MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
  1   2   3   4   5   6   7   8   9   ...   18
Toplu QQM



MÜHAZİRƏ 1. INTELLEKT SİSTEMLƏRİNİN KOMPONENTLƏRİNİN 

MÜVAFİQ QURULUŞU

 

 

 

Intellekt sistemlərinin komponentlərinin müvafiq quruluş, xüsusiyyət və funksiyalarına 



görə,  əsasən  də  istehsal  özəlliklərinə  görə  mühəndislik  prinsipləri  üzrə  müəyyən  edilir  və 

istiqamətləndirilir.  Bu  prinsiplərin  formalaşmasına  müəyyən  dərəcədə  tədqiqat  sahəsinin 

özünəməxsus təsiri var ki, bu da həll edilən  məsələ və funksiyaların xarakterini intellektual 

sistemlərə həvalə edir. İntellektual sistemlərin ümumiləşmiş quruluşu istehsalın tədqiqat sahəsi 

üçün  nəzərdən  keçirilir.  Yuxarıda  qeyd  edildiyi  kimi  istehsal  müəssisələrində  iqtisadi 

fəaliyyətin çoxlu sayda həlli tələb olunan məsələləri vardır. 

 

 

 



 Sistemin  inteqrasiyası  probleminin  uğurlu  həlli  və  istehsalın  avtomatlaşdırılmış  idarə 

edilməsi  müxtəlif  səviyyədə  onların  intellektuallaşdırılması  ilə  bağlıdır.  Avtomatlaşdırılmış 

istehsalın əsas funksional və təşkilati hissələrinə layihələşdirmə, planlaşdırma, istehsalın təşkili 

və dispetçerləşdirməsi, texnoloji proseslərin idarə olunması, diaqnozun təyin olunması və çevik 

törəmə sistemlərində texnoloji hissələrin robotlaşdırılması aiddir.

 

 



 

 Yerinə  yetirdiyi  funksiyaların  xarakterinə  və  fəaliyyət  sahəsinə  görə  ekspertlərin  bir 

neçə tipik vəzifəsi vardır. Onların analizi biliklərə əsaslanan törəmə sistemlərinin layihəsində 

istiqamətlənməyə  xidmət  edir.  Bu  vəzifələr  bunlardır:  izahat  (interpretasiya),  planlaşdırma, 

idarəetmə, layihələşdirmə, proqnozlaşdırma, dispetçerləşdirmə və monitorinq, diaqnostika. Ən 

əsası  ekspert  öz  biliklərini  yeniləşdirə  (yəni,  öyrənə),  hərəkətləri  izah  edə  bilə,  qərarları 

əsaslandıra, vəziyyətin dəyişməsini proqnozlaşdıra, xarici mühitlə fəal əlaqədə olub müxtəlif 

xarakterli  informasiya  ala,  bilikləri  əsasında  tapşırıq  həll  edə,  lazım  olan  informasiya  və 

faktoqrafik verilənləri yadda saxlaya bilər. Ona görə də öz bilikləri ilə işləyən və  müəyyən 

mənada  eksperti  əvəz  edən  və  ya  ona  kömək  edən  sistem  yaratmaq  istəyiriksə  bütün  bu 

sadaladığımız  funksiyaları  sözügüdən  sistemin  quruluşuna  daxil  etməyə  cəhd  etməliyik. 

Aşağıdakı şəkildə (şəkil 1) intellektual sistemlərin ümumiləşdirilmiş quruluşu, komponentləri 

və əlbəttə ki, onu əhatə edən mühit verilmişdir. Bütün bu komponentlərlə yanaşı vacib, biliklərə 

əsaslanan,  mövcudluğu  konkret  məsələlərlə  müəyyən  olunan  hər  bir  sistem  üçün  müxtəlif 

vəzifələr  təyin  edilir.  Nəticə  etibarı  ilə  vəzifənin  xarakteri  sistemin  layihəsinə  əhəmiyyətli 

dərəcədə təsir edə bilər.

 

Hər  bir  idarə  edən  sistem  üçün  BB  və  ona  uyğun,  biliklərlə  işləyən  çıxış  mexanizmi 



lazımdır. Adətən intellektual sistemlər son istifadəçi ilə, ekspertlə, bilik mühəndisi ilə, daxili 

verilənlər bazası (VB) ilə və tətbiqi proqram təminatı ilə qarşılıqlı əlaqədə olurlar.

 



 

Şəkil 1. İntellektual sistemlərin quruluşu

 

 

 



İstifadəçi intefeysi məhdud təbii dildə danışığın daxil edilməsi və həm də vizual təqdimatla 

(qrafika,  texniki  görmə)  əlaqəni  təmin  edir.  İstifadəçi  qismində  insan-operator  və  ya  qapalı 

dövri  əməliyyatlarda  istehsal  prosesinin  özü  çıxış  edə  bilər.  Bir  çox  istehsal  prosesində 

verilənlərin avtomatik qəbulu və emalı, həm də idarəetmə üzrə əks əlaqə vasitələri lazım olur. 

Bilik  mühəndisi  ilə  intellektual  sistemlər  adətən  BB-nin  komponentlərini  almağa  və 

modifikasiya etməyə icazə verən quruluş redaktorların köməyi ilə əlaqələndirilir.

 

Intellektual sistemlərin tətbiqi proqram təminatı ilə qarşılıqlı əlaqəsi xüsusi hesablamalar 



vaxtı hiss olunur. Belə ki, verilənlərin emalı üzrə standart əməliyyatların altməsələ qismində 

istifadə edilmə məcburiyyəti tez-tez yaranır. 

İntellektual sistemlərin inteqrə olunmuş istehsal idarəetmə sistemi, İnternet və paylanmış VB 

ilə  əlaqəsi  verilənlər  və  biliklərin  alınması,  idarəetmənin  müxtəlif  ierarxiyalarına 

yerləşdirilməsi üçün istifadə olunur. Bundan əlavə daxili VB və İnternet ilə qarşılıqlı əlaqəni 

təşkil edir.

 

Adətən istehsalın idarə edilməsi məsələlərində ekspert tərəfindən biliklərin üç səviyyəsindən 



istifadə  edilir:  reflektiv,  yəni  qeyri-iradi  reaksiyaların  səthi  biliklərinə  uyğun  “qabiliyyət”; 

standart  mühakimə  halları  üçün  qaydalar;  qeyri-adi  və  çətin  hallar  üçün  qaydalara  deyil, 

konkret prinsiplərə əsaslanan dərin biliklər. BB-nin layihələşdirilməsi zamanı intellektin dərin 

bilikləri hesaba alması cəhdi vacibdir.

 



İntellektual sistemlərin layihələşdirilməsin və onların arxitekturasının seçilməsində sadəcə 

mövcud istehsal obyektini qiymətləndirən müstəqil proqram təminatı hazırlamaq lazım deyil. 

İntellektual sistemlərin prosesin müxtəlif elementlərinə yaxınlaşmasına, idarəetmə və 

təşkilatın texnoloji zəncirin əsas həlqəsi kimi çıxış etməsinə cəhd etmək lazımdır. 

İntellektual  sistemlərin  yaradılması  zamanı  tədqiqat  sahəsi  haqqında  biliklərin  təqdim 

olunma üsulu və insanın xəyalının modelləşdirilməsi, düşüncə metodları və qərar qəbulunda 

seçimlər mühüm əhəmiyyət kəsb edir. İntellektual sistemin yaradıcısı (biliklər mühəndisi) uzun 

müddət BB-nin yaradılması üçün informasiya mənbəyi rolunu oynayan mütəxəssis-ekspert ilə 

həmin sahə üzrə birgə işləyir. Bir neçə iterasiya (təkrar) nəticəsində sistemdə biliklərin təqdim 

olunma sxemi və məntiqi çıxarış strategiyası seçilir.

 

 

 



 Biliklərin  BB-da  qurulması  və  çıxış  mexanizminin,  düşüncələrin  və  seçimin  təşkili 

problemlərindən  başqa  izahetmə  qərarlarının  funksiyaları  və  çıxarılışları  mühüm  əhəmiyyət 

kəsb  edir.  Bir  qayda  olaraq  intellektual  sistemlər  istifadəçilərin  onlara  olan  inamının 

artmasından sonra öz nəticə və nəsihətlərini izah edir və təsdiqləyirlər.

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin