MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16



Yüklə 2,04 Mb.
səhifə1/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
  1   2   3   4   5   6   7   8   9   ...   20
Muhazire


MÜHAZİRƏ № 11-12
OLİQOPOLİYA
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


Öyrənmə hədəfləri

  1. oliqapoliya (oligapoly)

  2. inhisarçı rəqabət (monopolistic competition)

  3. birləşmə (collusion)

  4. kartel (cartel)

  5. Nəş tarazlığı (Nash equilibrium)

  6. oyunlar nəzəriyyəsi (game theory)

  7. dustaqların dilemması (prisoners’ dilemma)

  8. dominant strategiya (dominant strategy)

Əgər siz mağazaya tennis topu almağa gedirsinizsə, yəqin ki, evə dörd əmtəə nişanından biri ilə qayıdacaqsınız: Wilson, Penn, Dunlop və ya Spalding. Birləşmiş Ştatlarda satılan demək olar ki, bütün tennis toplarını bu dörd şirkət istehsal edir. Birlikdə bu firmalar bazarın tələb əyrisi və tennis toplarının qiymətindən asılı olaraq tennis toplarının istehsal həcmini müəyyən edir.
Tennis topları üçün bazarı necə təsvir etmək olar? Əvvəlki iki fəsildə bazar strukturunun iki növü müzakirə edilmişdir. Rəqabətli bazarda hər bir firma bazarla müqayisədə onun əmtəələrinin qiymətlərinə təsir edə bilməyəcək dərəcədə kiçikdir və bu səbəbdən, bazar şərtləri ilə müəyyən edilmiş qiymətlə razılaşır. İnhisarlaşmış bazarda bütün bazarı hər hansı əmtəə ilə yalnız bir firma təchiz edir və bazarın tələb əyrisi üzrə istənilən qiymət və həcmi seçir.
Tennis topları bazarı nə rəqabətli, nə də inhisarlaşmış bazar modelinə uyğun gəlir. Rəqabət və inhisar bazar strukturunun marjinal formalarıdır. Rəqabət bazarda mahiyyətcə eyni məhsulları təklif edən çoxlu firma olduqda mövcud olur; inhisar bazarda yalnız bir firma olduqda mövcud olur. Bu iki əks hal daha asanlıqla anlaşılan olduğundan sənayenin təşkilinin öyrənilməsinə onların təhlili ilə başlamaq təbii olardı. Lakin, bir çox sənaye sahələri, o cümlədən tennis topları sənayesi bu iki formanın ortasındadır. Bu sənaye sahələrindəki firmaların rəqibləri olsa da, onları qiymətlə razılaşmağa məcbur edəcək dərəcədə rəqabətlə rastlaşmırlar. İqtisadçılar bu situasiyanı qeyri-mükəmməl rəqabət adlandırırlar.
Bu fəsildə qeyri-mükəmməl rəqabətin növləri müzakirə edilir və oliqopoliya adlanan ayrıca bir növü araşdırılır. Oliqopolistik bazarın mahiyyəti burada yalnız bir neçə satıcının olmasıdır. Bunun nəticəsi olaraq, bazardakı hər hansı satıcının fəaliyyəti bütün digər satıcıların mənfəətlərinə güclü təsir göstərə bilər. Yəni, oliqopolistik firmalar, rəqabət aparan firmalardan fərqli olaraq, qarşılıqlı şəkildə bir-birindən asılıdırlar. Bu fəsildə məqsədimiz bu qarşılıqlı asılılığın firmaların davranışını necə formalaşdırdığını və onun dövlət siyasətinə necə təsir göstərdiyini öyrənməkdir.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin