizami  zalım  padşah  haqqında  danışanda  zalımı  öz 

zalımlığı  ilə başlı-başına buraxmır.  Zalım nə  qədər zalım olsa 

da  Nizami  onu  hansı  bir  ibrətamiz  hadisə  iləsə  dəyişdirir. 

Yəni  Allah  zülmü,  zalımı  ədəbi  etməyib  ki,  Nizami  də 

zalımın  zülmünü  davamlı  kimi  qələmə  alsın.  «Qurani-Kə- 

rim»in  müqəddəs  ayələrində  göstərilir ki,  zülm  şeytan  əməli­

nin vəsvəsələrindəndir.  Allah  isə  zülmü  şeytana əbədilik ver­

məyib.  Haqq-hesab  günündə  şeytan  zalımlığının  cavabını 

verəcəkdir.  «Bəqərə»  (2)  surəsinin  35-ci  ayəsində  deyilir: 

«(Sonra)  Biz  (Adəmə)  dedik:  «Ey  Adəm,  sən  zövcənlə 

(Həvva  ilə)  cənnətdə  qal  və  hər  ikiniz  oradakı  meyvələrdən 

istədiyiniz  kimi  bol-bol  yeyin,  yalnız  bu  ağaca  (buğdaya) 

yaxın gəlməyin!  Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız».

74  5 ^ *

Nizamidə  azərbaycançılıq

Şeytan  vəsvəsə  ilə  Adəmi 

və  Həvvanı 

Allah 


buyruğundan  çıxardıqda  isə  Allahın  hökmü  belə  olur: 

«(Lakin)  Şeytan onları  azdırıb  (buğda yedizdirməklə nemətlər 

içində)  olduqları  yerdən  uzaqlaşdırdı.  Biz  də  (Adəmə, 

Həvvaya  və  Şeytana):  «Bir-birinizə  düşmən  kəsilərək 

(buradan  kənar  olub  yer  üzünə)  enin!  Yerdə  sizin  üçün 

müəyyən  vaxta  qədər  (ömrünüzün  axınnadək)  sığınacaq  və 

yaşayış  (dolanacaq)  vasitələri  var»-dedik».  Bəqərə,  (2),  38. 

Həcc  (22)  surəsinin  48-ci  ayəsində  zülmün  keçici  olduğu 

barədə  deyilir:  «Neçə-neçə  məmləkətə  (məmləkət  əhlinə) 

zülm  etdikləri  (kafir  olduqları)  halda  möhlət  verdim,  sonra 

onları  (əzabla) yaxaladım.  Axır dönüş mənədir!».

Nizami  Quran  hökmlərinə  sadiq  olmaqla,  ədalətin  bər­

qərar  olunacağına  dərin  bir  inamla  zülmün  yox  olacağını, 

xüsusən,  zəmanə  hökmdarlarının  timsalında  canlandırır. 

Məsələn,  «Sirlər  xəzinəsi»ndəki  «Adil  Nuşirəvan  ilə  vəzirin 

əhvalatı» 

şadisəsində 

ölkənin 


nizam-intizamının 

pozulmasından  hətta  quşlann  da  xəbərdar  olduğu  barədə 

danışılır.  Nuşirəvan bu hadisədən təsirlənir və  ölkədə  zülmün 

baş  alıb  getməsinə  son  qoyur,  sonra  isə  zülmkarlıqdan  bir 

addıma  ədalətliliyə  keçir.  İndi  belə  bir  məntiqi  sual  ortaya 

çıxır:  Nuşirəvan  hətta  quşlann  belə  onun  zülmündən  dilə 

gəldiyinin  şahidi  olmasaydı  ədalət baş  verəcəkdimi?  Bu  suala 

cavab  vermək  çətindir.  Ancaq  Nizami  zülmün  daimi 

olmayacağı  məntiqi  ilə  hadisəyə  yanaşır  və  ədalətin  bərqərar 

olacağına  inanır.  Bunun  üçün  şahlan,  hökmdarlan  ortaya 

qatmağı  təsadüfi  deyil.  Çünki  xalq  onlann  şəxsində  daim 

ədalət olacağını düşünür.

«Sirlər  xəzinəsi»ndə  belə  epizodlar  çoxdur.  Məsələn, 

«Qan  ilə  Sultan  Səncərin  hekayəti»ndə  də  şahın  ədalətsizliyi 

onun üzünə  deyilir.  Ancaq Nizami  də deyir ki,  qarının ittihamı 

Sultana təsir etmədi.  Ona görə  də  başı  cəncələ  düşdü.  Yəni  o 

zülm  etməyində  davam  etsə  də  Allah  adildir.  Onun  etdiyi 

zülmlər  Allah  ona  qəzəb  etməsi  ilə  aradan  qaldınldı.  Yəni 

məntiq  budur  ki,  zülm  daimi  ola  bilməz.  Daimi  olan  böyük 

Yaradanın ədalətidir.



"***% £

 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə