Zeynəddin Hacıyev
F Ə L S Ə F Ə
ALI MƏKTƏBLƏR ÜÇÜN
DƏRSLIK
Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmi-
şdir.
BAKI - 2001
2
Elmi redaktor:
H.R.IMANOV
,
fəlsəfə elmləri doktoru, professor.
Rə'yçilər:
A.M.ŞÜKÜROV
,
fəlsəfə elmləri doktoru, professor.
A.A.RƏHIMOV
,
fəlsəfə elmləri doktoru, professor.
Təhsil nazirliyi tərəfindən təsdiq edilmiş ən yeni proqram
əsasında yazılmış dərslikdə fəlsəfənin bütün mövzuları sistemli şərh
olunur. Totalitar rejimdən açıq, demokratik cəmiyyətə keçid dövrünün
sosial-fəlsəfi təhlilinə geniş yer verilir. Dərslik ali məktəb tələbələri və
aspirantlar üçün nəzərdə tutulmuşdur. Ondan həm də müəllimlər, elmi
işçilər və fəlsəfəni müstəqil öyrənənlər istifadə edə bilərlər.
3
G I R I Ş
Müasir həyat cəmiyyətin hər bir üzvündən, xüsusən də gənclərdən
təbiətin və sosial reallığın sirrlərinə dərindən bələd olmağı tə‟kidlə tələb
edir. Insanın dünyada yeri, həyatının mə‟nası, daxili mə‟nəvi aləmi ilə
bağlı nəzəri məsələlərə nüfuz etmək də eyni dərəcədə zəruridir. Həmin
vəzifələrin həlli fəlsəfə ilə ayrılmazdır Yalnız fəlsəfi dünyagörüşünə
yiyələnməklə dünya binasının quruluşu haqqında, sosial inkişaf, onun
qanunauyğunluqları və təfəkkür, prosesləri haqqında həqiqi biliklər əldə
etmək mümkündür.
Deyilənlər sübut edir ki, fəlsəfəni öyrənmək hər bir insan üçün
həyati əhəmiyyətə malikdir. Hazırda fəlsəfəyə diqqət həm də ona görə
artmalıdır ki, yaxın keçmişə qədər bu sahədə çox ciddi nöqsan və əyintilər
baş vermişdir. Sovet rejimi dövründə fəlsəfənin tədrisində ehkamçılıq
hökm sürürdü. Bu, fəlsəfənin reallıq ilə əlaqəsini heçə endirirdi. Ən
təhlükəlisi odur ki, ehkamçılıq insanların dünya baxışında və dünyanı
anlamasında avtoritarizm, vahid inhisar ideyası aşılayırdı. Nəticədə
fəlsəfənin yaradıcı ruhu öldürülürdü. O rəsmi sənədləri, çağırış və rə‟yləri
təbliğ etmə vasitəsinə çevrilmişdi. Belə düşüncə tərzi ideyaların
çoxvariantlılığına və demokratizminə yol vermirdi. Digər tərəfdən həyat
həqiqətlərini özünün bütün ziddiyyətliliyi, dolğunluğu və çalarları ilə
öyrənmək əvəzinə çoxdan sübut olunmuş, mə‟lum məsələlər dönə- dönə
təkrar olunurdu. Sonra, utopizmə qapılmış marksist fəlsəfə gerçəkliyi
təhrif edir, onu zorla irəlicədən müəyyən olunmuş uydurma kommunizm
idealına doğru hərəkət etdirməyə cəhd göstərirdi. Əslində isə ictimai
inkişafın məntiqi idealdan həyata deyil, əksinə həyatdan ideala doğru
getməyi tələb edir. Sosial həyatda volyuntarizm hökm sürürdü. Bu isə el-
mi fəaliyyətə və biliklərin yayılmasına güc metodlarının tətbiqi ilə
səciyyələnir. Belə şəraitdə nəzəri fəaliyyət azadfikirlilikdən, yaradıcı
həqiqət axtarışlarından məhrum olur. Yetmiş ildən artıq davam etmiş sub-
yektivist idarəçilik stili də fəlsəfəyə ciddi zərbə vurmuşdur. Onun başlıca
təzahürü ictimai fəaliyyətdə, qarşıya məqsəd qoyularkən və onun həlli
üçün vasitələr müəyyən edilərkən real vəziyyətin, obyektiv amillərin
nəzərə alınmamasıdır. Bu, tarixi prosesin gedişinə əsassız və
məs‟uliyyətsiz müdaxilə edilməsinə gətirib çıxartmışdı.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ictimai həyatın
bütün sahələrində olduğu kimi elmi- nəzəri fəaliyyətdə və təhsil
sistemində də keyfiyyətcə yeni şərait yaranmaqdadır. Bu real zəminə
əsaslanmaqla fəlsəfənin tədqiqi və tədrisi işində prinsipcə yeni vəzifələri
irəli sürmək və həll etmək lazım gəlir. Söhbət hər şeydən əvvəl fəlsəfənin
real həyat ilə itirilmiş əlaqələrini bərpa etməkdən gedir. Bunun üçün
4
fəlsəfənin ümumi, nəzəri müddəalar və anlayışlar çərçivəsində məhdudlaş-
dırılmasına yol verilməməli, onun empirik bazası möhkəmləndirilməlidir.
Unutmaq olmaz ki, nəzəriyyənin gerçəklik ilə uyğunlaşdırılması fəlsəfənin
inkişafının əsas xəttidir. Yalnız bu yol ilə fəlsəfə spesifik bilik sahəsi kimi
özünün cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirə bilər. Ikin-
ci mühüm vəzifə, bütövlükdə cəmiyyətdə və elmi- nəzəri fəaliyyət
sferasında qərəzsiz elmi axtarışları və həqiqətin aşkar edilməsini tə‟min
edən demokratik şəraitin yaradılmasıdır. Qeyd edək ki, müstəqillik əldə
etdikdən sonra ölkəmizdə bu münasibətdə ciddi irəliləyişlər baş vermişdir.
Lakin onları gələcəkdə də ardıcıl olaraq həyata keçirmək zəruridir.
Nəhayət, fəlsəfənin insana (şəxsiyyət mə‟nasında) doğru həqiqi dönüşü
tə‟min olunmalıdır. Mə‟lumdur ki, totalitar rejimin hökmranlığı illərində
insan mücərrədləşdirilirdi. Yə‟ni hər bir fərdin özünəməxsus, təkrar olun-
maz keyfiyyətlərinə məhəl qoyulmurdu. Beləliklə də insan subyektinin
şəxssizləşməsi (şəxsi simasını itirməsi) adlanan təhlükə özünü göstərirdi.
Fəlsəfə bütövlükdə cəmiyyətin, yaxud da müəyyən sosial qrupun orta he-
sabla götürülmüş nümayəndəsinə müraciət edirdi. Müasir reallıq
özünəməxsus keyfiyyətləri, tələbatı, həyəcanları və imkanları olan insanı
ön planda götürməyi, onun şəxsiyyətinin ümumi içərisində əriyib
getməsinə yol verməməyi tələb edir.
Son vaxtlar Azərbaycanda milli təhsil konsepsiyasının həyata
keçirilməsi fonunda fəlsəfənin tədrisi yaxşılaşmaqdadır. Onun məzmunu
təkmilləşir və yeniləşir. Bir sıra dərslik və dərs vəsaitləri çap olunmuşdur.
Əlbəttə onlar çox faydalıdır. Bununla yanaşı göstərilməlidir ki, əvvəla,
onların heç də hamısı marksist fəlsəfənin ehkamçı tə‟sirindən tam azad
deyildir (xüsusən də sosial fəlsəfəyə aid mövzularda). Digər tərəfdən nəşr
olunmuş kitablar əksərən beşillik tədris proqramı üçün nəzərdə tutulduğ-
undan bakalavr hazırlığı pilləsi üçün qoyulan tələbləri ödəmir. Sonra, latın
əlifbasına keçilməsindən xeyli müddət ötməsinə baxmayaraq, onların
hamısı kiril qrafikasındadır. Bu da nəzərə alınmalıdır ki, son illərdə
ölkəmizin ictimai həyatı burada gedən proseslərin yüksək dinamizmi və
intensivliyi ilə səciyyələnir. Söhbət açıq cəmiyyətə keçid prosesində
formalaşmaqda olan bazar münasibətlərinin, azad rəqabətin və
sahibkarlığın
inkişafından,
cəmiyyətin
bütün
sferalarında
demokratikləşmənin dərinləşməsindən gedir. Bu deyilənlərə heç şübhəsiz,
hüquqi dövlət quruculuğu yolunda atılan əhəmiyyətli addımlar da əlavə
edilməlidir. Nəhayət, xarici siyasət sahəsində qazanılmış uğurlar
nəticəsində Azərbaycanın dünya birliyi ölkələri ilə iqtisadi və mədəni
inteqrasiyası sür‟ətlənir, xalqımızın qərb və şərq sivilizasiyalarına
qovuşması intensivləşir. Bu prosesdə milli mə‟nəvi dəyərlər ilə
ümumbəşəri dəyərlərin dialektik vəhdəti daha da möhkəmlənir.
5
Yuxarıda deyilənlər sübut edir ki, ictimai həyatda və beynəlxalq
miqyasda baş verən əsaslı dəyişikliklərin fəlsəfi mə‟nalandırılması və
ümumiləşdirilməsi zərurəti indi əvvəlki dövrlərdə olduğundan daha kəskin
şəkildə qarşıya çıxır. Bütün bu və digər mülahizələr müəllifi uzun illər
ərzində ali məktəbdə fəlsəfənin tədrisində topladığı təcrübəni
ümumiləşdirməklə, müasir reallığın tələblərini ödəyə biləcək dərslik
yazmağa sövq etmişdir. Qarşıya qoyduğumuz məqsədə nə dərəcədə nail
olduğumuzu söyləmək oxucunun səlahiyyətindədir. Biz isə hər cür təklif
və iradlara əvvəlcədən təşəkkürümüzü bildirməklə kifayətlənirik.
6
Dostları ilə paylaş: |