6
UOT
HEYDƏR ƏLİYEVİN NİTQINDƏ MÜRƏKKƏB CÜMLƏLƏRDƏN İSTİFADƏ ÜSULLARI
ZAMANOV NAĞDƏLİ TAPDIQ oğlu
Azərbaycan Tibb Universiteti, dosent
e-mail:
Açar sözlər: Heydər Əliyev, nitq, nitq mədəniyyəti, mürəkkəb cümlə, tabesiz və tabeli
mürəkkəb cümlələr.
Mürəkkəb cümlələrin, o cümlədən tabeli mürəkkəb cümlələrin qrammatik təbiətinə məhz
semantik-qrammatik
mövqedən
yanaşılması
onun
quruluş
tiplərinin
daha
düzgün
müəyyənləşdirilməsini şərtləndirir (1). Buna görə də nitqin kamilliyi, zənginliyi dedikdə natiqin
böyük həcmdə aktiv söz ehtiyatına malik olması, eləcə də, morfoloji formalar və sintaktik
konstruksiyalardan yerindəcə yararlanması başa düşülür (2,3). Bu istiqamətlərdə Heydər Əliyevin
nitqində mürəkkəb cümlələrin hansı zaman və məkan kontekstində, auditoriyanın səviyyəsindən
asılı olaraq işlədilməsi dilçilik sahəsində az tədqiq olunan məsələlərdən biridir.
Professor Adil Babayevə görə fonosintaksisin əsas problemlərindən biri də mürəkkəb
cümlələr arasındakı informasiyanın qurulmasından ibarətdir.
Məlumdur ki, pauzanın böyüklüyündən, intonasiyadan asılı olaraq mürəkkəb cümlə tabeli və
tabesiz ola bilər. Pauza kiçik olduqda isə budaq cümləli tabeli mürəkkəb cümlə üstünlük təşkil
edir.
Komponentlərinin istər sintaktik-qrammatik, istərsə də məntiqi cəhətdən qarşılıqlı əlaqə və
münasibətlərinə görə mürəkkəb cümlələri iki qrupa bölmək olar (4):
1.
Tabesiz mürəkkəb cümlələr
2.
Tabeli mürəkkəb cümlələr
Bərabər hüquqlu sadə cümlələrin birləşməsindən yaranan mürəkkəb cümlələrlə tabesiz
mürəkkəb cümlələrin tərkib hissələri arasında, əsasən, aşağıdakı məna əlaqələri olur:
1.
Zaman əlaqəsi
2.
Ardıcıllıq əlaqəsi
3.
Səbəb-nəticə əlaqəsi
4.
Aydınlaşdırma əlaqəsi
5.
Qarşılaşdırma əlaqəsi
6.
Bölüşdürmə əlaqəsi
Müasir Azərbaycan dilində, eləcə də türk dilli xalqların dilçılərinin bu gün mühüm əhəmiyyət
verdikləri bir məsələ də dilçilikdə mürəkkəb cümlədir: “Sintaksislə məşğul olan alimlər belə
nəticəyə gəlmişlər ki, tabeli mürəkkəb konstruksiyanın hissələri məna və intonasiya bitkinliyinə
görə müstəqil işlənən cümlələrdən təbii olaraq fərqlənsə də, cümləyə xas əsas əlamətləri mühafizə
edib saxlayır ”(5).
Azərbaycan dilinin zəngin ifadəlilik imkanlarını özündə əks etdirən, geniş, əhatəli məzmuna
və quruluş xüsusiyyətlərinə malik mürəkkəb cümlələr bədii fikrin estetik tələblərə müvafiq ifadəsini
şərtləndirən amillərdəndir (6).
Məntiqi ardıcıllığın bütün nitqlərinə hakim kəsildiyi Heydər Əliyevin dilində ardıcıllıq əlaqəli
tabesiz bağlayıcılı mürəkkəb cümlələr heç də az işlənmir: “Mən sizi səmimi qəlbdən salamlayıram
və yazıçılar qurultayının işinin müvəffəqiyyətlə getməsi münasibətilə sizi ürəkdən təbrik edirəm”
(7.XIIIc.s.97).
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
7
Başqa bir çıxışında intonasiya ilə müşahidə olunan tabesiz mürəkkəb cümlə işlədilir: “Mən
inşaat işləri aparılan yerlərə gedirdim, çox vaxt keyfiyyətin aşağı olması ilə əlaqədar ən ciddi
tədbirlər görürüdüm” (7.XIIIc.s.204).
Tabesiz mürəkkəb cümlənin komponentləri bir-biri ilə semantik(məna əlaqələri), qrammatik
(bağlayıcılar, işarə əvəzlikləri, mənsubiyyət şkilçiləri və s.) və fonetik (vahid intonasiya və s.)
vasitələrlə əlaqələnir.
Heydər Əliyevin nitqində işlədilən tabesiz mürəkkəb cümlə konstruksiyaları göstərilən
qanunauyğunluqlar əsasında formalaşsa da bir çox özünəməxsusluqlarla zəngindir. Bunların hər
birinin xüsusiyyətlərinə nəzər salaq:
Zaman əlaqəli tabesiz mürəkkəb cümlə. Bu tip cümlələr böyük natiqin məişət üslublu
söhbətləri üçün daha xarakterikdir: “Ailə öz övladını əsgərliyə göndərəndə məclis qururdu, onu
təntənə ilə yola salırdı, ona xeyir-dua, sədaqətlə xidmət etmək nəsihəti verirdi” (7.VIIIc.s.390).
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr.
Bu tip mürəkkəb cümlələrdə hadisələr eyni zamanda baş verir: “İndi bu məsələ bütün
dünyanın işgüzar dairələrinin diqqət mərkəzindədir və Xəzər dənizinin energetika ehtiyyatları
dünyanın bütün ölkələrinin diqqətini cəlb edir” (7.XIIc.s.255).
“İndi” sadə zaman zərfi ilə cümlənin başlaması indiki zamanda cərəyan edən ictimai-siyasi
hadisələri auditriyalara çatdırmaqda mühümdür.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən
hadisələr sadalanır.
Heydər Əliyevin zaman əlaqəli tabesiz mürəkkəb cümlələri iştirak bağlayıcıları ən çox “həm”,
“həm də”-nin köməyi ilə həyata keçirilir: “Bu münaqişələr nəinki müstəqil dövlətlərin inkişafını
ləngidir, hələ möhkəmlənməmiş demokratik cəmiyyətlərin varlığı üçün birbaşa təhlükə doğurur,
həm də bütün dünyada sülh və təhlükəsizlik üçün qorxu yaradır”.
Yuxarıdakı tabesiz mürəkkəb cümlə həm bağlayıcısız, həm də bağlayıcılı özünəməxsus
çalarlar qazanır.
Tabesiz mürəkkəb cümlədə sadə cümlələr həm intonasiya, həm də “və” bağlayıcısı ilə birləşir:
“Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının
tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə
şəxsiyyətləri ilə fəxr edəcəkdir” (7.VIIc.s.298).
“Və” bağlayıcısı ilə yaranan tabesiz mürəkkəb cümlələr Heydər Əliyevin nitqində müxtəlif
çeşidli auditoriyalarda işlədilir: “Mən sizi bir daha salamlayıram və Azərbaycan ilə öz ölkələriniz
arasındakı əlaqələrin inkişaf etməsi üçün sizdən daha böyük səylər göstərməyinizi xahiş edirəm”
(7.IXc.s.285).
Tabesiz mürəkkəb cümlələrin bir qismidə onu əmələ gətirən sadə cümlələr yalnız intonasiya
ilə bir-birinə bağlanır. Burada ardıcıllıq məna növündən istifadə olunmuşdur.
Heydər Əliyevin nitqində tabesiz mürəkkəb cümlələrdə ardıcıllıq və zaman əlaqələrini bəzən
ayırmaq çətin olur: “Mən xalqın dəvəti və iradəsi ilə o vaxt Bakıya gəldim, Azərbaycandakı bu ağır
vəziyyəti aradan qaldırmaq üçün fəaliyyətə başladım” (7.IIc.s.282).
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə qətiyyət bu ardıcıllığa hopur: “Biz bütün bu
təbəqələrdən olan insanların yaşayışını nəzarət altında saxlamalıyıq, onların hər birinin sosial
təminatını günü-gündən yaxşılaşdırmağa çalışmalıyıq” (7.XIIIc.s.210).
Heydər Əliyevin nitqlərində mürəkkəb kompozisiyalı tabesiz mürəkkəb cümlələrə təsadüf
edilir: “Biz Azərbaycan neftçilərinin əmək fəaliyyəti, qəhrəmanlığı ilə, ağlı, zəkası, iş təcrübəsi,
fədakarlığı ilə həmişə fəxr etmişik və müstəqil Azərbaycanın prezidenti kimi mən də Azərbaycan
neftçilərinin həm tarixi keçmişi, həm də bugünkü fədakar, qəhrəman əməyi ilə fəxr edirəm”
(7.IIc.s.150). Bu nümunədə “və” birləşdirmə, eləcə də “həm”, “həm də” iştirak bağlayıcılarının
köməyi ilə üç cümlə işlənmişdir. Azərbaycan neftçilərinin qiyməti sinonim cərgələrlə- “ağıl,
Zamanov N.T.
8
zəka”, “fədakarlıq, qəhrəmanlıq”-auditoriyaya ünvanlanır. Bu böyük cümlə bağlayıcılarla,
sinonimlərlə bəzənərək auditoriyanı növbəti nitq mərhələsinə hazırlayır.
“Naxçıvanın çox sərt iqlimi var, qışda güclü şaxta olur” (7.IIc.s.154). İntonasiya ilə ayrılan
mürəkkəb cümlə tipi.
“Həm Azərbaycanın daxilində, həm ölkəmizin xaricində olan, Azərbaycandan qaçmış, indi
burada təxribat aparmaq istyən qüvvələr, həm də Azərbaycanın daxilində onlarla əlbir olan
qüvvələr, onların himayəsi altında olan qüvvələr bilsinlər onların hamısı xalq qarşısında cavab
verəcəklər” (7.IIc.s.379).
Bu tip cümlələrdə Heydər Əliyev “yəni aydınlaşdırma bildirən bağlayıcısından
müvəfəqiyyətlə istifadə edir: “Əlbəttə, hər bir faydalı fikirdən, hər bir faydalı rəy və təklifdən
istifadə edəcəyik, Yəni Azərbaycanın hər bir sahibkarı özünü respublika iqtisadiyyatının bir hissəsi
bilməli və ökənin iqtisadi tərəqqisi üçün səylər göstərməlidir” (7.IIc.s.313).
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr çox vaxt iştirak bağlayıcılı olur: “45 il bundan
öncə, 1949-cu ilin sonunda-noyabr ayında həm Azərbaycan neftinin tarixində, həm də tam
qətiyyətlə demək olar ki, dünya neft sənayesinin tariində ilk dəfə Azərbaycan neftçiləri dənizdən
yanacaq çıxarmağa başlamışlar, neft fantan vurmuşdur” (7.IIc.s.150).
Heydər Əliyev nitqində “beləliklə” yekunlaşdırıcı modal sözlə tabesiz mürəkkəb cümlənin
“və” bağlayıcı ilə özünü göstərir: “Beləliklə, Azərbaycan altı ildir dövlət müstəqilliyi şəraitində
yaşayır və belə bir böyük xarici təcavüz nəticəsində ölkəmiz çətin vəziyyətə düşmüşdür”
(7.IXc.s.315).
“Hamınız şəxsi işlərlə məşğul ola bilirsiniz, lakin mədəniyyətimizin belə bir incisi bu günə
düşmüşdür ” (7.IIc.s.101).
Mürəkkəb cümlənin inkişafı mərhələlərində tabeli mürəkkəb cümlələr tabesiz mürəkkəb
cümlələrə nisbətən kəmiyyətcə çoxluq təşkil etmişdir. Çünki təfəkkürün inkişaf prosesi tabesiz
mürəkkəb cümlələrin semantikasında səciyyələnən cəhətlə: nəyin isə təsdiqi və ya inkarı,
qarşılaşdırılması, müqayisəsi, nəticəsi ilə kifayətlənə bilməzdi; bu zaman həm də tabeli mürəkkəb
cümlələrin yaranması zərurətə çevrilir ki, burada məsələnin şərti, səbəb-nəticə əlaqəsi, zamanı,
məkanı göstərilərək bu irəli sürülən səciyyə ilə əlaqədar ümumiləşmiş fikir söyləməyə də imkan
yaranır.(8)
Böyük natiqin nitqlərində tabeli mürəkkəb cümlənin müxtəlif növləri ardıcıl şəkildə
düzülərək, fikirlərin dolğun şəkildə şüurlara çatdırılması yolunda mühüm vasitəyə çevrilir: “Amma
bir halda, əgər dünyada 40 milyon azərbaycanlı yaşayırsa, onlar azərbaycanlı adı daşıyırlarsa,
onlarda azərbaycanlı qəlbi, qanı varsa, bu, hamımızın fəxridir. Mən demirəm ki, bu 40 milyon
azərbaycanlının hamısı bir yerə yığışsın, bu heç də lazım deyil. Ancaq hamısının qəlbi, fikri,
gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa əlbəttə ki, respublikamız da öz
müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər və ölkəmizin
hüdudlarından kənarda yaşayan soydaşlarımız bundan da yaxşı həm yaşaya, həm işləyə, həm də
Vətənimiz, xalqımız üçün çox işlər görə bilərlər. Ona görə də, birlik adi bir şey deyil. Bəzən bu
“birlik” sözünü o qədər işlədirlər ki, o, hörmətdən düşür. Çünki elə hər bir adam deyir ki, birlik
olsun. Mən Azərbaycan prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək
respublikamıza başçılıq edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu
günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir
olması vacibdir” (7.VIIIc.s.17).
“Əgər” şərt bağlayıcısı və -sa(4) şəkilçisi ilə bağlanan şərt budaq cümləli tabeli mürəkkəb
cümlə ilə başlanan yuxarıdakı nitq parçası sonda mübtəda budaq cümləli tabeli mürəkkəb cümlənin
köməyi ilə diaspor nümayəndələrini səfərbər edir. Şərt budaq cümləli tabeli mürəkkəb cümlə ilə
diaspor nümayəndələri “xalqımız üçün”, “vətənimiz üçün” ciddi işlər görməyə dəvət olunurlar.
Azərbaycan diasporu qarşısında qoyulan “birlik” ideyası məqsəd (ona görə də), kəmiyyət (o qədər)
və mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrlə yekunlaşır.
Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən istifadə üsulları
9
M. Hüseynzadə fel formalarından bəhs edərkən –sa, -sə şəkılçiləri ilə əmələ gələn şərt
şəklinin o biri şəkillərdən fərqli olaraq yalnız tabeli mürəkkəb cümlələrdə işləndiyini və bir qayda
olaraq budaq cümlələri baş cümləyə bağladığını göstərmişdir.
Heydər Əliyevin nitqlərinin əsasını elmi üslub təşkil edir ki, bu üslub mürəkkəb cümlələr
üzərində qurulur. Böyük natiqin çıxışlarında səbəb və şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
daha fəal müşahidə olunur. Bunlar Heydər Əliyevin hadisələri əsaslandırma meylindən irəli gəlir.
Klassiklərin yaradıcılığında şərt budaq cümlələrinin araşdırılması ilə Heydər Əliyevin
nitqindəki mürəkkəb cümlələrin müqayisəsi müasir Azərbaycan dili ilə qədim dilimiz arasındakı
varisliyin-dil tariximizin öyrənilməsi baxımından çox mühümdür. İlkin Quliyevə görə(3) XİV əsrdə
yaşayıb-yaratmış Qazi Bürhanəddinin divanında şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin üç
tipi ayırd olunur: 1) Sintetik şərt budaq cümlələri;
Ol dilbəri-ziba yenə bir naza düşərsə,
Tən etmə, saçunda könülüm aza düşərsə.
2) Analitik şərt budaq cümlələri; Şairin dilində işlənmiş bu tip budaq cümlələr əgər//gər, əgərçi,
şimdi ki bağlayıcısı, “ki” ədatı vasitəsi ilə baş cümləyə bağlanmışdır:
Şəha, xəttin yazar gül səfhəsində
Əgər bir nöqtə şərhindən yazaram.
Elə buradaca “əgər” bağlayıcısının ədəbi dilimizdə rolunun azalmasını qeyd edənlərin
əksinə olaraq Heydər Əliyevin dilində bu nitq hissəsinin zənginliyinin şahidi oluruq.
3) Analitik-sintetik şərt budaq cümlələri; Bu tip cümlələr əgər//gər bağlayıcısı və -sa, -sə
şəkilçisinin və ya “isə” köməkçi sözünün birgə işlənməsi ilə formalaşmışdır:
Gər derlər isə ki, gözüm özgəyi görəsin,
İnanmagil ol sözə ki, düşmən xəbəridir.
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrdə bir çox hallarda böyük natiqin
nitqində budaq cümlənin xəbərində -sa,-sə şəkilçiləri olur: “Kim qəbul imtahanlarından keçə bilirsə,
o da ali məktəb tələbəsi olur” (7.IIc.s.103).
“Kim isə hesab edir ki, iqtisadi islahatları bir günə, iki günə, bir aya, iki aya, üç aya həyata
keçirmək, ondan istədiyimiz nəticəni əldə etmək olar” (7.IIc.s.489).
Xəbər budaq cümləsi baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan xəbəri izah edib
aydınlaşdırır. Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində xəbərin yerində,
odur, budur, elədir, belədir, o idi, bu idi, elə idi, belə idi, o oldu, bu oldu, buradadır, oradadır, onun
üçündür, bunun üçündür, ona görədir, buna görədir, ondan ötrüdür, bundan ötrüdür, ondan ibarətdir
və s. kimi söz və ifadələr-qəlib sözlər işlənir.
Heydər Əliyevin nitqlərində aydınlaşdırmaq, izah etmək xarakterikdir: “Sevindirici hal odur
ki, artıq Azərbaycanda dağıdıcı, pozucu proseslərə son qoyuılubdur”(7.XIIIc.s.202).
Bu tip cümlələrdə auditoriya böyük natiqin “odur ki” ifadəsini eşidərkən özü-özünə
“nədir” sualını verir və növbəti budaq cümlənin köməyi ilə cavab alır.
“Digər böyük nəaliyyət də odur ki, artıq üç ildir hərbi əməliyyatlar yoxdur, qan tökülmür”
(7.IXc.s.105).
“Dövləti hüquqi, əsl demokratik dövlət etmək üçün qanunlar, digər tədbirlər gərəkdir. Odur
ki, biz bu yolla gedirik” (7.IXc.s.103).
Heydər Əliyevin nitqlərində çox vaxt şərt bağlayıcısı və -sa şəkilçisi ilə bağlanan şərt budaq
cümləli tabeli mürəkkəb cümlənin ardınca xəbər budaq cümləli tabeli mürəkkəb cümlə gəlir: “Əgər
ideya gerçəkliyə uyğun gəlmirsə, bu hələo demək deyil ki, ideya düzgün deyil. Odur ki, bütün
dövlətlər, təşkilatlar və insanlar hərəsi öz səviyyəsində sülhün bərqərar olmasına və onun qorunub
saxlanmasına çalışmalıdırlar”(7.XIIc.s.149).
Xəbər budaq cümləli tabeli mürəkkəb tabeli mürəkkəb cümlələrdə böyük natiq auditoriyanı
“odur ki” ifadəsi məlumatlandırır: “Bu jurnalın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bizim
Zamanov N.T.
10
çoxlarımızın həyatımızda olan,bəzən görmədiyimiz gözəl hadisələri gedir tapır, çıxarır, öz
səhifələrində göstərir” (7.XIIIc.s.222).
“Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə Cümhuriyyətinin mükafatıdır”
(7.IXc.s.280).
Xəbər budaq cüməli tabeli mürəkkəb cümlələrdə “odur ki” budaq cümləsi böyük natiqin
nitqində özünə yer alır: “Odur ki, biz bunu müdafiə etməli, tətbiq etməli və daha da səmərəli şəklə
salmalıyıq” (IIc.s.105). “Odur ki” ifadəsi əksər təsadüflərdə yekunlaşdırmaq məqamlarında işlədilir:
“Odur ki, bu tədbirlərimiz paralel surətdə həyata keçirilməlidir” (7.IIc.s.116).
Bəzən auditoriya tərəfindən ritorik sual təkin qavranıla biləcək xəbər budaq cümləli tabeli
mürəkkəb cümlələr Heydər Əliyevin nitqlərində qüvvətləndirici ədatlarla başlayır: “Ən
sevindiricisi, önəmlisi odur ki, bu yaşayış evi , mənzillər, vətənimizin torpaqlarımızın
müdafiəsində şəhid olmuş qəhrəman insanların ailə üzvlərinə, vətənin müdafiəsində döyüşmüş,
qəhrəmanlıq göstərmiş, şikəst, əlil olmuş insanlara verilir, onlar üçün tikilmişdir” (7.XIIIc.s.203).
“Xoşbəxtlik odur ki, insan 70 yaşında vəfat edib, amma 30 il də ondan sonra yaşayır”
(VIIc.s.259).
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlə bir sıra hallarda böyük natiqin ritorik
suallarına verilən cavablar kimi dəyərləndirilir: “İnsanın xöşbəxtliyi nədir?”(VIIc.s.259).
Tamamlıq budaq cümləsi ya baş cümlədə əvəzliklə ifadə olunmuş tamamlığı izah edir, ya
da baş cümlədə olmayan tamalığın vəzifəsini yerinə yetirir.
Heydər Əliyevin nitqlərinə izahediciliyin hakim olduğunu nəzərə alsaq yuxarıdakı tərifin
birinci hissəsinə daha çox təsadüf edirik (tamamlığı, izah edir): “Məlumat üçün bildirmək istəyirəm
ki, Yaponiya artıq bizim iki böyük neft müqaviləmizdə iştirak edir və Azərbaycanın neft
sənayesinin inkişafına investisiya qoyur” (7.XIc.s.258).
“Güman edirəm ki” ifadəsi ilə yanaşı “ümidvaram ki” ifadəsi də auditoriyanı nikbin bir
əhval-ruhiyyəyə kökləyir: “Ümidvaram ki, müharibəyə son qoyulacaq, torpaqlarımız tamailə azad
edilərək ölkəmizin bütövlüyü təmin olunacaq və biz bu qələbəni sizinlə birlikdə bayram edəcəyik”
(7.IIc.s.186).
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədə baş cümlədə “mən tələb edirəm ki”
ifadəsi qətiyyətli dövlət başçısının nitqləri üçün xarakterikdir: “Mən tələb edirəm ki, Nazirlər
Kabineti, nazirlər-xüsusən iqtisadiyyat, maliyyə nazirləri və bu sahə ilə məşğul olan digər
nazirlər, banklar, xüsusən Milli Bank fərmanın müddəlarının yerinə yetirilməsi üçün təcili, konkret
tədbirlər görsünlər, yerinə yetirilməmiş tədbirləri qısa müddətdə həyata keçirək və onların
nəticəsini əldə edək” (7.IIc.s.163).
Nitqin ekspressivliyini yüksəltmək məqsədi ilə istifadə olunan təkrarlar tamamlıq budaq
cümlənin baş cümlələrində də özünü biruzə verir: “Mən əminəm ki, xalqımız, ölkəmiz arasında
dostluq, qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir. Sizi əmin edirəm ki, biz.
Azərbaycan xalqı və Azərbaycan prezidenti kimi mən bu dostluğa, qardaşlığa daim sadiq olacağıq”
(7.IIc.s.189).
“Güman edirəm ki” baş cümləsi tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrdə
Heydər Əliyevin nikbinlik yaratmaq məqsədi güdən fikirləri özünə yer alır: “ Güman edirəm ki, bu
günkü görüşümüz öz nəticələrini verməlidir” (7.IIc.s.139).
Heydər Əliyevin nitq və çıxışlarında “güman edirəm ki” ifadəsi siyasi etikada populizmdən
uzaq durmağın ən bariz nümunəsidir. Bu ifadəni eşidən auditoriyada güman yeri qalmır və bu
ifadəni eşidənədək auditoriya necə deyərlər səfərbər olunur: “Əgər bu müqavilələrin bağlanmasına
nail olsaq, Azərbaycan neft sənayesinin yeni inkişaf dövrü başlanacaqdır. Mən buna əminəm.
Güman edirəm ki, bu sahədə və başqa sahələrdə görülən işlər yaxın vaxtlarda öz nəticəsini
verəcəkdir” (7.IIc.s.157). Auditoriya Heydər Əliyevin dilində cümlənin əvvəlindəki “güman edirəm
ki” ifadəsini yox, sonda qəti gələcək zamanda səslənən ifadələri qəbul edir: “Güman edirəm ki, bu
Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən istifadə üsulları
11
ilin axırında biz dənizdə neftçıxarmanın 45 illik yubileyini də təntənəli şəkildə qeyd edəcəyik”
(7.IIc.s.159).
Heydər Əliyevin nitqlərində işlədilən tamamlıq budaq cümləsi mürəkkəb cümlələrdə baş
cümlədə ən çox istifadə olan ifadələrdən biri də “hesab edirəm ki”dir: “Hesab edirəm ki, bu
nəsillərdə inzibati yolla getmək olmaz, lakin hər bir ölkə bu gününü və gələcəyini düşünərək lazımi
tədbirlər görməlidir” (7.IIc.s.198).
Tamalıq budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş cümlədə bir qrup ifadələr Heydər
Əliyevin nitqlərində üstünlük təşkil edir:
- “Güman edirəm ki, bu gün Təzəpir məscidinə toplaşanlar mənim Kəbədən Məkkədən gətirdiyim
“Zəmzəm” suyundan istifadə edəcəklər”(7.IIc.s.85).
- “Bir də təkrar edirəm, bütün bunları deməklə mən mətbuatın söz azadlığının əleyhinə çıxmıram”
(7.IIc.s.99).
- “Bir daha demək istəyirəm ki, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu respublikamızda
həmişə böyük ictimai xrakter daşıyan tədbir olub” (7.IIc.s.103).
“Güman edirəm ki,” baş cümləsi bəzən müşavirələrin sonuna təsadüf edərək felin vacib
şəkli ilə yekunlaşır: “Güman edirəm ki, bu günkü müzakirə lazım idi və hər kəs bundan irəli gələn
vəzifələri yerinə yetirmək üçün vacib olan işləri görməlidir” (7.IIc.s.168).
Heydər Əliyevin nitqlərində mürəkkəb kompozisiyalı tabeli mürəkkəb cümlələrə tez-tez
təsadüf olunur: “Tam əminəm ki, əgər biz aqrar sektorda iqtisadi islahatlar aparıb istədiyimiz
prinsipləri həyata keçiririksə, 70-80-ci illərin nailiyyətləri ilə müqayisədə daha yüksək səviyyəyə
qalxıb, insanların sərbəst istehsal ilə məşğul olması sayəsində respublikanın kənd təsərrüfatı
məhsullarına təlabatını tamamilə ödəyə bilərik və aqrar sektorda əldə olunan məhsullar
Azərbaycanın ixrac imkanlarını qat-qat artıra bilər”(7.IIc.s.585). Burada ilk növbədə biz tamamlıq
budaq cümləlı mürəkkəb cümlə + sadə cümlə tipini müşahidə edirik. İkinci növbədə isə biz
tamamlıq budaq cümləli mürəkkəb cümlədə budaq cümlənin şərt budaq cümləli tabeli mürəkkəb
cümlədən ibarət olduğu anlaşılır.
Mürəkkəb cümlələr elmi üslubun əsasını təşkil edir ki, bu üslub hələ N.Nərimanovun elmi
əsərlərində geniş yer almışdır: “ Elmi üslubda izahedici vasitələrdən biri də “yəni” bağlayıcısıdır.
N.Nərimanov bu və digər elmi fikrin bir daha anlaşıqlı olması üçün “yəni” bağlamasından istifadə
etmişdir. Məsələn, “Vərəm naxoşluğunun miqrobu əksər vəqt ağ ciyərdə olub ondan qeyri əzalarda
tapılıyor. Yəni demək istəyirüz: miqrob havada olursa nəfəs alanda həmin miqrob çəkdiyimiz
nəfəslə ağ cigərə daxil oluyor, məsəla, vərəm miqrobu”(4)
Elmi üslubun əsasını sintaktik vasitə kimi mürəkkəb cümlə təşkil edir ki, bunlar da Heydər
Əliyevin nitqlərində özünü qabarıq biruzə verir. Bir sıra müəlliflər(5) göstərir ki, elmi üslub üçün
aydın və dəqiq sintaksis mühümdür ki, burada da sözlərin ciddi məntiqi ardıcıllıq əsasında müəyyən
sırasının mühafizəsi əsas şərtdir. Elmi üslubun ən mühüm cəhəti ondan ibarətdir ki, burada
inversiyaya yol verilmir. Çünki bu üslubun morfoloji və leksik formaları kimi sintaktik formaları da
ekspressivlik yaratmağa xidmət etmir(6)
Heydər Əliyevin nitqində isə mürəkkəb cümlələr əsasında qurulan elmi üslublu çıxışlar
ekspressivlik yaratmaq baxımından öyrənilməyə layiqdir.
Dostları ilə paylaş: |