Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə1/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
  1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1670058735


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Mühasibat uçotu” kafedrasının dosenti i.e.n. Xudaverdiyeva K.A.,
kifayat60@mail.ru

Fənn: “Maliyyə uçotu”

Mövzu 1: Maliyyə uçotunun mahiyyəti, təyinatı, tənzimlənməsinin qanunvericilik bazası və konseptual əsasları

PLAN

  1. Maliyyə uçotunun məqsədi, təyinatı və qısa təfsiri;

  2. Maliyyə uçotu ilə maliyyə hesabatının qarşılıqlı əlaqəsi və asılılığı;

  3. Maliyyə uçotu və hesabati subyektlərinin növləri: fərdi müəssisələr, birgə (şərikli) müəssisələr, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər və s.

  4. Maliyyə uçotunun dövlət tənzimlənməsinin normativ – hüquqi bazası: mühasibat uçotu haqqinda AR Qanunu, həmin Qanunda edilmiş dəyişikliklər, AR Maliyyə Nazirliyinin təsdiq etmiş olduğu Qaydalar, Hesablar Planı və digər sənədlər;

  5. Maliyyə uçotunun konseptual əsasları: GAAP-lar, Maliyyə hesabatının təqdim edilməsinin konseptual əsasları;

  6. Maliyyə Hesabatının Beynəlxalq Standartları ((İAS) 8 və digər standartlar).



  1. Maliyyə uçotunun məqsədi, təyinatı və qısa təfsiri

Bizə gəlib çatan ilk yazılar uçotun eramızdan 6000 il əvvəl yaranmasına təsadüf edir. Bu, Misirdə torpağın suvarılması üçün əkinçiliklə məşğul olanların Nil çayının suyundan istifadəyə görə verginin taxıl və kətanla (pambıqla) ödənməsinə dair aparılan qeydiyyatlarla təsdiq olunur. Sözü gedən qeydiyyat evlərin divarında verginin taxıl və kətanla (pambıqla) alınmasına dair vergi toplayanların müvafiq sayda şəkillərin çəkilməsi (işarələrin qoyulması) ilə yerinə yetirilirdi. Hələ bizim eradan əvvəl 2000-ci ildə uçot sisteminin inkişafı Çində, ikili mühasibatlığın elementləri isə qədim Romada meydana gəlmişdir. Bütün bunlarla yanaşı amartizasiya anlayışı da hələ o dövrlərdə Romalılara məlum idi. Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın intibah dövrünə təsadüf edir. İkili yazılış sistemi XIII-XIV əsrlərdə yaranmış, onlardan şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florentiyanın ticarət firmalarında (1299- 1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir.

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin